Hörmətli əməkdaşlar və dəyərli oxucularımız, müəssisəmizin yarandığı



Yüklə 217,84 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix25.05.2018
ölçüsü217,84 Kb.
#45860
  1   2   3   4   5


Hörmətli əməkdaşlar və dəyərli 

oxucularımız, müəssisəmizin yarandığı 

ilk gündən əldə etdiyi nailiyyətlər və yerli 

Neft-Qaz sənayəsinə verdiyi töhfələr hər 

birimiz üçün qürur mənbəyidir.  İnanıram ki,  

müəssisəmizdə çalışan hər kəs mənimlə 

eyni fikirdədir. Bizləri bir araya gətirən və 

daim dinamik sürətlə inkişafa doğru aparan 

da elə eyni düşüncəyə malik olmağımız və 

eyni  amala xidmət etməyimizdir. Dövlət 

büdcəsinin formalaşmasında kifayət 

qədər böyük rola malik olan bu sənaye 

sahəsində çalışmaq həm yüksək bilik və 

təcrübə, həm də cəsarət tələb edir. 

Geologiya bölməsi adından SOCAR-AQŞ 

ailəsinin hər bir üzvünə bu şərəfli peşənin 

öhdəsindən layiqincə gəlməyi arzu edir 

və müəssisəmizə beynəlxalq layihələrdə 

də uğurla təmsil olunmağı diləyirəm. 

İnanıram ki, hamımızın maraqla izlədiyi 

müəssisədaxili qəzetimiz olan Enerji 

yaxın gələcəkdə beynəlxalq əhəmiyyətli 

uğurlarımızı paylaşaraq bizləri daha da 

əzmlə çalışmağa ruhlandıracaq. 

Son olaraq Enerji qəzetinin redaksiya 

heyətinə kollektivimizin maarifləndirilməsi 

və işçilər arasında kommunikasiyanın 

yaxşılaşdırılması istiqamətində gördükləri 

işlərdən dolayı  uğurlar arzulayır və bütün 

potensiallı işçilərimizi maraqlı məqalələrlə 

qəzetimizdə təmsil olunmağa çağırıram.  

Peşəkar komanda-mükəmməl 

nəticə

Yükqaldirma əməliYYatlari

Ətraflı səh.3

Ətraflı səh.5

səh. 6

Davamlı təkmilləşmə yolunu əsas 

tutaraq, Enerji qəzetinin yenidən 

dizayn və tipoqrafiya qaydalarının 

dəyişdirilərək daha da müasir şəkildə 

tərtib olunmasına qərar verdik.



enerJİ İlə daVam

səh. 6

Martın 2-də “ADA” Universitetində, bu 

ali məktəbin Karyera Hazırlıq Mərkəzinin 

təşkilatçılığı ilə 5-ci karyera həftəsində 

müəssisəmiz öz stendi ilə təmsil 

olunmuşdur. 



ada unİVerSİtetİndə görüş

səh. 6

Martın 2-də “ADA” Universitetində, bu 

ali məktəbin Karyera Hazırlıq Mərkəzinin 

təşkilatçılığı ilə 5-ci karyera həftəsində 

müəssisəmiz öz stendi ilə təmsil 

olunmuşdur. 



ada unİVerSİtetİndə görüş

№ 005


31 Mart 2017-ci il

Tiraj sayı 800

newspaper@socar-aqs.com

müəSSİSədaXİlİ

rüBlük qəZet

ƏMƏLİYYATLAR

HAQQINDA


SOCAR-AQŞ  ‘’QƏRBİ ABŞERON’’ YATAĞINDA 

DAHA BİR HORİZONTAL QUYU TİKİNTİSİNİ 

BAŞA ÇATDIRDI.



SOCAR-AQŞ  ‘’QƏRBİ ABŞERON’’ YATAĞINDA 

DAHA BİR HORİZONTAL QUYU TİKİNTİSİNƏ 

BAŞLADI.


SOCAR-AQŞ “GüNƏŞLI’’ YATAĞINDAKI 7 SAYLI 

STASIONAR DƏNIZ öZüLüNDƏN 29 NöMRƏLI 

QUYUDA QAZMA IŞLƏRINƏ BAŞLAYIB.



səh. 2

səh. 4

səh. 7

səh. 8

səh. 8

Baş məqalə

səh. 6

Socar-aqş-də 8 mart- 

BeYnəlXalq qadinlar günü 

qeYd edildi

7 mart 2017-ci ildə SOCAR-AQŞ-nın Baş 

inzibati binasında 8 mart - Beynəlxalq 

qadınlar günü münasibəti ilə tədbir 

kecirilmişdir. 

• neft Və XəZər 

dənİZİnİn ekologİYaSi

• allergİYa

• erqonomİka

• emoSİonal İntellekt

• unudulmaZ tarİXlər

• "ümİd"İmİZ reallaşdi

• enerJİnİn qalİBİ

• noBel mükafati 

Haqqinda 

• məntİqİ Suallar

• maraqli faktlar



allergİYa

ətraf mühitin allergen adlandırılan bəzi 

faktorlarının (kimyəvi maddələrin, 

mikroorqanizmlərin və onların həyat 

fəaliyyəti məhsullarının, qida maddələrinin 

və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-

adi (qabarıq) cavab reaksiyasıdır.

Aparılan tədqiqatlara əsasən planetimizin 

hər yeddi adamından biri allergiyaya 

düçardır, başqa sözlə, gündəlik həyatda rast 

gəlinən hər hansı bir təsirə qarşı yüksək 

həssaslığa malikdir. Ən çox yayılmış təsiredici 

amillər – qida məhsulları, bitki mənşəli 

tozcuqlar və ev tozudur. Bununla yanaşı, 

yüzlərlə digər allergen adlandırılan amillər 

mövcuddur ki, bunlara dəri məmulatları, 

heyvan yunu, kəpək, quşlələyi, kosmetika

məişət kimyası, dərmanlar, bəzi bitki yağları, 

günəş şüası aiddir. Allergenlərin orqanizmə 

daxil olma yolları müxtəlifdir. Məsələn, onlar 

orqanizmə dəridən, tənəffüs və qida yolları 

vasitəsi ilə keçirlər.

Allergiya orqanizmin hər hansı maddəyə 

qarşı yüksək həssaslığı-reaksiyasıdır. Bu 

immun sisteminin patalogiyasıdır. Allergik 

xəstəliklərə pollinoz, allergik rinit, bronxial 

astma, atopik bronxial astma, qida 

allergiyası və dərman allergiyası aiddir. 

Pollinoz bitki tozu allergiyası deməkdir. 

Bəzi ağaclara, otlara, güllərə, çiçəklərə 

qarşı insanın nəfəs yollarında baş verən 

allergik reaksiyadır. Buna fəsli xəstəlik də 

deyilir. Pollinozun əlamətləri ilin müxtəlif 

fəsillərində gözlərin ətrafının, burnun 

qaşınması, çoxlu sayda asqırma, burnun 

tutulması kimi özünü göstərir. Bu xəstəlik 

əsasən yaz, yay və payız aylarında üzə 

çıxır, qışda isə yox olur. Həmin fəsillər 

başlananda xəstəlik də yenidən baş 

qaldırır.

Allergik xəstəliklərin digər növü il boyu 

davam edən allergik rinitdir. Onun 

törədiciləri məişət allergenləri – ev tozu, 

kitab tozu, məişət gənəcikləri və digərləridir. 

Bu sifətin, burnun qaşınması, asqırma, 

burun tutulması və axması əlamətləri ilə 

müşayiət olunur. Allergik xəstəliyin başqa 

növü atopik bronxial astmadır. Onun 

törədiciləri bitki, məişət tozları, epidermal 

allergenlər, yəni heyvan tükü, kəpəyi, 

yunu, təbii iqlim şəraiti, insanın işlədiyi 

və ya düşdüyü qoxulu mühitdir. Atopik 

bronxial astmanı törədən allergenlərdən 

uzaqlaşdıqda xəstəlik də yox olub gedir. 

Bütün allergik xəstəliklər üçün bir xarakterik 

əlamət var: allergenlərlə təmasda olanda 

xəstəlik baş qaldırır, onlardan uzaq olduqda 

xəstəliyin əlamətləri də keçib gedir.

Qida allergiyası zamanı müxtəlif qida 

məhsullarından bədəndə səpmə, 

qızarma, şişmə, boğulma halları baş verir. 

Meyvə-tərəvəz, bostan bitkilərindən, 

sitrus meyvələrindən, süd, bal, bişmiş 

yeməklərdən, şirniyyat məhsullarından 

və digər qida məhsullarından bu xəstəliyə 

tutulmaq mümkündür.

Allergik xəstəliklər arasında ən təhlükəlisi 

dərman allergiyasıdır. Dərman allergiyası 

dəridə baş verən səpki və qızarmadan 

tutmuş boğulma və ölüm hallarına qədər 

ən ağır fəsadlar törədə bilir. Bu xəstəlik 

əsasən həkimin təyinatı olmadan özbaşına 

dərman qəbul edildiyi, orqanizmdə digər 

xəstəliklər olduğu halda və onlar nəzərə 

alınmadan həblər qəbul edildiyi zaman 

baş verir. Belə hallarda xəstə anofilaktik 

şok vəziyyətinə düşərək ölə də bilər.

Bəzən əhali müxtəlif səbəblərdən dəridə 

baş verən hər hansı şişmə, səpmə 

və qızarmanı allergiya hesab edir. Bu 

allergiyanı həddindən artıq şişirtməkdir. 

Məsələn, yayda günün ultrabənövşəyi 

şüaları bədənin açıq yerlərinə dəyərək 

onu qıcıqlandırır və bu zaman səpki, 

qızarma və qaşınma baş verir. Bu allergiya 

deyil, dəri xəstəliyi olan fotodermatozdur. 

Belə hallar baş verdikdə özbaşına dərman 

qəbul etməkdən uzaq olmaq və həkimə 

müraciət etmək lazımdır.

Sağlamlıq ən gözəl nemətdir, onu qorumaq 

bizim əsas vəzifəmizdir.

Qərbi Abşeron yatağı 20 saylı SDö-

də göyərtə işçilərinin dəstə rəhbəri 

vəzifəsində çalışan Elnur Nəbiyev öz 

işində STTƏMM qaydalarını rəhbər tutur, 

STTƏMM toplantılarında və İşqabağı 

toplantılarda daima problemləri dilə 

gətirib eyni zamanda çıxış yollarını 

göstərir. İşdən öncə öz komandası ilə 

risklərin qiymətləndirilməsinin birinci 

səviyyəsi (RTC) vərəqlərinin doldurulması 

prossesinə rəhbərlik edir, ona tapşırılan 

işləri təhlükəsiz qaydada, tez və 

keyfiyyətlə yerinə yetirir. Həmçinin, 

E.Nəbiyev yükqaldırma əməliyyatlarının 

aparılmadığı vaxt ərzində ərazinin 

müxtəlif materiallardan və tullantılardan 

, ilişməyə və yıxılmaya səbəb ola biləcək 

əşyalardan təmizlənməsi məsələlərinə 

xüsusu diqqət yetirir.  Elnur Nəbiyev 

STTƏMM ilə bağlı fəallığına və eyni 

zamanda digər işçilərə müsbət davranış 

nümayiş etdirdiyinə görə 19 yanvar 2017-

ci il tarixində Gümüş ulduz, təltif sertifikatı 

və 100 manat dəyərində hədiyyə kartı ilə 

mükafatlandırılmışdır.

Qərbi Abşeron yatağı 20 saylı SDö-də 

Baş qazma ustasının Texniki Xidmət və 

avadanlıqlar üzrə müavini vəzifəsində 

çalışan Ceyhun Cəfərov müəssisədə işlədiyi 

dövr ərzində STTƏMM qaydalarına yüksək 

səviyyədə əməl etmiş və nümunəvi 

davranış nümayiş etdirmişdir. O, STTƏMM 

məsələlərində xüsusi  olaraq fərqlənir, heç 

bir qayda pozuntusuna və səhlənkarlığa 

yol vermir. Eyni zamanda Ceyhun 

Cəfərov işə başlamazdan əvvəl  təmkinlə 

təhlükələrin aşkarlanması və risklərin 

qiymətləndirilməsi, lazım olan nəzarət 

tədbirlərinin görülməsi və əməliyyatların 

yerinə yetirilməsi zamanı daima diqqətli 

və məsuliyyətli olması ilə fərqlənərək 

 

istənilən məsələlərdə, o cümlədən STTƏMM 



məsələlərində kollektiv üzvlərinə ən gözəl 

nümunə göstərir.

Yuxarıda yazılanlarnəzərə alınaraq C.Cəfərov 

27 dekabr 2016-cı il tarixində Gümüş ulduz, 

təltif sertifikatı və 100 manat dəyərində 

hədiyyə kartı ilə mükafatlandırılmışdır. 

Əlavə olaraq qeyd edirik  ki, bu ulduz  C. 

Cəfərovun ikinci “Gümüş” ulduzudur və, o, 

birinci  gümüş ulduz ilə 2013-cü il tarixində 

mükafatlandırılıb.

Adətən, suyun səthinə təzə tökülmüş neftin 

yüngül fraksiyaları birinci sutka ərzində 

buxarlanmır. Bundan əlavə ,qısa müddətdə 

onun bir hissəsi suda həll olunur. Həmçinin 

qeyd etmək lazımdır ki, neftin həll olma 

(buxarlanma) sürəti neft təbəqəsinin 

qalınlığından, küləyin sürətindən və 

istiqamətindən, dalğaların hündürlüyündən, 

suyun dövr etməsi və temepraturundan asılı 

olaraq dəyişir. Məlumatlara görə havanın 

temperaturundan asılı olaraq, birinci sutka 

ərzində suyun səthindən 80%-ə qədər 

benzin və 22% ağ neft buxarlanmır, lakin 

mazutun bu müddətdə itkisi 0,3%-dən 

artıq olmur. Xəzər dənizinin ekologiyasının 

pisləşməsində neftlə yanaşı plastik aromatik 

karbohidrogenlər (PAK) də ciddi təhlükə 

yaradırlar. PAK-lar əsasən kanserogen və 

mutagen aktivliyi ilə fərqlənir.

 Xəzər dənizinin çirklənməsi təkcə 

Azərbaycanın deyil, həm də bütün Xəzərətrafı 

ölkələrin problemidir. Çirkləndiricilərin 

təxminən 80%-i Volqa çayı ilə Xəzərə daxil 

olur. Azərbaycan sahillərinin çox hissəsi orta 

çirklənmə sayılır, lakin bəzi yerlər, xüsusən də 

Bakı buxtası və Sumqayıt sahilləri çox çirklidir.

 Xəzərin statusu tam müəyyənləşmədikcə 

dənizin nərə balığı ehtiyatı və digər 

canlılarının rəngarəngliyi, ekosistemi 

tənəzzülə uğramaqda davam edir. Hər bir 

Xəzərsahili ölkə dənizə öz prizmasından 

yanaşsa, onun sonrakı taleyi daha acınacaqlı 

ola bilər. Sahilində yaşadığımız və istirahət 

etdiyimiz, nemətlərindən faydalandığımız, 

qoynunda  çalışdığımız Xəzər dənizinin 

çirklənmələrdən qorunması hər birimizin 

vətəndaşlıq borcumuzdur. ümid edirəm 

ki, biz bu borcu öz fəaliyyətimizlə və 

hərəkətimizlə tam yerinə yetirəcəyik.

Ceyhun Cəfərov



neft

 Və XəZər dənİZİnİn 

ekologİYaSi

F

lora və faunaya çoxtərəfli təsirinə görə dənizlərin və okeanların neft və 



neft məhsulları ilə çirklənməsi problemi ciddi xarakter daşıyır. Bu baxımdan 

Xəzər dənizi “xüsusi vəziyyətdədir”. Yəni, izolyasiyada olaraq o, başqa su 

hövzələrindən çox neft və neft məhsulları ilə bilavasitə əlaqədə olub. Neft və 

onun törəmələri karbohidrogenlərin, kükürdlü, azotlu və oksigenli maddələrin 

mürəkkəb təbii birləşmələridir. Xam neftin tərkibinə turşular, efirlər, katonlar, fenollar 

və müxtəlif metallar daxildir. Baxmayaraq ki, indiyədək neftin kimyəvi tərkibi tam 

öyrənilməyib, bu gün neftdə 400-dən artıq individual karbohidrogenlər qeydə alınıb. 

Neftin toksikliyi isə çoxdan məlumdur. Neftin toksikliyi onun tərkibi və fiziki-kimyəvi 

xassələri ilə təyin olunur.

elnur nəbİyev



2

Sttəmm məSləHətlərİ

№   0 0 5   •   3 1   M a r t   2 0 1 7 - c i   i l




Yüklə 217,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə