İBTİDAİ SİNİFLƏRDƏ Nİtq iNKİŞafi üZRƏ İŞİn başlica iSTİqaməTLƏRİ



Yüklə 47,45 Kb.
Pdf görüntüsü
tarix17.04.2018
ölçüsü47,45 Kb.
#38754


İBTİDAİ SİNİFLƏRDƏ NİTQ İNKİŞAFI ÜZRƏ İŞİN BAŞLICA İSTİQAMƏTLƏRİ

 

 

I sinfə qəbul edilmiş uşaqların nitqi üzərində müşahidə apararkən müşahidə edirik ki, ailədən məktəbə gələn uşaqlarla uşaq bağçasından 



məktəbə gələn uşaqların nitqi arasında böyük fərq olur. Buna görə də məktəbdə uşağın nitqi üzərində planlı iş aparılmalıdır. Uşağın 

nitqinin inkişaf etdirilməsi dedikdə. Dili mənimsəməkdə ona kiömək göstərmək, bu məqsədlə nitq orqanlarını məşq etdirmək, dilin 

leksik və qrammatik işarələrinin başa düşülməsini asanlaşdırmaq, morfem, söz, söz birləşməsi və cümlə kimi dil işarələrinin nitqdə 

işlədilmə ənənəsini asanlaşdırmaq nəzərdə tutulur. Uşaqların nitqinin inkişafı üzrə işi düzgün təşkil etmək üçün müəllim dilçilik elminin 

nailiyyətlərinə istinad etməlidir. 

Şifahi nitqə bir sıra tələblər verilir: zənginlik, məzmunluluq, məntiqi ardıcıllıq, düzgünlük, aydınlıq, dəqiqilik, ifadəlilik, təmizlik. 

Uşaqlarda şifahi nitqi formalaşdırmaq üçün onun forma və məzmununun vəhdəti əsas götürülür. Şagirdlərin nitqinin düzgün inkişaf 

etdirilməsi üçün ümumi didaktik tələblər gözlənilməlidir. Yəni, nitq inkişafı üzrə işi xüsusi dərslər və məşğələlərlə məhdudlaşdırmaq 

olmaz. Nitq inkişafı üzrə iş digər fənlərin tədrisi prosesində , sinifdənxaric məşğələlərdə də təşkil edilməlidir. Nitq inkişafı üzrə iş 

kompleks şəkildə aparılmalıdır. Bu prosesdə mümkün qədər müxtəlif, rəngarəng üsul, vasitə və priyomlardan istifadə olunmalıdır. 

Nitq inkişafı anlayışı öz həcmi və məzmunu etibarilə çox geniş anlayışdır. Bu, bir sıra sahələri əhatə edir: 

1.

 



Nitqin səs mədəniyyəti üzərində işin təşkili. 

2.

 



Ədəbi tələffüz üzrə işin təşkili. 

3.

 



Lüğət ehtiyatının zənginləşdirilməsi. 

4.

 



Cümlə qurmaq vərdişinin inkişafı. 

5.

 



Rabitəli nitq vərdişlərinin inkişafı. 

Nitq inkişafı prosesində bu sahələrin biri digərini tamamlayır, bir- 

biri ilə əlaqələnir. 

  

I  Nitqin səs mədəniyyəti üzərində işin təşkili 



  

     Nitq səs mədəniyyətinə onun tərkib hissəsi olan: 

 



səs tələffüzü, orfoepiya, diksiya; 

 



intonasiya, sürət; 

 



nitqin ünsiyyət mədəniyyəti elementləri; 

 



nitqi eşitmə qabiliyyəti və artikulyasiya aparatının inkişaf etdirilməsi 

daxildir. 

Uşaqların əksəriyyətinin nitqin səs mədəniyyəti nöqsanlı olur.Buna 

görə də bu, müəllimdən ciddi iş tələb edir. Müəllim ilk gündən şagirdlərin fonematik eşitmə qabiliyyətini inkişaf etdirməli, onların ana 

dilinin bütün səslərini düzgün eşitmələri, səslənməsinə görə yaxın olan səs və sözləri fərqləndirmələrini müəyyənləşdirməlidir. Şagirdlər 

müxtəlif tərkibli sözlərdə səslərin sayını, ardıcıllığını müəyyənləşdirməyi bacarmalıdırlar. Uşaqların r-s, b-p, d-t, s-ş, v-f, c-ç səslərinin 

qarışdırdıqlarını nəzərə alaraq səslənməsinə görə oxşar səslər təələffüz etdirilir və fərqlənən səsi tapmaq tələb olunur. 

Nitq səslərinin aydın tələffüzü onları əmələ gətirən artikulyasiya orqanlarının vəziyyətindən, hərəkətindən də asılıdır. Məktəbəqədər 

dövrdə artikulyasiya aparatında baş verən pozuntular sonralar da davam edə bilər. Buna görə də şagirdin tələffüz edə bilmədiyi səsi 

müxtəlif nitq materialında möhkəmləndirmək zəruridir. Dilin çevikliyini inkişaf etdirmək, dodaqların çevikliyini təmin etmək, alt çənəni 

müəyyən vəziyyətdə saxlamaq üzrə məşqlər, tənəffüsün düzgünlüyü üçün təmrinlər və s. bu kimi işləri diqqətlə və ardıcıl həyata 

keçirməl vacibdir. 

Nitq səs mədəniyyətinə şagirdlərin yaxşı diksiyaya yiyələnmələrini də tələb edir. Müəllimin nümunəvi nitqi bunun üçün əsas şərtdir. 

  

II Ədəbi tələffüz üzrə işin təşkili 



  

Ədəbi dilin saflığı onun tələffüz normalarına necə əməl olunmasından çox asılıdır. Tələffüzün aydınlığı fikrin dəqiq çatdırılmasını və 

eşidilənlərin aydın başa düşülməsini təmin edir. Ümumiyyətlə tələffüz dedikdə, dilimizin ümumi normalarına uyğun danışmaq nəzərdə 

tutulur. Ədəbi tələffüz ədəbi dilin normalarını gözləməklə danışmaqdır. Bu, orfoepik normalarla tənzimlənir. 

Düzgün tələffüz normalarını bir və ya bir neçə dərsdə öyrənmək mümkün deyil. Bu uzun bir prosesdir və bütün təlim illəri ərzində 

aparılmalıdır. Adətən şagirdlər kitabda necə yazılıbsa, o cür də oxumağa çalışırlar. Məsələn, (baxça) əvəzinə bağça, (taxda) əvəzinə 

taxta, (əsgər) əvəzinə əskər və s. deyə tələffüz edirlər. Yalnız müəllimin uzun və ardıcıl göstərişləri nəticəsində şagirdlər qiraət və 

tələffüzdə buraxdıqları bu nöqsanları düzəldə bilərlər. Bəzən müəllimlərin özü sözləri orfoepik qaydada yox, orfoqrafik qaydada tələffüz 




edirlər. Nəticədə, sinifdə müəllim və şagirdlər süni bir dildə, sinifdənkənar şəraitdə isə öz dialektlərində və ya ədəbi tələffüz normalarına 

uyğun şəkildə danışmağa başlayırlar. 

Dilimizdə sözlərin bir qisminin tələffüzü ilə yazılışı eynidir. Məsələn, səhər, ata, bacı, bal və s. Bir qisim sözün yazılışı ilə tələffüzü isə 

fərqlənir: məllim, dosluğ, ayilə, sakqal və s. Bu sözləri tələffüzə əsasən yazan şagirdlər səhvə yol verirlər. Buna görə də ana dili 

dərslərində orfoepiyanın əsəsları I sinifdən praktik şəkildə öyrədilməlidir. Bundan başqa, qrammatika da dilin digər sahələri üzrə işin 

təşkilinə xidmət edir. Qrammatik qaydaların öyrədilməsi sözlərin düzgün yazılışı işini asanlaşdırır. Qrammatik qaydanı mənimsəyən 

şagird onu yüzlərlə sözə tətbiq edə bilir. Əvvəlcə şifahi nitqimizdə çox işlənən və tələffüzü nisbətən asan olan sözlərdən başlamaq 

lazımdır. Daha sonra isə çətin sözlərə keçilməli və hər dəfə əvvəl öyrənilənlər təkrarlanmalıdır. 

Kiçikyaşlı məktəblilərə aşağıdakı normaların öyrədilməsi vacibdir: 

 



Saitlərin tələffüzünə dair qaydalar; 

 



Qoşasaitli sözlərin tələffüzünə dair qaydalar; 

 



Samitlərin tələffüzünə dair qaydalar; 

 



Bəzi qrammatik formaların tələffüzünə dair qaydalar; 

  

III Lüğət üzrə iş 



  

Lüğət üzrə iş nitq inkişafı üzrə iş sistemində mərkəzi yer tutur. Məlumdau ki, söz dilin başlıca vahididir. Söz üzərində iş düzgün təşkil 

olunmazsa, uşaqların lügəti zənginləşdirilməzsə, uşaqların nitq ünsiyyəti və təfəkkürü də inkişaf edə bilməz. Altıyaşlılar məktəbə qədər 

az sözlə öz ehtiyaclarını ödəyə bildikləri halda, məktəb dövründə fikrini ifadə etmək üçün daha çox və mürəkkəb dil vahidlərindən 

istifadə etməli olurlar. Məktəbdə sistemli iş. Uşaqlarla məqsədyönlü ünsiyyət onların lügətinə güclü təsir göstərir. 

Lüğət üzrə işdə əsas məsələ sözün mənasını izah etmək və şagirdin lüğət fondunu zənginləşdirməkdir. Azərbaycan dili dərslərində söz 

yaradıcılığı üzrə aparılan praktik işlər üçün sözdüzəldici şəkilçilərin praktik imkanlarını müəyyənləşdirməklə başlamaq lazımdır. 

Məsələn, üzümçü, üzgüçü, məktəbli, suçu və s. bu kimi düzəltmə sözlərdə söz kökünün ifadə etdiyi mənalar şagirdlərə tanışdır. Bu 

zaman şagirdlərə aşağıdakı tipli çalışmalar vermək məqsədəmüvafiqdir. 

Çalışma 1. Uyğun gələn sifətlərdən istifadə etməklə mətni zənginləşdirin. 

Çalışma 2. Aşağıdakı isimlərdən sifət düzəldib cümlədə işlədin. 

Qürur, səliqə, sevinc, fərəh və s. 

Çalışma 3. Verilmiş isim və sifətlərdən birləşmələr düzəldib yazın. 

Çalışma 4. Hər bir sifətə uyğun isim tapıb yazın. 

Azərbaycan dilində müxtəlif mənaları ifadə edən, lakin formaca eyni olan söz və şəkilçilərə rast gəlməl mümkündür. Bu şəkilçilərin 

qoşulduğu düzəltmə sözlərə aid nümunələr verilməklə onların fərqi göstərilir və izah olunur. 

Belə sözlərin öyrədilməsindən sonra şagirdlərin fəal lüğətinə daxil olmuş sözlərin öyrədilməsi müsbət nəticələr verir. Lüğət ehtiyatını 

zənginləşdirmək məqsədilə sözün mənasını mənimsətməyin vacib yollarından biri sözlə əyaniliyin bigə tətbiqidir. Hər hansı əşya və ya 

hadisə haqqında məlumat verilərkən onun özünün şəklini və ya sxemini çəkmək, təsvirini vermək, ekskursiyalar təşkil etməklə əyani 

şəkildə göstərmək öyrədilən anlayışın daha tez mənimsənilməsinə kömək edir. Məsələn, sözün mənasını izah etməyin yollarından biri də 

növü cinsə daxil etməklə sözləri qarşılaşdırmaqdır: alma-meyvə, kələm-tərəvəz, palıd-ağac, futbol-idman və s. 

Lüğət ehtiyatını zənginləşdirmək yollarından danışarkən mürəkkəb sözləri komponentlərinə ayırmaqla izah etməyi nəzərdən qaçırmaq 

olmaz. Təhlil zamanı şagirdlər əmin olurlar ki, mürəkkəb sözün bütövlükdə ifadə etdiyi məna komponentlərin ayrı-ayrılıqda ifadə 

etdikləri mənalara tamamilə uyğun gəlmir: itburnu, dəvədabanı, ayıpəncəsi, şirindil və s. 

Lüğət üzrə iş prosesində sözlər seçilərkən aşağıdakı tələblər nəzərə alınmalıdır: 

 



sözün öyrənilən materialın ideya məzmunu ilə əlaqəsi; 

 



şagirdlərin nitq inkişafının səviyyəsi; 

 



şagirdlərin hazırlığı və ümumi inkişaf səviyyəsi; 

 



sözün çoxmənalılığı; 

 



sözün həqiqi və məcazi mənası; 

 



sözün çoxişləkliliyi; 

 



sözün morfolojim quruluşu; 

 



sözün izah və thliletmə imkanları; 

 



sözün orfoqrafik cəhəti; 

 



sözün öz sözümüz və ya alınma olması; 

 



sözün termin olub-olmaması; 

 



bir dərsdə çoxlu sözün izahına yol verilməməsi. 


Müəllim şagirdlərin nitqinin dəqiqliyini inkişaf etdirmək üçün 

şagirdlərin fəal lüğətində olan söz ehtiyatının mənasının başa düşülməsini, fikrin ifadəliliyini artırmaq üçün dəqiq dil vahidlərini seçə 

bilmək bacarığını artırmalıdır.  Çoxmənalı, məcazi mənalı sözlər üzərində iş aparılarkən buna xüsusilə fikir vermək lazımdır.  Müəllim 

şagirdlərin lüğətinin fəallaşdırılması, lüğətinin təmizliyi istiqamətində də iş aparmalı, ədəbi tələffüz normalarının pozulduğu söz və 

ifadələri nitqində işlənməsinə yol verməməlidir. 

Lüğət üzrə iş qrammatikanın tədrisi prosesində də nəzərə alınmalıdır. Belə ki, şagirdlərin dilimizin qrammatik formalarının şüurlu dərk 

etmələri, onların lüğət ehtiyatının zənginləşməsi üçün, yəni yeni dil vahidlərini şüurlu mənimsəmələri üçün geniş imkanlar açır. 

Lüğət üzrə iş prosesində lüğət-məntiqi çalışmalar, lüğət-qrammatik çalışmalar, lüğər-orfoqrafok çalışmalar mühüm yer tutur. 

  

IV Cümlə üzərində iş 

  

Cümlə üzərində iş nitq inkişafının əsas məsələlərindəndir. Cümlə haqqında praktik bacarıq və vərdişlər uşağın dil açdığı dövrdən 



yaranmağa başlayır. Təlimin başlanğıcında şagirdlər müəllimin suallarına cümlələrlə cavab verir, ona sual verməyi bacarırlar.Əslində 

cümlə qurmaq bacarığı zəngin lüğət ehtiyatı tələb edir. Digər tərəfdən, artıq savad təliminə hazırlıq mərhələsində şagirdlər, nitqi 

cümlələrə ayırmağı, cümlədə sözlərin sayını, ardıcıllığını müəyyənləşdirə bilirlər. Bu zaman cümlə sxemlərindən istifadə olunur. Cümlə 

üzrə işin müxtəlif yolları vardır: 

 

suallara cavab; 



 

cümləyə sual vermək; 



 

cümlədə buraxılmış sözü yerinə qoymaqla onu tamamlamaq; 



 

sözü başqası ilı əvəz edib cümləniyazmaq; 



 

cümlədə qrammatik formanı başqası ilə əvəz etmək; 



 

oxunmuş mətndən obrazlı söz və ifadələri seçib yazmaq; 



 

vürilmiş çoxmənalı, omonim, sinonim və antonimləri cümlədə işlətmək; 



 

cümləni genişləndirmək; 



 

dağınıq verilmiş sözlərdən cümlə qurmaq; 



 

bu və ya digər mövzuya aid cümlə qurmaq; 



 

söz birləşməsi tərtib etmək; 



 

oxunmuş mətndən məzmunla bağlı cümlələri seçmək; 



 

verilmiş sintaktik model əsasında cümlə qurmaq; 



 

mənanı saxlamaqla cümləni başqa formada ifadə etmək; 



 

cümlədə məntiqi vurğunun yerini dəyişməklə mənanı dəyişdirmək; 



 

iki-üç cümləni bir sadə və ya mürəkkəb cümlədə birləşdirmək. 



Cümlənin tərkibi üzrə ilkin çalışmalardan başlayaraq yuxarıda sadalanan qaydalar əsasında aparılan çalışmalar şagirdlərə cümlə 

haqqında praktik bacarıq və vərdişlər aşılayır. Yuxarı siniflərə keçdikcə, şagirdlər cümlə üzvləri, baş üzvlər, ikinci dərəcəli üzvlər kimi 

anlayışlarla, mövzularla tanış olduqca onların cümlə haqqındakı təsəvvürləri daha da artır. Daha sonra onlar cümlənin məqsəd və 

intonasiyaya görə növlərini, onların nitqdə rolunu öyrənirlər. 

  

V Rabitəli nitq vərdişlərinin inkişafı. 

  

Dilin bütün sahələri ilə bağlı olan belə çalışmalar şagirdlərin nitqini və təfəkkürünü inkişaf etdirir, onları öz fikirlərini rabitəli ifadə 

etməyə hazırlayır. Rabitəli nitq dedikdə, şagirdlərin xarici aləmi düzgün qavramaları, onu qrammatik və üslubi cəhətdən savadlı ifadə 

etmələri nəzərdə tutulur. Bunun üçün şagirdlərin lüğət və cümlə üzrə iş prosesində qazandıqları vərdişlərdən istifadə olunur. 

Rabitəli nitqin birinci mərhələsini ifadə, ikinci mərhələsini isə inşa yazılar təşkil edir. 

İfadə yazıya hazırlığı yalnız mətndəki mənası tanış olmayan bir neçə sözün mənasının izah edilməsi ilə məhdudlaşdırmaq olmaz. 

Mətndəki belə sözlər, bəzi ifadələr əvvəlcədən müəyyənləşdirilməli, dil dərslərində həmin sözlərin mənasının və yazılışının izahı, 

cümlədə işlədilməsi üzrə iş getməlidir. İfadənin mətni əvvəlcədən planlaşdırılmalıdır. 

Yazılı inşa üzrə vərdişlərin yaranması üçün çoxlu məşğələlər aparmaq lazımdır. Yazılı inşa şifahi inşanın sadəcə qrafik surəti deyil. 

Bunun üçün yazılı rabitəli nitqin inkişafı üzrə aparılan dərslər böyük rol oynayır. Şagird inşa üzərində işləyərkən öz nitqini müşahidə 

etməyi öyrənir. Bu da ona yazdıqları üzərində fikirləşmək, ifadələrini təkmilləşdirmək və onu daha da yaxşılaşdırmaq imkanı verir. 

Yazılı nitqin məntiqi və üslubi vərdişlər üzrə aparılan işləri orfoqrafik vərdişlər üzərindəki işlə paralel aparılmalıdır. Şagird ifadə və inşa 

yazdıqda özü bildiyi kimi yazır, öz sözlərini və söz birləşmələrini mətnə daxil edir. 

Ədəbiyyat: 



1.

 

Abdullayev A., “İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası”, Bakı, 1962. 



2.

 

Balıyev H., “Azərbaycan dili tədrisinin metodikası”, Bakı, 1988. 



3.

 

Kərimov Y., “Ana dilinin tədrisinin metodikası”, Bakı, 2003. 



4.

 

Kərimov Y., Rəhimov A., “İmla məcmuəsi”, Bakı, 1992. 



5.

 

Quliyeva S.,Balıyev H.,“Ana dilinin tədrisinin metodikası”, Bakı, 1990. 



 

Yüklə 47,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə