İbrahimova Şəhla Mais qızı



Yüklə 214,62 Kb.
Pdf görüntüsü
tarix19.07.2018
ölçüsü214,62 Kb.
#57194


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

UOT 81’1; 81’373 

 

“СОВЕТСКАЯ ТЮРКОЛОГИЯ” JURNALINDA  



(1973 – 1987-ci ill

ər) FONETİKA MƏSƏLƏLƏRİ 

 

Ş.M.İBRAHİMOVA  

G

əncə Dövlət Universiteti 

shehla_ibrahim@yahoo.com 

 

Fonem n

əzəriyyəsi qısa tarixə malik olduğuna görə və yəqin ki, hələ tam formalaşma-

dığına görə müxtəlif dövrlərdə, müxtəlif şəkildə izah olunmuş və hal-hazırda da, nəinki müx-

t

əlif  xalqların  dilçiliyində, habelə  hər  hansı  bir  milli  dilçilikdə, hətta eyni bir dilin mütəxəs-

sisl

ərinin, eyni bir dilçiliyin müxtəlif nümayəndələrinin əsərlərində də müxtəlif şəkillərdə izah 

olunmuş və izah olunmaqdadır. 

 

Açar sözl

ər; dilçilik, türkologiya, fonetika, fonem, sait, samit 

 

Keçmiş  Sovetlər Birliyinə  daxil olan türkdilli respublikalar, həmçinin 

Az

ərbaycan Respublikası XX əsrin 90-cı illərinin əvvəlində dövlət müstəqilliyi 



əldə  etdikdən sonra həmin dövlətlərlə  Türkiyə  Cümhuriyyəti arasında  siyasi, 

iqtisadi v

ə  mədəni sahədə  əlaqələr quruldu və  hazırda  onlar  arasında  inteq-

rasiya prosesi intensiv xarakter daşıyır. Bununla əlaqədar bütün müstəqil türk 

dövl

ətləri üçün, həmçinin bütün türk xalqları və topluqları üçün ümumi əlifba, 



ortaq 

ədəbi dil, ortaq tarix və  ədəbiyyat dərsliklərinin  yaradılması  problemi 

meydana çıxdı. Mübaliğə etmədən demək olar ki, müasir dövrün dilçiliyində ən 

geniş şəkildə işlənən, lakin buna baxmayaraq, yenə də mübahisəli qalan prob-

leml

ərindən biri fonem problemidir. Təxminən  yarıməsrlik tədqiqat tarixinə 



malik olmasına baxmayaraq, bu problem istər daxili, istərsə də xarici dilçilikdə 

h

əmişə dilçilərin diqqət mərkəzində olmuş, saysız-hesabsız tədqiqatların möv-



zusuna çevrilmişdir. Dilçiliyin yeni tədqiqat üsulu kimi meydana çıxan və artıq 

qısa, lakin zəngin bir inkişaf yolu keçən strukturalizm, birinci növbədə, fonem 

n

əzəriyyəsi  əsasında  formalaşmış  və  öz tədqiqat  metodlarını  dilçiliyin  başqa 



sah

ələrinə də tətbiq etməyə başlamışdır. 

Fonem probleminin t

ədqiqi tarixi rus dilçisi İ.A.Boduen de Kurtenyedən 

başlayır. Dilçiliyə hazırda işlənən mənada fonem məsələsini o gətirmiş və onun 

ilk izahını vermişdir. İ.A.Boduen fonemi ilk dəfə etimoloji – morfoloji bir ha-

dis

ə  kimi  izah  etmişdir  ki,  bu  fikir  də  onun  şagirdi  N.V.Kurşevski  (1851  – 



10 


1887) t

ərəfindən inkişaf etdirilmişdir.  

Fonem m

əsələsinin həllində  sovet dilçiliyinin müstəsna xidməti  vardır. 



M

əhz sovet dilçiləri  fonemi  danışıq  səsi ilə  dialektik vəhdətdə  götürmüş  və 

bütün t

ədqiqatı bu istiqamətdə aparmışlar. 



Bir çox xarici v

ə Azərbaycan dilçiləri fonem məsələsi haqqında məqalələr 

yazmış və onları “Советская тюркология” jurnalında nəşr etdirmişlər. Bu alim-

l

ərdən biri Y.V.Pisen nəşr etdirdiyi “О фонеме /к/ в азербайджанском языке” 



m

əqaləsində Azərbaycan dilində işlənilən /k/ fonemi haqqında yazmışdır. O, bu 

fonem haqqında qeyd etmişdir: “/K/ səsi dil arxasında, partlayan və kar vəziyyətdə 

t

ələffüz olunur. Bu səsə rus dilindən alınan sözlərdə söz əvvəlində, söz ortasında 



v

ə sözün axırıncı hecasında təsadüf olunur. Məs.: traktor, kabinet, leksika, fone-



tika, konsert, konflikt, kollektiv, fonetika v

ə s. Azərbaycan dilindəki rus mənşəli /k/ 

fonemi ön sıra saitləri ilə işlənən /k/ foneminin Azərbaycan dilinin ümumi fonetik 

qanunlarına uyğunlaşmış formasıdır” (1, 65). 

A.A.Axundov Az

ərbaycan dilində işlənilən /k/ fonemi ilə rus dilində olan 



/к/ foneminin qarşılaşdırılmasını belə izah etmişdir: “/к/ - /k/ qarşılaşdırılması 

dilimiz üçün s

əciyyəvi deyildir. Bunun əsas səbəbi,  heç  şübhəsiz, birincinin 

daha çox ön sıra, ikincinin isə arxa sıra saitləri ilə işlənməsidir ki, bu cəhətdən 

qarşılaşdırılma  üçün  misal  tapmaq,  bəzi müstəsna hallar nəzərə  alınmazsa, 

imkan xaricind

ədir. Lakin dilimizdə hər halda misallar vardır və onlar /к/ və 

/k/  samitl

ərinin müxtəlif fonemlər olduğunu sübut etmək üçün tamamilə kifa-

y

ət edir: texni/к/i  (sifət mənasında:  texniki  hadisə)  –  texni/k/i (texnik sözün 



t

əsirlik halı: texniki çağırdılar), fizi/к/i – fiziki və s. Göründüyü kimi, yuxarıda 

verilmiş kvaziomonimlərdə istər /к/, istərsə də onun korrelyativi /k/ dilimizin 

samitl

əri üçün məlum güclü mövqedə işlənmişdir” (2, 247). 



V.Y.Pisen, h

əmçinin, öz məqaləsində /k/ foneminin daha bir fərqləndirici 

əlamətini qeyd etmişdir: “/k/ fonemi çoxhecalı sözlərin axırında yazıdan fərqli 

olaraq, ya /x`/  (ih),  ya  /g/, ya da /y/  kimi t

ələffüz olunur. Lakin aparılan mü-

şahidələr göstərir ki, həmin sözlərin  /y/  ilə  tələffüzünə  daha çox üstünlük 

verilir. Bundan 

əlavə, iki sait arasında da /y/ səsi deyildiyindən, çoxhecalı söz-

l

ərin axırında /y/ səsinin tələffüzü məqsədə uyğundur. Məs: inəy – inəyə; inəyi; 



in

əysiz; inəydə; inəydən, gəlməyə - gəlməyi; gəlməydə və s.  

/K/ 

kar  dilortası  samiti  kimi,  cingiltili  dilortası  /g/  foneminə  qarşı  qo-

yulur: k

əl – gəl, kül – gül, nikah – nigah, əkər - əgər.  

Az

ərbaycan dilində söz sonunda /k/ - /g/ qarşılaşdırılması üçün misallar 



yoxdur. 

/k/ fonemi /k`/ 

fonemi kimi dilortasında, partlayan və kar vəziyyətdə tə-

l

əffüz olunur. Bu səsə söz əvvəlində, söz ortasında və təkhecalı sözlərin axı-



rında təsadüf edilir. Məs: sirkəkök, tikməy, tüklü, kələm, sök, tük, mülk, kitab 

v

ə s.” (1, 65). 



Başqa dillər kimi müasir Azərbaycan dilində də samit fonemlər müəyyən 

bir sistem t

əşkil edir. Düzdür, dilimizin samitlərinin yaratdığı sistem, saitlərin 

yaratdığı  sistem  kimi  möhkəm deyildir; hər halda dilimizdəki samitlər siste-

11 



mind

ən kənarda qalan samit fonem yoxdur. Bütün samit fonemlər bu və  ya 

dig

ər cəhətdən bir – birinə oxşayır və bir-birindən fərqlənir. 



E.Veys

əlov və R.M.İsayev Azərbaycan dilində bir – birinə oxşayan /b/



/p/ v

ə /d//t/ fonemləri haqqında “Советская тюркология” jurnalının bir böl-

m

əsində  “Акустические  характеристики  Азербайджанских  смычно  – 



взрывных согласных /b//p//d/ и /t/” məqaləsini nəşr etdirmişlər. Onlar mə-

qal


ədə /b/ və /p//d/ və /t/ fonemlərinin bənzər və fərqli tərəflərini göstərmiş, 

samit foneml

ər haqqında yazmışlar: “Samit səsləri sait səslərdən fərqləndirən 

ən mühüm əlamətlərdən biri samitlərin, xüsusən  ağız  boşluğundakı  danışıq 

üzvl

ərinin müxtəlif tərzdə iştirakı ilə yaranan səslər olmasıdır. Belə səslərin isə 



əksəriyyəti küy əsasında, bir qismi küy və avaz əsasında formalaşmışdır” (3, 

106). 


Az

ərbaycan dilçiləri  /b/  -  /p/  və  /d/  -  /t/  fonemlərinin  qarşılıqlı  səslən-

m

əsinə təcrübə yolu ilə aydınlıq gətirmişlər. Bu haqda E.Veysəlov və R.M.İsa-



yev yazmışlar: “Azərbaycan dilçiləri /b/ - /p/ və /d/ - /t/ fonemlərinin qarşılıqlı 

s

əslənməsinə aydınlıq gətirmək üçün təcrübə aparmışlar. Belə ki, onlar təcrübə 



aparatına Azərbaycan dilində bu fonemlərin işləndiyi təkhecalı sözləri səslən-

dirm


ək üçün iki aparıcı təyin etmişdilər. Aparıcıların səsləndirdiyi sözləri dilçi-

l

ər bir cədvəl üzərində müqayisə aparmışlar. Müqayisə nəticəsində məlum olub 



ki, t

əkhecalı sözlərdə /p/ və /t/ samiti əsas samit kimi sözlərdə rast gəlinmir. 

Aparat bu fonemlerin ancaq /b/  v

ə  /d/  fonemlərin tələffüzü  zamanı  hava 

axınının agızdan kar və partlayışlı çıxmasını qeydə almışdır” (3,  106). 

E.Veys


əlov və R.M.İsayev küylü samitlər haqqında bunları qeyd etmiş-

l

ər: “Küylü samitlər iki qrupa bölünür: cingiltili samitlər, kar samitlər: 



a) B

əzən sait səslərin  əmələ  gəlməsində  olduğu  kimi,  samit  səslərin də 

əmələ  gəlməsində səs telləri gərginləşmiş və bir-birinə daha çox  yaxınlaşmış 

olur. Bel

əliklə də ünlü-küylü samitlər əmələ gəlir ki, bunlara cingiltili samitlər 

deyilir. 

Müasir Az

ərbaycan əbədi dilindəki cingiltili samitlər bunlardır: b, v, q, ğ, 



d, z, j, y, g, c.   

b) B


əzən səslərin  əmələ  gəlməsində  səs telləri gərginləşmir,  səs  cığırı 

daralmır və səs telləri bir – birinə çox az yaxınlaşmış olur. Beləliklə, hava axını 

s

əs  cığırından  sərbəst keçir və  səs tellərinin iti titrəməsinə  o qədər də  səbəb 



olmur. S

əs tellərinin belə zəif rəqslənmə ilə əmələ gələn ünsüz – küylü səslərə 

kar samitl

ər deyilir. 

Müasir Az

ərbaycan ədəbi dilindəki kar samitlər bunlardır: /k`/, k, p, s, t, f, 



x, h, ç, ş, /x`/” (3, 106). 

Onlar küy samitl

ərindən bəhs edərkən  Ə.M.Dəmirçizadənin fikirlərinə 

böyük ön


əm vermişlər.  

E.Veys


əlov və R.M.İsayev məqalələrində /b/ və /p/ fonemləri haqqında 

bunları yazmışlar: “/b/ və /p/ samitləri kipləşən, qoşadodaq, saf, küylü samit-

l

ərdir; /b/ və /p/ samitlərinin tələffüzündə alt dodaq üst dodaqla möhkəm surət-



d

ə kipləşir, səs axınının təzyiqi ilə dodaqların bir-birindən aralanması ani olur 

12 



v

ə  bu zaman qüvvətli surətdə  təzyiq edən səs  axını  dodaqların  birdən-birə 

açılması nəticəsində partıltı ilə xarıcə çıxır. Buna görə də fonetistlərin bir qrupu 

/b/  v

ə  /p/  səslərini kipləşən, bir qrupu isə  partlayan samitlər  adlandırır.  Bu 

samitl

ərdən /b/ cingiltilidir, /p/ isə kardır” (3, 105). 



/b/ 

fonemi haqqında danışarkən, qeyd etmək lazımdır ki, bu fonem dili-

mizd

ə  ən çox fərqləndirici  əlamətə  malik fonemlərdən biridir. Mənşəcə  türk, 



rus, Avropa dill

əri, ərəb və fars mənbələri ilə əlaqədardır. 

A.A.Axundov /b/ foneminin f

ərqləndirici əlamətindən danışarkən bunları 

söyl

əmişdir: “/b/ foneminin əsas fərqləndirici əlaməti, onun öz kar korelyativi 



kimi qoşadodaq samiti olmasıdır. Bu cəhətdən o, dilimizdə /d//g/ və /q/ fo-

neml


əri ilə qarşı-qarşıya qoyulur. /v/ foneminə gəldikdə isə, onunla /p – f/ qar-

şılaşdırılmasında olduğu kimi, qeyri-korrelyativ oppozisiya təşkil edir. /b/ fo-

nemi öz korrelyatları ilə sözün müxtəlif mövqelərində qarşı-qarşıya qoyulur: 

a) söz 


əvvəlində: bar – var, bal – val, bağ – dağ, bil – dil, bil – gil, bir – 

gir, bar – qar, boz – qoz.  

b) söz ortasında: yaba – yava, dabaq – davaq, səbr – səvr, oba – oda, 



nigar – nübar. 

c) söz sonunda: dib – div, dib – did, h



əb – həd. 

Yuxarıdakı qarşı – qarşıya qoyulmaya aid misalları nəzərdən keçirdikdə 

m

əlum olur ki, /b/ fonemi öz korrelyatları ilə daha çox söz sonunda dilortası – 



s

ərt damaq və  dilarxası  –  yumşaq damaq cingiltili samitləri ilə  konkret kva-

ziomoniml

ər üzrə, demək olar ki, qarşılaşdırılmır” (2, 223). 

M.

Ş.Şirəliyev də  /b/  fonemi  haqqında  öz  fikirlərini söyəmişdir.  O,  belə 



qeyd etmişdir: “/b/ səsi qoşadodaqda, partlayan və cingiltili vəziyyətdə tələffüz 

olunur. Bu s

əsə  söz  əvvəlində,  söz  ortasında  və  söz  axırında  rast  gəlmək 

mümkündür; m

əs; bal, bala, yaba, çoban, daban, qab, boşqab və s.” (4, 15). 

M.

Ş.Şirəliyev /b/ fonemindən bəhs edərkən, həmçinin qeyd etmişdir ki, 



çoxhecalı sözlərin və şəkilçilərin axırında /b/ səsi bir qədər karlaşır. Buna misal 

olaraq is

ə  kabab,  qutab,  corab,  kitab,  hesab,  alıb,  gəlib  və  s. sözləri göstər-

mişdir (4, 15).  

Ümumiyy

ətlə, dilçilikdə  səslərin ümumi təsnifindən və  onların  əmələ 



g

əlməsində iştirak edən üzvlərin iştirakından məlumdur ki, samitlər sait səslərə 

nisb

ətən daha mürəkkəb  əməliyyat nəticəsində  formalaşıb  meydana  çıxır. 



M.Hüseynzad

ə də samit səslərdən danışarkən, öz yazısında onların əmələ gəl-

m

əsini vurğulamışdır. O, /b/ və /p/ samitlərindən bəhs edərkən bunları söylə-



mişdir:  “Dilimizdəki  /p/,  /b/,  /m/  səsləri  dodaq,  yaxud  qoşa  dodaq  samitləri 

adlanır.  Lakin  bu  səslərin  əmələ  gəlmə  prosesi tamamilə  eyni deyildir. Bəzi 

üzvl

ərin  iştirakından  asılı  olaraq  bunların  da  arasında  müəyyən fərq  vardır; 



m

əs;  /p/,  /b/  səslərinin tələffüzündə  dil  iştirak  etmir  və  möhkəm surətdə  qa-

panmış, bir-birinə yapışmış dodaqlar açıldıqda ağız boşluğundan xaricə çıxmaq 

üçün dodaqların arasında toplanmış havada bir partlayış əmələ gəlir ki, bunun 

n

əticəsində  də  həmin səsləri  eşidirik.  /P/  səsinin  əmələ  gəlməsində  eşidilən 



part

layış  /b/  səsinə  nisbətən daha güclü olur. /P/  səsini tələffüz etdikdə  səs 

13 



tell

əri gərgin vəziyyətdə olmur, /b/ səsini tələffüz etdikdə isə səs telləri gərgin 

v

əziyyətdə olur. Odur ki, bunların biri (/p/) kar, digəri (/b/) cingiltili adlanır. 



Lakin dodaqların iştirakına görə hər ikisi dodaq samiti hesab olunur.” (5, 45). 

Bel


əliklə, müasir Azərbaycan  ədəbi dilinin bir neçə  foneminin fonoloji 

t

əhlili bəzi nəticələr  çıxarmağa  imkan  verir.  Azərbaycan dili samitləri üçün, 



saitl

ərdə  olduğu  kimi  ən  tipik  mövqe  söz  ortasıdır.  Dilimizdə  söz  ortasında 

işlənməyən bir dənə də olsun samit yoxdur. Söz sonu isə samitlərin meydana 

çıxması cəhətdən çox məhduddur. Azərbaycan dilində söz əvvəli və söz ortası 

mövqel

ərində ziddiyyətli olmayan konkret kəmiyyət fərqləri nəzərə alınmazsa, 



kipl

əşən, cingiltili, küylü və ağız samitləri daha çox işlənir. Həmin samitlər söz 

əvvəli mövqeyi üçün xüsusən səciyyəvidir. 

 

ƏDƏBİYYAT 

1. 


Журн. “Советская тюркология”/ № 4, Академия Наук Азербайджана, 1973 

2. Axundov A.A. Az

ərbaycan dilinin fonemlər sistemi. Bakı: Maarif, 1973, 304 s. 

3. 


Журн. “Советская тюркология”/ № 5, Академия Наук Азербайджана, 1987  

4. Şirəliyev M.Ş. Azərbaycan dili orfoepiyasının əsasları. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 

1970, 28 s. 

5. Huseynzad

ə M. Müasir Azərbaycan dili (fonetika, morfologiya). Bakı: Azərbaycan Dövlət 

T

ədris – Pedaqoji Ədəbiyyat Nəşriyyatı, 1963, 276 s. 



 

ФОНЕТИЧЕСКИЕ ВОПРОСЫ В ЖУРНАЛЕ  

«СОВЕТСКАЯ ТЮРКОЛОГИЯ» (1973 – 1987 гг.) 

 

Ш.М.ИБРАГИМОВА  

 

РЕЗЮМЕ 

 

Длительный  контакт  русского  и  тюркских  языков  народов  СССР,  развитие  дву-

язычия  обусловили  возникновение  в  речи  носителей  тюркских  языков  определенных 

отклонений  от  нормы,  называемых  интерференцией.  Вопросы  появления  в  тюркских 

языках  новых фонем в связи с заимствованием слов из русского языка вряд  ли можно 

считать окончательно решенным.  

 

Ключевые слова: лингвистика, тюркология, фонетика, фонем, гласный, согласный 

 

ISSUES OF PHONETICS IN THE JOURNAL “SOVİET TURKOLOGY” (1973 – 1987) 

 

Sh.M.IBRAHIMOVA  

 

SUMMARY 

 

The prolonged contact of Russian and Turkic languages of the USSR, the development 

of bilingualism resulted in the emergence of speech of native Turkic languages of certain ab-

normalities, called interference. Questions of appearance of new phonemes in the Turkic lan-

guages in connection with the borrowing of words from the Russian language can hardly be 

considered as finally settled. 



 

Key words: linguistics, Turkology, phonetics, phoneme, vowel, consonant 

14 

Yüklə 214,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə