Hist 1113 – World History and Civilization Dünya tarixi və sivilizasiyası Müəllim: Əliyeva Sədaqət Məmmədhüseyn qızı



Yüklə 134,83 Kb.
tarix04.11.2017
ölçüsü134,83 Kb.
#8258
növüDərs

Azerbaijan University

Bachelor of Business Administration


Syllabi
Hist 1113 – World History and Civilization
Dünya tarixi və sivilizasiyası
Müəllim: Əliyeva Sədaqət Məmmədhüseyn qızı

İş tel. N: (+99412) 4305179 (107)

E- mail: Apo-Stimul@ mail.ru

Dərsin keçirildiyi ünvan: Bakı ş. Tbilisi pr. Alatava 2
Dərsliklər:

1. S.D. Skazkin Orta əsrlər tarixi B., 1988; 2. Vəli Həbiboğlu Türk dünyasının qüdrətli hökmdarları, xaqanları,sərkərdələri B.,1995 3. Cavad Heyət Türklərin tarix və mədəniyyətinə bir baxış B., 1993; 4. Tofiq Mustafazadə Ümumi tarix (dörd cilddə)B.,1995; 5. Mürşüd Behbudov Ümumi Tarix, B., 2006; 7. Yusif Yusifov , Qədim Şərq Tarixi, B., 1993; 8.Великие тайны и загадки мира Тайны Всемирной Истории, М., 2007



Fənnin təsviri: Təbələrdə dünya tarixi və sivilzasiyaları haqqında ümumi təsəvvür yaratmaq üçün bu fənn, dünya tarixi və sivilizasiyasının ən mühim hadisələrini diqqətə çatdırır. Burada bəşəriyyətin inkişafına təbiətin məsirindən başlamış, bütün sosiaı, ictimai, tarixi proseslərin ən mühüm hadisələri ümumiləşdirilir. Müqayisə və təhlillər aparmaqla, bu hadisələrin fonunda dünya sivilizasilasının mənzərəsi yaranır. Tələbələr dünya tarixi və sivilizasiyası kontekstində insan amilnin rolu haqqında dolğun təsəvvür əldə edir və onlar dünya tarixinin ideyalar tarixi olduğunu yəqinləşdirirlər.
Fənnin məqsədləri:

  1. Dünya tarixi və sivilzasiyaları haqqında əldə edilən bilikləri ümumiləşdirmək üçün tələbələrdə kontent – analiz apara bilmək bacarığı formalaşdırmaq.Vətən Tarixinin dərki üçün zəruri olan düşünmə proseslərini və analitik bacarıqları inkişaf etdirmək.

  2. Tələbələrdə vətənsevərlik hissləri, Azərbaycançılıq ideyası, tolerantlıq məfkurəsi formalaşdırmaq.

  3. Disskusiyalar yolu ilə dünya tarixi və sivilzasiyaları ilə bağlı olan mürəkkəb və ziddiyətli məslələrə aydınlıq gətirmək.

  4. Tələbələrdə dünya tarixnin ən mühüm hadisələrini və dünya sivilizasiyasının rolunu dəyərləndirmək, düzgün nəticə çıxarmaq bacarığı formalaşdırmaq.

  5. Ayrı – ayrı tarixi hadisələrin dünya sivilizasiyasının ınkişafındakı praktiki əhəmiyyətini, tarixin dərslərindən nəticə çıxarmağın mümkünlüyünü, sivilizasiyalar arası dialoqun qazılmazlığını anlatmaq.

  6. Tələbələrdə yazılı və şifahi ünsiyyət, disskusiya, dialoq, eləcə də tədqiqat və qrupla işləmək vərdişlərini inkişaf etdirmək.


Fənnin metodologiyası:

Bu fənn üzrə başlıca təlim vasitələri mühazirələr, sinif müzakirələri, mütəxəssis məruzələri, komanda şəkilində yerinə yetirilən layihələr, müxtəlif beynəlxalq qəzetlərdən, internet səhifələrindən götürülmüş məqalələrin təhlili və tənqididir. Hər bir dərsdən əvvəl tələbə müəyyən olunmuş mətnləri və tapşırılmış bütün digər qiraət materiallarını oxumalıdır.
Dərs siyasəti:

Dərsdən qalma. Dərsdən qalma tarixləri və məhdudiyyətləri ilə əlaqədar AU-nun Akademik Təqviminə istinad edin. Akademik Təqvim AU-nun kataloqunda və veb-saytında yerləşdirilib (www.au.edu.az).

Akademik vicdansızlıq. Mənbəni göstərmədən internet saytlarından və digər elektron sənədlərdən kəsib yapışdırma plagiatızm, aldadtma forması və akademik ədalətin pozulması sayılır. Bunun ardınca nizam-intizam bərpasını tələb edən qaydalar tətbiq edilir (AU kataloqunda və veb-saytda təfsilat göstərilir).

Fənnin və müəllimin dəyərləndirilməsi. Tələbələr anonim sorğular və tələbə-pool vasitəsiylə semestrin sonunda fənnin və müəllimin dəyərləndirməsini aparır. Bu zəruri və şəffaf bir prosedurdur.
Dərsə davamiyyət:

Dünya tarixi və sivilizasiyası üzrə dərsə davamiyyətə diqqət ciddidir. Bu məsələdə istisnaları müəllimdən xahiş etməyin. Dərsə 05 dəqiqə gecikmə qayıb, iştirak etməmək sayılır və yekun qiymətə təsir edir. İştirak etməmək üçün üzürlü (hüquqi) səbəblər bunlardır: 1) xəstəlik (həkimdən arayış təqdim olunmalıdır); 2) ailədə bədbəxt hadisənin baş verməsi; 3) dini bayramlar. İş tələblərinə görə dərsdən qalma üzürlü qayıb sayılmır. Üzürlü qayıblar qayıb həddini aşmamalıdır. Fənlərdə qayıbların həddi 15% dir. (həftədə 1 dəfə olan dərslərdə 2, həftədə iki dəfə olan dərslərdə 4, həftədə 3 dəfə olan dərslərdə 6 qayıb). Bu həddi keçəndə yekun qiymətdən ballar çıxılacaq (həftədə bir dəfə olan dərslərdə hər qayıba görə 2, həftədə 2 dəfə olan dərslərdə hər qayıba görə 1, həftədə 3 dəfə olan dərslərdə hər qayıba görə 1). Müəyyən bir dərsə gəlmədikdə, gecikmə halı olduqda və ya tez çıxma haqqında nəzakət əlaməti olaraq, müəllimə əvvəlcədən xəbər verilməlidir. Müəlliminiz iştirak etmədiyiniz dərs haqqında sizi məlumatlandırmağa borclu deyil. Bu zaman elektron poçt ünvanına və yaxud qrup yoldaşlarınıza arxalanın. Bundan əlavə, tələbə iştirak edə bilməyəcəyi imtahandan əvvəl müəllimi qabaqcadan xəbərdar etməlidir. Tələbə imtahanda iştirak etməmişdən əvvəl müəllim xəbərdar edilməyibsə, bu hal həmin imtahan üçün sıfır qiymətlə nəticələnir.
Sinif etiketi (ədəb qaydaları):

Dərsdə mövzudan kənar söhbətlər: dərsdə kənar söhbətlər tələbələrin fəal dinləmə və qavramasını çətinləşdirir. Başqalarına qarşı diqqətli olun, onların hüquqlarına hörmətlə yanaşın.

Diqqətsizlik: Dərs vaxtı başqa kitablar, qəzetlər oxumaq, nə də kompüterdə işləmək olmaz. Qeydlər əllə aparılmalıdır. Hər an qrup müzakirələrinə qoşulma gözlənildiyinə görə diqqətli olmaq tələb edilir. Bu tələbəyə materialı mənimsəməkdə kömək edir. Bütün mobil telefonlar dərs vaxtı söndürülməlidir. Əks təqdirdə bu gün ərzində bütün dərslərdən məhrumiyyətə və dəyərli balların itirilməsinə gətirib çıxarar.
Tapşırıqlar siyasəti:

Gecikdirilmiş iş. Gecikdirilmiş iş qəbul edilməyəcək. Bununla bağlı heç bir xahiş eşidiməyəcək.

Əlavə imtahanlar:

İmtahandan əlavə həmin fəndən hər hansı bir imtahan təşkil edilmir, yekun imtahandan sonra və ya əvvəl kiminsə balını artırmaq üçün qətiyyən əlavə layihələr müəyyən olunmur.

Təqdimatlar: Təqdimatlar baş tutmadıqda onların əvəzinə təqdimat keçirmək yolverilməzdir.
Tələbələrin tərcümeyi-hal blankı:

Bütün tələbələrdən ikinci dərsə kimi bu fənn üçün tərcümeyi-hal blankını doldurub müəllimə təqdim etmələri tələb olunur. Blanka bir fotoşəkil yapışdırılmalıdır. Əgər blankı doldurmasanız “Semestr ərzində faydalı aktivlik” başlığı altındakı ballarınızdan 2 bal çıxılacaq.
Fənnin əsas tələbələri:

İmtahan: Fənn üzrə imtahan semestr ərzində iki dəfə (aralıq 25% və final 25%) keçirilir.

Kuizlər - tapmaca xarakterli qısa testlər, yaxud açıq cavab tələb edən suallar. Kuizi ötürənlərə onları yenidən təşkil etmək mümkün deyil. Ötürülmüş bu cür testlər (0)-la qiymətləndirilir. Belə testlər dərs saatının istənilən vaxtında verilə bilər. Semest ərzində kuizlərə ayrılan bal 100%-in 20%-ni təşkil edir. Yəni semest ərzində təxminən 10 dəfə test və açıq cavab tələb edən suallarla kiçik imtahanlar keçirilir (aralıq və final imtahanlarından əlavə) və bunların hər birisi 0-2 balla qiymətləndirilir (0;0,1;0,2;0,5;0,8;1; 1, 5;1,8; 2).

Keyslər - Azərbaycan ərazisindəki dövlətlər, tarixi məskənlər, muzeylər, qalalar barədə qısa araşdırmalar; vətən tarixi, mədəniyyəti, tarixi şəxsiyyətləri, dövlətin xəritəsi barədə xarici qəzetlərdə və internetdə gedən təhriflərin və məlumatların tənqidi təhlilləri. Semestr ərzində hər bir tələbə Azərbaycanla bağlı xaricdə dərc olunan və yaxud internetə yerləşdirilən bir məqalənin tənqidi təhlilini hazırlamalıdır. Bu məqalələrin Azərbaycan əleyinə məqsədli və qərəzli yazılmış məqalələrin təhlilinə və tənqidinə həsr olunması daha məqsədəuyğundur. Bundan əlavə semestrin əvvəlində müəllim hər tələbəyə Azərbaycan ərazisində mövcud olan bir dövlət barədə araşdırma aparmaq tapşırıqları verir. Araşdırma hazır olanda təqdimat keçirilir. Hər tələbə qrup qarşısında 3 dəqiqəlik təqdimat edir. Təqdimatın verilmiş vaxt çərçivəsində tamamlanması layihə üzrə qiymətə təsir edən amil sayılır. Semestr ərzində hər tələbə təxminən 5 keys hazırlayır. Hər keys 0-2 balla qiymətləndirilir.

Esse üzrə hesabat, müzakirə və müdafiə. Semestr ərzində tələbəyə müzakirə və təqdimat üçün esse üzərində işləmək tapşırılır. Esselər kiçik araşdırma və yaxud kiçik dissertasiyalardır və tələbələrin araşdırma, təhlil etmə bacarıqlarının formalaşdırılmasına xidmət edir. Yazılı tapşırıq iki intervalla, 14 şriftlə yazılmış 3-4 səhifəlik araşdırma ilə məhdudlaşdırılır. Esse final imtahanına qədər təqdim edilməlidir. Təqdimat zamanı qrupdakı iştirakçılara müzakirə açmaq tapşırıla bilər və ya onlar passiv şəkildə əyləşə bilərlər. Essenin keyfiyyəti dəlillərin çoxluğu və təqdimatın anlaşıqlı, rəvan olması, eyni zamanda işə tənqidi və yaradıcı yanaşma ilə bağlıdır. Esse 20 balla qiymətləndirilir (5 bal texniki göstəricilərə görə; 5 bal mövzunun əahətə olunma dərəcəsinə görə; 5 bal mövzuya yaradıcı, yenilikçi yanaşmaya görə; 5 bal təqdimat üçün ayrılmış vaxta əməl edildiyinə və təqdimatın keyfiyyətinə görə).

Başqa ev tapşırıqları. Müəllim dərsə hazırlıqda və dərslərdə aktiv iştirakda sizə yardımçı olacaq ev tapşırığı verə bilər.
Qiymətləndirmə




İstiqamət

Ballar



Faiz

İmtahan (aralıq)

20

20 %

İmtahan (final)

40

45 %

Kuizlər

20

20 %

Iştirak

10

10 %

Esse

10

10 %

Cəm:

100

100 %


CƏMİ: 45 ( 90) saat; mühazirə 30 (60) saat; məşğələ 15 (30) saat

N

Mövzular

Tarix



Bəşər cəmiyyətinin formalaşmasında təbiətin rolu

.09.2008




İndivid və fərdin təbiətlə münasibəti. İnsan və cəmiyyət







Dünyada ilk insan məskənləri







Erkən sivilizasiyadan yaranmış mədəniyyətin rüşeymləri







Mezolit dövrü







Poleolit və onun əsas xüsusiyyətləri







Neolit inqilabı







Eneolit dövrü və ibtidai icma quruluşunun sonu







Fərqli təsərrüfat formalarınıdan yaranan fərqli düşüncə tərzi




2.

Qədim sivilizasiyalar. Misir və Mesopotamiya







Misir və Hil çayının toponimikası







Misirdə eneolit dövründə nomlar







Aşağı və Yuxarı Misir hökmdarlığının birləşməsi







Misir fironlarının idarəçiliyi və çatilərin fəaliyyəti







Misirdə din, mifoloğiya, elm, təbabət və yazı







Ön Asiyada ən qədim metal emalının izləri







Mesopotamiyanın Şimaı və Cənub hissəsi nəyə görə fərqlənirdi







Mesopotamiyanın cənub hissəsi olan Şümer ölkəsində e.ə. III əsr şəhər-dövlətlər:Uruq, Kiş, Eredu, Ur, Laqaş, Umma, Nippurun idarəçilik sistemi







Mixi yazı sistemi nə vaxt və kim tərəfindən yaradıldı







Mesopotamiya memarlığının və heykəltəraşlığının əsas əlamətləri







Mesopotamiyada yaranmış şəhər-dövlətlər: İsin, Larsa, Mari və Babil







Hamurappinin hakimiyyəti dövründə




3

Qədim Yunanıstan







Avropada ilk quldarlıq cəmiyyəti və dövləti harada yaranmışdır?







Afina və Sparta şəhərləri







Drakon qanunları







Yunan və İran müharibələri

Yunanıstanda elm və fəlsəfə




4

Qədim Roma və Bizans







Roma şəhərinin yaranması haqqında







Patrisi və Plebeylərin mübarizəsi nə ilə nəticələndi?







Roma ilə Karfagen arasında müharibələr







Hannibalın Romanı işğal etməsinin səbəbi







Spartak üsyanı







Roma heykəltaraşlığının əsas xüsusiyyəti







Romalıların Olimp Allahları







Şərqi və Qərbi Roma imperiyalarının əraziləri







Qərbi Roma imperiyalarınıın sübutu







Konstantinin hakimiyyəti







Roma imperiyalarının süqutunun nəticələri




5

Türk imperiyaları







Qədim türklərin ilk məskənləri və böyük Türküstan







Qədim türk xaqanlarıı







Qədim hunlar







Hunların Çinə hücumu







Qərbi və Şərqi hun imperiyaları







Göy türk dövlətinin yaranması







Səlcuqlar dövləti







Mərkəzi Asiyadakı türk dövlətləri







Osmanlı imperiyası







Səfəvilər imperiyası







Türk imperiyalarında mədəniyyət




6

Xristianlıq və Avropa erkən orta əsrlər tarixində







Xristianlığın meydana gəlməsinin əsas səbəbləri







Müqqədəs Konstantinin xristianlıqda rolu







Erkən orta əsrlərdə Avropada ticarət və sənət







Frank dövlətinin yaranması və Xlodviqin hakimiyyəti







Frank imperiyasının ən qüdrətli dövrü və Böyük Karlın imperiyası







Natural təsərrüfat







Aralıq imtahanı




7

Islam dünyası. Ərəb xilafəti







Ərəb dövlətinin tarixinin dövrləri







Əməvilər sülaləsi







Ərəb xülafəti Abbasilər dövründə







İslam mədəniyyətinin əsas xüsusiyyətləri







Avropaya islam mədəniyyətinin təsiri




8

Xaç yürüşləri







Xristian kilsəsində raskolçuluq







İndulgensiya” fərmanı, bidədçilik və inkivizisiya







Səlib yürüşünün məqsədi və nəticələri




9

Böyük coğrafi kəşflər







Böyük coğrafi kəşvləri zəruri edən iqtisadi siyasi hadisələr







İlk müstəmləkə işğalları və böyük coğrafi kəşvlər







Coğrafi kəşvlərin nəticələri




10

İntibah və reformasiya







XVI əsrdə İngiltərədə Anqlikan kilsəsi







Kilsədə Puritan təriqəti







Protenstntlığın yaranması və Lüteranlıq







Xaç yürüşlərinin avropalıların dünyagörüşünə təsiri







Avropada ilk universitet və Rocer Bekon







İlk kapitalist müəssələrinin yaranması ilə İtaliyada mədəni yüksəliş







İntibah mədəniyyətinin əsas xüsusiyyətləri







İntibah dövrünün görkəmli rəssam və heykəltaraşları




11

Avropada mütləqiyyət və konstitusiya quruluşu







İngiltətə Burjua inqilabı. Stüartlar sülaləsi







1628-ci ildə parlamentdə Bill







İngiltərə Burjua inqlabının nəticələri







Kromvelin qələbəsi







1689-cu ildə İngiltərə parlamentinin qəbul etdiyi hüquqlar haqqında Bill




12

Marifçilik. Fransa İnqlabı və 1848-ci ildə Avropa inqilabları







Feodolizmin yeni iqtisadi və siyasi münasibətlərə mane olan ideya hərəkatının maarifçilkdə təcəsümmü







Hüquqi dövlət və vətəndaş cəmiyyəti







Fransada xalq inqilabı







1791-ci il Fransa konstitusiyası və yeni idarəçilik sistemi







1789-1794-cu illərin Fransa Burjua inqilabının tarixi əhəmiyyəti







Avropada siyasi pərakəndəlik, mülkədar torpaq sahibliyi və Burjua demokratik inqilabları







Fransa Prussiya müharibəsinin nəticələri və Almaniyanın birləşməsinin başa çatması







İtaliyada milli burjuaziya və siyasi dağınıqlıq




13

XX əsrin Siyasi və Mədəni dalğası. I Dünya müharibəsi







I Dünya müharibəsinin başlanmasını əsas səbəbləri







Müharibənin gedişi və nəticəsi




14

Müharibələr arası illər, II Dünya müharibəsi və soyuq müharibə







II Dünya müharibəsini doğuran səbəblər







Müharibənin gedişi və nəticəsi







Yaponiya üzərində ABŞ-nın təcrübəsi







Dünya sosializm sisteminin yaranması




15

Çoxqütüblü dünyada həyat: soyuq müharibədən sonrakı era







Dünyanın yeni mənzərəsi







Dünya ölkələrinin müstəqillik meylləri







Böyük dövlətlərin nüfuz dairəsi







Dünyanın qlobal problemləri







FİNAL İMTAHANI










Yüklə 134,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə