İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə1/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
  1   2   3   4   5   6   7   8   9   ...   135


DÜNYA ƏDƏBİYYATI 

KLASSİKLƏRİ 

 

downloaded from KitabYurdu.org




Azərbaycan Respublikasının Prezidenti 

İLHAM ƏLİYEVİN 

"Dünya ədəbiyyatının görkəmli 

nümayəndələrinin əsərlərinin 

Azərbaycan dilində nə$r edilməsi haqqında" 

2007-ci 

il 

24 avqust tarixli 

sərəncamı ilə nəşr olunur.

 

downloaded from KitabYurdu.org




O.HENRI 

SEÇİLMİŞ ƏSƏRLƏRİ 

downloaded from KitabYurdu.org




O.Henri. Seçilmiş əsərləri. 

Bakı, *Şəıt|-Qərb' Nəşriyyat Evi, 2013,424 səh. 

ISBN 978-9952-32-112-8 

Tərcüməçi: 

ƏLİŞİRİN ŞÜKÜRLÜ 

Ön sözün müəllifi: ELNARƏ TOFİQQIZI 

Redaktor: 

NƏRGİZ CABBARLI 

Korrektorlar: 

AQŞİN MƏSİMOV ELSEVƏR MURADOV LƏTAFƏT 

SƏMƏDOVA 

Mətn: Bakı Slavyan Universitetinin nəşriyyatı 

© 'Şərq-Qərb' Nəşriyyat Evi, 2013 

www.eas1west.az

 

 

www.fb.com/eastwest.az



 

downloaded from KitabYurdu.org




PULA GÖRƏ YAZAN O.HENRİ 

Dünya  ədəbiyyatının  ünlü  simalarından  olan  O.Henri,  daha  çox,  hekayələr 

ustası kimi məşhurdur. Çox ağır bir həyat yaşayan yazıçı dünyasını erkən dəyişsə 

də, özündən sonra adını əbədi olaraq yaşadacaq on cildlik bir irs qoyub getmişdir. 

Onun əsl adı Uilyam Porterdir. 1862-ci ildə ABŞ-ın Şimali Karolina ştatında 

dünyaya  gəlib.  Həkim  işləyən  anası  vərəm  xəstəliyindən  dünyasını  dəyişəndən 

sonra üç yaşlı Uilyam nənəsinin himayəsində böyüyüb. Ailə faciəsi Uilyamın ciddi 

təhsil  almasına,  həm  də  sistemli  mütaliəsinə  mane  olub.  Əvvəlcə  bibisi  Mariya 

Evelina Porterin məktəbində, daha sonra Lindsi liseyində oxuyan Uilyam 1881—ci 

ildə aptekdə işləməyə başlayıb. Uşaq yaşlarından dövrünün zəif əsərlərindən tutmuş 

dünya  ədəbiyyatının  klassiklərinə  qədər  müxtəlif  janrlı  bədii  əsərləri  sistemsiz 

şəkildə  oxuyub.  O.Henri  tanındıqdan  sonra  oxuduğu  çoxsaylı  əsərlər  arasında  ən 

çox  sevdiyi  kitabların  məhz  “Mir  bir  gecə”  və  Robert  Bertonun  “Melanxoliya 

anatomiyası” olduğunu bildirmişdi. 

Uşaqlıqdan təngnəfəslikdən əziyyət  çəkən  Uilyam  1882-ci ildə Texasa gedir 

və  bir  həkim  tanışının  fermasında  məskunlaşır.  Hava  dəyişkənliyinin  səhhətinə 

müsbət təsir  edəcəyini  düşünən  Uilyam  düz  yeddi  il  burada  yaşayır. 1889-cu  ildə 

isə Hyustona yollanır və “Post” qəzetində jurnalist kimi çalışmaqla bərabər, Milli 

Bankda xəzinədar işləyir. 

Musiqi  qruplarında  fəal  iştirakı  və  serenadalarda  çıxışları  onun  gələcək  ailə 

həyatının  təməlini  qoyur.  Serenadada tanış  olduğu  varlı ailənin  17  yaşlı  qızı  Atol 

Estes  ilə  evlənən  Uilyamın  xoşbəxtlik  arzulan  ürəyində  qalır.  Estes  vərəm 

xəstəliyinə yoluxur, əyləncəli həyata meyil göstərən Uilyamı isə xəzinədən oğurluq 

etməsini əsas gətirərək həbs edirlər. 

downloaded from KitabYurdu.org




1896-cı  ildə  zaminə  buraxılan  Uilyam  məhkəmədən  qaçır,  əvvəlcə  Yeni 

Orleanda, daha  sonra  isə  Hondurasda  gizlənir.  Hondurasda  gizləndiyi  bir neçə  ay 

müddətində  yaradıcılıqla  məşğul  olan  Uilyam  ilk  dəfə  olaraq  bu  ölkə  haqqmda 

“banan respublikası” ifadəsini işlədir ki, sonradan bu söz dillərə düşür. 

Həyat  yoldaşının  səhhətinin  kəskinləşdiyini  görən  yazıçı,  qızı  Marqaretlə 

bərabər  Atolu  geriyə,  atasınm  yanında  yaşamağa  göndərir.  Ancaq  bir  müddətdən 

sonra, Atolun ölümlə çarpışdığı xəbərini almca dərhal geri qayıdır və məhkəməyə 

təslim olur. Məhkəmə ailə vəziyyətini nəzərə alaraq, yenidən onu zaminə buraxır. 

Uilyam bu arada həyat  yoldaşını itirir, 1898-ci ildə məhkəmənin hökmü ilə beş il 

azadlıqdan məhrum olunur və Ohayo ştatının federal həbsxanasına düşür. 

Həbs  olunandan  sonra  daha  gərgin  yazmağa  başlayan  Uilya-  mm  əsərlərinin 

çap olunmasına adı heç yerdə çəkilməyən, yalnız “dost” olaraq göstərilən bir nəfər 

yardım  edir.  O.Henri  imzasını  götürən  Uilyam  Porteri  dərc  edən  nəşriyyatlar  isə 

onun məhbuslu- ğundan heç bir halda xəbər tutmur. 

1901  -ci  ildə  özünü  nizam-intizamlı  apardığına  görə  vaxtından  əvvəl 

türmədən buraxılan və artıq O.Henri kimi tanınan Uilyam arvadı Atolun ölümündən 

sonra Pitsburqa (Pensilvaniya ştatı) köçən ailənin yanma gəlir və artıq on bir yaşı 

olan qızı Marqareti tapır. 

Bir ildən sonra müqavilə bağladığı nəşriyyatlara daha yaxın olmaq üçün Nyu-

Yorka köçən O.Henrinin yaradıcılığının ən qaynar dövrü başlayır. Qısa müddətdə 

381 hekayə yazır, hekayələrindəki kəskin süjet dəyişkənliyi, xarakterik və psixoloji 

obrazlar  oxucuların  rəğbətinə  səbəb  olur  və  “O.Henri”  imzası  bütün  Amerikada 

məşhurlaşır.  Ancaq  bu  məşhurluğu  və  oxucular  tərəfindən  sevilməsi  onu 

tənqidçilərin “qəzəbindən” qoruya bilmir. 

1907-ci  ildə  uşaqlıqdan  sevdiyi  və  uzun  illərdən  sonra  yenidən  qarşılaşdığı 

Sara  Lindski  Kolemanla  ailə  quran  yazıçının  ikinci  nikahı  da  uğursuz  olur. 

Alkoqollu  içkilərə  aludəçiliyi  1908-ci  ildən  başlayaraq,  onun  səhhətində  mənfi 

təsirini gösterməyə başlayır. Cəhdlərinin heç bir bəhrə vermədiyini və O.Henrinin 

içkidən kənarlaşmadığını görən Sara 1909-cu ildə ayrılmaq qərarına gəlir. 1910-cu 

il  iyunun  5-də  isə  yazıçı  qaraciyər  serrozu,  şəkərli  diabet  və  ürək  genişlənməsi 

xəstəliklərindən vəfat edir. 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə