Ii milli Mühasiblər Forumu



Yüklə 20,1 Kb.
tarix24.02.2018
ölçüsü20,1 Kb.
#27606

II Milli Mühasiblər Forumu” çərçivəsində 2018-ci ilin Mühasibat proqramı müsabiqəsi
I. Ümumi məlumat:

Mühasibat uçotu sahəsində müasir çağırışları nəzərə alaraq Milli Mühasiblər Forumu Azərbaycan mühasiblərinin problemlərinin öyrənilməsi, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə tədqiqatların və elmi araşdırmaların stimullaşdırılması, beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılması məqsədi ilə hər il Forum keçirir.

Növbəti “II Milli Mühasiblər Forumu” 28-29 aprel 2018-ci il tarixlərində Şamaxı şəhərindəki AR Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İqtisadi Resursların Öyrənilməsi İB, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyinin birgə təşkilatçılığı ilə həyata keçiriləcəkdir.

Sözügedən Forum çərçivəsində 2018-ci ilin Mühasibat proqramı müsabiqəsi keçiriləcəkdir.


II. Müsabiqə iştirakçıları

2.1. Müsabiqədə 25 yaşından yuxarı Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər;

2.2. Müsabiqədə Milli Mühasiblər Forumunun Təşkilat Komitəsinin üzvü iştirak etdiyi halda Münsiflər heyətində təmsil oluna və rəy verə bilməz;

2.3. Proqram müəllifi;

2.4. Proqram kollektivi;

2.5. Müəlliflik hüquqi özündə olan sifarişçilər (şirkətlər, müəssisələr və s.)


III. Müsabiqədə iştirak

3.1. Müsabiqəyə 01 yanvar 2015-cı il tarixindən 01 fevral 2018-ci il tarixinə qədər olan müddət arasında hazırlanmış və ya yenidən işlənmiş Mühasibat proqramı verilə bilər;

3.2. Təqdim edilmiş Mühasibat proqramı qoyulmuş tələblərə cavab vermədikdə müsabiqəyə buraxılmır və onun müəllifi müsabiqədə iştirakdan kənarlaşdırılır;

3.3. Müsabiqəyə təqdim olunmuş materiallar geri qaytarılmır.


IV. Mühasibat proqramının qiymətləndirilməsi meyarları

4.1. Mühasibat proqramının qiymətləndirilməsi aşağıdakı meyarlar əsasında həyata keçirilir:

- Azərbaycan Qanunvericiliyinə uyğunluğu

- Milliliyi

- Müştəri sayı

- Vendor sayı

- Xidmət işçilərinin sayı

- Proqramın ideyası

- Funksionallığı və proqram təminatı;

- Texniki imkanları;

- İnterfeysi;

- Ümumi təəssürat;


V. Münsiflər heyəti

5.1. Mühasibat proqramının qiymətləndirilməsi Münsiflər heyəti tərəfindən həyata keçirilir;

5.2. Münsiflər heyəti II Milli Mühasiblər Forumunun təşkili məqsədilə yaradılmış Təşkilat Komitəsinin üzvlərindən formalaşdırılır.
VI. Mükafatlandırma

6.1. Müsabiqədə I, II və III yerləri tutan Mühasibat proqramının müəlliflərinə mükafatlar və müvafiq sertifikatlar təqdim olunacaqdır;

6.2. Qaliblərin mükafatlandırılması təntənəli surətdə həyata keçiriləcəkdir. Mükafatlandırma mərasimi II Milli Mühasiblər Forumunda baş tutacaq və qaliblər həmin tədbirə dəvət olunaraq onların iştirakı ilə bağlı bütün xərclər Təşkilat Komitəsi tərəfindən ödəniləcəkdir.
VII. Müsabiqəyə təqdim edilən mühasibat proqramı haqqında tələb olunan məlumat:

Müsabiqəyə təqdim olunacaq mühasibat proqramı üzrə aşağıdakı məlumatların təqdim edilməsi zəruri hesab olunur:

Proqramın adı:

Proqramın buraxılma (imzalanma) tarixi:

Müsabiqəyə təqdim edilən mühasibat proqramının sayı (minimum 1 ədəd təqdim olunmalıdır):
Müsabiqəyə təqdim olunan mühasibat proqramının müəllifləri haqqında aşağıdakı məlumatların təqdimatı zəruridir:

Əgər mühasibat proqramını yazan tərəf hüquqi şəxs olduqda:

Müəllif təşkilatın (müəssisənin) tam və qısaldılmış adı:

Müəllif təşkilatın hüquqi və faktiki ünvanı:

Müəllif təşkilatın tam əlaqə məlumatları: e-mail, poçt ünvanı, telefonlar
Əgər mühasibat proqramını yazan tərəf fiziki şəxs olarsa:

Müəllifin adı, soyadı və atasının adı:



Müəlifin tam əlaqə məlumatları: e-mail, poçt ünvanı, telefonlar
Müsabiqədə qeydiyyat qaydaları: Müsabiqədə iştirak etmək üçün ilk olaraq forumun rəsmi saytı olan www.mmf.az – a daxil olub, “Qeydiyyat” bölməsinə girib formanı doldurmaq lazımdır. Bu zaman İştirakın Formaları bölməsində “müsabiqədə iştirak” hissəsini qeyd etməyiniz xahiş olunur. Sonra “göndər” işarəsini basmaq lazımdır. Sizə sənədin qəbulu ilə bağlı cavab gələcəkdir.
Əlaqələndirici şəxs: Radil Fətullayev
Mühasibat proqramı ilə bağlı tələb olunanları aşağıdakı ünvanlara göndərmək lazımdır.

Əlaqə məlumatları: (994 12) 480-28-45, (994 12) 432-71-75;

Mob: (994 70) 511-77-31, (994 50) 531-03-81, (994 55) 203-07-85;

E-mail: radilfatullayev@gmail.com , ruslanatakishiyev@yahoo.com

Ünvan: Az1100, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küç. 41, mənzil 2

Müsabiqə ilə bağlı başlıca tarixlər:

Forumun müsabiqəsində iştirak üçün müraciətin (müvafiq nominasiyaya görə) başlanması:01 Noyabr 2017

Forumun müsabiqəsində iştirak üçün müraciətin (müvafiq nominasiyaya görə) bitməsi: 01 Mart 2018

Forumun müsabiqə iştirakçılarına cavab məktublarının göndərilməsi: 28 Mart 2018

Foruma iştirak və könüllü qismində qeydiyyatın təsdiq edilməsinin son tarixi: 30 Mart 2018


Yüklə 20,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə