I cild görsən bir milləti mala meyilli



Yüklə 16 Kb.

səhifə1/69
tarix15.07.2018
ölçüsü16 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   69


1
ALTAY  CƏMİL
BEШИKDЯN
         BEHИШTЯ
I  CİLD
Görsən bir milləti mala meyilli,
Başqa bir faciə arama milli.
Beøikdяn
Behiøtя
I Cild
Altay Cяmil


2
Áèсìèëëящèр-ращìянèр-ращèì!
Щаìыìыç éоëдаéыг
. Áу éоë Àëëащдан Àëëащадыр: Ондан баøëар, Онда бèтяр. Íя баøга бèр 
баøëанüыú, ня геéрè бèр сон вар. Ñадяúя, бяçèìèç Она доüру, бяçèìèç Она гарøы эетìяêдяéèê. Áèр 
гèсìèìèçèн ìöсаôèрëèéè êюнöëсöç, бèр гèсìèìèçèнêè êюнöëëöдöр.
“Áеøèêдян бещèøтя” êèтабы êюнöë éоë÷уëуüу щаггында, êюнöë éоë÷уëары барясèндядèр. Áу бèр 
эер÷яêдèр êè, Àëëащ-Òяаëа щаìыìыçы эюрся дя, щяр бèрèìèçèн гяëбèня бахар.  “Åé Ðяббèìèç! Áèçè 
щèдаéят етдèêдян сонра гяëбëярèìèçè сапдырìа вя Юç гатындан бèçя рящìят ещсан еéëя. 
Щягèгятян, Ñян боë ещсан Ñащèбèсян” (Àëè-Иìран, 8).
Áу êèтаб Àçярбаéúан Ðеспубëèêасы Äèнè Ãуруìëарëа Иø öçря Äювëят Êоìèтясèнèн 05 август 2013-úö 
èë ÄÊ-413/Á нюìряëè раçыëыг ìяêтубуна ясасян няøр едèëèр.
www.fb.com/eastwest.az
Àëтаé Úяìèë
Áеøèêдян бещèøтя
Bakы, "Шяrq-Qяrb" Nяøriyyat Åvi, 2013, 288 sяh.
3
Êèтабын щаçырëанìасында вя няøрèндя çящìятè оëан èнсанëара тяøяêêöр едèряì.
Àëëащ щаìысындан раçы оëсун!
ISBN 978-9952-40-446-3   


3
Ön sÖz əvəzİ
Bismilləhir-rahmənir-rahim
Şahidlik edirəm ki, Allahdan başqa ilah, İslamdan qeyri din, 
Həzrət Muhəmməddən (salləllahu aleyhi və səlləm) sonra pey­
ğəmbər  yoxdur.  Haqq­Təala  həzrətlərinə  sonsuz  həmd­sənalar, 
Rəsuluna, onun mübarək əhli­beytinə, əsha bına, arxasınca ge dən ­
lərə saysız salavat və salamlar olsun!
Allah­Təala ilk insanı torpaqdan, sonrakıları bildiyimiz şey­
dən yaradaraq yer üzünü bizlərə beşik qıldı. “O, yer üzünü sizin 
üçün bir beşik etdi və doğru gedəsiniz deyə, orada sizin üçün 
yollar meydana gətirdi” (əz-Zuxruf, 10).
İnsan yaranandan “İnsan nə üçün yarandı” sualına ca vab ax­
tarmaqdadır. Haqq sual elmin, batil sual elmsizliyin ni şa nəsi dir. 
Əslində, Adəmoğlu “İnsan nə üçün yarandı?” deyil, “İnsan kim 
üçün yaradıldı?” şəklində sual qoyma lı dır. Əgər o bu suala cavab 
taparsa,  nə  üçün  yarandığı,  haradan  gəlib,  haraya  getdiyi  kimi 
suallara da aydınlıq gətirmiş ola caqdır. “Ey Adəm övladı! Hər 
şeyi sənin üçün, səni də Özüm üçün yaratdım” Qüdsi­hədisi də 
bunu təsdiqlə mək dədir. Durum bu olduqda, bizi Xəlq edənin istə­
diyini istə mək, istəmə di yini də istəməmək yaradılışımızın qayə­
sini,  təyinatını  təşkil  edir.  Çünki  yalnız  Ona  məxsusuq,  ancaq 
Onun üçünük. Bu zaman da haradan gəlib haraya getdi yi miz də 
məchul qal mır. Ondan gəlmişik, Ona gedirik.
Allah­Təala  həzrətlərinin  istədiyi,  bircə  kəlmə  ilə  desək, 
Axi rətdir. Dünyanın Onun qatında heç bir dəyəri yoxdur. İnsan 
bu ilahi istəyə uyğunlaşarsa, öz dünya həyatının məna sını tapmış 
olur. Mənalı ömrün mükafatı isə hədisdə ifadə edilən “Hər şey”dir. 
Aydındır ki, hər şey, yəni bildiyimiz, bilmədiyimiz və tükənməz, 
əbədi olan bütün nemətlər ancaq Behiştdədir. Yalnız Behişt əhli 
hər şeyə şahid və sahib ola caqdır.


4
“Beşikdən  behiştə”  kitabı  Haqq­Təala  həzrətlərinin  izni  və 
lütfü ilə, elmlənmək və ondan da çox paklanmaq istəyənlər üçün 
yazıldı. Zatən beşik pak və məsum məxluqlar, yəni tövbə qun­
dağına  bürünərək  anadan  yenicə  doğulmuş  kimi  təmiz  olanlar 
üçündür və Behişt əhli də məhz onlardır.
Kitabda Allah­Təalanın gerçək qulları “necə olmalıdır” yox, 
“necə olublar” prinsipi ilə hərəkət edərək öyrənilən elmi deyil, ya­
şanan elmi oxucuların nəzərinə çatdırmaq istədik. Bu düşün cəylə 
beşikdən Behiştə aparan Haqq yol yolçularının yaşadığı halları 
topladıq və bəzən qafiyəli, bəzən də qafiyəsiz olaraq söhbət ləri­
mizi həmin hallar üzərində qurduq. Əslində, kitabın həqiqi müəl­
lifi məhz onlar, yəni fikir və fəzilətlərindən bol­bol faydalandı ğı­
mız Allah dostlarıdır. Könül əhlindən Əli Havas Berlisi həzrətləri 
buyurdu ki: “Bir kimsə öz elmi dərəcəsini bil mək istərsə, – bir 
yəqin halıyla, şəksiz olaraq – hafizəsində daşı dığı hər sözü sahi­
binə buraxsın. Bundan sonra elminə baxsın. Özündə nə bulursa, 
elmi o qədərdir. Sanıram ki, bundan sonra onda çox az bir bilgi 
qalar ki, bununla da ona alim adı veril məz”. İbn Ata həzrətləri isə 
tələbələrinin:  “Nə  etməli,  nə  söyləmə li yik?”  sualına  bu  cavabı 
verdi: “Ən yaxşı iş edilmiş, ən yaxşı elm söy lə nilmişdir”. O halda 
indiyə qədər edilməmiş bir işi etmə, söylən məyən sözü söyləmə”.
Biz  Uca  Rəbbimizdən  tovfiq  diləyərək  acizanə  bir  cəhddə 
bulunduq. Umuruq ki, bu cəhdimiz, kitabda adı və sözü keçən din 
böyüklərimizin xəstə qəlblərə dərman, zəif könüllərə qüvvət ola 
biləcək hal və hekayətlərindən, örnək yaşayışlarından verdiyi miz 
cüzi  misallar  oxucunu  bu  mübarək  zatlar  barəsində  yazılmış, 
yaxud  o  zatların  yazdığı  əsərlərlə  tanışlığa  sövq  edər.  Onların 
hikmətlə dolu deyim və davranışları “siratin müstəqim”in, yəni 
Allahdan Allaha aparan yeganə doğru yolun yolçusu olmaq istə­
yənlər üçün, gerçəkdən, əvəzsiz mənbədir.
Haqq­Təala həzrətləri qəlbimizi xəyanətdən, qələmimizi xəta ­
dan qorusun! Çünki onun rizasını qazanmaqdan başqa niyyə ti miz 
yoxdur. Uca Rəbbimiz lütf və ehsanda bulunaraq, bu kitabın oxu­
cularını  da,  bizi  də  Öz  rəhmətiylə  bağışlayıb  həqiqi  qullarının 
sırasına qəbul eyləsin. Amin!




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   69


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə