“Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri



Yüklə 16,87 Kb.
Pdf görüntüsü
tarix21.10.2017
ölçüsü16,87 Kb.
#6291
növüQaydalar


“Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata 

keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri

dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr" və 

"Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni 

vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat”ın təsdiq edilməsi 

haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



 

 

 



"Heyvanlar  aləmi  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  icrasının  təmin 

edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 294 nömrəli 

Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1.



      

"Heyvanlar  aləminin  mühafizəsi  və  istifadəsi  sahəsində  dövlət  nəzarətinin  həyata 

keçirilməsi  qaydaları",  "Heyvanlar  aləmindən  istifadəyə  görə ödəmələrin  növləri, 

dərəcələri,  tətbiq  edilmə  qaydaları  və  qeyri-qanuni  heyvan  ovuna  cərimələr"  və 

"Heyvanlar  aləmi  obyektlərindən  istifadəyə  görə ödənişlərin  və  qeyri-qanuni  vəhşi 

heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat" təsdiq edilsin (əlavə olunur).

 

2.

      



Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının Baş naziri    A. RASİZADƏ

 

 



 

Bakı şəhəri, 6 noyabr 2004-cü il

 

                       № 176



 

 

 



  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 

2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarı ilə



 

TƏSDİQ EDİLMİŞDİR

 

  

Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi 



heyvan ovuna görə cərimələrin istifadəsinə dair

 

T Ə L İ M A T  



 

 

1.



      

"Heyvanlar  aləmi  haqqında"  Azərbaycan  Respublikasının  Qanununa uyğun  olaraq 

heyvanlar  aləminin  obyektlərindən  istifadəyə  görə  ödənişlərdən və  qeyri-qanuni  vəhşi 

heyvan  ovuna  görə  cərimələrdən  daxil  olmuş  vəsait heyvanlar  aləmi  obyektlərinin 

mühafizəsinin,  səmərəli  istifadəsinin  və  artırılmasının,  habelə  onların  yaşayış  mühitinin 

qorunub saxlanılmasının və yaxşılaşdırılmasının stimullaşdırılmasına yönəldilir.

 

2.

      



Ovçuluq  təsərrüfatlarından  istifadəyə  görə  ödənişlər  istisna  olunmaqla, heyvanlar 

aləmi  obyektlərindən  istifadəyə  görə  ödəmələr,  qeyri-qanuni  vəhşi  heyvan  ovuna  görə 

cərimələrdən  daxil  olan  vəsaitlər  xəzinədarlıq  orqanlarında  toplanaraq  Ətraf  Mühitin 

Mühafizəsi  üzrə  Dövlət  Fonduna  və  ya  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  idarə 

edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarına köçürülür.

 

3.



      

Fondun vəsaitinin 5 faizi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 

fevral  tarixli  41  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  "Ətraf  mühitin  mühafizəsi  üzrə  dövlət 

fondu haqqında Əsasnamə"nin 7-ci bəndinə əsasən sosial təminat və maddi həvəsləndirmə 

fonduna yönəldilir.

 



Fondda  qalan  vəsaitin  Azərbaycan  Respublikasının İqtisadiyyat və  Sənaye Nazirliyi  ilə 

razılaşdırılmış,  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  və 

Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş hissəsi, təsdiq edilmiş gəlir və xərclər smetası 

əsasında  "Heyvanlar  aləmi  haqqında" Azərbaycan  Respublikası  Qanununa  uyğun  olaraq, 

Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  tərəfindən  vəhşi  heyvanların,  o  cümlədən  nadir  və 

nəsli kəsilməkdə olan fauna növlərinin mühafizəsi, artırılması və bərpasına, heyvanlar aləmi 

obyektlərinin  dövlət  uçotu,  kadastrı  və  monitorinqinin  təşkilinə  və  keçirilməsinə  sərf 

olunur.


 

[1]

 

4.  Bu Təlimatda nəzərdə tutulan məqsədlər üçün vəsaitlərin səmərəli istifadə 



olunmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyi nəzarət edirlər.

 

 



Yüklə 16,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə