ic
ti
m
a
i
-
sı
y
a
sı
,
e
lm
i
-
p
o
p
u
ly
a
r
0 3
£
Tarix
I ŞAH İSMAYILIN HAKİMİYYƏTİ
DÖVRÜNDƏ AZƏRBAYCAN SƏFƏVİLƏR
DÖVLƏTİNİN XARİCİ SİYASƏTİ İNGİLİSDİLLİ
TARİXŞÜNASLIQDA
Ə H M Ə D Q U L İY E V
Tarix üzrə fəlsəfə doktoru
Milli dövlətçiliyimizin təntənəsi sayılan Səfəvilər dövlətinin
tarixi Vətən tarixşünaslığında geniş şəkildə tədqiq olunsa da, bu
dövlətin tarixinin bir sıra məsələlərinin, o cümlədən I Şah İsmayılın
hakimiyyəti dövründə Səfəvilər dövlətinin xarici siyasətinin əcnəbi,
xüsusilə ingilisdilli tarixşünaslıqda öyrənilmə səviyyəsi lazımi şəkildə
araşdırılmamışdır.
Ümumiyyətlə, I Şah İsmayılın hakimiyyəti dövründə Səfəvilər
dövlətinin tarixinin müxtəlif məsələləri Vətən tarixşünaslığında
O.Ə.Əfəndiyev[ 1; 2], Y.M. Mahmudov[3], Ş.F.Fərzəliyev[4],
S.Aşurbəyli[5], Ş.K.Məmmədovafö], S.A.Məmmədov[7],
Z.H.Bayramov[8], X.S.Qasımov[9], T.Fl.Nəcəfli[10] R.Ə.Ağayev[l 1],
N.S.Musalı[12], T.R.Cəfiyev[13], D.M.Əzimli[14], M.Z.Ağalarov
[15], M.A.Seyfəddini[16] və digərlərinin əsərlərində araşdırılmışdır.
Görkəmli səfəvişünas O.Ə.Əfəndiyev Azərbaycan Səfəvilər
dövlətinin meydana gəlməsinə və bu dövlətin XVI əsr tarixinə həsr
etdiyi iki monoqrafiyasında[l; 2] Y.M. Mahmudov Ağqoyunlu və
Səfəvi dövlətlərinin Avropa ölkələri ilə əlaqələrini təqdiq edərkən
XVI yüzilliyin əvvəllərində Səfəvilər dövlətinin Avropa ölkələri ilə
diplomatik münasibətlərinin tədqiqinə xüsusi fəsil ayırmışdır[3].
Ş.F.Fərzəlibəyli “Azərbaycan və Osmanlı İmperiyası” (XV-XVI
əsrlər) adlı əsərində I Şah İsmayılın hakimiyyəti dövründə Səfəvilər
dövlətinin Osmanlı İmperiyası ilə münasibətlərini geniş şəkildə tədqiq
etmişdir[4].
R.Ə. Ağayev “Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin
qarşılıqlı münasibətləri(XV-XVl əsrlər) adlı monoqrafiyasmdaf 11 ]
I Şah İsmayılın hakimiyyəti dövründə Səfəvi-Şeybani qarşılıqlı
münasibətlərinin tədqiqinə geniş yer ayırmışdır.
N.S.Musalının I Şah İsmayılın hakimiyyəti (“Tarix-i Aləmara-
yi Şah İsmayıl” əsəri əsasında) adlı monoqrafiyası[12] Səfəvilər
dövlərtinin yaranması və I Şah İsmayılın hakimiyyəti dövrünün
araşdırılması üzrə dəyərli tədqiqat əsəridir.
I Şah İsmayılın hakimiyyəti dövründə Səfəvilər dövlətinin xarici
siyasətinin tarixşünaslığı da Vətən tarixşünaslığında tədqiqat obyektinə
çevrilməyə başlamışdır. T.H.Nəcəfli “Şah İsmayılın Sultan II
Bəyazidlə qarşılıqlı münasibətlərinin müasir Türkiyə tarixşünaslığında
əksi” adlı məqaləsində Səfəvi-Osmanlı qarşılıqlı əlaqələrinin müasir
Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsini araşdırmışdırflO].
Ümumiyyətlə, ingilisdilli tarixşünaslıqda Səfəvilər dövlətinin
tarixi Kanada tarixçisi Rocer Seyvori tərəfindən kompleks şəkildə
araşdırılmışdır. Seyvori yazdığı “İran Səfəvilərin hakimiyyəti altında”
adlı əsərində [17] və bir sıra məqalələrində [18; 19; 20] XVI əsrin I
rübündə Səfəvilər dövlətinin xarici siyasət məsələlərinin də tədqiqinə
yer ayırmış, bu araşdırmaların nəticəsində elmi dövriyyəyə yeni faktlar
gətirmişdir.
I Şah İsmayılın hakimiyyəti dövründə Səfəvilər dövlətinin xarici
siyasəti ilə bağlı V.Minorskinin də araşdırmalarını xüsusilə qeyd
etmək lazımdır. Onun Mərkəzi Asiya Kral Cəmiyyətinin jurnalında
dərc olunmuş “Yaxm Şərq 13, 15 və 17-ci əsrlərdə Qərb siyasətində”
[21] məqaləsini buna misal göstərmək olar.
A.H.Morton “Şah İsmayılın ilk illəri Əfzəl əl-Təvarix və digər
əsərlərdə” adlı məqaləsində bizi maraqlandıran mövzu ilə bağlı
məsələlərə toxunmuşdur[22].
Endryü Nyumanın 2006-cı ildə nəşr olunmuş “Səfəvi İranı” adlı
əsərində mövzumuzun araşdırılması baxımından maraqlı mülahizələrə
rast gəlinir[23].
Ümumiləşdirilmiş əsərlər içərisində, “İranın Kembric tarixi”nin
6-cı cildində Səfəvilər dövlətinin tarixinin müxtəlif məsələlərinə
dair araşdırmalar yer almışdır. Həmin cildin H.R.Röemer tərəfindən
yazılmış “Səfəvi dövrü” adlı fəsli[24] və L.Lokartın müəllifi olduğu
“1350-1736-cı illərdə İranın Avropa ölkələri ilə əlaqələri” [25] adlı
fəsli Səfəvilər dövlətinin tarixinin müxtəlif məsələlələri ilə bərabər,
Yanvar - Fevral 2018 № 01 (43)
xarici siyasəti də tədqiq olunmuşdur.
Səfəvilər dövlətinin yaranması ilə təxminən eyni vaxtda Orta
Asiyada Şeybanilər dövlətinin yüksəlişi müşahidə olunurdu. 1500-
1504-cü illərdə Orta Asiyanı ələ keçirmiş Şeybani xan Xorasan
Teymurilərini təhdid etməyə başladı [12,182]. Şeybanilərə qarşı
müttəfiq axtarmaq zərurəti hiss edən Xorasanın Teymuri hökmdarı
Sultan Hüseyn Bayqara Səfəvilər dövlətinə üz tutmalı oldu.
H.R.Röemer göstərir ki, Bayqaranm ölümündən sonra (911/1506)
Xorasanda hərc-mərclik yarandı. Taxt-taca varislik üstündə
Bayqaranm iki oğlu arasında yaranmış mübarizə nəticəsində 1507-ci
ildə Herat Şeybanilər tərəfindən ələ keçirildi[24,217]. Bu hadisədən
sonra Şah İsmayıla sığınan Bayqaranm oğlu və varisi Bədiüzzamanın
xahişi ilə Şah İsmayıl şərqdə əməliyyatlara başladı[24,217]. 1510-
cu ildə Şah İsmayılın Mərv yaxınlığındakı döyüşdə özbək hökmdarı
Məhəmməd Şeybani xanı məğlub etməsi nəticəsində Xorasan vilayəti
və Ceyhun çayına qədər uzanan torpaqlar qızılbaşların tabeçiliyi altına
keçdi [2, 55].
Seyvori qeyd edir ki, 21 dekabr 1510-cu ildə Şah İsmayıl Sultan
Bayqaranm keçmiş paytaxtı Herata daxil oldu və onun mhuna hörmət
əlaməti olaraq fatihə oxudu. [19, 79; 26,160].
R.Ağayev qeyd edir ki, Mərv döyüşündə Şeybaniləri məğlub edən
Şah İsmayıl Teymurilərin son nümayəndələrindən olan Zahirəddin
Babımın şəxsində Şeybanilərə qarşı yeni müttəfiq əldə etdi[l 1,105].
H.R.Röemer qeyd edir ki, Məhəmməd Şeybani xanın
məğlubiyyəti şeybanilərin səfəvilər üzərinə olan təhlükəsini aradan
qaldırmadı. Mərv döyüşündən 2 il sonra çoxsaylı şeybani ordusu
Xorasandakı səfəvi qoşunları üzərinə hücum etdi[24,217].
Nəcm-i Saninin başçılığı ilə Xorasana göndərilən səfəvi qoşunu
12 noyabr 1512-ci ildə baş vermiş həlledici döyüşdə məğlubiyyətə
uğradı[24,217]. Beləliklə, 1513-cü ilin əvvəlində Xorasan yemdən
özbəklərin əlinə keçdi. H.R.Röemer qeyd edir ki, 1513-cü ilin
baharında Xorasana gələn Şah İsmayıl heç bir müqavimətə rast
gəlmədən Xorasanı özbəklərdən geri aldı[24,217].
Səfəvilər dövlətinin xarici siyasətinin mühüm məsələsi qərb
qonşusu qüdrətli Osmanlı imperiyası ilə münasibətlərin qurulması idi.
Kiçik Asiya şiələrinin Osmanlı sultanı və vilayət hakimləri tərəfindən
təqib edilməsi Şah İsmayılın diqqətindən yayınmadı. O, şiəiliyin
daha da genişləndirilməsi üçün hətta Kiçik Asiya şiələrinin İran və
Azərbaycana köçürülməsinə cəhd etdi. Lakin bu xüsusda onun II
Bayazidə yazdığı h. 908 (m. 1502/03)-ci il tarixli məktubuna sultan
tərəfindən heç bir cavab verilmədi. [4,65].
Səfəvilərlə Osmanlılar arasında münasibətlər Şah İsmayılın
913/1507-ci ildə Osmanlıların təsir dairəsində olan Zülqədəroğlu
Əlaüddövləyə qarşı hərbi yürüşü səbəbilə pisləşdi[24,220]. Səfəvi-
Osmanlı münasibətlərini gərginləşdirən digər qüvvələr də mövcud
idi. Sultan Bəyazidin oğlu, Trabzon valisi Səlim Səfəvilərə qarşı sərt
siyasətin tərəfdan idi[12,233]. Anadolu şiələrinin Osmanlı hakimləri
tərəfindən sıxışdınlması onlann tez-tez üsyan etmələrinə səbəb olurdu.
1511 -ci ildə Antalya və onun ətraflarında başlanmış böyük üsyana
təkəli Qarabıyıkoğlu başçılıq edirdi. Bu üsyan mənbələrdə Şahqulu
Baba Təkəli üsyanı kimi məşhurdur[3,147].
C.Valş göstərir ki, Anadolu şiələrinin üsyanlan onlann Osmanlı
imperiyası hərbi aristokratiyası şəraitində tuta bilmələri qeyri-mümkün
olan mənsəblərə sahib olduqlan və qızılbaş ordusunda fəal rol
oynadıqlan Səfəvi ərazilərinə olan köçləri xarakterində idi [27,207].
M.Kunt göstərir ki, "1510-cu ilin sonuna doğru Osmanlı hökuməti
Anadolunu itirmək təhlükəsi içərisində idi”[2 8 ,195]. Belə bir
vəziyyətdə sərkərdələrinin təzyiqi ilə Sultan Bəyazid oğlu Səlimin
xeyrinə taxt-tacdan əl çəkdi və 7 Səfər 918/24 aprel 1512-ci ildə Səlim
hakimiyyətə gəldi[24,222].
H.R.Röemer qeyd edir ki, qardaşlan üzərində hakimiyyət uğranda
mübarizədən qalib çıxan Səlim Anadolu qızılbaşlarına divan tutulması
haqqında göstəriş verdi[24,222]. Anadolu qızılbaşları ilə Səfəvilər
arasında əlaqələri kəsmək və imperiyasının şərqində öz hakimiyyətini
möhkəmlətmək məqsədilə, 1514-cü il martın 20-də Sultan Səlim
Səfəvi dövlətinə qarşı səfərə çıxdı. 23 avqust 1514-cü ildə Çaldıran
düzündə baş vermiş döyüş nəticəsində səfəvilər məğlubiyyətə
uğradıldı[23,21; 24,224]
Maykl C. MakKaffri qeyd edir ki, “osmanlılar üçün bu yürüşün
mühüm nəticələri müəyyən müddətə səfəvilərin Anadoludakı rolunun
zəiflədilməsi, Diyarbəkrin ələ keçirilməsi və Zülqədəroğullan
hakimliyinin Osmanlı imperiyasının ərazisinə qatılması idi”[ 29,658].
Səfəvilər dövlətinin meydana gəlməsi və güclənməsi digər
qonşuları olan Misir Məmlüklərini də narahat edirdi. İslam dünyasında
birinciliyi saxlamaq üçün Misir sultanları eyni dərəcədə həm
Osmanlı İmperiyasının, həm də Səfəvilər dövlətinin qüvvətlənməsini
istəmirdilər. Buna görə də, Məmlük sultanı Əşrəf Qansu Quri
Səfəvi - Osmanlı münasibətlərində müşahidəçi mövqe tutdu[3,154].
Venesiya səyyahı C.Anciolellonun verdiyi məlumatlara görə, Çaldıran
vuruşmasından sonra, 1514-cü ilin dekabrında Səfəvilərlə Məmlüklər
arasında Osmanlılara qarşı hərbi ittifaq yaradılsa da, tezliklə Qansu
Qurinin müttəfiqlik şərtərinə etinasızlığı ucbatından bu koalisiya
pozuldu[30, 121-122].
V.V.Klifford isə qeyd edir ki, ilkin strateji danışıqlara baxmayaraq,
Məmlük-Səfəvi diplomatiyası son nəticədə hər iki dövlətin üstünlük
əldə etmək uğranda cəhdləri səbəbindən uğursuzluğa uğradı[31,
274]. 1516-cı ilin avqustun 24-də - Çaldıran vuruşmasından düz iki
il sonra Hələbin şimalında baş vermiş Mərcdabik (“Dabik düzü”)
vuruşmasında Misir sultanı Əşrəf Qansu Qurinin ordusu darmadağın
edildi [32, 308; 3,156]. 1517-ci ilin aprelində Qahirənin alınması ilə
Məmlük sultanlığının ərazisi Osmanlı imperiyasına qatıldı.
I Şah İsmayıl Cənubi Qafqaz ölkələrində, xüsusilə də Gürcüstanda
öz mövqelərini möhkəmləndirmək üçün ciddi tədbirlər gördü.
Gürcüstan XVI əsrin əvvəlində bir-birilə düşmənçilik edən bir sıra
müstəqil çarlıqlara parçalanmışdı. [2, 64]. Gürcülər Səfəvilərə bac-
xərac ödəsələr də, imkan yarandıqda tabesizlik nümayiş etdirirdilər.
1516-21 - ci İlərdə Div Sultan Rumlunun başçılıq etdiyi qızılbaşların
yürüşləri nəticəsində Gürcüstanın ərazisinin əksəriyyəti Səfəvilər
dövlətinə tabe edildi.
Səfəvi dövlətinin meydana gəlməsi Qərbi Avropa dövlətləri
içərisində daha tez Papalıq və Venetsiyanın diqqətini cəlb edirdi.
1502-1503-cü illərdə Venetsiya senatında Kipli Nikolo Priulinin,
Konstantino Laskarinin və Moriati di Erzeram adlı elçilərin səfəvilər
barədə hesabatları dinlənildi [3,142]. Əvvəlki dövlərdə olduğu kimi,
Şah İsmayılın Çaldıran döyüşü ərəfəsində də Venesiya Respublikasını
Osmanlı imperiyasına qarşı qaldırmaq planı baş tutmadı. Şərq
siyasətinə gəldikdə isə, Venesiya Respublikası bu zaman Səfəvi
dövlətinin əli ilə Osmanlı imperiyasının zəiflədilməsinə çalışırdı[3,
148].
Şah İsmayıl Çaldıran döyüşü ərəfəsində Osmanlı imperiyasına
qarşı Portuqaliya ilə də hərbi ittifaq bağlamağa və İran körfəzi
vasitəsilə bu dövlətdən odlu silahlar, artilleriya mütəxəssisləri almağa
cəhd göstərdi. 1507-ci ilin oktyabrında Alfonsu d’Albukerkenin
başçılıq etdiyi Portuqaliya donanması Hörmüzə hücum etdi.
A.T.Vilson qeyd edir ki, H.913 (1507)-cü ildə, Hörmüzün
Portuqaliya tərəfindən işğal olunmasından sonra bağlanılan sülh
ic
ti
m
a
i
-
si
y
a
si
,
e
lm
i
-
p
o
p
u
ly
a
r
ju
rn
a
l
■
I
Urgench
Arzinjan
Merv
'Ntshabur
Tehran
Baghdad
'İsfahan
Safavid Empire
1501-1736 (AD)
müqaviləsinə görə, Hörmüz padşahı Portuqaliya kralına 5 min sekvin
məbləğində təzminat və həmçinin hər il 15 min sekvin məbləğində
xərac ödəməli idi [33,116]. Bu zaman illik xəracı almaq üçün I Şah
İsmayıl tərəfindən göndərilmiş elçi gəlmişdi. L.Lokart qeyd edir ki,
Portuqaliya kontr-admiralı Albukerke Şah İsmayıla cavab olaraq onun
elçisinin yanma bir qədər top mərmisi, tüfəng və bant göndərdi [25,
380].
Portuqaliyalılar Hörmüzdə 1508-ci ilədək qala bildilər.
Hörmüzlülərin üsyanı təhlükəsi ilə üzləşən Albukerke oranı tərk etdi.
Lakin Portuqaliya admiralı Səfəvi dövlətinin çətin vəziyyətindən İran
körfəzində möhkəmlənmək üçün istifadə etdi. Şah İsmayılla danışıqlar
aparmaq üçün göndərilmiş Portuqaliya səfirləri Rui Qomez (1509) və
Miquel Ferreyranın (1513) səfərləri heç bir real nəticə vermədi.
Portuqaliya admiralı Səfəvilərin Çaldırandakı məğlubiyyətindən
istifadə edərək, 1515-ci ilin fevralında qüvvətli hərbi-dəniz
qüvvələrinin başında yenidən Hörmüzə hücum etdi. Bu dəfə Hörmüz
qəti olaraq Portuqaliya müstəmləkə imperiyasının tərkibinə qatıldı
[23,21]. Hörmüzün alınmasından sonra orada Sah İsmayılın elçisi
ilə aparılan danışıqlar nəticəsində hər iki dövlət arasında müqavilə
imzalandı.
A.T.Vilson qeyd edir ki, həmin müqaviləyə görə, Səfəvilər
Hörmüzün əmirini Portuqaliya taxt-tacının vassalı kimi tanıdılar,
bunun əvəzində portuqaliyalılar səfəvilərə Bəhreyn adalarını Ərəb
sülaləsi olan Cəbridlərdən almağa kömək etnəli, Osmanlılara qarşı
ittifaqa girməli və Səfəvi hökumətinə Məkrandakı Bəluçi tayfasının
üsyanını yatırmağa yardım etməli idilər[33,121; 25,381].
Y.M.Mahmudov qeyd edir ki, Çaldıran döyüşündən sonra
Səfəvi dövlətinin Portuqaliya ilə yaxınlaşması, müvafiq olaraq,
Səfəvi-Venesiya münasibətlərinin zəifləməsinə səbə oldu. Venesiya
Respublikası XVI əsrin əvvəllərindən başlayaraq həmin əsrin 30-cu
illərinin sonuna qədər Osmanlı imperiyasına qarşı hər hansı hərbi-
siyasi qruplaşmada iştirak etmədi[3, 163].
Seyvori qeyd edir ki, Çaldıran döyüşündən sonra Şah İsmayıl
iki cəbhədə Osmanlı İmperiyasına qarşı müharibəyə başlamaq üçün
Qərbi Avropa dövlətləri ilə müttəfiqlik qurmaqda daha maraqlı idi[20,
186]. O, bu dövrdə Rodos səlibçi dövləti ilə də əlaqələri genişləndirdi.
0 , 1515-ci il, oktyabrın 1-i tarixli məktubunda Rodos İoannçılar
ordeninin başçısını onu qərbdən Osmanlı İmperiyasına qarşı
müharibəyə başlamağa çağırdı[3,163].
H.921-22/M.1516-cı ildə Şah İsmayıl Macarıstanın kralı II
Luisin elçisi, maroni keşişi olan Frater Peteri qəbul etdi[20,187]. Bu
zaman Almaniya kralı V Karlın elçisi də Səfəvi sarayına gəlmişdi.
1523-cü ilin avqustunda Şah İsmayıl Almaniya kralı V Karla məktub
göndərdi[3,165]. L.Lokart qeyd edir ki, latın dilində yazlımış bu
məktubda Şah İsmayıl Avropa dövlətlərinin öz güclərini osmanlılara
qarşı mübarizə məqsədilə birləşdirmək əvəzinə öz aralarında münaqişə
etmələrindən təəccübləndiyini bildirmişdi[25, 382; 1, 140-142].
Lakin Şah İsmayılın gözlədiyinin əksinə olaraq, Almaniya
imperatoru ona tezliklə, həm də konkret cavab vermədi. Çünki bu
zaman Almaniya imperiyası ilə Fransa arasında İtaliyanı ələ keçirmək
uğrunda uzun sürən müharibələr (1494-1559) davam etməkdə idi.
L.Lokart qeyd edir ki, V Karl yalnız 1525-ci ilin avqustun 25-də Şah
İsmayılın məktubuna cavab yazdı. Məktubda Almaniya imperiyasının
da Osmanlı İmperiyasına qarşı birgə mübarizəyə qoşulacağı qeyd
olunurdu[l, 142].
Beləliklə, öz sələfi Ağaqoyunlular kimi, I Şah İsmayılın
hakimiyyəti dövründə Səfəvilər dövlətinin xarici siyasətinin əsas
məsələsi Osmanlı İmperiyasının qüdrətinin zəiflədilməsi təşkil
edirdi. Bu məqsədlə, səfəvilərin Qərbi Avropa dövlətləri ilə Osmanlı
İmperiyasına qarşı vahid cəbhədə birləşmək cəhdləri baş tutmadı.
Yanvar - Fevral 2018 № 01 (43)
GEOSTRATEGIYA
ƏDƏBİYYAT
1. Эфендиев О.А. Образование Азербайджанского государства
Сефевидов в начале XVI века. Баку: Изд-во АН Азерб. ССР, 1961.
2. Əfəndiyev O.Ə. Azərbaycan Səfəvilər dövləti. Bakı, ’’Şərq-
Qərb",2007.
3. Mahmudov Y.M. Azərbaycan diplomatiyası: Ağqoyunlu və Səfəvi
dövlətlərinin Avropa ölkələri ilə əlaqələri (XV- XVIIyüzilliklər). Bakı:
Azərbaycan diplomatiyası, 1996.
4. Fərzəlibəyli Ş.F. Azərbaycan və Osmanlı imperiyası (XV-XV1
əsrlər). Bakı, 1995.
5. Aşurbəyli S.B. Şirvanşahlar dövləti. Bakı: Azərnəşr, 1997..
6. Məmmədova Ş.K. «Xiilasət ət-təvarix» Azərbaycan tarixinin
mənbəyi kimi. Bakı: Elm, 1991.
7. Məmmədov S.A. Azərbaycan X V - XVIII əsrin birinci yarısında.
Bakı, 1981.
8. Bayramlı Z.H. Azərbaycan Səfəvilər dövlətinin quruluşu və idarə
sistemi. Bakı: ADPU nəşriyyatı, 2006.
9. Qasımov X.S. Orta əsrlərdə Azərbaycan mədəniyyəti. Bakı,
Aspoliqraf, 2008.
10. Nəcəfli T.H. “Şah İsmayılın Sultan II Bəyazidlə qarşılıqlı
münasibətlərinin müasir Türkiyə tarixşünaslığında əksi”//AMEA-nın
Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası) Bakı, 2007, № 8, s. 33-53.
11. Ağayev R.Ə. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qarşılıqlı
münasibətləri (XV-XVI əsrlər). Bakı, Kür, 2004.
12. Musalı N.S. I Şah İsmayılın hakimiyyəti ( “Tarix-i Aləmara-yi Şah
İsmayıl” əsəri əsasında). Bakı: “Elm və təhsil”, 2011.
13. Cəfiyev T.R. Azərbaycan feodal dövlətləri XV-XVI əsrin I
rübündə (Xoca Sədəddin Əfəndinin “Tacüt-təvarix ” əsəri əsasında).
Tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş
dissertasiyanın avtoreferatı. Bakı: Mars-print, 2007.
14. Əzimli D. M. Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət
əlaqələri və Türkiyə (XV əsrin II yarısı - XVII əsrin I yarısı). Tarix üzrə
fəlsəfə doktoru almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı.
Bakı: A ME A TİKM, 2010
15. Ağalarov M.Z. XVI əsrdə Azərbaycan Səfəvilər dövlətinin
beynəlxalq münasibətlər sistemində yeri və rolu// ".Renessans” (rüblük
elmi-kütləvi jurnal), № 3-4, Bakı, 2008, s. 115-118.
16. Сейфеддини M.А., Байрамов РФ. Денежное обращение
и монетное дело в Азербайджане XVI-XIX век / Нумизматика
Азербайджана в 5 m. m .V Баку: Элм, 2000,
17. Savory R.M. Iran under the Safavids. Cambridge: Cambridge
University Press, 1980.
18. Savory R.M. The principal offices o f the Safawid State during the
reign o f Ismail I (907-30/1501-24) / / BSOAS, 1960, vol. XXIII, p.91-105
19. Savory R. M. The consolidation o f Safawid power in Persia / / Der
Islam, 1965, band41,p.71-94
20. Savory R.M. “İsmail I ”. Encylopaedia o f Islam. Vol. 10, ed. by E.
Van Donzel, B. Lewis, and Ch. Pellat. Leiden, Brill, 1997. pp. 186-187.
21. V. Minorsky. "The Middle East in Western politics in the 13th, 15
th and 17th centuries",JRCASXXVII (1940), 427-61.
22. Morton, A., ‘The Early Years o f Shah Ismail in theAfzal al-
Tavarikh and Elsewhere ’, in Melville, ed., Safavid Persia, 27-51.
Melville, C., ed., Safavid Persia, The History and Politics o f an Islamic
Society, London/New York, 1996.
23. A.J.Newman. Safavid Iran. Rebirth o f a Persian Empire.London-
New York 2006.
24. Roemer, Hans R. ”The Safavid Period”, The Cambridge History
o f Iran, Vol.6, ed. Peter Jackson and Laurence Lockhart, 2006.
25. Laurence Lockhart. “European contacts with Persia, 1350-
1736" The Cambridge History o f Iran, Vol. 6, ed. Peter Jackson and
Laurence Lockhart, 2006.
26. Percy Sykes, A History o f Persia, Vol-II, London: Routledge &
Kegan Paul, 1969.
27. Walsh J.R. The historiography o f Ottoman-Safavid relations in
the sixteenth and seventeenth centuries / Historians o f the Middle East.
Edit, by Bernard Lewis and PM. Holt. London, Oxford University Press,
1962, p.197-211
28. Kunt Metin. Ottomans and Safavids. Chapter Ten. States,
Statescraft, and Societies, 1500-1800. pp. 191-206. A Companion to the
History o f the Middle East. Edited by Youssef M. Choueiri Blackwell
Publishing L td , Oxford, 2005.
29. Michael J. McCaffrey, “Cälderän”, Encyclopaedia Iranica
(Elr), V,p. 656-658.
30. Discourse o f Messer Giovan Battista Ramusio on the writings o f
Giovan Mario Angiolello, etc. / A narrative o f Italian travels in Persia,
in the fifteenth and sixteenth centuries, vol.49. Translated and edited by
Charles Grey. Hakluyt Society, London: 1873, p. 67-138.
31. W.W.Clifford. “Some Observations on the Course o f Mamluk-
Safavi Relations (1502-1516/908-922) ”: I&II, Der Islam 70 no.2
(1994):272-74.
32. Wan Kamal Mujani. The Expenses o f Mamluk Army during the
Burji Period Advances in Natural and Applied Sciences, 6(3): 303-309,
2012
.
33. Wilson A. The Persian Gulf. An historical sketch from the earliest
times to the beginning o f the 20th century. Oxford: Clarendon, 1928.
Açar sözlər: Səfəvilər, Osmanlı imperiyası, tarixşünaslıq, 1 Şah İsmayıl,
I Sultan Səlim.
Ключевые слова'.Сефевиды, Османская империя, историография,
Шах Исмаил I, Султан Селим I.
Key Words: Safavids, Ottoman Empire, historiography, Shah Ismail I,
Sultan Selim I.
Ahmad Guliyev
The foreign relations of Azerbaijani Safavid state during the reign of
Shah Ismail I in English-speaking historiography
SUMMARY
There are still remain interesting and important problems connected
with the history of Safavid state. This article aims to evaluate the level
of study of the foreign relations of Azerbaijani Safavid state during the
reign of Shah Ismail in English-speaking historiagraphy.
Still there appeared valuable contribution by English speaking
historians to the Safavid history. Before all, V.Minorsky’s
groundbreaking works must be mentioned. Among his many other works
on Safavid history, his translation of Tadhkirat al - muluk, as well as
several articles on Safavid history should be emphasized. R Savory’s
monograph on the history of Safavid state deservs special attention. In
his study, Savory studied the Safavid history based on primary sources
of that period and he was able to shed light on some obscure parts of
Safavid period.
Ахмед Кулиев
Внешняя политика государства Сефевидов в периоде
правления Шаха Исмаила I в англоязычной историографии
РЕЗЮМЕ
В данной статье анализируются степень исследований
внешнего политики государства Сефевидов в периоде правления
Шаха Исмаила I в англоязычной историографии. Прежде
всего, следует назвать исследовательские работы Владимира
Минорского, автора перевода «Тазкират ал мулук» и и ряд статей
об истории Сефевидов. Большой интерес для нас представляет
фундаментальная монография Р. Сейвори, в которой автор
на основе первоисточников исследуется история государства
Сефевидов.
Dostları ilə paylaş: |