İlham və Fərizənin nağılı (Nağıl)



Yüklə 51,85 Kb.
Pdf görüntüsü
tarix08.01.2018
ölçüsü51,85 Kb.
#19962


İlham və Fərizənin nağılı

 

(Nağıl)

 

Biri  var  idi,  biri  yox  idi,  İlham  adlı  bir  cavan 



oğlan var idi. O, atasını erkən itirmiş, on dörd yaşından atasız qalmışdı. Elə 

o  yaşdan  da  dəmirçilik  peşəsini  öyrənərək  zəhmətə  alışmış,  anasını  və 

bacılarını dolandırmağı öz üstünə götürmüşdü.

 

İlham  çox  güclü  olduğundan  dəmirçilik  sənətinin  öhdəsindən  məharətlə 



gələrdi.  Zəhmətə  alışdığından  bir  an  belə  işsiz  qalmazdı.  Uzaq

-uzaq  yad 

ellərdən,  obalardan  urus,  erməni,  yəhudi,  tat  və  ayrı

-

ayrı  yadellilər  bu 



dəmirçinin yanına  gələr, ona qılınc, qalxan, ox, kaman və başqa sursatlar 

düzəltdirərdilər.  İlham  heç  kəsə  fərq  qoymaz,  yanına  gələnləri  razı  yola 

salardı.  Düzəltdiyi  hər  bir  sursatın  kiçik  bir  yerində  isə  özünün  dəsti  xətli 

naxışı  ilə  adını  yazardı.  Cavan  dəmirçi  yorulmadan  işləyər,  öz  şöhrəti  ilə 

fərəhlənərdi.

 

Həmin obada İlhamgilin qonşuluğunda Fərizə adlı bir qız da yaşayardı. O 



obanın ən gözəl və ağıllı qızlarından biri idi. Onun şəvə kimi qara saçları, 

iri,  gözəl  gözləri  var  idi.  Uca  boyu,  incə  beli  baxanı  heyran  edərdi.  Aya 

deyərdi,  sən  çıxma  mən  çıxım,  günə  deyərdi,  sən  çıxma  mən  çıxım.  Qız 

həm  də  bütün  günü  işləyər,  ev,  həyət  işlərində  anasına  kömək  eləyərdi. 

Kəndin  cavanlarının  hamısının  gözü  onda  idi.  Bir  dəfə  Fərizəni  anası 

göndərir dəmirçinin yanına ki, axıdan səhənglərini düzəltsin. Fərizə səhəngi 

götürüb  gəlir  emalatxanaya

-

İlhamın  yanına.  İlham  səhəngi  düzəldəndə 



Fərizə  baxıb  görür  ki,  oğlan  çoxlu  qılınc,  qalxan  düzəldib  yığıb  bir  tərəfə. 

Qız  duruxur.  Qızdan  xoşu  gələn  İlham  onu  danışdırmaq  bəhanəsilə

 

soruşur:


 

-

Rəngin niyə saraldı, qonşu qızı, olmaya qılıncları görüb qorxdun?



 

Fərizə qorxa

-qorxa deyir: 

-

Sən bunları düzəldirsən ki, adamlar bir



-

birlərini öldürsünlər?

 

-

Mən dəmirdən hər şey düzəldirəm, səhəng də, qazan da, soba da, qılınc 



da, qalxan da, ürəyin nə istəsə.

 

-



Kəndimizdə  hamı  danışır  ki,  sən  çox  yaxşı,  zəhmətkeş  oğlansan.  Amma 

yaxşı oğlan adam öldürmək üçün bu qədər qılınc düzəltməz.

 



İlham Fərizənin sözlərinə ürəkdən gülür. O, səhəngi düzəldə

-

düzəldə qızla 



söhbət eləyir. Səhəng hazır olub qurtaran kimi Fərizə çıxıb evlərinə gedir.

 

İlhamın qonşuluqda yaşayan Fərizədən çoxdan 



xoşu gəlirdi. Amma heç vaxt fürsət tapıb ürəyini ona aça bilmirdi.

 

Fərizə  emalatxanadan  gedəndən  sonra  qızın  gözəl  surəti  oğlanın  gözləri 



önündən getmədi. İlham başını heç nə ilə qarışdıra bilmir, bütün günü qız 

haqqında fikirləşirdi. O, evə gələndə dərdini özündən kiçik bacısı Gülbənizə 

dedi.  Gülbəniz  də  qardaşını  öpüb  arxayın  elədi  ki,  bu  axşam  mütləq 

Fərizəyə hər şeyi açıb deyəcək.

 

Gülbəniz  Fərizəyə  qardaşının  sevgi  xəbərini



 

çatdıranda  qız  hirslənmiş, 

«mən  adam  öldürmək  üçün  qılınc  düzəldəni  ürəyimə  yaxın  büraxa 

bilmərəm», demişdi.

 

Bir neçə müddət İlham Fərizənin dərdindən dəli



-

divanə gəzir. Oğlanın güclü 

məhəbbəti  axır  ki,  qızın  ürəyini  ovsunlayır.  Fərizə  oğlanı  görəndə  əvvə

lki 


kimi qaçıb gizlənmir, nazlı

-

nazlı onun üzünə gülümsəyirdi.



 

Sevdiyi  qız  ilk  dəfə  bulaq  başına,  İlhamın  görüşünə  gələndə  isə  oğlan 

sevindiyindən  az  qala  uçmaq  istəyirdi.  Bu  görüşdən  sonra  onlar  tez

-tez 


bulaq  başında,  meşədə  görüşər,  həyatlarının  ən  gözəl

 

günlərini 



yaşayardılar.

 

Hər  iki  sevgilinin  çox  xoşladığı  bir  görüş  yerləri  var  idi.  Onlar  qayalığın 



başında uzanar, qayadan aşağıdakı gur çayın axmağına tamaşa edərdilər.

 



Çayın qırağında çox vaxt iki canavar gəzişərdi. 

Onların  biri  düm  ağ  rəngdə,  o  birisi  isə  qapqara  idi.  Canavarlar  heç  vaxt 

ayrı gəzməz, həmişə bir yerdə olar, bir

-

birlərini duz kimi yalayardılar.



 

Bir dəfə onlara göz qoyan Fərizə sevgilisinə demişdi:

 

-

İlham,  deyirlər  canavarlar  öz  sevdiklərinə  çox  sadiq  olurlar.  Onların  əgər 



biri ölürsə, digəri ya özünü onunla birgə tələf edir, ya da ölənə qədər heç bir 

canavara yaxın düşmür.

 

-

Bu  camaatın  uydurmasıdır,  sən  belə  avam  danışıqlara  inanma,



deyə, 


İlham qızın qanının qaralmağını istəməmişdi.

 

Amma  İlham  özü  də  Fərizə  ilə  bu  canavarların  hərəkətlərinə  baxmaqdan 



doymazdı.

 

Qara canavar bir yerdən yeməli bir şey tapan kimi gətirib onu ağ canavara 



verərdi.  Onlar  adam  kimi  üzbəüz  oturar,  yorulmadan  bir

-

birlərinə  baxıb, 



yavaşcadan ulayardılar.

 

Bir dəfə İlhamla Fərizəni sarsıdan bir hadisə olmuşdu. Onlar həmişəki kimi 



qayanın  başına  çıxmış,  amma  gördükləri  mənzərədən  çox  qəmgin 

olmuşdular.

 

Qayanın aşağısında ağ canavar al



-

qanına boyanmış halda yerə uzanmışdı. 

Onun  həmişə  qar  kimi  ağ,  uzun  tükləri  al

-

qırmızı  qandan  qırmızıya 



boyanmışdı. Özünü itirmiş qara canavar isə onun başına fırlanırdı. O, gah 

öz  yaralı  sevgilisinin  başı  üstündə  dayanıb  ulayır,  gah  onun  yarasının 

qanını  yalayır,  gah  da  yaranın  üstündə  olan  oxdan  yapışıb,  dartıb 

çıxartmaq istəyirdi.

 



Bu dəhşətli mənzərəni görəndə Fərizə hönkür

-

hönkür ağlamışdı. Dəmirçiləkdə bərkimiş İlham da gördüyündən çox pis bir 



hala  düşmüşdü.  O,  Fərizədən  utanmasaydı,  gördüyünə  özü  də  hönkür 

çəkib ağlayar, ürəyini boşaldardı.

 

İlham və Fərizə iki gün qayanın başına qalxanda eyni mənzərəni görürlər. 



Üçüncü  gün  sevgililər  qara  canavarı  görəndə  lap  pis  oldular.  Artıq  qara 

canavarın  səsi  tutulmuş,  ulamağa  gücü  qalmamışdı.  Onun  özü  də  xeyli 

balacalaşmışdı.  O,  əvvəlki  kimi  ağ  canavarın  başının  üstündə  oturmuşdu. 

Birdən  qara  canavar  istədi  qalxsın  ayağa,  amma  gücü  olmadığından

 

təzədən  yıxıldı.  Bir  neçə  dəfə  yıxılıb  qalxandan  sonra  nəhayət  ki,  gücünü 



toplayıb  durdu.  Pəncələrini  güclə  sürüyə

-

sürüyə,  kəsə  yolla  qayaya 



qalxmağa başladı.

 

Bunu  görən  İlhamla  Fərizə  çəkilib  bir  yerdə  gizləndilər.  Qara  canavar  çox 



çətinliklə  də  olsa  qayanın  başına  çıxdı.  O,  boynunu  göyə  qaldıraraq  bir 

neçə  dəfə  uzun

-

uzadı  uladı.  Sanki  göylərdən  kömək  dilədi.  Sonra  yenə 



ulamaq istəyəndə səsi çıxmadı. Əyilib qayanın başından sevgilisinə baxdı. 

Qara  canavar  adam  kimi  ağlayır,  onun  daha  işıldamayan  gözlərindən  yaş 

tökülürdü. O, elə ağlaya

-

ağlaya da özünü qayadan yerə atdı.



 

İlham  və  Fərizə  yerlərindəcə  donub  qalmışdılar.  Onlar  inana  bilmirdilər  ki, 

heyvanda bu cür sevgi ola bilərmiş. Elə həmin qayanın başındaca İlham və 

Fərizə  əbədi  məhəbbətə  and  içdilər  və

  bir-

birlərinə  ömürləri  boyu  sadiq 



olacaqlarına  söz  verdilər.  Sonra  isə  qayadan  düşüb,  hər  iki  canavarı  bir 

yerdə basdırdılar.

 

İlham və  Fərizənin bir



-

birlərinə olan sevgiləri günü

-

gündən artır, el



-

obanın 


dilinə düşürdü. İlhamın anası Bağda arvad oğlunun aşiq olduğundan xəbər 

tutan kimi, Fərizəyə elçi düşərək, cavanlara tez bir vaxtda toy elədi.

 

Bu xoşbəxt günü çoxdan bəri gözləyən İlham və Fərizə gözəl zamanlarını 



yaşamağa  başladılar.  Onların  xoşbəxtliyini  hamı  görür,  onlara 

«bəxtəvərlər» deyirdilər.

 

İlham  emalatxanasında  əvvəlkindən  də  həvəslə  işləyir,  özlərinə  daha  da 



gözəl ev tikmək üçün çoxlu pul qazanmaq istəyirdi.

 



Təzə gəlin hər gün cavan ərinə emalatxanaya yemək gətirərdi. O, həmişə 

İlhamın düzəltdiyi qılınclara baxar, qaş

-

qabağını tökərdi:



 

-

Sən yenə də adam öldürmək üçün qılınc düzəldirsən?



 

İlham isə sevimli arvadının könlünü alardı. Sonuncu dəfə isə o, Fərizəni lap 

sevindirmişdi:

 

-



Fərizəm  mənim,  bax  mən  bu  əllərimlə  bir  gün  balamıza  beşik  də 

düzəldəcəyəm.

 

Bu  sözləri  eşidən  Fərizənin  qaş



-

qabağı  açılmış,  hirsi  soyumuşdu.  Çünki 

onun ana bətnində körpəsi var idi.

 

İlhamla Fərizə çox mehriban idilər. Bir



-

birlərinə can deyib, can eşidərdilər. 

Süfrə  arxasında  onlardan  biri  oturmasaydı,  o  birisinin  boğazından  yemək 

getməzdi.

 

Fərizə  özünü  çox  xoşbəxt  sayırdı.  Xoşbəxtliyini  itirəcəyindən  həmişə 



qorxurdu. 

İlham  ondan  da  çox  bəxtəvər  idi.  Neçə  illərdən  bəri  sevdiyinə  qovuşması 

onu  ruhən  göylərə  qaldırmışdı.  Emalatxanada  işlədiyi  vaxtda  o  hər  an 

Fərizə üçün darıxır, evə qaçmağa can atırdı. Evləndiklərindən sonra onların 

sevgisi adiləşmək əvəzinə günü

-

gündən artır, bir



-

birlərindən bir an belə ayrı 

qalmaq onlar üçün çətinləşirdi.

 

Camaat  danışırdı  ki,  mahalda  hələ  bu  cavanlar  kimi  bir



-

birini  belə  sevən 

olmayıb.  Cavanların  anaları  Bağda  ilə  Afeliya  övladları  İlhamla  Fərizədən 

danışanda,  «allah  onların  sevgisini  bəd  nəzərlərdən  qorusun»  deyər, 

başlarına üzərrik dolandırıb yandırardılar.

 

Dünyada bütün xoşbəxtliklərin və bədbəxtliklərin axırı olduğu kimi, bir gün 



cavanların bu sevgilərinin də axırı gəlib çatdı.

 

Bir  səhər  obanı  qara  xəbər  bürüdü.  Uruslar  və  ermənilər  birləşərək  , 



soyğunçuluq  və  qarətçilik  etməkdən  ötrü  qəfildən  dinc  oba  camaatının 

üstünə  gəlmişdilər.  Həmişə  erməniləri  özlərinə  kiçik  qardaş,  urusları 

özlərinə  böyük  qardaş  sayan,  obanın  azərbaycanlıları  bu  gözlənilməz 

xainlikdən donub qalmışdılar.

 

Yerli  camaat  yaraqlanana  qədər  düşmənlər  obaya  od  vurdular,  uşaq 



demədilər,  qoca  demədilər,  bir  tərəfdən  rastlarına  keçənləri  qılıncdan 

keçirtdilər. Obanı çapıb

-

taladılar.



 

İlhamın  emalatxanası  yolun  üstündə  idi.  Düşmənlər  gələndə  İlham 

emalatxanada  idi.  Döydüyü  dəmirin  səsindən  başqa  heç  bir  səs  eşitmirdi. 

Bir də başını qaldıranda həmişə İlhama, «sən mənim qardaşımsan» deyən 

urus  dostu  Stepanı  və  erməni  dostu  Valodu  gördü.  Onlar  təpədən

-

dırnağacan  yaraqlanmışdılar.  İlham



 

soruşdu  ki,  nə  olub,  Stepan  cavab 

vermədən  İlhamın  özü  düzəltdiyi  qılıncı  qəfil  qaldırıb  onun  başına  endirdi. 

Volod isə İlhamın ona bəxşiş düzəldib verdiyi nizəni onun ürəyinə sancdı.

 

İlham  qan  içərisində  can  verir,  amma  bu  halında  da  yalnız  Fərizəsindən 



başqa  heç  nə  fikirləşmirdi.  O,  gözlərini  yummuş  halda  dodağının  altında 

danışır, «Fərizəm, hardasan» deyirdi.

 



Düşmənlər  istədikləri  qəniməti  ələ  keçirəndən 

sonra elə bil qeybə çəkildilər. Obada qan su yerinə axırdı. Hər yanda qan 

gölməçəsi yaranmışdı. Vay

-

şivən səsi göyləri lərzəyə gətirmişdi.



 

Hər  yerdə  sağ  qalanlar  doğmalarını  axtarırdılar.  Fərizə  İlhamdan  çox 

nigaran idi. O, bilirdi ki, İlham sağ olsaydı, mütləq onu axtarıb tapmalıydı. 

Bu fikirlə gəlin emalatxanaya qaçdı. İlhamı qan içində görəndə naləsi

 yeri-

göyü  titrətdi.  O,  sevgilisinin  ürəyinə  saplanmış  qılıncı  çıxartdı.  Qılıncın 



tiyəsində  «İlhamdan  Voloda  bəxşiş»  yazısı  nəqş  olunmuşdu.  Fərizə 

sevgilisinin  başını  dizi  üstə  qoyub  onu  oxşamağa  və  ona  layla  deməyə 

başladı.  İki  gün  dizləri  üstündə  onun  başını  sığalladı.  Üçüncü  gün  obanın 

ağsaqqalları İlhamı basdırmaq üçün zorla meyidi gəlinin əlindən aldılar.

 

Fərizə  ayağa  durmaq  istədi.  Dizləri  əsdi,  yerə  yıxıldı.  Onun  ağı  deyib 



ağlamaqdan  gücü  qalmamışdı.  Başı  gicəllənir,  ayağa  qalxanda  təzədən 

yerə yıxılırdı. Fərizə son gücünü toplayıb, yerindən qalxdı.

 

Camaatın  başı  İlhama  qarışdığından,  Fərizə 



heç kəsin yadına düşmürdü. Qız sakit

-

sakit qayaya tərəf yeriməyə başladı. 



Bir  anlığa  İlhamla  canavarları  basdırdıqları  yerdə  dayandı,  sonra  isə 

çətinliklə  də  olsa  qayanın  başına  çıxdı.  Qayanın  başında  İlhama  verdiyi 




əhdi  yadına  saldı.  «Mən  əhdimizi  unuda  bilmərəm,  İlham»,  deyib,  özünü 

qayadan yerə atdı.

 

İlham və Fərizəni bir qəbrə qoyaraq, onları qayanın başında, obanın ən uca 



yerində basdırdılar. Sevgililərin ruhları əbədi qovuşdular.

 

İndi  də  sevənlər,  sədaqət  rəmzi  olan  həmin  qəbrin  üstünə  gedib,  əbədi 



sevgiyə and içirlər.

 

 



Müəllif: Gülzar İbrahimova

  

 



Yüklə 51,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə