İbrahimova Şəhla Mais qızı



Yüklə 73,47 Kb.
Pdf görüntüsü
tarix08.12.2017
ölçüsü73,47 Kb.
#14682


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

UOT 94(47)05 

 

TEST ÜSULUNUN TƏTBİQİ  

M

İLLİ TƏHSİL SİSTEMİMİZİN İLK UĞURUDUR 

 

G.H.MAHMUDOVA 

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu 

gulnaz-78@inbox.ru 

 

M



əqalədə müstəqilliyin ilk illərində respublikamızda həyata keçirilən təhsil islahatları-

nın  mühüm  tədbirlərindən biri olan  ali və  orta ixtisas təhsili müəssisələrinə  test üsulu ilə 

t

ələbə qəbulu məsələləri araşdırılmışdır. Dünyanın bir çox ölkələrinin təhsil sistemində tətbiq 

olunan test üsulunun geniş üstünlükləri göstərilmiş, bu sistemin təkmilləşdirilməsi üçün ölkə-

mizd

ə həyata keçirilən tədbirlər öyrənilmişdir.  

 

Açar sözl



ər: test sistemi, tələbə qəbulu, ali təhsil  

 

Müst


əqillik  qazanmış  ölkəmizin gələcək  inkişafı,  onun  dünya  dövlətləri 

ərisində  layiqli  yer  tutması,  dövlətçiliyimizin möhkəmlənməsi,  hər  şeydən 



önc

ə, təhsilimizdən,  onun  inkişaf  sürətindən  asılıdır.  Təhsilimizin  inkişafı  və 

t

ərəqqisi, milli təhsilimizi  necə  qurmağımızdan,  milli  və  ümumbəşəri dəyər-



l

ərdən, dünya təcrübəsindən necə bəhrələnəcəyimizdən, təhsilimizi hansı prin-

sipl

ər  əsasında  idarə  edəcəyimizdən  asılıdır.  Bütün  bunlar  milli  təhsil siste-



mimizin yeni m

əzmun və mahiyyətdə qurulmasını zəruri edir. 

1992-ci ild

ə respublikamızda ali məktəblərə tələbə qəbulu prinsipcə yeni-

test sistemi 

əsasında həyata keçirilməyə başladı.  

Test ingilis sözü olub, 

“sınaq”,  “yoxlama”,  ”tədqiqetmə” deməkdir.  İlk 

d

əfə 1964-cü ildə Böyük Britaniyada C.Fişeir tətbiq etmişdir. Hal-hazırda istər 



Amerikada, ist

ərsə də Qərbi Avropa ölkələrində şifahi oxu, yazılış keyfiyyəti, 

orfoqrafiya, c

əbr, həndəsə, fizika, tarix, coğrafiya və digər fənlər üzrə müvəf-

f

əqiyyət testlər vasitəsilə  ölçülür və  ali məktəblərə  qəbul  zamanı  testdən 



istifad

ə edilir. 

Avropa ölk

ələrində testləşdirmə bankının yaradılması artıq onilləri əhatə 

edir. Türkiy

ədə  isə  bununla 1975-ci ildən məşğul  olurlar.  Bu  ölkələrdə  test 

sisteml

əri tərəqqi edir və  öz kökünü saxlamaqla müəyyən ictimai tələblərə 



uyğunlaşdırılır. SSRİ dağılana qədər hesab olunmuşdur ki, burjua psixologiya-

sının  yeganə  metod kimi istifadə  etdikləri testlər vasitəsilə  uşaqların 

172 



intellektual inkişaf səviyyələrini yoxlamaq cəhdləri və əldə olunan nəticələrin 

şərhi elmi prinsiplərə  əsaslanmır.  Sovet  psixologiyasında  testlərdən müəyyən 

sah

ələrdə, məsələn psixo-patoloji  diaqnostikada,  Daxili  İşlər Nazirliyində, 



Müdafi

ə  Nazirliyində  şəxsin  peşəyə  yararlığını  və  s. yoxlamaq üçün istifadə 

olunmuşdır [10, 12 ]. 

Fikrimizc

ə, keçmiş SSRİ-də, eyni zamanda Azərbaycanda da tətbiq olu-

nan imtahan üsulu dünyanda 

ən güclü və mütərəqqi üsullardan biri idi. Həmin 

üsuldan istifad

ə zamanı demək olar ki, abituriyentlərin bütün xüsusiyyətləri və 

bilik s


əviyyəsi üzə  çıxa  bilərdi. Çünki bu üsulun həqiqi praktiki tətbiqi abi-

turiyent


ə digər yalançı metodlardan istifadə etməyə heç bir imkan vermirdi. Bu 

üsulun 


əhəmiyyəti onda idi ki, burada abituriyent imtahan götürən müəllimlə 

üzb


əüz söhbət edirdi. Deməli,  onun  şəxsi keyfiyyətlərinin biruzə  verilməsi 

üçün geniş imkanlar yaranırdı ki, bu da abituriyentləri bilik səviyyələrinə görə 

bir-birind

ən ayırmağa kömək edirdi. Lakin qəbul imtahanlarında rüşvətlə, tap-

şırıqla yüksək qiymət almaq kimi neqativ hallar baş verirdi [7]. Belə halların 

baş  verməsinin  qarşısını  almaq,  qəbul imtahanlarında  obyektivliyi  tam  təmin 

etm

ək qeyri-mümkün idi.  



Test üsulundan istifad

ənin  əsas müsbət cəhətlərindən biri “subyektiv” 

amilini sıxışdırıb aradan çıxarmaqdır. 

Keçmiş  SSRİ-nin  dağılmasından  sonra  bütün  sahələrdə  olduğu  kimi 

Rusiyada v

ə müttəfiq respublikalarda təhsil sahəsində də dəyişikliklərin həyata 

keçirilm

əsi məsələləri qarşıya  çıxdı. Başlıca məsələlərdən biri ABŞ və  Qərbi 

Avropa t

əhsil sisteminə  yaxınlaşmaq  idi.  Çünki  dünyanın  ən nüfuzlu univer-

sitetl

ərinin çoxu bu sistemə  keçmişdir.  Bu  problemin həllində  ən aktual mə-



s

ələlərdən biri şagird və tələbələrin biliyinin test üsulu ilə qiymətləndirilməsi 

m

əsələsi idi. Təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası dünyada qəbul 



olunmuş test sisteminin ölkəmizdə də tətbiqini zəruri etdi. 

Alternati

vi olmayan test üsulundan keçmiş SSRİ respublikaları arasında 

ilk d


əfə məhz Azərbaycanda istifadə olundu. 

Test sisteminin universal t

ələbləri imkan verir ki, hər bir vətəndaş öz bilik 

v

ə qabiliyyətinə görə təhsil almaq hüququ qazana bilsin və imtahan nəticələrinə 



gör

ə təhsilin vəziyyəti, biliyin səviyyəsi ümumdövlət çərçivəsində aşkar edil-

sin. Testin 

əsas məğzi və qayəsi bundan ibarətdir ki, eyni ixtisaslara yiyələn-

m

ək istəyən abituriyentlər üçün bərabər imkanlar, bərabər  şərait  yaradılır, 



onların qarşısında eyni tələbləri qoyur və cavablarının qiymətləndirilməsi pro-

sesi vahid meyarlar 

əsasında, heç bir kənar təsir olmadan kompüter vasitəsilə 

aparılır. Bu yolla imtahan prosesində subyektivlik faktoru aradan götürülür, hər 

bir abituriyent ali m

əktəbə öz bilik və bacarığı sayəsində qəbul olmaq imkanı 

qazanır [7]. 

T

ələbə  qəbulu təhsil sahəsində  dövlət siyasətinin strateji istiqamətlərin-



d

ən biridir. Ümumtəhsil məktəb məzunlarının  düzgün  peşə  seçməsini, ali və 

orta t

əhsil müəssisələrinə qəbul zamanı obyektivliyi təmin etmək, mövcud ne-



qativ halları aradan qaldırmaq məqsədilə qabaqcıl ölkələrin təcrübəsinə əsasla-

173 



naraq t

ələbə  qəbulu  işini  mərkəzləşdirilmiş  qaydada  həyata keçirmək üçün 

Az

ərbaycanda 1992-ci ildə  Tələbə  Qəbulu üzrə  Dövlət  Komissiyası  (TQDK) 



yara

dıldı. Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 1992-ci il tarixli 

f

ərmanı ilə “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komis-



siyası haqqında Əsasnamə” təsdiq edildi.  

1992/93-cü t

ədris ilində TQDK tərəfindən ilk tələbə qəbulu keçirildi [9,  

296]. Müst

əqilliyin ilk illərində  bu istiqamətdə  müəyyən çətinliklər olsa da, 

zaman keçdikc

ə  bu proses daha da təkmilləşdirildi,  qaydalarda  dəyişikliklər 

edildi. 


Test imtahan prosesi birbaşa ciddi dövlət nəzarəti altında həyata keçirilir 

v

ə bu prosesin nəticəsi kompüter vasitəsilə müəyyənləşir. Ciddi nəzarət mexa-



nizminin t

ətbiq olunduğu test imtahanının cavab kartlarında hər hansı “əməliy-

yatın” aparılması, şəxsi və maddi marağı olan şəxslərin belə bir prosesə müda-

xil


əsi qeyri mümkündür. Bu isə bütün neqativ halların, təhsil sistemimizdə kök 

salmış  “tapşırıq”  və  rüşvətin  qarşısını  tamamilə  alır  və  abituriyentlərin biliyi 

obyektiv yoxlanılır. Ona görə də istedadı və qabiliyyəti, bilik və zəkası, yüksək 

intellektual s

əviyyəsi ilə seçilən hər gəncin öz zəhməti hesabına tələbə  adına 

layiq görül

əcəyi şübhə doğurmur. 

TQDK h


ər il tələbə qəbulu ilə əlaqədar bütöv bir elmi-metodiki, təşkilati 

t

ədbirlər  kompleksi  hazırlayıb  həyata  keçirir.  TQDK  imtahanın  mahiyyəti, 



metodiki c

əhəti, həmçinin onun təşkili texnalogiyaları ilə bağlı işləri də ildən-

il

ə təkmilləşdirir, yeni formalar tətbiq edir. Dövlət Komissiyasının fəaliyyətinin 



mühüm istiqam

ətlərindən birini imtahanın məzmunu əhatə edən işlər təşkil edir. 

Buraya testl

ərin qəbulu, müzakirəsi,  ekspertizası,  qəbul  proqramlarının 

t

ətbiqi, testlər bankının zənginləşdirilməsi, metodiki ədəbiyyatın hazırlanması, 



n

əşri, yayımı və s. daxildir. Bu işlərin mərkəzində isə belə bir prinsip dayanır: 

t

ədrisin bu və ya digər məktəbdəki səviyyəsindən asılı olmayaraq abituriyentlər 



qarşısında hər bir imtahan fənni üzrə eyni vahid dövlət standartı səviyyəsində 

t

ələblər qoymaq. Gənclərin qəbul imtahanlarına hazırlaşmalarına metodik kö-



m

ək daim diqqət mərkəzində  saxlanılır.  Onlara  kömək məqsədlə  bütöv bir 

elmi-metodiki, t

əşkilati  tədbirlər  kompleksi  hazırlayıb  həyata keçirir. Buraya 

elmi-metodiki materiallar – 

ayrı-ayrı fənlər üzrə qəbul proqramları, imtahana 

hazırlığın optimal yollarına dair metodiki tövsiyələr, fənn proqramlarının çətin 

mövzularına dair mütəxəssis şərhləri, model testlər və s. daxildir. Məktəblilərə 

testl

ərlə  işləmək vərdişlərinin  artırılması  və  keçilən  mövzuların  onlara  daha 



yaxşı  mənimsədilməsi  üçün fənlər və  siniflər üzrə  test  kitabçaları  hazırlanıb 

n

əşr olunur. TQDK imtahana hazırlaşan gənclərə öz hazırlıq səviyyələrini yox-



lamaqda, test imtahanının texnologiyasına bələd olmaqda və ona psixoloji cə-

h

ətdən alışmaqda kömək etmək üçün sınaq imtahanı keçirir. Sınaq imtahanları 



əvvəl yalnız Bakıda və ölkənin digər iri şəhərlərində keçirilirdisə, 2001-ci ildən 

abituriyentl

ərin və  təhsil ictimaiyyətinin müraciətləri nəzərə  alınaraq  respub-

likanın bir sıra kənd rayonlarında da təşkil olunub [4, 2]. 

İmtahanı  idarə  edən heyətin seçilməsi, abituriyentlərin  imtahan  zalları 

174 



üzr

ə paylanması, bankdan testlərin seçilməsi, nəticələrin emalı prosesləri tam 

avtomatlaşdırılıb  və  bu  iş  kompüter  vasitəsilə  yerinə  yetirilir.  Komissiyanın 

işində  respublikanın  elmi  və  pedaqoji kollektivlərinin təcrübəli və  tanınmış 

nümay

əndələri  iştirak  edirlər. Bu məqsədlə  komissiyada bütün fənnlər üzrə 



daimi f

əaliyyət göstərən elmi-metodiki seminarlar və  ekspert  şuraları  təşkil 

edilmiş, bu işə Elmlər Akademiyasının, ali və ümumtəhsil məktəblərinin, elmi-

metodiki m

ərkəzlərin təcrübəli mütəxəssisləri cəlb olunmuşlar [2, 1]. 

Komissiyanın  mətbu  orqanı  olan  “Abituriyent”  jurnalı  1996-cı  ildən 

böyük tirajla n

əşr edilir. Jurnalın təkcə 2005-ci ildə 70-dən çox adda sayı və 

xüsusi buraxılışı Azərbaycan və rus dillərində nəşr edilib qəbula hazırlaşanların 

istifad


əsinə  təqdim  olunub. Buraya  ayrı-ayrı  fənlər üzrə  qəbul  proqramları, 

f

ənn  proqramlarının  çətin  mövzularına  dair  mütəxəssis  şərhləri, siniflər və 



f

ənlər üzrə test topluları, model testlər, elektron dərs vəsaitləri və s. daxildir. 

Bu jurnalda abituriyentl

ərə elmi-metodiki və informatik materiallar vaxtlı-vax-

tında çatdırılır. Müntəzəm nəşrə çevrilən “Abituriyent” jurnalı gənclərin qəbul 

imtahanlarına səmərəli və məqsədyönlü hazırlaşmasında əvəzsiz rol oynayır. 

İmtahana düşən hər bir fənn üzrə hazırlanan testlər bankı (hər fənn üzrə 

orta hesabla 4 mind

ən 8 minədək, birlikdə isə 100 minə qədər testi əhatə edən 

bank) 2001-ci ild

ən leqallaşdırılaraq  məcmuələr şəklində nəşr və təkrar nəşr 

edil


ərək abituriyent və müəllimlərin istifadəsinə verilmişdir. Testlər bankında  

sualların qəbul proqramlarına, dərsliklərin bölmələrinə uyğun qruplaşdırılması 

ondan istifad

ə edənlərə öz biliklərini yoxlamağa, möhkəmləndirməyə, testlərlə 

işləmək vərdişlərinə yiyələnməyə və s.-yə imkan yaratmışdır. 

2001-ci ild

ə TQDK-nın İnternetdə saytı açılmışdır. Onun strukturu dün-

yada q


əbul olunmuş standartlara uyğundur. Komissiya İnternet saytının köməyi 

il

ə dünya informasiya sisteminə qoşulub. TQDK-nın öz mətbəəsi yaradılıb [4, 



3]. 

Q

əbul imtahanlarına hazırlıq ərəfəsində abituriyentlərin öz hazırlıq səviy-



y

ələrini yoxlamaları, test imtahanının texnologiyasına bələd olmaları üçün sı-

naq imtahanları təşkil olunur. Bölgələrdən olan abituriyentlərin həmin prosesdə 

iştirakına şərait yaratmaq məqsədilə bu tədbir mütəmadi qaydada bölgələrdə də 

keçirilir. 2005-ci ild

ə bütövlükdə respublikanın 24 rayonunda sınaq imtahanları 

keçirilib v

ə onlarda 1300-dən çox abituriyent iştirak edib. 

TQDK 

ənənəvi olaraq hər il ali və orta ixtisas məktəblərinə tələbə qəbu-



lu

nun  geniş  və  əhatəli elmi-statistik təhlilini  aparır,  qazanılan  nailiyyətləri 

ümumil

əşdirir,  çatışmazlıqları  aşkara  çıxarır,  nöqsanların  aradan  qaldırılması 



üçün tövsiyy

ələr hazırlayır, daha sonra bütün bunların yekunundan materialları 

çap ed

ərək ictimaiyyətə çatdırır [2, 1]. 



TQDK imtahan prosesinin şəffaflığının təmin edilməsi, imtahanın bütün 

m

ərhələlərində ictimaiyyətin hərtərəfli məlumatlandırılması üçün tədbirlər gö-



rür. Q

əbul kampaniyasının gedişi və ayrı-ayrı mərhələləri ardıcıl olaraq İnter-

netd

ə  və  kütləvi informasiya vasitələrində  işıqlandırılır.  Dövlət Komissiyası 



vaxt

aşırı  məlumat konfransları  və  brifinqlər keçirir, televiziya və  radio vasi-

175 



t

əsilə  müntəzəm  olaraq  birbaşa  tamaşaçılarla  canlı  ünsiyyəti təmin edən ve-

rilişlər təşkil edir. İmtahandan bir neçə gün sonra isə Komissiya imtahanlarda 

t

ətbiq  olunmuş  test  tapşırıqlarını  və  onların  ekspertizadan  keçirilmiş  düzgün 



cavablarını  “Abituriyent”  jurnalında  çap  edir.  İlboyu  qəbul prosesinin bütün 

aktual m


əsələlərinə  dair məlumatlar Dövlət  Komissiyasının  İnternet  saytında 

Az

ərbaycan, rus, ingilis dillərində yerləşdirilir və bunlar müntəzəm olaraq tə-



z

ələnir. Saytda informasiya mübadiləsi xidməti də fəaliyyət göstərir ki, bunun 

vasit

əsilə hər kəs qəbulla bağlı maraqlandığı suallara operativ cavab ala bilər. 



H

ər il imtahanların nəticələrinin geniş elmi-statistik təhlili aparılır. Əldə olunan 

materiallar çap edilib mü

əllimlərin, təhsil  işçilərinin istifadəsinə  verilir. Ali 

m

əktəblərə tələbə qəbulu zamanı abituriyentlərin peşə seçiminin səmərəliliyini 



yüks

əltmək məqsədilə  ixtisas  qruplarının  sayı  artırılmışdır.  Belə  ki, 1992-ci 

ild

ə 5 ixtisas, 1993-cü ildə 10 ixtisas seçməyə imkan verilirdisə, 1998-ci ildə 



ixti

sasların sayı 15 idi. Abituriyentlərə 5 ödənişli ixtisas  seçmək imkanı da ya-

radılmışdır  [3,  4].  Qeyd  etmək  lazımdır  ki,  TQDK  eyni  zamanda  abituri-

yentl


ərlə  peşəyönümü  işi  də  aparır.  Tələbə  Qəbulu üzrə  Dövlət  komissiyası  

peşəyönümü  işinin  aparılması  istiqamətində  təşəbbüs göstərərək  ixtisasların 

mahiyy

əti, perspektivləri, onlara tələbat sahələri  haqqında  materiallar  hazır-



layıb dərc edir. Eləcə də xüsusi qabiliyyət tələb edən ixtisaslara gənclərin meyl 

v

ə marağını gücləndirmək, onların qəbula hazırlığına kömək göstərmək məq-



s

ədilə hər il ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları ilə 

bağlı metodiki materiallar hazırlayıb çap edir, televiziya verilişləri təşkil edir 

v

ə  s. Görülən tədbirlər, gənclərin  peşəyönümü və  ixtisas  seçimi  işinin  yaxşı-



laşdırılmasına, abituriyentlərin imtahan nəticələrinə faydalı təsir göstərir [5, 7]. 

Bütün bunların nəticəsidir ki, son illər abituriyentlərin bilik səviyyəsi və 

ixtisaslar üzr

ə keçid balları da yüksəlmişdir. Əgər 1996-cı ildə abituriyentlərin 

40 faizi 0-100 bal h

əcmində bilik nümayiş etdirirdisə, 1999-cu ildə bu rəqəm 

29 faiz t

əşkil etmişdir [6, 4]. 

Az

ərbaycan Respublikası Prezidentinin  6 aprel 2005-ci il tarixli Fərmanı 



il

ə  “Azərbaycan  Respublikasının  Tələbə  Qəbulu üzrə  Dövlət  Komissiyası 

haqqında Əsasnamə” yenidən təsdiq olundu. Həmin Əsasnaməyə uyğun olaraq, 

t

əşkilat-hüquqi və  mülkiyyət  formasından  asılı  olmayaraq,  Azərbaycan 



Respublikasının  ali  təhsil məktəblərinin bütün səviyyələrinə  (magistratura da 

daxil olmaqla) m

ərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi, 

dövl


ətlərarası  razılaşmalara  əsasən  Azərbaycan  Respublikası  vətəndaşlarının 

xarici dovl

ətlərin ali məktəblərinə qəbulunun aparılması səlahiyyətləri Tələbə 

Q

əbulu üzrə Dövlət Komissiyasına verildi [7, 25]. 



Testin 

əsas məğzi  və  qayəsi bundan ibarətdir ki, eyni ixtisaslara yiyə-

l

ənmək istəyən şəxslər üçün bərabər imkanlar, bərabər şərait yaradılır, onların 



qarşısında eyni imtahan tələbləri qoyur və cavablarının qiymətləndirilməsi pro-

sesi vahid meyarlar 

əsasında, heç bir kənar təsir olmadan kompüter vasitəsilə 

aparılır  [4,  2]. Bu yolla imtahan prosesində  subyektivlik faktoru aradan 

götürülür, h

ər bir şəxs ali məktəbə öz bilik və bacarığı sayəsində qəbul olmaq 

176 



i

mkanı qazanır. Test üsulu hər şeydən əvvəl Azərbaycan təhsil sistemində kök 

salmış neqativ halların aradan qaldırılmasına istiqamətləndirilmişdir. Bu sistem 

t

əhsildə biliyin yeganə və etibarlı dəyərləndirmə vasitəsidir. Hazırda ölkəmizdə 



testl

ə qəbul imtahanı bu sahədə olan rüşvətin qarşısını  tamamilə almışdır. 

Respublikamızda  təhsil sisteminin təkmillışdirilməsi prosesində  ali və 

orta ixtisas m

əktəblərinə tələbə qəbulunun test üsulu ilə keçirilməsi bu sahədə 

kök  salmış  mənfi  halları  aradan  qaldırmışdır.  İctimaiyyətdə  böyük rəğbətlə 

qarşılanmış test üsulu tələbə kontingentinin daha bilikli və istedadlı gənclərdən 

t

əşkil  edilməsi  üçün  geniş  imkanlara  malikdir.  Bütün  başqa  üsullarla  müqa-



yis

ədə ali məktəblərə qəbul prosesində ən ədalətli üsul kimi tanınmışdır. 

Az

ərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dünya təcrübəsində 



daha müasir, daha 

ədalətli hesab olunan test üsulu ölkəmizdə  uğurla  tətbiq 

olunmuş  və  günü-gündən təkmilləşdirilərək müxtəlif problemlər  yaşayan 

ölk


əmizin ən əsas nailiyyətlərindən biri kimi dəyərləndirilmişdir.  

 

ƏDƏBİYYAT 

1. 

Abituriyent jurnalı. Elmi-statistik araşdırma: faktlar, məlumatlar, tövsiyələr. Bakı,1996, № 12  



2. Abituriyent jurnalı. Tələbə qəbulu- 98: nəticələr. Bakı, 1998, № 12 

3. Abituriyent jurnalı. Tələbə qəbulu- 2000: nəticələr. Bakı, 2000, № 12 

4. Abituriyent jurnalı. Tələbə qəbulu- 2001: nəticələr. Bakı, 2001, № 12 

4. Abituriyent jurnalı. 2002/2003-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik 

t

əhlili. Bakı, 2003, № 1 



6. Abituriyent jurnalı. Tələbə qəbulu- 2005: nəticələr. Bakı, 2005, № 12 

7. “Az


ərbaycan müəllimi” qəz., Bakı, 1993, № 4 

8. M


ərdanov M. Azərbaycan təhsil tarixi. IVc. Bakı: Təhsil, 2012, 912 s. 

9. Qaffarov T.B. Az

ərbaycan  Respublikası.  Əsrə  bərabər on il (1991-  2001).  Bakı:  Tural-Ə, 

2001, 325 s. 

10. Мишин B.Реформа начинается с образования // Yurd  jurn., Bakı,1999, № 14, 24 c. 

  

 

 

ИСПОЛЬЗОВАНИЕ ТЕСТОВОЙ СИСТЕМЫ – ПЕРВАЯ УДАЧА  

В НАЦИОНАЛЬНОЙ СИСТЕМЕ ОБРАЗОВАНИЯ 

 

Г.Г.МАХМУДОВА 

 

РЕЗЮМЕ 

 

В статье были рассмотрены вопросы приема студентов в высшие и средние учеб-

ные  заведения  Азербайджанской  Республики  тестовым  методом  в  контексте  проводи-

мых  в  стране  первые  годы  независимости  реформ  в  области  образования.  Подвергнув 

сравнительному анализу применяемые в разных странах мира тестовой системы экзаме-

нирования, мы указали преимущества подобного метода. В статье также изучены меры, 

проводимые в нашей стране в целях усовершенствования указанной системы. 

 

Kлючевые слова: тестовая система, прием студентов, высшее образование. 



 

 

177 



THE IMPLEMENTATION OF THE TEST METHOD IS THE FIRST SUCCESS  

OF OUR NATIONAL EDUCATION SYSTEM 

 

G.H.MAHMUDOVA 

 

SUMMARY 

 

The article analyzes students’ admission to higher and secondary specialized educational 

institutions by test method – one of the important measures of educational reforms implemen-

ted in the country in the first years of independence. The great advantages of the test method 

widely used in the  education systems  of many countries  are highlighed,  and the activities 

carried out in the country to improve this system are studied. 



 

Key words: test system, students’ admission, higher education 

178 

Yüklə 73,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə