Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə48/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   44   45   46   47   48   49   50   51   ...   74

Folklorşünaslığa giriş   
 
 
165 
gil
ə”nin bəndlərinin sayına baxmaq bu istiqamətdə görülən 
işlərin nə  şəkildə  olduğunu  müəyyənləşdirmək üçün kifa-
y
ətdir.  Təəssüf ki, həmin nəşrdən illər keçməsinə  baxma-
yaraq h
ələ  də  müğənnilərimiz  bu  mahnının  yenidən bərpa 
edilmiş  bəndlərindən heç birini də  ifa etməmişlər. Bu da 
m
ətnin yenidən  xalq  arasında  yayılması  prosesini  ləngidən 
amill
ərdən biridir.   
Deyil
ənlərdən bir daha nəticə çıxarmaq olar ki, mahnı 
m
ətnlərinin toplanmasında musiqişünaslarla yanaşı, folklor-
şünaslar yaxından iştirak etməlidirlər. 
Epik növün 
janrıları əsasən aşağıdakılardır: 
Arxaik janrlar – 
buraya  alqışlar,  qarğışlar, inanclar, 
ovsunlar, andlar, fallar, yuxuyozmalar, türk
əçarələr və s. da-
xildir.   
M
əlum olduğu kimi, yetmiş ildən artıq sosializm siste-
mind
ə yaşayan digər respublikalarda olduğu kimi, Azərbay-
canda  da  xalq  yaradıcılığı  ilə  bağlı  bir  sıra  mövzuların 
a
raşdırılmasına,  üzə  çıxarılmasına  bəzən rəsmi, bəzən də 
qeyri-r
əsmi  qadağalar  qoyulmuşdu.  1983-cü ildə  işıq  üzü 
gör
ən “Azərbaycan  folklorunun  janrları”  adlı  tədqiqatında 
A.N
əbiyev haqlı olaraq bu problemlə bağlı öz narahatlığını 
ifad
ə  etmişdir:  “...etiraf etmək  lazımdır  ki,  şifahi  yaradı-
cılığımızın  məsəl,  nağıl,  dastan  və  s.  janrları  nəşr  edilib 
t
ədqiq  olunduğu  halda,  xalqımızın  daha  qədim  keçmişi  ilə 
bağlı  yaranan  janrlar,  demək olar ki, hələ  yazıya  alınma-
mışdır.  Onların  toplanmasına  təşəbbüslər də  təsadüfdən-
t
əsadüfə  olmuşdur. Bu səbəbdən də  folklorşünaslığımızda 
h
əmin nümunələrin tamamilə  məhv  olub  sıradan  çıxması, 
xalq iç
ərisində  unudulub getməsi, hətta bəzən milli əsati-
rimizin yoxluğu barədə yanlış tezislərə gətirib çıxarmış, əf-
sun (ovsun
),  fal,  inanc,  and,  alqış,  qarğış,  türkəçarə  və  s. 


Almaz H
əsənqızı                                                   
 
 
166 
kimi  ibtidai  dövr  folklor  yaradıcılığı  janrları  üzərindən sü-
kutla keçilmişdir”
122
. Lakin qeyd etm
ək lazımdır ki, yasaq-
lanan mövzular sovet Az
ərbaycanında tədqiqatlardan kənar-
da qalsa da, h
əmin dövrdə mühacirətdə yaşamaq məcburiy-
y
ətində qalan ziyalılar bu örnəkləri toplayıb nəşr və təbliğinə 
nail olmuş, onlarla bağlı araşdırmalar aparmışlar. 
Bel
ə mövzulardan biri inanclardır ki, Azərbaycan folk-
lorşünaslığında bu janrla bağlı ilk olaraq məhz mühacirətdə, 
h
ələ keçən əsrin 30-cu illərində Əhməd Cəfəroğlu tərəfindən 
t
ədqiqat  aparıldığını  qeyd  etmək mümkündür. 1939-cu ildə 
n
əşr etdirdiyi “Azəri-türk həyatında batil etiqadlar” əsərində 
alim b
əzi mərasimlərdə əski inancların hələ də qorunduğuna 
diqq
ət yetirmiş  və  daha  çox  toplama  materiallarına  yer 
vermişdir. Azərbaycanda geniş yayılmış xalq inancları haq-
qında məlumat verən müəllif onların bir qismini ayrıca baş-
lıqlar altında – “Tikiş”, “Yol”, “Ayaqqabı”, “Qab”, “Düyü”, 
“Qarpız”,  “Yumurta”,  “Dırnaq”,  “Süpürgə” və  s. topla-
mışdır. Bundan əlavə, tədqiqatda bayquş, yuxuda diş çəkdir-
m
ək və s. ilə bağlı xalq arasında yaşayan inanclar barəsində 
d
ə qeydlərə təsadüf edilməkdədir.   
Az
ərbaycan folklor mətnləri içərisində əşyalar, rənglər, 
r
əqəmlər, hadisələr və s. ilə bağlı inanclar geniş yayılmışdır. 
M
əsələn,  inanclara görə, “təsadüfən evdə  bir  qab  qırılır, 
yaxud  qabdakı  yağ  yerə  tökülürsə,  uğur  sayılır.  Xalq 
düşüncəsinə görə, qabın qırılması ilə baş verə biləcək fəlakət 
aradan qalxmış olur. Toy mərasimlərində ilk olaraq gəlin ər 
evin
ə girərkən, qapının ağzında su dolu bir qab qoyulur və 
                                                           
122
Azad N
əbiyev. Azərbaycan folklorunun janrları, Bakı: ADU nəşriy-
yatı, 1983, s.5 
 


Folklorşünaslığa giriş   
 
 
167 
t
əzə  gəlin evə  girərkən, mütləq  bu  qabı  ayağı  ilə  basaraq 
qırmalıdır.  Çünki  qırılan  qab  yeni  evliləri fəlakətdən qoru-
yub on
ları səadətə götürəcəkdir”
123
.   
Ovsunlar  –  arxaik janrlardan biridir. Ümumiyy
ətlə, 
q
ədim  insanlar  ayrı-ayrı  güclərə  –  təbiətdə  baş  verən ha-
dis
ələrə, xəstəliklərə qalib gəlmək üçün müxtəlif vasitələrlə 
t
əsir etmək istəmişlər.  Ayrı-ayrı  əşyaların  magik gücünə 
inan
mış,  onlardan bəd ruhları  uzaqlaşdırmaq  məqsədilə  is-
tifad
ə  etmişlər. Beləliklə, bu gün də  geniş  yayılmış  olan 
gözmuncuqları,  amuletlər, bəzi  ağacların  (məsələn,  dağda-
ğan)  meyvələri, müxtəlif  heyvanların  sümükləri (məsələn, 
canavarın  və  ya  itin  dişləri) və  sairənin  onları  qoru-
yacaqlarına inanmışlar.   
Xaosa aid olan qeyri-
adi  varlıqların  (cin,  şeytan,  iblis 
v
ə s.), eyni zamanda bir sıra heyvanların ram edilməsi üçün 
ən sehrli vasitə  isə  söz  olmuşdur,  deyə  bilərik. Qədim 
insanlar magik sözl
ərdən istifadə  etməklə  bu güclərdən 
qoruna bil
əcəklərinə  inanmışlar  və  bu  günkü  yaşantıla-
rımızda  hələ  də  belə  mətnlər söylənməkdədir. Fövqəltəbii 
qüvv
ələrin ram edilməsi üçün istifadə  olunan belə  mətnlər 
ovsunlar  adlanır.  Məsələn,  ilanın  adını  çəkməzdən  əvvəl, 
Ordubadda deyirl
ər: “Adı burda, özü Qarabağda”.   
Ovsunlardan b
əzi heyvanların ovlanmasında (məsələn, 
ilanın)  bu  gün  də  istifadə  olunur. Ovsunlar bəzən mərasim 
zamanı,  bəzən isə  ayrılıqda  istifadə  oluna bilər.  Əyanilik 
üçün bir örn
əyə  diqqət edək.  Əgər kənd yerlərində  mal-
heyvandan  hansısa  örüşdən geri dönmürsə, azırsa,  onu 
qurdun yem
əməsi üçün yenə ovsundan istifadə olunur. Buna 
                                                           
123
  Mühacir
ətdə  folklor  araşdırmaları.  I  kitab,  Bakı:  Elm  və  təhsil, 
2015, s.61 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə