İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi Zonalararası Təcrübə Mübadiləsi Mövzu: Ətraf mühitin qorunması



Yüklə 14,74 Kb.
tarix17.11.2017
ölçüsü14,74 Kb.
#10859

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi

Zonalararası Təcrübə Mübadiləsi

Mövzu: Ətraf mühitin qorunması

Təqdimatçı: Ziya Məmmədov, Yengiyan Bələdiyyə sədri

Fasilitatorlar: Telman Zeynalov, AzKİL Ətraf mühit üzrə məsləhətçi

Gülanə Quliyeva, Şimal RƏO, LKH səfərbərçisi

Rizvan Mirzəyev, Şimal RƏO İcma İnkişafı mütəxəssisi

Tarix: 22 sentyabr 2013

İcma: Zaqatala rayonu, Yengiyan icması

22 sentyabr 2013-cü il tarixdə Zaqatala rayonunun Yengiyan icmasında “Ətraf mühitin qorunması” mövzusunda seminar keçirildi. Seminarda Zaqatala, Balakən, Ağdaş, İsmayıllı, Bərdə, Qax, Qəbələ, Oğuz və Ağcəbədi rayonlarının icmalarından 17 nəfər və 3 fasilitator iştirak edirdi. Seminarı ekoloq Telman Zeynalov apardı. O, layihələrin həyata keçirilməsi zamanı ətraf mühitə dəyə biləcək ziyanın minimuma endirilməsi, bu yönümdə icmanın üzərinə düşən vəzifələr, ümumiyyətlə dünyada qlobal problem olan ekosistemin çirklənməsi və s. haqqında geniş və ətraflı məlumat verdi. İştirakçılar çıxış edərək ekoloji maarifləndirmənin gücləndirilməsini, geniş kütlənin istifadə edə biləcəyi bukletlərin, broşüraların, məlumat vərəqlərinin nəşr olunaraq icmalara çatdırılmasını təklif etdilər. Daha sonra layihənin gedişi zamanı bu məslələrə daha ciddi yanaşılmasının əhəmiyyətindən danışaraq öz təcrübələrini bölüşdülər. Seminar iştirakçıları onları maraqlandıran suallarla ekoloqa müraciət etdilər



Sual:_Kərim_Kərimov,_Qəbələ_rayonu_Tüntül_icması_Bələdiyyə_sədri'>Sual-cavab:
Sual: Kərim Kərimov, Qəbələ rayonu Tüntül icması Bələdiyyə sədri

Respublikanın əsas ekoloji problemləri hansılarıdır?


Cavab: Telman Zeynalov

  1. Su ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsi, o cümlədən transsərhəd çirklənməyə məruz qalması

  2. Sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosferin çirklənməsi

  3. Münbit torpaqların deqradasiyaya uğraması

  4. Bərk, sənaye və məişət tullantılarının, o cümlədən təhlükli tullantıların tələb olunan səviyyədə idarə olunmaması

  5. Biomüxtəlifliyin seyrəkləşməsi

  6. Meşə ehtiyatlarının, faunanın, o cümlədən balıq ehtiyatlarının azalması

Sual: Vaqif Həsrətov, Ağdaş rayonu Tofiqi icması

”Müsbət ekoloji effekt” nə deməkdir?


Cavab: Telman Zeynalov

Əslində “Müsbət ekoloji effekt” bu vəziyyətdə dırnaq arasında yazılır. Bu isə o deməkdir ki, artıq ətraf mühitin vəziyyəti dəyişmişdir, o özünün böhranlı və deqradasiya həddinə çatmışdır, biosfer artıq özünütəmizləmə prosesini təmin edə bilmir.



Sual: Həyata keçirilən layihələrin ətraf mühitə təsirini necə ölçmək olar və bunu necə azaltmaq olar?

Cavab: Telman Zeynalov

Layihələrin ətraf mühitə təsiri birmənalı olaraq layihə zamanı ətraf mühitə vurulan ziyan, çirklənmənin dərəcəsi ilə ölçülür. Bu həm hava, su, torpaq, həm də akustik çirklənmə ola bilər. Ətraf mühitə dəyən zərərin minumuma endirilməsi üçün isə ətraf mühit haqqında hazırlanmış təlimat əsas götürülməlidir.


Öyrənilmiş dərslər:

  1. Layihələrin icrası zamanı ətraf mühitin sağlamlaşdırılması və ekologiyaya dəyən ziyanın minumuma endirilməsi

  2. Nəzərdə tutulmuş ətraf mühit üzrə planın daima işlək olması

  3. Ekosistemin daim təmiz olması üçün icmada müntəzəm maarifləndirmə işlərinin aparılması

Seminar başa çatdıqdan sonra iştirakçılar “İçməli su xəttinin təmiri” layihəsinin açılışında iştirak etdilər.

Yegiyanda açılış:

Yengiyan icması Zaqatala rayonunun inkişaf etmiş icmalarından biridir. Artıq bir neçə uğurlu layihə həyata keçirmiş icmada bu günkü açılış olduqca möhtəşəm və təntənəli idi. Açılışda DB-nın nümayəndəsi Daniel Ouen, AzKİL2 Bacarıqların artırılması üzrə Menecer Gülbəniz Qənbərova, RƏO–ların proqram mütəxəssisləri, V Zonalararası Qarşılıqlı Görüşlər Sessiyasının bütün iştirakçıları, kənd əhalisi, bələdiyyə, ƏİN, ağsaqqallar və qonşu icmalardan gəlmiş qonaqlar iştirak edirdilər. Şimal RƏO-nun səfərbərçisi və sessiyanın aparıcısı Gülanə Quliyeva mərasimi açıq elan edib, qonaqlara söz verdi, DB-nin nümayəndəsi Daniel Ouen, Gülbəniz Qənbərova, Akif Kərimli, Yengiyan Bələdiyyə sədri Ziya Məmmədov və digər qonaqlar bu gözəl layihənin əhəmiyyətindən, başa gəlməsi üşün çəkilən zəhmətdən, AzKİL-in insanlara bəxş etdiyi sevincdən böyuk məmnunluq hissi ilə söhbət açdılar. Bundan sonra DB-nin nümayəndəsi və Yengiyan Bələdiyyə sədri qırmızı lenti kəsdilər, buz kimi bulaq suyu billur qədəhlərdə mirvari kimi bərq vurdu. İştirakçılar sudan içib bu xeyirxah işi həyata keçirənlərə təşəkkür etdilər və milli geyimli yeniyetmələrin təqdim etdikləri rəqslərə qoşularaq o ki, var rəqs etdilər.
Yüklə 14,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə