Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə45/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   41   42   43   44   45   46   47   48   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
154 
ənənəvi olaraq şifahi xalq ədəbiyyatı örnəklərini üç növ əsa-
sında təhlilə cəlb etmək olar. 
1. Lirik növ; 
2. Epik növ; 
3. Dramatik növ. 
Lirik növ
ə – bayatı, ağı, layla, oxşama, sayaçı nəğmə-
l
əri, eydirmələr, xalq mahnıları və s. daxil edilir 
Bayatı  şifahi  xalq  ədəbiyyatının  elə  bir  janrıdır  ki, 
insan h
əyatının bütün məqamları onun sədaları altında keçir. 
C
əmi dörd misradan ibarətdir  və  hər misrada yeddi heca 
vardır. Bir, iki və dördüncü misra həmqafiyə, üçüncü misra 
(aaba) is
ə sərbəst olur.   
Bayatı həm yığcamlığı, az sözlə daha dərin düşüncələri 
ifad
ə  etməsilə, həm də  el  arasında    çox  geniş    yayılması 
il
ə  digər folklor nümunələrindən fərqlənir. Belə  ki, hər bir 
Az
ərbaycan türkü tarixən  –  uzun  əsrlərdən bəri  ömrünün 
bütün anlarında – doğulandan    dünyanı tərk etdiyi dəqiqəyə 
q
ədər bayatılarla sıx təmasda olur. 
Az
ərbaycan  folklorşünaslığında  “bayatı”  sözünün 
m
ənşəyilə  bağlı  müxtəlif fikirlər  səslənmişdir.  Bu  sözün 
“boyat, köhn
ə” mənasında olması, bəzən də qəbilə adından 
götülm
əsilə bağlı mülahizələr vardır. Mühacirətdə bu sözün 
etimologiyası ilə bağlı Ə.Cəfəroğlunun dissertasiya işi olan 
“G
əncə  dialektində  75 azəri  bayatıları  və  lisana aid bir 
müq
əddimə” kitabında təsadüf olunmaqdadır. Əhməd bəy də 
folklorşünasların  əksəriyyətinin qəbul etdiyi kimi bu sözü 
bayat q
əbiləsinin  adından  götürülməsi  ehtimalını  irəli sür-
müşdür.   
Bayatı  müxtəlif  türk  xalqlarının  folklorunda  fərqli  –
aşulə, xoyrat, yır, qoşuq və s. adlarla mövcud olan bir janr-
dır. Bayatılar özünəməxsus avazla ifa edilir.   


Folklorşünaslığa giriş   
 
 
155 
Bayatıların  Azərbaycan  folklorşünaslığında  müxtəlif 
t
ədqiqatçılar  tərəfindən təsnifatı  aparılmışdır.  Əslində  həm 
m
əzmunundan, həm söyləndiyi auditoriyadan, həm zaman-
dan asılı olaraq bayatılar müxtəlif şəkildə təsnif edilə bilər.   
1930-cu ild
ə  Almaniyada nəşr  olunan  “Gəncə  dialek-
tind
ə 75 azəri bayatıları və lisana aid bir müqəddimə”  adlı 
t
ədqiqatında  Ə.Cəfəroğlu  bayatı  şəkilli  şeirlərin zəngin 
növl
ərindən bəhs edərək onların rəngarəngliyini, bütün həyat 
boyu  insanların  əhvali-ruhiyyəsinə  müvafiq olaraq söylən-
diyini 
əsas götürərək, əsərinin sonuna əlavə etdiyi 75 baya-
tını aşağıdakı kimi beş qrupa ayırmışdır: 
1) M
əhəbbət nəğmələri (Liebeslieder); 
2) K
ədərli nəğmələr (Traunerlieder); 
3) H
əqiqət nəğmələri (Warsağelieder); 
4) V
ətən haqqında nəğmələr (Heimatlieder); 
5)Müxt
əlif məzmunlu nəğmələr (Lieder Verschiedenen 
İnhalts). 
Qeyd etm
ək lazımdır ki, sovet siyasi sistemi bayatıların 
da n
əşrinə  təsirsiz  ötüşməmişdir.  Məsələn,  H.Qasımovun 
t
ərtib  etdiyi  “Bayatılar”  kitabında  “Köhnə  həyat  bayatıları”   
adlı ayrıca bir bölmə vardır. Həmin örnəklərin bu ad altında 
toplanması  isə  sovet sosialist sisteminin bizə  yadigar qoy-
duğu “kommunizm ideyaları” bəlası ilə bağlıdır.    Məsələn, 
onlardan:   
Ay doğdu peşman – peşman,   
Gün doğdu ona tüşman.   
Ağlıyırsan, tək ağla,   
N
ə dos bilsin, nə tüşman    – 
 
bayatısı  hələ  1929-cu ildə  Ə.Cəfəroğlunun  tədqiqatında 
“M
əhəbbət  bayatıları”  sırasında  yer  almışdırsa  da,  ondan 


Almaz H
əsənqızı                                                   
 
 
156 
otuz il sonrakı sovet nəşrində artıq “Köhnə həyat bayatıları” 
silsil
əsinə daxil edilmişdir. 
Bayatılara  qədim cüng, əlyazmalarda, XIX əsrdən 
başlayaraq  maarifçi  ziyalıların  tərtib etdiyi dərsliklərdə, 
h
əmçinin  QƏXTMT  –  Qafqaz  əraziləri və  xalqlarının  təs-
virin
ə  dair materiallar toplusunda  (SMOMPK  –  Сборник 
материалов для описания местностей и племен Кавказа) 
yer ayrılmışdır. 
XX 
əsrdə  R.Əfəndiyev,  A.Şaiq,  F.Köçərli, M.Abbas-
zad
ə, A.Şaiq, Ş.Əfəndizadə, H.Əlizadə, M.Təhmasib, H.Qa-
s
ımov, A.Məmmədova və  başqaları  bayatıları  nəşr  etdir-
mişlər.   
Güney Az
ərbaycanda 1964-cü ildə  M.Fərzanə  “Azər-
baycan xalq bayatıları” kitabını nəşr etdirmişdir. Son illərdə 
n
əşr  edilən “Güney Azərbaycan folkloru” kitablarına  xeyli 
bayatı daxil edilmişdir. Bundan əlavə, Cavad Heyət “Azər-
baycan şifahi xalq ədəbiyyatı”, Ə.Uzun “İran-türk folkloru” 
kitabında onlarla bağlı nəzəri məlumatlar vermişdir. 
Avropada Az
ərbaycan  bayatıları  O.Çatskaya (M-me 
Chatskaya O.) 1928-ci ild
ə  Fransada  “Asiya  jurnalı”nda 
(s
ayı  8,  səh. 193-265)  “Tatar  xalq  şərqiləri” (“Chansons 
populaires Tata
res”)  adı  altında  nəşr  etdirmişdir.  Bu nəşrlə 
bağlı  bağlı  “Azərbaycan yurd bilgisi”nin 1932-ci il 11-ci 
sayının  “Təhlil və  tənqidlər” bölməsində  Əhməd Cəfəroğ-
lunun mülahiz
ələri dərc  edilmişdir.  N.K.Dmitriyevin  Azər-
baycan dilinin t
ədqiqatına həsr edilmiş müqəddiməsi və Çat-
skayanın  Gəncə  şivəsində  toplayaraq nəşr  etdirdiyi  76  ba-
yatıdan ibarət bu tədqiqatın təhlilini aparan Ə.Cəfəroğlu əsə-
ri k
əskin tənqid etmişdir.   
Mühacir
ətdə  A.Yıldırımın  “Bayatılar”  (“Azərbaycan 
xalq manil
əri”) kitabı nəşr olunmuşdur.   


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə