İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə1/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
  1   2   3   4   5   6   7   8   9   ...   61


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

Anar İsayev  Ramil Rəhimov 

 

AZƏRBAYCAN  

TARİXİ 

xronologiya 

Abituriyentlər üçün vəsait 

 


 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan tarixi.  Xronologiya 

Azərbaycan  tarixi  xronologiyası  Tələbə  Qəbulu  Üzrə  Dövlət 

Komissiyası  tərəfindən  təsdiq  edilmiş  proqram  əsasında  yazılmışdır. 

Vəsait hazirlanarkən mövcud test bankları nəzərdən keçirilmiş  və mövcud 

tələblər  nəzərə  alınmışdır.  Vəsaitdə  orta  məktəb  proqramına  daxil  olan 

tarixi  hadisələr,  onların  mahiyyəti,  səbəb-nəticə  əlaqələri  haqqında  qısa 

xülasə  verilmişdir.  Vəsait  orta  məktəb  şagirdləri,  abituriyentlər  və  tarix 

müəllimləri üçün nəzərdə tutulmuşdur.  



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


İBTİDAİ İCMA QURULUŞU 

 

2-3 milyon il b.ə 

Dünyada ilk dəfə olaraq Şərqi Afrikada ilk insan dəstəsinin meydana gəlməsi.



 

1,5 milyon il b.ə 

Azərbaycanda ilk insan dəstəsinin meydana gəlməsi. 



700 min il b.ə 

Azıx mağarasından ocaq izlərinin tapılması. 



350-400 min il b.ə 

Azıx adamının – “Azıxantrop”un yaşaması. 



100 min il b.ə  

Yer üzündə soyuqlaşmanın başlaması. 



100 min il b.ə 

Alt  Paleolit  dövrü.  Bu  dövrdə  ilk  insan  tipi  olan  “Bacarıqlı  insan”lar,  ibtidai  insan  “sürüsü”  (ulu  icma), 

mənimsəmə təsərrüfatı, çaxmaqdaşı, bazalt və obsidiandan (vulkanik şüşə - dəvəgözü)  hazırlanan  yeni əmək 

alətləri meydana gəldi, insanlar ilk dəfə oddan istifadə etməyi öyrəndilər. 



e.ə.100-40 min il b.ə 

Orta  Paleolit  dövrü.  Bu  dövrdə  “Mustye  mədəniyyəti”  yarandı,  yeni  insan  tipi    olan  “Neandertal  adam” 

meydana gəldi, Azərbaycanda əhali daha geniş əraziyə yayıldı, onlar Cənubi Qafqazın cənub-şərq yamacında, 

Qarabağ (Tağlar), Qazax (Damcılı) , Naxçıxan (Qazma) bölgələrində məskən saldılar, dini təsəvvürlər inkişaf 

etdi,  axirət  dünyasına  inam  yarandı,  təbiət  qüvvələrinə,  ovsun,  totemlərə  inamla  bağlı  dini  təsəvvürlər 

genişləndi, “ulu icma” yavaş yavaş sıradan çıxdı və “qəbilə icması” yaranmağa başladı. 



e.ə 40-12-ci minilliklər 

 Üst Paleolit dövrü. Bu dövrdə  “Ağıllı insan”ın  yaranması prosesi başa çatdı, insan fiziki-əqli inkişafın yüksək 

mərhələsinə  çatdı,  nitq  və  təfəkkür  inkişaf  etdi,  kinetik  dil  sıradan  çıxdı,  qadınların  cəmiyyətdə  rolu  artdı, 

anaxaqanlıq  meydana  gəldi,  ulu  icmanı  qəbilə  icması  əvəz  etdi,  iqlim  mülayimləşdi,  bir  sıra  heyvanların, 

xüsusilə  nəhəng  maralın  və  mağara  ayısının  kökü  kəsildi,  insanlar  ən  çox  Qafqaz  maralı,  ceyran,  cüyür, 

dağkeçisi və.s ovlayırdılar. Bu dövrün maddi qalıqlarına daha  çox Qarabağ və Qazax bölgələrində rast gəlinir 



e.ə.13-cü minillik 

Yer üzündə soyuqlaşmanın  istiləşmə ilə əvəz olunması. 



e.ə XII-VIII  minilliklər 

Mezolit  (Orta  Daş)  dövrü.  Bu  dövrdə  yaşayış  üçün  daha  əlverişli  şərait    yarandı,  insanlar  qəbilələr  halında 

birləşdilər,  insanların  əsas  məşğuliyyəti  yığıcılıq,  ovçuluq  və  balıqçılıq    oldu,  əmək  alətləri  əsasən  daş, 

çaxmaqdaşı və sümükdən hazırlandı, mikrolit (kiçik daş alətlər) əmək alətləri meydana gəldi, ox və kamanın 

ixtira  edilməsi  nəticəsində  ovçuluq  ön  plana  çıxdı,  heyvanların  əhilləşdirilməsinə  başlanıldı,  ibtidai 

heyvandarlıq  və  əkinçiliyin  -  mənimsəmə  təsərrüfatından  istehsal  təsərrüfatına  keçidin  əsası  qoyuldu,  toxa 

əkinçiliyi meydana gəldi, ibtidai incəsənət xeyli inkişaf etdi, axirət dünyasına inam artdı, dəfn zamanı ölülərin 

yanına məişət  əşyaları qoyulmağa başlandı. Azərbaycanda Mezolit  dövrü əhalisinin yaşayışı  və  məşğuliyyəti 

Qobustanda Firuz və Qazaxda Damcılı mağaraları əsasənda öyrənilmişdir. 

e.ə VII-VI minilliklər 

Neolit (Yeni Daş) dövrü. Bu dövrdə istehsal təsərrüfatı (əkinçilik və maldarlıq) yarandı və formalaşdı,  insanlar 

təbiətin asılılığından azad oldular, məşğuliyyət sahələri içərisində maldarlıq və əkinçilik əsas yer tutdu, oturaq 

həyata keçildi, daşların deşilməsi və cilalanması üsulları öyrənildi, saxsı qalar istehsalı və toxuculuq meydana 

gəldi,  əhali  əkinçilik  və  maldarlıqla  yanaşı,  ovçuluq  və  balıqçılıqla  da  məşğul  oldu,  əmək  alətləri  əsasən 

çaxmaqdaşından  və  obsidiandan  -  dəvəgözündən  hazırlandı.  Bu  dövrün  yaşayış  məskənləri  Təbriz 

yaxınlığında, Gəncə, Qazax və Qobustanda tədqiq edilmişdi. 

e.ə IV-VI minilliklər 

Eniolit (Mis-daş) dövrü. Torpaq toxa ilə yumşaldıldığından, bu dövr əkinçiliyi “toxa əkinçiliyi” adlanır. Eneolit 

dövründə  insanlar  ilk  dəfə  metalla  tanış  oldu,  cəmiyyətin  həyatında  “icma  ağsaqqallar  şurası”  mühüm  rol 

oynamağa başladı, qoşa nigahlar yarandı,  anaxaqanlıq çiçəkləndi, daş dövründən Tunc dövrünə keçidin əsası 

qoyuldu, misdən əmək alətləri hazırlandı, daş alətlər yenə də təsərrüfat və məişətdə  üstün yer tutdu, əhali artdı 

və daha geniş ərazilərdə  məskunlaşdı, yaşayış  məskələri  çay kənarında, əkinçilik və  maldarlıq üçün əlverişli 

yerlərdə salınmağa başlandı, yaşayış binaları və təsərrüfat tikililəri çiy kərpicdən və möhrədən dairəvi planda 

inşa olundu, Azərbaycanda ilk dəfə atın əhilləşdirilməsinə başlanıldı, bizə məlum olan bütün ev heyvanlarının 

hamısı  əhilləşdirildi,  ovçuluq  və  balıqçılıq  ikinci  dərəcəli  məşğuliyyət  sahəsinə  çevrildi,  sənətkarlıq  əhalinin 

məşğuliyyəti içərisində əsas yer tutdu, dəfn adətlərində də dəyişikliklər baş verdi - ölülər binaların arasında və 

evlərin  içərisində  dəfn  olunur,  onların  üzərində  qan  rəmzi  sayılan  qırmızı  boya  –  orxa  səpilirdi.  Eneolit 

dövrünün həyat tərzi Qobustan və Əliköməktəpə abidələri əsasında öyrənilmişdir. 



e.ə V minillik 

Cəlilabad rayonunda  Əliköməktəpə yaşayış yerindən əhilləşdirilmiş at sümükləri aşkar edilməsi. 



e.ə IV-III minilliklər 

Erkən Tunc dövrü. Bu dövrdə Kür-Araz mədəniyyəti yarandı, əmlak və sosial bərabərsizlik yarandı, əhalinin 

sayı  artdı,  onlar  dağətəyi  və  dağlıq  zonalarda  məskən  saldılar,  yaşayış  məskənləri  çay  kənarlarında  və 

düşməndən  müdafiə  olunmaq  üçün  əlverişli  yerlərdə  salındı,  yaşayış  evləri  dairəvi  planda  olur,  bünövrəsi 

daşdan,  divarları  çiy  kərpicdən  tikilirdi,  təsərrüfatda  kişilərin  rolu  artmağa  başladı,  Birinci  ictimai  əmək 

bölgüsü  nəticəsində əkinçilik maldarlıqdan ayrılaraq müstəqil peşəyə çevrildi, toxa əkinçiliyi xış əkinçiliyi ilə 

əvəz  olundu,  süni  suvarma  yarandı,  atdan  istifadə  nəticəsində  maldarlığın  yeni  sahəsi  olan  köçmə  (yaylaq) 

maldarlığı meydana gəldi, dəfn adətində bir çox dəyişikliklər baş verdi – ölülər yaşayış məskənindən kənarda 

dəfn edilir, bəzi qəbirlərin üzərində kurqanlar (torpaq təpələr) qurulur, ölüyandırma və kollektiv dəfnetmə adəti 

meydana gəldi, dini ayinlərin icrası üçün ibadətgahlar tikildi  (Xaçmazda Sərkərtəpə, Qazaxda Babadərviş və 

Naxçıvanda I Kültəpə yaşayış yerlərində belə mehrabı olan ibadət evləri aşkar edilmişdir). 

e.ə III-II minilliklər 

Orta  Tunc  dövrü.  Bu  dövrdə  sosial  və  əmlak  bərabərsizliyi  artdı,  tayfalararası  əlaqələr  genişləndi,  bağçılıq, 

bostançılıq,  üzümçülük  və  şərabçılıq  kimi  yeni  təsərrüfat  sahələri  meydana  gəldi,  mübadilə  yarandı,  İkinci 

ictimai  əmək  bölgüsü  nəticəsində  sənətkarlıq  maldarlıq  və  əkinçilikdən  ayrılaraq  müstəqil  sahəyə  çevrildi, 

dulusçuluqda müəyyən dəyişikliklər baş verdi – dulusçular davamlı və rəngli – boyalı saxsı qablar hazırlamağa 

başladılar, “Boyalı qablar mədəniyyəti” yarandı, metaldan geniş istifadə olunsada, daşişləmə sənəti müəyyən 

qədər  mövqeyini  saxladı,  ovçuluq  və  balıqçılıq  köməkçi  məşğuliyyət  sahəsinə    çevrildi,  qəbilə  və  tayfalar 



Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə