İbadət töVHİDİNİN ƏlaməTLƏRİ



Yüklə 158,36 Kb.
Pdf görüntüsü
tarix14.06.2018
ölçüsü158,36 Kb.
#48883


S

S

a



a

l

l



a

a

h



h

 

 



ə

ə

l



l

-

-



B

B

u



u

d

d



e

e

y



y

r

r



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



İ

İ

B



B

A

A



D

D

Ə



Ə

T

T



 

 

T



T

Ö

Ö



V

V

H



H

İ

İ



D

D

İ



İ

N

N



İ

İ

N



N

 

 



Ə

Ə

L



L

A

A



M

M

Ə



Ə

T

T



L

L

Ə



Ə

R

R



İ

İ

 



 

w

w



w

w

w



w

.

.



i

i

s



s

l

l



a

a

m



m

e

e



v

v

i



i

.

.



a

a

z



z

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 



 

 

 



 

 

 



 

 

Bu kitab, DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT 



KOMİTƏSİNİN 

20/06/2006 tarixli № DK – 221d

 saylı razılığı 

ilə nəşr edilmişdir. 

 

Kitabın müəllif hüquqları qorunur. 



 

 

 



 

 

 



 

 



 

İ



İ

B

B



A

A

D



D

Ə

Ə



T

T

 



 

T

T



Ö

Ö

V



V

H

H



İ

İ

D



D

İ

İ



N

N

İ



İ

N

N



 

 

Ə



Ə

L

L



A

A

M



M

Ə

Ə



T

T

L



L

Ə

Ə



R

R

İ



İ

 

 



 

Hökmdarlığı  uca  və  güclü  olan,  gücü 

çox  və  qalib  olan,  dilədiyinə  izzət  verən  və 

yardım  edən,  hikməti  ilə  bəzi  qövmləri  ucal-

dan  və  bəzi  qövmləri  alçaldan  ALLAH`a 

həmd  olsun.  Qum  dənələrindən  və  yağış 

damlalarından  çox  olan  nemətləri  üçün  Ona 

həmd  edirəm.  İnkar  və  küfr  edənin  inadına 

şəhadət  edirəm  ki,  ALLAH`dan  başqa  haqq 

ilah  yoxdur.  O,  Təkdir  və  şəriki  yoxdur. 

Şəhadət edirəm ki, Muhəmməd Onun qulu və 

Rəsuludur.  İnsanların  əfəndisidir.  Möcüzə, 

ayələr  və  surələrlə  dəstəklənmişdir.  ALLAH 

Ona,  ailəsinə,  xeyirli  öndər  və  seçilmiş  rəh-

bərlər  olan  səhabələrinə  xeyi-dua  və  çoxlu 

salam etsin.  

Ey  ALLAH`ın  qulları!  Gizli  və  aşkar 

işlərdə  Onu  düşünün.  Səhər  və  axşam  Ona 

layiqincə  ibadət  və  nemətlərinə  şükr  edin. 



 

Çünki  O  Q,  şükr  edən  üçün  nemətlərini  artı-



racağını  bildirmişdir.  Onun  Q  uca  məqamın-

dan qorxun və əzabından çəkinin.

 

“Ey  iman  gətirənlər!  ALLAH`dan  layi-



qincə  qorxun.  Yalnız  müsəlman  olduğunuz 

halda (müsəlman kimi) ölün!”

1

 

 



Ey  müsəlmanlar!  ALLAH`ı  Q  təqdir 

edin.  Ucalığının  əlamətlərinə  diqqət  edin. 

İmanınızın artması və Onun Q önündə boyun 

əyməniz  üçün  ayələri  və  mülkü  haqqında, 

hökmdarlığı, valeh edici yaratması və yoxdan 

var  etməsi  haqqında  düşünün.  ALLAH  Q, 

Kitabında belə buyurur: 

 

 



 “Yerdə  (ALLAH`a)  tam  yəqinliklə  ina-

nanlar  üçün  (Onun  əzəmət  və  qüdrətinə,  vəh-

daniyyətinə dəlalət edən

) əlamətlər vardır.”

2

 

                                                                         



1 Ali İmran surəsi, 3/102. 

2 əz-Zariyat surəsi, 51/20. 




 

 



Həmçinin belə buyurur: 

 

 



“Həqiqətən,  göylərin  və  yerin  yaradıl-

masında, gecə ilə gündüzün bir-birini əvəz et-

məsində  (bir-birinin  ardınca  gəlib-getməsində) 

ağıl sahibləri üçün (ALLAH`ın varlığını, qüdrə-

tini, kamalını və əzəmətini sübut edən açıq

) dəlil-


lər vardır.”

3

 



 

Abdullah  ibn  Məsud  ö  belə  deyir: 

“Dünya  səması  ilə  ondan  əvvəlki  səma  ara-

sında  beş  yüz  illik  bir  məsafə  vardır.  Hər  iki 

səma arasında beş yüz illik bir məsafə vardır. 

Yeddinci  səma  ilə  Kürsü  arasında  beş  yüz  il 

vardır.  Ərş,  suyun  üzərində,  ALLAH  Q  da 

Ərşin  üzərindədir  və  O  Q,  sizin  etdiklərinizi 

bilir.”

4

  



                                                                         

3 Ali İmran surəsi, 3/190. 

4 əd-Darimi, “ər-Raddu Alə`l-Cəhmiyyə”. 



 

Peyğəmbər 



 belə buyurur: 

 

 “Yeddi  qat  səma  Kürsünün  yanında  yer 



üzündə  boş  bir  sahəyə  atılmış  bir  halqa  kimidir. 

Ərşin Kürsüyə üstünlüyü isə, o sahənin o halqaya 

üstünlüyü kimidir.”

5

  



 

İbn  Cərir  təfsirində  öz  isnadı  ilə  İbn 

Abbasın 

 belə dediyini rəvayət edir: “Yed-

di  qat  səma  və  yeddi  qat  yer  ALLAH`ın  Q 

əlində ancaq sizdən birinin əlindəki bir xardal 

dənəsi kimidir.” 

Ey  müsəlmanlar!  ALLAH`ın  Q  əzəmə-

tinin  və  qüdrətinin  dəlillərindən  biri  də  Ab-

dullah  ibn  Məsuddan  ö    rəvayət  edilən  bu 

hədisdir: 

 “Yəhudilərdən bir alim Rəsulullahın 

 

yanına  gələrək  belə  deyir:  “Qiyamət  günü 



ALLAH  göyləri  bir  barmağı,  yerləri  bir 

barmağı,  suyu  və  torpağı  bir  barmağı,  digər 

                                                                         

5 əl-Beyhəqi, “əl-Əsmau va`s-Sıfətu”. 




 

məxluqatı da bir barmağı üzərinə qoyar. Son-



ra  onları  hərəkət  etdirərək  “Məlik  ancaq  mə-

nəm” buyurur.” Abdullah ibn Məsud belə de-

yir: And olsun ki, Peyğəmbəri onun sözündən 

razı  və  söylədiyini  təsdiq  edərək  arxa  dişləri 

görünənə  qədər  güldüyünü  gördüm.  Sonra 

Rəsulullah 

 bu ayəni oxudu:     

“(Müşriklər) ALLAH`ı lazımınca qiymət-

ləndirmədilər  (uca  tutmadılar).  Halbuki  Qiya-

mət günü yer bütünlüklə Onun ovcunun içində 

olacaq, göylər isə Onun sağ əli ilə büküləcək-

dir.  (ALLAH  müşriklərin  Ona)  aid  etdikləri  si-

fətlərdən tamamilə uzaq və ucadır!”

6

 



 

Yenə Rəsulullah 

 belə buyurur: 

 

 “ALLAH`ın  Ərşini  daşıyan  mələklərindən, 



qulağı  ilə  çiyini  arasında  yeddi  yüz  illik  məsafə 

olan bir mələk haqqında danışmağa izin verildi.”

7

  

 



                                                                         

6 əz-Zumər surəsi, 39/67; əl-Buxari, Muslim. 

7 Əbu Davud. 



 

Əbu  Hureyrədən  ö  Peyğəmbərin 



 

belə buyurduğu rəvayət edilir:  

 

“ALLAH  səmada  bir  əmrə  qərar  verdikdə, 



mələklər Onun əmrinə tabe olaraq qanadlarını vu-

rurlar. Daş üzərindəki zəncir kimi (səs çıxır). Nə-

hayət qəlblərindən  qorxu  getdikdə  “RƏBB`iniz  nə 

buyurdu?”  deyirlər.  Onlar  da  “Haqq  (buyurdu). 

O, çox uca və böyükdür" deyirlər."

8

  



Qüdrət, hökmdarlıq, böyüklük və ucalıq 

sahibi  ALLAH`ı  bütün  nöqsanlardan  tənzih 

edirəm. Ondan başqa haqq ilah yoxdur və O, 

ölməyən diridir. 

Ey  müsəlmanlar!  Bunlar  ALLAH`ın  Q 

açıq əlamətlərinə, inkar edilməz qüdrətinə  və 

valeh  edici  əzəmətinə  işarə  edən  bəzi  dəlil-

lərdir.  Görəsən  biz,  ALLAH`ı  Q  şanına  layiq 

şəkildə təqdir edə bildik mi? Layiqincə Ona Q 

təzim  edə  bildik  mi?  Yaratdıqları  və  qulları 

olaraq  biz,  Onun  Q  üzərimizdəki  haqqını 

                                                                         

8 əl-Buxari. 



 

yerinə  yetirdik  mi?  Muaz  ibn  Cəbəl  ö  belə 



deyir: 

 “Mən  Peyğəmbərin  “ufeyr”  deyilən 

heyvanının arxasına minmişdim. O 

 mənə: 


 

 “Ey  Muaz!  ALLAH`ın,  qulları  üzərindəki 

haqqı  və  qulların  ALLAH`ın  üzərindəki  haqqı 

nədir bilirsənmi?” 

 “ALLAH  və  Rəsulu  daha  yaxşı  bilir” 

dedim. Belə buyurdu: 

 “ALLAH`ın  qulları  üzərindəki  haqqı,  heç 

bir  şeyi  şərik  qoşmayaraq  Ona  ibadət  etmələridir. 

Qulların ALLAH üzərindəki haqqı isə, Ona heç bir 

şeyi şərik qoşmayana əzab etməməsidir.”

9

  

 



Ey  müsəlmanlar!  Zülmün  ən  pisi  və  gü-

nahların  ən  böyüyü  ALLAH`a  Q  şərik  qoş-

maqdır. Yalnız Onun Q haqqı olan şeyləri baş-

qası üçün etmək və başqasına yönəlməkdir.. 

                                                                         

9 əl-Buxari. Muslim. 




 

10 


“...ALLAH`a  şərik  qoşana  ALLAH, 

şübhəsiz  ki,  Cənnəti  haram  edər.  Onun 

düşəcəyi  yer  Cəhənnəmdir.  Zalımların  heç  bir 

köməkçisi yoxdur!”

10

 

 



 ALLAH Q belə buyurur: 

 

“...Belə olduğu təqdirdə, murdar (başdan-



ayağa  murdarlıq  olan

)  bütlərdən  qaçın,  yalan 

sözlərdən  də  (ALLAH`a  şərik  qoşmaqdan  da) 

çəkinin!  Batildən  haqqa  dönərək  yalnız 

ALLAH`a  təslim  olduğunuz  və  Ona  şərik 

qoşmadığınız  halda!  ALLAH`a  şərik  qoşan 

kimsə göydən düşən, quşların onu sürətlə alıb 

apardığı,  yaxud  küləyin  sovurub  uzaqlara 

atdığı bir şeyə (məxluqa) bənzər.”

11

 



 

ALLAH`ın  qulları!  Şirkdən  və  şirkə  yol 

açan  səbəblərdən  çəkinin!  Bilin  ki,  tanımaq, 

ondan  qurtulmağın  yoludur.  Huzeyfə  ibn  əl-

                                                                         

10 əl-Maidə surəsi, 5/72. 

11 əl-Həcc surəsi, 22/30-31. 



 

11 


Yəmən  ö  belə  deyir:  “İnsanlar,  Rəsulullaha 

 xeyirli şeylər haqda soruşurdular. Mən isə, 

gəlməsindən  qorxduğum  üçün,  şərr  haqda 

soruşardım.”

12

 

 



Ey  müsəlmanlar!  Elmdə  zəif  olan  və 

Peyğəmbərinin 

  şəriətinə  çox  az  riayət  və 

tabe  olan  bəzi  müsəlmanların  üzləşdikləri 

kədərli  hallardan  biri  də,  tövhidin  əslinə  və 

kamilliyinə  tərs  düşən  hallara  düşmələridir. 

Bu hal, ALLAH`a Q ibadət və itaət tövhidi ilə 

bağlı bəzi mövzu və hökmlərə diqqət çəkməyi 

və  xəbərdarlıq  etməyi  vacib  edir.  Quranın 

parlaq  dəlilləri  və  sünnənin  gözəl  hüccətləri, 

susayanın susuzluğunu yox edəcək, çətinlikdə 

olana  yardım  edəcək,  azanı  doğru  yola  gəti-

rəcək  və  RAHMAN`ın  dostlarını  şeytanın 

dostlarından  üstün  edəcək  şəkildə  açıq  bir 

bəyan ilə gəlmişdir:   

   


“(Ya  Rəsulum!  Müşriklər)  sənin  yanına 

gəlib  elə  bir  məsəl  çəkməzlər  ki,  Biz  sənə 

                                                                         

12 əl-Buxari. Muslim. 




 

12 


(onun)  doğrusunu  və  (onların  gətirdikləri  misal-

lardan


) izahatca daha yaxşısını gətirməyək.”

13

 



 

Ey müsəlmanlar! Tövhidə əməl etməyin 

bir  şərti  də,  çirkin  mənada  deyilməmiş  olsa 

belə, ALLAH`a Q şirk ifadə edən sözləri söy-

ləməkdən çəkinməkdir. ALLAH`dan Q başqa-

sına  and  içmək  kiçik  şirkdir.  ALLAH`dan  Q 

başqasına  and  içən,  təhlükəli  bir  günah  edir. 

And  içən,  and  içdiyi  şeyin  ALLAH  Q  kimi 

ibadətə  layiq  olduğuna  inanırsa,  bu  böyük 

şirkdir. Rəsulullah 

 belə buyurur: 

 

 “ALLAH`dan  başqasına  and  içən,  şübhəsiz 



kafir olmuşdur və ya şərik qoşmuşdur.”

14

 



  

Peyğəmbər 

 belə buyurur:  

                                                                         

13 əl-Furqan surəsi, 25/33. 

14 Əhməd ibn Hənbəl. 




 

13 


“Nə  atalarınıza,  nə  analarınıza  və  nə  də  (şirk 

qoşulan) şəriklərə and içməyin. Ancaq ALLAH`a and 

için. Ancaq doğru danışanda ALLAH`a and için.”

15

  



 

Peyğəmbərə,  vəli  və  ya  cinə,  Kəbəyə, 

şərəf və həyata and içmək caiz deyildir. Ancaq 

ALLAH`a  Q,  Onun  Q  isimləri  və  sifətlərinə 

and  içmək  caizdir.  Kim  ALLAH`dan  Q  baş-

qasına  and  içərsə,  tövbə  etməsi  və  bunu  bir 

daha  təkrarlamaması  vacibdir.  Sa`d  ibn  Əbi 

Vaqqas ö bunu rəvayət edir: 

 “Bəzi  mövzular  haqda  söhbət  edirdik. 

Mən,  cahiliyyətdən  yeni  dönmüşdüm.  Lat  və 

Uzzaya and içdim. Rəsulullahın 

 səhabələri 

mənə  belə  dedilər:  “Nə  pis  söz  söylədin. 

Rəsulullahın 

  yanına  get  və  Ona  bunu 

xəbər  ver.  Çünki  biz,  sənin  kafir  olduğunu 

görürük.  Rəsulullahın 

  yanına  getdim  və 

bu haqda xəbər verdim. Mənə belə dedi: 

  

                                                                         



15 Əbu Davud. 


 

14 


“Üç  dəfə,  “Lə  ilahə  ill`əllah`u  vahdəhu  lə 

şərikə ləhu / ALLAH`dan başqa haqq ilah yoxdur, 

O, təkdir və şəriki yoxdur” de. Üç dəfə şeytandan 

ALLAH`a  sığın.  Sol  tərəfinə  üç  dəfə  tüfür  və  bir 

daha bunu etmə.”

16

 



 

Ey  müsəlmanlar!  Xaliq  ilə  məxluqu  bə-

rabər edən “ALLAH və sən istəsən”, “Mənim 

üçün ALLAH`dan və səndən başqası yoxdur”, 

“ALLAH`a  və  sənə  güvəndim”  və  buna  bən-

zər  cümlələrlə  çirkin  şirk  kəlimələri  və  qada-

ğan edilmiş sözləri deməkdən çəkinin.  

Bir  adamın  Peyğəmbərə 

  belə  dediyi 

rəvayət edilir: “ALLAH və sən istəsən” Bunu 

eşidən Rəsulullah 

 belə buyurur: 

 

 “Məni  ALLAH`a  şərik  qoşursan?  Əksinə 



“ancaq ALLAH istəsə” de.”

17

 



 

                                                                         

16 ən-Nəsai. 

17 Əhməd ibn Hənbəl. 




 

15 


ALLAH`ın  qulları!  ALLAH`a  Q  gözəl 

isimləri  və  uca  sifətləri  ilə  yaxınlaşın!  Eh-

tiyacınızı,  zəifliyinizi  və  ALLAH`a  Q  olan 

möhtaclığınızı  dilə  gətirərək  ALLAH`a  Q  yö-

nəlin! Saleh əməl ilə Ona Q yönəlin! Tövhidə 

şirkin  bulaşmasının  qarşısını  almağın  ən  mü-

him yollarından biri də, ALLAH`a Q Tövhidə 

məşru  təvəssüllərlə  yönəlməkdir.  Mülkün  və 

ulduzların RƏBB`i ALLAH`a Q şirk qoşmağa 

səbəb  olan  bidət  kəlmələr  və  təvəssüllərdən 

çəkinin! Peyğəmbərin məqamı, hörməti, bərə-

kəti  və  haqqı  ilə  təvəssül  etmək  və  ya 

övliyaların haqqı və buna bənzər yasaqlanmış 

təvəssül  şəkilləri  ilə,  şəriətdə  olmayan  dua-

larla təvəssül etmək kimi...  

Ey müsəlmanlar! Bəzi dəyərsiz şəxslərin 

və cahil insanların etdiyi kimi qöz mıncığı və 

üzərlik  taxmaqdan  çəkinin!  Belə  şəxslər,  hal-

qalar  və  iplər  taxırlar.  Tilsimlər  və  sümüklər 

taxır, yanlarında canavar dişləri və heyvan də-

riləri  daşıyırlar.  Bunları  boyunlarına,  minək-



 

16 


lərinə  və  qapılarına  asırlar.  Bunun,  pislik  və 

fəlakətləri  uzaqlaşdırdığına,  çətinlik  və  bəla-

ları  yox  etdiyinə,  nəzərə  və  həsədə  mane 

olacağına  inanırlar.  Bütün  bunlar  insanı  hə-

laka aparan və məhv edən şirklərdəndir. Çün-

ki,  sığınmaq,  dua  etmək  ancaq  ALLAH`a  Q 

olar. 

 sənə bir sıxıntı versə, (səni ondan) ALLAH`dan başqa heç kəs 



qurtara  bilməz.  Əgər  (ALLAH)  sənə  bir  xeyir  yetirsə  (heç  kəs 

Ona  mane  ola  bilməz).  Çünki  O,  hər  şeyə  qadirdir!  O,  Öz 

qulları  üzərində  hakimi-mütləqdir.  O,  hikmət  sahibidir,  (hər 

şeydən) xəbərdardır!”

18

 

 



 Ey  müsəlmanlar!  Bu  xurafatlar  və 

inanclar heç bir zaman fəlakətlərdən qorumaz. 

Xəstəlik və bəlalara qarşı mühafizə etməz. Bu 

düşüncə  və  inancların  tərk  edilməsi,  bunlarla 

bağlılığın  tamamilə  kəsilməsi  vacibdir.  İmran 

ibn  Husayndan  ö  bu  rəvayət  edilir:  “Rəsu-

lullah 

 bir adamın bazusunda sarı bir halqa 



gördü. “Bu nədir?” dedi. “Zəiflik səbəbilə (tax-

dım)” deyir. Rəsulullah belə buyurur: 

                                                                         

18 əl-Ən`am surəsi, 6/17-18. 




 

17 


 

 

“O  ancaq  sənin  zəifliyini  artırır.  Onu  at! 



Çünki  o,  üzərində  ola-ola  ölsən  əbədi  olaraq  qur-

tuluşa qovuşa bilməzsən.”

19

  

 



Rəsulullah 

 belə buyurur: 

 

 “Tilsim  (üzərlik  və  s.)  asanın  ALLAH 



(işini) tamamlamasın.”

20

  



 

Yenə bir hədisdə, Rəsulullahın 

 yanı-

na  bir  dəstə  beyət  etmək  üçün  gəlir.  Doqquz 



nəfərdən beyət alır, ancaq birindən almır. “Ya 

Rəsulullah!  Nə  üçün  doqquzundan  beyət 

aldın  ancaq  bunu  tərk etdin?”  deyirlər.  Rəsu-

lullah 


 “Üstündə üzərlik var” deyir. O adam 

əlini soxub üzərliyi qoparır və beyət edir. Rə-

sulullah 

 belə buyurur: 

  

“Kim üzərlik taxarsa şirk qoşmuşdur.”



21

 

                                                                         



19 Əhməd ibn Hənbəl. 

20 Əhməd ibn Hənbəl. 

21 Əhməd ibn Hənbəl. 



 

18 


 

 Huzeyfə ibn əl-Yəməndən ö bu rəva-

yət edilir: O bir adamın əlində oxunmuş bir ip 

görür. Onu qopararaq belə deyir: “Bu üstündə 

olarkən  ölsəydin  sənin  cənazə  namazını  qıl-

mazdım.” Sonra bu ayəni oxuyur: 

“Onların  əksəriyyəti  ancaq  şərik  qoşa-

raq ALLAH`a inanarlar.”

22

   


Ey  müsəlmanlar!  Sehrbazlara,  kahinlərə 

və  insanları  aldadan  cadugərlərə,  falçılara, 

baxıcılara,  münəccimlərə,  bürclərdən  xəbər 

verənlərə,  əl  və  fincan  falına  baxanlara  və 

mediumlara  getməkdən  çəkinin!  Onlar,  qeybi 

(bilinməyəni) və qəlblərdən keçəni bildiklərini 

iddia  edirlər.  Onlar  saxtakar  və  yalançıdırlar. 

İnsanları  aldadaraq  yoldan  çıxarırlar.  Bəzi 

cizgilər  çəkər,  mənasız  sözlər  söyləyərlər. 

Mənasız  düşüncələrə  və  xurafatlara  sahibdir-

lər.  Cinlərdən  yardım  istəyərlər.  Bəzi  hərflər, 

rəqəmlər  və  işarələrdən  ibarət  yazılar  yazar-

lar.  Hətta  onların  yanına  gələnlərdən  rəngini 

                                                                         

22 Yusuf surəsi, 12/106. 



 

19 


və vəsflərini bildirdikləri bəzi heyvanları kəs-

mələrini istəyirlər. Qanlarını vücudlara, divar-

lara və qapının künclərinə sürtərlər. Bu şəkil-

də  cinə  sığınır  və  şeytana  ibadət  edirlər. 

ALLAH`a Q şirk qoşarlar. Rəsulullah 

 belə 


buyurur:  

 

“ALLAH`dan  başqası  üçün  qurban  kəsənə 



ALLAH lənət etsin!”

23

  



Onların  hiylələrindən  biri  də  yanlarına 

gələnlərə  basdırılması  və  ya  yandırılması 

üçün bəzi əşyalar vermələridir.  

ALLAH`ın qulları! Belə şəxslərin yanına 

getməkdən və onlara sual verməkdən çəkinin! 

əs-Sadiq,  əl-Məsduq  olan  Rəsulullah 

  belə 

buyurur: 



 

“Falçıya  müraciət  edib  ondan  nəsə  soruşa-

nın qırx gün namazı qəbul olunmaz.”

24

  



 

                                                                         

23 Muslim. 

24 Muslim. 




 

20 


Həmçinin belə buyurur:  

 

“Falçının və ya sehrbazın yanına gəlib onun 



dediyinə  inanan  şəxs  Muhəmmədə  nazil  olanı  in-

kar etmişdir.”

25

  

 



İmran  ibn  Husayn  ö  Rəsulullahın 

 

belə buyurduğunu rəvayət edir:  



“Həm  ovsunlayan,  həm  də  ovsunlatdıran, 

həm  fala  baxan,  həm  də  fala  baxdıran,  həm  cadu 

edən, həm də cadu etdirən bizdən deyildir.”

26

 



 

Ey  müsəlmanlar!  Tövhidin  saflığını  çir-

kabdan  qoruyun!  Şirkin  pisliklərinə  qarşı 

diqqətli olun! Bilin ki, bir ağacla, bir qəbirlə və 

ya daşla, bir yerlə, bir mağara ilə, bir çeşmə ilə 

və  ya  bir  əsərlə  təbərrük  etmək  (ondan  bərə-

kət və fayda ummaq) caiz deyildir. 

                                                                         

25 Əhməd ibn Hənbəl. 

26 əl-Bəzzar. 




 

21 


 Əbu  Vaqid  əl-Heysəmidən  bu  rəvayət 

edilir:  “Səhabələr  Rəsulullah 

  ilə  birlikdə 

Məkkədən  Huneynəyə  doğru  yola  çıxırlar. 

Kafirlərin  müqəddəs  saydıqları  və  təbərrük 

niyyəti  ilə  silahlarını  asdıqları,  “Zatu  Ənvat” 

deyilən  bir  ağacları  vardır.  Böyük  yaşıl  bir 

ağacın yanından keçərkən “Ey ALLAH`ın Rə-

sulu!  Onların  bir  “Zatu  Ənvat”ı  olduğu  kimi 

bizə  də  bir  “Zatu  Ənvat”  təyin  et”  deyirlər. 

Rəsulullah 

 belə buyurur:  

“Nəfsim əlində olana (ALLAH`a) and olsun 

ki,  İsrail  oğullarının  Musaya  “Onların  ilahları 

kimi bizə  də bir ilah  təyin et”  dedikləri  kimi  dedi-

niz.  O  belə  dedi:  “Siz  cahillik  edən  bir  qövmsü-

nüz.”  Şübhəsiz bunlar bir yoldur və siz də sizdən 

əvvəlkilərin yollarından bir-bir keçəcəksiniz.”

27

  

  



Ey  müsəlmanlar!  Bilin  ki,  Peyğəmbərin 

qəbri  ilə,  əşyaları,  paltarları  və  ibadət  etdiyi 

yerlərlə  də  təbərrük  etmək  caiz  deyildir. 

                                                                         

27 Əhməd ibn Hənbəl. 



 

22 


Məscidlərin divarları, torpaqları və ya qapıları 

ilə  öpərək  və  ya  əl  sürtərək  təbərrük  etmək 

caiz  deyildir.  Bu  məscid  Məscid-i  Haram  və 

Məscid-i  Nəbəvi  olsa  belə...  Hacəru`l-Əsvədi 

öpmək  və  Ruknu`l-Yəməni  ilə  Hacəru`l-Əs-

vədə əl sürtmək isə məşrudur. İbn Ömər 

 

belə  deyir:  “Peyğəmbərin  Yəmən  tərəfindəki 



iki  küncdən  (Ruknu`l-Yəməni  və  Hacəru`l-

Əsvəd)  başqa  Kəbənin  heç  bir  yerinə  əl 

sürtdüyünü  görmədim.”

28

  Yenə  də  bununla 



məqsəd təbərrük deyildir. Məqsəd sadəcə iba-

dət və Rəsulullaha 

 tabe olmaqdır.  

Ömər ö belə deyir: “ALLAH`a and ol-

sun  ki,  mən  səni  öpürəm  ancaq  sənin  bir  daş 

olduğunu, zərər və fayda vermədiyini bilirəm. 

Rəsulullahın  səni  öpdüyünü  görməsəydim 

səni öpməzdim.”

29

 

Ümumiyyətlə, ALLAH`ın Q Kitabından 



və ya Rəsulunun sünnəsindən, təbərrük etmə-

                                                                         

28 əl-Buxari. Muslim. 

29 Muslim. 




 

23 


yin  caiz  olduğuna  dair  heç  bir  dəlil  olmadan 

bir şeylə təbərrük etmək caiz deyildir. 

Ey  müsəlmanlar!  İnsanı  məhv  və  həlak 

edən  şirkin bir  növü  də ölülərdən  yardım  di-

ləmək,  onlara  dua  edip  yalvarmaq,  ehtiyacla-

rın  qarşılanmasını,  problem  və  çətinliklərin 

ortadan  qaldırılmasını  onlardan  istəmək,  nə-

zir  və  qurban  ilə,  qəbirlərin  ətrafında  tavaf 

etməklə;  divarlarını  və  örtüklərini  öpərək, 

yanlarında  etiqafa  girərək  onlara  sığınmaq, 

onlar  üçün  mühafizə  və  xidmətçilər  təyin 

etmək  və  buna  bənzər  bütlərə  ibadət  edən-

lərin  və  şeytanın  dostlarının  əməllərindən 

olan davranışlardır. Bunlar, əməlləri puç edən 

böyük  şirkdir.  ALLAH`ın  Q  Kitabına  və 

insanların  əfəndisi  Muhəmmədin 

  sün-

nəsinə tərsdir. ALLAH Q belə buyurur: 



 “ALLAH`ı  qoyub  Qiyamətədək  özünə 

cavab  verə  bilməyən  bütlərə  ibadət  edən 

kimsədən  daha  çox  (haqq  yoldan)  azmış  kim 

ola  bilər?!  Halbuki  bunlar  (bu  bütlər)  onların 




 

24 


(bütpərəstlərin) 

ibadətindən 

xəbərsizdirlər! 

İnsanlar  məhşərə  toplanacaqları  zaman 

bunlar  (bu  bütlər)  onlara  (müşriklərə)  düşmən 

olacaq və onların ibadətini inkar edəcəklər.”

30

 

 



 Yenə belə buyurur:  

 “…Bu sizin RƏBB`iniz olan ALLAH`dır, 

hökm  Onundur.  Sizin  Ondan  qeyri  ibadət 

etdikləriniz  bir  çəyirdək  qabığına  belə  sahib 

deyillər. Əgər siz onları çağırsanız (dua etsəniz), 

onlar  sizin  çağırışınızı  eşitməzlər;  eşitsələr  də 

cavab  verə  bilməzlər.  Özləri  də  Qiyamət  günü 

sizin  (Onları  ALLAH`a)  şərik  qoşduğunuzu 

(onlara büt kimi ibadət etdiyinizi) danacaqlar. (Ya 

Peyğəmbər!

)  Heç  kəs  sənə  hər  şeydən  xəbərdar 

olan (ALLAH) kimi xəbər verə bilməz!

31

 

 



Ey  müsəlmanlar!  Peyğəmbərlərin  və  sa-

lehlərin  qəbirlərini  məscid  edərək  üstlərinə 

                                                                         

30 əl-Əhqaf surəsi, 46/5-6. 

31 Fatir surəsi, 35/13-14. 



 

25 


qübbələr  tikmək,  bəzəmək  və  üzərlərinə  örtü 

örtmək  böyük  günahlardan  və  şirkə  aparan 

vasıtələrdəndir.  Nəticədə  bu  qəbirlər,  ALLAH`-

dan Q başqa ibadət edilən bütlərə dönür. 

Aişədən 

 və Abdullah ibn Abbasdan 

 belə dedikləri rəvayət edilir: “Peyğəmbər 

ölüm  ayağında  bir  paltarı  ilə  üzünü  örtür. 

Nəfəs alması çətinləşincə üzünü açır. Bu halda 

olaraq belə deyir:  

 

“ALLAH,  yəhudilərə  və  xristianlara  lənət 



etsin. 

Peyğəmbərlərinin 

məzarlarını 

məscid 


etdilər.”

32

  



Onların  etdiklərinə  qarşı  xəbərdarlıq 

edirdi. Belə buyurur:  

 

“İnsanların ən şərliləri Qiyamət qopduğun-



da yaşayanlar və qəbirləri məscid edənlərdir.”

33

  



 

Ey  müsəlmanlar!  Qəbirlərin  üstünü  tik-

mək,  boyayıb  bəzəmək  və  üzərlərinə  yazı  yaz-

                                                                         

32 əl-Buxari. 

33 Əhməd ibn Hənbəl. 




 

26 


maq  məşru  olmayan  bir  işdir.  Dinimiz  tərəfin-

dən rədd edilmiş və yasaqlanmışdır. Cabir ö 

belə deyir:  

“Rəsulullah 

  qəbirləri  boyamağı,  qə-

birlərin  üstündə  oturmağı  və  üstünü  tikməyi 

qadağan etdi.”

34

  



Səhih bir sənədlə gələn bir rəvayətdə də 

“Üzərinə yazı yazılmağı” əlavə edir.  

Əli  ibn  Əbi  Talibin  ö   Əbu`l-Həyyac 

əl-Əsədiyə  belə  dediyi  rəvayət  edilir:  “Rəsu-

lullah 

  məni  bütün  surətləri  (şəkilləri)  sil-



məyə  və  bütün  yüksək  məzarları  yerlə  düz 

etməyə  göndərdiyi  kimi,  mən  də  səni  gön-

dərimmi?”

35

 



Bir  peyğəmbərin  və  ya  vəlinin  qəbrinin 

yanında  ALLAH`a  Q  ibadət  etmək  şirkə  yol 

açan səbəblərdən biridir. Üstünə məscid tikil-

məsə belə qəbirləri məscid etməkdir. Buna gö-

rə  də,  qəbirlərin  yanında  dua  etmək  və  ya 

peyğəmbərin qəbrinin yanında dua etmək ca-

                                                                         

34 ət-Tirmizi. 

35 Muslim. 



 

27 


iz  deyildir.  Çünki  bu  yerlər  duaların  qəbul 

edildiyi  yerlər  deyildir.  Əbu  Ya`la  və  Mux-

tarada  Hafiz  əd-Diya  bunu  rəvayət  edirlər: 

“Əli  ibn  Huseyn  bir  adamın  Peyğəmbərin 

qəbrinin  yanında  olan  bir  boşluğun  içinə  gir-

diyini və orada dua etdiyini görür. Onu bun-

dan  çəkindirir  və  belə  deyir:  “Atamdan  eşit-

diyim,  onun  da  babamdan  eşitdiyi,  onun  da 

Rəsulullahdan 

  eşitdiyi  bir  hədisi  xəbər 

verimmi? Belə buyurur:  

 

“Qəbrimi bayram yerinə çevirməyin. Evlərinizi 



də  qəbirlərə  çevirməyin.  Mənə  salavat  gətirin.  Çünki 

harada olsanız  da salamınız mənə çatar.”

36

 

ALLAH  Q  məni  və  sizi  hidayətə  çatmış 



doğru  yolu  göstərənlərdən  və  Rəsulların  Əfən-

disinin 


  sünnəsinə  tabe  olanlardan  etsin.  Bu 

eşitdiklərinizi söyləyib, ALLAH`dan Q özüm və 

sizin üçün məğfirət diləyirəm... 

                                                                         

36 Əbi Ya`la. 



 

28 


Ehsanı  üçün  ALLAH`a  həmd  olsun.  Mü-

vəffəqiyyətli  etməsi  və  nemətləndirməsi  üçün 

Ona  şükürlər  olsun.  ALLAH`dan  başqa  haqq 

ilah olmadığına şəhadət edirəm. O, Təkdir və şə-

riki yoxdur, şanı ucadır. Şəhadət edirəm ki, Mu-

həmməd  Onun  qulu  və  Rəsuludur.  ALLAH`ın 

rizasına  dəvət  edəndir.  ALLAH,  Ona,  ailəsinə, 

əshabına və din qardaşlarına xeyir-dua və çoxlu 

salam etsin. 

Bundan  sonra;  ALLAH`dan  layiqincə 

qorxun,  gizli  və  aşkar  hallarınızda  Onu 

düşünün! 

 

 “Ey  iman  gətirənlər!  ALLAH`dan 



qorxun  və  (imanında,  sözündə,  işində)  doğru 

olanlarla olun!”

37

 

 



Hökmündə  ALLAH`a  Q  şirk  qoşmaq, 

ibadətində  ALLAH`a  Q  şirk  qoşmaq  kimidir. 

ALLAH`ın Q və Rəsulunun 

 hökmünün ən 

doğru  hökm  olduğunu  inkar  edən,  ALLAH`-

                                                                         

37 ət-Tövbə surəsi, 9/119. 



 

29 


dan Q başqasının hökmünün ALLAH`ın Q və 

Rəsulunun 

  hökmündən  daha  gözəl  və  ya 

onunla  eyni  olduğuna  inanan  ya  da 

ALLAH`ın Q və Rəsulunun 

 hökmünə zidd 

olan  bir  hökmün  yerinə  yetirilməsinin  müm-

künlüyünə  inanan,  Muhəmmədə 

  nazil 

olanı  inkar  etmişdir  və  İslam  dinindən  çıx-

mışdır. ALLAH Q belə buyurur: 

 

“Amma,  xeyr!  (Ya  Rəsulum!)  RƏBB`inə 



and  olsun  ki,  onlar  öz  aralarında  baş  verən 

ixtilaflarda  səni  hakim  (münsif)  təyin  etmə-

yincə  və  verdiyi  hökmlərə  görə  özlərində  bir 

sıxıntı  duymadan  sənə  tam  bir  itaətlə  boyun 

əyməyincə,  (həqiqi  surətdə)  iman  gətirmiş 

olmazlar.”

38

 

 



Həmçinin belə buyurur: 

 “(Ya  Rəsulum!)  Sənə  nazil  edilənə (Qur-

ana

)  və  səndən  əvvəl  nazil  edilənlərə  (Tövrata, 



İncilə

)  iman  gətirdiklərini  iddia  edənləri  (mü-

                                                                         

38 ən-Nisa surəsi, 4/65. 




 

30 


nafiqləri

)  görmürsənmi?  Onlar  Tağutun  (şeyta-

nın

)  hüzurunda  mühakimə  olunmaq  (şeytanın 



məhkəməsinə müraciət etmək

) istəyirlər. Halbuki 

onlara  (şeytana)  inanmamaları  əmr  olunmuş-

dur. Şeytan isə onları (doğru yoldan) çox uzaq 

olan zəlalətə sürükləmək istər”

39

 



  

Ey müsəlmanlar! Günləri və ayları uğur-

suz  saymaq,  uğurlu  və  uğursuz  sayılan  şey-

lərə  görə hərəkət etmək,  İslam  şəriətinin  ləğv 

etdiyi  cahillik  adətlərindəndir.  Bir  şeyi  uğur-

suz  saymaq  qədəri  dəyişdirməz.  Səfər  ayı  da 

zərər və ya fayda gətirməz.  

Peyğəmbərin 

  belə  buyurduğu  rəva-

yət edilir:  

 

 “Advə  (xəstəliyin  öz  başına  yayılması), 



uğursuzluq, bayquş və Safər (ayının haram aylar-

dan olması)deyə bir şey yoxdur.”

40

 

                                                                         



39 ən-Nisa surəsi, 4/60. 

40 əl-Buxari. 




 

31 


ALLAH`dan  qorxun  ey  ALLAH`ın  qul-

ları!  Qəlblərinizi  Məlikinizə  (ALLAH`a)  Q 

bağlayın  və  xurafatların  hər  növü  ilə  müba-

rizə edin!  

İnsanların  ən  xeyirlisinə  xeyir-dua  və 

salam edin. ALLAH Q belə buyurur: 

 

“Həqiqətən, ALLAH və Onun mələkləri 



Peyğəmbərə  salavat  göndərirlər  (xeyir-dua  ve-

rirlər


). Ey iman gətirənlər! Siz də ona salavat 

göndərib  (onun  üçün  salavat  deyib)  layiqincə 

salamlayın!

41

 



 

Salah əl-Budeyr 

03.02.1422 hicri 

                                                                         



41 əl-Əhzab surəsi, 33/56. 

Yüklə 158,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə