HeydəR ƏLİyev naxçıvan Dövlət Universitetinin



Yüklə 2,59 Mb.
Pdf görüntüsü
tarix09.10.2018
ölçüsü2,59 Mb.
#73079


NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ AZƏRBAYCANIN ƏN DƏYƏRLİ, QABAQCIL ALİ MƏKTƏBLƏRİNDƏN BİRİDİR

NDU-NUN “FİKİR” İNFORMASİYA BÜLLETENİNƏ ƏLAVƏ                        16 mart 2016-ci il.№1(15) 

HEYDƏR ƏLİYEV

Naxçıvan Dövlət

Universitetinin

əməkdaşları Urmiya

Universitetinə səfər

ediblər

Biologiyanın tədrisində

texnoloji innovasiyalar-

dan istifadə

Naxçıvan arıçılığından

bəhs edən elmi nəşr

Multikulturalizm

Azərbaycan

dövlətinin və xalqının

ana məramıdır

səhifə-2-də

səhifə-3-də

səhifə-2-də

səhifə-3-də

Novruz bayramı - milli

mənəvi dəyərlərin

əbədiyaşarlıq rəmzidir

səhifə-4-də

N

axçıvan Dövlət Universi tetində



8 mart - Beynəlxalq Qadınlar

Günü  qeyd  olunub.  Universitetin

İncəsənət  fakül təsinin  tələbə  və

müəllimlərinin əl işlərindən ibarət

qadınlara  həsr  olunan  sərgidə

bəşəriyyətin ən zərif məxluqlarının

cəmiyyətdəki rolu bir daha nümayiş

etdirilib.

Ali  təhsil  ocağının  tədbirlər

zalında davam edən tədbiri rektor,

AMEA-nın  müxbir  üzvü  Saleh

Məhərrəmov  açaraq,  universitetin

qadın  əməkdaşlarını  təbrik  edib,

Azərbaycan  qadınlarının  tarixi

xidmətlərini  minnətdarlıqla  qeyd

edib.  Vurğulanıb  ki,  Azərbaycan

qadını  mənəvi  təbiətinə  sadiq

qalaraq,  zərifliyin,  ülviliyin  və

gözəlliyin  rəmzi  olan  adının

ucalığını  həmişə  layiqincə  qoru-

yub saxlayıb. 

XX əsrdən etibarən Azərbay -

can cəmiyyətində qadının ictimai-si-

yasi,  sosial-iqtisadi  və  mədəni

sahələrdə rolu artmağa başlayıb və

bütün  bunlar  ölkədə  demokratik

dövlət  quruculuğunun,  ulu  öndər

Heydər  Əliyev  tərəfindən  əsası

qoyulan və prezident İlham Əliyev

tərəfindən davam etdirilən böyük və

uğurlu siyasətin əməli nəticəsidir. Bu

siyasət Naxçıvan Muxtar Respub-

likasında Ali Məclisin Sədri Vasif

Talıbov tərəfindən də uğurla davam

etdirilir.

İqtisad fakültəsinin akademik

məsləhətçisi,  doktorant  Ruhəngiz

Əliyeva  “Azərbaycan  qadını  bu

gün”  mövzusundakı  məruzəsində

bildirib ki, zəriflik və gözəllik rəmzi

olan qadın adı, ana adı tarix boyu

vətənimizdə  həmişə  uca  tutulub,

Azərbaycan qadını bütün dövrlərdə

milli-mənəvi dəyərlərimizin qoru-

nub saxlanması və yaşadılmasında

müstəsna xidmətlər göstərib. Azər -

bay canda  qadına  daim  böyük

ehtiram  və  hörmət  bəslənib,  ana

həmişə  müqəddəs  olub,  namus,

qeyrət rəmzi sayılıb. 

Bayram tədbiri universitetin

İncəsənət  fakültəsinin  hazırladığı

ədəbi-bədii proqramla davam edib.

Mina Qasımova

Mətbuat şöbəsinin əməkdaşı



8 mart - Beynəlxalq Qadınlar Günü 

N

axçıvan Dövlət Univer sitetində



Naxçıvan Muxtar Respublika -

sının Mədəniy yət və Turizm naziri

və nazirlik nümayən dələrinin mü-

vafiq  ixtisas la rın  müəllim  və

tələbələri ilə görüşü keçirilib. Nax-

çıvan  Muxtar  Respub li kası  Ali

Məclisi Sədrinin 2015-ci il 27 iyul

tarixli  “Ali  və  orta  ixtisas  təhsili

müəssisələrində ixtisasların müvafiq

təşkilatlara  hamiliyə  veril mə si

haqqında”  Sərəncamın  icrası  ilə

bağlı keçirilən görüşü universitetin

rektoru,  AMEA-nın  müxbir  üzvü

Saleh  Məhərrəmov  açıb.  Rektor

bildirib ki, sözügedən Sərənca mın

tətbiqi 


nəticəsində 

muxtar


respublikada  fəaliyyət  göstərən

nazirlik  və  təşkilatlarla  ali  təhsil

müəssisələri 

arasında 

sıx

əməkdaşlığa  nail    olunmuşdur.



Peşəkar kadr hazırlığı, bu sahədəki

mövcud problemlərin birgə aradan

qaldırılması, tələbələrin mükəmməl

təcrübi  biliklər  qazanması,  onlar

üçün 

gələcək 


iş 

yerləri


müəyyənləşdirilməsi ilə bağlı birgə

əhəmiyyətli işlər görülməkdədir.

Naxçıvan  Muxtar  Respub -

likasının  Mədəniyyət  və  Turizm

naziri  Natəvan  xanım  Qədimova

çıxış edərək ümummilli lider Heydər

Əliyevin  siyasi  xəttinin  davamı

olaraq Azərbaycanın ən qədim və

dilbər guşələrindən olan Naxçıvanda

mədəniyyətin  inkişafına,  mədəni

irsimizin  qorunmasına  göstərilən

dövlət qayğısından, bu sahədə qa-

zanılan  uğurlardan  danışıb.  Qeyd

olunub ki, bu gün muxtar respubli-

kada 3 Dövlət teatrı, 5 xalq teatrı, 1

Dövlət  Filarmoniyası,  1  Dövlət

Uşaq Filarmoniyası, 28 muzey və 1

Rəsm Qalereyası, 234 kitabxana, 27

uşaq  musiqi,  incəsənət  və  bədii

sənətkarlıq  məktəbi,  226  klub  və

mədəniyyət evi  fəaliyyət göstərir.

Çoxsaylı özfəaliyyət və folklor kol -

lektivləri  milli  mədəniyyətin,

incəsənətin təbliğinə, dünyada ta-

nıdılmasına öz töhfələrini vermək -

dədir.  Çıxışda  xalq  yaradıcılığı

günlərinin ənənəyə çevrilməsi, mux-

tar respublikada keçiriləcək muğam

müsabiqəsinə hazırlıq işləri, kitab-

xana  işinin  müasir  standartlara

uyğun  təşkili,  muzey  quruculuğu,

tarixi  mədəniyyət  abidələrinin

qorunması və bərpası, teatr sahə sin -

dəki  uğurlardan,  yeni  musiqi

kollektivlərinin  yaradılmasından

bəhs olunub. Qeyd olunub ki, Nax-

çıvanın  2018-ci  il  üçün  İslam

Mədəniyyətinin  paytaxtı  elan

edilməsi muxtar respublikanın nü-

fuzunun,  ona  göstərilən  etimadın

ifadəsidir.  Nazir  vurğulayıb  ki,

Sərəncama əsasən Mədəniyyət və

Turizm Nazirliyi ümumilikdə 23 ix-

tisas hamiliyə götürmüş, bu məq -

sədlə  kollektiv  görüşlər,  4  kitab

müzakirəsi, aktyorluq sənəti ixtisası

üzrə 4 ustad dərsi, muzey işi və ki-

tabxanaçılıq ixtisasları üzrə 8 açıq

dərs, mühazirə, kurs və konfranslar

keçirilmiş,  mədəniyyət və turizm

obyektlərinə ekskursiyalar, təcrü bə -

lər təşkil olunmuşdur. Çıxışda Sərən -

camın  icrasının  daha  mütəşəkkil

və  yüksək  səviyyədə  təşkili  məq -

sədilə nəzərdə tutulan tədbirlər də

diqqətə çatdırılıb. 

Görüşün sonunda  Azərbay -

can Mədəniyyət və Turizm Nazir-

liyinin  sifarişi  ilə  2007-ci  ildə

"Salnamə" kinostudiyasında çəkilən

"Heydər Əliyev. Azərbaycan mədə -

niy yətinin hamisi" adlı qısametrajlı

sənədli  film  nümayiş    olunub.

Ümummilli liderin milli mədə niy -

yətin, incəsənətin inkişafındakı mi-

silsiz xidmətlərindən bəhs edən fil-

min rejissoru  Azərbaycan Respub-

likasının  xalq  artisti  Eldar  Quli-

yevdir. 

Mehriban Sultan

NDU-nun Mətbuat şöbəsinin müdiri



Mədəniyyət və Turizm Nazirliyi 

23 ixtisasa hamilik edir

N

axçıvan Dövlət Universi tetində



“Novruz bayramının mənşəyinə

dair” dəyirmi masa keçirilib.

Universitetin müxtəlif fakültə -

lərində təhsil alan, elmi-ictimai, siyasi

fəallıqları ilə seçilən tələbə gənclərin

fəal iştirakı ilə keçirilən dəyirmi ma-

sada universitetin rektoru, AMEA-nın

müxbir  üzvü  Saleh  Məhərrəmov

çıxış  edərək  qeyd  edib  ki,  Novruz

bayramı Azərbaycan xalqının milli

ruhunu və yaddaşını bütün zənginliyi

ilə  özündə  yaşadır.  Yazın  gəlişini,

təbiətin  oyanışını  bayram  əhval-

ruhiy yəsi  ilə  qarşılayan  xalqımız

Nov ruzla  bağlı  zəngin  ənənə  və

dəyərlər sistemi formalaşdırıb. Tari-

xi yaddaşımızdan süzülüb gələn xalq

mərasimləri  bu  bahar  bayramında

keçmişlə gələcəyi bir-birinə qovuş du -

rur.  Bu  səbəbdən  Novruz  bayramı

həm  də  Azərbaycan  xalqının  öz

tarixi-mədəni keçmişinə dərin ehti-

ramının  ifadəsidir.  Rektor  bildirib

ki, sovet imperiyası zamanı qadağan

olunmuş  bu  bayram  xalqın  yadda-

şında qorunub saxlanılıb, müstəqillik

qazanıldıqdan sonra ümummilli lider

Heydər Əliyevin rəhbərliyi ilə dövlət

səviyyəsində qeyd olunmağa başla-

nıb. Vurğulanıb ki, Novruz bayramı

2009-cu  il  sentyabrın  30-da  YU-

NESKO-nun  qeyri-maddi  mədəni

irs siyahısına daxil edilib, 23 fevral

2010-cu ildə isə BMT Baş Assamble -

ya sının 64-cü sessiyasının iclasında

mart ayının 21-i "Beynəlxalq  Nov-

ruz  Günü" elan edilib. 

AMEA Naxçıvan Bölməsinin

Tarix,  Etnoqrafiya  və  Arxeologiya

İnstitutunun  Etnoqrafiya  şöbəsinin

müdiri,  tarix  üzrə  fəlsəfə  doktoru,

dosent  Asəf  Orucov,  Universitetin

tərbiyə  işləri  üzrə  prorektoru,  tarix

üzrə fəlsəfə doktoru, dosent Şamxal

Məmmədov, YAP Universitet şəhər -

ci yi ərazi ilk təşkilatının sədri, dosent

Kamal Camalov çıxış edərək Novruz

bayramının mənşəyi və tarixindən, bu

bayramın adət və ənənələrindən da-

nışıblar. Vurğulanıb ki, qədim dövr -

lər də  Novruz  təkcə  xalq  bayramı

kimi  deyil,  eyni  zamanda,  dövlət

bay ramı kimi qeyd olunub. Təbiətin

oyanması, canlanması min illər boyu

müşahidə  olunmuş  və  təcrübədə

təsdiqlənmiş bir gerçək lik dir. Belə bir

yeniləşmə gününün baş lan ğıcı şəmsi-

günəş təqviminin ilk ayının ilk gününə

21 marta təsadüf edir. Buna görə də

həmin günü Novruz -Yeni gün ad-

landırıblar.  Dəyirmi  masada  Nov-

ruz  bayramının  mənşəyi  haqqında

edilən təhlillərdən və izah lar dan belə

bir qənaətə gəlinib ki, onun yaranışı

nə zərdüştlüklə, nə də islam dini ilə

əlaqəlidir.

Maraqlı  diskussiya  şəklində

davam edən dəyirmi masada tələbə -

lər dən Aytən Heydərova, Tural Məm -

məd zadə,  Bilgin  Həsənov,  Ülvi

Quluzadə, Nicat Allahverdiyev, ma-

gistrantlardan  Gülxanım  Orucova,

El gün Tağıyev və digərləri mövzu ilə

əla qədar fəal şəkildə rəy və münasibət

bildiriblər. Mövzu ilə bağlı tələbələri

maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə həmçinin YAP-a yeni

qəbul  olunmuş  tələbələrə  üzvlük

vəsiqələri təqdim olunub.

Mina Qasımova

Mətbuat şöbəsinin əməkdaşı



Novruz bayramının mənşəyinə dair dəyirmi masa 


2  / GÜNDƏM                       

YENİ FİKİR

MART 2016

2016


-cı ilin  Azərbaycanda

“Multikulturalizm  ili”

elan  olunması  ilə  əla qədar  ölkənin

tole ran tlıq ənənə lərini, millətlər, mə -

də niyyətlər  və  sivilizasiyalararası

müna sibətlərə verdi yi dəyərləri  üzə

çıxarmaq və təbliğ etmək baxımından

əhəmiyyətli işlər həya ta keçiril mək -

dədir. Bakı Beynəl xalq Multikul tu ra -

lizm Mərkəzinin bu mühüm mərama

xidmət edən yay və qış məktəbləri isə

artıq ənənəyə çevrilməkdədir. Bakı

Beynəlxalq Multikulturalizm Mərkəzi

(BBMM), Azərbaycan Respublika-

sının Prezidenti yanında Bilik Fondu

və Bakı Slavyan Universitetinin birgə

təşkilat çılığı  ilə  “Multikulturalizm

Azərbay can da həyat tərzi kimi: öyrən,

araşdır, paylaş-2016” adlı Beynəlxalq

Multikulturalizm  qış  məktəbi

layihəsində 2015-ci ilin yaz və payız

semestr lə rin də  multikulturalizmlə

bağlı fənlə rin tədris olunduğu xarici

və yerli universitetlərdə təhsil alan

tələbələr, nüfuzlu elm adamları təmsil

olunmuş lar. Rusiya, İsveçrə, Ukrayna,

Türkiyə, İtaliya, Portuqaliya, Polşa,

Çexiya, Gürcüstan, Belarus, Bolqa-

rıstan, Litva, İndoneziya, Yaponiya və

Almani ya nın ali təhsil ocaqlarından

40-a  yaxın,  eləcə  də Azərbaycanın

yerli universitetlərindən 12 nəfər ol-

maqla, bütövlükdə 50–dən artıq tələbə

burada  iştirak  etmişdir.  Naxçıvan

Muxtar Respublikasının Beynəlxalq

Multikulturalizm  qış  məktəbində

yeganə təmsilçisi, Naxçıvan Dövlət

Universitetinin Sosial idarəetmə və

hüquq fakültəsinin Sosial iş ixtisası

üzrə I kurs tələbəsi Ərşad Zeyqəmli

ilə  görüşüb  onun  layihə  ilə  bağlı

təəssüratlarını öyrəndik. 

Ərşad qeyd etdi ki, Qış mək tə -

binin təşkilində əsas məqsəd xarici

ölkə universitetlərindəki tələbələrə, ta-

nınmış ictimai xadimlərə, ziyalılara

Azərbaycanı sevdirmək, xalqımızın

tolerantlılıq təcrübəsini, millikultural

ənənə lərini, Azərbaycanın  bununla

bağlı birmənalı dövlət siyasətini əcnə -

bilərə aşılamaq idi və buna uğurla nail

olundu. Layihə çərçivəsində azərbay -

can lı mütəxəssislərlə yanaşı, müxtəlif

ölkələrdən professorlar – BBMM-in

Lissabon nümayəndə li yi nin rəhbəri,

Lusofona Universitetinin beynəlxalq

əlaqələr departamentinin direktoru Te-

resa Damasio, Beynəlxalq Türk Aka-

demiyasının prezidenti Darxan Kıdır -

ali, Ardahan Universitetinin rektoru,

Qafqaz Universitetləri Birliyinin rəh -

bəri Ramazan Qorxmaz, BBMM-in

Drezden  filialının  icraçı  direktoru

Birgit  Vaysberger,  Litva  Pedaqoji

Universitetinin alimi Vidas Kavaliaus -

kas, “Художественная литература”

nəşriyyatının baş redaktoru G.V.Prya-

xin, Moskva Açıq Təhsil İnstitutunun

UNESCO beynəlxalq təhsil və miq-

rant uşaqların məktəbə inteqrasiyası

kafedrasının  müdiri  Y.A.Qoryaçev

kimi tanınmış alimlərin mühazirələri

dinlənildi. 

Ərşad  onu  da  vurğuladı  ki,

ma raq lı və rəngarəng ekskursiyalar

Azərbaycanı daha dərindən tanıtmağa,

ölkəmizi maksimum təqdim etməyə

xidmət  edirdi.  Belə  ki,  Fəxri  və

Şəhid lər xiyabanlarını, Heydər məs -

ci dini, Bakıda yerləşən ibadət evlərini,

Qubada və Qusarda ümummilli lider

Heydər  Əliyevin  abidəsini,  Quba

Soy qırımı Memorialını ziyarətlər qo -

naq larda  böyük  maraq  doğurdu.

BBMM, Bakı Slavyan Universiteti,

Bilik  Fondu,  AMEA-nın  Nizami

Gəncəvi  adına  Milli  Azərbaycan

Ədə biy yatı və Milli Azərbaycan Tari -

xi  muzeyləri,  Dini  Qurumlarla  İş

üz rə Dövlət Komitəsi, Qafqaz Müsəl -

man ları İdarəsi, Heydər Əliyev Mərkə -

zi, Muğam Mərkəzi, Milli Olim piya

Komitəsi,  Bakı  Əyləncə  Mərkəzi,

Xaçmaz Rayon Tarix Diyarşünaslıq

Muzeyi və Qubadakı Qırmızı Qəsəbə -

də görüşlər olduqca maraqlı idi. Qış

məktəbi boyu tələbələrin Azərbaycan

Respublikasının millətlərarası, mul-

tikulturalizm və dini məsələlər üzrə

Dövlət  müşaviri,  Bakı  Beynəlxalq

Multikulturalizm Mərkəzinin Hima -

yə çilik  Şurasının  sədri,  akademik

Kamal  Abdullayev,  Milli  Məclisin

komitə sədri, akademik Rafael Hü-

seynov, Qafqaz Müsəlmanları İdarə -

si nin  sədri  şeyxülislam Allahşükür

Paşaza də,  Dini  Qurumlarla  İş  üzrə

Dövlət  Komitəsinin  sədri  Mübariz

Qurbanlı, AMEA-nın Milli Azərbay -

can  Tarixi  Muzeyinin  direktoru,

akademik Nailə Vəlixanlı, əməkdar

incəsənət  xadimi,  rejissor  Ziya

Şıxlinski,  Azərbaycan Dağ Yəhudiləri

icmasının  sədri  Milix  Yevdayev,

Üzeyir Hacıbəylinin ev-muzeyinin di -

rek toru, Əməkdar İncəsənət Xadimi

Sərdar Fərəcov, Müslüm Maqomayev

adına Dövlət Filarmoniyasının Dövlət

Rəqs Ansamblının rəhbəri, Xalq ar-

tisti Afaq Məlikova, eləcə də digər

rəsmi şəxslər və incəsənət xadimləri

ilə görüşləri əminəm ki, qonaqlarımız

unutmayacaq. 

Ərşadın söylədikləri, “Dünya

təcrübəsində multikulturalizm model -

ləri” mövzusunda keçirilən “dəyirmi

masa”, kütləvi informasiya vasitə lə -

rinə verilən müsahibələr bir daha təs -

diq edir ki,qış məktəbi xarici öl kə iş-

tirakçılarında Azərbaycan haqqında

dolğun, dəqiq məlumat formalaşdır-

mışdır. Layihə çərçivəsində tədrislə

yanaşı, tələbələrin istirahət saatlarının

səmərəli təşkili də yüksək səviyyədə

həyata keçirilmişdir. Qış məktəbinin

davamı  olaraq  Qubaya,  Xaçmaza,

Qusara,  Şahdağa  səfərlər  zamanı

Azərbaycanın  əsrarəngiz,  füsunkar

təbiəti, ecazkar gözəllikləri ilə yanaşı,

ölkəmizin müxtəlif regionlarındakı in-

sanların qonaqpərvərliyi, humanizmi,

daxili saflıqları, mənəvi gözəllikləri

əcnəbilərdə heyrətamiz hisslər oyat-

mışdır. Qonaqlar tolerantlığın bütöv -

lük də  Azərbaycanın  köklü  mənəvi

dəyəri  olduğunu  öz  gözləri  ilə

görmüşlər. 

Ərşad Qış məktəbi çərçivəsində

daha maraqlı bir layihənin də  həyata

keçirilməsi, “Qardaşlaşmış məktəb lər”

layihəsinə bu dəfə Rusiya, Tür ki yə və

Azərbaycan məktəblilərinin qo şulması

haqqında da məlumat verdi.

İnanırıq  ki,  gənc  nəslin  bu

nümayəndələrinin bir-biri ilə dostlu-

ğu, isti münasibətləri həyatları boyu

davam edəcək. Bu layihə vasitəsilə

müxtəlif xalqların nümayəndələri ilə

həmişəlik  sevgi,  səmimi  ünsiyyət,

dostluq münasibətləri qurulmuşdur.

Başlıcası isə, kitablarda oxuduqları

Azərbaycan  kulturalizminin  əyani

şahidi  olan  bu  insanların  hər  biri

ayrı-ayrılıqda  özləri  ilə  ölkələrinə

Azərbaycana sevgi, məhəbbət, ehti-

ram daşıyacaqlar. Bu görüş onların

heç birinin hafizəsindən silinməyəcək.

Bu layihə həm də Azərbaycanı daha

çox tanıtmaq, Azərbaycan həqiqət lə -

rini daha geniş təbliğ etmək baxımın -

dan  əlverişli  fürsət  idi.  Tələbəmiz

Ərşad Zeyqəmli isə bu il keçiriləcək

yay  məktəbinə  dəvət  almağının

sevincini də gizlətmətdi, layihə təş -

ki latçılarına, onun buradakı iştira kına

dəstək olan müəllimlərinə, universitet

rəhbərliyinə minnət darlığını çatdırdı. 

Mehriban Sultan

Naxçıvan MR-in əməkdar jurnalisti,

filologiya üzrə fəlsəfə doktoru

N

axçıvan Dövlət Universi tetində



“İdeyadan biznesə”, “Ənənəvi

memarlıq üslubları və innovativ ten-

densiyalar” müsa biqələrinin təşkilatçı

qurumlarının  nümayəndələri  ilə

tələbələrin görüşü olub. Universite-

tin elmi işlər üzrə prorektoru, fizika

üzrə fəlsədə doktoru, dosent Müba-

riz Nuriyev görüşü açaraq 15 yanvar

2016-cı il tarixdə Naxçıvan Muxtar

Respublikası Ali Məclisində “Nax-

çıvan Muxtar Respublikasında bədən

tərbiyəsi və idmanın hazırkı vəziyyəti

və  qarşıda  duran  vəzifələr”  barədə

keçirilən  müşavirədə  Ali  Məclisin

Sədri  Vasif  Talıbovun  gənclərin

cəmiyyət qu ru culuğuna fəal şəkildə

cəlb olunması,  onların sağlam həyat

tərz lərinin, təh sil lərinin düzgün təşkili,

vətənpərvər ruhda böyüdülməsi ilə

bağlı qarşıya qoyduğu vəzifələrdən

danışıb.  Prorektor  ali  məktəbdə

gənclərin intellektual imkanlarının,

müasir texnologiyalara olan maraq və

bacarıqlarının,  idman,  mədəniyyət

sahəsindəki istedadlarının üzə çıxa-

rılması isti qa mə tində görülən işlərdən

danışıb.  O  bildirib  ki,  bu  gənclər

nəinki  muxtar  respublika,  ölkə

daxilində,  bir  sıra  əhəmiyyətli

beynəlxalq müsabiqə və yarışlarda da

universiteti uğurla təmsil edirlər. 

Naxçıvan Muxtar Respublikası

Gənclər və İdman Nazirliyinin aparat

rəhbəri  Canməmməd  Canməm -

mədov, Naxçıvan Muxtar Respubli-

kası Standartlaşdırma, Metrologiya və

Patent üzrə Dövlət Komitəsinin şöbə

müdiri Əli Şərifov, Naxçıvan Şəhər

İcra  Hakimiyyətinin  şöbə  müdiri,

baş memar Nicat İsayev, Naxçıvan

Muxtar  Respublikası  İqtisadiyyat

Nazirliyinin şöbə müdiri Emin Zey-

nalov çıxış ediblər. Çıxışlarda gənc -

liyin tükənməz elmi potensiala, yara -

dı cı təxəyyülə, yeni ideyalara malik

olduğu  vurğulanıb,  müsabiqələr

haqqında  ətraflı  məlumat  verilib.

Qeyd olunub ki, “İdeyadan biznesə”

müsabiqəsi informasiya-kommunika -

si ya texnologiyaları, sənaye məh sul -

 larının  istehsalı,  turist-ekskursiya

xidmətləri, marketinq və konsaltinq

xidmətləri sahəsində biznes ideyaları

əhatə edir. “Ənənəvi memarlıq üslub -

la rı və innovativ tendensiyalar” müsa -

bi qəsinə isə şəhər mühitinin abadlaş -

dı rıl ması, landşaft memarlığı ilə bağlı

eskizlər təqdim oluna bilər. Muxtar

respublikanın ali və orta ixtisas təhsili

müəssiələri tələbələrinin müsabiqələr -

də iştirakına xüsusi üstünlük verilir.

Təqdim olunan işlər münsiflər heyəti

tərəfindən qiy mət ləndiriləcək, qaliblər

diplom və mükafatlarla təltif olunacaq.

Diskussiya xarakterli görüşdə

tələbələrəin sualları cavablandırılıb.



Mehriban Sultan

Mətbuat şöbəsinin müdiri



Gənclər üçün müsabiqələr keçirilir

Multikulturalizm Azərbaycan

dövlətinin və xalqının ana məramıdır

N

axçıvan Dövlət Univer sitetində



Frankofoniya bayramı qeyd olu -

nub. Tədbir Azərbaycanın və Fran sa -

nın dövlət himnlərinin ifası ilə başla -

yıb. Universitetin rektoru, AMEA-nın

müx bir üzvü Saleh Məhər rəmov təd -

bir d ə çıxış edərək xarici dillərin mü -

kəm məl tədrisinin dünyaya inteq ra -

si ya, ölkə lərarası siyasi, elmi, mədəni

əlaqələrin  inkişafındakı  rolundan,

fransız dilinin əsas beynəlxalq dillər -

dən  biri  olmasın dan  danışıb.  XIX

əsrin  əvvəl lə rin dən  tə  mə li  qoyulan

Azər baycan-Fran sa əla qə  lə rinin bu-

günkü inkişa fın dan bəhs edən rektor

vurğulayıb ki, bu isti qa mətdə univer -

si tetdə görülən işlər elm, təhsil sahə -

sin də ölkələrarası əməkdaşlığı möh -

kəm ləndirmək baxımından mühüm

əhəmiyyət kəsb edir. 

Fransız dili müəllimliyi ixtisa -

sı nın IV kurs tələbəsi Rüxsarə Qur-

banova  Frankofoniyanın  tarixi

haqqında məlumat verərək bildirib ki,

çox qədim tarixə malik, fransız dilin -

də danışanların bayramı olan Fran ko -

fo niya hər il dünyanın 53 ölkəsində

keçirilir. Fransız dilinin, mədəniy yə -

ti nin təbliği məqsədi daşıyan bu bay-

ramı 2015-ci ildə 284 milyon əhali

qeyd edib. 2050-ci ildə dünyanın 5

qitəsində 700 milyon əhali bu bayramı

keçirəcək. Naxçıvan Dövlət Univer -

si tetində  Frankofoniya  bayramının

qeyd olunması 1998-ci ildən etibarən

ənənə halını alıb. Bu işdə universitetin

Roman – german dilləri kafedrasının

müəllimlərinin danılmaz əməyi var.

Bu tədbirlər ənənəvi şəkildə, Fransa -

nın  Azərbaycandakı  fövqalədə  və

səlahiyyəti səfirinin, səfirliyin nüma -

yəndələrinin iştirakı ilə keçirilmişdir.

Tədbirdə Fransız dili müəllim -

liyi ixtisasında təhsil alan tələbələrdən

Nuray Cəlilova, Həlimə Nəcəfova,

Afaq  Rəhimli,  Xanım  Qurbanova,

Sona İbrahimli və digərlərinin ifasında

fransız  dilində  şeir  və  mahnılar

səsləndirilib. Azərbaycan dramaturgi -

ya sının banisi M.F.Axundovun “Sər -

gü zəşti-mərdi-xəsis”  komediyasın-

dan fran sız dilində təqdim olunan səh -

nə lər alqışlarla qarşılanıb. Tələbə lər -

dən Elçin Bəhramlı, Orxan Qurbanov,

Sərxan Rüstəmov, Səfər Hüseynov,

Ruqiyyə Nəzərova, İlkanə İsmayıllı,

Kənarə Əliyeva və Qardaş Tağıza də -

nin fransız dilindəki səlist diksiyala-

rı,  aktyorluq  məharətləri  rəğbətlə

qarşılanıb.

Frankofoniya bayramı qeyd olunub

N

axçıvan Dövlət Universitetinin



rektoru,  AMEA-nın  müxbir

üzvü Saleh Məhər rəmov və ali təhsil

ocağının bir qrup əməkdaşı İran İslam

Respublikasına iki günlük səfərləri

çərçivəsində Urmiya Universitetində

olublar.  Səfər  zamanı  Urmiya

Universitetində  fəaliy yət  göstərən

Təbii tarix muzeyi, Biotexnologiya

Mərkəzi, doktorant və dissertantların

elmi  tədqiqat  Mərkəzi,  Baytarlıq

eyni  zamanda  Texniki  fənlər

fakültələrinin  nəzdində  fəaliyyət

göstərən laboratoriya və kabinələrlə

tanışlıq olub.

Rəsmi qəbul zamanı Urmiya

Universitetinin  rektoru,  professor

Rəhim Hobb Həqqi Naxçıvan Dövlət

Universitetinin rektoru, AMEA-nın

müxbir üzvü Saleh Məhərrəmovu və

universitetin  əməkdaşlarını  salam-

layıb.

Görüşdə Azərbaycanda elmin,



təhsilin inkişafına göstərilən qayğıdan,

dünya elm, təhsil sisteminə inteqra-

siya  baxımından  beynəlxalq  tərəf -

daşlığın əhəmiyyətindən bəhs edən

rektor, AMEA-nın müxbir üzvü Saleh

Məhərrəmov Naxçıvan Dövlət Uni-

versitetinin  inkişaf  yolu,  strukturu,

maddi-texniki  bazası,  beynəlxalq

əlaqələri  haqqında  məlumat  verib.

Görüş  zamanı  universitet lər arası

əmək daşlıq- Urmiya Universite tin də

açılacaq Azərbaycan dili və ədəbiyyatı

ixtisasına Naxçıvan Dövlət Universi -

teti tərəfindən müəllimlərin göndəril -

mə si, eyni zamanda Naxçıvan Dövlət

Universitetinin Baytarlıq təba bəti və

fars dili ixtisaslarında təhsil alan tələ -

bə  lərin İran İslam Respublikasının Ur -

mi ya  Universitetində  təcrü bə  keç -

mə ləri  ilə  bağlı  razılaş malar  əldə

olunub.

Məlumat üçün qeyd edək ki,



Urmiya Universitetinin fars dili ixti -

sası üzrə professoru Əlirza Müzəffəri

Naxçıvan  Dövlət  Universitetində

mütə madi olaraq ixtisas fənnini tədris

edir.

Mina Qasımova

Naxçıvan Dövlət Universitetinin əməkdaşları 

Urmiya Universitetinə səfər ediblər



3  / GÜNDƏM                       

YENİ FİKİR

MART 2016

N

axçıvan Dövlət Universitetinin



Elmi  Kitabxanasında  “Naxçı-

vanda arıçılıq ənənələri və perspek -

tiv ləri” kitabının təqdimat mərasimi

keçirilib.  Universitetin  rektoru,

AMEA-nın  müxbir  üzvü  Saleh

Məhərrəmov və universitet əməkdaş -

ları – biologiya üzrə fəlsəfə doktoru

Əli Tahirov və biologiya üzrə fəlsəfə

doktoru, dosent Elsəvər Əsədovun

birgə yazdıqları növbəti elmi nəşrin

təqdimatı ilə bağlı tədbiri universitetin

elmi işlər üzrə prorektoru, fizika-riya -

ziy yat üzrə fəlsəfə doktoru, dosent

Mübariz  Nuriyev  açıb.  Prorektor

xatır ladıb ki, ölkəmizdə “Kənd təsər -

rü fatı ili” elan olunmuş 2015-ci ildə

aqrar  iqtisadiyyatın,  sahibkarlığın

inkişafına  dövlət  qayğısı  daha  da

gücləndirilmişdi. Qeyd olunub ki, ha-

zırda qeyri-neft sektoruna diqqətin ar-

tırılması ilə bağlı muxtar respub likada

da kənd təsərrüfatını inkişaf etdirmək

istiqamətində 

mühüm 


işlər

görülməkdədir. Yeni nəşr isə region

iqtisadiyyatının zəruri sahəsi sayılan

arıçılıqla  bağlı  sanballı  elmi

ədəbiyyatdır.

Magistratura  üzrə  dekan,

biologiya üzrə elmlər doktoru Etibar

Məmmədov  kitab  haqqında  ətraflı

məruzə edərək bildirib ki, monoq-

rafiyada dünyada, Azərbaycanda arı-

çılığın tarixi, Naxçıvanda arıçılıqla

bağlı zəngin təcrübə və perspek tiv -

lər dən  bəhs  olunur.  Müəlliflər  bu

təsərrüfat növünün əsas prinsiplərini,

mövsimi və aylıq işləri, arıçılıq məh -

sul larının  bioloji  tərkibini,  arıların

xəsəlik  və  zərərvericilərinə  qarşı

mü ba rizə  üsullarını  əhatəli  şəkildə

tədqiq etmişlər. İnsan məşğuliy yə ti -

nin  ən  qədim  növlərindən  olan,

halallıq və zəhmət sevən bu təsərrüfat

növü  haqqında,  tarixi  ipək  yolu

üzərində  yerləşən  Naxçıvanda  is-

tehsal olunan balın keyfiyyətinə görə

dünya bazarında şöhrət qazanması ilə

bağlı kitabda ətraflı məlumat verilir.

Kitab arıçılıqla yeni məşğul olanlar

üçün faydalı bələdçi rolu oynayacaq.

Baytarlıq təbabəti kafedrasının

müdiri, baytarlıq üzrə fəlsəfə doktoru

Yunis Rüstəmli, Baytarlıq ixtisasının

IV kurs tələbəsi Bahar Mustafazadə

çıxış edərək yeni nəşrin elmi məziy -

yət lərindən danışıblar. Kitab müva-

fiq ixtisasların bakalavr, magistrant

və doktorantları, baytarlıq, aqronom -

luq və ekologiya sahəsinin ixtisaslı

mütəxəssisləri üçün əhəmiyyətli elmi

mənbə kimi dəyərləndirilib. Kitabda

muxtar  respublikada  mövcud  olan

müxtəlif arı növləri və onların inki-

şaf xüsusiyyətləri, arıçılıqda istifadə

olunan müxtəlif alət və avadanlıqlar,

Naxçıvan Muxtar Respublikasında

arıçılığın yem bazası haqqında da ma-

raqlı elmi məumatlar öz əksini tapıb.

Çıxışçılar müəllifləri təbrik edərək

gələcək elmi-pedaqoji fəaliyyətlərin -

də uğurlar arzulayıblar.

Müəlliflərdən biologiya üzrə

fəlsəfə  doktoru,  dosent  Elsəvər

Əsədov,  biologiya  üzrə  fəlsəfə

doktoru Əli Tahirov tədbirin təşkilat -

çı larına minnətdarlıq edərək mono -

qra fiyanın 3 il ərzində, muxtar res -

pub  likanın  müxtəlif  bölgələrində

arıçılığın hazırkı vəziyyəti ilə bağlı

real faktlara, çoxsaylı yerli və xarici

elmi ədəbiyyatlara istinadən yazıl-

dığını bildiriblər. 



Mehriban Sultan

Mətbuat şöbəsinin müdiri



Naxçıvan arıçılığından bəhs edən

elmi nəşr

Azərbaycan mətbuat aləmində

yeni qəzet

Q

ədim və özünəməxsus zəngin in-



kişaf yolu keçən milli mətbuat

tarixinin müxtəlif mərhələləri, ayrı-

ayrı  mətbu  nəşrlərimizin  fəaliyyəti

son illər uğurla tədqiq və tədris edil -

mək dədir.  Naxçıvan  Muxtar  Res-

publikasının  Əməkdar  jurnalisti,

Naxçıvan  Dövlət  Universitetinin

Jurna listika və dünya ədəbiyyatı ka-

fedrasının  baş  müəllimi,  filologiya

üzrə  fəlsəfə  doktoru,  Azərbaycan

Jur nalistlər Birliyinin üzvü Mehriban

Sultanın “Elm və Təhsil” nəşriy ya tın -

da  çapdan  çıxan  “Milli  mətbuat

tarixində “Yeni yol” qəzeti” adlı me -

to dik vəsaiti də bu mərama xidmət

edir.


Metodik vəsait 1922-1939-cu

illərdə fəaliyyət göstərmiş “Yeni yol”

qəzetinin nəşri tarixi, başlıca ideya və

məramı, Azərbaycan milli mətbuat

tarixindəki  yeri,  milli  jurnalistika,

mədə niyyət və maarifimizin inkişa-

fındakı  xidmətləri  haqqındadır.

Məlum olur ki, 1922-1939-cu illərdə

latın  əlifbası  ilə  nəşr  olunan  “Yeni

yol”da dövrün bir çox görkəmli şair

və yazıçılarına məxsus bədii-publi-

sistik  nümunələr,  tanınmış  dilçi  və

ədəbiyyatşünasların, elm xadimləri -

mizin məqalələri, görkəmli jurnalist -

lərin publisistik yaradıcılığı öz əksini

tapmışdır. Kitabda bu qəzetdə dərc

olunmuş,  Azərbaycan  bədii  publi-

sistikasına aid, bu gün də öz aktual-

lığını qoruyub saxlayan çoxsaylı ma-

teriallar  ilk  dəfə  araşdırılıb  təhlil

olunmuşdur. 

Müəllif “Yeni yol”u milli mət -

bu atın  nadir  incilərindən  biri  kimi

dəyər ləndirmişdir.  Kitab bir daha təs -

diq edir ki, bu qəzetin nəşri tarxinin

öyrənilib üzə çıxarılması, elmi-ədəbi

ictimaiyyətə çatdırılması həqiqətən də

zəruri və aktualdır.

Təqdim olunan metodik vəsait -

də Yeni Əlifba Komitəsinin orqanı

olan “Yeni yol” qəzetinin timsalında

XX yüzilliyin 20-30-cu illərini əhatə

edən  mətbuat  tariximizin  bu  günə

qədər öyrənilməmiş problemləri araş-

dırılmışdır. “Yeni yol” qəzetinin nəşri

tarixi və inkişaf yolu ayrı-ayrı mərhə -

lə lər şəklində tədqiq olunmuş, qəzetin

başlıca ideya istiqaməti, məqsəd və

vəzifələri  təhlil  edilmişdir.  Cəlil

Məmmədquluzadə,  Məmməd  Səid

Ordubadi,  Əli  Nəzmi,  Bayraməli

Abbas zadə,  Fərhad  Ağazadə,

Məhəm məd ağa Şahtaxtlı kimi ədəbi

şəxsiyyətlərin, tanınmış jurnalistlərin

“Yeni yol”da dərc olunmuş, bu gün

üçün də öz aktuallığını qoruyub sax -

la yan bədii publisistika nümunələri ki-

tabda ilk dəfə tədqiq və təhlil olun -

muş dur. Müəllif “Yeni yol” qəzetinin

Azərbaycan maarif və mədəniy yə ti -

nin, milli jurnalistikanın inkişafındakı

yerini və rolunu elmi əsaslandırılmış

şəkildə müəyyənləşdirmişdir. Bura-

da “Yeni yol”un on yeddi il ərzində

çıxmış saylarında dərc olunmuş ma-

teriallar  öyrənilmiş,  çoxsaylı  elmi

ədəbiyyat və arxiv materiallarına is-

tinad olunmuşdur.  

Düşünürük ki, metodik vəsait

ali məktəblərin jurnalistika ixtisasında

təhsil alan bakalavr və magistrlər, təd -

qi qatçılar  üçün  əhəmiyyətli  elmi

mən bə  rolu  oynayacaq.  Müəllifə

bundan sonrakı elmi-pedaqoji fəaliy -

yə tində,  publisistik  yaradıcılığında

uğurlar arzu edirik.



Mətbuat tarixindən bəhs edən 

yeni nəşr

XXI


əsr texnika, inteqrasiya,

informasiya  əsri  oldu -

ğun dan sürətlə dəyişən dünyada say-

sız-hesabsız  informasiyanın  çatdı-

rılması imkanları da dəyişilməkdədir.

Həyatımızın  bütün  sahələrində  ol-

duğu  kimi,  təhsil  sahəsində,  tədris

prosesində də bu yeniliklərin tətbiqi

zərurəti yaranmışdır.

Zoologiya kafedrasının dosenti

Zərövşən Yaşar qızı Babayevanın təd -

qi qat  sahəsi  olan  «Biologiyanın

tədrisində texnoloji innovasiyalardan

istifadənin  perspektivləri»  mövzu-

sunda yazdığı monoqrafiya biolo gi -

ya nın tədrisində yeni təlim texnolo-

giyalarının tətbiqi imkanları istiqa mə -

tin də yazılmış azsaylı tədqiqat işlərin -

dən biri kimi aktuallığı ilə seçilir. Mo-

noqrafiyanın tərtibi, istifadə olunan

illüstrasiyalar, tədqiqatın ümumiləş -

di ril miş  şəkildə  ingiliscə  xülasəsi

aparılmış tədqiqatın müasir dövrün

yeni  keyfıyyət  dəyişikliklərindən

fay dalan dığını göstərir. Monoqrafı -

ya da verilən başlıqlara görə tədqiqatın

gedişi, dünya təcrübəsinə əsaslanma,

internet resurslarından lazımi istifadə

əsərin mühüm əhəmiyyətini artırır.

2004-cü ildən təhsilin yeni in-

formasiya vasitələri ilə zənginləş diril -

mə si  sahəsində  aparılan  islahatlar,

təh sil müəssisələrinin sürətli infor-

masiya texnologiyaları, internet şəbə -

kə ləri ilə təmin edilməsində potensial

imkanların dəyərləndirilməsi, həmçi -

nin zəruri problemlərin həlli istiqa -

mə tində aparılmalı işlər də monoq-

rafiyada öz əksini tapmışdır. Bu ba-

xımdan Z.Y.Babayevanın «Biologi -

ya nın tədrisində texnoloji innovasi-

yalardan istifadənin perspektivləri»

mövzusunda  yazdığı  monoqrafıya

xüsusi  aktuallığa  və  mühüm  elmi

əhəmiyyətə  malikdir.  Z.Y.Babaye-

vanın uzunmüddətli tədqiqat işlərinin

nəticəsi  olan  bu  monoqrafıya  yeni

təlim texnologiyalarının, informasi-

ya  texnologiyalarının  ən  son  nəsli

olan qurğuların biologiyanrn tədri sin -

də (ali və orta məktəblərdə) tətbiqi

sahəsində aparılmış sanballı, əhatəli,

konkret nəticələrə əsaslanan ilk elmi-

tədqiqat işlərindən biri kimi aktuallığı

ilə fərqlənir.

Ali məktəbdə mühazirə, labo -

ra to riya və seminarların keçirilmə sin -

də  informasiya  texnologiyalarının

imkanlarından istifadənin perspektiv -

lə rini şəxsi təcrübəsində tətbiq edən

müəllif tələbələrin orta məktəblərdə

pedaqoji təcrübələri zamanı onların

elmi, bioloji və texnoloji biliklərinin

tətbiqi  vəziyyətinə  nəzarət  etmək

imkanı  qazanır.  Bu  da  tədqiqatın

hər tərəfli aparılmasına və nəticələrin

müqayisəli  araşdırılmasına  zəmin

yaradır. Nəticədə tələbələri gələcək

müəllim kimi dünya standartlarına

uyğun hazırlamaqla, məktəb müəl -

lim lərinin də bu istiqamətdə məlumat

və təcrübələrinin artırılmasına, onlara

stimul verilməsinə şərait yaranır.

Naxçıvan Dövlət Universite-

tinin Zoologiya kafedrasının dosenti

Zərövşən Babayeva yeni təlim tex-

nologiyalarının biologiyanın tədrisin -

də  tətbiqi  istiqamətində  Naxçıvan

Muxtar  Respublikasında  tədqiqat

apar mış ilk araşdırmaçıdır. O, infor-

masiya  texnologiyalarının  tədrisdə

tətbiqi imkanları, mövzunun təqdim

edilməsində texnologiyalardan istifa -

də nin yeri və həcmi, dərslərdə inte-

raktiv rejimin təşkili, tələbələrin tex-

nologiyalardan, internetdən istifadə -

sinə  verilən  tələbləri  sistemli  və

əhatəli şəkildə işləyib hazırlamışdır.

Müəllifın nəşr etdirdiyi metodik və

dərs vəsaitləri (Biologiyanın tədri -

sində yeni təlim texnologiyalarindan

istifadənin metodikasi-2009; Biologi -

ya nın tədrisində İKT- dən istifadə:

interaktiv  və  ənənəvi  təlim-2011)

də tələbə və müəllimlər üçün metodik

göstərici hesab oluna bilər.

Bundan başqa, Z.Babayevanın

istifadəyə  verdiyi  biometod.net

saytında tələbə və müəllimlər üçün

zəngin  material  bazası  toplanmış,

interaktiv  dərslərin  hazırlanması

üçün hazır nümunələr verilmişdir.



Biologiyanın tədrisində texnoloji

innovasiyalardan istifadə

Y

ola  saldığımız  2015-ci  ildə



Azərbaycan milli mətbuatının

ilk  nümunəsi  olan  “Əkinçi”

qəzetinin  140  illik  yubileyi

möhtərəm  prezidentimiz  İlham

Əliyevin sərəncamı ilə geniş bayram

səviyyəsində qeyd edildi.

Universitetimizdə  də  22  iyul

tarixdə bu münasibətlə yüksək səviy -

yə li elmi konfrans keçirildi. Nax çıvan

Dövlət Universitetinin mətbuat şöbə -

si nin müdiri, filologiya üzrə fəlsəfə

doktoru Mehriban Sultan Naxçıvan

MR-in  “Əməkdar  jurnalisti”  fəxri

adına layiq görüldü. Nəhayət, ilin son-

larında  universitetimizin  dosenti

“Azər bay can ədəbiyyatı” kafedrasının

müəl li mi  filologiya  üzrə  fəlsəfə

doktoru Seyfəddin İbrahim oğlu Ey-

vazov  yaddaqalan  yubiley  ilində

“İnam işığı” adlı çox tirajlı ictimai-

siyasi hüquq qəzetini təsis edərək oxu-

cuların görüşünə gəldi.

Əlli  ilin  qabaqcıl  pedaqoqu

S.Eyvazov Azərbaycan Dövlət Peda -

qo ji  İnstitutunda  oxuduğu  dövrdən

Şərur  rayonunda  buraxılan  “Gənc

müəllim” və “İşıqlı yol” qəzetlərinin

səhifələrində  müntəzəm  çıxışlar

edirdi. Nəhayət, Azərbaycanın müs -

tə qil liyi  illərində  Ulu  Öndərimiz

Heydər  Əliyevin  söz  və  mətbuat

azad lığını ölkədə tam bərqərar et mə -

si nin  bəhrəsi  olaraq  1993-cü  il də

Şərur  rayon  ziyalıları  tərəfindən

“İnam  yolu”  adlı  qəzetin  bir  neçə

nömrəsi işıq üzü gördü.

Həmin qəzetdə aparıcı-məsul

şəxs olan Seyfəddin müəllim bunun

davamı olaraq 2015-ci ilin sonla-

rında “İnam işığı” qəzetini yenidən

nəşr etdirməyə müvəffəq oldu. 

Qəzetin nəşri sevincinə uni-

versitetimizin ziyalıları da qoşulur,

bunu həmkarımızın böyük uğuru

kimi dəyərləndirir və qəzetə uzun -

ö mürlü olmasını diləyirik.

Qoy, “İnam işığı” XXI əsrdə

müstəqil Azərbaycanımızın İnamlı

və İlhamlı uğurlarına işıq saçsın!..

Həmkarımızı bir daha təbrik

edir, bu işdə ona müvəffəqiyyətlər

arzu edirik.



Abbas Hacıyev

Filologiya üzrə fəlsəfə dokto-

ru, “Universitet dünyası” muzeyinin

müdiri,  Azərbaycan  Yazıçılar  və

Jurnalistlər Birliklərinin üzvü, qabaq -

cıl maarif xadimi


B

əşəriyyətin ən qədim şənlik lə rin -

dən,  mərasimlərindən  biri  də

məhz Novruz bayramıdır. Xalqımızın

bu günə qədər yaşatdığı, qoruyub gə -

lə cək nəsillərə ötürdüyü, müqəddəs -

ləş dirdiyi bu bayram özündə dünya-

nın  yaranma  və  yaşam  sirlərindən

tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa

ümidini əks etdirir.

Novruz yeni gün, yeni həyat

mənasını daşımaqla həm də azərbay -

can lıların  yeni  ilidir.  Çünki  məhz

Novruzda  həyat  yenidən  canlanır,

tor paq qış yuxusundan oyanır, bitkilər

baş qaldırır, ağaclar çiçəklənir, günəş

istisi artır, gecə ilə gündüz bərabərləşir

və beləliklə də yeni həyat başlayır.



Novruz bayramının mənşəyi

mətbuat tariximizdə

"Ziya" ("Ziyayi-Qafqaziyyə"),

"Kəşkül" kimi milli mətbu orqanla-

rının  yaradıcısı  Cəlal  Ünsizadənin

1885-ci  ildə  nəşr  olunan  "Novoye

obozreniye" qəzetinin 515-ci sayında

Azərbaycan xalqının milli bayramla -

rın  dan biri olan Novruz haqqındakı

"Nov ruzun mənası haqqında bir neçə

söz" adlı məqaləsi bu mənada diqqəti

cəlb edir. Məqalədə göstərilir ki, hər

bir xalqın müxtəlif bayramları, məra -

sim ləri vardır. Lakin onların heç biri

azər bay canlıların Bahar (Novruz) bay -

 ramı kimi geniş yayılmayıb. Qədim

azərbaycanlılar baharın ilk gü nü nü -

ge cə ilə gündüzün bərabərliyi, ətrafda

hər şeyin canlandığı, təbiətin qış yu -

xu sundan  oyandığı,  qarın  əridiyi,

çöl  lərin, düzlərin yaşıllaşdığı vaxtı bö-

yük sevinc hissi ilə qarşılayırdılar...

Əc  dad larımız  uzun  əsrlər  bo yu

özlərinin  bahar  fəslinə  məhəb bət -

lərini  müqəddəsləşdirərək  baharı

bolluq, məhsul bayramı, torpağın se-

vindiyi gün sayırdılar. Baharın ilk gü-

nünün bayram edilməsi yalnız azər -

bay canlılar arasında geniş yayılıb.

Daha sonra müəllif bahar bay-

ramı  haqqında  söhbətinə  davam

edərək yazır: "Novruzdan qabaq dörd

çər şənbə günü dalbadal qadınlar şə -

hər kənarına gedir, axşamlar tonqal

qalayır  və  "Ağırlığım-uğurluğum

bur da qalsın!" - deyə üç dəfə tonqal

üstündən  tullanırlar.  Oğlanlar  isə

mahnı  oxuya-oxuya  qonşuların

qapılarını gəzir.



Bayram 

hazırlığı 



ÇƏRŞƏNBƏLƏR

Bu bayrama insanlar hələ mart

ayı ilk qədəmlərini qoyandan hazır-

laşmağa başlayırlar. Bayrama hazırlıq

həyətlərdən başlayır. İnsanlar bir ay

öncədən həyətlərini, mənzillərini tə -

miz ləyir,  ağacları  rəngləyirlər.  Və

bununla da sanki yeni ilə təmiz çıxır -

lar.  Uzun  əsrlər  boyu  formalaşan

inanca görə, yeni ili necə qarşılasan,

il boyu eyni şəkildə davam edəcəksən.

Bu  səbəbdən  də  insanlar  təkcə  ev-

eşik lərini yır-yığış etmir, eyni zaman -

da uşaqlara və özlərinə təzə libas alır-

lar. Bayram günü yaxınlaşdıqca in-

sanlar biş-düşlərini edər, şirniyyatlarını

bişirər, çərəzlərini hazırlayarlar. 

Novruz gününə aparan yol 4

çər şənbədən  keçir.  Bunlar  su,  od,

tor paq və yel çərşənbələridir. Sonuncu

həm də İlaxır çərşənbə adlanır. Bu gü -

nü müzə qədər yaşayan inanca görə,

su çərşənbəsində su və su mənbələri

təmizlənir və təzələnir. İkinci çərşən -

bə nin odla əlaqələndirilməsi də əbəs

yerə deyil. O, günəşin hərarətinin art -

ma sı ilə izah olunur. Üçüncü çərşən -

bə də torpaq oyanır. İlaxır çərşənbədə

isə küləyin köməyi ilə ağaclar tumur -

cuq layır.  Nəticədə  bütün  bunların

vəhdəti ilə bütövlükdə təbiət canlanır,

yenilənir.

Çərşənbələrdə,  xüsusən  də

İlaxır çərşənbəsində və eyni zaman-

da bayram günündə hava qaralana ya-

xın tonqal qalanar və yaşından asılı

olmayaraq hər kəs onun üzərindən tul-

lanar. İnsanlar od üzərindən atlanaraq

bu sözləri deyərlər: "Ağırlığım, uğur-

luğum  burda  qalsın!!!",  "Dərdim,

bə lam  odda  yansın".  İnanca  görə,

odun üzərindən tullandıqdan və nə -

zər də tutulan sözlər deyildikdən son-

ra onlar köhnə ilin dərdindən, bəla la -

rın dan, xəstəliklərindən qurtulacaq,

yeni ilə paklanmış, təmizlənmiş, sağ-

lam olaraq gedəcəklər. 

İlaxır  çərşənbədə  və  bayram

gü nü  insanlar  qəbir  üstünə  gedər,

va li deynlərinin və yaxınlarının məzarı

üzərinə gül qoyar, yasin oxutdurarlar.

Bu  da  dünyadan  köçən  əzizlərə

hörmət,  keçmişini  unutmamaq

mahiyyəti daşıyır.

Yumurta  döyüşdürmək  də

Novruzun gözəl oyunlarından biridir.

İnsanlar rənglənmiş bayram yumurta -

la rını döyüşdürər və bu zaman qırıl -

mayan yumurtanın sahibi qalib gələr.   

Novruz süfrəsi,  xörəkləri və

şirniyyatları

Bayram günü süfrəni bəzəyən -

də  7  cür  nemət  masaya  qoyulur.

Bun lar su (təmizlik), güzgü (paklıq

mənasında, yəni insanlar ona yalan-

dan,  paxıllıqdan,  xudpəsəndlikdən

uzaq  olsun  deyə  baxarlar),  səməni

(təbi ətin oyanması), balıq (bu heyvan

çox çevik olduğundan insanların da

həyatda çevik olması arzulanır), alma

(xoş ətirli olduğu üçün), halva (şirin -

lik) və fincan içərisində qoyulan qı -

zıl  dır  (bu  da  var-dövlət  rəmzidir).

Bundan əlavə, əvvəllər bayram xonça -

sın da 7 rəngdə şam yandırılması da

ən ə nələrdən  sayılır.  Son  zamanlar

isə əsasən ailənin üzvlərinin sayı qə -

dər şam yandırılır. Şamı kimsə sön -

dür məməlidir, sona qədər yanmalı və

özü sönməlidir. Deyilənə görə, hər ya-

nan şam ailənin bir üzvünün həyat

yolunu göstərir.

Bayram  süfrəsini  rənglənmiş

yumurtalar da bəzəyir. Bu da canlı alə -

min  yaranışına  işarədir.  Yumurta

adətən qırmızı rənglə boyanır. Qırmızı

rəng isə bəşəriyyətin şadyanalıq için -

də yaşamaq istəyinin təcəssümüdür.

Milli Kulinariya Mərkəzinin rəhbəri

Tahir  Əmiraslanov  hesab  edir  ki,

yu mur ta həm də cansızdan canlıya ke-

çidin simvoludur: "Yəni soruşurlar ki,

yumurta birinci yaranıb, yoxsa toyuq.

Cavab verilir ki, birinci yumurta ya-

ranıb. Çünki canlılar cansızdan əmələ

gəlib. Allah əvvəlcə torpağı yaradıb,

sonra  ondan  insanı  və  heyvanları

yaradıb. Yumurta  isə  həm  canlıdır,

həm də cansız".

Yeddi rəqəmi azərbaycanlıların

düşüncəsinə görə müqəddəs olduğun -

dan süfrədə 7 cür xörək, 7 cür şirniy -

yat və 7 cür qovurğanın olması xalqı -

mız tərəfindən vacib sayılır. Müxtəlif

bölgələrdə bayram süfrəsi üçün hazır -

la nan  yemək  çeşidləri  də  fərqlidir.

Cənub bölgəsində xörək siyahısına

plov (aş), balıq ləvəngisi (süfrəyə balı -

ğın başının da qoyulması vacibdir),

qatıqlı tərə, göy küküsü, səbzi, yarpaq

dolması və şabalıdqovurma daxildir.

Şirniyyatlara isə şorqoğalı, şəkərbura,

paxlava, badambura, rulet (qatlama),

partdama, qəndçörək aiddir. Novru -

zun əsas atributu isə paxlava və şə kər -

buradır. Şəkərbura həm də ayın sim-

voludur. Şorqoğal isə günəşin sim-

voludur".

Qovurğada isə buğda, çətənə,

küncüt və boranı tumu olur. Eyni za-

manda noxud, mərci də əlavə olunur. 

Novruzun daha bir tərəfi onun

simvolik personajları - Keçəl, Kosa

və Bahar qızı ilə bağlıdır. Keçəl tə biə -

tin oyanışdan əvvəlki dövrünü, Kosa

ruzi-bərəkəti, Bahar qızı isə bitki ör -

tü yünün cücərməsini xarakterizə edir. 

İnanclar, xoş sözlər və fallar

Hər kəs Novruz bayramını öz

evində qeyd etməlidir. Əks təqdirdə

şəxs 7 il bayram axşamı evində ola

bilməyəcək. Novruzun əsas tələblərin -

dən biri də küsülülərin barışmasıdır.

Bu da xalqın birliyə, həmrəyliyə də -

vət olunması xarakterini daşıyır.

İlaxır  çərşənbədə  və  bayram

günündə qeybətə yol verilməməsi və

yalnız xoş sözlər danışmaq tövsiyə

olunur.  Çünki  həmin  günü  cavan

oğlan və qızlar ürəklərində arzu tu-

taraq  qulaq  falına,  yəni  qonşuların

etdiyi söhbətə gizlincə qulaq asmağa

gedərlər. İnanca görə, pusulan qapı-

dan  ilk  eşidilən  sözdən  arzulanan

niyyətin baş tutub-tutmayacağı bəlli

olur. Əgər qulaq asan şəxs xoş söz

eşidərsə,  onun  da  arzusu  yeni  ildə

yerinə yetəcək.

Novruzun ənənələrindən biri də

uşaqların qonşulara, qohumlara papaq

atmasıdır. Yeniyetmələr əsasən İlaxır

çərşənbədə papaq atarlar. Papaq atılan

evdə isə onun bayram nemətləri ilə

doldurular  və  sahibinə  qaytarılar.

Bu nun da mənası var. İnanca görə, in-

sanlar bu addımları ilə bişirdiklərini

paylaşar və kasıb ailələrə əl tutarlar.

Çünki Novruz maddi vəziyyətindən

asılı olmayaraq hər kəsin şənləndiyi

bir bayramdır.

Bayram günü bütün mənzil lə -

rin  qapıları  açıq  olar.  Səhərisi  isə

insan lar  bir-birinin  evinə  gedərək

bayramlarını təbrik edərlər.

Bayramın  səhərisi,  hava  yarı

işıqlanan  zaman  insanlar  evlərdən

çıxar  və  axır  suyun  (adətən  çayın)

yanına gedərək günəşi qarşılayarlar.

Bu zaman çayın suyu ilə əl-üzlərini

yuyarlar. İnanca görə, bu su ilə əl-

üzünü  yumaq  təmizlənmək,

paklanmaq deməkdir.

Axar suda təmizlənən insanlar

geri qayıdanda isə kuzələrdə həmin

sudan evlərinə gətirərlər. Bu su ilə

xəstələrinin əl-üzlərini yuyar və bu-

nunla da onların tezliklə şəfa tapa-

caqlarına  inanarlar.  Onu  da  qeyd

edək ki, çaydan gətirilən sudan həyət-

bacalarına və evlərinin dörd tərəfinə

səpərlər. Bu da bolluğun-bərəkətin ol-

masını arzulamaq anlamına gəlir.

Redaktor:

Şəhla Şirəliyeva

shshahla36@gmail.com

Qeydiyyat №330

Sifariş № 

Tiraj 300

Ünvan: AZ 7012, 

Naxçıvan şəhəri, 

Universitet şəhərciyi

Telefonlar:

544-08-61 (13-60)

yenifikir.ndu@gmail.com

Dizayner: 

Samir Tarverdiyev

“Əcəmi” Nəşriyyat-Poliqrafiya

Birliyində ofset üsulu ilə çap

olunmuşdur.

4/ SƏRBƏST                             

YENİ FİKİR

MART 2016

Novruz bayramı - milli mənəvi dəyərlərin

əbədiyaşarlıq rəmzidir

Məntiqi suallar

1) Bazara  zənbildə   yumurta  aparan  bir  qadınla  yoldan  keçən

bir   nəfər təsadüfən  toqquşur.Nəticədə  Zənbil  qadının  əlindən yerə

düşür    və    yumurtalar    sınır.Yumurtaların    haqqını    ödəmək  istəyən

günahkar  qadından  zənbildə  nə  qədəryumurta  olduğunu  soruşur.

Dəqiq  bilmirəm,  lakin mən  yumurttaları zənbildən  iki-iki , üç-üç ,

dörd-dörd  ,  beş-beş,  altı-altı      çıxartdıqda    hər    dəfə    zənbildə    bir

yumutta   qalırdı,  amma  yeddi- yeddi  çıxartdıqda  zənbildə  heç nə

qalmırdı .Sizcə  zənbildə  neçə  yumutta  olub?

2)  10  kisədə  xırda  pullar  var.  9  kisədəki  pullar  həqiqi  (10

qramdır),  ancaq  bir  kisədəki  pullar  saxtadır(11  qramdır).  Bir  dəfə

çəkməklə necə müəyyən etmək olar ki, hansı kisədəki pul saxtadır.

Bunu necə etmək olar?

3)  Hündürlükləri bərabər olan iki şamı eyni zamanda yandırdılar.

Şamların biri 2 saat, ikincisi isə 8 saat yana bilər. Neçə saatdan sonra

biri o birindən iki dəfə hündür olar? 

4)  Bir  gün  iki  dost  şəxsi  atlarıyla  at  yarışına  çıxmaq  qərarına

gəlirlər.  Lakin  hakim  qəribə  bir  şərt  qoyur  ki,  kimin  atı  axırda

gələrsə,  o  qalib  olacaq.  Hər  iki  dost  start  vəziyyətini  alır,  ancaq

hakim  fiti  çalandan  sonra  heç  biri  atı  sürmək  istəmir,  çünki  finişi

birinci keçən uduzacaq. Hakim onlara nə məsləhət gördü ki, oyunun

şərtlərini dəyişmədən yarış uğurla başa çatdı?

A

merikalı biokimyaçı və ney-



robioloqlar tərəfindən yara-

dılmış qurğu yeni bacarıqlara asan

və sürətli şəkildə yiyələnməyə im -

kan verir. Cihaz çoxlu sayda elek -

troddan  ibarət  futuristik  şlemi

xatırladır və beynin müəyyən sa -

hə lərinə zəif elektrik cərə ya nının

verilməsini mümkün edir.

"Biz  6  kommersiya  və

hərbi  pilotun  beyninin  fəaliy -

yətini araşdırmışıq və daha son -

ra bu fəaliyyət modelini ye ni pi-

lotların  beyninə  yüklə mə yə  ça-

lışmışıq" – doktor Metyu Fillips

deyib.

"ICTnews" Elektron Xəbər



Xidməti  "newsland.ru"  saytına

istinadən yazır ki, nəticədə gənc

pilotlar qrupu yeni bacarıqları daha

yaxşı və sürətli mənimsəyiblər.

Alimlərin fikrinə görə, gələcək -

də "beyin" üçün belə trenajor adiləşə

bilər.  Bundan  başqa,  beynin  elek-

trostimulyasiyası bəzi pasiyent lərə in-

sultdan  sonra  daha  tez  sağalmağa

kömək edə bilər.



Alimlər beyinə bilik yükləmək

üçün şlem yaradıblar

Ötən saydakı məntiqi sualların cavabları:

1) 16 ədəd qəpik yerləşir.

2) 750 azn-ə alıb - 600 azn-ə satıb, 500 azn-ə alıb - 600 azn-ə

satıb.  Nəticə:  alanda  1250  azn  pul  verib,  satanda  1200  azn-ə  satıb.

yəni 50 azn ziyandadır.

3) Ağaclar hərəsində 3 ağac olmaqla 3 sıra halında əkilir.

4)  Baba,  ata  və  oğul  olduqları  üçün  iki  oğlun  pullarının  cəmi

yalnız 150 manat artıb.



Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə