Ii fəSİl tarix tariX



Yüklə 1,63 Mb.
səhifə1/17
tarix02.06.2018
ölçüsü1,63 Mb.
#46965
  1   2   3   4   5   6   7   8   9   ...   17

İbrahim Qəfəsoğlu


autoshape 1

II FƏSİL
TARİX

TARİX
Ən əski və davamlı toplumlardan biri olan türklər aşağı-yuxarı dörd min illik keçmişləri boyunca Asiya, Avropa və Afrika qitələrinə ya­yılmış bö­­yük bir millətdir. Orta Asiyadakı anayurddan ətrafa gerçək­ləş­dirdikləri sü­rəkli köç hə­rə­kətləri türklərin eyni zamanda əhali baxımın­dan çox oldu­ğu­nu da göstərir. Türklər bu əhali çoxluğu və fəallığı dolayısıyla dünya tari­xində mühim rol oy­na­mışlar. Türk tarixini dəyərləndirərkən onu həm za­man, həm coğrafi baxım­dan digər toplumların tarixin­­dən ayıran bu nöqtələr göz önündə tutulmalıdır:

A. Bütün digər millətlərin fərdləri toplu olaraq bir arada olduğu üçün is­tə­nilən vaxtda onların vəziyyətini açıqca təsbit və tədqiq et­mək müm­­kün o­l­du­ğu halda, dağınıq şəkildə yaşayan türk kütlələrinin bir­­-birlərindən fərqli gəliş­mə yolları təqib etmələri üzündən türk tarixini mü­əyyən bir zaman kə­siyində bütöv halda dəyərləndirmək asan deyil.



B. Tarixləri bəlli bir coğrafi çevrənin sərhədləri içində cərəyan edən di­gər mil­lətlərin yayılmaları da dəyişməyən vətən torpaqları civarında mey­dana gəl­diyi halda, müxtəlif türk kütlələri əsrlərcə yeni iqlimlər, ye­ni yurd­lar ara­yaraq ta­rixlərini müxtəlif bölgələrdə yaratmışlar. Bu etibarla tarixinin hər hansı bir dövründə ayrı-ayrı yerlərdə müxtəlif türk toplum, ida­rə və döv­lət­lərini müşahidə etmək mümkün olduğun­dan türk tarixi deyilincə tək bir toplumun mü­­əyyən bir coğrafiyadakı tarixi deyil, türk adı və ya xü­su­si adlar altın­da və ayrı hökmdar ailələrinin ida­rə­sində görünməklə bəra­bər, dili, dini, törəsi və gə­lənəkləri ilə eyni mil­li kül­türün daşıyıcısı olan türk zümrələrinin müxtəlif böl­gələrdə ortaya qoy­duğu tarixlərin məcmusu anla­şıl­malıdır. Bu coğrafi və siyasi bölünmə nəticəsində türklərdən bir qismi boz­qırlı tipi ola­raq yaşadığı halda digər bir qismi oturaq həyata bağ­lan­mış, bir bölgədə siya­si nüfuzunu itirərkən, digər bölgələrdə iqtidarın zir­vəsinə ça­tan türk kütlə­ləri eyni zamanda mövcud olmuş və türk tarixi, əs­ki, yeni bir çox millətlərin ta­rixi ilə bir arada, hətta iç-içə inkişaf et­miş­dir. Geniş türk ta­ri­xi­nin elmi yol­lar­dan araşdırılıb incələnməsini föv­qə­ladə dərəcədə çətinləş­dirən bu vəziy­yəti bir baxıma türk millətinin dün­ya tarixində də­rin iz buraxan qüdrət və fəaliyyətinin nişanəsi saymaq lazım­dır.

1."TÜRK" ADI
Türklərin qədim bir millət olması araşdırıcıları türk adını ən əski ta­rix qaynaqlarında aramağa sövq etmişdir. Keçən əsrdən bəri bir çox bil­­gin tərə­fin­dən irəli sürülən görüşlərə görə, Herodotun (m.ö. V əsr) Şərq qövmləri ara­sında zikr etdiyi tarqitalar (J. v. Hammer, 1832), "skif" torpaqlarında ya­şa­dıqları söy­lənən "tyrkae"lər (yurkae) (W.Tomaschek, 1887), müqəddəs Tövratda adı ke­çən, Yafəsin nəvəsi Togharma (J. v. Ham­mer, 1832), əski hind qaynaqlarında tə­sadüf edilən turukha (və ya turuşkalar) (V. de St. Mar­tin, 1899; J. Marquart, 1901), thraklar (F. Erd­mann, 1862), əski Ön Asiya mixi yazılı mətnlərdə gö­rülən turukkular (H. Z. Koşay, 1955), Çin qaynaq­la­rında m.ö. I minillik için­də rol oyna­dıq­ları bilinən tik və ya dilər (De Groot, 1921) və hətta tro­yalılar1 və baş­qaları türk adını daşıyan türk qövm­ləri sanılmışdır. İslam qay­naq­­la­rında ay­rıntılı şəkildə nəql edilən İran mən­şəli Zend-Avesta rəvayətləri ilə İsrail mən­şəli Tövrat rəvayətlərində də "türk" adı aranmış, Nuhun nə­vəsi (Yafəsin oğlu) Türk də (Təbəri, Məsudi, ibn ül-Əsir, ibn Xordadbeh, Gər­dizi, Mahmud Kaş­ğari və başqaları) və ya İran rəvayətindəki hökm­dar Firidunun (Fraetaona) oğlu Turac və ya Tur (Tu­ran adı buradan gəlir) da2 türk" adını daşıyan ilk qövm ola­raq göstə­rilmək istənmişdir. Türklər uzun bir keçmişə sahib olmaqla hətta İran-Turan mübarizələrinə aid xa­tirə­lər­də zikr edilən ƏfrAsiyab (Tunqa Alp Ər və ya Alp Ər Tunqa) əslində bir türk başbuğu olmaqla bərabər, son arxeoloji araş­dırmalar və kültür tarixi tədqiqləri nəticələrinə zidd düşən yuxa­rıdakı fərziy­yələrin linqvistik baxımından da doğruluğu təsbit edilmə­miş­dir3. Bu kəl­mələrin bir qisminə görə, türk adının miladdan öncəki əsrlərdə dəxi bu­gün­kü tələffüzü ilə, yəni tək hecalı olaraq söylənmiş olması lazım idi. Hal­bu­ki adın tək hecalı du­ruma Göytürk çağında (m.s. VI-VIII əsr) keçməkdə ol­du­ğunu Orxon kita­bə­ləri göstərməkdədir. Bu kitabələrdə ad "türk", fəqət daha çox “tü­rük" şəklində qeyd edilmişdir. Adın çincə transkripsiyası da iki he­ca­lıdır: tu-küe4 (çincədə r səsi yoxdur). Son araş­dırmalarda “türk" sözünün VI-VIII əsrlərdən öncə yal­nız qoşa hecalı söy­ləndiyi, daha əskidən isə "tö­rük" şəklində ola biləcəyi gös­tərilmişdir5. Ayrıca, adları türkə bənzədiyi irəli sü­rülən bütün toplumlarla türk qövmü arasında irqi, lisanı, iqtisadi və başqa bağ təsbit edilə bilməmişdir. Türk adına həm qay­naqlarda, həm də araşdır­malarda dürlü mə­nalar verilmişdir: tu-küe (türk)=dəbilqə6; trk (türk)=tərk edil­miş7; türk=ol­ğunluq çağı8; takye=dəniz sahilində otu­ran adam; cəzb et­mək və s.9. Keçən əsrdə A.Vamberinin (1879) el­­mi iza­ha doğru ilk addım qəbul edilən fikrinə gö­rə, “türk” kəlməsi "türə­mək­"dən çıx­mış­dır. J. Deny (1939) də bu fikirdədir. Z. Gökalp (1923) adı "türəli" (qanun və nizam sa­hi­bi) deyə açıqlamışdır. W. Bart­holdun (1927) dü­şün­cəsi də buna yaxındır. Sözün törük>türük>türk şəklin­də inkişafını mümkün görmə­yən və bunun bir qəbilə adı da olmadığını bil­dirən G. Doerferə (1965) görə, Or­xon kitabəsin­dəki “türk” təbiri daha zıyadə "döv­lətin əsas xalqını təşkil edən mil­­lət" ("sta­atsvolk") mənasına gəlir. Fəqət "türk" sözünün isim kimi "güc-qüv­vət", sifət kimi güclü-qüvvətli mə­nasını daşıdığı 1911-ci ildə nəşr edilən əski bir türk­cə sənəd­dən an­laşıl­mışdır10. Burada keçən "türk" sözünün millət adı "türk" ilə ey­ni olduğu A. v. Le Coq tərəfindən irəli sürül­müş11 (1912), Göy­türk ki­tabəsini çözən V. Thom­sen tərəfindən də qəbul edilən (1922) bu gö­rüş daha sonra Gy. Némethin araş­dırmaları ilə tam (1927) dəqiqlik qa­zan­mış­­dır12. Türk kəlməsi semantik olaraq meydana çıx­mış və forma­laşmış, çox in­kisaf etmiş, qüvvət(li) məna­larını qa­zan­mış ol­malıdır13. Çin qaynaq­larına görə, “türk" deyimi ünlü Aşina ai­lə­sinin mənsub olduğu qə­biləni töv­sif etməkdə idi (bax: aş. Göytürk xaqanlığı). Xüsusi isim ha­lında çox əski­dən bəri türk­cədə möv­­cud olması gərəkən “türk” sözünün "altaylı" (Sey­hun ötəsi, turanlı) qövm­ləri ifadə etmək üzrə 420-ci il tarixli bir pers mətnində, daha sonra, yenə xüsusi isim olaraq, 515-ci il hadi­sə­lə­ri dolayısıyla "türk-hun" (qüvvətli hun) tə­birində zikr edildiyi bildirilmək­dədir14. Fəqət «türk» kəlməsini türk dövlətinin rəsmi adı olaraq ilk işlənən təşəkkül Göytürk imperatorluğudur (552-744). Bütün bun­lar «türk» adının müəyyən bir topluma məxsus etnik bir isim olma­yıb, siya­si bir ad olduğunu ortaya qoy­maq­dadır15. Göytürk xa­qan­lı­ğının qurulmasından eti­barən öncə bu dövlətin, daha sonra bu im­pe­ra­torluğa bağ­lı, öz xüsusi isimləri ilə də anı­lan, digər türklərin ortaq adı ol­muş və za­manla türk soyuna mənsub bütün toplumları ifadə etmək üz­rə milli ad payəsinə yük­səl­mişdir. Millət və döv­lət adı olaraq «türk» kəl­mə­si ilk də­fə Çində chou sülaləsi (557-579) salna­məsində, Qərbdə bizanslı tarixçi Agat­hiasın (ölümü: 582) əsərində16, ərəb­cədə cahiliyyə döv­rü şairi Nə­biqət üz-Zübyaninin (ölümü: m. 600-ə doğru) divanın­da17 və slav­yancada XII əsrin ilk rus xronikasında zikr edilmişdir. Coğrafi ad olaraq "Tür­kiyə" (=Turkhia) tə­birinə ilk dəfə Bizans qay­naqla­rında tə­sadüf edil­məkdədir. VI əsrdə "Tür­kiyə" təbiri Orta Asiya üçün işlə­dilirdi (Me­nan­dros). IX-X əsrlərdə Volqa­dan Orta Avropaya qədər olan sa­hə­yə bu ad ve­ril­məkdə idi. (Şərqi Türkiyə =Xəzərlərin ölkəsi, Qərbi Tür­kiyə=Ma­car ölkəsi). XIII əsrdə türk dövləti zamanında Misir və Suri­yaya "Tür­ki­yə" de­yilirdi. Ana­dolu isə XII əsrdən etibarən "Türkiyə" (Turcia) ola­raq ta­nınmış­dır18.
2.TÜRK SOYU
Tarixdə türk toplumları haqqındakı antropoloji tövsiflər olduqca qarı­şıq­dır. Həm Çin salnamələrində19, həm də Qərb qaynaqlarında20 türk­lər daha çox monqol tipində (sarı rəngli və dolikosefal) təsvir edilmişlər. Türklərlə mon­­qollar arasında dil birliyi baxımından21 və etnoloji yöndən bir əlaqə ol­ma­dığı22, xüsusilə Orta Asiyadakı qa­zıntılarda əldə edilən an­­t­ro­poloji mate­ri­alın incələn­məsi nəticəsində bu iki qövm arasında soy bir­liyinin olmadığı da ortaya qoyul­duğuna görə23, əski çağlarda türklərin mon­qoloid göstəril­mələri o zamanın türk döv­lət­lərində monqol ünsü­rü­nun çoxluğu ilə açıqlana bilər. Türklərin tarix bo­yunca ən sıx təmasları ya­xın qonşuları monqollarla olmuş, böyük mon­qol küt­lələri türk ida­rəsınə alınmış (Asiya hunlarında, tabğaçlarda olduğu kimi) və on minlərcə monqol türklərlə birlikdə uzun köçlərə qatılmışdır (Qərb hun­larında və avarlarda olduğu kimi). Ayrıca, sıx təmasların müm­kün qıldığı bəzi irqi qay­naşmalar da düşünülsə, yabançıların dışdan mü­şa­hidələrinə heyrət et­məmək lazımdır. Son yarım əsr içində apa­rılan an­t­ropoloji incələmələr türk­lərin bəyaz irqə mənsub olduqlarını göstər­miş­dir24. Yer üzündə möv­cud dörd böyük bəyaz irq qrupundan "europid" adı verilən qrupun "tu­ra­nid" tipindəki brakisefal türk­lərin özlərini başda do­likosefal monqo­lo­idlər olmaq üzrə digər irqlərdən ayıran antropoloji ciz­gilərə sahib ol­duq­la­rı anlaşılmışdır25.

Bilindiyi kimi, Tövratda nəql edilən əski gələnəklərdə türk soyu (Ham və Şamdan deyil, Yafəsdən tö­rəmiş olaraq) bəyaz irqdən gös­tərilir26. Turan tipini təmsil edən Orta Asiya, Mavəraünnəhr və digər Yaxın Şərq türkləri bəyaz tənli, tünd par­laq gözlü, dəyirmi üzlü (“ay üz­lü, ba­dam gözlü"), ən­damlı, sağlam vü­cudlu kişi və qadınları ilə27 ortaçağ qay­­naqlarında gözəlliyə örnək olaraq gös­tərilmiş, hətta İran ədəbiy­yatın­da «türk» sözü gözəl insan mə­nasında işlən­miş­dir (bax: IV fəsil).



3.TÜRKLƏRİN ANA YURDU
İlk türklərin köçlərdən əvvəl yaşadığı torpaqlar məsələsi keçən əsr­dən bəri müzakirə mövzusudur. Qərbli alimlərin əksəriyyəti mə­­sələni öz məşğul olduqları elm sahələri baxımından ələ aldıqlarından bu xüsus­da müxtəlif nə­ti­­­­cələrə gəlmişlər. Tarixçilər Çin mənbələrinə dayanaraq Altay dağlarını türk­­lə­rin ana yurdu qəbul edərkən (J.Klaprothe, 1824; J.v. Hammer, 1832; W.Schott, 1836; M. A. Castren, 1856; A. Vamberi, 1885; E. Oberhummer, 1912), sənət ta­rixçiləri Tanrı dağları–şimal-qərb Asiya sahəsini (J. Strzy­gowsky, 1936,) bəzi kültür tarixçiləri İrtış-Ural arasını (İ. Zichy, 1938) və ya Altay-qırğız boz­qırları arasını (O. Men­ghin, 1937), yaxud Baykal gölü­nün cənub-qərbini (W. Kop­pers, 1937) gös­­tərmişlər, bəzi dil araşdırıcıları Altay dağlarının şərqini (W. Radloff, 1891; L. Ligeti, 1940) və ya Kinqan silsiləsi bölgəsini (G. J. Ram­stedt, 1928) və ya 90-cı meridianın şərqini (K. H. Menges, 1968) türk ana yurdu olaraq düşünmüşlər. Bunlara baxaraq əski türk yurdunun coğ­ra­fi sər­həddini çəkə bilmək az-çox mümkün olmaqla bə­ra­bər müəyyən və daha dar bir böl­gəni təyin etmək olduqca müşküldür. Bunun səbəbi türk­lərin daha ilk za­manlardan eti­barən geniş bir coğrafiyaya yayılmaları və kültürlərini uzaqlara qə­dər götür­mələri olmalıdır. Son linq­vis­tik araş­dır­malar isə bu sahənin Altay-Ural dağları arasına alınması, hətta Xəzər də­nizinin şimal-şərq bozqırlarının əsl türk yur­dun­dan sayılması ehti­malını qüvvətləndirmişdir. Çünki m.ö. II minilliyin orta­la­rına (1500-cü il­lər) aid bəzi dil yadigarlarının ortaya qoyduğu kimi28 türklərin o tarixlərdə həm şimal-qərbdəki əski urallı qövmlərlə, həm də cənub-qərbdəki hind-Av­ro­pa dıllərində danışan arilərlə təmas edə bilmələri29 ancaq bu coğrafi ərazi­də mümkün ola bilərdi30.

Orta Asiyada S.V. Kiselyov və S.S. Çerniqov tərəfindən aparılan ar­xe­­o­loji araşdırmalar (m.ö. II minillikdən daha öncəki durum) türk ana yur­dunu təsbitdə daha qəti nəticələr vermişdir. Buna görə, Minusinsk bölgəsin­dəki Afa­nasyevo kültürü (m.ö. 2500-1700)31 ilə eyni bölgədəki Andronovo kül­türünün (m.ö. 1700-1200)32 təmsilçiləri olub ətrafdakı dolikosefal monq­olidlərdən, habelə dolikosefal Aralıq dənizi tiplərindən fərqli olan "braki­sefal savaşçı bə­yaz irq" türk soyunun proto-tipi idi və daş dövrünün ilk çağ­larından bəri Altay-Sayan dağlarının cə­nub-qərb bölgəsində (təqr. Minu­sinsk-Tuva-Abakan boz­qır­ları) yaşa­maq­da idi33.



4.TÜRKLƏRİN YAYILMALARI
Əski və orta çağlar dünya tarixində xüsusilə türk toplumları üçün xa­rak­terik olan böyük köç hərəkətlərinin başlanğıc dövrü yuxa­rıdakı incələ­mələr işı­ğında artıq olduqca aydınlıq qazanmışdır. Bundan 40 il qədər öncə elm adam­ları m.ö. IV əsrdə Qobinin cənubu, Kan-su, Hu­ang-ho dirsəyi do­lay­la­rın­da gö­rü­nən türklərin (əsgəri, iqtisadi özəllikləri, dil, din ayrılığı və s. dola­yı­sıy­la) dı­şarıdan gəldiklərini bildirmişdilər34. Son zamanlarda varılan arxeoloji və ant­ropoloji nəticələr isə daha çox "Asiya hunları" deyə tanınan bu türk küt­lələ­rinin ana yurd bölgəsindən çıxış tarixini və köç yönlərini təsbitə imkan ver­mək­dədir. Yuxarıda söy­ləndiyi kimi, daş dövrünün ilk çağ­la­rından bəri Al­tay-Sa­yan dağ­larının cə­nub-qərb qismində yaşayan braki­se­fal bəyaz irq, Afa­nasyevo kül­tü­rü­nün inkişafı ilə xarakterinin daha müəyyən hala gəldiyi sezilən And­ro­novo in­sanının təmsilçisi olaraq S. V. Kiselyov ilə S. S. Çerni­qovun təs­bitlə­ri­nə görə, kö­çəri və savaşçı kütlələr halında m.ö. 1700-cü ildən etibarən ətrafa ha­­kim ol­mağa başlamış və sonrakı iki əsr için­də Altay və Tan­rı dağlarını bürü­müşdü. Digər tərəfdən, eyni irqə mənsub olanların, yə­ni proto-türklərin (türk­lərin əc­dad­larının) bir qismi bugünkü Qazaxıs­tan üzərində Mavəraünnəhrə qə­dər ya­yılaraq oradakı dolikosefal Aralıq dənizi irqləri ilə təmas qurarkən, qərbə doğru gedən qruplar da Ural (fin-uqor) qövmləri ilə bağlantı yaratmış­dılar35 ki, bu du­ru­mun yuxarıda gös­tərildiyi üzrə m.ö. 1500-cü illərdə bir yan­dan Ural dili, digər yandan hind-Avropa dilləri ilə türkcə arasında söz mü­badi­ləsinin gerçək­ləş­dir­diyi anlaşılmaqdadır. Proto-türk yayılması və ya genişlən­məsinin yö­­nünü və za­ma­nını müxtəlif yerlərdə görülən Andronovo kültürünün özəl­lik­lə­rinə baxa­raq təqib etmək mümkündür (bax: aş. Bozqır kültürünün mənşə­yi: altaylı nəzəriyyəsi). Buna görə, türklər m.ö. 700-ci ilə qədər Al­taylara yerlə­şər­kən bir yandan da bəlkə m.ö. 1100-cü illərdən etibarən izdihamlı küt­lələr ha­lın­da Çi­nin cənub-qərbindəki Kan-su, Ordos bozqır­larına doğ­ru gəl­məyə da­vam et­miş­lər. Çünki burada cənubi Çin mənşəli olub, əkin­çiliyə da­yanan Lung-shan adlı əski kültür yerinə monqollar və tibetlilərə nisbətən türk­lərin daha təsirli mü­da­xiləsi nəticəsində fərqli bir kültür meydana gəlmişdir. "Yang-shao" adlan­dı­rılan və bugünkü Çin kül­tü­rünün əsasını təşkil edən yeni kül­türdə bunun siyasi sa­hədə nişanəsi olan Chou dövlətindəki (m.ö. 1050-256) gö­rüntülərindən anla­şıl­dığı üz­rə, iqtisadi (at bəsləmə), dini (göy kültü), idari (gə­liş­miş əsgəri xa­rak­ter), sənət (hey­van üslubu) və s. kimi əsl türk ünsürləri müşahidə edil­miş­dir36. Sonraki Çin mənbələrində "Hiung-nu" adı ilə göstərilən toplumun çəkir­dəyi şüb­həsiz bu Asiya hun (türk) kütlə­sidir. Yang-shao kül­türünün başda gə­lən bir özəlliyi olaraq boyalı keramika göstərilməkdədir ki, bu cür kera­mi­kanın daha ziyadə Ön Asiya mənşəli ol­ması bu iki bölgənin mü­nasibət­­lərini or­taya qoyur. Bağlantını quran ünsürün türklər ola bilə­cəyini irə­li sürən W.Eber­hardın düşün­cəsi37 daha sonrakı qazıntılarla dəs­­tək­lən­miş kimi­dir. Andronovo kültü­rü­nün üç bulaq və ya "me­ander" şək­lindəki basma bəzək­lərlə süslənmiş kera­mi­kası m.ö. II minil­lik­də yavaş-yavaş An­d­ronovo kültür çevrəsinə girən Xa­rəzm­də (Uzboy kül­türü) ey­nən möv­cud idi38. Beləcə, m.ö. 1300-1000-ci illərdə bir qisim türk­lə­­rin Türküs­tan sahəsində olduqlarına və bu bölgənin daha sonra hind-avro­palılara keç­diyinə dair görüş39 qüvvət qazanmış olur. Əsasən ta­rixi dövr­lərdə Ma­vəraünnəhrdə yaşadığı bilinən soğd bölgəsi xalqının ata­la­rının (eh­timal Alp Ər Tonqanın hökmdarlıq etdiyi əski Kang-kü xalqı)40, Cey­hun cə­nu­bu, İran, Pa­mir və Əfqanıstandakı dolikosefal­lardan ayrı və Altay bra­ki­se­falları ilə çox yaxın qohum olan "turanid irq" (V.V. Ginzburg, 1950) və ya "iki çay arası tipi" (İ. Schwidetskii, 1950) olduğu gös­tə­ril­mişdir41. Andro­novo kül­tür çevrəsi hələ m.ö. II minilllyin or­talarında ol­duq­ca ge­niş­lən­miş durumda idi: şərqdə Baykal gölü və Se­len­qa çayı qıyılarına, cənubda Tanrı dağlarına, cənub-qərbdə Qa­za­xısta­na və Xarəz­min cənu­bu­na, qərbdə Si­bir üzə­rindən Don çayına qədər ya­yılmış və An­drono­vonun özəlliklə­rin­dən olan at və qoyun bəs­ləmə bura­larda da görül­məyə başlamışdı42. Say­dığımız yer­lər­də kə­narlardan mər­­kəzə get­dik­cə qüv­vət­lənmək üzrə And­ronovo kültürü davam edərkən və bu kültür Çu va­disi, cənubi Monqolustan və qərbi Çin (Or­dos böl­gəsi) ilə sıx şə­kildə bağlı ikən (K.Jettmar, 1951; Kiselyov, 1951), mər­kəzdəki bir kə­sinti diq­­qəti çəkməkdədir: Karasuk adlı qazıntı yerinin (Minu­sinsk həva­lisi) təm­sil et­diyi bu kültür Andro­novodan fərqli idi. M.ö. 700-cü il­lərdən etiba­rən cənubi Si­biri, Baykal bölgə­sini, Monqolustanı, Yed­­disu hövzə­sıni təsiri altına alan Karasuk kültürü43 Çin ilə Rusiya ara­sın­da tə­ma­sı tə­min edən qövmlər kütlə­sinə aid idi, digər tərəfdən bu tarixlərdə monqo­loid bir ir­qin Ye­nisey bölgəsin­də, cənubi Sibirdə etnik yöndən üstün­lük qa­zan­dığı görünür­dü. Ye­nə Karasuk kültürü zamanında Tür­küstan və Xa­rəzmə İran­dan bəzi küt­lə­lə­rin gəldiyi sezi­lirdi44. Demək ki, Altay-Sa­yan dağları cənub-qər­bindəki (Tu­va-Minusinsk-Aba­­kan bozqırları) ana­yurd sa­hə­si­ni boşaldan proto-türklər şərq­də Ordosa doğ­ru və qərbdə Vol­qaya, Qara dənizin şimal düzənlik­lərinə doğ­ru olmaq üzrə iki qismə ay­rıl­mış və cə­nub-qərb­də də Asiyanın şimal-qər­binə doğ­ru yönəlmiş­di­lər. Bu coğrafi ay­rılığın əsl türkcədə də bəzi dəyişik­lik­lərin mey­dana gəl­­mə­sinə, ləh­cə­lərin doğma­sı­na sə­bəb olmuşdur. Gy. Németh öncə iki bö­yük türk ləh­cə­sini təsbit etmiş­dir. Biri y-li türkcə (şərq türkləri ləhcəsi), digəri s-li türk­cə (yakut və çuvaş türkləri ləh­cəsi). (Fərqlər xü­susilə söz başla­rında gö­rünür: şərq türkcəsində yeddi /7/, ya­kut­cada səttə, çu­vaş­ça­da sütə, şərq türkcəsində yaka, yakutca və çuvaşcada sa­ğa, suga və s. Ya­kutların özlə­rı­­nə "sa­ka" demələri də bu y-s fərqindəndir). Ya­kutlar indiki uzaq şimal-şərqi Si­birdəki yurdlarına bu tarix­lərdə çəkilmiş ola bilərlər, çünkü dilləri çox çətin anlaşılacaq qədər də­yi­şən türk qövmü budur45. Bir müddət bir­likdə yaşa­yan bu iki türk qövmündən çuvaşların ayrılaraq qərbə yönəl­dik­ləri, yaxud ya­kutlar indiki yurdlarına çə­ki­­lərkən bugün çuvaş dedi­yimiz kütlənin Ural dağ­larının cənubuna doğru gəldiyi, çuvaş ləhcəsinin ey­­­ni zamanda Qərb türkcəsi özəl­liklərini daşıma­sın­dan anla­şılır46. Zira türk ləhcələ­rində ikinci böyük fərq­liləş­mə z və r səs­lərində mey­dana gəl­miş­dir47. Şərq türk­ləri (hunlar, tabğaç­lar, göy­türklər, uyğurlar, sabarlar /qis­mən/, xəzərlər, peçe­neq­lər, kumanlar, oğuz­lar və do­la­yısıyla Azər­bay­can, İraq, Suriya, Anadolu və Balkan türkləri) z-li türkcə danışarkən, Qərb türkləri (oğurlar, bulğarlar və çu­vaşlar) r-li ləhcəni danış­mışlar48. Son araşdırmalara gö­rə, bu ayrılma III əsrdə artıq gerçəkləş­miş­di49. Qərb türk­lərindən bir qismi­nin m.ö. V-III əsrlərdə Xə­zər-Volqa ətrafında və hət­­ta daha qərbdəki boz­qır­larda İran əsilli skiflərlə bir­likdə və ehtimal ha­kim zümrə olaraq ("çar skifləri") yaşadıqları50, bir qisminin də m.ö. III əsrdə qu­rulan Asiya Böyük hun impera­tor­luğuna daxil olaraq İç Asiyanın şimal-qərb bölgələrində ikən, daha sonra qərbi Sibirə doğru yol­lan­dıqları anlaşıl­maqdadır (bax: aş. Oğurlar). Digər tə­rəf­dən Hindistanın Hind-Pən­cab həva­li­sinə doğru ilk türk hərəkətinin m.ö. I min­illiyin başla­rina rastla­dığı təxmin edilmişdir51. Daha əski tarixlərdə türklərin İran yay­lası üzə­rin­dən Mesopota­miyaya enmiş olmaları da mümkündür. Bun­lar ilk mə­dəni qövm sa­yılan şumerlərdir ki, dilləri sami və ya hind-av­ro­pai ol­ma­yıb türkcənin daxil oldu­ğu "iltisaqi" qrupdandır52. Ancaq şu­mer­­lərin mən­şəyi məsələsi həll edil­məmiş, daha doğrusu, əslən Orta Asiyalı və ehtimal ki, türk soyundan ol­duq­ları elm dünyası tərəfindən hələ də­qiq qə­bul edilməmişdir53.

Miladdan sonraki əsrlərdə meydana gə­lən türk köç­lərinə qatılan boylar və köç zamanları haqqında olduqca də­qiq ta­rixi bil­gilərə sahibik: hunlar Orxon böl­­gəsindən cənubi Qazaxıstan boz­qır­larına, Türküstana (I əsr son­la­rı-II əsr or­taları) və Avropaya (375-ci və sonrakı illərdə), 350-ci illərdə uar-hunlar Əfqa­nıstana və şimali Hin­dista­na (ağ hun-eftalitlər), oğurlar cənub-qərbi Sibir­dən cə­nubi Ru­siyaya (461-465-ci illər), oğuzlar Orxon bölgəsin­dən Seyhun çayı kə­nar­la­rına (X əsr) və sonra Mavəraünnəhr üzərindən İrana və Anadoluya (XI əsr), avarlar Qərbi Türküstandan Orta Avropaya (VI əsr ortası), bulğarlar Qara dənizin şimalından Balkanlara və Volqa çayı qıyı­la­rına (668-ci il­dən sonrakı illərdə), macarlarla birlikdə bəzi türk boyları Qafqaz dağ­la­rının şima­lın­dan Or­ta Avropaya (830-cu ildən sonra), sabarlar Aralın şima­lın­dan Qafqaz dağ­la­rına (V əsrin ikinci yarısı), peçeneq, kuman (qıp­çaq) və uz­lar (oğuzlardan bir qol) Xəzər dənizinin şimalından Şərqi Av­ro­pa və Balkanlara (IX-XI əsr), uyğurlar Orxon çayı bölgəsindən İç Asiyaya (840-cı ildən sonrakı illərdə) köç etmiş­lər54. Bunlardan özəlliklə hun və oğuz köçləri həm uzun məsafələr qət et­mək surətilə gerçək­ləş­diril­miş, həm də çox mühüm tarixi nəticələr vermişdir. Bu köçləri yeni və­tən qur­ma məq­sədini güdən böyük miqyasda fütuhat xarak­terizə edir. Türk köç­lərini müəy­yən qayələrdən məhrum və sonu məchul birər macə­ra girişimi olmaqdan qurtarıb uğurlu şəkildə hədəflərinə çatdıran başlıca sə­bəb də bütün köçlərin türk hökmdar ailəsi mənsubları tərəfindən sərt bir in­tizam altın­da sövq və idarə edilməsidir. Beləcə, əski türk hökmran­lıq anlayı­şına görə (bax: aş. Kültür) qutsal sayılan xanədan üzvlərinin başda ol­ması, on­lara qarşı duyulan sayğı və bağlılıq dolayısıyla türk küt­lələ­rinin hərə­kət birlik­lərini mü­ha­fizə edərək müxtəlif iqlimlərdə tarixi mis­siyalarını gerçəkləşdir­mələrini müm­kün qılmışdır. Tarixdə türk yayıl­ma­­la­rının digər bir şəkli də "sızma" deyə biləcəyimiz yoldur ki, öz ölkə­lə­rində iq­tisadi sıxıntı içində qalan bəzi izdihamlı boy hissələrinin və ya ailələrin, yaxud sağlam vücudlu gənclərin əcnəbi döv­lət­lərdə xidmət et­mə­ləri şə­k­­lində olur. Bu şəkildə də türklərin qatıl­dıqları toplum­lar için­də üstün bir qabiliyyət göstərərək hərbi qüvvələrə və ya siyasi hə­yata ha­kim ol­duqları, hətta dövlətlər qurduqları bilinməkdədir (məsə­lən, Mi­sir­də, Hin­distanda, aş. bax:)55.

Türklərin həm fütuhat, həm də sızma şəklində ətrafa ya­yıl­maları, şüb­həsiz, hər zaman rahat cərəyan etmir, bə­zən şiddətli çarpış­ma­lara səbəb olur­­du. Bu durum ağır zərbələrə məruz qa­lan yabançılar tərə­fin­dən türklərin sevimsiz qarşılanmalarına gətirib çixarırdı. Bozqırların coğrafi şərtlərinə uyğun olaraq haşin, sərt, iradəli və mübariz bir ruh ha­lına sahib, əslində yaxşı, haq­sevər və adil insanlar olan türklər haqqın­dakı xəyal məhsulu dürlü suçlamalar bundan irəli gəlmiş olmalıdır.

Əski dünyanın üç böyük qitəsində görülən geniş türk yayıl­ma­la­rının çox ciddi səbəblərə dayanması lazımdır. Tarixdə köçlər möv­zu­su­nun araş­dırıcıları ən ibtidaisi daxil olmaqla heç bir qövmün özlüyün­dən və kef üçün yer dəyiş­dirmədiyini, oturulan torpaqdan əbədiyyən ay­rıl­manın bir insan üçün çox müş­kül olduğunu və köçlərin ancaq bir sira zə­rurətlər üzündən mey­dana gəldiyini göstərmişlər56. Tarixi mən­bə­lərdə türk köçlərinin də iq­ti­sadi sıxıntı, yəni türk anayurd torpaq­larının ke­çim baxımından yetərsiz qal­ması dolayısıyla baş ver­diyi göstəril­mişdir57. Bö­yük ölçüdə quraqlıq58, əhali artıqlığı və otlaq darlığı59 türkləri köçə məc­bur etmişdir60. Təbiətın qeyri-zənginliyi dolayısıyla əhalini bəs­lə­mə­yə kifayət etməyən bozqırlarda, cüzi ziraət dışında ancaq heyvan bəs­ləyə bilən türklərin normal bir həyat sürə bilmək üçün, müx­təlif qida maddə­ləri, ge­yim əşyası və s. kimi başqa iqtisadi vasitə­lərə də ehtiyac­la­rı var idi ki, bunlar iqlimi əlverişli, təbii sərvətlərlə zəngin və o çağlarda çox az əha­lısi olan qonşu ölkələrdə mövcud olub, yetə­ri qədər faydalanıl­ma­dan tor­paqda yatmaq­da idi. Türk tarixinə dair qeydlər­də köçlərin və axın­ların başlıca səbəbi olaraq zikr edilən bu xüsuslar türk­lərin yalnız başqa məm­ləkətlərə yönəlmələrinə de­yil, bəzən iqtisadi və ticari yöndən nisbə­tən daha çox imkanlara sahib digər türk torpaqlarına saldırma­larına da sə­bəb olurdu. Beləcə, tarixi dövrlərdə türk­lərdən bir kütlə başqa bir türk zümrə­sini yerindən çıxararaq köçə məcbur et­miş­dir. (Məsələn, IX-XI əsr köç­ləri). Gərək bu şəkildə, gərək yabançı ağır dış basqıya məruz qalan (mə­sələn, V əsr juan-juan basqısı; XI əsr monqol kidan hücumu) türklər əsa­rəti qəbul edib istiqlaldan məhrum qalmaqdansa, məm­lə­kəti tərk et­məyi üstün bilirdilər. Oturaq qövmlər tərəfindən gerçəkləşdirilə bil­­məyən bu durum bozqırlı üçün mümkündü (bax: aş. Kültür: Ölkə).



Türklərin bir-biri ardına müxtəlif yönlərdə yayılmalarına asan­lıq yaradan başqa bir amil də türk mənəviyyatının sağlamlığıdır. Zərurət nəti­cə­si də olsa, bilinməyən üfüqlərə doğru axmaq, hər an qarşılaşılacağı aşkar təh­lükələrə sinə gərməyə hazır olmaq və fasiləsiz bir ölüm-qalım sa­vaşı için­də yaşamaq hər mil­lət üçün təbii sayılacaq bir davranış de­yil­dir. Türk­lərdə açıq şəkildə mü­şa­hidə edilən və onların tarix boyunca hə­rəkətli bir top­lum halında sürək­liliyini mümkün qılan bu ruhi zindəlik uğurlarla birlik­də daha da artmış, hər əsgəri uğur yeni bir siyasi hədəfə sə­bəb olmuş və öl­kələr zəbt edildikcə yeni fəth ar­zu­ları ortaya çıxmışdır. Bu durum türklər­də zamanla dünyanı hüzur və barışa qovuşdurmağı qayə sayan bir fütuhat fəl­səfəsi və hər yer­də adil, bəra­bərlikçi türk törəsini qüv­­vəyə mindirmək üzrə bir cahan hakimiyyəti ül­küsü do­ğur­muş­dur. (Bax: aş. Kültür: Hökmranlıq).

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə