İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏr müƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ



Yüklə 0,83 Mb.
səhifə1/7
tarix24.12.2017
ölçüsü0,83 Mb.
#17862
  1   2   3   4   5   6   7



İMAM HÜSEYNİN QİYAMI



ONU DOĞURAN SƏBƏBLƏR

MÜƏLLİF: USTAD ŞƏHİD MÜRTƏZA MÜTƏHHƏRİ


BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

İMAM HÜSEYNİN QİYAMI



ONUN DOĞURAN SƏBƏBLƏR




Kitabın adı:...İmam Hüseynin qiyamı və onu doğuran səbəblər

Müəllif:.................Ustad Şəhid Mürtəza

Mütəhhəri

Tərcümə edən:......................Tərcümə heyəti

Kompyuterə yığan:...............Məşədi Ramiz

Tiraj:...........................................................3000

Çap .övbəsi:........................................İkinci

Çap tarixi....................................2000 Bahar


MÜQƏDDİMƏ

İnsan öz həyatında qarşılıqlı əlaqələr yaradıb ictimai şəkildə yaşamağa meyl göstərən bir vücuddur. Onun ictimai yaşayışı həqiqətən zati, təbii və fitri bir məsələdir. Buna əsasən onun dağlar qoynunda, səhralarda və meşələrdə təkcə yaşaması öz fitrətinə zidd və əslində qeyri-mümkün olan bir işdir.

Həmin məsələ ilə əlaqədar olaraq hikmət alimləri demişlər ki, insan təbii və fitri cəhətdən mədəni və ictimai bir məxluq kimi yaranmışdır. Cəmiyyət qurmaq, başqalarının qeydinə qalmaq, onların həyat və yaşayışları ilə maraqlanmaq, təsir edib təsirə məruz qalmaq, başqa insanlarla həmkarlıq edib yaşayış problemlərini həll etmək, yaşadığı cəmiyyətdə maddi və mənəvi çətinlikləri aradan qaldırmaq və bəzən də cəmiyyətin ümumi mənafeyinə, özünün şəxsi hüquqlarına təcavüz olunduqda müdafiə mövqeyi seçmək və nəticədə öz dünyasının təmin olması və axirətinin abadlaşmasında əsas rol oynayan bu kimi əməl və hərəkətlər onun fitrətində və təbiətindədir.

Belə bir şəkildə təşkil edilmiş hər hansı bir cəmiyyət öz həyatını davam etdirmək üçün orada hakim olan din və qayda-qanunları da qorumalıdır. Həmin din, ayin və qayda-qanunuların qorunmasının yollarından biri də əmr be məruf (yaxşı işlərə dəvət) və nəhy əz münkər (pis işlərdən çəkindirmək) mövzusudur. Cəmiyyət üzvlərindən kimsə hər hansı bir qanuna və ya dinə zidd hərəkət edib hakim qanunlara hörmətsizlik etdikdə cəmiyyətin bütün üzvləri onu qorumaq məqsədi ilə həmin şəxsi bu kimi işlərdən çəkindirməlidir. Cəmiyyət üzvləri ümumi prinsipləri qorusunlar deyə, qanuna zidd olan hər hansı bir hərəkətin qarşısını almalı və öz məsuliyyətli öyüd-nəsihətləri ilə onları yaxşı işlərə tərəf yönəltməli və pis işlərdən çəkindirməlidirlər.

Həzrət əli (ə) bu barədə belə buyurubdur:

İslam şəriətinin davam etməsi əmr be məruf və nəhy əz münkərdən asılıdır.

Həmin səbəbə görədir ki, əmr be məruf əməllərin ən fəzilətlisi kimi tanıtdırılmışdır.

Həzrət əli (ə) buyurdu:

əmr be məruf insanların ən yaxşı əməlidir. Hər bir cəmiyyətin sabitliyi onda əmr be məruf məsələsinə necə yanaşılmasından asılıdır.

Beşinci imam Məhəmməd Baqir (ə) həmin məsələ haqda buyurur:

“əmr be məruf və nəhy əz münkər Allahın işlərindəndir ki, ona yardım edən şəxsi Allah əziz edər, əməl etməyib onu sayamayan şəxsi isə zəlil edər.”

Həqiqətən insanın dünya və axirət xoşbəxtliyi əmr be məruf və nəhy əz münkərlə təmin olunur.

İmam Rza (ə) buyurub:

Əmr be məruf və nəhy əz münkəri tərk etməyin, əks təqdirdə Allah-təala pis adamları sizə hakim edər və sonra hər nə qədər dua etsəniz qəbul olunmaz.

Əmr be məruf və nəhy əz münkər lazım və zəruri məsələlərdəndir ki, Qurani-kərim müxtəlif ayələrdə ona təkid edir və imamlar da bu barədə yüzlərlə hədis buyurmuşlar. Böyük ustad şəhid Mürtəza Mütəhhəri də bu məsələyə xüsusi diqqət yetirmiş, onu müxtəlif cəhətlərdən araşdıraraq “İmam Hüseyn (ə) qiyamında əmr be məruf və nəhy əz münkər amili” adlı bir kitab toplamışdır.

Bu kitab Azərbaycan xalqının istifadəsinə verilmək məqsədi ilə Ümumdünya əhli-beyt Cəmiyyətinin mədəniyyət şöbəsi tərəfindən hörmətli tərcüməçilərin vasitəsilə Azərbaycan dilinə tərcümə edilib və buraxılmışdır. Allahdan bütün müsəlmanlara səadət və islam maarifini öyrənib Quranın əhkamına düzgün əməl etməkdə tövfiq, bütün müsəlmanlara birlik və islam düşmənlərinin tezliklə məhv edilməsini istəyirik.

Ümumdünya əhli-beyt cəmiyyəti

ön söz


Hörmətli oxucuların diqqət və nəzərinə çatdıracağımız bu mövzu böyük və əziz ustadımız şəhid Mürtəza Mütəhhərinin elmi tədqiqatlarındandır. O, imam Hüseyn (ə)-ın qanlı inqilabında təsirli olan müxtəlif səbəblərin barəsində geniş tədqiqatlar aparmış və nəhayət bu hərəkatda əmr be məruf və nəhy əz münkəri ən yüksək amil hesab etmişdir. Bu mövzunun dolğun və əhəmiyyətli olduğunu nəzərə alaraq, onu istifadənizə təqdim edəcəyimiz kitab şəklində çapa hazırlamağı qərara aldıq. Oxucuları lazımi faktlarla tanış etmək məqsədilə söhbətdə istifadə olunan mənbələrin ünvanını səhifələrin aşağısında qeyd etmişik. Arzu edirik ki, Allah-təala bu işdə xidmət edən qardaşların zəhmətini, o cümlədən mövzuları lent yazılarından kağız üzərinə köçürənlərin, redaktə və montaj edənlərin və ümumiyyətlə bu işdə fəaliyyət göstərən bütün qardaşların zəhmətini qəbul etsin. Amin...!

İmam Hüseyn (ə)-ın inqilabi hərəkatında mühüm amillər


İmam Hüseyn (ə)-ın inqilabi hərəkatında üç əsas amilin mühüm rolu olmuşdur. Ümumiyyətlə həmin üç mühüm amil bu böyük hadisəni formalaşdırmışdır. Bu mühüm tarixi hadisəni təfsir edib həqiqi mahiyyətini başa düşmək olduqca çətindir. Tarixdə də bu sahədə ətraflı məlumat verilməmişdir.

Bu böyük hadisəyə sbəbə olan amillərin mürəkkəbliyinə hərə onu bir cür aydınlaşdırmış, bəziləri də ondan sui-istifadə etmişlər.

Biz bu hadisədə müxtəlif məsələlərlə qarşılaşırıq. Məsələn, bir yerdə görürük ki, imam Hüseyn (ə) ondan beyət etməsini istəyənlərin sözünü rədd edərək bu təklifə boyun əymir, başqa bir yerdə də kufəlilərin dəvətini qəbul edir. Bəzən də görürük ki, İmam beyət və dəvət məsələsini nəzərə almayaraq hökumətin mövcud vəziyyətini tənqid edir və fəsadın geniş surətdə yayılmasını xəbər verir. O həzrət, islam qununlarının təhrif olunmasından, halal işlərin haram, haramların isə halal edilməsindən söz açır. İmam Hüseyn əleyhissəlamın nəzərincə belə bir şəraitdə müsəlman xalq bu kimi hadisə və cərəyanlar qarşısında sakit qalmamalıdır. Görürük ki, imam nə beyətdən və nə də dəvətdən daşınır. O, nə Yezidin ondan istədiyi beyət və nə də kufəlilərin dəvət məsələsini bəyan edir. Görəsən bunun səbəbi nə imiş?

Görəsən məsələ bəyət və dəvət idi, yoxsa çirkin əməllərin yayılmasına qarşı etiraz və tənqid məsələsi? Görəsən həqiqət nə idi?! Bu məsələni hansı nöqteyi-nəzərdən araşdırmalıyıq?! Bundan əlavə, görəsən Yezidin dövrü ilə Müaviyə dövrü arasında nə kimi fərqlər var idi? Nə üçün imam Hüseyn əleyhissəlam Yezid ilə sülh etməyə hazır olmadı və belə bir sazişi heç bir şəkildə qəbul etmədi?

Həqiqət budur ki, qeyd etdiyimiz səbəblərin hamısı imam Hüseyn əleyhissəlamın hərəkatında öz təsirini göstərmişdir. İmam bütün bu amillər qarşısında əks-əməl göstərmişdi. Onun həyata keçirdiyi işlər beyətdən imtina etmək, kufəlilərin dəvəti və yaxud fəsad və pozğunluğa qarşı mübarizə aparmaq əsasında olmuşdur.


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə