İcarə MÜqaviLƏSİ şəhəri (rayon) 20 cu IL



Yüklə 10,99 Kb.
tarix05.04.2018
ölçüsü10,99 Kb.
#35903

İCARƏ MÜQAVİLƏSİ

_____________ şəhəri (rayon) «____» _______ 20 - cu il

Müqavilə «İcarəyəverən» adlanan ____________________________________________________

______________________________________________________________________________

(fiziki və ya hüquqi şəxsin adı)

_______________________________________________________________________________

(rəhbərin yaxud sahibinin soyadı, adı, atasının adı)

Sonralar müqavilə üzrə « İcarədar » adlanan__________________________________________________________________________

(Fiziki şəxsin, müəssisənin adı)(rəhbəri yaxud sahibinin soyadı, adı, atasının adı)

Aşağadakılar haqqında müqavilə bağlayırlar:

1. Cəlilabad rayon ___________________________________________________kəndində ünvanda yerləşən ____________________ (ha və ya, kv.m) olan torpaq sahəsini___________________ məqsədi ilə istifadə etmək üçün « İcarəyəverən » icarəyə verməyi, « İcarədar » isə icarəy götürməyi öhtələrinə götürürlər:

İcarəyə götürülən torpaq sahəsində qanunvericiliyə uyğun fəaliyyət göstərək üçün:

2. İcarə müddəti « ____ » __________20 cı ildən « ___ » _______ 20 __ ci ilədək müəyyən edilir.

3. İcarə haqqı hər il üçün _________ ( _____________________________ ) Manat məbləğində ödənilir.

Enerji, patent və digər xərclər «İcarədar» tərəfindən əlavə ödənilir.

4. «İcarədar » icarə haqqını və başqa borclarını həril______ ayından gec olmayaraq ödəməlidir.

İcarə haqqı vaxtında verilmədikdə «İcarədar» gələn ilin______ ayı tarixinə, keçən hər gün üçün 2 % cərimə ödəməlidir.

Əgər cərimə və icarə haqqı gələn növbəti ayın 20-nə qədər ödənilməzsə,

« İcarəyəverən»- in məhkəməyə iddia vermək yolu ilə aşağıdakı hüquqlar var:

a) Müqaviləni vaxtından əvvəl pozmaq.

b) «İcarədar»-i, icarə edilən sahədən çıxarmaq.

5. İcarə müddətində «İcarədar»(lazım gələrsə) öz hesabına icarə edilən sahəni carı təmir etməyi, «İcarəyəverən»-in və texniki nəzarət şöbəsinə bütün göstərişlərinə sözsüz əməl etməyi öhtəsinə götürür.

6. «İcarədar» icarə edilmiş sahədə hər hansı bir dəyişiklik və tikinti işi apara bilməz. Müqavilə başa çatdıqda və ya vaxtından əvvəl pozulduqda, « İcarədar » tərəfindən icarəyə götürülmüş sahədə aparılmış bütün tikililər «İcarəyəverən»-in ixtiyarına keçir.

7. «İcarədar» müqaviləni vaxtından əvvəl pozmaq hüququna malikdir.

Belə olduqda o, icarə müqaviləsini pozulan ay üçün icarə haqqını ödəməli, ödəmə qəbzini və müqavilənin surətini “ İcarəyəverən”-ə təqdim etməlidir, sonra sahənintəhvil verilməsi barədə akt bağlamalıdır. (akt bağlandığı gündən müqavilə qüvvədən düşür)

8. Müqavilə əsasında əldə edilən hüquqların «İcarədar» tərəfindən başqasına verilməsi yalnız «İcarəyəverənin» icazəsi ilə mümkündür.

Bu bənddə göstərilmiş şərtlərin pozulmasına görə «İcarədar» «İcarəyəverən»-ə sahəyə görə___________________ ( ___________________ ) manat məbləğində cərimə ödəməli və icarəyə verilmiş sahə qeyri qanuni hesab edilərək geri qaytarılır.

Müvafiq icazə olmadan, sahənin başqa şəxsə verilməsi qeyri qanuni hesab edilir.

9. İcarəyə verilmiş sahə dövlət və ya ictimai əhəmiyət kəsb edirsə, müvafiq gətirməmək şərti ilə vaxtından əvvəl pozula bilər, lakin «İcarədar »-a başqa torpaq sahəsi icarəyə verilməlidir.

10. Müqavilə eyni məzmunda üç nüxsədə bağlanır.

11. Müqavilədə göstərilməyən başqa mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunları əsasında məhkəmə yolu ilə həll edilir.

«İcarəyəverən » « İcarədar »

Ünvan: Ünvan:

__________________ ____________________

__________________ ____________________

H/ H______ AZN_____ H/ H______ AZN______

İcarəyəverən: İcarədar:

__________________ _________________________



İmza: ___________ İmza ______________

M.Y. M.Y.
Yüklə 10,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə