I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə1/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
  1   2   3   4   5   6   7   8   9   ...   31


 

 

 



 

 



I

 

E.Ə.ƏIiyev - 2016 

 



ON SOZ 

Müasir  dövrdə  beynəlxalq  aləmdə  baş  verən  qlobal  proseslərin 

nizama  salınmasında,  eləcə  də  ədalətli,  təhlükəsiz  və  dayanıqlı 

beynəlxalq münasibətlər sisteminin formalaşmasında beynəlxalq hüquq 

əhəmiyyətli rol oynayır. Dövlətlərin yürütdükləri xarici siyasətin hüquqi 

bazası  sayılan  beynəlxalq  hüquq  beynəlxalq  münasibətlərdə  hüquqi 

əsasları möhkəmləndirir ki, bu, onların həyata keçirdikləri xarici siyasət 

prioritetlərindən biridir. 

Planetdə  yaşayan  bütün  xalqlann  və  dövlətlərin  təhlükəsizliyinin 

təmin 


edilməsində, 

həmçinin 

beynəlxalq 

sülhün 


qorunub 

saxlanılmasında  əvəzedilməz  və  misilsiz  rola  malik  olan  müasir 

beynəlxalq  hüquq  BMT  Nizamnaməsi  kimi  təmələ  söykənir  ki,  bu, 

zamanəmizin ən vacib beynəlxalq hüquqi-siyasi sənədi sayılır. 

Müasir  dövrdə  beynəlxalq  hüquq  vasitəsilə  dövlətlərarası 

münasibətlərin, praktiki olaraq, bütün sahələrinin hüquqi tənzimlənməsi 

həyata  keçirilir.  Beynəlxalq  hüquq  subyektlərinin  beynəlxalq-  hüquqi 

statusu, funksiyaları, əsas beynəlxalq hüquq və vəzifələri, mübahisə və 

münaqişələrin  həllinin  tənzimlənməsi,  eləcə  də  məsuliyyət  məsələləri 

be

5



məlxalq hüquqla müəyyən edilir. 

Beynəlxalq-hüquqi  tənzimetmə  funksiyasmı  həyata  keçirərkən 

beynəlxalq hüquq hamılıqla qəbul edilmiş öz prinsiplərinə əsaslanır ki, 

imperativ xarakter və normativ əhəmiyyət daşıyan bu prinsiplər iki yerə 

bölünür: əsas prinsiplər, sahəvi (xüsusi) prinsiplər. Beynəlxalq hüququn 

əsas  prinsipləri  (dövlətlərin  suveren  bərabərliyi  prinsipi,  güc  tətbiq 

etməmək  və  ya  güclə  hədələməmək  prinsipi,  dövlətlərin  daxili işlərinə 

qanşmamaq  prinsipi,  beynəlxalq  mübahisələri  dinc  yolla  həll  etmək 

prinsipi,  dövlətlərin  ərazi  bütövlüyü  prinsipi  və  s.)  beynəlxalq 

dövlətlərarası münasibətlərin bütün sferalarında tətbiq olunur. Normativ 

məzmunu olan və vacib beynəlxalq-hüquqi sənədlərdə öz ifadəsini tapan 

həmin prinsiplər 




dövlətlərarası  münasibətlərin  tənzimlənməsi  sistemində  mühüm  rol 

oynayır. Universallıq beynəlxalq hüququn əsas prinsiplərinin xarakterik 

xüsusiyyəti  olub,  bunu  ifadə  edir  ki,  beynəlxalq  hüququn  bütün 

subyektləri məcburən həmin prinsiplərə əməl etməli və onlan lazımınca 

yerinə yetirməlidirlər. 

Beynəlxalq  hüququn  sahəvi  (xüsusi)  prinsipləri  isə  beynəlxalq 

hüququn  tərkibində  müstəqil  hüquq  sahəsi  kimi  tanınan  hüquqi 

qurumlara xas olan əsas normativ ideyalardır. Belə prinsiplər beynəlxalq 

hüququn bu və ya digər konkret sahəsində tətbiq edilir. 

Beynəlxalq  hüququn  təşəkkül  tapması,  formalaşması  və  inkişafı 

beynəlxalq birliyin üzvü olan müstəqil və suveren dövlətlərin fəaliyyəti 

ilə  birbaşa  bağlıdır.  Qloballaşma  dövründə  bu  məsələ  daha  aktual 

görünür  və  qeyd  etməliyik  ki,  beynəlxalq  hüquq  döv-  lətlərarası 

hüquqdur. 

Azərbaycan  Respublikası  da  öz  tarixi  dövlət  müstəqilliyini  bərpa 

etdikdən  sonra  ümummilli  lider  Heydər  Əliyevin  rəhbərliyi  ilə  dünya 

birliyinin  tamhüquqlu  üzvünə  çevrilmiş,  bir  sıra  qlobal  layihələr 

gerçəkləşərək,  ənənəvi  təsərrüfat  və  idarəetmə  mexanizmlərində  ciddi 

dəyişikliklər  baş  verməklə  ölkədə  yeni  infrastruktur sahələri  yaranmış, 

beynəlxalq  əlaqələr  sferası  genişlənmiş,  hüquqi  dövlət  quruculuğu 

istiqamətində silsilə qanunvericilik aktları qəbul edilərək, insanların azad 

və  təhlükəsiz  yaşaması,  müstəqilliyimizin  möhkəmləndirilməsi 

istiqamətində bir çox əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. 

Müdrik  ulu  öndərin  elmi  əsaslara  söykənən  ictimai-siyasi  və 

sosial-iqtisadi sferalarda çoxaspektli inkişaf kursu bazar iqtisadiyyatına 

keçid  və  dünyada  baş  verən  qloballaşma  prosesləri  fonunda  ölkə 

Prezidenti İlham Əliyev tərəfindən zənginləşdirilərək, yeni çalarlarla və 

uğurla  davam  etdirilir;  gələcəyə  istiqamətlənmiş  bu  sosial-iqtisadi  və 

hüquqi islahatlar bütün sahələrdə, o cümlədən beynəlxalq təhlükəsizlik 

sektorunda öz müsbət nəticələrini verməkdədir. 




Azərbaycanın xarici əlaqələrində beynəlxalq təşkilatlarla ikitərəfli və 

çoxtərəfli  münasibətlərin  qurulması  və  inkişaf  etdirilməsi  prioritet 

istiqamətlərdən sayılır. Məhz bu istiqamətdə yürüdülən siyasətin nəticəsi 

olaraq,  Azərbaycan  dünyanın  ən  mötəbər  beynəlxalq  təşkilatlarının  - 

BMT, BƏT, ÜST, BMAT, BDT, ATƏT, Avropa Şurası, İslam Konfransı 

Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumların 

üzvü kimi onlann işində yaxından iştirak edir. 

Azərbaycan  həm  də  Avropa  İttifaqı,  Beynəlxalq  Valjmta  Fondu, 

Avropa Yenidənqurma və İnkişaf Bankı və s. bu kimi təşkilatlarla fəal 

əməkdaşlıq edir. İndiyədək bu təşkilatlar tərəfindən ölkəmizdə çoxsaylı 

iqtisadi və sosialyönümlü proqram və layihələr həyata keçirilmişdir. Son 

dövrlərdə  Azərbaycanın  üzv  olduğu  və  əməkdaşlıq  etdiyi  bütün  bu 

beynəlxalq  təşkilatlarla  əlaqələri  daha  da  genişlənmiş,  dərinləşmiş  və 

möhkəmlənmişdir;  BMT  Təhlükəsizlik  Şurasına  Azərbaycanın 

qeyri-daimi üzv seçilməsi (2011-ci il) ölkəmizin beynəlxalq təşkilatlarla 

uğurlu əməkdaşlığının bariz nümunəsidir. 

Azərbaycanın  xarici  siyasət  sahəsində  beynəlxalq  təhlükəsizlik 

strukturlan  ilə  əməkdaşlığı  da  apancı  xətt  təşkil  edir.  Bu  istiqamətdə 

NATO  ilə  əlaqələr  xüsusilə  qeyd  edilməlidir.  Azərbaycan  -  NATO 

əlaqələri  ölkəmizin  Avratlantİk  strukturlara  inteqrasiyasının  tərkib 

hissələrindən  biridir.  Bu  əməkdaşlıq  Azərbaycamn  1994-cü  ildə  «Sülh 

Naminə  Tərəfdaşlıq»  Proqramına  qoşulması  ilə  başladı.  Bununla, 

Azərbaycan  NATO  hərbi  strukturları  ilə  əməkdaşlıq  etmək,  birgə 

təlimlər  keçirmək,  hərbi  kadrlar hazırlanmasında  blokun  təcrübəsindən 

bəhrələnmək imkanlan qazanmışdır. 

Ölkəmiz  Avropa  ilə  Asiyam,  Şimalla  Cənubu  bir-birinə  bağlayan 

nəhəng  transmilli  eneıji-nəqliyyat  layihələrinin  həyata  keçirilməsində 

mühüm  rol  oynayır.  TRASEKA,  BTC,  BTƏ,  TAN  AP,  TAP  və  digər 

qlobal  ticarət  layihələri  də  daxil  olmaqla,  zəngin  karbohidrat 

ehtiyatlarımızın  dünya  bazarlanna  çıxarılması,  beynəlxalq  idman 

oyunlarmın  keçirilməsi,  genişmiqyaslı  turizm,  iqtisadi,  səhiyyə, 

elmi-texniki, mədəni və digər multikultural tədbirlərin gerçəkləşdirilməsi 

Azərbaycanın beynəlxalq aləmdəki rolunu artıraraq, 




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə