İLKİn güNDƏLİk park Inn Hotel 9-10 October 2014 Baku, Azerbaijan



Yüklə 84 Kb.
tarix20.09.2018
ölçüsü84 Kb.
#70092







7-ci Azərbaycan Mikromaliyyə Konfransı
Maliyyə əhatəliliyini dəstəkləyən innovativ

praktikalar : təcrübələrin öyrənilməsi”

İLKİN GÜNDƏLİK

Park Inn Hotel

9-10 October 2014
Baku, Azerbaijan

Ag


9-10 oktyabr 2014-cü il

Bakı, Azərbaycan




BİRİNCİ GÜN: SESSİYANIN AÇILIŞI 9 OKTYABR 2014-CÜ İL

8:30 - 09:30 Çay / Qəhvə / Qeydiyyat

9:30 Açılış Nitqləri
10:30 – 11:00 Fasilə
11:00 -12:00 AMFA-nın 10-cü il dönümünə həsr olunmuş Video-klipin təqdimatı

MÜKAFATLANDIRMA MƏRASIMI:

İlin Üzv Təşkilatı -2014 və İlin Peşəkarı-2014

12:00- 13:00 Azərbaycanda mikro-maliyyə mühiti: Azərbaycan və Beynəlxalq

təcrübələr

Azərbaycanda mikro-maliyyə mühiti: İştirakçılar bu sessiyada ümumiyyətlə tənzimləyici mühiti – Azərbaycanda ümumilikdə mikro-maliyyə biznesinə təsir edən tənzimləyici faktorları müzakirə edəcəklər. Problemli kreditlərin toplanması və onlarla məşğul olmaq – qanunvericilik və təcrübə, girov hüququ götürülməsinə dair qanun və təcrübələrin öyrənilməsi


13:00 - 14:00 Nahar

Paralel Sessiyalar :

14:00-16:00 “Kənd təsərrüfatı Maliyyəsində yeniliklər”

EFSE/Finance in Motion tərəfindən maliyyələşdirilir

Kənd təsərrüfatı sektoruna xas olan yüksək əməliyyat xərcləri və risklər maliyyə qurumlarının bu sahədə xidmət göstərməyə marağını azaldır və bununla da kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bizneslərinin əhəmiyyətli hissəsi maliyyə resurslarına çıxış əldə edə bilmir. Bununla belə, kənd təsərrüfatı məhsullarına tələbatın artması, həmçinin şəhərlərdə rəqabətin güclənməsi maliyyə qurumlarını kənd təsərrüfatı sahəsində xidmət göstərməyi bir daha dair düşündürür. Bitkiçilik və heyvandarlıq sahəsinin maliyyələşdirilməsi ilə məşğul olmaq istəyən hər hansı bir maliyyə qurumunun risklərinin və xərclərinin azaldılmasını təmin edən xüsusi yanaşmaların və texnologiyaların tətbiqinə ehtiyacı vardır. Qlobal maliyyə xəritələşməsi və onun Azərbaycanda mümkün tətbiqi.



14:00-16:30  İslam Mikromaliyyəsi: Dünya üzrə qazanılmış təcrübələr
İslam mikromaliyyəsi ənənəvi mikromaliyyə xidməti almayan milyonlarla yoxsul insanlara alternativ nümunələr təklif edir. Ümumi miqyasda davamlı xidmətlərə çıxışı təmin etmək üçün yeni vəvə sağlam təcrübələrin tətbiq edilməsi və bu modellərin işləyəcəyinin təsdiqi sənaye üçün olduqca zəruridir. Bu məqsədlə, sector müvafiq biznes modellərin hazırlanmasında və həyata keçirilməsində kömək etmək üçün, mikro, orta və makro səviyyələrdə bazar iştirakçılarının potensialının gücləndirilməsi üçün dərin bazar tədqiqatının və hərtərəfli təşəbbüslərin həyata keçirilməsini tələb edir.
15: 30 - 16:30 Fasilə
16:30 - 18:00 Müştərilərin şikayətləri və maliyyə xidməti istehlakçılarının rəy və təklifləri ilə məşğul olmaq/idarə etmək
Şikayətlərin Həlli mexanizmləri maliyyə xidmətləri təchizatçılarından tələb edir ki, öz müştərilərinin şikayətləri və problemlərinin həlli üçün vaxtında və operativ olan mexanizmlərə malik olsunlar və bu mexanizmlərdən həm ayrı-ayrı problemləri həll etmək, həm də öz məhsul və xidmətlərini təkmilləşdirmək üçün istifadə etsinlər. Bu yaxınlarda Azərbaycan Mərkəzi Bankı da bu sistemin adekvat şəkildə

yerində olması məqsədilə Banklar və Bank Olmayan Kredit Təşkilatları

üçün Metodoloji Təlimatlar buraxmışdır. Bu sessiyada iştirakçılar həmkarlarının yaxşı/ ən yaxşı təcrübələrini, bu sistemin əsas çətinliklərini və şikayətlərin həlli üçün effektiv sistemin necə yaradılması yollarını müzakirə edəcəklər.

18:00 xanım Jalə Hacıyeva və AMFA-nın idarə heyətinin üzvü tərəfindən Konfransın Yekunu
İKİNCİ GÜN: 10 oktyabr, 2014-cü il



9:00 -09:30 Çay / Qəhvə

9:30 -11:00  Mikromaliyyədə enerji səmərəliliyi məsələləri

Minilliyin İnkişaf Məqsədləri müasir enerji xidmətlərinə çıxışdan faydalanmayan 1.6 milyard əhali üçün yoxsulluğun aradan qaldırılması cəhdlərində enerjinin mərkəzi yer tutduğunu təsdiq etmişdir. Enerji həyati əhəmiyyətli ehtiyac hesab olunduğundan, enerjinin səmərəliliyi və bərpa olunan enerji mənbələrinin inkişafı da iqtisadi və sosial səviyyələrdə, eləcə də iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə verməkdə mühüm məsələlərdir.

Mikromaliyyə qurumları və Banklar müştərilərin bərpa olunan enerji mənbələrinə və enerjiyə qənaət edən sistemlərə çıxışını asanlaşdırmaq üçün maliyyə sxemləri yaratmağa necə həvəsləndirilə bilərlər? Daha dəqiq desək, şəhər və kənd yerlərində daha yoxsul əhali qrupları üçün Azərbaycanda bu texnologiyaların hazırlanmasını, onlara çıxışı və dayanıqlı istifadəsini dəstəkləmək.


11:00- 11:30 Break

11:30-13:00 Maliyyə savadlılığı yoxsul təbəqənin həyat şəraitininin orta səviyyəyə çatdırılmasına necə kömək edə bilər?

Bu sessiya yoxsul əhali üçün maliyyə savadlılığı nümunəsini müzakirə edəcək və fəaliyyət üçün proqram təklif edəcək. Sessiyada deyiləcək ki, yoxsul əhalinin maliyyəyə çıxışı cürbəcür və mürəkkəbdir – onlar ailədən, dostlardan, sələmçilərdən və mikro-maliyyə qurumları kimi yarı-rəsmi mənbələrdən borc alırlar. Mikro-maliyyə xidmətlərinə çıxış əldə etmək yoxsul əhalini məsuliyyətləndirir, onları daha aktiv edir, risklərə qarşı qoruyur, yeni imkanlar açır və onların özünə-inamını artırır.



13:00 -14:00 Nahar
14:00 -15:30 Mikromaliyyədə ev tikintisi və təmir kreditləri

 

İştirakçılar mənzil mikro-maliyyə məhsullarına başlamaq istəyən maliyyə qurumlarının istifadəsi üçün nəzərdə tutulmuş Məhsulun Hazırlanması və Əməliyyatlar üzrə Qaydaları müzakirə edəcəklər. Bu sessiya tövsiyə olunan mənzil mikro-maliyyə məhsulları və parametrləri, əməliyyat prosedurları və bazar araşdırmaları üçün alətlər və texniki üsullar dəstini təsvir edəcək.



15:30- 16:00 Fasilə

16:00- 17:30 Maliyyəyə çıxış: investorların rolu və maliyyə əhatəliliyinin təsviri

Maliyyəyə çıxış dayanıqlı iqtisadi artım və sosial inkişaf üçün çox vacibdir. Mikro, Kiçik və Orta həcmli Müəssisələr, onların ehtiyaclarına uyğun tərtib edilmiş maliyyə xidmətləri və məhsulları mövcud və onlar üçün əlçatan olduqda, sahibkarlıq imkanlarını əldə edə bilirlər.

Maliyyəyə cəlb olunma aşağı gəlirli əhalini və cəmiyyətin kənarda qalan sektorlarını iqtisadiyyatda daha fəal iştirak etmək üçün məsuliyyətləndirir ki, bu da məşğulluğun artmasına və yoxsulluq səviyyəsinin azaldılmasına gətirib çıxarır.

İnvestorlar kredit portfelinin diversifikasiyasına necə yardımçı ola və maliyyə cəlbetməsini təmin etmək üçün maliyyə xidmətləri və məhsullarında innovasiyaların tətbiqinə necə kömək edə bilərlər?



17:30 xanım Jalə Hacıyeva və AMFA-nın idarə heyətinin üzvü tərəfindən Konfransın Yekunu
Yüklə 84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə