Ii yazı (əvvəli ötən sayımızda)



Yüklə 60,67 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü60,67 Kb.
#32174
növüYazı


«Qarapapaqlar».-2010.-№2(32).-S.10-15.

QARABAĞ XV - XVII ƏSRLƏRDƏ

Tofiq NƏCƏFLİ

, tarix elmləri namizədi,

AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutu

II yazı

(əvvəli ötən sayımızda)

Qarabağ əhalisi və onun etnik tərkibi haqqında ən mühüm məlumat  1593-cü  ildə  Osmanlı maliyyə  məmuru

İmamzadə  Mehmed  tərəfindən  tərtib  olunan  «Gəncə-Qarabağ  icmal  dəftərin»də  verilmişdir.  «İcmal  dəftəri»nin

tarixi  toponimlərimiz  o  cümlədən,  Qarabağ bəyləribəyiliyinə  məxsus  kəndlərimiz,  qışlaq  və  yaylaqlarımız  barədə

verdiyi məlumatlar olduqca qiymətlidir.

«İcmal  dəftəri»nin  verdiyi  məlumatdan  aydın  olur  ki,  XVI  əsrin  sonunda  Səfəvi  -  Osmanlı  müharibəsinin

(1578-1590) gedişində Azərbaycanın əksər əraziləri, o cümlədən Qarabağ bəylərbəyiliyinin də Osmanlı hakimiyyəti

altına  keçməsi  ilə  bəylərbəyilikdə  yaşayan  yerli  əhalinin  böyük  bir  hissəsi  ata  -  baba  torpaqlarmı  tərk  etmək

məcburiyyətində  qaldı.  Əhalinin  bir  hissəsi,  həmçinin  Dağlıq  Gəncə  və  Axıstabad  sancağında  yaşayan  qızılbaş

Zülqədər  tayfasından  olan  Şəmsəddinli  camaatı  Qacar,  Qaramanlı,  Bayat  tayfalarının  bəzi  oymaqları  və  digər

qızılbaş tayfaları kimi yaşadığı bölgəni tərk etməyərək Qazaxlılar kimi Osmanlı hakimiyyətini qəbul etdi.

İstər  XVI  əsr  boyunca,  istərsə  də  XVII  əsrdə  Osmanlı -  Səfəvi  qarşıdurmasında  məqsəd  kimi  irəli  sürülən

siyasi maraqlarla yanaşı, hər iki dövlətin dini - təriqət maraqlan da mühüm vasitə kimi ön plana çəkilirdi. İki əsrə

yaxın bir dövr ərzində müəyyən fasilələrlə osmanlıların hərbi üstünlüyü nəticəsində ələ

keçirilən  Azərbaycan  torpaqlarında  Osmanlı  müftilərinin  müharibələrdən  əvvəl  şiəliklə  bağlı  verdikləri

fitvaların gerçəkləşdirilməsi üçün müvafiq şərait yaranırdı [16,14].

Döyüşlər zamanı insan tələfatı və əsir düşənlərlə yanaşı, Səfəvi dövlətinin ayrı-ayrı bölgələrində o cümlədən,

Gəncə  -  Qarabağ əyalətində  şiə  əhalinin  qonşu Şirvan  və  Təbriz  əyalətlərinə  köçləri  baş  verirdi.  Şiə  təriqətindən

olan  bu  köçkünlər  qonşu  əyalətlərə  köç  etməklə  həm  öz  təriqətində  qalma  fürsəti  tapır,  həm  də  təriqətini

dəyişmədiyinə  görə  Osmanlı  müftilərinin  fitvalarının  onlara  qarşı  tətbiq  edilməsindən  xilas  olurdular.  Osmanlı

idarəsində  qalan  və  köçə  bilməyən  əhali  isə  üzdə  təriqətini  dəyişməklə  vəziyyətdən  çıxa  bilirdi.  Lakin  Səfəvilər

osmanlıları  tutduqları  ərazilərdən  çıxardıqdan  sonra  təriqətlərini  dəyişmiş  insanlar  təkrar  əvvəlki  təriqətlərinə

dönsələr də, səfəvilərin və osmanlıların yenə də sərt münasibətləri ilə üzləşirdilər. Səfəvilər həmin şəxslərə mənəvi

zərbə olan «dönük» damğası vurur, osmanlılar isə cərimə tətbiq edərək qeyri-müsəlmanlardan aldıqları baş vergisi

olan «bədəlicizyə» vergisini ödətdirirdilər [16,14].

Səfəvi  - Osmanlı müharibəsi  zamanı bölgədə  yaşayan müsəlman  şiə  əhali  doğma  torpağını tərk  etdiyi  üçün

icmal  dəftərində  bəzi  kəndlərdə  insanların  yaşamadığı,  kəndlərin  boş  olduğu  göstərilir.  XVI  əsrdə  bölgədə  baş

verən  hərbi-siyasi  proseslər  nəticəsində  əhalinin  miqrasiyası,  onun  yerləşməsi  və  etnik  strukturunda  müəyyən

dəyişikliklər  baş  verdi.  Lakin  Osmanlı -  Səfəvi  qarşıdurması zamanı baş  vermiş  əhalinin  məcburi  miqrasiyaçının

nəticələri  daha  təsirli  olmuşdur  [16,14].  XVI  əsrin  sonlarında  Osmanlı  tarixçisi  İbrahim  Rəhimizadə  yazırdı  ki,

Azərbaycanı  ələ  keçirmək  üçün  osmanlılara  köməyə  gələn  Krım  xanı  Qazi  Gəray  qoşunu  ilə  Gəncə  -  Qarabağ

əyalətinə soxularaq Gəncə ilə Bərdə arasındakı ərazidə talanla məşğul olmuş, geri dönəndə isə 30 minə qədər əsir

aparmışdır [16,15]. Təbrizli Arakel də, Krım tatarlarının Gəncə, Bərdə, Çalaberd, Xaçın və Dizağı talan etdiklərini

qeyd  edir  [5,466].  İ. Rəhimizadə  özünün  «Gənciney-i  fəth-i  Gəncə»  adlı  əsərində  yazır  ki,  1588-ci  ildə

Gəncə-Qarabağ  bəylərbəyi  Ziyadoğlu  Məhəmməd  xan  Osmanlı  ordusunun  Gəncə  şəhərinə  yaxınlaşmasından

beş-on  gün  əvvəl  tabeliyində  olan  40-50  min  evdən  artıq  ulusunu,  mal-mülkünü  toplayaraq  əyalətdən  çıxardı və

Araz  çayını  keçərək  Qaradağda  yerləşdirdi  [14,196].  İ.Rəhimizadə  sözünə  davam  edərək  yazır  ki,  bu  zaman

Qəncə-Qarabağ  əyalətinin  qeyri-müsəlman  olan  məlikləri  gəlib  osmanlılara  itaətini  bildirdilər  və  bunun

müqabilində öz vəzifələrində qalmaqla yanaşı, həm də yeni torpaqlar da aldılar [14,199].

Qarabağ bəylərbəyiliyinin əhalisinin əsas hissəsini qədim yerli tayfalar - Azərbaycan türkləri təşkil edirdi. Bu

dövrdə  xalqın  vahid  bir  etnos  kimi  formalaşması  çoxdan  başa  çatdığından  əvvəllər  etnik  mənsubiyyəti

müəyyənləşdirməkdə mühüm rol oynayan tayfa adları tədricən sıradan çıxır, bunun əvəzində daha çox «müsəlman»

və yaxud «türk» terminləri işlədilirdi. Bununla belə haqqında bəhs etdiyimiz «İcmal dəftəri»ndə Qaramanlı, Qacar,

Hacılı,  İyirmidördlü,  Otuzikili,  Cavanşir,  Kəsəmənli,  Göycəli  və  Şəmşəddinli  kimi  qədim  Azərbaycan  türk

tayfalarının adına tez-tez rast gəlmək mümkündür.

«İcmal  dəftəri»nin  Qarabağın  əhalisi  və  onun  etnik  tərkibi  haqqında  verdiyi  məlumatlar  mühüm  əhəmiyyət

kəsb  edir.  Dəftərdə  osmanlı işğalı zamanı (1588-1606)  Qarabağı tərk  etməyərək  osmanlıların  hakimiyyəti  altında

qalan Qacar tayfasına məxsus 8 oymağın adı çəkilir:

1. Qaraca-Sevgülən-Bərdə nahiyəsində,

2. Qaytaq-Bərdənin Sir nahiyəsində və Xaçın sancağının Çalaberd nahiyəsində,

3. Qolsuzlu - Bərdənin Sir nahiyəsində,



4. Ağcaqoyunlu - Xaçının Çalaberd nahiyəsində, 5. Gəngəldili - həmin ərazidə, 6. Əylənli - yenə həmin yerdə,

Bərdə  və  Gəncə  ətrafında,  7.  Şam  Bayatı -  Xaçının  Çalaberd  nahiyəsində,  8.  Yıva-Qacar  -Qaraağacda  və  Gəncə

sancağında yaşayırdı [21,206-207].

Dəftərdə Qarabağın Qaramanlı tayfasına məxsus üç oymağın adı çəkilir: Şəmkir Aranı nahiyəsində və Gəncə

vilayətinin  Axıstabad  sancağında  «qədimdən  Qaramanlı  və  Kəsəmənli  camaatı  yaşayırdı».  Axıstabad  Aranı

nahiyəsinin  Yalnızağac  kəndində  qaramanlı  camaatı,  Xanlıq  kəndində  isə  Qaramanlı  tayfasının  Rüstəmbəyli

camaatı  yaşayırdı.  Həkəri  sancağında  və  Dizaqda  Sorluk  tayfası,  Hacı-Vacardıki  və  Hacı-Tırnagerd  camaatı

yaşayırdı. Gəncənin şimal-qərbində, Tovuz və Şəmkir Aranı nahiyələrində şəmsəddinlilər, həmin nahiyənin Xınam

arxı kəndində isə həmin tayfanın Qapanlı camaatı yaşayırdı [21,206-208].

«İcmal dəftəri»ndə Gəncə vilayətinin Qaraağac bölgəsində yaşayan Hacılı tayfasına məxsus 31 oymağın adı

öz əksini tapmışdır: 1. Əlişarlı, 2. Bukavullu, 3. Canılı, 4. Çıraclı, 5. Davılı, 6. Davudlu, 7. Dəmirçilər, 8. Ton-Əli,

9.  Əmir  Alyanlı,  10.  Əmir  Həsənli,  11.  Qazili,  12.  Hindimallı,  13.  Xəlifəli,  14. İsabəyli,  15.  İsmail-Qazılı,  16.

Qədim İsmailli, 17. Kağan Ərli, 18. Qara Sofılu, 19. Kərəməddinli, 20. Qoruqçulu, 21. Qoyunlu Mahmud, 22. Qul

Mahmudlu, 23. Kürələr, 24. Mirxanili, 25. Sarsarlı, 26. Sazağanlı, 27. Səməli, 28. Səməliyi Artuc, 29. Sökəli, 30.

(Oxunmur), 31. Törəli [21,208-209; 30,245-246].

«İcmal dəftəri»nə görə Gəncə vilayətinin Arasbar, Qaraağac, Bərdə və Şütur nahiyələrində «Otuzikili» tayfası

yaşayırdı:

1.  Atlucalı -  Bərdədə,  2.  Padar  -  Arasbarda,  Keştasf  nahiyəsində,  3.  Bay  Əhmədli  -  Qaraağacda  və  Xaçın

nahiyəsində, 4. Buğdayüzü - Qaraağacda, 5. Cancanlı -Arasbarda, 6. Cavanşir - Arasbarda, 7. Dögərli - Arasbarda,

8. Həsirli - ərazi göstərilməyib, 9. Hüseyinli - Arasbarda, 10. Kəpənəkçi - Yevlaxda, 11. Kırqallı -Ağcabədidə, 12.

Əski  - Kumanlı - ərazi  göstərilməyib,  13.  Yeni  - Kumanlı - ərazi  göstərilməyib,  14.  Lalə  -  Bükili  -  Gəncədə,  15.

Maqsudlu  -  Xaçın sancağının  Çalaberd  nahiyəsində,  16. Maqsudlu-Bəzirganlı -  Nəhri  Hakda  (Torpaq  -  Arx),  17.

Maqsudlu-Həmidli  -  Qaraağacda,  18. Məhəmmədşahlı  -  Şütur  nahiyəsində  Həmzəli  yaxınlığında,  19.  Molla

Əbdülcəlilli  -  Gəncə  Aranı  nahiyəsində,  20.  Molla  Əbdülməcidli  -Xaçında,  21.  Müqəddəmli  -  Arasbarda,  22.

Sarıhacılı - ərazi göstərilməyib, 23. Silkəli - Arasbarda , 24. Şirvanşalı - Bərdədə, Aras-barda, 25. Üç Oğlan - ərazi

göstərilməyib, 26. Yay - Okçu - Bərdədə, 27. Veysəlli - Çalaberddə yaşayırdı [21,211-212; 30,246]. F.Kırzıoğlu bu

tayfaya məxsus yerdə qalan beş oymağın adını qeyd etməsə də, F.Sümer Əhmədli, Göyçəli, Qaraqoyunlu və Ozan

oymaqlarının da Otuzikililərdən olduğunu göstərir [38,198].

Qarabağ  düzündə,  Bərdədən  cənubda  yerləşən  becərilən  torpaqlar  «Otuzikili»lərin  adı  ilə  bağlı  olmuşdu.

XVI əsrdə bu ərazi xırda Azərbaycan tayfalarının yaratmış olduğu birliyin irsi mülkü olmuşdu. Bu birliyə daxil olan

Cavanşir oymağı bu  tayfaların irsi  başçısı kimi  tanınmışdı.  İsgəndər  bəy  Münşinin 1628-ci  il  qızılbaş  əmirlərinin

siyahısında  «Cavanşir,  Otuzikili  tayfasının  və  Qarabağ  əmirlərinin  başçısı Otar  Sultan»  qeyd  edilmişdir  [34,136;

11,67; 30,246].

Qarabağın «İyirmidördlü» tayfası da Azərbaycan türk tayfalarının süni birliyi kimi yaranmışdı.  Bəhs olunan

Osmanlı icmal dəftərində bu tayfaya məxsus 24 oymağın adı çəkilir: 1. Əlişarlı - Bərdə vilayəti Sir bölgəsində, 2.

Alpaut - Gəncə vilayətinin Yevlağ nahiyəsində, ayrıca Bərdənin Sir nahiyəsində, 3. Bəxşeyışli - Şütur nahiyəsində,

4. Bəxtiyarlı - Qaraağacda, 5. Dərəbəyli - Yevlağ nahiyəsində, Qaraağacda, 6. Gədə Əhmədli - Yevlağ nahiyəsində,

7. Gökçəli - Yevlağda, 8. Molla Əlili - Yevlağ və Bərdədə, 9. Pir Mahmudlu - İncərud nahiyəsində, 10. Sarıhacılı -

Çalaberd  nahiyəsində,  11. Seydi  -  Zəng  -  Yevlağda,  12.  Tobulu  -  Sir  nahiyəsində,  13.  Tokacılu  -  Yevlağ

nahiyəsində  və  Bərdədə,  14.  Tərəli  -Bərdədə,  15.  Yollu  -  Qaraağacda,  16.  Varvara  -  ərazi  göstərilməyib,  17.

Yasavullu  -  İncərud  nahiyəsində,  18.  Zənd  -  Yevlağ  nahiyəsində  [21,213-214].  Türkiyə  tarixçisi  F.Kırzıoğlu  öz

əsərində  «İyirmidördlü»lərin  18  oymağının  adını  qeyd  etmişdir  [21,213-214].  H. Məmmədov  isə  icmal  dəftərində

bu tayfaya aid olan daha 6 oymağın - Dördlər, Dürhəsənli, Ərəbli, Göyçəliyi - Varvara, Xəlləcan və Dədəxəlillinin

adını qeyd edir [21,213-214; 16,20].

«İyirmdördlü»  adlı  inzibati  dairə  Tərtər  çayı  boyunda  yerləşirdi  və  mərkəzi  Bərdə  şəhəri  idi.  Şərəf  xan

Bidlisinin  verdiyi  məlumata  görə,  bu  tayfa  birliyi  Şah  Təhmasib  dövründə  yaranmışdı və  Əhməd  bəy  Portal  oğlu

İyirmidörlü  tayfa  birliyinin  başçısı  təyin  edilmişdi  [7,370;  30,247].  İsgəndər  bəy  Münşinin  1628-ci  il  əmirlər

siyahısından  bəlli  olur  ki,  Şah  Abbasın  hakimiyyətinin  sonlarında  Ziyadoğlu  nəslindən  olan  Peykər  xan  Qacar

iyirmidördlülərin  xanı  titulunu  qazanmış  və  Bərdə  hakimi  olmuşdu  [34,135;  30,247].  Şərəf  xan  Bidlisi  isə

«Şərəfnamə»  əsərində  kürd  tayfalarının  bir  çoxunun  adını qeyd  etdikdən  sonra  yazır  ki,  «digər  iyirmi  dörd  kürd

tayfası  Qarabağın  Aranında  yaşayır  və  «iyirmidörd»  ümumi  adı  altında  tanınırlar»  [7,370].  «Gəncə-Qarabağ

əyalətinin icmal dəftəri»ndə İyirmidördlülər haqqında daha dolğun məlumat olduğundan bu fikrin yanlış olduğunu

söyləmək  mümkündür.  Qacarlar,  Qaramanlılar, Şəmsəddinlilər,  Hacılılar  və  Otuzikililərin  oymaqları haqqında  da

ətraflı məlumat verilən bu mənbədə İyirmidördlü tayfasının bütün 24 oymağı, Bərdə, Sir, İncərud, Çalaberd, Şütur,

Qaraağac,  Yevlağ  və  Pətəklik  nahiyələrində  qışlaqlarının  olması  barədə  məlumat  verilir.  «İcmal  dəftəri»ndə

iyrmidördlülərin  heç  bir  oymağının  kürd  olduğu  qeyd  olunmayıb.  Onların  Qarabağ  tərəkəmələri  olduğu  xüsusi

olaraq vurğulanmışdır.

Qeyd  etmək  lazımdır  ki,  Osmanlı  mənbələrində,  xüsusən  də  «icmal»  dəftərlərində  müsəlmanlardan  yalnız

kürdlərin  etnik  mənsubiyyətləri  qeyd  olunurdu.  «Gəncə-Qarabağ  əyalətinin  icmal  dəftəri»ndə  «iyirmidördlü»lərlə

bağlı verilən məlumat Şərəfxan Bidlisinin fikirlərinin yanlış olduğunu bir daha sübut edir.




Ümumiyyətlə,  XVI  əsrin  sonuna  kimi  Gəncə-Qarabağ  əyalətində  kürdlərin  yaşamasını  dövrün  heç  bir

mənbəsi  təsdiq  etmir.  Kürdlər  Qarabağ  bölgəsinə  XVI  əsrin  sonunda  -  Osmanlı-Səfəvi  müharibəsinin  gedişində

yerləşdirilmişdi. Çünki,  Osmanlı  ordusu  Qarabağ bəylərbəyliyini  ələ  keçirən  zaman  yerli  türk-müsəlman  şiə  əhali

Osmanlı  hakimiyyətini  qəbul  etməyərək  yaşadığı  ata-baba  yurdlarmı  tərk  etmişdi.  Sultan  III  Murad  isə  işğal

olunmuş  bölgələrdə  özünə  sosial  dayaq  yaratmaq  məqsədilə  Diyarbəkrdən  və  Dəclə  çayı  sahillərindən  sünni

kürdləri  köçməyə  məcbur  olmuş  şiə  məzhəbli  Azərbaycan  türklərinin  qızılbaşların  torpaqlarında  yerləşdirirdi

[20,437-438].

Osmanlılar  tərəfindən  tərtib  edilən  1593-cü  il  «icmal  dəftəri»nin  təsdiq  etdiyi  kimi  Gəncə-Qarabağ  əyaləti

Azərbaycan  türklərinin,  onlara  məxsus  tayfa  və  oymaqların  yurdu  olmuşdur.  Oturaq  həyat  tərzi  ilə  yanaşı,

yaylaq-qışlaq maldarlığı ilə məşğul olan Azərbaycan türkləri bu bölgənin əzəli sahibi olmuşdur. «İcmal dəftəri»ndə

qeyd olunan yaşayış məntəqələrinin, kəndlərin, yaylaq və qışlaqların, yer adlarının türk mənşəli olması fikrimizi bir

daha təsdiq edir.

Qarabağ bəylərbəyliyi Səfəvi imperiyasının on üç inzibati vilayətindən (bəylərbəyliyindən) biri olmuşdu. Bu

vilayətin  daxilində  dairələr  (mahallar)  mövcud  olmuşdu.  Dairələr  çox  zaman  ölkə  (feodal  mülkü)  kimi  tayfa

başçılarının  irsi  mülkiyətində  olmuşdu.  O.Əfəndiyevin  qeyd  etdiyi  kimi,  Qarabağ  bəylərbəyliyinin  dəqiq

sərhədlərini  müəyyən  etmək  çətin  olsa  da,  təxmini  olaraq  onun  tarixi  Arran  vilayətini,  yəni  Kür  və  Araz  çayları

arasındakı ərazini əhatə etdiyini söyləmək mümkündür. XVI-XVII yüzilliklərdə Qarabağ bəylərbəyliyinin tərkibinə

mərkəzi  Gəncə  olan  Axstabad,  Cavanşir,  Bərguşad,  Qazax  və  Şəmşəddil  dairələri  daxil  olmuşdur  [34,134;

11,68-69].  Səfəvi  imperiyasının  dövlət  quruluşu  məsələlərinə  həsr  olunmuş  «Təzkirətül-müluk»  adlı  əsərdə

Qarabağbəylərbəyliyinin  coğrafi  vəziyyəti,  inzibati  bölgüsü  və  iqtisadi  vəziyyəti  haqqında  maraqlı  məlumatlar

verilmişdir.  Burada  Qarabağ  bəylərbəyliyinə  daxil  olan  və  hakimlər  tərəfindən  idarə  olunan  9  nahiyyənin  adları

sadalanır  və  onların iqtisadi  və  hərbi  vəziyyəti  haqqında  mühüm  statistik  məlumatlar  verilir.  Zəyəm hakimi  5998

tümən,  5980  dinar  illik  mədaxilə  və  515  nəfərlik  qoşuna  Ağstafa  hakimi  852  tümən  5930  dinar  mədaxilə  və  700

nəfərlik qoşuna, Cavanşir hakimi 2102 tümən 8000 dinar gəlirə və 832 nəfərlik qoşuna, Bərgüşad hakimi 341 tümən

2750 dinar gəlirə və 300 nəfərlik qoşuna, Qara-Ağac hakimi 636 tümən 5434 dinar gəlirə və 210 nəfərlik qoşuna,

Lori və Pəmbək hakimi 1545 tümən 8434 dinar gəlirə və 550 nəfərlik qoşuna, Arazbar ölkəsinin və Bayəzidli elinin

hakimi 601 tümən 8345 di-nara və 300 döyüşçüyə, Simavi və Tərkür ölkəsinin hakimi isə 300 tümən 2945 di-nara

və 47 döyüşçüyə malik idi. Gəncədə oturan bəylərbəyinin illik mədaxili 8614 tümən 9435 dinar,  xidmətində  olan

qoşunun sayı isə 1430 nəfər təşkil edirdi. Beləliklə Qarabağ bəylərbəyliyinin ümumi gəliri 24780 tümən 9988 dinar,

daimi qoşununun ümumi sayı 6084 nəfər olmuşdu [23,76-78; 24,167-168]. Səfəvi dövrünün rəsmi dövlət quruluşu

və inzibati bölgüsü haqqında ən dəyərli və mötəbər mənbə olan «Təzkirətül-müluk»da Qarabağ ərazisində hər hansı

bir xristian malikliyin movcud oldugu qeyd edilmamisdir.

Beblikb, XV-XVII yuzillikbrds Qara bag Azsrbaycanm aynlmaz tsrkib hissssi olmus V9 Azarbaycan  feodal

dovbtbrinin  brkibinds  qalmisdi.  Yuxanda  qeyd  etdiyi-miz  kimi  Qarabag  shalisinin  ssas  hissasini  tiirk  dilli

Azarbaycan  tayfalan  va  onun  oymaqlan  taskil  etmisdi.  Burada,  hamcinin  digar  etnik  qruplar  (xristian  albanlar  va

kurdlar) olsa da, onlann rolu ahamiyyatli saviyyada olmamisdir.



Mənbə və ədəbiyyat.

1. Adıgözəl bəy M. Qarabağnamə, - Qarabağnamələr. Birinci kitab. Bakı, 1989.

2. АКАК, Тифьлис, 1868, т.2, с. 586, док. 166; с, 588, док.172.

3. Aləmaraye şah Esmail (ba moqəddemeyo təshiho təliqe Əsğər Montəzer Saheb). Tehran, 1349.

4. Ализаде A.A. Социально-экономическая и политическая история Азербайджана  XIII-XIV вв.  Баку,

1956.


5. Аракел Даврижеци. Книга историй. М., 1973.

6. Azərbaycan tarixi. Yeddi cilddə. Üçüncü cild. Bakı, 1999.

7.  Бидлиси  Шараф  хан  Шамсаддин.  Шерефнаме.  Перевод,  предисловие,  примечание,  приложение

Е.И.Васильевой, т.1, М, 1967.

8. Эфендиев О.А. Образование азербайджанского государства Сефевидов в начале XVI в. Баку, 1961.

9.  Эфендиев  О.А.  «Всеобщая  история  Хафиза  Абру  как  источник  по  истории  Закавказья  первой

четверти XV в. - Источниковедческие разыскания 1979. Тбилиси, 1984.

10. Эфендиев О.А. Азербайджанское государства Сефевидов в XVI в. Баку, 1981.

11.  Эфендиев  О.А.  Карабах  в  составе  государств  Каракойунлу,  Аккойунлу  и  Сефевидов  (XV-XVII

вв.).-Карабах. Очерк истории и культуры. Баку, 2004.

12.  Əbu  Bəkr  əl-Qütbü  əl-Əhəri.  Tarix-e  Şeyx  Uveys.  Fars  dilindən  tərcümə  və  müqəddimə,  şərhlər  və

qeydlər M.D.Kazımov və V.Z.Piriyevindir. Bakı, 1984.

13.  Həmidova  Ş.  Gürcü  mənbələri  Gəncə  haqqında.-Azərb.  EA  Xəbərləri,  Tarix,  fəlsəfə  və  hüquq  seriyası,

1999, №2.

14. Hərimi R.İ. Osmanlı qoşunlarının Azərbaycana yürüşləri (XVI əsrin sonu). Bakı, 2007.

15.  Фасих  Хавафи.  Муджмали  Фасихи.  Перевод, предисловия  и указатели  Д.Ю.Юсуповой, Ташкент,




1980,

16.  Gəncə  -  Qarabağ  əyalətinin  müfəssəl  dəftəri.  Ön  söz,  tərcümə  və  şərhlərin  müəllili  lıiisaməddin

Məmmədov (Qaramanlı). Bakı, 2000.

17. Qarabağnamələr. Birinci kitab. Bakı, 1989.

18.  Qəzvini  Həmdullah  Mustofi.  Zeyl-e  Tarix-e  qozide.  Giriş,  tərcümə.  şərhlər  və  göstəricilər

M.D.Kazımovun və V.Z.Piriyevindir, Bakı, 1986.

19. Kırzıoğlu F. Osmanlıların Kafkaz ellerini fethi (1451-1590), Ankara, 1976.

20.  Kırzıoğlu  F.  1593  (H.1001)  yılı  Osmanlı  vilayet  Tah-rir  Defterinde  anılan  Gence-Karabağ  sancakları

«Ulus» ve «Oymakları»- Edebiyat Fakültesi Araştırma Dergisi Ahmet Cafaroğlu Özel Sayısı, sayı 10, Ankara, 1979.

21. «Qızılbaşlar tarixi». Tərcümə və şərhlər M.Ə.Məhəmmədinindir, Bakı, 1993.

22. Хунджи Фазлуллах ибн Рузбехан. Тарих-и алам -ара-йи Амини. Перевод с английского на руский

ТА. Минорской. Баку, 1987.

23. Mirza Səmia. Təzkirətul-muluk (be kuşeş-e dr. S.M.Dəbirseyadqi). Tehran, 1368.

24.  Musalı  N.  Səfəvilər  zamanında  Qarabağ  bəylərbəyiliyinin  yaradılması  və  onun  inzibati  quruluşu.

«Qarabağ Dünən Bu Gün və Sabah» V Elmi-əməli konfransın materialları. Bakı, 2006.

25. Nəcəfli T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. Bakı, 2000.

26.  Nəcəfli  T  və  Nəcəfli  G.  XVI-XVIII  yüzilliklərdə  Qacarların Azərbaycanın siyasi  həyatında  rolu.  //  Şah

İsmayıl Xətai. Elmi-praktik konfransın materialları, Bakı, 2006, s. 47-54.

27. Najafli T, Najafli G. Role of Qajars in Azerbayjans politikal life in XVI-XVII centuries. // Азербайджан

и азербайджанцы. Баку, 2006, №1-4, p.137-147.

28. Nəcəfli T. Ziyadoğlu Qacarlar Qarabağda. «Qarabağ Dünən Bu Gün və Sabah» V Elmi-əməli konfransın

materialları. Bakı, 2006, s.230-235.

29.  Nəcəfli  T.  Qarabağ  XV  yüzillikdə.  //  «Qarabağ  dünən,  bu  gün  və  sabah»  6-cı elmi-əməli  konfransının

materialları. Bakı, 2007, s. 309- 319.

30.  Nəcəfli  T.  Qarabağ  XVI  əsrdə.  //  «Qarabağ  dünən,  bu  gün  və  sabah»  7-ci  elmi-əməli  konfransının

materialları. Bakı, 2008, s. 237-248.

31. Павлова И.К. Хроника времен Сефевидов. Москва, 1993.

32.  Петрушевский  И.П.  Государства  Азербайджана  в  XV  в.-  Сб.  статей  по  истории  Азербайджана,

вып.1, Баку, 1949.

33. Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI

- начале XIX в.в., Л., 1949.

34.  Петрушевский  И.П.  Государство  Азербайджана  в  XVI-XVII  вв.  Сб.  статей  по  истории

Азербайджана. Вып. 1, Баку, 1949

35. Piriyev V.Z. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, 2003.

36.  Рашид  ад-дин  Фазлуллах.  Джами  ат-таварих.  т.III.  Составитель  научно-критического  текста  на

персидском языке - А. А.Али-заде. Период с персидского языка А.К.Арендса. Баку, 1957.

37. Sumer F. Kara Koyunlular. I cilt, Ankara, 1967.

38. Sumer F. Safevi devletinin kurulusu ve geli§mesinde Anadolu tiirklerinin rolu. Ankara, 1976.

39. Щильтбергер Иоганн. Путешествие по Европе, Азии и Африке с 1394 года по 1427 год. Баку, 1984.

40.  Tehrani  Əbubəkr.  Kitab-i  Diyarbəkriyyə.  Fars  dilindən  tərcümə  edən,  ön  söz,  şərhlər  və  göstəricilərin

müəllifl Rahilə Şükürova, Bakı, 1998.

41. Toğan Z.V. Azerbaycan etnografisine dair, «Azerbaycan Yurt Bilgisi», c. II, sayı 14, İstanbul, 1933.



Yüklə 60,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə