I f ə s I l ümumi MÜDDƏalar



Yüklə 365,67 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix14.02.2018
ölçüsü365,67 Kb.
#27080
  1   2   3   4   5   6   7   8   9   ...   12


Azərbaycan Respublikasının dövlət sərhədi haqqında 

AZƏRBAYCAN   RESPUBLİKASININ QANUNU 

  

I     F Ə S İ L  



ÜMUMİ   MÜDDƏALAR

 

M a d d ə   1 .



   

Azərbaycan Respublikasının dövlət sərhədi

 

Azərbaycan  Respublikasının  dövlət  sərhədi  Azərbaycan  Respublikasının  dövlət  ərazisinin 



(quru  və  su  ərazisinin, yerin  təkinin, dəniz və hava  fəzasının) hüdudlarını  müəyyən edən  xətt  və 

bu  xətt  üzrə  keçən  şaquli  səthdir.  Azərbaycan  Respublikasının  dövlət  sərhədi  Azərbaycan 

Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. 

[1]


 

M a d d ə   2. Azərbaycan Respublikasının dövlət sərhədinin  müəyyən edilməsi prinsipləri

 

Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikası Ali Sovetinin qərarları ilə 



müəyyən edilir.

 

Azərbaycan  Respublikası  dövlət  sərhədlərinin  dəyişdirilməsi  yalnız  referendum  yolu  ilə  həll 



oluna bilər. 

[2]


 

Azərbaycan 

Respublikasının 

həmsərhəd 

dövlətlərlə 

rəsmiləşdirilməyən 

sərhədləri 

dövlətlərarası müqavilə ilə təsbit edilir.

 

Azərbaycan  Respublikasının  dövlət  sərhədi  müəyyən  edilərkən  və  onun  keçdiyi  xətt 



dəyişdirilərkən,  habelə  həmsərhəd  dövlətlərlə  sərhəd  məsələləri  nizama  salınarkən  aşağıdakı 

prinsiplər rəhbər tutulur:

 

Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin gedilməsi;



 

Azərbaycan  Respublikasının  dövlət  suverenliyinin,  ərazi  bütövlüyünün  və  dövlət  sərhədinin 

toxunulmazlığının təmin edilməsi;

 

həmsərhəd dövlətlərlə qarşılıqlı surətdə faydalılıq əsasında hərtərəfli əməkdaşlıq;



 

sərhəd mübahisələrinin sülh yolu ilə həll edilməsi. 

 

[3]


 

M a d d ə   3 .

   

Azərbaycan Respublikası dövlət   sərhədinin   təyin edilməsi

 

Azərbaycan  Respublikasının  bağladığı  dövlətlərarası  müqavilələrdə  başqa  hal  nəzərdə 



tutulmayıbsa, Azərbaycan Respublikasının dövlət sərhədi belə müəyyən edilir:

 

1)



           

quruda—relyefin səciyyəvi nöqtələri və xətləri, aydın görünən səmt göstəriciləri üzrə;

 

2)

           



Xəzər dənizində—Azərbaycan   Respublikasının ərazi sularının xarici kənarı üzrə;

 

3)



           

çaylarda  (kiçik  çaylarda)—onların   ortası  və  ya  çayın   əsas  qolunun  ortası  üzrə; 

göllərdə  və  başqa   sututarlarda  —  Azərbaycan; Respublikası   sərhədinin  bu  gölün  və  ya 

başqa   sututarın   sahillərinə yanaşdığı iki nöqtəni birləşdirən düz xətt üzrə.

 

Azərbaycan  Respublikasının  çay  (kiçik  çay),  göl  və  ya  başqa sututar  boyunca  uzanan 



dövlət  sərhədi  bunların  sahillərinin  konfiqurasiyası  dəyişdikdə  və  ya  çayın  (kiçik  çayın)  yatağı 

yerini dəyişdikdə dəyişmir;

 

4) su  qovşaqlarının  dəryaçalarında  və  başqa süni  sututarlarda—Azərbaycan Respublikası 



dövlət sərhədinin   dəryaçalar və sututarlar doldurulanadək ərazidən keçmiş xətti üzrə;

 



5)  çayların  (kiçik  çayların)  sərhədboyu  hissələrində  salınmış  .dəmir  yolu  və  avtomobil  yolu 

körpülərində,  bəndlərdə  və  başqa  qurğularda—Azərbaycan  Respublikasının  dövlət  sərhədinin 

suyun harasından keçməsindən asılı olmayaraq bu qurğuların ortası və ya texnoloji oxu üzrə.  

 

M a d d ə   4 .



    

Azərbaycan Respublikası dövlət sərhədinin    nişanlanması

 

Azərbaycan  Respublikasının  dövlət  sərhədi  ərazidə  aydın  görünən  sərhəd  nişanları  ilə 



nişanlanır.

 

Sərhəd  nişanlarının  formaları,  ölçüləri  və  qurulması  qaydası  Azərbaycan  Respublikasının 



qanunvericiliyi və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri ilə  müəyyən edilir.

 

M a d d ə   5 .



    

Azərbaycan Respublikasının ərazi suları

 

Azərbaycan Respublikasının ərazi sularına aşağıdakılar aiddir:         



 

1)

    



Xəzər  dənizinin  Azərbaycan  Respublikası  ilə  həmsərhəd  dövlətlərin  sərhədləri  arasındakı 

suları;


 

2)

    



sərhədboyu 

çayın  və  başqa  sututarların  Azərbaycan  Respublikasındakı  sahilindən  həmsərhəd  dövlətlə    d

övlət    sərhədinədək olan suları.

 

M a d d ə   6 .



    

Azərbaycan Respublikasının daxili suları

 

Azərbaycan Respublikasının daxili sularına aşağıdakılar aiddir:



 

1)  Azərbaycan Respublikası limanlarının hidrotexniki və baş-qa qurğularının dənizə doğru ən 

uzaq nöqtələrindən keçən xətlə məhdudlaşmış liman suları;     

 

2) sahilləri tamamilə Azərbaycan Respublikasına məxsus olan körfəzlərin, buxtaların suları.



 

 

 



M a d d ə  7. Azərbaycan Respublikasının dövlət sərhədi haqqında qanunvericilik

 

Azərbaycan 



Respublikasının 

dövlət 


sərhədi 

haqqında 

qanunvericilik 

Azərbaycan 

Respublikasının Konstitusiyasından, bu Qanundan, başqa qanunvericilik aktlarından, Azərbaycan 

Respublikasının dövlətlərarası müqavilələrindən ibarətdir. 

[4]

 

I I     F Ə S İ L



 

AZƏRBAYCAN   RESPUBLİKASININ

 

DÖVLƏT SƏRHƏDİ REJİMİ

 

M a d d ə   8 .



    

Azərbaycan  Respublikasının dövlət sərhədi rejiminin müəyyən edilməsi    

 

Azərbaycan Respublikasının dövlət sərhədi rejimi—Azərbaycan Respublikası dövlət sərhədinin 



keçilməsi  qaydasını,  xarici  təyyarələrin  və  başqa  uçuş  aparatlarının  Azərbaycan  Respublikasının 

hava fəzasına girməsi və orada olması, xarici qeyri-hərbi gəmilərin və hərbi gəmilərin Azərbaycan 

Respublikasının  ərazi  sularında  üzməsi  və  olması  xarici  qeyri-hərbi  gəmilərin  və  hərbi  gəmilərin 

Azərbaycan  Respublikasının  daxili  sularına  və  limanlarına  girməsi  və  orada  olması,  Azərbaycan 

Respublikası  dövlət  sərhədinin  lazımın  qaydada  saxlanması,  Azərbaycan  Respublikasının  dövlət 

sərhədində müxtəlif işlərin görülməsi, mədən fəaliyyəti və başqa fəaliyyət göstərilməsi qaydası bu 

Qanunla,  Azərbaycan  Respublikasının  qanun-vericilik  aktları  və  Azərbaycan  Respublikasının 

dövlətlərarası. müqavilələr ilə müəyyən edilir.

 



Yüklə 365,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə