Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə1/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
  1   2   3   4   5   6   7   8   9   ...   74


Folklorşünaslığa giriş   
 
 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
BAKI QIZLAR UNİVERSİTETİ 
 
ALMAZ HƏSƏNQIZI 
 
 
 
 
 
 
FOLKLORŞÜNASLIĞA 
GİRİŞ 
 
 
Bakı  Qızlar  Universiteti  Elmi  Şurasının  04 
dekabr 2015-
ci  il  tarixli  iclasının  (protokol  № 
02) q
ərarı ilə dərs vəsaiti kimi təsdiq edilmişdir.   
 
 
 
 
 
“Elm v
ə təhsil” 
Bakı – 2015 
 
 


Almaz H
əsənqızı                                                   
 
 

Elmi r
еdаktоr: 
M
əhərrəm Qasımlı 
filologiya üzr
ə elmlər doktoru, professor 
Əməkdar elm xadimi 
 
R
əyçilər:   
C
əlil Nağıyev 
filologiya üzr
ə elmlər doktoru, professor 
 
Ülk
ər Nəbiyeva 
filologiya üzr
ə elmlər doktoru 
 
 
 
 
 
Almaz H
əsənqızı. Folklorşünaslığa giriş (dərs vəsaiti), Bаkı, “Elm və 
t
əhsil”, 2015, 260 səh. 
 
 
Kitabda  Az
ərbaycan  folklorşünaslığının  ən mühüm nəzəri 
probleml
əri,  onun  müxtəlif elm sahələrilə  qarşılıqlı  əlaqələri 
müasir dövrün t
ələbləri  fonunda  araşdırılmışdır.  Dərs  vəsaiti 
humanitar elml
ər üzrə təhsil alan bakalavrlar üçün nəzərdə tutulsa 
da, ondan  mü
əllim və  tədqiqatçılar  da mənbə  kimi istifadə  edə 
bil
ərlər. 
 
 
 
    ISBN: 978-9952-8142 -7-9 
© Almaz H
əsənqızı, 2015 
                                     © “Elm v
ə təhsil”, 2015 


Folklorşünaslığa giriş   
 
 

 
 
 
GİRİŞ 
 
 
Az
ərbaycanda, folklorla bağlı tədqiqatların aparılması-
na  başlanmasının,  təxminən, yüz əlli ilə  yaxın  bir  tarixi 
vardır. Daha dəqiq desək, cüng, salnamə, səyahətnamə, qə-
dim  yazılı  abidələr,  lüğətlərdə  yer alan folklor örnəkləri
b
əzən  onlar  haqqında  verilən məhdud məlumatlar nəzərə 
alınmazsa, xalq yaradıcılığı ilə bağlı tədiqiqatlar on doqqu-
zuncu yüzilin sonlarından aparılmağa  başlamışdır.  Bununla 
bel
ə, uzun illər folklorşünaslıq ayrıca təhlil obyektinə çevril-
m
əmiş,  yəni təxminən iyirminci əsrin  ortalarına  qədər  ədə-
biyyat tarixi il
ə  bağlı  yazılan  tədqiqatların  tərkibinə  daxil 
edilmişdir.   
M
əlumdur ki, Azərbaycan ədəbiyyat tarixinin ilk müəl-
lifi Firidun b
əy Köçərli  (1863-1920)  hesab edilir. Onun 
1903-cü ild
ə Tiflisdə nəşr etdirdiyi “Azərbaycan tatarlarının 
ədəbiyyatı”  kitabında  xalq  yaradıcılığı  haqqında  müəyyən 
q
ədər bəhs olunmuşdur. Xatırladaq ki, bu əsər 1925-1926-cı 
ill
ərdə  “Azərbaycan  ədəbiyyatı  tarixi  materialları”  adı  ilə 
n
əşr edilmişdir.   
1943-1944-cü ill
ərdə  “Müxtəsər  Azərbaycan  ədəbiy-
yatı”, 1957-1960-cı illərdə “Azərbaycan ədəbiyyatı tarixi” (3 
cildd
ə), 1967-ci ildə “Azərbaycan sovet ədəbiyyatı tarixi” (2 
cildd
ə)  kitablarının  hər birində  xalq  ədəbiyyatı  haqqında 

əyyən qədər məlumatlara yer verilmişdir. 


Almaz H
əsənqızı                                                   
 
 

  Bu 
ənənənin  davamı  kimi  son  illərdə  –  Azərbaycan 
müst
əqilliyini yenidən qazanandan sonra yazılan “Azərbay-
can 
ədəbiyyatı tarixi”nin (6 cilddə) də ilk cildi folklora həsr 
edilmişdir. 
Az
ərbaycan  folklorşünaslığının  nəzəri problemlərini 
əhatə edən sistemli dərsliklər iyirminci əsrin ikinci yarısın-
dan n
əşr  edilməyə  başlayır.  Beləliklə, Vaqif Vəliyevin 
“Az
ərbaycan  şifahi  xalq  ədəbiyyatı”  (1970),  “Azərbaycan 
folkloru” (1985), Paşa Əfəndiyevin “Azərbaycan şifahi xalq 
ədəbiyyatı” (1981) adlı kitabları nəşr olunur.   
Qeyd etm
ək lazımdır ki, sovet dövründə senzura üzün-
d
ən  xalq  yaradıcılığının  tam  obyektiv  araşdırılması  qeyri-
mümkün idi, bütün sah
ələrdə  tədqiqatlar sosialist ideolo-
giyasının  tələblərinə  uyğun  aparılmalı  idi.  Əslində, sovet 
hakimiyy
ətinin  mövcud  olduğu  illərdə  dərsliklərin böyük 
əksəriyyəti (bura qeyri-humanitar elmlərlə yanaşı tarix fənni 
d
ə daxil idi) rus dilindən tərcümə vasitəsilə yazılırdı. Təbii 
ki, Az
ərbaycan dili və  ədəbiyyatı dərslikləri öz alimlərimiz 
t
ərəfindən  hazırlanırdı,  lakin  onlar  da  “partiyaya sədaqət” 
ruhuna 
əsaslanaraq yazılırdı. Elə bu səbəbdən də çox zaman 
d
ərsliklərdə milli məfkurəyə söykənən əsərlər deyil, sosializ-
mi m
ədh edən, məcburiyyətdən deyilmiş “söz yığınları” özü-
n
ə yer tapırdı. Məhz buna görə də Azərbaycan müstəqilliyini 
yenid
ən bərpa etdikdən sonra dərsliklərin tam fərqli bir 
baxışla yazılması zərurəti ortaya çıxdı. 
Bu  yanaşma  öz  təsirini  folklorşünaslıqla  bağlı  tədqi-
qatlarda da göst
ərirdi. Məhz sovet dövründə  folklorşü-
naslıqla  bağlı  yazılan  dərsliklərdən birinin müəllifi olmuş 
professor  Paşa  Əfəndiyev müstəqilliyin ilk vaxtlarında  – 
1992-ci ild
ə nəşr etdirdiyi  “Azərbaycan  şifahi  xalq  ədəbiy-
yatı”  kitabında  bu  məsələni nəzərdə  tutaraq  yazır:  “Birdən 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə