İLLİk hesabat 2009



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə1/15
tarix20.09.2018
ölçüsü4,75 Mb.
#69422
  1   2   3   4   5   6   7   8   9   ...   15


İLLİK HESABAT 2009

      


1


2

      


WWW.UNIBANK.AZ

İLLİK HESABAT 



2009


İLLİK HESABAT 2009

      


3

Bir nəfərin əməyi — bir qığılcımdir. Komandanın əməyi isə — alovdur. Məhz buna görə biz Bankın 2009-cu ilin yekunlarına 

görə bu İllik hesabatı komandamıza həsr etdik. Sizi işimizin mahiyyəti və mühiti ilə yaxından tanış etmək üçün, ənənəvi 

stereotiplərdən kənara çıxaraq, futbol mövzusuna müraciət etməyə qərara aldıq. Cari İllik hesabatda futbol ilə bağlı 

təsvir və rəsmlərin nümayiş etdirməyimizin də əsas məqsədi Sizdə bank biznesinin əsl komanda oyunu olmasına əmin 

etməkdir. Futboldakı kimi bank işində də hər bir peşəkar bütövlükdə komandanın qələbəsinə öz nailiyyət payını verir.

“Unibank” üçün komanda ruhu və komanda ilə iş heç də rəvayət deyil, əksinə, Azərbaycan bank xidmətləri 

bazarında uğur və müvəffəqiyyətlərin əldə olunmasında ən başlıca amillərdir. Biz əminik ki, yalnız peşəkar və qüclü 

mütəxəssislərdən ibarət olan komanda, Bankın inkişafdan qalmayacağına zamin ola bilər. Ona görə də hər bir 

“Unibank”çının səriştəsi, iddiaları və şəxsi keyfiyyətləri Bankın bazar nəticələrində öz müsbət əksini tapır. Bu gün bizim 

təkrarolunmaz və müstəsna üstünlüyümüz – “Unibank”da hər bir cəhətdən güclü komandanın olmasıdır.

ÖN SÖZ



4

      


WWW.UNIBANK.AZ


İLLİK HESABAT 2009

      


5

01 


 Müşahidə Şurası sədrinin müraciəti

02 


 İdarə Heyəti sədrinin müraciəti

03 


 Azərbaycan iqtisadiyyatı 2009 ildə

04 


Azərbaycan bankları 2009 ildə

05 


 Səhmdarlar və kapital

06 


 Məhsullar və xidmətlər

07 


Korporativ biznesin dəstəklənməsi

08 


İlin sazişi

09 


Korporativ sosial məsuliyyət

10 


“Unibank” Premyer Liqası

11 


Beynəlxalq reytinqlər 

12 


“Bahooo” kommunikasiya konsepti

13 


Risk-menecment

14 


HR-menecment

15 


İnformasiya təminatı və təhlükəsizliyi

16 


İşgüzar nüfuz

17  


Auditor hesabatı

MÜNDƏRİCAT




6

      


WWW.UNIBANK.AZ

Hörmətli xanımlar və cənablar,

2009-cu il bütün dünyada bank sistemi 

üçün mürəkkəb bir il oldu. Bir sıra 

ekspertlərin mülahizələrinə və proqnozlarına 

baxmayaraq, ümumdünya maliyyə böhranı 

Azərbaycanda da bank xidmətləri bazarının 

bir çox iştirakçısının fəaliyyətini zəiflətdi. 

Qlobal iqtisadi proseslər «Unibank»ın 

fəaliyyətindən də yan keçmədi. Ölkənin ən 

iri özəl banklarından biri kimi, Bank 2009-cu 

ili öz strategiyasının həyata keçirilməsində 

mühüm mərhələ kimi başa vurdu. Həm də 

bu strategiyanın təkcə biznesin ayrı-ayrı 

istiqamətlərinin inkişafına deyil, eləcə də 

onların qarşılıqlı sıx əlaqəsinə yönəlmiş 

şəkildə yürüdülməsinə nail oldu. İnkişafını 

müvəffəqiyyətlə davam etdirərək «Unibank» 

sabit artım tempini qoruyub saxladı və 

dayanıqlılığını təmin etmiş bir Bank kimi 

özünü təsdiqlədi, müştərilərinin, tərəf 

müqabillərinin, sərmayəçilərinin etimadını 

doğrultdu. Biz stresə qarşı dözümlülüyümüzü 

sübuta yetirdik və indi özümüzü istənilən 

maliyyə vəziyyətlərinə hazır hiss edirik. Bu 

iddia istər hazırkı vəziyyətdə, istərsə də 

gələcək üçün tutarlıdır. Çünki Bank bütün 

müştəri qruplarının onun xidmətlərinə olan 

ehtiyaclarını ödəyir. On minlərlə müştərimiz 

bizim biznesin geniş və yaxşı diversifikasiya 

olunmuş bazasını təşkil edir.

«Unibank» öz müştərilərinə əvvəlki kimi, 

hətta hər zamankından daha da artıq 

sadiqdir. Biz müştərilərimizin qlobal böhranın 

təsirini öz üzərlərində hiss etdiklərini anlayır 

və bu təsirin maksimum rahatlıqla aradan 

qaldırılmasına yardım etməyə çalışırıq. Bunun 

üçün Bank həm maliyyə vəsaitinə, həm də 

struktur imkanlarına malikdir.

Xüsusi qeyd etmək istərdim ki, ölkənin 

Mərkəzi Bankı tərəfindən konsolidasiya 

proseslərinin rəğbətləndirildiyi bir vaxtda, 

belə birləşmə nəticəsində yaranmış 

«Unibank» bir neçə addım irəlidədir. 

«Unibank«ın dayanıqlı vəziyyəti dəqiq 

düşünülmüş və düzgün şəkildə həyata 

keçirilən biznes modeli sayəsində 

qorunur. Bu model bank bazarının bütün 

xüsusiyyətlərini və meyllərini nəzərə alır 

və iqtisadiyyatda istənilən dəyişikliklərə, 

onları öz xeyrinə çevirərək, operativ 

şəkildə və vaxtında reaksiya verir. Qlobal 

iqtisadi vəziyyətdə dəyişikliklər bizdən 

aktivlərimizin keyfiyyətinə daha dərindən 

diqqət yetirilməsini tələb etdi. Məqsədimizə 

nail olmaq üçün biz risklərin idarə 

edilməsi sahəsində yeni iqtisadi vəziyyətə 

uyğunlaşdırılmış siyasət işləyib hazırladıq. Bu 

siyasət bizim fəaliyyət planımızın prioritetini 

təşkil edir. Biz, həmçinin pərakəndə 

seqmentin səmərəliliyinin yüksəldilməsi 

və onun daha da genişləndirilməsi üçün 

tədbirlər həyata keçirməyi planlaşdırırıq. 

Başlıca məqsədimiz fərdi əmanətlərin 

həcminin artırılmasıdır. Mən məmnuniyyətlə 

qeyd edirəm ki, biz bu istiqamətdə 

əhəmiyyətli tərəqqiyə nail ola bilmişik və 

müştərilərimizin bizə göstərdiyi etimad 

sayəsində bu meyl 2010-cu ildə də davam 

edəcək.

Ən xoş arzularla,

Eldar Qəribov

MÜŞAHİDƏ ŞURASI 

SƏDRİNİN MÜRACİƏTİ  



Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə