Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə1/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
  1   2   3   4   5   6   7   8   9   ...   211


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Rezo Əliyev 



 

MAŞINQAYIRMA LEKSİKONU 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

II hissə 

Bakı 2012 



 

 

Rezo Əliyev 



 

MAŞINQAYIRMA LEKSİKONU 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

II Hissə 



 

“APOSTROFF” 

Bakı 2012 

 



 

Rəyçilər: 

 

Prof., t.e.d. V.Z. Mövla-zadə   



 

 

 



Dos., t.f.d. A.S. Məmmədov 

 

Elmi redaktor:   

Prof., t.e.d. V.Z. Mövla-zadə   

 

 



 

 

Əliyev, Rezo 

MAŞINQAYIRMA LEKSİKONU. II HİSSƏ. 

Bakı «APOSTROFF», 2012- 423 s. 

 

 

Təqdim  olunan  leksikonun  əsas  məqsədi  maşınqayırma  və  onunla  əlaqədə  olan 



ixtisaslararası  elm  sahələri  haqqında  ümumi  anlayışları  yığcam  formada    oxucuya 

çatdırmaqdır.  Kitabda  1200  anlayış  yer  almışdır.  Hər anlayış  haqqında  məlumat  vermək 

üçün  aidi  proseslər,  maşınlar,  mexanizmlər  qısa  şəkildə  izah  edilir  və  onların  tətbiq 

sahələri  göstərilir.  Standartlaşdırılmış  maşın  hissələrinin  işləmə  prinsipi,  materialı  və 

ölçülərinin verildiyi beynəlxalq standartlar ədəbiyyat siyahısında göstərilmişdir.    

 Kitab  maşınqayırma  ixtisasları  üzrə  təhsil  alan  tələbələr,  bu  sahədə  çalışan 

mühəndislər və həmçinin bu sahə ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.    

 

 

 

 

 

Kitabın çapında göstərdiyi maliyyə yardımına görə müəllif 

AzTU-nun maşınqayırma fakültəsinin məzunu  

cənab Sərxan Hüseynova öz dərin minnətdarlığını bildirir 

 

 

 

 

 

 

©

 Rezo Əliyev, 2012



 

©

 Bakı «APOSTROFF», 2012 




Ön söz 

 

 



 

Ön söz 

 

 



 

“Maşınqayırma leksikonu” kitabının I hissəsinin davamı olaraq çap olunan bu kitab əlifba sırası 

ilə  tərtib  olunmuş  məlumatları  əhatə  edir.  Maşınqayırma  sahəsi  üzrə  təhsil  alan  tələbələrin 

aidiyyatı olan elmi sahələr haqqında biliklərini zənginləşdirmək məqsədilə bütün ixtisas fənlərinə 

toxunan  anlayışların  bir  kitabda toplanması  zərurəti  müəllifin  kitabın tərtibi  üzrə gördüyü  işlərin 

əsas  mahiyyətini  təşkil  etmişdir.  İstər  maşınqayırma,  istərsə  də  onunla  əlaqədə  olan  elm 

sahələrində son illərdə əldə olunmuş nailliyyətlər kitabda öz əksini tapmışdır. Belə ki, azərbaycanlı 

gənclərə  nəinki  təkcə  Avropa  ali  texniki  məktəblərində  maşınqayırma  ixtisasları  üzrə  təhsildə 

aşılanan biliklər, həmçinin bu sahədə fəaliyyət göstərən böyük müəssisələrin istehsal proseslərində 

tətbiq  tapmış  mütərəqqi  texnologiyalar  və  konstruksiyalar  haqqında  əsas  məlumatlar  da  əlçatan 

edilmişdir.  

Kompyuter  texnologiyasının  maşın  istehsalı  prosesinə  getdikcə  daha  çox  müdaxilə  etməsi 

kağızsız  texnologiyaların  inkişafı  ilə  bərabər,  insan  əməyinin  yüngülləşdirilməsinə  və 

məhsuldarlığın  artırılmasına  xidmət  edən  avtomatlaşdırılmış  avadanlıqların  və  texnologiyaların 

tətbiqinə  imkan  yaratmışdır.  Nəticədə  CAx  adı  altında  birləşmiş  kompyuterləşmiş  istehsal  

texnologiyaların  yaranmasına  və  praktikada  tətbiqinə  yol  açılmışdır.  Bu  sahədə  mövcud 

ədəbiyyatlar  əsasında  toplanmış  anlayışların  bu  kitaba  daxil  edilməsi  ilə  müəllif  onun  daha  da 

dolğun olmasına cəhd etmişdir.     

Ensiklopediya  xarakteri  daşıyan  kitabın  tərtibi  zamanı  toplanmış  biliklərin  sistemləşdirilməsinə 

böyük  əhəmiyyət  verilmişdir.  Anlayışlar  müəyyən  mətnlərlə  izah  olunmaqla  bərabər,  hesabat 

sxemləri, diaqramlar, cizgi və şəkillərlə də zənginləşdirilmişdir.  

Əsasən  Avropada  çap  olunmuş  elmi  işlərə  söykənən  bu  kitabın  hazırlanmasında  Azərbaycan 

texniki  ali  məktəblərinin  maşınqayırma  üzrə  tədris  proqramları,  dərsliklər,  standartlar,  texnoloji 

normativlər  və  bu  kimi  mənbələr  də  nəzərə  alınmışdır.  Bununla  kitabdakı  məlumatlara  hər  iki 

tərəfin malik olduqları biliklərin sintezi kimi də baxmaq olar.        

 

 



 

 

 



 

 

 



Dr. Rezo Əliyev 

Frayberq/Almaniya 

2008/2012-ci illər

 

 

 



 

 

 

 

 

 

 

 


Kitabdan istifadə qaydaları  

 

II 


 

Kitabdan istifadə qaydaları 

 

 

Kitab  1200-dən  çox  anlayışdan  ibarət  olaraq  maşınqayırma  və  onunla  bir  başa  və  dolayı  yolla 

əlaqədə olan elm sahələrini əhatə edir. Ayrı-ayrılıqda verilmiş anlayışlar oxucuya əsas məlumatı 

çatdırmağa  xidmət  edir.  Mətndə  rast  gəlinən  yönəldicilər  verilmiş  anlayışın  daha  ətraflı  başa 

düşülməsi  və    digər  məlumatla  zənginləşdirilməsinə  xidmət  edir.  Mətndə  olan 

  işarəsi  qohum 



anlayışlar  arasında  bir  körpü  yaradır.  Qarşısında  bu  işarə  olan  sözün  kitabda  axtarılıb  baxılması 

məsləhət görülür. Hər anlayışın sonunda onun almanca (alm.) və ingiliscə (ingl.) tərcüməsi verilir. 

Anlayışlar  kitabda  əlifba  sırası  ilə  düzülmüşdür.  Əlifba  sırası  həmçinin  söz  birləşmələri  və 

ixtisarlara da aid olunur. 

Mətndə  verilmiş  çoxlu  sayda  şəkillər  texniki  anlayışların  daha  asan  başa  düşülməsinə  kömək 

edir. Bəzi hallarda bir anlayışa aid şəkilin verilmiş ölçüsü böyük olduğundan sahədən kənara çıxır. 

Onlar həm mətndə, həm də şəkilin sonunda xüsusi qeydlə uyğun anlayışa istiqamətləndirilir.    

Kitabın həcminin nisbətən  böyük  olması  onu  iki hissədə  çap  etməyi  zəruri  etmişdir.  Buna  görə 

də kitabın tərtib olunmasında istifadə olunan ədəbiyyat siyahısı  II hissənin sonunda verilir. 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 


Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə