İbrahimova Şəhla Mais qızı



Yüklə 81,85 Kb.
Pdf görüntüsü
tarix02.06.2018
ölçüsü81,85 Kb.
#47351


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

47.09.09 – 

Müxtəlif ölkələrin və  

xalqların ədəbiyyatı tarixi  

UOT 821 (091) 

 

COZEF KONRADIN NEOROMANTİZMİNİN  

ÖZÜNƏMƏXSUS XÜSUSİYYƏTLƏRİ 

 

N.A.HƏSƏNOV  

Bakı Dövlət Universiteti 

namiq_hesenov@mail.ru 

 

Təzadlı şəxsiyyət olan Cozef Konrad eyni zamanda zəmanəsinin bütün ictimai-siyasi və 

ədəbi hadisələrini həssaslıqla izləməsinə, lakin şüurlu şəkildə ədəbi tendensiyalardan hər za-

man  kənar  durmasına  baxmayaraq  ədəbiyyatın  simasının  dəyişməsinə  nail  olmuş  şəxsdir. 

Qrem  Qrin  və  Ceyms  Oldric  kimi  ingilis  yazıçıları  onun  ədəbi  varisləri  sayılır.  Onun  yara-

dıcılığının  xarakterik  cəhəti  odur  ki,  klassik  romantizmdən  fərqli  olaraq  neoromantizmdə 

realist ədəbiyyatın yaradıcılıq uğurlarına əhəmiyyət verilirdi.  

 

Açar 

sözlər: romantizm, neoromantizm, realizm, Cozef Konrad, ingilis ədəbiyyatı 

   

Görkəmli  ingilis  yazıçısı  R.L.Stivensondan  sonra  Cozef  Konrad  ingilis 

neorom

antizminin ikinci böyük simasıdır. O, 1857-ci il dekabr ayının 3-də Ru-



si

ya imperiyasının Kiyev quberniyasının Berdiçev şəhərinin yaxınlığındakı Te-

re

xovo  kəndində  şair  Apollon  Korjenevskinin  ailəsində  anadan  olmuşdur. 



Onun  əsl  adı  Yozef Teodor Konrad Korjenevskidir. Yozef  Konradın  atası 

Apollon Kor

jenevski mənşəcə polyak əsilzadələrindəndir. O, Polşanın Rusiya 

imperiya


sı boyunduruğundan azad olunması uğrunda gedən milli-azadlıq hərə-

ka

tında iştirakına görə həbs olunaraq Rusiyanın Voloqda əyalətinə sürgün edil-



mişdir.  Onun  arvadı  Evelina  Korjenevskaya  (Bobrovskaya)  4  yaşlı  oğlu 

Yo

zeflə birlikdə könüllü olaraq ərinin arxasınca sürgünə yollanmışdır. 1865-ci 



ildə  Apollon  Korjenevski  arvadının  səhhətinin  kəskin  şəkildə  pisləşməsi  ilə 

əlaqədar  olaraq  ailəsinin  Çerniqov  şəhərinə  köçməsi  üçün  çar  üsul-idarəsinin 

məmurlarından razılıq almağa nail olur. Elə həmin il Apollon Korjenevskinin 

arvadı vərəm xəstəliyindən ölür. Ata və oğul ilk vaxtlar Lvov, sonra isə Krakov 

şəhərində yaşamaq üçün, nəhayət ki, çar hökumətindən razılıq ala bilirlər. Ağır 

sürgün həyatı,  aclıq və  xəstəliklər, təqiblər  və olmazın  təhqirlər 1869-cu  ildə 

Apollon Korje

nevskinin də həyatına son qoyur. Yetim qalmış 11 yaşlı Yozefi 

27 



dayısı Fadey Bobrovski öz himayəsinə götürür.  

Günlərin birində dayısı onu Odessaya aparır. Burada gənc Yozef ilk dəfə 

Qara dənizi görür və bu onun gələcək taleyini həmişəlik olaraq dəyişir. İngilis və 

fransız macəra romanlarının təsiri altında Yozef dənizçi olmaq həvəsinə düşür.  

1874-

cü ildə Konrad 17 yaşında olarkən dayısının razılığı ilə Marsel şə-



hərinə  gedərək  fransız  ticarət  donanmasında  matros  kimi  fəaliyyətə  başlayır. 

Konrad 1875-1877-

ci  illərdə  müxtəlif  gəmilərdə  qulluq  etmiş,  Don  Karlosun 

is

pan  taxtına  çıxarılması  üçün  kontrabanda  yolu  ilə  onun  tərəfdarlarına  dəfə-



lərlə silah ötürmüşdür. Dörd il sonra, 1878-ci ildə 20 yaşı tamam olan Yozef 

çar Rusiyası ordusunda hərbi qulluqdan yayınmaq üçün Fransadan (belə ki, o 

vaxtlar Fransa hərbi qulluqdan yayınan Rusiya vətəndaşlarını Rusiyaya depor-

tasiya edirdi) İngiltərəyə mühacirət edərək ingilis dəniz donanmasında qulluq 

et

mişdir. Müxtəlif gəmilərdə əvvəlcə matros, sonra gəmi kapitanının ikinci kö-



məkçisi, 1884-cü ildə birinci köməkçisi olmuş, 1886-cı ildə isə imtahan verə-

rək gəmi kapitanı vəzifəsini tutmaq üçün sertifikat alır. Elə həmin il o, Britani-

ya vətəndaşlığını alaraq adını rəsmi şəkildə Cozef Konrada dəyişir və ilk əsəri 

olan “Qara şturman” (The Black Navigator, 1886) adlı hekayəsini yazır.  

1890-

cı ildə C.Konrad “Rua-de-Belj” gəmisinin kapitanı kimi Konqo ça-



yında səyahətə çıxır. Səyahət zamanı malereya və revmatizm xəstəliklərinə yo-

lu

xan Konradın səhhəti ömrünün sonuna qədər düzəlmir. Onun yaddaşına həkk 



olunan  Afrika  təəssüratları  sonralar  “Qaranlığın  ürəyi”  (Heart  of  Darkness, 

1902) adlı povestini yazmaq üçün əsas olur.  

1893-

cü ildə  ingilis  yazıçısı  Con Qolsuorsi  Adelaida  limanında  C.Kon-



radın “Torrens” adlı gəmisinə minməli olur. Yazıçı ilə tanış olan Konrad “Ol-

meyrin şıltaqlığı” (Almayer’s Folly, 1895) adlı ilk romanının əlyazmasını oxu-

maq  üçün  Qolsuorsiyə  verir.  Əsəri  oxuyan  C.Qolsuorsi  Konrada  əsərlə  bağlı 

fik


rini, iradlarını, qeydlərini söyləyərək onun yazı tərzini bəyəndiyini və ədəbi 

yaradıcılıqda mütləq uğur qazanacağını söyləmişdir. Əsər çap olunduqdan son-

ra  Konradın  ədəbi  debütü  başlanır.  Bu  əsərdən  sonra  o,  bir-birinin  ardınca 

“Sürgün edilmiş adam” (An Outcast of the İslands, 1895), “Narsisdən olan zən-

ci” (The Nigger of Narcissus, 1897), “Lord Cim” (Lord Jim, 1900), “Nostro-

mo” (1904) adlı romanlarını, “Qaranlığın ürəyi” (Heart of Darkness, 1902) adlı 

po

vestini və başqa əsərlərini yazır. Rus yazıçısı F.M.Dostoyevskinin təsiri al-



tında  Konrad  “Gizli  xəfiyyə”  (The  Secret  Agent,  1907),  “Gizli  ortaq”  (The 

Sec


ret  Accomplice,  1907),  “Qərbin  gözləri  ilə”  (Under  Western  Eyes,  1911) 

adlı bir neçə siyasi romanlarını yazır. Onun şöhrəti günü-gündən artır. 1914-cü 

ildə  polyak  ədəbiyyatçısı  Yozef  Retingelin  dəvəti  ilə  Konrad  Polşaya  gəlir. 

Onun Polşaya gəlişi I Dünya müharibəsinin başlanmasına təsadüf etdiyi üçün 

Konrad buradan böyük çətinliklə çıxa bilir. O, Bonopart Napoleona həsr etdiyi 

“Hələ ki, şans var” (Chance) adlı romanını yazmaq üçün 1921-ci ildə Korsika-

ya, 1923-

cü ildə isə ABŞ-a səyahət edir. Konrad 1924-cü ildə Böyük Britaniya 

höku

mətinin onu təltif etdiyi cəngavər rütbəsindən imtina etmişdir, çünki onun 



bir polyak əsilzadəsi kimi öz ailə gerbi vardı.  

28 



Konrad Cessi Corc adlı ingilisəsilli bir qadınla evlənmiş və bu evlilikdən 

on

ların Boris və Con adlı övladları dünyaya gəlmişdir. Konrad “Torrens” gə-



mi

sinin  göyərtəsində  C.Qolsuorsi  ilə  başlanmış  dostluğunu  ömrünün  sonuna-

dək  davam  etdirmişdir.  O,  tənqidçi  Edvard  Qarnetlə,  yazıçılardan  Ford  Mer-

doks Fordla, Henri  Ceymslə, Herbert Uelslə,  filosof Bertran Rassellə  dostluq 

etmişdir.  

Konrad öz əsərlərini ingilis dilində yazmışdır. O, polyak dilindən başqa 

fransızca da sərbəst danışırdı. Deyilənə görə o, rus dilini də bilirdi, lakin bunu 

nədənsə hər dəfə inkar edirdi. Buna baxmayaraq, Konradın əsərlərində böyük 

rus  yazıçısı  F.M.Dostoyevskinin  ədəbi  təsirinin  hiss  olunduğu  fikrini  söylə-

yənlər də  vardır. Konrad  Dostoyevski  haqqında söhbətlərində,  məsələn, onun 

“Karamazov qardaşları” əsəri haqqında danışarkən bu yazıçını sevmədiyini bil-

dirirdi:  “Olduqca  uğursuz,  həddən  artıq  emosional  və  qıcıqlandırıcı  əsərdir” 

(1). Buna baxmayaraq, 

onun  “Gizli  xəfiyyə”,  “Gizli  ortaq”,  “Qərbin  gözləri 

ilə” adlı siyasi romanları F.M.Dostoyevskinin təsiri altında yazılmışdır. 

Konrad yaradıcılığının ilk dövründə yazdığı hekayə və romanları çap et-

dirdikdən sonra oxucuların bir qismi onu macəra ədəbiyyatı müəllifləri sırasına 

aid etməyə başladı. Əslində onun kitablarında macəra janrı üçün ənənəvi olan 

ele

mentlər, məsələn, dəniz səyahəti mövcuddur.  Konradın özü bu haqda  belə 



yazır: “... taleyin hökmü ilə uzun illər ərzində dənizlər mənim dünyam, ticarət 

donanması  isə  mənim  yeganə  sığınacağım  olmuşdur.  Təəccüb  ediləsi  bir  şey 

yoxdur, çünki mən “Narsisdən olan zənci” və “Dənizin güzgüsü” “(The mirror 

of the Sea) adlı dəniz mövzulu əsərlərimdə, dəniz həyatından danışan “Gənc-

lik” (Youngness), “Tufan” (Typhoon, 1902) kimi bir neçə novellamda okeanın 

son


suz sularına çırpınan həyatın nəbzini demək olar ki, övlad qayğısı ilə təsvir 

etməyə  çalışmışam”  (2).  “Mən  dənizlərə,  orada  üzən  gəmilərə  və  insanlara 

layiqli qiym

ətlərini vermək istərdim, çünki məni mən edən onlardır” (3). 

Tədqiqatçılar  C.Konradı  XIX-XX  əsrlər  arası  ingilis  ədəbiyyatında 

R.L.Sti


venson tərəfindən yaradılmış xüsusi ədəbi cərəyanın – neoromantizmin 

nümayəndəsi adlandırırlar. Neoromantizm naturalizmə və simvolizmə zidd ola-

raq yaradılmışdır. Güclü şəxsiyyətlər, ekzotik mühit, təlatümlü hadisələr, qəh-

rəmanlıq idealı bu cərəyanın xarakterik cəhətlərdir. Bu cəhətlər Konradın əsər-

lərində də mövcuddur.  

İngilis tədqiqatçısı Karen Hyuit “İkilik problemi” adlı əsərində yazır: O, 

özünün ilk əsərləri olan “Olmeyrin şıltaqlığı” və “Narsisdən olan zənci” adlı ilk 

əsərlərini  və  “Karain”  (1898)  daxil  olmaqla  ilk  hekayələrini  nəşr  etdirdikdən 

son

ra oxucuların əksəriyyəti C.Konradı macəra janrının müəllifi hesab etməyə 



başladılar. O, dünyanın ekzotik güşələrindən, cəsur insanlarından və gəmi qə-

za

sından  yazırdı.  Konrada  bu  cür  baxış  düz  deyil.  Onun  əsərlərini  diqqətlə 



oxuduqda, biz açıq-aşkar görə bilərik ki, onun daxili aləmi kədər və həyəcanla 

(“Narsisdən  olan  zənci”)  doludur.  Diqqətli  ingilis  oxucusu  əsərin  müəllifinin 

bir xarici vətəndaş kimi danışdığını və yazdığını da görəcəkdir. Buna baxmaya-

raq, 


Konrad əsərlərini yazarkən ingilis dilinin bütün zənginliyindən tam şüurlu 

29 



şəkildə yararlanmışdır (4). 

Digər ingilis tədqiqatçısı R.Kulle bu haqda belə yazır: “Konrad macəra-

psixoloji tipli neoromantika yaratmışdır” (5).  

İngilis kolonializminin idealizəsi R.Hakkard və R.Kiplinq kimi bəzi neo-

romantiklərə xasdır. Konrad kolonializmə ikili münasibət bəsləmişdir. Bir pol-

yak kimi onun özü və ailəsi Rusiya imperiyasından zərər çəkmişlər. İngilis və-

təndaşı kimi isə, İngiltərənin öz müstəmləkələrində müəyyən etdiyi qanunlara 

hörmətlə  yanaşmışdır.  Onun  bu  təzadlı  münasibəti  Belçika  Konqosuna  səfəri 

vaxtı  aldığı  təəssüratların  təsiri  altında  yazdığı  “Qaranlığın  ürəyi”  povestində 

əksini tapmışdır. Yerli əhali ona nə qədər uzaq olsa da, Konrad onlara təəssüf 

his

si ilə yanaşır. Donanmada qulluq etdiyi 20 il ərzində o, Qərbi Hindistanda, 



İndoneziyada, Malaziyada, Hindi-Çində olmuş, buranın ekzotik təbiətini, müla-

yim havasını və gülərüz, qonaqpərvər xalqını çox bəyənmişdi. 

1895-ci 

ildə Konradın çapdan çıxmış “Olmeyrin şıltaqlığı” romanı ingilis 

oxucularının  böyük  marağına  səbəb  olur.  Gələcək  yazıçı  müəllifı  olduğu  bu 

əsərində adının Cozef Konrad olduğunu göstərdiyi üçün o, ingilis ədəbiyyatına 

bu adla daxil olmuş və məşhurlaşmışdır. 

Göründüyü kimi, R.L.Stivenson kimi Cozef Konrad 

da dənizlərdə və qu-

ruda səyahət etdiyi vaxtlar gördüyü Uzaq Şərqin müxtəlif ekzotik ölkələrini və 

romantik macəraları çox sevmişdir. Onun bir çox əsərləri də elə bundan xəbər 

verir. Lakin Cozef Konrad bir 

yazıçı kimi, hər şeydən öncə, insan ruhunun da-

xilində  baş  verən  bütün  dəyişmələri  gözəl  təhlil  etməyi  bacaran,  şüuraltı  və 

məhrəm hisslərə və düşüncələrə böyük maraq göstərən bir psixoloq olmuşdur. 

Bununla belə, Konradı, hər şeydən öncə, bir insan kimi fərqləndirən cəhət onun 

daxilində baş verən ruh düşkünlüyüdür. Konradın pessimizmi ondan irəli gə-

lirdi ki, o, zülmü, tamahkarlığı, müharibələr yolu ilə zəhmətsiz gəlir qazanmağı 

yaşadığı burjua cəmiyyətinin qüsurları kimi görərək qınayır, lakin bu qüsurlara 

üstün gəlməyin həqiqi yollarını görə bilmir. Onun əsərlərindəki qəhrəmanların 

faciəvi tənhalığı, sərgərdanlığı da elə bu səbəbdən irəlı gəlir. 

Əgər  gerçəklik  qarşısında  çaşqınlıq  hissləri  Konradı  dekadentçilərə  ya-

xınlaşdırırsa,  onun  yaradıcılığında  dolub-daşan  insan  sevgisi  onu  dekadentçi-

lərdən kəskin surətdə fərqləndirir. İnsanpərvərlik və qəhrəmanlarına olan təəs-

süf hissləri onun bütün əsərlərinə emosionallıq gətirir. Böyük insaniyyət Kon-

radı Ç.Dikkensin, U.Tekkereyin, V.Hüqonun F.Kuperin yaradıcılığı ilə yaxın-

laşdırır. Elə təəssürat yaranır ki, sanki sosial münasibətlərin təzadlılığı və ni-

zam


sızlığı Konradın  yaradıcılığına  nüfuz etmişdir.  Onun  qəhrəmanlarının  hə-

yat


dan  qaçmaları,  onların  cəmiyyətdəki  tənhalığı  və  təbiətə  bağlılığı  xüsusiy-

yətçilik  tərzinə,  burjua  mühiti  bayağılığına  və  eqoizminə  qarşı  özünəməxsus 

barizə formasıdır. Onlar həyatda öz əvvəlki yerini itirmiş, həyat vəsaitindən 



məhrum olmuş, cəmiyyətdən qovulmuş insanlardır. Sadə həyat şəraitində onlar 

yenidən həyatda öz yerini tapmış olur və qəmsiz-qüssəsiz xoşbəxt həyat qur-

ma

ğa çalışırlar. Kənar səbəblər üzündən bu cür cəhdlər daha çox faciə ilə qur-



ta

rır.  Bütün  hallarda  mənəvi  qələbə  gerçəkliklə  barışmayaraq  mübarizəni  da-

30 



vam etdirənlərin tərəfindədir. 

Konrad 


isə bir psixoloq kimi xarakterləri, onların formalaşmasını, tərbiyə 

edilməsi prosesini və  iradələrinin möhkəmlənməsini hərtərəfli  təhlil edir.  Tə-

biət hadisələri ilə mübarizə onun qəhrəmanları üçün iradənin, ağlın və xarakte-

rin həyəcanlandırıcı sınaq anıdır. Konrad deyirdi: "'Pis gəmilər yoxdur, pis ka-

pitanlar 

və  pis  gəmi  heyəti  vardır,  yəni  Konrad  həyatda,  hər  şeydən  öncə, 

insanın, sonra isə onun əməyi və əməyə olan həvəsinin qarşısında təzim edir.  

Cəsurluqla insanın həyatda öz üzərinə düşən mənəvi borcunu anlaması və 

bəşər sevgisi  ilə  uyğunluğu ədibin  “Qaranlığın  ürəyi” əsərinin  sevimli  qəhrə-

manları  Marlonu,  Mak-Ueyri,  Linçardı  başqalarından  fərqləndirir.  Konradın 

qəhrəmanları  humanist,  yalana  və  ədalətsizliyə  qarşı  həssas,  gözəl  ideallarla 

dolu arzularl

a yaşayan şərəfli və məsuliyyətli insanlardır. 

C. Konrad "Qabarmalar və çəkilmələr" (Protrudes and draws, 1915) adlı 

əsərinə  yazdığı  ön  sözdə  "təmiz"  marinistlərdən  ayrıldığını,  yazıçının  ümdə 

vəzifəsini faciəvi, gərgın, çox vaxt ona aid olmayan vəziyyətə düşən, onu əhatə 

edən aləmdə baş verən hərc-mərcliyi aradan qaldırmağa çalışan mübariz qəh-

rəmanın psixologiyasını göstərməkdir” (6). 

Ədibin psixoloji metodu əsasən realist metodu sayılır. Konradın özünün 

dediyi kimi,  o, 

hər zaman insanları canlı şəkildə, həyatda olduğu kimi göstər-

məyə çalışmışdır. Onun yaradıcılığının əsas qayəsini “təbiət hadisələri... yaşa-

maqdan  doymaq  bilməyən  insan  həyatı,  təsvir  etdiklərinin  əsasını  ''açıq  ifadə 

edilmiş insaniyyət" təşkil edir. Konrad dənizlər və insanlar, cəlbedici  ekzotik 

Şərq haqqında çox yazıb. Lakin yazıçı öz əsərlərində ağdərili müstəmləkəçiləri 

şöhrətləndirmək və ya, sərvət dalınca qaçmalarını göstərmək məqsədi güdmür-

dü. Konrad burjua 

cəmiyyətinin zəhmətsiz gəlir dalınca həyasızcasına qaçma-

sını  qınayırdı.  O,  istismar  olunan  xalqların  hesabına  necə  böyük  kapitalın 

yığıldığını göstərir. Avropa müstəmləkəçilərinin ayaq basdıqları Afrika və Şərq 

ölkələrində "müstəmləkəçilərin mədəniyyət yayıcılığı rolu” haqqındakı ikiüzlü 

şüarına qarşı yazıçının bütün əsərlərində acı kinayə duyulmaqdadır.  

Konrad XIX əsrin sonlarında Afrikanı əsarətdə saxlamış və Şərqi tama-

mi

lə özünə tabe etmiş Böyük Britaniya və Belçika müstəmləkəçiərinin törətdik-



ləri qəddarlıqlar haqqında insanı sarsıdan həqiqətləri açıb göstərir. Yazıçı "Mə-

dəniyyətin  avanpostu”  (The  Outpost  of  Progress,  1896)  hekayəsində  və  "Zül-

mətin ürəyi" povestində Belçika müstəmləkəçilərinin Konqoda, ingilis müstəm-

ləkəçilərinin, ümumiyyətlə, Afrikada  törətdikləri cinayət əməllərindən  danışır. 

Onun  ən  tipik  və  bədii  cəhətdən  kamil  əsəri  olan  "Lord  Cim" romanında 

yazıçının dünyagörüşünün xüsusiyyətləri və psixoloji metodu ortaya çıxır (7).  

Əsərin  qəhrəmanı  Cim  vicdanlı  adamdır.  Rütbəcə  özündən  böyük  za-

bitlərin iradəsinə tabe olaraq onların ardınca qayığa atılmaqla yalnız öz canını 

ölüm  təhlükəsindən  qurtaran,  başqalarını  isə  batan  gəmidə  tərk  edən  Cimin 

həyatı bundan sonra olduqca əzablı keçir. Cim göstərdiyi bir anlıq iradəsizliyə, 

etdiyi qorxaqlıq və fərariliyə görə özünü heç cür bağışlaya bilmir. Bəzi məsə-

lələrdə  o,  özünə  haqq  qazandıraraq  malayların  həyat  tərzini  yaxşılaşdırmağa, 

31 



onları istismarçılardan və fırıldaqçılardan uzaqlaşdırmağa çağırır. Lakin Cimin 

səmimiliyi hiyləgərliklə mübarizə üsulu ola bilməz. Cimin bu qəzəbli və sadə-

lövh xüsusiyyəti onun bütün arzularını alt-üst edir, dostlarının həyatına son qo-

yur. O, etdiyi səhvlərinə görə könüllü şəkildə mərdanə ölümlə, bağışlanmasına 

ça

lışır.  Cim  özünə  məhkəmə  qurmazdan  və  ölüm  hökmü  çıxarmazdan  öncə 



tayfa başçısının yanına gedərək ona qorxub qaçmaqla canını qurtarmağı həqa-

rət saydığını bildirir. 

Konradın  "Yeddi  adanın  Freyası”  (Freya  of  the  Seven  İsles,  1910) 

povesti ifşaedici  və  eyni  zamanda  dərin psixoloji  xarakter  daşıyır.  Freya  mə-

lahətli və qürurlu qızdır. Atası onu burjua düşüncəsində tərbiyə etmiş, zəngin-

liyə alışdırmış və zənginlik naminə kompromisə getmək bacarığını aşılamışdır. 

Freyanın sevgilisi öz gəmisini və varını itirdikdən sonra qızın gözünə görün-

məyə cəsarət etmir. Bu hərəkəti ilə o, həm özünün, həm də Freyanın məhvinə 

bais o

lur.  Onlar  öz.  məhəbbətini  rifahlarından  yüksək  tuta  bilmədikləri  üçün 



həyatlarındakı ən qiymətli şeyi məhv edirlər. Əsərdə öz danosları ilə Freyanın 

nişanlısının məhvinə səbəb olmuş varlı pərəstişkarını Konrad bacardığı qədər 

ikrahdoğuracaq şəkildə təsvir etmişdir. Xırda hisslərlə yaşayan bu kinli və qıs-

qanc şəxs özü də heç nəyə nail olmadan üç insanın ölümünə səbəb olur. Müəl-

lifın özünün söylədiyi lcimi, "üç kişinin xudbinliyi üzündən" Freya həlak olur. 

Konradın  yaradıcılıq  axtarışları  üçün  ən  faydalı  mövzu  Şərqdə  yaşayan 

insandır.  Məlumdur  ki,  klassik  romantizmdən  fərqli  olaraq  neoromantizmdə 

realist 


ədəbiyyatdakı yaradıcılıq nailiyyətinə daha çox əhəmiyyət verilirdi. Rus 

tədqiqatçısı  Y.S.Sebejkonun  fıkrincə,  nəticədə  "realist  boyalı  romantizm  for-

ma

laşmışdır. Şərq, ekzotik ölkələr romantiklər üçün sivilizasiya aləmində, yəni 



burjua 

Avropasında  ümidsizliyə  məhkum  olunmuş  insanların  itirilmiş  həyati 

duyğularının təbiiliyini və dolğunluğunu ifadə edirdi (8).  

C.Konrad  haqqında  monoqrafiyanın  müəllifi  ingilis  tədqiqatçısı  Riçard 

Körl yazıçının yaradıcılığının ikinci dövrünü o qədər yüksək qiymətləndirir ki, 

onun  fransız  nəsrini  həddən  artıq  zənginləşdirən  sənətkarlar  sənətkarı  Qüstav 

Floberə bərabər tutur. O, yazır: Konradın nəsrinin müsiqililiyi təkcə ingilis nəs-

rinin inkişafının və yayılmasının imkanlarından olmayıb, bu tamailə yeni başqa 

mədəniyyətin musiqililiyini əhatə edən tamailə yeni romantik melodikadır (9).  

Rus tədqiqatçısı B.N.Proskurin C.Konradın yaradıcılığını və onun yaşa-

dığı dövrü təhlil edərək belə qənaətə gəlir: “C.Konradın yaradıcılığı tarixi-bədii 

əhəmiyyətli ciddi dəyişikliklər dövrünə təsadüf edir. Əslində o, özü birbaşa bu 

proseslərin baş verməsinə imkan yaratmış və təsir göstərmişdir. Ədəbi qəhrə-

manın  mahiyyətinin  dəyişməsinə,  xarakterinin  təkamülünə,  impressionist  sə-

nətkarların  təsviri  manerasına  xeyli  yaxın  olan  təhkiyə  dinamikasına,  onun 

əvvəlki əsərlərdən fərqli ədəbi əsərin süjetinin yenidən qurulmasına yanaşmada 

daxililiyin zahirililiyə üstün olmasında yazıçının sərf etdiyi zəhməti görməmək 

olmaz” (10).  

 

Konradın  ədəbi  fəaliyyəti  30  ilə  yaxın  davam  etmişdir.  Tədqiqatçılar 



onun yaradıcılığını araşdırdıqdan sonra bəlli olmuşdur ki, Konrad iki mindən 

32 



artıq əsər yazmışdır. Bu əsərlərin az qismi onun öz sağlığında çap olunmuş 30 

kitaba daxil edilmişdir. Konradın yazdığı 2000 əsərin arasında 12 irihəcmli ro-

man, 7 cild novella və povest külliyyatı, Amerika yazıçısı Ford Medoks Fordla 

birlikdə  yazdıqları  “Varislər”  (The  Heirs,  1901),  “Romantiklik”  (Romance, 

1903), “Bir cina

yətin təfərrüatı” (The Nature of a Crime, 1923) adlı üç romanı 

vardır.  Konradın  1924-cü  il  avqust  ayının  24-də  Bişopsbordakı  evində  ürək-

tutmasından öldükdən sonra onun yazı masasının üstündə yarımçıq qalmış və 

nəşr edilməmiş “Roma knyazı” (The Prince of Roma) və “Hələ ki, şans var” 

adlı daha iki romanı tapılmışdır. 



 

ƏDƏBİYYAT  

1.

 



Джозеф Конрад. «Письма». https: // ru. wikipedia. оrg / wiki 

2.

 



Джозеф  Конрад.  «Традиционное  предисловие».  https:  //  ru.  wikipedia.  оrg  /  wiki  / 

Конрад Джозеф  

3.

 

Уппит Олег. Журнал “İnteres”. Портрет: Джозеф Конрад – польский моряк и  вели-



кий… - Furfur www.furfur.me/furfur/heros/heroes-furfur/169259-dzhozef-konrad  

4.

 



Хьюитт Карен. Джозеф  Конрад: проблема двойственности  // «Иностранная  литера-

тура». М.: 2000, №7  

5.

 

Прокопов  Тимофей.  Жизнь  и  приключения  капитана  Конрада.  См.http: //coollib 



com/b/226747/read 

6.

 



http://cyberleninka.ru/article/n/hudozhestvennoe-prostranstvo-britanskoy-imperii-v-

tvorchestve-dzh-konrada#ixzz3 WEbixT94 

7.

 

Гражданская  З.Т.  и  Домбровская  Е.Я.  Английская  литература  конца  XIX  -  начала 



XX  вв.  (1871-1917  гг.).См.  История  Зарубежной  Литературы  XX  века,  М.:  «Госуч-

педиздат», Минет. Проев. РСФСР, 1963 (с.415) 

8.

 

Богамолов  С.А.Художественное  пространство  британской  империи  в  творчестве 



Дж.Конрада. Вестник Оренбургского Государственного Университета, выпуск №6/2004 

cyberleninka.ru/.../hudozhestvennoe-prostranstvo-britanskoy-imperii-v-tvorchestve-dzh-konrada 

9.

 

Жеромский Стефан. Джозеф Конрад. «Иностранная литература», М., 2000, №7. См. 



magazines. russ. ru/ inostran/2000/ 7/zheroms. html 

10.


 

 

Проскурин  Б.М.  Реализм?  Неоромантизм?  Модернизм?  Взгляд  на  роман  Дж.Кон-



рада  «Лорд  Джим».  Пермский  государственный  университет.  Вестник  пермского 

университета. Российская и зарубежная филология. 2010 г., выпуск 2 (8), с. 55-69  

 

ОСОБЕННОСТИ НЕОРОМАНТИЗМА ДЖОЗЕФА КОНРАДА 

 

Н.А.ГАСАНОВ  

 

РЕЗЮМЕ 

 

Джозеф Конрад – человек-противоречие, который к тому же тонкий автор, всегда 



сознательно  дистанцировавшийся  от  литературных  тенденций  своего  времени,  но  при 

этом  изменивший  лицо  литературы.  Его  творческими  наследниками  считаются  такие 

известные  английские  писатели,  как  Грем  Грин  и  Джеймс  Олдридж.  Его  творчеству 

характерно  то,  что  в  отличие  от  классического  романтизма  в  неоромантизме  не  игно-

рировались  творческие  достижения  реалистической  литературы.  Его  герои  реалис-

тичные, Конрад  не  ограничивается  показом  разрыва  героя  и  обшества,  но  и  вскрывает 

социальные причины этого разрыва. 

 

Ключевые  слова:  романтизм,  неоромантизм,  реализм,  Джозеф  Конрад,  английская 

литература 

33 



PECULIARITIES OF NEO-ROMANTICISM OF JOSEPH CONRAD  

 

N.A.HASANOV  

 

SUMMARY 

 

Joseph Conrad –  the  man  of  contradictions, who  is also the sensitive  author, always 

consciously distanced himself from the literary trends of his time, but changed the face of lite-

rature. The famous English writers  as Graham Greene and James Aldridge  are considered  his 

artistic heirs. His works are characterized by the fact that, unlike the classical romanticism neo-

romanticism did not ignore creative achievements of realistic literature.  

 

Key words: romantism, newromantism, realism, Joseph Conrad, English Literature 

 

34 



Yüklə 81,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə