H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə1/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
  1   2   3   4   5   6   7   8   9   ...   225


 


Rəyçilər; 

H,N. RZAYEV 

tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq 

münasibətlər kafedrasının professoru 

M,M. ƏSGƏROV 

filologiya elmləri namizədi, professor 

Son sözün müəllifi: 



LO.QUÜYEV 

Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri 

hüquq elmləri doktoru, professor 

Kompüter tərtibatçısı: 

Nərgiz Hacıyeva 

Hacıyev  Maqsud  İbrahim  oğlu.  Diplomatik  protokol  və  xarici  əlaqələr 

Diplomatın stolüstü kitabı. - Bakı: Mütərcim, 2007. - 632 səh. 

Diplomalik  protokolun  müxtəlif  məsələlərinə,  xarici  əlaqələrə,  beynəlxalq  müna* 

sibətlər,  diplomatik  yazışma,  diplomalik  etiket,  beynəlxalq  münasibətlər  tarixi  və  no- 

/.əriyyə.si,  beynəlxalq  müqavilələr  forması,  beynəlxalq  təşkilatlar,  Azərbaycanın  xarici 

siyasəti  və  s.  həsr  olunmuş  bu  stolüstü  kitab  əsasən  hamin  mövzulara  dair  mühazirələrə 

əlavə dərs vəsaiti kimi nəzərdə tutulmuşdur. Kitab şübhəsiz həm də gələcək diplomatlar, 

işgüzar şəxslər, xarici əlaqələrlə maraqlananlar, ümumiyyətlə geniş oxucu kütləsi üçün də 

maraqlı  ola  bilər.  Kitab  həmin  fənlərə  dair  mühazirələr  dinləyən  bir  sıra  ali  məktəb 

tələbələri  və  bu  fənlərdən  dərs  deyən  müəllimlər  üçün  də  əlavə  məlumat  mənbəyi  kimi 

faydalıdır.  Müxtəlif  qaynaqlar əsasında  yazılmış  bu  stolüstü  kitab  Azərbaycanın on yeni 

xarici əlaqələrinə dair materiallar və faktlarla da zəngindir. 

0801000000 _ 

H -------- 63-07 

© Mütərcim, 2007 



Azərbaycanlı  olması  ih  daim  fəxr  etmiş  iki 

əsrin  şöhrptli  diplomatif  dövlətçiliyimizin  banisi^ 

əbədi və ulu öndərimiz Heydər Əliyevin unudulmaz 

xatirəsinə ithaf edirəm. 

Müəllif 

MÜƏLLIFDƏN

 

Müasir  beynəlxalq  münasibətlər  beynəlxalq  əlaqələrin  müxtəlif 



formaları  ilə  yerinə  yetirilir.  Bu  əlaqələri  yerinə  yetirməkdə  diplomatik 

protokol mühüm rol oynayır. Diplomatik xidmətə kömək edən diplomatik 

protokol beynəlxalq hüququn mühüm tərkib hissəsidir və ona görə də hər 

bir ölkənin diplomatik fəaliyyəti beynəlxalq hüquqi normalarla, sazişlər 

və konvensiyalarla tənzimlənir. Diplomatik əlaqələr diplomatlar vasitəsilə 

yerinə yetirilir. Diplomat sənəti şərəfli və cəlbedicidir. Özünəməxsus peşə 

incəlikləri  ilə  seçilən  diplomat  fəaliyyəti  səfərlər,  təmtəraqlı  qəbullar, 

yadda  qalan  görüşlərlə  başqa  fəaliyyət  növlərindən  fərqlənir.  Dövlətin 

xüsusi fəaliyyət növü olan diplomatik fəaliyyətin əsas funksiyası hər bir 

ölkənin başqa ölkələrlə siyasi, iqtisadi, mədəni və s. əlaqələrini yaratmağa, 

onu qoruyub saxlamaqa və bu əlaqələri öz dövlətinin, son nəticədə isə öz 

xalqının mənafelərinə uyğun olaraq daha da inkişaf etdirməyə xidmət edir. 

Xalqlar və dövlətlərarası bu məqsəd və vəzifələrə çatmağ və ölkənin xarici 

əlaqələrində normal şərait yaratmaq işində isə diplomatik protokolun rolu 

əvəzsizdir.  Dövlət  fəaliyyətinin  mühüm  bir  növünü  təmsil  edən 

diplomatiyanın  və  diplomatik  xidmətin  rolu  artdığı  müasir  dövrümüzdə 

diplomatik protokol öz aktuallığı ilə fərqlənir. 

İnsan  cəmiyyətinin  inkişaf  tarixində  dövlətin  xarici  münasibət 

məsələləri,  onun  mühüm  vasitəsi-diplomatiya  hər  zaman  görkəmli  yer 

tutmuşdur. Elə buna görə də diplomatiyanın yaranması və 




inkişaf  tarixi,  ən  gədim  dövrlərdə  dövlətlər  arasındakı  xarici  əlaqələrin 

ilkin formaları haqqında məlumatlar da bugünkü diplomatik münasibətlər 

elmi  üçün  də  maraqlıdır.  Çünki,  elə  bu  ilkin  tayfalar  və  ibtidai  ölkələr 

arasındakı  münasibətlərin  tarixi  yolu  əsasında  müasir  beynəlxalq 

münasibətlər və onları yaradan şərtlər formalaşmışdır. Blə o dövrdən bu 

ilkin  münasibətlərin  ibtidai  protokol  qaydaları  da  yaranmış  və  inkişaf 

etmişdir. 

Azərbaycan  dövlətinin,  onun  hökmdarlarının  başqa  dövlətlər  və 

onların başçıları ilə diplomatik əlaqələrinin nümunələrinə ən qədimlərdən 

rast gəlmək olur. Bradan əvvəl midiyalı Tomrislə İran hökmdarı 1 Dara, 

Bərdə hökmdarı Nüşabə ilə Makedoniyalı İskəndərin yeni eradan əvvəl 

Nizamidə təsvir olunan rəsmi qəbulu- görüşü, "t)ədə Qorqud” boylarında 

müdrik Dədə Qorqudun iyidləri yanında oturdması, Qazan xanın başqa 

xanları  və  iyidləri  qəbul  etməsi,  onlarla  rabitəsi  ilk  diplomatik  halların 

yaxşı nümunəsidir. 

Qədim  Romada  “diploma”  iki  qatlanan  taxta  parçasına  (onun 

arasında  mühüm  sənədlər  saxlanardı)  deyilərdi:  əyalətə  və  ya  xarici 

ölkəyə  göndərilən  rəsmi  şəxs  senatın  ona  verdiyi  dövlət  sənədini- 

zəmanət və ya etimadnaməni onun içində saxlayırdı. 

i Bizim dilimizdə diplomat sözü yaxşı mənada  -  məharət, bacarıq, 

pis  mənada  isə  -  hiyləgərlik,  kələkbazlıq  mənalarını  ifadə  edir.  İngilis 

diplomatı  Q.  Nikolsona  görə  isə  “diplomatiya  danışıqlar  vasitəsilə 

beynəlxalq 

münasibətlərin 

aparıİmasıdir. 

...Bu 

münasibətlərin 



tənzimlənməsinə  kömək  edən  metodlar  səfirlər  və  diplomatik 

nümayəndələr  tərəfindən  yerinə  yetirilir...”  Hələ  XIX  əsrdə  fransız 

diplomatı  Q.  Qarden  “Diplomatiyanın  tam  kursu”  kitabında  yazırdı: 

“Diplomatiya  -  bu  terminin  geniş  mənasında  xarici  münasibətlər  və  ya 

xarici işlər haqqında elmdir, daha dəqiq mənada - bu, danışıqlar elmi və 

ya danışıqlar aparmaq məharətidir”. 

jfbıla əsrlər Azərbaycan hökmdarları və xüsusilə Səfəvi padşahları 

göstərdilər ki, onlar diplomatiyada çox mahirdirlər. 

XV əsrin ortalarından Azərbaycanın Avropa ölkələri ilə qarşılıqlı 

surətdə yaxınlaşmasında xarici siyasətin rolu getdikcə artır. Ağqoyunlular 

xristian dünyası ilə-yunan dövləti Traneziyadla 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə