HeydəR ƏLİyev ndu-nun 50 İllİk yUbİleyİ Naxçıvan dövlət texNİkİ kollecİNDə qeyD olunub professor yavUz axundlunun



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
tarix28.06.2018
ölçüsü2,92 Mb.
#52336


NaxçıvaN Dövlət UNİversİtetİ azərbaycaNıN əN Dəyərlİ, qabaqcıl alİ məktəblərİNDəN bİrİDİr

NDU-NUN “fİkİr” İNformasİya bülleteNİNə əlavə                       14 iyul 2017-ci il, №2(18) 

HEYDƏR ƏLİYEV

NDU-NUN 50 İllİk 

yUbİleyİ 

NaxçıvaN Dövlət

texNİkİ kollecİNDə

qeyD olUNUb

professor 

yavUz axUNDlUNUN 

90 İllİk yUbİleyİ 

qeyD olUNUb

“xəmsə” 

İNtellektUal 

oyUNUNDa NDU

bİrİNcİ yerə 

layİq görülüb

NaxçıvaN Dövlət

UNversİtetİNİN

kollektİvİ Nəbatat

bağıNDa

səhifə-2-də

səhifə-3-də

səhifə-2-də

səhifə-3-də

NaxçıvaN Dövlət

UNİversİtetİ məNİm

həyatımDa

səhifə-4-də

B

elçika  Krallığının  ölkə miz -



dəki fövqəladə və səlahiyyətli

səfiri  Bert  Skufs  Naxçıvan

Muxtar  Respublikasına  səfəri

çərçivəsində Naxçıvan Dövlət Uni-

versitetində olub. 

Universitetlə  tanışlıq  zamanı

səfir əvvəlcə İnformasiya-Kommu-

nikasiya texnologiyaları mərkəzinə

gələrək  burada  fəaliyyət  göstərən

kamera  nəzarət  sistemi,  server  və

texniki təminat otaqlarının işi ilə ya-

xından tanış olub. Səfirə məlumat ve-

rilib ki, kamera nəzarət sistemi ota-

ğında 2 kompüter, kameralara nəzarət

etmək üçün 2 monitor quraşdırılıb.

Mərkəzdə bütün məlumatların yad-

daş serveri, İP telefon serveri, müşa -

hidə kameralarının yaddaş qurğusu,

elektron  təhsil  serveri,  akademik

idarə etmə serveri, 2 ədəd portal ser-

veri,  bütün  məlumatların  arxivləş -

dirilməsi  üçün  server,  messenger

server, elektron poçt serveri yerləş -

dirilib. Media mərkəzində olan səfir

Universitet televiziyasında verilişlərin

hazırlanması, onlayn dərslərin yazıl-

ması  prosesini  izləyib,  çəkilişlərin

aparıldlğı studiyada olub.

Keçirilən  ikitərəfli  görüş  za-

manı rektor, AMEA-nın müxbir üzvü

Saleh  Məhərrəmov  qonağı  salam -

layaraq  rəhbərlik  etdiyi  ali  təhsil

ocağının strukturu, fakültələri,tədris

olunan  ixtisaslar  və  beynəlxalq

əlaqələri  haqqında  geniş  məlumat

verib.  Qeyd  olunub  ki,  Naxçıvan

Dövlət  Universiteti  TEMPUS  və

Erasmus+ beynəlxalq təhsil proqram -

ları üzrə müxtəlif layihələrin fəal iş-

tirakçılarından biridir və həmin layi -

hə lər çərçivəsində İspaniya, Avstriya,

Polşa,  Rumıniya,  Çexiya  və  digər

dünya  universitetləri  ilə  müəllim-

tələbə  mübadiləsini  uğurla  həyata

keçirməkdədir. Həmçinin universite -

tin müəllim və tələbələri mütəmadi

olaraq  dünya  universitetlərində

müxtəlif treninq və təcrübələrdə olur-

lar. Hazırda universitetdə təhsil alan

xarici tələbələrin sayı 250-ə yaxındır.

Rektor dünya universitetlərilə əmək -

daşlığın  genişlənməsində  maraqlı

olduğunu və yaxın gələcəkdə Belçi-

ka universitetləri ilə də təhsil sahəsin -

də əlaqələrin qurulacağına ümidvar

olduğunu bildirib.

Universitetin Beynəlxalq əlaqə -

lər üzrə prorektoru, dosent Seymur

Talıbov  səfiri    salamlayaraq  diplo-

matın Naxçıvan Dövlət Universitetinə

gəlişindən məmnunluğunu bildirib. 

Belçika  Krallığının  ölkəmiz -

dəki fövqəladə və səlahiyyətli səfiri

Bert Skufs səmimi qəbula görə dərin

minnətdarlığını ifadə edib. Səfir Nax-

çıvanda Avropa standartlarına cavab

verən və geniş beynəlxalq əlaqələrə

malik  ali  təhsil  ocağının  fəaliyyət

göstərməsini ölkə və muxtar respub -

lika rəhbərliyinin təhsil sahəsindəki

böyük nailiyyəti kimi dəyərlən dirib.

Sonra universitet rəhbərliyinə hədiyyə

təqdim olunub.

Nərmin cabbarova

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

belçİka  krallığıNıN  səfİrİ 

NaxçıvaN  Dövlət  UNİversİtetİNDə

N

axçıvan Dövlət Universite -



tində  ümummilli  lider

Heydər  Əliyevin Azərbay -

can da siyasi hakimiyyətə gəlməsinin

48-ci  ildönümü  qeyd  olunub.  Bu

münasibətlə  universitetdə  fəaliyyət

göstərən “Heydər Əliyev lektoriya-

sı”nın 215-ci məşğələsi keçirilib.

Tədbiri giriş sözü ilə açan uni-

versitetin rektoru, AMEA-nın müx-

bir üzvü Saleh Məhərrəmov Azər bay -

canın çoxəsrlik dövlətçilik tarixində

Heydər Əliyev epoxasının müstəsna

yeri və rolu olduğunu deyib. Vurğu-

lanıb ki, xalq və dövlət naminə gər -

gin, qətiyyətli, fədakar və yorulmaz

fəaliyyəti  xalqımızın  böyük  oğlu

Heydər Əliyevi Azərbaycan xalqının

ümummilli lideri səviyyəsinə yük səl -

dib. Dahi şəxsiyyət Azər bay canda si-

yasi hakimiyyətə gəl mək lə milli in-

kişaf platformasını ger çəkləşdirməyə

müvəffəq olub ki, bu da, öz növ bə sin -

də, Azərbaycanı dövlət müstəqilliyinə

hazırlamaq idi. 

“Daimi inkişafa və tərəqqiyə

qovuşan yolun başlanğıcı” adlı çıxı-

şında ümumi tarix kafedrasının do-

senti, ta rix üzrə fəlsəfə doktoru İs-

mayıl Zeynalov qeyd edib ki, 14 iyul

tarixi  Azər baycanın  həyatında  ona

görə  dönüş  günüdür  ki,  o  gündən

Azər baycanda Heydər Əliyev yolu

başlayıb. Azər bay can Heydər Əliyev

yolu ilə tanınıb, inkişaf edib, azad və

müstəqil  olub.  Ümummilli  lider

Heydər Əliyevin siyasi hakimiyyətə

gəlməsi ilə Azərbaycan sanki yenidən

doğu lub. Dahi rəhbər Heydər Əliyev

iki bir-birinə zidd olan quruluşda –

sosializm və kapita liz mdə Azərbay -

canı məharətlə idarə etməyi bacarıb.

Ulu öndər Heydər Əliyevin siyasi ha -

ki  miy yətə gəlməsi ilə iqtisadiyyatın

artım tempinə görə o vaxt SSRİ res -

pub  likaları arasında qabaqcıl möv qe -

yə çıxan Azərbaycan məhz bu gün

dün   yada ən sürətli inkişaf edən iqtisa -

diyyata malik ölkə kimi tanınır. Ən

önəm lisi də odur ki, bu yüksəliş istər

o dövrdə, istərsə də son ra kı illərdə və

indi də həyatımızın bü tün sahələrində

özünü göstərmək dədir. 

Universitetin  elmi  işlər  üzrə

prorektoru, fizika üzrə fəlsədə dokto -

ru, dosent Mübariz Nuriyev isə qeyd

edib  ki,  Azərbaycan  deyəndə  göz

önün  də əzəmətli, əlçatmaz bir zirvə

– Heydər Əliyev zirvəsi ucalır. Bu

zirvə dünyanın hər yerindən görünür.

Dahi şəxsiyyət Heydər Əliyev Azər -

bay canın ucalığı, əzəməti, vüqarıdır.

Tədbirə  yekun  vuran  rektor

bir daha vurğulayıb ki, illər ötdükcə

ulu öndər Heydər Əliyevin böyüklüyü

daha dərindən dərk edilir. Ümummilli

liderimizin zəngin irsinə dərin ehti-

ram, siyasi xəttinə dönməz sədaqət

daha uğurlu nəticələrə, işıqlı gələcəyə

yol açır.

14 İyUl – azərbaycaNıN həyatıNDa

DöNüş güNü

N

axçıvan  Muxtar  Respub -



likası Ali  Məclisi  Sədrinin

Naxçıvan Dövlət Universi-

tetinin 50 illik yubileyinin keçirilməsi

haqqında 14 yanvar 2017-ci il tarixli

Sərəncamdan irəli gələn  “Tədbirlər

planı”na  uyğun  olaraq  Naxçıvan

Muxtar  Respublikası  Ali  Məclisi

Sədri  yanında  Gənclər  Fondu  və

Naxçıvan  Dövlət  Universitetinin

birgə təşkilatçılığı ilə keçirilən yazı

müsabiqəsinə  yekun  vurulub.  Bu

münasibətlə keçirilən tədbirdə çıxış

edən universitetin rektoru, AMEA-

nın müxbir üzvü Saleh Məhərrəmov

yüksək  ixtisaslı  kadrların  yetiş mə -

sində, elmi və ali təhsil mühitinin for-

malaşmasında Naxçıvan Dövlət Uni-

versitetinin artan nüfuzundan və son

illərdə qazanılan uğurlardan danışıb.

Rektor hərtərəfli dövlət qayğısı ilə

əhatə olunan universitet gənclərini

göstərilən yüksək qayğıdan layiqincə

bəhrələnməyə,  ölkəmizin  parlaq

gələcəyi və hərtərəfi inkişafı naminə

səylə çalışmağa səsləyib.  

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi Sədri yanında Gənclər

Fondunun icraçı direktoru Məmməd

Babayev  həyatımızın  müxtəlif

sahələrində gənclərin rolundan da-

nışıb. Vurğulanıb ki, Naxçıvan Dövlət

Univer siteti məzunları muxtar res-

publikanın ictimai-siyasi həyatında

aktiv rol oynayır, bugünkü gənclik

mədə niy yət, incəsənət, iqtisadiyyat və

digər sahələrdə nailiyyətlər qazanır,

dövlətçiliyin möhkəmləndirilməsində

yaxından iştirak edir. 

Müsabiqə  komissiyasının

sədri, Jurnalistika və Dünya ədəbiy -

yatı  kafedrasının  müdiri  Şəhla

Şirəliyeva tələbələrin təqdim etdiyi

yazıları dəyərləndirib. 

Dünya ədəbiyyatı ixtisası üzrə

II  kurs  magistrant  Səbinə  Əliyeva

“Naxçıvan Dövlət Universiteti mə nim

həyatımda” adlı yazı müsa biqəsinin

qalibi  elan  olunub.  Menecment

ixtisası üzrə IV kurs tələbəsi Əjdər

Hacızadə II, Jurnalistika ixtisası üzrə

IV kurs tələbəsi Telli Musta fayeva isə

III yeri tutub. Jurnalistika ixtisasının

IV  kurs  tələbəsi  Aygün  Kürdova,

Pedaqogika  nəzəriyyəsi  və  tarixi

ixtisası üzrə I kurs magistrant Günel

Nəsirli  həvəsləndirici  yerlərə  layiq

görülüblər. 

Müsabiqədə fərqlənən tələ bə -

lər  Universitetin rektoru tərəfindən

sertifikat və pul mükafatı, Ali Məclisi

Sədri  yanında  Gənclər  Fondunun

icraçı direktoru Məmməd Babayev

tərəfindən diplomla təltif olunublar.

Mükafatçılardan Əjdər Hacı -

zadə  gös tə rilən  diqqət  və  qayğıya

görə  tələbələr  adından  öz  minnət -

darlığını bildirib.

səadət əliyeva

NDU-nun Mətbuat şöbəsinin müdiri

“NaxçıvaN Dövlət UNİversİtetİ məNİm

həyatımDa” yazı müsabİqəsİNİN

mükafatlaNDırma mərasİmİ olUb



2  / güNDəm                       

yeNİ fİkİr

İyUl  2017

N

axçıvan Dövlət Universite -



tinin  müəllim  heyəti

Naxçıvan  Dövlət  Texniki

kollecində təşkil olunan və ali təhsil

ocağının  50  illik  yubileyinə  həsr

olunmuş  konfransda iştirak edib.

Naxçıvan  şəhər  Təhsil  şöbə -

sinin  müdir  əvəzi  Elşən  Qəbulov

tədbiri açaraq qonaqları salamlayıb,

məzunu  olduğu  universitetlə  bağlı

xatirələrini bölüşüb. 

Universitetin tədris işləri üzrə

prorektoru, dosent Surə Seyid Azər -

bay canın qabaqcıl ali təhsil ocaqla-

rından biri olan Naxçıvan Dövlət Uni-

versitetinin  yaranma  tarixi,  inkişaf

yolu,  tədris  prosesi,  beynəlxalq

əlaqələri  və  nailiyyətləri  haqqında

ətraflı məlumat verib. Prorektor vur-

ğulayıb ki,ölkə rəhbərliyinin və mux-

tar respublika Ali Məclisi Sədrinin

təhsilə  göstərdiyi  yüksək  qayğısı

sayəsində  universitetin  tədris  kor-

pusları yenidən qurulub, auditoriyalar,

kabinə və laboratoriyalar ən müasir

texnoloji  avadanlıqlarla  təchiz

olunaraq  müəllim  və  tələbələrin

istifadəsinə verilib. Məhz bu diqqət

və qayğının nəticəsidir ki, Naxçıvan

Dövlət Universiteti iki dəfə-2014-cü

ildə  799  balla  və  2017-ci  ildə  827

balla Azərbaycan Ali Təhsil Müəssi -

sələri içərisində 1-ci yerə layiq gö-

rülüb. Prorektor  tədbir iştirakçılarını

və  muxtar  respublika  ziyalılarını

əlamətdar  yubiley  münasibətilə

təbrik edib.

Azərbaycan tarixi kafedrasının

müdiri,  AMEA-nın  müxbir  üzvü

Zəhmət  Şahverdiyev,  Universitetin

Tədris şöbəsinin müdiri, dosent Rafiq

Rəhimov, Ümumi tarix kafedrasının

müdiri, dosent İlqar Kəngərli çıxış

edərək təmsil etdikləri universitetin

istər təhsilin və tədrisin keyfiyyətinə,

nizam-intizamına, istərsə də maddi-

texniki  bazanın  imkanlarına  görə

heç də dünya universitetlərindən geri

qalmadığını,  burada  gələcəyin

mütəxəssislərinin  yetişməsi  üçün

lazımi  şəraitin  mövcud  olduğunu

bildiriblər. 

Texniki kollecin direktoru Asəf

Ruşanov, Naxçıvan şəhər 14 nömrəli

tam  orta  məktəbin  müdiri  Gülşən

Ağayeva,  12  nömrəli  tam  orta

məktəbin müdiri Əli Novruzov, 10

nömrəli  tam  orta  məktəbin  müdiri

Əkbər  İbrahimov,  Naxçıvan  şəhər

Təhsil şöbəsinin metodkabinet müdiri,

pedaqogika  üzrə  fəlsəfə  doktoru

Qızıllı Əliyeva,Təhsil şöbəsinin baş

məsləhətçisi  Gülxanım  Orucova,

çıxış edərək bu universitetin onların

həyatında  əvəzsiz  rol  oynadığını,

əldə etdikləri nailiyyətlərə, bu gün tut-

duqları mövqelərə görə məhz bu ali

təhsil  ocağının  professor-müəllim

heyətinə borclu və minnətdar olduq-

larını bildiriblər.

Sonda “Naxçıvan Dövlət Uni-

versitetinin inkişaf yolu” adlı film nü-

mayiş olunub.



Nərmin cabbarova

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

NDU-NUN 50 İllİk yUbİleyİ 

NaxçıvaN Dövlət texNİkİ

kollecİNDə qeyD olUNUb

N

axçıvan Dövlət Universite-



tinin    50  illik  yubileyinə

həsr olunmuş  növbəti  tədbir

Babək  rayonunda  da qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ali

Məclisi  Sədrinin  Naxçıvan  Dövlət

Universitetinin  50  illik  yubileyinin

keçirilməsi haqqında 14 yanvar 2017-

ci il tarixdə imzaladığı Sərəncama uy-

ğun olaraq keçirilən tədbiri  muxtar

respublikanın Təhsil naziri Məmməd

Qəribov  açaraq  elm  və  təhsilin

hərtərəfli inkişafına göstərilən  yüksək

dövlət  qayğısından  danışıb.  Nazir

qeyd edib ki, təkcə 2016-cı ildə mux-

tar respublikada ümumilikdə 3414 şa-

gird yerlik 12 məktəb binası istifadəyə

verilib, 3 tədris müəssisəsi isə yenidən

qurulub. Naxçıvan Dövlət Universiteti

ilə ümumtəhsil məktəb lərinin birgə

fəaliyyətinin  təhsil  strategiyasının

əsasını  təşkil  etməsini  vurğulayan

natiq muxtar respublikada 500-700

bal  intervalında  nəticə  göstərən

abituriyentlərin  məhz  Naxçıvan

Dövlət Universitetini seçməsini bu ali

təhsil ocağına olan inamın ifadəsi kimi

dəyərləndirib. Nazir universitetin 50

illik yubileyi münasibətilə universitet

əməkdaşlarını təbrik edib və ali təhsil

ocağının gələcək fəaliyyətində uğur-

lar arzulayıb. 

Naxçıvan Dövlət Universiteti-

nin  yarandığı  gündən  müasir

dövrümüzə  qədərki  inkişaf  yoluna

nəzər salan  rektor, AMEA-nın müx-

bir üzvü Saleh Məhərrəmov ali təhsil

ocağının klassik həm də dünyəvi bir

universitet  olduğunu  vurğulayıb.

Qeyd olunub ki, dünyanın 50-dən çox

ölkəsinin  80-dən  çox  tanınmış  ali

təhsil  ocağı  ilə  beynəlxalq  əmək -

daşlığı  olan  universitet  TEMPUS

proqramı çərçivəsində 5 beynəlxalq

layihənin iştirakçısıdır. Rektor uni-

versitetin  2014-cü  ildə  799  balla,

2017-ci ildə isə 827 balla Azərbaycan

Respublikasının  ali  məktəblərinin

reytinq cədvəli üzrə birinci yerə layiq

görülməsini bu ali təhsil ocağının ar-

tan  nüfuzunun  göstəricisi  kimi

qiymətləndirib. 

Tarix-filologiya  fakültəsinin

dekanı,  tarix  üzrə  fəlsəfə  doktoru

dosent Rəsul Bağırov qeyd edib ki,

fəxr ediləsi haldır ki, Babək rayonu

və kəndlərindəki müəllimlərin, ziyalı

və  dövlət  məmurlarının  bir  çoxu

məhz  Naxçıvan  Dövlət  Universi -

tetinin məzunlarıdır. 

Babək Rayon Təhsil Şöbəsinin

müdiri Ovni Muradov yerli kadrların

hazırlanmasında  Naxçıvan  Dövlət

Universitetinin  mühüm  rola  malik

olduğunu önə çəkib. 

Sonra “Naxçıvan Dövlət Uni-

versitetinin inkişaf yolu” adlı filmə

baxış olub. Rayon mədəniyyət evində

keçirilən yubiley tədbirində İncəsənət

fakültəsinin bir qrup tələbələsi kon-

sert proqramı ilə çıxış edib.

Qeyd  edək  ki,  Babək

rayonunda  təşkil olunan bu məra -

simlə Naxçıvan Dövlət Universiteti-

nin 50 illik yubileyinin muxtar res-

publikamızın  rayonlarında  qeyd

olunması ilə bağlı silsilə tədbirlərə ye-

kun vurulub. 

NDU-NUN 50 İllİk  yUbİleyİNİN 

qeyD olUNması İlə bağlı 

sİlsİlə təDbİrlərə yekUN vUrUlUb 

“A

vropa Nəşr Mətbuat



Evi” mükafat komis -

si   ya sının qərarı ilə

Naxçıvan  Dövlət Universitetinin  üç

müəllimi  “Ən  yaxşı  vətənpərvər

tədqiqatçı  alim”  qızıl  medalı  ilə

təltif olunub. Mükafatlar müəyyən -

ləş dirilərkən hər üç alimin istedadlı

gənc mütəxəssislərin hazırlanması,

onlara  vətənpərvərlik  hisslərinin

aşı lan ması  sahəsindəki  səmərəli

fəaliyyəti və cəmiyyətdəki fəal ziya lı

mövqeyi  əsas  götürülüb.  Belə  ki,

universitetin Tibb fakültəsinin de-

kanı, dosent Elsevər Əsədov bitki

mənşə li arıçılıq məhsullarının bio -

kimyə vi, bioekoloji xüsusiyyətləri,

keyfiyyət  göstəriciləri  sahəsində

apardığı uğurlu elmi tədqiqatlarına,

o  cümlədən  elmi-publisistik

kitablarına,  dərs  vəsaitlərinə  və

ölkədə biologiya elminin inkişafına

göstərdiyi xidmətlərə, həmin fakül -

tənin Tibbi Klinik Fənnlər kafedra-

sının dosenti, tibb üzrə elmlər dok-

toru  İsa  Abdullayev  kəskin  des-

truktiv pankreatitlərin kriodestruk-

siyası, müalicəsi, peritonitlərin kom-

pleks  müalicəsinin  nəticələrinin

yaxşılaşdırılması yolları, həmin ka-

fedranın dosenti Gültəkin Əliyeva

isə izoimmunizasiya fonunda gedən

xroniki toksoplazmozun hamiləliyin

başa  çatmamasında  etioloji  rolu

sahəsində  apardıqları  uğurlu  elmi

tədqiqatlara görə “Ən yaxşı vətən -

pərvər tədqiqatçı alim” qızıl meda-

lına layiq görülüblər. Mükafat ko-

missiyası alimlərin elmi-publisistik

kitablarını və ölkədə tibb elminin in-

kişafına göstərdikləri xidmətləri də

nəzərə alıb. 

Bu  münasibətlə  keçirilən

tədbirdə  çıxış  edən  universitetin

rektoru,  AMEA-nın  müxbir  üzvü

Saleh Məhərrəmov ölkəmizin iqtisa -

di qüdrətinin artması fonunda sosial

sahəyə daha çox diqqətin göstərildi -

yini önə çəkib.  Vurğulanıb ki, son

illər  səhiyyə  xidməti  sahəsində

həyata  keçirilən  məqsəd yönlü

tədbir lər nəticəsində əhalinin sağ-

lamlığının  qorunması  və  tibbi

xidmətin keyfiyyətinin yaxşılaşdı-

rılması  istiqamətində  mühüm

uğurlar  əldə  olunub.  Muxtar  res-

publikada  peşə kar  həkimlərin  işi

layiqincə  qiymət lən dirilir,  deyən

rektor  universitet  müəllimlərinin

qazandığı  bu  uğuru  Naxçıvanda

səhiyyə sisteminə göstərilən qayğı-

nın  bariz  nümunəsi  kimi

dəyərləndirib. 

Mükafata layiq görülənlərdən

İsa  Abdullayev  həmkarları  adın-

dan  yaradılan  şəraitə,  göstərilən

diqqət və qayğıya görə minnətdarlıq

edib. 

Sonra “Ən yaxşı vətənpərvər



tədqiqatçı  alim”  qızıl  medalı  və

diplomlar  müəllimlərə  təqdim

olunub.  

Nərmin cabbarova

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

NaxçıvaN  Dövlət UNİversİtetİNİN

müəllİmlərİ NüfUzlU 

mükafata layİq görülüb

N

axçıvan  Dövlət  Universi-



tetinin  kollektivi  “Muzey

günləri” çərçivəsində Babək

Rayon  Şıxmahmud  kəndi  yaxın -

lığında  yerləşən  Nəbatat  bağında

olublar. 

Ziyarətçilərə məlumat verilib

ki, bu unikal məkanın yaradılmasın -

da əsas məqsəd insanların Avstrali-

yanın, Afrikanın, Amerikanın, Aralıq

dənizi ölkələrinin, Cənub-Şərqi Asi-

yanın, Orta Asiyanın, Uzaq Şərqin,

Qafqazın zəngin flora nümunələri ilə

tanış edilməsidir. Bağın nadir bitkilər

kolleksiyası sahəsində Azərbaycan

və Naxçıvan Muxtar Respublikası-

nın Qırmızı kitablarına daxil edilmiş

bəzi bitki növləri mövcuddur. Bu-

rada ayrı-ayrı flora nümunələri üçün

sahələr, təcrübə yerləri, nadir bitkilər

kolleksiyası, tingçilik sahələri, həm -

çinin meyvə genofondu bağı yara-

dılıb. Bu da yerli və məhsuldar to-

xum sortlarının bərpası baxımından

mühüm əhəmiyyət daşıyır. Təcrübə

sahələrində Naxçıvan Dövlət Uni-

versitetinin Biologiya və Coğrafiya

ixtisaslarının tələbələrinin iştirakı ilə

açıq dərslər keçirilir.

Qeyd  edilib  ki,  hazırda

Nəbatat bağının sahəsi 13,2 hektar,

muxtar respublika üzrə balansında

olan torpaqların sahəsi isə 80 hek-

tardan  artıqdır.  Nəbatat  bağında

“Ultra  Sera”  ailəsinə  məxsus  son

texnologiyaya malik istilikxana qu-

raşdırılıb. İstilikxana tam avtomat-

laşdırılmış iqlim-nəzarət, istilik, ha-

valandırma və suvarma sistemləri ilə

təchiz edilib. Müasir texnolo giya -

ların tətbiqi bitkilərin normal inki-

şafına  imkan  verir.  Burada  sitrus,

Hind-Çin, Afrika, Avstraliya, Ərəbis -

tan və digər bu kimi mənşəli bitkilər

olmaqla,  10  bölmə  yaradılıb  və

100-dən çox bitki əkilib. Artıq bu

bitki növlərinin bəziləri muxtar res-

publikanın  iqlim  şəraitinə  uyğun -

laşdırılıb və açıq havada çoxaldıl-

masına başlanılıb. 

Nəbatat  bağı  ilə  tanışlıq

universitet  əməkdaşlarında  xoş

təəssürat yaradıb.



səadət əliyeva

NDU-nun Mətbuat şöbəsinin müdiri

NaxçıvaN Dövlət 

UNversİtetİNİN kollektİvİ

Nəbatat bağıNDa


3  / güNDəm                       

yeNİ fİkİr

İyUl  2017

N

axçıvan Dövlət Universiteti



Elmi 

Kitabxanasında

Beynəlxalq  turnirlərdə,

Azərbaycanda keçirilən müxtəlif ya-

rışlarda,  Naxçıvan Muxtar Respub-

lika  birinciliyində  və  NDU

tələbələrinin 13-cü universiadasında

qazandıqları  nailiyyətlərə  görə

idmançı  tələbələrin  universitet

rəhbərliyi tərəfindən mükafat lan dır -

ma  mərasimi  olub.  Tədbiri  giriş

sözü ilə açan universitetin rektoru,

AMEA-nın  müxbir  üzvü  Saleh

Məhərrəmov Azərbaycanda və onun

ayrılmaz tərkib hissəsi olan muxtar

respublikada idmana göstərilən diq -

qət və qayğıdan söhbət açıb. Qeyd

olunub ki, bu əməli işlərin nəticəsidir

ki, bu gün muxtar respublika gənc -

ləri idmanın bütün növləri üzrə  məş -

 ğul  olur  və  nailiyyətlər  qazanırlar.

Rektor tələbələri təbrik edib, gənclərə

gələcək  fəaliyyətlərində  uğurlar

diləyib.  Sonra  mükafatlan dırma

mərasimi olub.

Azərbaycan Respublika birin -

ciliyində  boks  üzrə  Əliyev  Tayfur

Nəriman oğlu I yer, Əliyev Sərxan

Nəriman  oğlu  isə  II  yerə  layiq

görülüblər. Böyük ipək yolu beynəl -

xalq turnirində yenə Əliyev Tayfur və

Əliyev Sərxan  I yerdə qərar laşıblar. 

Şahmat üzrə Türkiyə Cüm hu -

riyyəti 5 aprel Medal Gününə həsr

olunmuş VIII Beynəlxalq turnirdə 20

yaşlılar arasında Həsən zadə Toğrul

I  yerə  çıxıb.  Həmçinin  şahmatçı

bey nəl xalq usta normasını ödə məklə

daha bir uğura imza atıb. 

MMA qarışıq döyüş növləri II

Asiya  oyunlarında  Məmmədov

Səyyad I yeri qazanıb.

Naxçıvan Dövlət Universiteti

ümumi komanda hesabında Naxçı-

van Muxtar Respublika birinci liyində

spelo (mağara) turizmi üzrə I yerə,

Allahverdiyev Yuris Oqtay oğlu isə

10 km qaçış üzrə II yerə layiq görü-

lüb. Tarixi yerlərə yürüş üzrə ümu-

mi komanda yenə I yeri, Allahver-

diyev  Allahverdi  I,  Allahverdiyev

Yuris isə II yeri tutub. 

Basketbol  üzrə  yarışlarda

ümumi komanda I yerə layiq görü-

lüb. Eksterimal idman yürüşü üzrə

Allahverdiyev Yuris I yeri qazanıb.

Nax.MR atıcılıq mərkəzinin təşkil et-

diyi MR turnirində Əkbərov Qəşəm,

Mahmudova Nuray  II yeri tutublar. 

Ümummilli  lider  Heydər

Əliyevin  anadan  olmasının  94-cü

ildönümünə həsr olunmuş Əlincə qa-

lasına yürüş üzrə muxtar respublika

turnirində  Allahverdiyev  Yuris  II

yer, ümummilli liderə həsr olunmuş

boks  üzrə  turnirdə  Allahverdiyev

Yuris  I,  Həsənov  Şükür  II,

Ağamalıyev Zəfər isə III yerə layiq

görülüblər. 

Naxçıvan Dövlət Universiteti

Universiadasında  fakültələr  arası

keçirilən  futbol, futzal, voleybol (oğ-

lanlar arasında), stolüstü tennis, şah-

mat idman növləri yarışlarında Pe-

daqoji fakültənin tələbələri maksi-

mum 40 baldan 39-nu toplayaraq I,

İqtisad fakültəsi, Mühəndis-memarlıq

fakültəsi hərəsi 37 bal toplamaqla  II,

Tibb 

fakültəsi, 



Beynəl xalq

münasibətlər və xarici dillər fakültəsi

hərəsi 9 bal toplamaqla III, Tarix-fi-

lologiya, Fizika-riyaziyyat fakültəsi

isə hərəyə 8 bal toplamaqla IV yerə

layiq  görülüblər.  Sonda  idmançı

tələbələrlə  xatirə şəkli çəkilib.

İDmaNçı tələbələrİN 

mükafatlaNDırma mərasİmİ 

18 


iyun İnsan  hüquqları günü

münasibətilə  ali  təhsil

müəssisələri  arasında  keçirilən

“Xəmsə”  intellek tual  oyununda

Naxçıvan Dövlət Uni ver siteti birinci

yerə layiq görülüb.  Bu münasibətlə

universitetin  tə lə bələri  Naxçıvan

Muxtar Respublikası Ali Məclisinin

Sədri  ya nın da  Gənclər  Fondu,

Naxçıvan  Dövlət  Universiteti

tərəfindən  serti fikat  və  fəxri

fərmanlarla təltif ediliblər. 

Tədbirdə tələbələri təbrik edən

universitetin  rektoru,  AMEA-nın

müxbir  üzvü  Saleh  Məhərrəmov

muxtar  respublikada  gənclərə

göstərilən yüksək diqqət və qayğı-

dan danışıb. Vurğulanıb ki, keçirilən

yarışlar gənclərin intellektual səviy -

yəsini, dünyagörüşünü, zehni inki-

şafını stimullaşdırmaq, onlar arasın -

da biliyin və elmin nüfuzunu artır -

maq,  Azərbaycanın,  o  cümlədən

Nax çı vanın zəngin milli mədəniy yə -

tini və tarixini təbliğ etmək, eləcə də

gənclərin asudə vaxtlarının səmərəli

təşkilinə nail olmaq məqsədini da-

şıyır. Rektor gənclərə bundan son-

rakı yarışlarda uğurlar arzulayıb.

Sosial  idarəetmə  və  hüquq

fa kül təsinin  dekanı,  dosent  Qərib

Allahverdiyev  muxtar  respubli -

kamızda gənclərin rahat yaşamala-

rı,  yaxşı  təhsil  almaları,  normal

əmək fəaliy yəti göstərmələri üçün

uğurlu dövlət proqramlarının həyata

keçirildiyini deyib. 

Tədbirdə  tələbələr  adından

çıxış edən Beynəlxalq münasibətlər

ixtisasının  III  kurs  tələbəsi Aslan

Səfərov  ölkəmizdə-o  cümlədən

muxtar respublikamızda  gənclərin

fiziki və mənəvi cəhətdən sağlam,

elmli olmaları üçün vacib addımla-

rın atıldığını önə çəkərək yeniyetmə

və gənclər üçün yaradılmış şəraitə

görə minnətdarlıq edib. 

Sonra  rektor  tərəfindən

tələbələrin mükafatlandırılması olub.

“xəmsə” İNtellektUal oyUNUNDa 

NaxçıvaN Dövlət UNversİtetİ

bİrİNcİ yerə layİq görülüb

Ə

dəbiyyatşünas alim, filolo -



giya elmləri doktoru, pro-

fessor Yavuz Axundlunun

anadan  olmasının  90  illiyinə  həsr

olunmuş  yubiley  tədbiri  keçirilib. 

Alimin  evində  keçirilən

tədbirdə Naxçıvan Dövlət Univer-

sitetinin rektoru, AMEA-nın müx-

bir üzvü Saleh Məhərrəmov filolo -

giya elmləri doktoru, professor Ya-

vuz  Axundlunun  keçdiyi  mənalı

ömür yoluna nəzər salıb. Qeyd olu-

nub  ki,  bütün  ömrünü  pedaqoji

fəaliyyətə həsr etmiş alim Naxçıvan

ədəbi  mühitinin  inkişafında  mü-

hüm rol oynamaqla yanaşı, muxtar

respublikamızda böyük bir ədəbiy -

yatşünaslıq məktəbinin əsasını qo-

yub.  Rektor  Yavuz  Axund lunun

Azərbaycan  ədəbiyyatşünaslıq

elmindəki  mövqeyindən  danışıb,

onun  geniş  elmi  yaradıcılığı  haq -

qında məlumat verib. 

Naxçıvan  Muxtar  Respub li -

kası Ali Məclisi Aparatının Huma-

nitar siyasət məsələləri və ictimai

təşkilatlarla  iş  şöbəsinin  müdiri

Rəhman Məmmədov çıxışında vur-

ğulayıb ki, anadan olmasının 90 il-

liyini qeyd etdiyimiz Yavuz Axundlu

mənalı  ömür  yolu  keçib,  elmi-

pedaqoji fəaliyyətinin son 50 ilini

Naxçıvan  Dövlət  Universiteti  ilə

bağlayıb.  Universitetdə  fakültə

dekanı,  tədris  və  elmi  işlər  üzrə

prorektor vəzifələrində çalışıb, işinə

olan yüksək tələbkarlıq sayəsində

vəzifəsindən  öhdəsindən  uğurla

gəlib.  Professor Yavuz Axundlunun

əməyi dövlət tərəfindən qiymətlən -

dirilərək 1966-cı ildə “Azərbaycan

Respublikasının Əməkdar müəllimi”

fəxri  adına,  2007-ci  ildə  isə

Prezident təqaüdünə layiq görülüb.

Qeyd  olunub  ki,  Yavuz

Axundlunun səmərəli elmi-pedaqoji

fəaliyyəti  Naxçıvan  Muxtar  Res-

publikası  Ali  Məclisi  Sədrinin

diqqətində  olub.  Onun  yaradıcılı -

ğının Azərbaycan ədəbiyyatşünas -

lı ğının  inkişafındakı  rolu  nəzərə

alı naraq üçcildlik “Seçilmiş əsərləri”

nəşr edilib. Bu gün keçirilən 90 il-

lik  yubiley  tədbiri  də  Naxçıvan

Muxtar  Respublikası  Ali  Məclisi

Sədrinin Yavuz Axundlunun elmi-

pedaqoji fəaliyyətinə verdiyi yüksək

qiymətin ifadəsidir.

Rəhman Məmmədov ədəbiy -

yat şünas  alim  Yavuz  Axundlunu

90 illik yubileyi münasibətilə Nax-

çıvan  Muxtar  Respublikası  Ali

Məclisinin  Sədri  adından  təbrik

edib, ona cansağlığı arzulayıb.

Tədbirdə  Naxçıvan  Dövlət

Universitetinin  tədris  işləri  üzrə

prorektoru Seyid Surə, universitetin

müəllimlərindən Hüseyn Həşimli və

İman  Cəfərli  çıxış  edərək  Yavuz

Axundlunun onların elmi fəaliyyə -

ti nə təsirindən danışıb və yubilyar

haqda xatirələrini bölüşüblər.

Universitet rektoru tərəfindən

yubiliyara  fəxri  fərman  təqdim

olunub.


Yubilyarın  qardaşı  Ramiz

Axundov  göstərilən  diqqət  və

qayğıya    görə  Naxçıvan  Muxtar

Respublikası Ali Məclisinin Sədrinə

ailə üzvləri adından minnətdarlığını

bildirib.



səadət əliyeva

NDU-nun Mətbuat şöbəsinin müdiri

professor 

yavUz axUNDlUNUN 

90 İllİk yUbİleyİ 

qeyD olUNUb

N

axçıvan Dövlət Universi te -



tində  doktorant  və  disser-

tantlar  üçün  elektron-test

üsulu  ilə  fəlsəfə  fənnin dən  mini-

mum imtahanı keçirilib. İmtahanda

ümumilikdə 16  nəfər elmi tədqiqatçı

iştirak edib.

İmtahan prosesi ilə tanış olan

universitetin rektoru, professor Saleh

Məhərrəmov qeyd edib ki, bu günə -

dək elektron test üsulu ilə keçirilən

imtahanlar obyektivlik və şəffaflığın

gözlənilməsi, tələbənin öz biliklərini

operativ şəkildə sərgiləməsi, obyektiv

qiymətləndirmə baxımından böyük

üstünlükləri  ilə  özünü  doğruldub.

Rektor  doktorant  və  dissertantlara

uğurlar arzulayıb.

Əvvəlcə  imtahan  qaydaları

haqqında məlumat verilib. Elektron-

test  üsulu  ilə  keçirilən  imtahanda

doktorant və dissertantlara ümumilik -

də 50 sual və sualların cavablandı-

rılması üçün 1 saat vaxt verilib. Dok -

to rant və dissertantlar imtahan nəza -

rət çilərinin köməyi ilə onlara verilən

şəxsi kodu kompüterə daxil edərək

açılan  pəncərədə  “imtahana  başla-

maq” bölümünü seçib. Fənnin və mü -

əl limin adını qeyd edəndən sonra su-

alları cavablandırıb. Sonda nəza rət -

çilər tərəfindən şifrənin daxil edilməsi

ilə toplanan yekun bal ek ran da gös -

tə rilib.  İmtahanın  gedişin də  ciddi

tex  niki problemlərə, neqativ hallara

rast gəlinməyib. Məlumat üçün qeyd

edək ki, muxtar respublikada yaşayan

dok torant və dis sertant lar, eləcə də

Naxçıvan Dövlət Universitetinin tə -

lə bələri və magistr ləri 2011-ci ildən

etibarən distant dərs lər də fəal iştirak

edirlər. 2012-ci ildən isə universitetdə

elektron imtahanlar keçirilir. Naxçıvan

Dövlət Univer si te tində elektron im -

ta hanın müvəf fə qiy yətlə keçiril mə si

semestr imtahanlarında tətbiq olunan

bu yeniliyin dünya təhsil sis te mi nə in-

teqrasiya, tədrisdə müasir tex no lo gi -

ya ların tətbiqi baxımından zəruriliyini

bir daha sübut edir.

Nərmin cabbarova

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

fəlsəfə fəNNİNDəN elektroN-test

üsUlU İlə mİNİmUm İmtahaNı keçİrİlİb



N

axçıvan Dövlət Universiteti -

bu ad bəziləri üçün sadəcə bir

bina, bəziləri üçün ali təhsil

müəssisəsi, bəziləri üçünsə iş yeridir.

Mənim  üçünsə  o,  ömür  dənizində

istək lər  adasıdır.  Çünki  Naxçıvan

Dövlət Universiteti mənim həyatımda

bir dönüş nöqtəsi, arzu və istəklərimə

gedən  yolda  əsas  körpü  olmuşdur.

Elmin  sirlərinə  yiyələnməyimdə,

vətənimə  “vətən  daşı”  olmağımda,

cəmiy yətə yararlı bir fərd kimi yetiş -

mə yimdə  ona  çox  şey  borcluyam.

Bura  daxil  olduğum  ilk  gündən

müəllim kollektivinin tələbələrlə xoş

münasibəti, dərslərin müasir texnolo -

giyalar əsasında keçirilməsi, dünyanın

ən  qabaqcıl  ali  təhsil  ocaqları  ilə

tələbə  mübadilələrinin  aparılması,

elm qədər nizam-intizamın da gözlə -

nilməsi magistr dərəcəsini də Nax -

çıvan Dövlət Universitetində alma -

ğıma səbəb oldu.

Yarandığı gündən daima Nax -

çıvan Dövlət Universiteti böyüyür və

inkişaf edir, Azərbaycan elminə töhfə

verir. Çevik tərəqqi yolu keçmiş bu ali

məktəb filialdan instituta, institutdan

isə universitetə çevrilmişdir. İlk başda

102 nəfər tələbə ilə yola çıxan Nax -

çıvan Dövlət Universiteti bu gün 6

min nəfərə yaxın tələbə ilə yolunu

davam elətdirir. Hazırda o, kəsintisiz

və sürətli internetlə, ən müasir meto -

diki  və  texnoloji  vasitələrlə  təmin

olunmuş, geniş və rahat tədris kor-

puslarına, elektron kitabxanaya, tibb

klinikasına, konservatoriyaya, idman

mərkəzinə və universal alim ordusu-

na malikdir. Bu nəhəng təhsil yurdu

nəinki tələbələrin təhsil alması, həm -

çinin yaşaması və fəaliyyət göstərməsi

üçün hərtərəfli şəraitə malikdir. Bun-

dan ötrü onun tam təchizatlı tələbə ya-

taqxanası, media mərkəzi, mətbəəsi

televiziya studiyası, radiosu və zəruri

avadanlıqları  mövcuddur.  Bundan

bəhrələnən müəllim və tələbələrimiz

hər  keçən  gün  elmi  tədqiqatlarını

ge niş ləndirir  və  yeni  nailiyyətlərə

imza  atırlar.  Sevindirici  haldır  ki,

Nax çıvan  Dövlət  Universiteti  öz

qalibiyyətləri və yenilikləri ilə hər za-

man öz adından söz etdirməyi bacarır.

Bu səbəbdəndir ki, bu gün xeyli say-

da  xarici  tələbə  həm  bakalavriat,

həm də magistr dərəcələrini almaq

üçün Naxçıvan Dövlət Universiteti-

ni seçir. Şübhəsiz ki, Naxçıvan Dövlət

Universitetinin bu səviyyəyə çatması

ölkə  və  muxtar  respublika

rəhbərliyinin  elmə  və  təhsilə

göstərdiyi qayğının nəticəsində müm-

kün  olmuşdur.  Ulu  öndər  Heydər

Əliyevin  2002-ci  il  tarixli  12  iyun

sərəncamı  ilə  Naxçıvan  Dövlət

Universitetinə  yüksək  özünüidarə

statusunun, muxtariyyət hüququnun

verilməsi universitetin həyatında yeni

inkişaf  mərhələsi  açmışdır.  Qeyd

etməliyəm  ki,  təhsil  aldığım

bakalavriat və magistr dövründə hər

il Naxçıvan Dövlət Universitetində

təzə bir infrastruktur obyektinin açı-

lışının şahidi olmuşam. Bütün bunlar

isə biz tələbələrə stimul vermiş, daha

böyük uğurlara yelkən açmışdır.

Atalarımızın belə bir sözü var:

“Görünən kəndə bələdçi lazım deyil”.

Odur ki, mən Naxçıvan Dövlət Uni-

versitetinin görünməyən tərəflərindən

söz açmaq istəyirəm. Özü də müba -

li ğəsiz və tam səmimi.

İnsan həyatının elə çağları olur

ki, heç vaxt unudulmur, daima arzu

olu nur və yaşanmaq istənilir. Məhz

belə çağlardan biri universitet illəridir.

Kimi üçün cəmi 4 il, kimi üçün isə beş

tədris ilində üst-üstə 12 ay sürən bu

çağlar hər dəfə yada düşdükcə xəyal -

lara  dalmamaq  mümkün  deyil.

Qəribəsi odur ki, həyatımızın başqa

çağları illər keçdikcə köhnəlsə də, uni-

versitet illəri həmişə təzə qalır, hətta

bəzən adama elə gəlir ki, dünən ya-

şanıb.

Yadımdadır,  düz  7  il  bundan



qabaq sentyabrın 15-də əlimdə kitab

və dəftər “Əsas” korpus deyilən bi-

naya doğru tələsə-tələsə addım la yır -

dım. Çox həyəcanlı idim. Həyatımda

yeni bir səhifə açılırdı. Tələbə adını

iki ay əvvəl qazansam da, tələbəliyin

nə demək olduğunu bilmirdim. Bu

gün isə özümü ilk dəfə idi ki, tələbə

hiss edirdim. Məndən fərqli olaraq yu-

xarı kurs tələbələri gülə-gülə yanım-

dan ötüb keçirdi. Sanki mənim kimi

nə həyəcanları var idi nə də narahat-

çılıqları.  Öz-özümə  düşünürdüm:

“Görəsən nə vaxtsa mən də belə ola-

cağam?”

Binaya daxil olanda mənə elə



gəldi ki, divarlar üstümə gəlir. Özü-

mü  çox  yalnız  hiss  etdim,  ancaq

qəfil  gələn  zəng  səsi  məni  özümə

qaytardı və iri addımlar ilə pilləkənləri

qalxmağa başladım. 4-cü mərtəbədə

rastlaşdığım bir müəllimdən I kurs

Azərbaycan dili-ədəbiyyat müəllim -

liyi sinfinin harada olduğunu soruş -

dum. O isə tələbələri siniflərə səslədiyi

üçün mənə heç nə demədi, sadəcə bar-

mağının  işarəsi  ilə  otağı  göstərdi.

Ürəyim döyünə-döyünə otağa daxil

oldum.  Beləcə  mənim  Naxçıvan

Döv lət  Universitetində  sevincli,

həyəcanlı,  əziyyətli  və  unudulmaz

tələbə həyatım başladı.

Mən əyani təhsil alan tələbələr -

dən fərqli olaraq universitet həyatını

ildə cəmi iki ay görürdüm. Ancaq bu

iki ay o qədər şən, maraqlı keçirdi ki,

mənə iki il kimi gəlirdi. Zaman keç -

dik cə  universitet  mənə  elə  doğ ma -

laşdı, mən ona elə alışdım ki, ondan

ayrılmaq  göz  yaşlarıma  döndü.

Nəhayət günlərin bir günü son zəng

çalındı, bir zamanlar mənə min bir

gecə  nağılı  kimi  gələn  tələbəlik

illərinin  o  gün  göydən  üç  alması

düşdü:  “Biri  mənim,  biri  müəllim -

lərimin, biri isə doğma universitetimin

oldu.”

Maraqlısı  budur  ki,  univer -



sitetin nə olduğunu bir ilk zəng çalı-

nanda hiss etmişdim, bir də son zəng

çalınanda hiss etdim. Artıq istəməsəm

də  ayrılmalı  idim.  Lakin  bu  dəfə

müvəqqəti yox, əbədi.

Naxçıvan Dövlət Universiteti

mənə təkcə bilik vermədi, səbir ver-

di, inam verdi, ümid verdi, ən əsası

həyatda əmin addımlarla irəliləmək

üçün  güc  verdi.  Bəs  mən  ona  nə

verdim? Sadəcə qiyabi beş il. Doğrusu

bunu belə o, məndən istəmədi, özüm

öz istəyimlə verdim, özü də sevə-sevə.

O beş il ki, əvvəllər müəllimlərim,

valideynlərim və digər şəxslər ondan

ağızdolusu  danışanda,  mənə  adi

gəlirdi. İndi isə var-gücümlə o illərə

qayıtmaq istəyirəm, təəssüf ki, müm-

kün olmur. İmkanım olsa idi, nəinki

beş  il,  hətta  on  il  də  oxuyardım.

Əfsus ki, həyatda hər şey biz istəyən

kimi olmur. Sən saydığını sayırsan,

zaman isə altdan-altdan öz işini görür.

Birdə baxıb görürsən ki, ayrılıq vax-

tı yetişib və sən getməlisən. O gün

yeriməyə ayaqların, əlvida deməyə di-

lin, sağollaşmağa əlin gəlmir. Ancaq

nə edəsən, bu yazılmamış qanundur:

Gələn bir gün getməlidir. Məşhur bir

mahnıda olduğu kimi:



Sızlar yada düşəndə ürəyimin telləri

O mehriban, o əziz tələbəlik illəri.

Əziz və doğma universitetim

mən indi başa düşürəm ki, sən sadəcə

cansız  maddi  bir  varlıq  deyilsən.

Tək cə  binadan,  ağacdan,  yoldan

ibarət  deyilsən.  Təkcə  elm  ocağı

deyil sən, mədəniyyət ocağı deyilsən.

Sən ünsiyyət günəşisən, multikul tu -

ra lizm mərkəzisən, vətəndaş cəmiy -

yə tisən, bizi biz edən qüvvəsən. Əlin

olmasa da, hamımızı bağrına basırsan,

dilin olmasa da, bizi danışdırırsan, qəl -

bin olmasa da, sevirsən, sevilirsən. Nə

yaxşı ki, səni gördüm, sənə gəl dim,

səninlə universitet həyatını yaşadım,

ancaq səndən ayrılandan sonra sənin

böyük bir dünya olduğunu anladım.

Həyətindəki qızılgül kolları da, nal -

bənd və şam ağacları da sənin qə dər

mənə əzizdir. Çünki onlar da sənin

kimi ömrümüzün ən şirin çağlarının

şahididirlər. 

Sən elə bir məkansan ki, yeni-

yeni  yollara  səndən  üfüqlər  açılır,

bilinməyən tərəflərimiz, bacarıq la rı -

mız  səninlə  aşkara  çıxır.  Hə,  sən

doğ rudan da tələbələrinə yalnız elm

vermirsən,  sən  tələbəni  sözün  əsl

mə na sında yetişdirirsən, həyata ha-

zırlayırsan. Etiraf etmək lazımdır ki,

bizə  ilk  həyat  dərsini  də  məhz  sən

vermisən. Bu dərslərdən çıxardığımız

nəticələr hesabına həyatda istiqamə -

ti mizi müəyyənləşdirmişik, bu dərs -

lər də  təcrübə  qazanmışıq.  Hərdən

də bu dərslərinə görə kədərlənmişik,

səni qınamışıq amma heç vaxt səndən

qopmamışıq.

Sən elə bir ağacsan ki, böyük

bir kollektiv səndə birləşir. Tələbələr

yarpaqların, müəllimlər budaqların-

dır. Zamanı çatanda yarpaqların sən -

dən düşür ancaq hər yarpağa səndən

bir pay düşür. Çünki sən ayrı-ayrı dün-

yaları birləşdirən körpülər qurursan,

dostluqlar yaradırsan, sevgilər cücər -

dirsən. Birimiz əsl dostumuzu səndə

tapırıq, birimiz əsl sevgimizi, birimiz

isə öz idealımızı.

Deyirlər dünyada peşələr çox

olsa da, ən gözəl peşə müəllimlikdir.

Mən bu peşənin arzusu ilə sənə gəl -

dim və arzuma çatdım. Arzudan arzu

doğar.  İndi  ən  böyük  arzum  sənin

müəllimin olmaqdır.

Sən bizi yola salanda diplomla

birgə beş ildə qazandığımız qiymət -

lərin əks olunduğu bir cədvəl də ver -

din. Əslində isə bu cədvəldə beş ilin

əziyyəti, beş ilin xatirəsi gizli idi. Hər

qiymətdə ayrı bir həyəcan, ayrı bir se-

vinc, ayrı bir anı yatmışdı. Həyəcan

demişkən,  məncə  bu  duyğu  hər

tələbəyə tanışdır. Elə bir şəxs olmaz

ki, tələbəlik müddətində Fransa kra-

lı Napoleon Bonopartın belə döyüş -

dən  yox,  imtahandan  qorxduğunu

eşit məsin. Amma bir şey də var ki, bu

hissi  yaşamağı  hər  kəs  arzulayır.

Həyatın dərinliklərinə endikcə dərk

edirik  ki,  həyəcanların  ən  vacibi,

bəlkə də ən asanı elə imtahan həyə -

canı  imiş:  Yaşanmağına  dəyər  tək

həyəcan.


Uzun  sözün  qısası,  mənə

əvəzolunmaz tələbəlik həyatını ya-

şatdığına  görə  sənə  minnətdaram.

Necə də bəxtəvərlikdir sənin tələbən

olmaq! Naxçıvan Dövlət Universite -

tinin tələbəsi olmaq!



Səbinə Əliyeva

Dünya ədəbiyyatı ixtisası

üzrə II kurs magistrant 

redaktor:

şəhla şirəliyeva

shshahla36@gmail.com

Qeydiyyat №330

Sifariş № 

Tiraj 300

Ünvan: AZ 7012, 

Naxçıvan şəhəri, 

Universitet şəhərciyi

Telefonlar:

544-08-61 (13-60)

yenifikir.ndu@gmail.com

Dizayner: 

Samir Tarverdiyev

“Əcəmi” Nəşriyyat-Poliqrafiya

Birliyində ofset üsulu ilə çap

olunmuşdur.

4/ sərbəst                             

yeNİ fİkİr

İyUl  2017

NaxçıvaN Dövlət UNİversİtetİ

məNİm  həyatımDa

B

əşər övladı mövcud olduğu bir



gündən bugünədək ətraf aləmi,

təbiəti öyrənmək, biliklər əldə

etmək ehtiyacı duymuş və bu ehtiyacı

müxtəlif  vasitələrlə  ödəmişdir.

Mütaliə insanın dünyanı dərk etməsi,

qanunauyğunluqları  öyrənməsi,

müxtəlif 

elmlərin 

sirlərinə

yiyələnməsi və biliklər əldə etməsində

başlıca  vasitədir.  Mütaliə  insanları

məlumatlandırır  (informasiya),  sa-

vadlandırır  (elm),  əyləndirir  (bədii

ədəbiyyat). Bu mənada, mütaliənin

tədris, təhsil, tərbiyə funksiyaları bir-

başa insanların dünyagörüşünü, zövq

və  həyata  baxışını  formalaşdırır,

həyat tərzini rəngarəng edir.

Hələ  əsrlər  öncə  insanlar

mütaliənin əhəmiyyətini, vacibliyi-

ni vurğulamış, dahi filosoflar, yazı-

çılar, maarifçi və digər tanınmışlar ki-

tab oxumağı, mütaliə etməyi yüksək

qiymətləndirmişlər. Belə ki, ingilis fi-

losofu  Frensis  Bekonun  “Mütaliə

insanları bilikli, söhbətcil və hazır-

cavab edir”, fransız filosof və yazı-

çısı  Didro  Deninin  “Adamlar

mütaliədən əl çəkəndə fikirləşməkdən

də qalırlar”, “Hər kim oxumursa, o,

düzgün fikirləşə bilməz” və yenə də

fransız filosofu və maarifçisi Mon-

teskye Şarl Luinin “Mütaliəni sevmək

həyatda labüd olan kədərli saatları

fərəhli saatlara çevirmək deməkdir”

kimi fikirləri bir daha mütaliə sev-

gisinin  labüdlüyündən  xəbər  verir. 

Gənc nəslin milli mənlik şüu-

runun  inkişaf  etdirilməsində  və

vətənpərvərlik hisslərinin tərbiyəsində

də mütaliə mühüm rol oynayır. Bu za-

man vacib şərtlərdən biri də düzgün

ədəbiyyat seçimidir. Belə ki, yalnız

ümumbəşəri  keyfiyyətləri,  yüksək

dəyərləri  özündə  ehtiva  edən

ədəbiyyat  nümunələri,  insanı

tərbiyələndirə  onları  gələcəyə

ruhlandıra bilər. Tanınmış mütəfəkkir,

naşir Həsən bəy Zərdabi yaxşı kita-

bı “çox qiymətli xəzinə” adlandırırdı.

Hər bir oxucu bu xəzinədən bir dürr

əldə etmiş olur. Bu yerdə dahi Nizami

Gəncəvinin məna dolu misraları xa-

tırlanır:



Dünyada nə qədər kitab var belə,

Çalışıb, əlləşib gətirdim ələ.

Oxudum, oxudum, sonra da vardım,

Hər gizli xəznədən bir dürr çıxardım.

Yaxşı kitab oxumaq insanların

ümumi dil tapmaq qabiliyyətini də ar-

tırır. Bu qənaətə Britaniyanın "Rea-

ding  Agency"  mütaliəyə  yardım

xeyriyyə  fondunun  sifarişi  ilə

aparılmış  tədqiqatların  nəticəsində

gəlinib.  Belə  ki,  tədqiqatlar

nəticəsində aydınlaşdırılıb ki, mütaliə

böyüklərə və uşaqlara təkcə nə isə

yeni bir şey öyrətməklə qalmır, eyni

zamanda,  insanların  bir-birilərilə

ünsiyyətinə  müsbət  təsir  göstərir.

Gündəlik  mütaliə,  dövri  nəşrlərlə

(qəzet,  jurnal)  tanışlıq  oxucunu

məlumatlı edir, dünyagörüşünü artı-

rır, baş berən hadisələr haqda fikir for-

malaşdırır,  eyni  zamanda,  onun

mənəvi istirahətini təmin edir. Bütün

bunlarla  yanaşı,  mütaliənin  tibbi

baxımdan  da  əhəmiyyətli  olduğu

təsdiqlənmişdir. Belə ki, oxucunun

beyni mütaliə zamanı sanki “məşq

edir”,  yəni,  oxuma  prosesi  insan

beyninin  qocalmasını  ləngidir,

fəaliyyətini gücləndirir.

Oxumaq insanlarda emosional

kefiyyətlərin formalaşmasında böyük

rola malikdir. Aparılan araşdırmaların

nəticələrinə  görə,  mütaliə  sevinc,

rahatlıq  hissi  ilə  birbaşa  bağlıdır.

Dörd  min  insanın  iştirak  etdiyi

araşdırma  müəyyən  edib  ki,

mütaliədən alınan zövq, həzz insanın

ruhi  və  fiziki  sağlamlığının  profi-

laktikasında  da  əhəmiyyətli  rola

malikdir.  Müəyyən  edilib  ki,

müntəzəm olaraq mütaliə ilə məşğul

olan insanlar:

•  stress  və  depressiyaya  daha  az

məruz qalırlar

•  çətin  situasiyalardan  daha  yaxşı

çıxa bilirlər

• daha sağlam yuxu yatırlar

Kitablar oxucuların söz ehti-

yatının  genişlənməsinə,  bilik

səviyyəsinin artmasına, emosiyaları

dərk  etmələrinə  çox  böyük  təsir

göstərir. Nahaq yerə söyləməyiblər ki,

yaxşı kitablar oxumaq keçmiş əsrlərin

ağıllı  adamları  ilə  söhbət  etmək

deməkdir.

Müasir  informasiyalı  cəmiy -

yətdə, məlumatların daha əlçatımlı ol-

duğu bir dövrdə, eyni zamanda, İKT-

nin inkişafının genişləndiyi müasir

mərhələdə  mütaliənin  “klassik”

forması  hələ  də  aktuallığını  saxla-

maqdadır. İnsanların mütaliəyə olan

tələbatının  ödənildiyi  əsas  ünvan-

lardan  biri  və  birincisi  də  məhz

kitabxanalardır.

Ölkəmizin milli-

mədəni  sərvəti

hesab  olunan,

ə d ə b i - b ə d i i ,

elmi-fəlsəfi irsin

qorunmasında,

nəsildən-nəsilə

çatdırılmasında

əvəzolunmaz

rola, böyük əhə -

miyyətə  malik

olan  kitabxana-

lar ictimai həya -

tın ayrılmaz his -

səsinə çevrilmişdir. Kitabxanaların

fəaliyyət  göstəricilərindən  biri  də

məhz  zəngin  fondların  mövcud -

luğudur. Ölkədə fəaliyyət göstərən ki-

tabxanaların  kitab  fondlarının

zənginləşməsində  Prezident  İlham

Əliyevin  imzaladığı  “Azərbaycan

dilində  latın  qrafikası  ilə  kütləvi

nəşrlərin həyata keçirilməsi haqqın-

da”  12  yanvar  2004-cü  il  tarixli

sərəncamın xüsusi əhəmiyyəti vardır.

Sərəncama əsasən, 450 adda bədii,

elmi, elmi-texniki və digər mövzuda

olan latın qrafikalı əlifba ilə ədəbiyyat

nümunələri  hər  biri  25  min  nüsxə

tirajla  və  ümumilikdə  10  milyon

nüsxədən artıq olmaqla  çap edilərək

ölkə  başçısının  hədiyyəsi  kimi  ki-

tabxanalara  göndərilmişdir.  Bu

kitablar, eləcə də Prezidentin sonrakı

sərəncamları ilə nəşri başlanılan 150

cildlik “Dünya ədəbiyyatı kitabxa-

nası”,  100  cildlik  “Azərbaycan

ədəbiyyatı  kitabxanası”  seriyasın-

dan olan kitablar respublika kitabxana

şəbəkəsinin latın qrafikalı ədəbiyyat

fondunun  formalaşmasına  başlıca

töhfədir. 

Biliklər mənbəyi, eyni zaman -

da, mənəviyyat carçısı hesab olunan

kitabxanaların oxucularla əlaqəsini

daha da möhkəmləndirən, mütaliəyə

olan  marağı  daha  da  artıran,  oxu

mədəniyyətini yüksəldən amillərdən

biri  də  burada  görkəmli  dövlət,

ədəbiyyat və incəsənət, elm xadim -

lərinin əsərlərinin təqdimat mərasim -

lərinin keçirilməsidir. Bu, eyni za-

manda, yeni ədəbiyyatın təbliğində

də  böyük  rola  malik  olan  bir  pro-

sesdir. Bir sözlə, sadalanan bütün bu

amillər  birbaşa  oxucu  marağına

xidmət edir, mütaliə mədəniyyətini

formalaşdırır, eyni zamanda, mütaliə

vərdişlərini təkmilləşdirir.

Müasir,  qloballaşma  əsrində,

İKT-nin inkişafının bugünkü yüksək

mərhələsində, eyni zamanda, müx tə -

lif yeni biliklərin meydana gəldiyi bir

vaxt da, mütaliə də öz mövqeyini da -

ha da möhkəmləndirmişdir. Yeni ədə -

biy yatlarla tanışlığın, elmin dərin lik -

lərinə  yiyələnməyin  yolu  da  məhz

oxu maqdan,  mütaliədən  keçir.  Bu

mə nada, mütailə bütün dövrlərdə ol -



duğu kimi bugün də zamanın tələbidir.

çinarə İsmayılova

NDU Elmi Kitabxanasının əməkdaşı

mütalİə-zamaNıN tələbİDİr

Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə