Iii. Karbohidrogen qazları



Yüklə 22,24 Kb.
tarix24.02.2018
ölçüsü22,24 Kb.

III. 4. Karbohidrogen qazları

Təbiətdə məlum olan bütün qazlar təbii qazlara aid edilir. Yer qabığında qazlar ya sərbəst yığımlar halında, ya yeraltı sularda və neftlərdə həll olmuş halda, ya da, su molekulları ilə birləşərək, bərk halda ( qazhidrat ) rast gəlir. Bəzi hallarda isə eyni kimyəvi tərkibli qazlar müxtəlif mənşəyə malik olur. Təbii qazlar mənşələrinə görə biokimyəvi, termokatalitik, vulkanogen və radioaktiv olurlar.

Təbii qazlar içərisində yanar qazların mühüm xalq təsərrüfatı əhəmiyyəti vardır. Təbii yanar qazlar neft yataqlarından neftlə birlikdə və ya təmiz halda qaz yataqlarından çıxarılır.

V.İ.Vernadski, təbiətdə məlum olan bütün qazları tapıntı formalarına görə aşağıdakı qruplara ayırır:



  • sərbəst qazlar (və ya atmosfer qazları);

  • süxurlarda yerləşən qazlar;

  • vulkan və ya tektonik qırılmalarla yer səthinə çıxan qazlar;

  • okeanların, dənizlərin, göllərin və s. sularında həll olmuş qazlar;

  • süxurlar və minerallar tərəfindən udulmuş qazlar.

Kimyəvi tərkiblərinə görə isə V.İ.Vernadski qazları aşağıdakı qruplara bölür:

  • atmosfer qazları; bu qrup qazların tərkibində sərbəst oksigen və azotun olması səciyyəvidir;

  • yüksək temperaturlarla əlaqədar olan qazlar (CO2, CH4, H2S və s.);

  • yer qabığına daxil olan qazlar: azot, karbon, metan və hidrogen qazları.

V.A.Sokolov (1930), qazların kimyəvi tərkibindəki fərqi nəzərə alaraq onları üç qrupa bölür: karbohidrogenli, karbonlu və azotlu qazlar.

A.L.Kozlov (1950) qazların tapılması və kimyəvi tərkibi üzərindəki tədqiqatlarını ümumiləşdirərək, onların yeni təsnifatını vermişdir. Bu işdə o, qazların mənşəyinə və kimyəvi tərkibinə əsaslanmışdır



Karbohirogen qazlarının kimyəvi tərkibi

Neft və qaz yataqlarının qazları təbii yanar qazlara aiddir. Onların əsas tərkibi əksər hallarda karbohidrogenlərdən ibarətdir. Karbohidrogenlər içərisində metan böyük üstünlük (90 %-ə qədər və daha çox) təşkil edir. Yanar qazların tərkibində metanın homoloqları, azot, hidrogen-sulfid, təsirsiz qazlar (arqon, neon), karbon qazı və s.-ə təsadüf olunur.

Neft yataqlarından başqa təbiətdə xalis qaz yataqlarına da təsadüf edilir. Neft yataqlarının qazları öz kimyəvi tərkibinə görə xalis qaz yataqlarının qazlarından fərqlənmir. Bəzi qazların tərkibində azot və karbon qazlarının miqdarı metandan artıq ola bilir. Qazların əsas tərkib hissəsi metan və onun homoloqlar-ından ibarət olduğu üçün bu qazların təsviri üzərində dayanaq.

Metan rəngsiz qaz olub, zəif sarımsaq iyi verir. Havadan xeyli yüngüldür. 1 m3 metanın 150 C temperaturda və normal təzyiqdə l m3 çəkisi 0,677 kq-dır. Metanın istiliktörətmə qabiliyyəti daş kömürdən 2,5 dəfə artıqdır. Metan qazı təbiətdə geniş yayılmışdır. Misal üçün, hesablamalara görə Kuznetsk daş kömür hövzəsində (Kuzbas) metan qazının ehtiyatı 12 trln.m3 təşkil edir. Metan, bataqlıq-larda da yaranır, buna görə də onu həm də bataqlıq qazı adlandırırlar. Metan xalis qaz və neft yataqları qazlarının tərkibində əsas yer tutur .

Karaqanda daş kömür hövzəsinin formalaşması prosesində çox böyük miqdarda karbohidrogen qazları əmələ gəlmişdir ki, bunlar da aşağıdakı kimi paylanmışdır:



Etan rəngsiz qazdır. Sıxlığına görə havadan ağırdır. 1 m3 etanın 150C temperaturda və normal təzyiqdə çəkisi 1,27 kq-dır. Etan 200 C temperaturda və 38

atm. təzyiqdə (və ya 3,8 MP) sıxlığı 0,446 q/sm3 olan mayeyə çevrilir. Etan zəif



68

alovla yanır. O, neft yataqları qazlarının tərkibində metan ilə birlikdə rast gəlir. Etanın sərbəst yığımlarına təsadüf edilmir.



Propan rəngsiz və ağır qazdır. Onun normal şəraitdə 1 m3- nin çəkisi 1,966 kq-dır. 200 C temperaturda və 8,5 atm-dən yuxarı təzyiqdə mayeyə çevrilir. Propan təbiətdə təmiz halda təsadüf edilmir, o, adətən neft yataqları qazlarının tərkibində olur.

Butan ağır qazdır. 1 m3 butanın normal şəraitdə çəkisi 2,454 kq-dır. 150C temperaturda və 1,8 atm. təzyiqdə butan sıxlığı 0,582 q/sm3 olan mayeyə çevrilir. Butan neft yataqları ilə əlaqədar olan qazların tərkibinə daxildir.

Pentan ən ağır qaz olub, neft yataqlarının qazlarının və benzinlərin tərki-bində rast gəlir.

Aşağıda V.A.Sokolovun neft və xalis qaz yataqları qazlarının kimyəvi tərkiblərinin tədqiqinə dair məlumatlar verilir (cədvəl III.7. və III.8.).


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə