İgid ölər, adı qalar



Yüklə 39,93 Kb.
Pdf görüntüsü
tarix24.06.2018
ölçüsü39,93 Kb.
#50963


4

2

2



2

7

7



.

.

0



0

6

6



.

.

2



2

0

0



1

1

4



4

İgid ölər, adı qalar,

müxənnətin nəyi

qalar?

Azərbaycan 

atalar sözü

Sali Süleyman... XIX əsrin

sonlarından başlayaraq bu ad o

qədər məşhurlaşmışdı ki, bəzən

onun  əfsanəvi qəhrəman olduğunu

zənn edirdilər. Lakin onu tanıyanlar,

hünərinin  şahidi olanlar üçün  Sali

Süleyman qəhrəmanlıq rəmzi idi.

Sali Süleymanın  əsl adı Mamma

Koçap, familiyası Maxtulayevdir.

1879-cu ildə Dağıstanın Buynaksk ra-

yonunun Teletl kəndində Maxtulayın

kasıb ailəsində dünyaya gələn Mamma

uşaqlıqdan qeyri-adi gücü ilə seçilirdi.

Həmkəndlilərinə tez-tez ağır işlərdə

kömək edən Mamma bir qayda olaraq

təəccüb və heyrət obyektinə

çevrilərdi. 5-6 adamın güclə

qaldırdığı ağır yükləri o, bir əli

ilə yerdən üzər, öküzü asanlıqla

çiyninə alar, 10-15 uşağı

kürəyində  gəzdirərdi. Onun

çaxır dolu çəlləkləri top kimi

oynatması isə  əsl tamaşa idi.

Yaraşıqlı, üzügülər, mehriban

Mamma hamının sevimlisi idi.

“Dağıstanın məğlubedilməz

şiri” titulunu qazananda onun 15

yaşı yenicə tamam olmuşdu.

Temir-Xan-Şurada (indiki

Buynaksk) keçirilən yarışlarda

o, həmin dövrün ən güclü

pəhləvanı sayılan Gimrəli

Məhəmmədə qalib gəlmiş, o

vaxtdan şöhrəti bütün Dağıstana

yayılmışdı.

İdmançı kimi isə onun karyerası

1896-ci ildən başlanmışdır. Həmin il

Temir-Xan-Şuraya məşhur Maks sirki

qastrola gəlmişdi. Truppada fransız

güləşi üzrə beynəlxalq turnirdə  iştirak

etmiş  pəhləvanlar da var idi. Sirkin

tamaşalarından birində 16 yaşlı

Mamma Maxtulayev də  iştirak edirdi.

Səid Kaxuta adlı hindu pəhləvanının

rəqibinin kürəklərini yerə vurub

özündən razı halda gəzişdiyini görəndə

birdən sirkə  yığışmış tamaşıçılardan

uğultu qalxdı:

- Mamma, meydana çıx! Mamma,

meydana çıx!

Özünü itirmiş yeniyetmə  nə

edəcəyini bilmirdi. Bir tərəfdə nəhəng

gövdəli, qorxunc görkəmli hindu, o biri

tərəfdə ümid və inam qarışmış israrla

onu səsləyən həmyerliləri idi. Nəhayət,

o, qətiyyətini toplayıb irəli çıxdı. 16

yaşlı yeniyetmənin təcrübəli pəhləvanı

yerə  sərməsi həmin gün ümumxalq

sevincinə çevrildi. 

1897-ci ildə Qafqaza qastrol

səfərinə  gələn Peterburq sirki Temir-

Xan-Şurada da tamaşa verirdi. İkinci

bölmədə, pəhləvanların 

ənənəvi

nümayişi başlananda zalda oturanlar



bir səslə Mamma Koçapın da yarışlara

qatılmasını  tələb etməyə başladılar.

Bunu görən təşkilatçılar ertəsi gün əllə

yazıb divarlara yapışdırdıqları

afişalarda Matyuşenko adlı pəhləvanla

gənc dağıstanlı  pəhləvanın gülə-

şəcəyini göstərdilər. Hamının intizarla

gözlədiyi həmin yarış cəmi bir dəqiqə

çəkdi, Mamma rəqibinin kürəyini

asanlıqla yerə vurdu. Gastroldan sonra

sirk Port-Petrovska yola düşdü, lakin

bir gün sonra sirkin rəhbərlərindən biri

olan  İ.Poddubnı  gənc pəhləvanın

arxasınca geri qayıtdı. Həmin gündən

Mamma taleyini həmişəlik olaraq

sirklə bağladı. 

Pəhləvanın iş rejimi onu tanıyanları

və pərəstişkarlarını heyrətə gətirirdi. O,

hər il onlarla şəhərlərdə tamaşalar

verir, müxtəlif çempionatlarda iştirak

edirdi. Qazandığı  qələbələrin nəticəsi

olan qızıl medallar, qiymətli prizlər

onu dünyanın  əfsanəvi pəhləvanı

zirvəsinə qaldırmışdı. 50-yə yaxın

ölkənin başçısından, o cümlədən  İran

şahından və Belçıka kralından xatirə

medalları alan Mammanın parlaq

qələbələrini saymaqla qurtarmaq

olmur. O, dünya çempionları Pankin,

Başkirov, Vaxturov və Svyatogorovu

məğlub etmişdi. Dünyanın bütün

qitələrində olmuş və hər yerdən vətənə

üzüağ qayıtmış Mamma 1901-1903-ci

illərdə bütün rəqiblərini məğlub edərək

güləş üzrə mütləq dünya çempionu ti-

tulunun sahibi olur.

Adı dillər  əzbəri olan Mamma

Koçap Maxtulayev birdən-birə Sali

Süleyman olur. Bu, necə baş verir?

1904-cu ildə Türkiyə sultanının sevim-

lisi, bütün Yaxın və Orta Şərqdə

tanınan Sali Süleyman adlı  pəhləvan

Mamma Maxtulayev onu məğlub

edəndən sonra sarsılıb hamının

qarşısında bəyan edir: “Məğlub Sali

Suleyman ola bilməz. Bu gündən mən

öz adımı bu pəhləvana verirəm.

İnanıram ki, o, məğlubedilməz

olacaq”.

Dağıstan pəhləvanı  həmin ada

ömürlük sadıq qaldı. O, parlaq

qələbələrinə görə “Dağıstan  şiri”,

“Şərqin sevimlisi” adlarını qazandı. Nə

öz ölkəsində, nə  də xaricdə heç kəsə

onun kürəklərini yerə vurmaq nəsib

olmadı. Yalnız İvan Poddubnı ilə görü-

şü heç-heçə nəticələndi və bununla da

onların arasında böyük dostluq

başlandı.  İ.Poddubnı ona Sankt-

Peterburq atletika cəmiyyətində fransız

güləşi sahəsində  təkmilləşməkdə

kömək etdi. O, dağıstanlı  pəhləvana

böyük səxavətlə güləşin sirlərini

öyrədir, əməli məsləhətlər verirdi.

Sali Süleyman haqqında hələ onun

sağlığında  əfsanələr dolaşırdı. Lakin

çoxlarının  əfsanə kimi qəbul etdiyi

pəhləvanın pələnglə güləşməsi hadisəsi

əslində  həqiqət idi. Sankt-Peterburqda

sirkin arenasına çıxmağa hazırlaşan

Sali Süleyman içərisində vəhşi heyvan-

lar saxlanan qəfəslərin yanından

keçərkən birdən qəfəslərdən birindən

bayıra çıxan benqal pələngi pəhləvanın

üstünə atılır. Sən demə, bir gün əvvəl

ispan pəhləvanı Alberto Qonsales Sali

Süleymana böyük məbləğdə pul

alaraq, ona yarışda məğlub olmağı

təklif edibmiş. Rədd cavabı alan və

döyüşdə  məğlub olan rəqib pəh-

ləvandan qisas almaq niyyətilə qəfəsin

qapısını açır. Pələng qəfil zərbə ilə Sali

Suleymanı yerə sərir. Qana qəltan olan

pəhləvan tez özünü ələ alıb pələngin

boğazından yapışır və onu yerə çırpır.

Ağır yaralanmış pəhləvanı xəstəxanaya

çatdırırlar və o, üç aydan sonra çoxlu

çapıqlarla oradan çıxır. Xəstəxanada

ona Peterburqun demək olar ki, bütün

məşhur insanları, o cümlədən Fyodr

Şalyapin, Maksim Qorki baş  çəkir.

İvan Poddubnı isə onu demək olar ki,

hər gün yoluxurdu.

Sali Süleymanın məğlub etdiyi

dünya çempionlarının siyahısında

polyak Stanislav Zbışko-

Sıqaneviçin, iranlı Bilalın,

bolqar Nikolay Petrovun,

osetin Bola Konukovun,

türklərdən Toqu Əhmədin və

Xəlil Adalinin, ameikalı Tom

Kannonun, alman Yakob

Koxun, fransızlar Raul de

Buşenin və Loren de

Bokeryanın, həmçinin beşqat

dünya çempionu, daniyalı  İess

Pedersenin və onlarca

başqalarının adı var.

O, sirki 70 yaşında tərk etsə də,

idman məşqələlərini atmır, bir

neçə SSRİ çempionu, onlarca

idman ustası yetişdirir.

Övladlarından iki oğlu – Kamal

və Ağarəhim də onun sayəsində

SSRİ idman ustası olur. Dünya

şöhrətli pəhləvan ömrünün son illərini

Bakıda keçirir.

Şən və zarafatcıl adam olan Sali

Süleyman həm də  həmişə haqqın və

düzlüyün tərəfində olması ilə hörmət

qazanmışdı. Onu başqalarından

fərqləndirən bir cəhət də var idi:

taleyin sınaqlarına mətanətlə sinə

gərirdi. Belə  sınaqlar isə az olmurdu.

Onlardan biri, üçüncü oğlu  İbrahimlə

əlaqədar idi. Çoxları elə zənn edirdi ki,

Sali Süleymanı  məhz  İbrahim  əvəz

edəcək. Ucaboy, pəhləvan cüssəli,

yaraşıqlı  oğlan olan İbrahimin bütün

idman göstəriciləri bunu deməyə  əsas

verirdi. Lakin içkiyə meyllilik onu

nəinki idmandan, hətta cəmiyyətdən

uzaqlaşdırdı  və  nəhayət, o, məhbəsə

düşdü. Sali Süleyman oğul dərdi ilə

uzun illər yaşadı. Dünyada heç kəsin

əyə bilmədiyi bu pəhləvanı həmin dərd

əysə də, sındıra bilmədi. Öz əzəmətini

və  əyilməzliyini sona qədər saxlayan

Sali Süleyman  90 yaşında vəfat etdi.

Sədaqət KƏRİMOVA

Ukraynada Azərbaycan

telekanalı acıldı

U k r a y n a d a k ı

Azərbaycan diaspo-

runun internet üzə-

rindən yayımlana-

caq televiziya

kanalı - «Diaspora

TV» fəaliyyətə

b a ş l a y ı b .

Telekanalın məqsədi Azərbaycan mədəniyyəti,

siyasəti, tarixi və dövlətçiliyini dünya

ictimaiyyətinə  təqdim etmək, ölkəmiz haqqında

yayılan qeyri-obyektiv informasiyaların qarşısını

alaraq, Azərbaycan dövlətinin siyasətini dünya

miqyasında təbliğ etməkdir. Kanalın

məqsədlərindən biri də müxtəlif ölkələrdə

fəaliyyət göstərən Azərbaycan diasporlarının

gördüyü işləri işıqlandırmaq və onlara

informasiya dəstəyi göstərməkdir.

Sutkada 18 saat efirdə olacaq  TV-nin xəbərlər

buraxılışı  hər 3 saatdan bir canlı yayımlanacaq.

Kanalın xəbərlər xidməti CNN, Reuters və BBC

şirkətləri ilə  sıx  əməkdaşlıq etməyi nəzərdə

tutub.Verilişlərin Azərbaycan, rus, ukrayna,

ingilis və digər dillərdə yayımlanması  qərara

alınıb. «Diaspora TV» Ukrayna, Rusiya, eləcə də

xarici aparıcı distribütor şirkətlərlə  əməkdaşlıq

etməyi planlaşdırır.



Vatikanda ölkəmizlə bağlı

əlyazmalar aşkarlanıb

Azərbaycan Milli

Elmiər Akademiyası

Əiyazmalar  İnstitutu

Vatikanda Azərbaycanla

bağlı 153 yeni tarixi

sənəd və 

əlyazma


aşkarlayıb. Alim Fərid

Ələkbərlinin Vatikanın

Məxfi Arxivinə  və Apostol Kitabxanasına

uzunmüddətli ezamiyyətləri bu il başa çatıb.

Vatikan Məxfi Arxivində 700-dən çox sənəd

araşdırılıb və Azərbaycan tarixinə aid 85 sənəd

aşkar olunub. Bu sənədlər italyan, latın, yunan,

fransız,  ərəb, fars, türk, monqol, erməni və sair

dillərdədir. Tədqiqatlar nəticəsində aşkar edilmiş

sənədlər X-XX əsrləri əhatə edir. Onların arasında

orta  əsr Azərbaycan hökmdarlarının (Elxani,

Səfəvi,  Əfşar, Qacar və s.) Roma papaları ilə

məxfi yazışmalarını əks etdirən məktublar da var. 

Burada orta əsr Azərbaycan müəlliflərinə

məxsus 68 qədim  əsər və çoxlu sayda xəritə  də

aşkar edilib. Bunlar Azərbaycan (türk), fars, ərəb

dillərində olan orta əsr  əlyazma kitablarıdır.

Onların arasında məşhur Azərbaycan

müəlliflərinin (Nizami, Füzuli, Nəsimi, Şəbüstəri,

Sührəvərdi və b.), eyni zamanda, indiyə qədər adı

bizə  məlum olmayan orta əsr müəlliflərinin 11

əsəri var.



Yeni orfoqrafiya lüğəti 

“Azərbaycan dilinin

orfoqrafiya lüğəti” uzun

fasilədən sonra 6-cı  dəfə  nəşr

olunub.  2004-cü ildə  nəşr

olunmuş Orfoqrafiya lüğə-

tində 80 minə yaxın söz var

idisə, genişləndirilmiş  və

yenidən işlənmiş lüğət

110543 sözdən ibarətdir.  İlk

dəfə olaraq coğrafi adlar,

şəxs adları, təşkilat adları, habelə pul

vahidlərinin adları  və  şərti işarələr də lüğətə

daxil edilmişdir.



Yeniliklər

www.samurpress.net



DAĞISTAN ŞİRİ

Yüklə 39,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə