Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
Buraxılış 2 |
Say 1
– 82 –
İlham Zülfüqarlı
✵
Rəqabət hüququ:
Hökmran
mövqedən sui-istifadə
Annotasiya
Məqalədə açıq bazar iqtisadiyyatının əhəmiyyətli hüquq sahələrindən olan rəqabət
hüququnda hökmran mövqe anlayışı, onun müəyyən edilməsi meyarları və ondan sui-
istifadə halları yer almışdır. Hökmran mövqe, ondan sui-istifadə, hökmran mövqeyi
müəyyən edən meyarlar, rəqabət mühitini pozan digər hallar beynəlxalq praktikanın,
müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın rəqabət hüququ sahəsində nəzərdə tutulan
normaların və Avropa Komissiyasının vermiş olduğu qərarların timsalında təhlil
edilmişdir.
Abstract
The article is dicussing the definition of dominant position, criteria to determine it and abuse
of it in competition law, which is one of the most important field of law in open marketing
business. Dominant position, abuse of it, criteria of determining dominant position and
cases, which break the atmosphere of competition, are analyzed in the example of
international practice, legal norms of Azerbaijan Republic and other countries, decisions of
Commission of European Communities.
Giriş
lassik iqtisadiyyat nəzəriyyəsinə əsasən bazar iqtisadiyyatının əsas
subyektləri hesab edilən təsərrüfat subyektlərinin məqsədi ən
yüksək mənfəət əldə etməklə? yəni: a) ən keyfiyyətli malı və ya
xidməti; b) ən az xərclə istehsal edərək; c) ən yüksək qiymətə və maksimum
miqdarda satmaqla rəqabət etməkdir. Tam rəqabət bazarlarının mühüm
xüsusiyyətlərindən biri təsərrüfat subyektlərinin bazara giriş-çıxışlarının
sərbəst olmasıdır. Bu xüsusiyyət təmin edilən sərbəst rəqabət mühitində
bütün təsərrüfat subyektlərinin öz məqsədlərini reallaşdırmaqdan ötrü bir-
birilə rəqabətdə yeni üsul və texnologiyalar tətbiq etməsini, öz istehsalat
xərclərini minimuma endirməyə çalışmasını zəruri edir və iqtisadi məqsəd
olan məhdud resurslardan səmərəli istifadə edilməsinə nail olunur, bu da
dövlətin iqtisadiyyatını ümumi halda inkişafa aparır.
Uzun müddətdir ki, bütün dünyada tətbiq edilən bu sistemin zamanla
hüquqi tənzimlənməyə ehtiyacı olan problemləri üzə çıxmışdır. Belə ki, bəzən
təsərrüfat subyektləri ən yüksək mənfəəti əldə etmək məqsədlərinə bir-
birlərilə rəqabət aparmaqla çatmaq əvəzinə, rəqabəti məhdudlaşdıraraq, ya
da tamamilə aradan qaldıraraq, kartelləşmə və ya inhisarlaşma vasitəsilə
çatmaq arzusunda olurlar. Nəticə olaraqsa, hədəflənən iqtisadi inkişafın
təmin edilməsində çətinliklər yaranır. Bu səbəblə bazar iqtisadiyyatı sistemini
tətbiq edən ölkələr bazardakı rəqabət mühitini qorumaq məqsədilə
qanunvericilik normaları işləyib hazırlamışlar. Amerika Birləşmiş Ştatlarında
✵
Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 4-cü kurs, 1418A qrup tələbəsi
K
Dekabr | 2015
Rəqabət hüququ
– 83 –
(ABŞ) trest əleyhinə
1
1890-cı ildə qəbul edilən “Sherman Act”, 1914-cü ildə
“Clayton Act”,
2
1957-ci il Avropa İqtisadi Birliyinin (AİB) qurucu müqaviləsi
olan “Roma müqaviləsi”,
3
İngiltərədə 1973-cü ildə qəbul edilən “Fair Trade
Act”
4
kimi qanunlarda nəzərdə tutulan rəqabət qaydaları, bazar iqtisadiy-
yatında yaranan problemlərin aradan qaldırılmasına dəstək mahiyyətli
qaydalar olmaqla yanaşı rəqabət mühitinin qorunmasına və bazar iqtisadi
mexanizminin düzgün işləməsinə xidmət edir.
Azərbaycan Respublikasında rəqabət hüququnun zəif inkişaf etməsi planlı
iqtisadiyyatın hakim olduğu SSRİ dövlətinin tərkibində uzun müddət
qalmasından irəli gəlir. Bazar iqtisadiyyatında rəqabət mühitinin qorunması
ilə bağlı hazırki qanunvericilik normalarında – AR Konstitusiyasında,
“Antiinhisar fəaliyyəti haqqında”, “Təbii inshisarlar haqqında”, “Haqsız
rəqabət haqqında”, “İstehlakçıların hüquqlarının qorunması haqqında”
qanunlarda və digər normativ aktlarda, eləcə də hüquq ədəbiyyatlarında
rəqabət hüququ ilə bağlı tam formalaşmamış, sistemsiz qaydalar, fikirlər
mövcuddur.
Rəqabət hüququ sahəsində aparılan tədqiqatlarda iqtisadi nəzəriyyələrin
son dövrlərdə aktuallığı daha da artmışdır. Belə mövzular içərisində rəqabət
hüququ tənzimləmələrində mərkəz mövqeyə sahib olan təsərrüfat
subyektlərinin bazar gücü, bazara giriş maneələri, geri qaytarılmayan xərc
tez-tez işlədilən ifadələrdir. Rəqabət hüququnun əsas məqsədi bu elementləri
özündə ehtiva edən sistemlərdə rəqabətin yaranması və maneəsiz işləməsi
üçün əlverişli şəraitin yaradılmasıdır. Bunun üçün bazara giriş-çıxış
maneələrinin vaxtında müəyyən edilməsinə və qarşısının alınmasına
istiqamətlənmiş tədbirlər görmək başlıca vəzifədir.
Rəqabət mühitinin pozulması hallarından biri kimi bazarda əmtəələrin
tədavülünə əhəmiyyətli təsir edə bilən bazar subyektlərinin öz
mövqelərindən sui-istifadəsi çıxış edir. Belə pozulma hökmran mövqedən
1
The Antitrust Laws, FTC, https://www.ftc.gov/9tips-advice/competition-guidance/guide-
antitrust-laws/antitrust-laws (son baxış 17 noy. 2015)
Sherman Act 1890, ABŞ-da trest əleyhinə (yəni anti-monopoliya) qəbul olunmuş ilk
qanundur. Trest (monopoliya) yaratmaq və bu məqsədlə gizli sövdələşməyə girməklə azad
ticarətin aparılmasını əngəlləmək cinayət hesab edilmişdir.
2
The Clayton Act works with the Sherman Act to improve business practices,
http://www.antitrustlaws.org/Clayton-Act.html (son baxış 17 no
y. 2015)
ABŞ-da Şerman aktını bir qədər yumşaldan və rəqabəti böyük ölçüdə məhdudlaşdıran
cəhdləri qadağan edən qanundur. Bazardakı ümumi məhsulun əsas hissəsini istehsal edən
təsərrüfat subyektlərinin inkişafının nəzarət altına alınması məqsədilə qəbul edilmişdir.
3
1957-ci ildə Almaniya, Fransa, İtaliya, Belçika, Niderland və Lüksemburq tərəfindən
insanların, əmtəənin, xidmət və kapitalın sərbəst hərəkətinə mane olan bütün maneələrin
ləğvi barədə bağlanmış beynəlxalq müqavilə.
4
Fair Trading Act 1973, chapter 41, http://www.legislation.gov.uk/ukpga/1973/41 (son baxış
17 noy
. 2015) İngiltərədə 1973-cü ildə qəbul edilmiş və istehlakçıların hüquqlarının
qorunmasına yönəlmişdir.
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
Buraxılış 2 |
Say 1
– 84 –
sui-istifadə adlanır. Məqalədə hökmran mövqedən sui-istifadə nəticəsində
yaranan problemlərdən və onların həllində hansı metodların təsirli
olmasından söhbət açılacaq.
I. Hökmran mövqe anlayışı və
onun müəyyən edilmə meyarları
A. Hökmran Mövqe anlayışı
“Antiinhisar
fəaliyyəti
haqqında”
Azərbaycan
Respublikasının
Qanununda
5
hökmran mövqe anlayışı “təsərrüfat subyektinin öz iqtisadi
potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə
imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil
olmasını çətinləşdirən müstəsna vəziyyəti” kimi qiymətləndirilib. Eyni
zamanda bazar payı 35%-dən və ya qanunvericiliklə müəyyən olunmuş digər
həddən
6
çox olan təsərrüfat subyekti hökmran mövqe tutmuş hesab edilir.
Əmtəə bazarında heç bir rəqibin olmadığı, resursların əldə edilməsi,
malların (işlərin, xidmətlərin) satılmaq imkanlarının məhdud olduğu, bazara
girişdə maneələrin, güzəştlərin və ya başqa səbəblərin mövcudluğundan
digər subyektlərin bazara daxil olmasına çətinliklər yarandığına görə
müəyyən
təsərrüfat
subyektinin
(subyektlərinin)
təsirli
rəqabətlə
qarşılaşmadığı şəraitdə müvafiq əmtəə bazarında əmtəələrin tədavülünün
ümumi qaydalarına (şərtlərinə) həlledici təsir göstərə bildiyi müstəsna
vəziyyət hökmran mövqe hesab edilir.
7
Bu anlayış rəqabət məcəlləsi
layihəsinə əlavə edilən 17.1-ci maddədə nəzərdə tutulmuşdur.
Hökmran mövqedə hesab edilə bilməsi üçün təsərrüfat subyekti özbaşına
hərəkət etməklə müstəqil şəkildə bazarı idarə etməlidir. Bu vəziyyət
inhisarçılıq kimi başa düşülməməlidir. Hər nə qədər inhisarçılığa oxşasa da
hökmran mövqe ilə inhisarçılıq fərqli anlayışlardır. İnhisarçılıqda bazarda
yalnız bir təsərrüfat subyekti fəaliyyət göstərir və təbii olaraq o, hökmran
mövqedə hesab edilir. İnhisarçılığın olmadığı birdən çox təsərrüfat
subyektinin fəaliyyət göstərdiyi bazarlarda da hökmran mövqedə olma
vəziyyəti mövcud olur. Bir digər anlayış isə bazarda lider vəziyyətdə
olmaqdır. Bu anlayış da hökmran mövqedən fərqləndirilməlidir. Bazarda
lider olan təsərrüfat subyekti adətən bazarda fəaliyyət göstərən digər
subyektlərin fəaliyyətini nəzərə alaraq hərəkət etdiyindən bazar şərtlərini
müstəqil olaraq müəyyən etmək iqtidarında olmur. Halbuki hökmran mövqe
müəyyən bazardakı bir və ya birdən çox təsərrüfat subyektinin rəqiblərindən
5
Antiinhisar fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu, 4 Mart, 1993, 4-cü
maddə
6
Eldar Qocayev, Antiinhisar (Rəqabət) Qanunvericiliyinin Müqayisəli Təhlili (26 yanvar,
2013) “Bank, sığorta, lizinq, qeyri-hökümət təqaüd fondları xidmətləri bazarında maliyyə
təsisatlarının payı 25%-dən çox olduqda, qiymətli kağızlar bazarında qiymətli kağızları idarəedənin
payı 10%-dən çox olduqda”
7
Yenə orada
Dekabr | 2015
Rəqabət hüququ
– 85 –
və müştərilərindən asılı olmadan müstəqil hərəkət edərək qiymət, tələb,
təklif, istehsal miqdarı kimi iqtisadi parametrləri müəyyənləşdirə bilmə
iqtidarıdır.
Avropa Komissiyası
United Brands
8
işi ilə bağlı çıxardığı qərarında hökmran
mövqe sayıla bilən vəziyyəti müəyyən etmişdir. Qərarda “rəqiblərindən,
müştərilərindən, mal göndərənlərindən və istehlakçılarından əhəmiyyətli
dərəcədə müstəqil olan müvafiq bazardakı effektiv rəqabətin davam
etməsinə maneə törədə bilən iqtisadi gücə sahib təsərrüfat subyektlərinin”
mövqeyi hakim mövqe hesab edilir. Türk qanunvericiliyində
9
hökmran
mövqeyə “müəyyən bazarda bir və ya daha artıq təsərrüfat subyektinin,
rəqiblərindən və istehlakçılarından müstəqil olaraq qiymət, təklif, istehsalat,
bazara çıxarılan mal miqdarı kimi iqtisadi parametrləri müəyyən etmə
gücü” kimi anlayış verilmişdir.
Ümumilikdə müvafiq bazarda hər hansı bir təsərrüfat subyektinin hakim
mövqe vəziyyətində olub-olmamasının düzgün təyin edilməsi hakim
mövqenin müəyyən edilmə ölçüsü olan meyarların təhlili nəticəsində həll
olunur. İlk olaraq müvafiq bazarın müəyyən edilməsi vacibdir. Bununla bağlı
Avropa Komissiyasının Continental Can
10
işi üzrə çıxardığı qərarında, hakim
mövqenin yalnız müəyyən bir bazarda mövcud olmasını və bu bazarın təyin
edilməsinin vacibliyi vurğulanmışdır.
Hökmran mövqenin müəyyən edilmə meyarlarına keçməzdən əvvəl
bazara giriş maneələri, texnoloji üstünlük, əqli mülkiyyət və patent hüquqları,
yüksək investisiya xərci, təsərrüfat subyektinin mövcud olan lakin istifadə
edilməyən istehsalat həcmi (istehsal potensialı) kimi anlayışlara toxunmaq
yerində olardı. Sadalanan bu anlayışlar rəqabət hüququnda hökmran
mövqenin müəyyən edilməsi ilə sıx bağlı olub, onun sərhədlərinin daha
düzgün təyin edilməsinə şərait yaradır.
(a)
Bazara giriş maneələri - bazara giriş maneələri tarif normaları,
normadan kənar tənzimləmələr və digər inzibati tənzimləmələrdən
yaranan beynəlxalq ticarətin normal inkişafına təsir göstərən müxtəlif
siyasi və hüquqi tədbirləri ifadə edir. Belə maneələrin əsas xüsusiyyəti
müvəqqəti xarakter daşımamalarıdır. Bazara girişdə maneələr yaradan
tədbirlər Ümumdünya Ticarət Təşkilatı (ÜTT)/Tariflər və Ticarət üzrə
8
Judgment of the Court of 14 February 1978, United Brands Company and United Brands
Continental BV v Commission of the European
Communities, Chiquita Bananas, Case 27/76,
http://eur-lex.europa.eu/legal-content/EN/TXT/HTML/?
uri=CELEX:61976CJ0027&from=EN
(son baxış 22 noy. 2015)
9
4054 saylı Rekabetin Korunması Kanunu, madde 3
10
Judgment of the Court of 21 February 1973, Europembalage Corporation and Continental
Can Company Inc. v Commission of the European Communities, Case 6-72, http://eur-
lex.europa.eu/legal-content/EN/TXT/HTML/?uri=CELEX:61972CJ0006&from=EN (son baxış
23 noy
. 2015)
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
Buraxılış 2 |
Say 1
– 86 –
Baş Saziş (GATT) kimi çoxtərəfli, regional və ya digər ikitərəfli ticarət
müqavilələrində nəzərdə tutulan qaydalara zidd tədbirlərdir.
(b)
Texnoloji üstünlük, əqli mülkiyyət və patent hüquqları - bazarda
mövcud olan bir təsərrüfat subyektinin texnologiya cəhətdən digər
subyektlərdən rəqabət olunmayacaq səviyyədə üstünlüyünün olması,
həmçinin faydalı model/patent kimi qanuni inhisar hüququ yaradan
əqli mülkiyyət hüquqlarının bir çoxuna sahib olması bazara yeni
subyektlərin girişində çətinlik yarada bilər. Bu məsələ ilə bağlı Avropa
Komissiyası Michelin
11
və Tetra Pak
12
işləri üzrə verdiyi qərarında
avtomobil şini istehsalı və maye qidaların qablaşdırılmasında istifadə
edilən sistemi yüksək texnologiya kimi qiymətləndirdiyindən bazara
giriş maneəsi hesab etmişdir. Antiinhisar fəaliyyəti haqqında qanun
patent-lisenziya inhisarçılığının 5 şərtini müəyyən etmişdir. Bu şərtlər
13
müvafiq əmtəə bazarında patent və lisenziyalar üzərində inhisar
hüququndan sui-istifadə edən idarəetmə orqanlarının və təsərrüfat
subyektlərinin qeyri-qanuni fəaliyyətini səciyyələndirir. Lakin
qanunda əqli mülkiyyət hüquqları ilə bağlı heç bir norma nəzərdə
tutulmamışdır. Əqli mülkiyyət hüquqları mütləq hüquqlardır və öz
sahibinə müəyyən müddət ərzində əqli məhsulu ilə bağlı yalnız ona
məxsus olan müəyyən maddi və mənəvi hüquqların təminini
şərtləndirir. Əqli mülkiyyət hüquqlarının yaratdığı belə inhisarçı
xüsusiyyət nəticəsində həmin hüquqlara sahib olan şəxs hüquqların
aid olduğu sahə üzrə başqalarının bu hüquqların məzmununu təşkil
edən patentdən, faydalı modeldən, sənaye nümunələrindən və ya
əsərlərdən istifadə etməsini məhdudlaşdıra bilər.
(c)
Bazara girişdə yüksək investisiya - bazara giriş üçün çox yüksək
investisiya xərcinin tələb olunduğu bazarlarda təsərrüfat subyektinin
hökmran mövqedə sayıla bilməsi üçün nisbətən daha aşağı bazar
payına (35%-40% kimi)
14
sahib olan, lakin mənsub olduğu qrup
11
Judgment of the Court of 9 November 1983 http://eur-lex.europa.eu/legal-
content/EN/TXT/HTML/?uri=CELEX:61981CJ0322&from=EN (son baxış 24 noyabr 2015)
12
Judgment of the Court of First Instance (Second Chamber) of 6 October 1994 – http://eur-
lex.europa.eu/legal-content/EN/TXT/HTML/?uri=CELEX:61991TJ0083&from=EN (son
baxış 24 noy
. 2015)
13
Antiinhisar fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu, Bakı, 4 Mart 1993,
12-ci maddə “Bu şərtlərə patent sahibinin ondan istifadə etməməsi və bu patentə lisenziya
verməkdən əsassız imtina etməsi, lisenziya alanın texniki siyasətinin məhdudlaşdırılması,
lisenziyalaşdırılmış texnologiyanın lisenziya alan tərəfindən mənimsənilməsinin
məhdudlaşdırılması, lisenziya alanın kommersiya fəaliyyətinin məhdudlaşdırılması, lisenziya sahibi
tərəfindən lisenziya satılarkən onun haqqının ödənilməsi rejiminin sərtləşdirilməsi daxildir”
14
Qocayev, “ Qabaqcıl beynəlxalq təcrübə yalnız konkret bazar payını 35% kimi aşağı bir həddi
hökmranlıq üçün kifayət saymır. Bununla yanaşı bazara daxil olma və ya fəaliyyətin
genişləndirməsində maneələr, habelə digər əvəzedici məhsullar və ya xidmətlərin yaxınlığının və s.
müqayisəli təhlilləri də əhatə edilməlidir”
Dekabr | 2015
Rəqabət hüququ
– 87 –
baxımından ciddi maliyyə üstünlüyü olan təsərrüfat subyektlərinin
hökmran mövqedə olduqları qəbul edilə bilər.
15
(d)
İstehsal potensialı - müvafiq bazarda hakim mövqedə olub-olmadığı
müəyyənləşdirilməyə çalışılan təsərrüfat subyektinin istehsal
potensialının böyüklüyü bazara giriş əldə etməyə çalışan yeni
subyektlər üçün maneə olub, bazara girişdə çətinlik törədə bilər.
16
Bununla bağlı Avropa Ədalət Məhkəməsinin daha əvvəl qeyd
etdiyimiz Hoffmann La Roche işində Roche-in bütün dünyadakı
vitamin tələbini təmin edə bilən istehsal potensialına sahib olmasını
məhkəmə yüksək bazar payına sahib olma, yəni hökmran mövqe kimi
qəbul etmişdir.
B. Hökmran Mövqenin müəyyən edilmə meyarları:
“Antiinhisar fəaliyyəti haqqında” Qanun hökmran mövqeni hansı
meyarlar nəzərə alınmaqla və ya sırf hansı çərçivədə təsərrüfat subyektinin
bazarda hökmran mövqedə olub-olmamasını müəyyənləşdirmək üçün
norma nəzərdə tutmamışdır. Yalnız müəyyən hallara toxunmaqla bazarda
hansı hərəkət və ya hərəkətlərin inhisarçılıq yaradan fəaliyyət hesab
edilməsini göstərmişdir. Beynəlxalq təcrübədə hökmran mövqenin müəyyən
edilmə meyarları vardır ki, bu meyarların təhlili təsərrüfat subyektinin
müvafiq bazarda hökmran mövqedə olub-olmamasını aydınlaşdırmağa
imkan verir. Belə bir tənzimləmə metodunun Azərbaycan Rəqabət Hüququ
üçün də müəyyən edilməsi arzuediləndir.
1. Bazar payı, müstəqillik və iqtisadi güc
Hökmran mövqenin müəyyənləşdirilməsində əsas olan başlıca meyar
təsərrüfat subyektinin müvafiq bazardakı payıdır. Hətta bəzi hallarda sadəcə
“pay” meyarı digər meyarlar nəzərə alınmadan hökmranlığın təyinində əsas
götürülə bilir. Bu məsələyə tipik misal kimi müvafiq bazarda inhisarçı
mövqedə fəaliyyət göstərən təsərrüfat subyektlərini göstərmək olar. Avropa
qanunvericiliyi inhisarçılıqla yanaşı çox yüksək bazar payı olan təsərrüfat
subyektinin, müəyyən edilmiş müddət ərzində davamlı və müstəqil şəkildə
göstərdiyi fəaliyyəti hökmran mövqedə olma kimi qiymətləndirsə də, yüksək
payın konkret olaraq nə qədər olmasının ölçüsünü verməmişdir. Lakin bazar
payı çox aşağı olan təsərrüfat subyektinin digər meyarlar nəzərə alınmadan
bazardakı
mövqeyinin
hökmran
mövqe
kimi
qiymətləndirilməsi
yolverilməzdir.
Ümumilikdə beynəlxalq təcrübədə 50%-in üzərində olan bazar payı
hökmran mövqenin mövcud olmasını göstərən əhəmiyyətli göstəricidir.
Bununla yanaşı 40%-in üzərində olan bazar payları da təhlükəli sərhəd
15
Emine Ulaş, Rekabet Hukukunda Hakim Durum ve Hakim Durumdaki Teşebbüsler, s. 35
(Yüksek Lisans Tezi. İstanbul, 2007)
16
Yenə orada, ss. 35-36
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
Buraxılış 2 |
Say 1
– 88 –
sayılır. Avropa Komissiyası yuxarıda adı çəkilən Roche qərarında müxtəlif
vitamin bazarlarındakı 65% bazar payını, Michelin qərarında 57% bazar
payını hökmran mövqe üçün kifayət saymışdır. Virgin-British Airways
17
ilə
bağlı qərarda isə British Airways-in 39,7% nisbətində bazar payı və digər
meyarların təsiri ilə hökmran mövqedə olması qəbul edilmişdir.
Hökmran mövqedə olub-olmaması aydınlaşdırılan subyektin mütləq
bazar payı ilə yanaşı, ən yaxın rəqib və ya rəqibləri ilə olan bazar payları
arasındakı fərqə, yəni nisbi bazar payına da diqqət yetirilməlidir. Məsələn,
45% bazar payına sahib bir subyektin hökmran mövqedə olub-olmamasının,
yəni müştərilərindən və rəqiblərindən müstəqil hərəkət edib-etmədiyi
aydınlaşdırılarkən bu subyektin ən yaxın iki rəqibinin bazar paylarının 18%,
10% olması vəziyyəti ilə 35%, 20% olması vəziyyətində gəlinən nəticələr
müxtəlifdir.
Bazar payının hesablanması zamanı müvafiq bazarın təyin edilməsi çox
vacib şərtdir. Mü
vafiq bazar özündə üç cür bazar anlayışını birləşdirir:
a) mal və ya xidmət bazarı; b) coğrafi bazar; c) mövcud zamandakı bazar.
a. Müvafiq mal bazarı “istehlakçı tərəfindən xüsusiyyətləri, qiymətləri və
istifadə məqsədləri əvəzləşdirilə bilən məhsullardan ibarət bazardır”.
Müvafiq mal bazarı müəyyənləşdirilərkən tələbin və təklifin əvəzləşdirilə
bilməsi şərti əsasdır. Tələbin əvəz olunması dedikdə, müvafiq mal bazarına
aid olan məhsulların istehlakçılar tərəfindən xüsusiyyət, qiymət və
istifadəsində heç bir müxtəlifliyin olmaması və bu məhsullardan birinin
digərinə dəyişdirilə bilməsi başa düşülür.
18
Avropa təcrübəsində tələb
əvəzləşdirilməsi “çarpaz qiymət elastikliyi” ilə müəyyən edilir. Əgər bir
məhsulun qiymətində meydana gələn artımlar istehlakçıları əhəmiyyətli
sayda digər məhsullara yönləndirə bilirsə bu məhsullar arasında
əvəzləşdirmənin mümkün olduğu qəbul edilir və qiymət elastikliyi yüksək
olan məhsullar eyni mal bazarına
19
aid olur.
Təklifin əvəzləşdirilməsi tələb əvəzləşdirilməsi qədər effektli sayılmasa da,
müvafiq mal bazarının müəyyənləşdirilməsində əksər hallarda nəzərə alınır.
Təklifin əvəzləşdirilməsi dedikdə, hər hansı bir məhsulu istehsal edən
təsərrüfat subyektinin qısa zaman ərzində çətinlik çəkmədən başqa məhsulu
da istehsal etmə potensialına malik olması başa düşülür. Bu tip məhsulların
təklif baxımından əvəzləşdirilməsi mümkün sayılır və onlar da eyni mal
bazarına aid olur.
Mal və ya xidmət bazarında təsərrüfat subyektinin hökmran mövqeyi
müəyyən edilərkən bir məsələ də subyektin istehlakçılara təqdim etdiyi mal
17
Commission Decision of 14 July 1999 relating to a proceeding under Article 82 of the EC
Treaty (IV/D-2/34.780, Virgin/British Airways), http://eur-lex.europa.eu/legal-
content/EN/TXT/HTML/?uri=CELEX:32000D0074&from=EN, (
son baxış 25 noy. 2015)
18
Ulaş, s. 42
19
Eyni mal bazarı dedikdə, bu tip məhsulların eynicinsli olması, yəni hər ikisinin eyni bir
mal bazarına aid olması başa düşülür.
Dekabr | 2015
Rəqabət hüququ
– 89 –
və ya xidmətlərdə seçim müxtəlifliyinin təmin olunmasıdır. Müvafiq mal
bazarında, məsələn, “alkoqollu içkilər bazarında” hökmran mövqedə
olmayan inhisarçı sırf “şampan bazarı” baxımından hökmran mövqedə ola
bilər.
b.
Coğrafi bazar təsərrüfat subyektlərinin bazar fəaliyyətlərinin
sərhədləridir. Təsərrüfat subyektinin hökmran mövqedə olduğunun isbatı
üçün müvafiq mal bazarının coğrafi sərhədlərinin müəyyənləşdirilməsi
vacibdir. Çünki coğrafi aspektdən hər hansı məhdudiyyət qoyulmadan
müvafiq malın ticarət sisteminin bütün sahələrinə aid edilməsi iqtisadi
həqiqətlərə zidd olduğu kimi, Rəqabət hüqunun məqsədilə də bir araya
sığmır. Məsələn, zəruri tələbat malları bazarındakı qiymət ortalaması demək
olar ki, Azərbaycanın bütün yerlərində eynidir. Lakin qış vaxtı Qubanın ucqar
kəndlərində qar uçqunu və digər fövqəladə halların yaratdığı problemlər
yolların bağlı qalması və bunun nəticəsində əhalinin zəruri tələbat mallarını
digər ərazilərdən (qonşu kəndlərdən) əldə edə bilməməsi həmin coğrafi
bazarda təsərrüfat subyektinin hökmran mövqeyini müəyyənləşdirən zaman
nəzərə alınmalıdır.
c. Avropa İqtisadi Birliyinin qurucu müqaviləsi olan Roma müqaviləsində
müvafiq bazarın mal və coğrafi meyarı ilə yanaşı zaman (müddət) meyarının
olduğu da qəbul edilir. Müvafiq bazarın zaman meyarı təhlil edilən mal
bazarının müxtəlif zaman kəsiklərində, rəqabət hüquq qaydalarında ciddi
fərqliliklər göstərməsi halında əhəmiyyət kəsb edir. Xüsusilə, fəsil
dəyişikliyinin və fövqəladə halların meydana çıxardığı fərqli rəqabət
qaydaları bəzi mal bazarlarının həmin dövrə uyğun olaraq ayrıca
qiymətləndirilməsinə ehtiyac yarada bilər.
Təsərrüfat subyektinin iqtisadi gücü hökmran mövqenin müəyyən
edilməsində nəzərə alınan faktorlardandır. İqtisadi gücün sərhəddi və onun
aşılması həddi rəqəm olaraq göstərilə bilmir. Təsərrüfat subyektinin iqtisadi
gücü onun mənsub olduğu ölkəyə, sektora görə dəyişir.
2. Daimilik
Təsərrüfat subyektinin hökmran mövqedə sayıla bilməsi üçün təkcə bazar
payının həcmi deyil, eyni zamanda onun bazarda hakimiyyətinin davamlı
olması şərti də vacib amildir. Müvəqqəti hakimlik hökmran mövqedə olma
kimi qiymətləndirilə bilməz. Bir təsərrüfat subyekti tək başına bazara sahib
olsa da, əgər bu bazara yeni girişlər mümkündürsə, belə müvəqqəti vəziyyət,
hökmran mövqedə olma kimi göstərilə bilməz. Daimilik müddətinin hər
hansı konkret həddi müəyyən edilməmişdir. Hökmran mövqedə olma
müddətinin minimum həddi Avropa İqtisadi Birliyi ölkələrində 5 il müəyyən
edilmişdir. Müddətlər konkret işin hallarına uyğun olaraq hesablanır.
3. Rəqabət Ölçüsü
Hakim mövqenin müəyyən edilməsində sadəcə məlum təsərrüfat
subyektinin deyil
, eləcə də digər rəqib firmaların bazar payı və məlum
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
Buraxılış 2 |
Say 1
– 90 –
subyektin bu firmalarla rəqabət etmək qabiliyyəti nəzərə alınır. Bazar payının
həcminin çox olması hökmran mövqe üçün kifayət etmir, eyni zamanda
bazardakı təsərrüfat subyektlərinin öz aralarındakı rəqabət qabiliyyəti
hökmran mövqenin təyinində əsas götürülür.
Rəqabət qabiliyyəti mövcud rəqabət qabiliyyəti və potansial rəqabət
qabiliyyəti olmaqla iki cür təsnifləşdirilir. Mövcud rəqabət qabiliyyəti
müvafiq bazarın müəyyən edilməsində nəzərə alınmır, sadəcə hökmran
mövqenin təyin edilməsində əsas meyar rolunu oynayır. Potansial rəqabətdə
əsas əhəmiyyət kəsb edən amil bu rəqabətin reallaşma ehtimalı və mövcud
rəqabətə çevrilməsi üçün tələb olunan müddətdir. Potansial rəqabətin
reallaşma ehtimalı və reallaşma müddəti aydınlaşdırılarkən hüquqi
maneələr, investisiyanın həcmi, paylama və xidmət şəbəkəsinin qurulması,
marka, uzun müddətli tədarük müqavilələri, xammala çatımlılıq, qonşu
bazarlardan gələn rəqabət, digər coğrafi bazarlardan təmin edilən idxalat
kimi hallar nəzərə alınmalıdır.
II. Sui-istifadə anlayışı və
sui-istifadə hesab edilən hallar
A. Sui-istifadə anlayışı
Bazarda təsərrüfat subyektinin hökmran mövqedə olması hüquqa zidd
hesab edilmir, lakin bu mövqedən sui-istifadə edərək öz öhdəliklərini pozma,
bazardakı mövcud rəqabət qaydalarını aradan qaldırmağa çalışma, habelə
əhəmiyyətli dərəcədə mənfi yöndə dəyişdirmə və ya buna cəhd etmə
subyektin hüquqi məsuliyyətini yaradır.
Hüquqazidd hesab edilən sui-istifadə anlayışı olduqca geniş və mücərrəd
anlayışdır. Ümumi mənada, sui-istifadə bir hərəkətin, səlahiyyətin yaxud
hüququn dürüstlük və əxlaq qaydalarına zidd, başqalarını istismar etmək
şəkilində və ya həmin səlahiyyətin yaxud hüququn məqsədinə, təyinatına
zidd olaraq istifadə edilməsidir. Rəqabət hüququ baxımından sui-istifadə
hökmran mövqedə olan təsərrüfat subyektinin rəqabəti məhdudlaşdıran,
aradan qaldıran və ya onun qarşısının alınmasına yönələn, haqsız qazanc və
üstünlük əldə edilməsinə səbəb olan hərəkətləridir. Bu tip hərəkətlərin
edilməsi bazarda fəaliyyət göstərən bütün təsərrüfat subyektlərinin deyil
yalnız hökmran mövqedə olan təsərrüfat subyektinin məsuliyyətini yaradır.
Belə izah etmək olar ki, hökmran mövqedən sui-istifadə edilməsi hökmran
mövqedə olan təsərrüfat subyektinə məxsus olub, yalnız onun tərəfindən
törədilə bilər.
Səbəbli əlaqə:
Hökmran mövqedən sui-istifadənin müəyyən edilməsində hökmran
mövqe ilə sui-istifadə arasında səbəbli əlaqə axtarılır. Səbəbli əlaqə
axtarılarkən diqqət yetirilməli olan məsələ odur ki, səbəbli əlaqənin harada?
- sui-istifadə nəticəsində yaranan mənfi hallarla hökmran mövqe arasında, yoxsa
Dekabr | 2015
Rəqabət hüququ
– 91 –
təsərrüfat subyektinin sui-istifadəyə yol açan davranışı ilə hökmran mövqe
arasında axtarılmasıdır.
(a)
Sui-istifadə nəticəsində yaranan mənfi hallarla hökmran mövqe
arasında səbəbli əlaqə:
Təsərrüfat subyekti tərəfindən öz hökmran mövqeyindən sui-istifadə
etməklə qiymət manipulyasiyaları
20
aparılması bazarda həm istehlakçıların,
həm də rəqiblərinin vəziyyətini ağırlaşdıraraq haqsız rəqabətə yol açır.
Məsələn, əsas bazarda hökmran mövqedə olan təsərrüfat subyektinin digər
qonşu bazarlarda da mövqe tutmaq istəməsi və bu istəyi reallaşdırmaqdan
ötrü əsas bazardakı hökmran mövqeyinin yaratdığı iqtisadi gücdən istifadə
edərək qonşu bazarlara qiymət manipulyasiyası etməklə girməsi həmin
bazarlarda olan rəqabət mühitini alt-üst edir. Hökmran mövqe əsas bazarda
olsa da, qiymət manipulyasiyası qonşu bazarlarda həyata keçirilir və mənfi
hallara yol açır. Təsərrüfat subyektlərinin rəqabət qaydalarını pozan belə
hərəkətlərinin, hökmran mövqe və ondan sui-istifadə edilməsi arasında
səbəbli əlaqəni verilən bu misalda aydın görmək olur. Belə ki, qiymət
manipulyasiyasının edilməsi digər bazarda həyata keçirilsə də, ona şərait
yaradan əsas bazardakı hökmran mövqe olmuşdur. Təsərrüfat subyektinin
belə mövqeyi olmasaydı, o zaman o, qonşu bazarlarda bu tip
manipulyasiyalar həyata keçirmək iqtidarında olmazdı. Beləliklə, qiymət
manipulyasiyası (sui-istifadə) və hökmran mövqe arasında səbəbli əlaqə
yaranmış olur.
(b)
Təsərrüfat subyektinin sui-istifadəyə yol açan davranışı ilə hökmran
mövqe arasında səbəbli əlaqə:
Təsərrüfat subyektinin öz hökmran mövqeyindən istifadə etməklə
kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan
müqavilə şərtlərinin ona məcburi qəbul etdirməsi zamanı əlavə öhdəlik
müqavilələrinin bağlanmasını nümunə kimi göstərmək olar. Təsərrüfat
subyekti hökmran mövqedə olmasaydı, o bu müqavilələri rahatlıqla öz
müştərilərinə imzalada bilməzdi, başqa sözlə desək, müştəri belə
müqavilədən imtina edə bilərdi. O səbəbdən subyektin belə sui-istifadə
hallarına yol açan hərəkətləri ilə hökmran mövqedə olması arasında səbəbli
əlaqə vardır.
B. Sui-istifadə hesab edilən hallar
Hökmran mövqedən sui-istifadə edilən hallar öz içərisində iki cür
təsnifləşdirilir. Bunlara 1) Rəqabətə zidd olan sui-istifadə halları və 2)
İstismar şəklində edilən sui-istifadə halları aiddir. Belə təsnifləşdirmənin
əsasında duran məsələ hökmran mövqedən sui-istifadənin məqsədini
20
“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanunu,
Maddə 8: “Qiymət manipulyasiyası bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərin
yüksədilməsi, azaldılması və ya bir səviyyədə saxlanılmasıdır
.” (4 mart 1993)
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
Buraxılış 2 |
Say 1
– 92 –
aydınlaşdırmaq
və
bilavasitə
kimləri
hədəf
olaraq
seçdiyini
müəyyənləşdirməkdir.
Təcrübədə hökmran mövqedən sui-istifadə edilməsi hallarının həddən
artıq geniş olmağını nəzərə alaraq onlara bir neçə kazus tipli nümunə
göstərməklə kifayətlənirəm.
1. Qiymət manipulyasiyası:
Qiymət manipulyasiyası hökmran mövqedə olan təsərrüfat subyektinin
iqtisadi gücünə arxalanaraq potansial rəqiblərinin rəqabət aparmaq
qabiliyyətlərinin aradan qaldırılması şəkilində qiymətləri azaldaraq onların
bazarda qala bilməmələrini təmin etməsi, bazardan çıxardıqdan sonra isə
qiymətləri yüksəldərək həmin dövrdəki zərərini kompensasiya etməsidir.
Avropa Komissiyasının ECS-AKZO
21
işi üzrə çıxardığı qərarında kimya
sənayəsi nəhəngi AKZO öz bazar fəaliyyətini genişləndirmək istəyən ECS-
yə qarşı tətbiq etdiyi qiymət manipulyasiyasına görə cərimə edilmişdir.
1979-cu ilə qədər sadəcə benzoil-peroksid istehsal edən ECS, polimer
bazarına giriş əldə etmək istəyərkən AKZO tərəfindən ona xəbərdarlıq
edilmiş, lakin ECS bu xəbərdarlığa məhəl qoymamış, buna cavab olaraq
AKZO, benzoil-peroksid bazarında qiymətləri kəskin surətdə azaltmışdır.
Komissiya AKZO şirkətinin bu hərəkətini hökmran mövqedən sui-istifadə
kimi qiymətləndirmişdir.
2. Mal verməkdən/xidmət göstərməkdən imtina:
Hökmran mövqedə olmayan subyektlərin müqavilə azadlığı prinsipi
çərçivəsində istədikləri vaxt bazarın digər subyektlərinə mal verməkdən
(xidmət göstərməkdən) imtina etmək hüquqları olsa da, hökmran mövqedə
olan təsərrüfat subyektinin uzun müddət mal verdiyi (xidmət göstərdiyi) hər
hansı bir subyektə haqlı səbəb olmadan mal verməkdən (xidmət
göstərməkdən) imtina etməsi öz mövqeyindən sui-istifadə kimi
qiymətləndirilir və rəqabətin pozulmasına səbəb olur. Əgər hökmran
mövqedə olan subyektin verəcəyi mal (göstərəcəyi xidmət) müvafiq bazarda
fəaliyyət göstərilməsi üçün həyati əhəmiyyət kəsb edirsə, daha əvvəldən
ticarət əlaqələri olan subyektlərlə yanaşı bazara yeni girmək istəyən
subyektlərə də mal verməkdən imtina etməsi hökmran mövqedən sui-istifadə
kimi qiymətləndirilir.
Mal və ya xidmət verilməsindən imtina ilə bağlı Avropa Ədalət Divanının
verdiyi ilk qərar Commercial Solvents
22
işi üzrə olmuşdur. Vərəm
21
Commission Decision of 14 December 1985 relating to a proceeding under Article 86 of
the EEC Treaty (IV/30.698 - ECS/AKZO) (Only the Dutch text is authentic) (85/609/EEC)-
http://eur-lex.europa.eu/legal-content/EN/TXT/HTML/?uri=CELEX:31985D0609&from=EN
(son baxış 30
noy. 2015)
22
Judgment of the Court of 6 March 1974. -Istituto Chemioterapico Italiano S.p.A. and
Commercial Solvents Corporation v Commission of the European Communities - Joined
Dekabr | 2015
Rəqabət hüququ
– 93 –
xəstəliklərinin müalicəsində istifadə edilən dərmanın xammaddəsinin təşkil
edilməsində bazarda hökmran mövqeyə sahib olan Commerical Solvents bu
dərmanın istehsalçısı olan Zoja adlı subyektə, özünün də bu dərmanı istehsal
etmək niyyətinin olması səbəbilə, dərmanın xammaddəsini satmaqdan
imtina etmişdir.
23
Ədalət Divanı Commercial Solvents’in bu hərəkətini
dərman bazarındakı rəqiblərin “rəqabət qabiliyyətini aradan qaldıran hal”
kimi qiymətləndirmiş və bunu rəqabət qaydalarına zidd saymışdır.
Məlumat verməkdən imtina ilə əlaqədar İTT Promedia/Belgacom
24
işi üzrə
Avropa Komissiyasının vermiş olduğu qərarda, Belçikada hakim mövqedə
olan telekommunikasiya operatorunun, mobil rabitə operator bazarına giriş
əldə etmək istəyən subyektə məqbul şərtlərin olmasına baxmayaraq, telefon
xidmətindən faydalanan müştərilər barədə məlumat verməkdən imtina
etməsi hökmran mövqedən sui-istifadə kimi qiymətləndirilmişdir.
3. Rəqiblərin istehsal xərclərinin yüksəldilməsi və rəqabətdə
əlverişsiz vəziyyətə gətirmə:
Rəqabətin ziddinə yönələn sui-istifadə hallarının demək olar ki, hamısı
rəqiblərin istehsal xərclərini yüksəltməklə onları rəqabətdə əlverişsiz
vəziyyətə gətirir. Məsələn, mal və ya xidmətdən imtina zamanı rəqiblər
alternativ tədarük qaynaqları axtarmağa başlayırlar ki, bu da onları əlavə
xərclərlə üz-üzə qoyur. Oxşar şəkildə qiymət manipulyasiyaları da rəqibləri,
rəqabət apara bilmək üçün öz maliyyə xərclərindən aşağı səviyyədə satış
aparılması tendensiyası ilə üz-üzə qoyur. Nəticədə hökmran mövqedə olan
təsərrüfat subyekti qədər iqtisadi gücə sahib olmayan subyektlər bazardan
silinib gedir, bazara girmək istəyən potansial rəqiblər isə bazara girişdə
maneələrlə qarşılaşır.
Rəqiblərin xərclərinin yüksəldilməsinə yönələn hərəkətlərdən biri də
yüksək məbləğli reklam və təqdimat tipli taktiki üsullarla hələ bazara
girməmiş subyektlərin belə xərcləri ödəmək məcburiyyətində qoyulması
halıdır. Hökmran mövqedə olan təsərrüfat subyekti böyük məbləğdə maliyyə
vəsaiti olması səbəbilə reklam işlərinə külli miqdarda vəsait xərclədiyindən
hələ bazara giriş əldə etməyən subyektlərin bazarda fəaliyyət göstərə bilməsi
üçün onların da belə böyük maliyyə həcmli reklam işləri aparmaları lazım
gəlir. Qeyd edilən bu hal rəqabət hüquq qaydaları ilə ziddiyyət təşkil edir və
hökmran mövqenin sui-istifadə edilməsi halı kimi qiymətləndirilir.
cases 6 and 7-73, http://eur-lex.europa.eu/legal-
content/EN/TXT/HTML/?uri=CELEX:61973CJ0006&from=EN (son baxış 30 noy
. 2015)
23
Ulaş, ss. 81
-82
24
Judgment of the Court of First Instance (Fourth Chamber, extended composition) of 17
July 1998, ITT Promedia NV v Commission of the European Communities , Case T-111/96,
http://eur-lex.europa.eu/legal-content/EN/TXT/HTML/?uri=CELEX:61996TJ0111&from=EN
(son baxış 1 de
k. 2015)
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
Buraxılış 2 |
Say 1
– 94 –
4. Əlavə öhdəliklərin müəyyən edilməsi:
Hökmran mövqedəki subyektin bir mal və ya xidmətlə birlikdə digər bir
mal və ya xidmətin satılmasını əlavə öhdəlik kimi irəli sürməsi hökmran
mövqenin istismar yönümlü sui-istifadə edilməsidir. Müqavilənin
qurulmasını, ticarət və işgüzar qaydalarla heç bir əlaqəsi olmayan əlavə
öhdəliklərə bağlayan şərtlər “qandallama şərtləri”
25
adlandırılır. Bir-birindən
ayrıla bilən iki növ mal və ya xidmətin bir müqavilədə əlavə öhdəlik şəkilində
nəzərdə tutulması hökmran mövqedən sui-istifadə edilməsi kimi
qiymətləndirilir. Məsələn, hökmran mövqedə olan dondurma istehsalçısının
malların bazara paylanmasını həyata keçirən şəxslə bağladığı müqavilədə
dondurma ilə yanaşı təsərrüfat subyektinin emblemini özündə əks etdirən
soyuducunun da bazar qiymətinə uyğun olaraq alınmasını tələb etməsi
hökmran mövqedən sui-istifadə halı yaratmasa da, dondurma ilə birlikdə
limonad alınması və ya soyuducunun bazar qiymətindən 20 qat daha artıq bir
qiymətə satılması şərti əlavə öhdəlik yaradır və hökmran mövqedən sui-
istifadə halıdır.
5. Ayrı-seçkilik:
Hökmran mövqedə olan təsərrüfat subyektlərinin ən geniş tətbiq etdiyi
sui-istifadə halı eyni səviyyədə olan alıcılara bərabər, eyni növ hüquq və
öhdəliklər üçün fərqli şərtlər irəli sürərək birbaşa və ya dolayı yolla ayrı-
seçkilik etmələridir. Ayrı-seçkiliyin rəqabət qaydalarının pozulmasına təsiri
iki cür ola bilər. Birincisi, hökmran təsərrüfat subyektinin, alıcıları özündən
asılı vəziyyətə salaraq rəqib subyektlərin onlara mal və ya xidmət
göstərməsinə maneə törətməsi şəkilində, ikincisi fərqli şərtlər tətbiq edərək
alıcılar arasındakı rəqabət mühitini pozması şəklində mövcud ola bilər.
Nəticə
Rəqabət hüququnda təsərrüfat subyektinin hökmran mövqedən sui-
istifadə etməsini müəyyənləşdirərkən ən birinci təsərrüfat subyektinin
varlığını, ikinci müvafiq bazarı və müvafiq coğrafi bazarı müəyyən etmək
lazımdır. Daha sonra rəqabət hüququnun qaydalarının pozulub-
pozulmadığının aydınlaşdırılması üçün təsərrüfat subyektinin müvafiq
bazarda hökmran mövqedə olub-olmaması məsələsi həll edilməlidir.
Hökmran mövqenin müəyyənləşdirilməsində başlıca meyar təsərrüfat
subyektinin rəqiblərindən və müştərilərindən müstəqil olaraq müvafiq
bazardakı iqtisadi parametrləri təyin etmək iqtidarında olub-olmamasıdır.
Bununla yanaşı müvafiq bazardakı bazar payı (mövcud qanunvericilik
baxımından 35% və daha yuxarı) hökmran mövqenin olmasını göstərən əsas
faktordur. Xüsusilə, oliqopoliya (sadəcə 3-4 təsərrüfat subyektinin aktiv
25
Ulaş, s. 111
Dekabr | 2015
Rəqabət hüququ
– 95 –
olduğu) bazarlarında tək başına olmasa da, birlikdə hökmran mövqenin olub-
olmamasına diqqət yetirilməlidir.
Hökmran mövqenin təyin edilməsi hələ təsərrüfat subyektinin hüquqi
məsuliyyətini yaratmır. Belə məsuliyyətin yaranması, onun bu mövqedən
rəqabət hüququnun qaydalarının ziddinə istifadə edib-etmədiyi halının
aydınlaşdırılmasından sonra mümkündür.
Dostları ilə paylaş: |