2
Buraxılışa məsul:
RAMİZ MEHDİYEV
fəlsəfə elmləri doktoru
Tərtib edənlər:
ŞAHLAR ƏSGƏROV
fizika-riyaziyyat elmləri doktoru
SƏLAHƏDDİN XƏLİLOV
fəlsəfə elmləri doktoru
Redaktoru:
ƏLİ HƏSƏNOV
tarix elmləri namizədi
H.
Ə. Əliyev. Müstəqillik yolu. Seçilmiş fikirlər. — Bakı: "Azərbaycan Universiteti" nəşriyyatı,
1997 — 136 s.
I ISBN
5-8066-0770-4
Kitab
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin siyasi-hüququ,
sosial-iqtisadi və
mədəni-mə'nəvi həyatın aktual problemləri ilə bağlı fəlsəfi yüklü fikirləri toplanıb təsnif
edilmişdir. Kitab siyasi xadimlər, ziyalılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Ə
0201000000-1
059-97
ISBN
5-8066-0770-4
©
"Azərbaycan Universiteti" nəşriyyatı, 1997
© "Müstəqillik yolu". H. Ə. Əliyev 1997
4
ÖN SÖZ
Azərbaycan Respublikası özünün ən şərəfli və çətin dövrünü yaşayır. Bir tərəfdən ədalətsiz
müharibəyə cəlb olunmuşuq, digər tərəfdən də yeni iqtisadi münasibətlərə, bir ictimai-siyasi quruluşdan
digərinə keçirik. Üstəlik dünya da yeniləşir. Bu dəyişən dünyada superdövlətlər əhatəsində olan gənc
Azərbaycan dövləti müstəqil, suveren yaşamanın formulasını araşdırır, axtarır. Belə bir mürəkkəb dövrdə
ictimaiyyətin, vətəndaşlarımızın, böyüməkdə olan yeni nəslin aydın, şəffaf, ümumiləşdirici,
istiqamətverici ideyalara, müdrik kəlamlara ehtiyacı böyükdür. Azərbaycan Respublikası Prezidenti
Heydər Əliyevin ölkəmizin ictimai həyatının müxtəlif sahələri ilə bağlı söylədiyi müdrik fikirlərin
toplanıb çap olunması bu ehtiyacın ödənilməsinə xidmət edir.
Heydər Əliyevin böyük dövlət xadimi, təcrübəli və ustad siyasətçi, fenomenal hafizəyə və incə
duyuma malik şəxsiyyət olması hətta opponentləri tərəfindən də etiraf edilən danılmaz həqiqətdir. Dövrün
tanınmış şəxsiyyətləri, dövlət başçıları onun haqqında ən yüksək epitetlər işlətməkdən çəkinmir, iftixar
hissi ilə danışırlar.
Beynəlxalq forumlarda, yüksək dairələrdə bəzi dövlət başçılarının adı ancaq hansı isə böyük
ölkəni təmsil etdiyi üçün siyahıya düşür. Əksinə, bəzən kiçik dövlətlər öz başçılarının şəxsi nüfuzu
hesabına diqqət mərkəzində olur. Son illərdə Azərbaycanın beynəlxalq miqyasda sözünün, səsinin eşidil-
məsi, ona diqqətin artması heç də yalnız ölkəmizin tutduğu əlverişli strateji mövqe ilə, təbii sərvətləri,
malik olduğu neft ehtiyatları ilə bağlı olmayıb, həm də və bəlkə daha çox dərəcədə onun prezidentinin bir
şəxsiyyət kimi, dövlət xadimi və siyasi lider kimi böyük nüfuzu, unikal fərdi keyfiyyətləri ilə bağlıdır.
Belə keyfiyyətlərdən biri də Heydər Əliyevin hansı mövzuda danışırsa danışsın hadisələrin arxasında
mahiyyəti görə bilmək qabiliyyətidir. O danışdıqca fitri natiqlik məharəti ilə hadisələrin təfsilatından
fəlsəfi qatlara keçir, problemə ümumiləşmiş nəzər salır və bu ümumi fonda hadisənin məğzi çox aydın
görünür.
Heydər Əliyevin müxtəlif çıxışlarından seçilərək oxuculara təqdim olunan bu fikirlərin
özünəməxsus belə bir cəhəti vardır ki, onların hər biri konkret dövr, hadisə, situasiya ilə bağlı deyilmiş,
lakin öz ümumiləşdirici xarakterinə görə lokal zaman və məkan hüdudlarını aşaraq müstəqil fikir kimi
yaşamaq hüququ qazanmışdır. Fikirlər də ilhamsız, ölçü-biçi ilə yazılan şerlər kimi qondarma şəkildə
düşünülüb tapılırsa ömrü az olur, unudulub gedir. Əksinə, reallıqdan doğan təəssürat ilhamla, vurğunluqla
incilənib şerə düzüləndə əsl poeziya yarandığı kimi, zamanın hökmü ilə, təbii yolla yaranan, həyatın
dibindən çıxarılan hikmətlər də bəşər yaddaşına əbədi həkk olunur.
Azərbaycan xalqı mütəfəkkir xalqdır. Min illərin sınağından çıxmış "atalar sözləri"ndə, bir-
birindən məşhur mütəfəkkir-şairlərin və filosofların yaradıcılığında həyatın bütün sahələrinə hikmət
işığında nəzər salınmışdır. Belə zəngin fikir xəzinəsi olan bir xalqı yeni sözlərlə və ya söz dünyasında
yeniliklə heyrətləndirmək çox çətindir. Bununla belə bir şəxsin cəmi üç il ərzindəki çıxışlarında o qədər
yeni sözlərə, fikirlərə, qanadlı ifadələrə rast gəlirik ki, heyrətlənməmək mümkün deyil.
Heydər Əliyevin "Müstəqillik yolu" dərin bir dünyagörüşündən, çoxillik həyati təcrübədən xəbər
verməklə yanaşı müasir Azərbaycan gerçəkliyini, xalqımızın mədəni-mə'nəvi və intellektual həyatını
adekvat surətdə əks etdirməklə çağdaş Azərbaycan ictimai fikrində bir ölçü vahidi kimi qəbul edilə bilər.
Oxuculara
təqdim olunan bu kitabda Heydər Əliyevin ideya dünyasından ancaq müəyyən
fraqmentlər öz əksini tapmışdır. Biz şübhə etmirik ki, bu mövzuda hələ neçə-neçə yeni kitablar nəşr
olunacaq və bu zəngin fikir xəzinəsi daha dolğun əks etdiriləcəkdir.