İcmalarda erkən müdaxilə xidmətlərinin yaradılması



Yüklə 156,93 Kb.
Pdf görüntüsü
tarix23.09.2018
ölçüsü156,93 Kb.
#70237


“İcmalarda erkən müdaxilə xidmətlərinin yaradılması” 

layihəsinin təqdimatı  

 

16 dekabr 2016-cı il 



 

BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti 

Bəxtiyar Aslanbəylinin çıxışı 

 

Hörmətli  tərəfdaşlar,  möhtərəm  qonaqlar,  xanımlar 

və cənablar, 

 

 

Sizi  Cənubi  Qafqaz  Boru  Kəməri  layihəsindəki  tərəfdaşlarımızın 



adından bu mühüm tədbirdə salamlayıram. 

 

 



Biz  bu  gün  burada  Azərbaycanda  gələcək  nəsillərin  sağlamlığının 

təməlinin 

düzgün 

qoyulması  və    qorunması  səylərinə  BP



-

nin  və 


onun  Cənubi  Qafqaz  Boru  Kəməri  layihəsindəki  tərəfdaşlarının 

dəstəyini  əks  etdirən  mühüm  bir  layihəni  təqdim  etmək  üçün 

toplaşmışıq.

 

 



Cənubi  Qafqaz  Boru  Kəməri  layihəsinin  maliyyəsilə  həyata 

keçiriləcək

 

bu təşəbbüs boru kəməri marşrutu boyunca yerləşən on 



bölgədə  –

 

Hacıqabul,  Kürdəmir,  Ağdaş,  Ucar,  Yevlax,  Samux, 



Goranboy,  Şəmkir,  Tovuz,  Ağstafa  rayonlarında  erkən  müdaxilə 

xidmətlərinin yaradılmasını nəzədə tutan bir yeni icma layihəsidir.

 

 

Bu,  Cənubi  Qafqaz  Boru  Kəmərinin  Genişləndirilməsi  layihəsinin 



sosial  sərmayə  proqramı  çərçivəsində  həyata  keçirilən  bir 

təşəbbüsdür. 

 

 

Bu  layihə  əslində  bu  sahədə  olan  qabaqcıl  dünya  təcrübəsini 



Azərbaycana  gətirməklə uşaqların sağlamlığının təmin olunmasında 

marağı olan bütün tərəfləri bir araya gətirəcək.

 

 

Biz  hesab  edirik  ki,  layihənin  əhatə  etdiyi  mövzu  hamımızın  diqqət 



mərkəzində olmalıdır, bu, xüsusilə də, Səhiyyə Nazirliyinin, yerli icra 

hakimiyyəti  orqanlarının,  yerli  səhiyyə  qurumlarının  və  məktəblərin, 

valideynlərin  və  bütün  ictimaiyyətin  diqqətində  olan  bir  məsələdir. 

Ona görə də, düşünürük ki, layihə həmin maraqlı tərəflərin hamısını 

bir  ümumi  məqsəd  ətrafında  toplayacaq

 



 

mümkün  qədər  erkən 




dövrlərdə  uşaqların  inkişafına  müdaxilə  etməklə  fiziki  və  əq

li 


cəhətdən  sağlam  vətəndaşların  yetişdirilməsi  məqsədinə  xidmət 

edəcək.


 

 

Bu tərəflər arasında ən vacibi, əlbəttə ki, valideynlərdir. Elə layihənin 



məqsədi  də  əsasən  valideynləri  bu  sahədə  maarifləndirməkdir. 

Erkən  müdaxilə  beynəlxalq  təcrübədə  qəbul  edilmiş  xidmətlər 

sistemidir.  Ümid  edirik  ki,  layihə  bu  təcrübəni  təbliğ  etməklə  erkən 

müdaxilənin  əhəmiyyətini,  bu  yolla  uşaqların

 

həyatını  dəyişmə



yin 

mümkünlüyünü  maraqlı  tərəflərə

xüsusən  də



valideynlərə 

aşıla

yacaq.  


 

 

Burada  ən  vacib  məqsəd  isə  gələcək  nəsillərin  sağlamlığının 



qorunması  olduğundan  ümidvarıq  ki,  layihə  uğurlu  olacaq  və  neçə

-

neçə  uşağın  inkişafına  vaxtında  müdaxilə  etməklə  onların  həyatını 



büsbütün dəyişəcək.

 

 



 

Sonda mən bu layihəni həyata keçirəcək UAFA təşkilatına təşəkkür 

etmək  istəyirəm.  UAFA  bu  sahədə  təcrübəsi  olan  yerli  təşkilatdır

Əminik ki, bizim birgə səylərimiz bu layihəni uğurlu edəcək və erkən 



müdaxilə  təcrübəsi  Azərbaycanda  da  uşaqların  düzgün  inkişafını 

təmin edən səmərəli yollardan biri kimi ölkədə yayılacaq.



 

 

 



 

Yüklə 156,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə