İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə1/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
  1   2   3   4   5   6   7   8   9   ...   27


 
 
 
İMRAN  AXUNDOV 
 
 
 
 
 
 
 
 
 
BARAT 
ŞƏKİNSKAYA 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı 
Mütərcim 
2014 


 

 
 
 
 
Elmi redaktor: 
 
 
 
AMEA-nın müxbir üzvü, professor 
 
 
 
 
 
 
 
 
 
 
 
İmran  Axundov.  Barat  Şəkinskaya.  Monoqrafiya.  –  Bakı:  Mütərcim, 
2014. – 104 səh. 
 
 
Monoqrafiyada görkəmli sənətkar, xalq artisti Barat xanım Şəkinska-
yanın həyat və yaradıcılığı təhlil edilir, ifa etdyi səhnə və ekran qəhrəman-
ları tədqiqata cəlb olunur. 
 
 
 
А 
026
4907000000
 49-14 
 
 
 
©İmran Axundov, 2014
 
İ.S.Kərimov 


 

 
 
 
 
 
Barat Şəkinskaya


 

 
GİRİŞ 
 
 
Mən səni sevirəm. Ona görə yox ki, 
gözəlsən, məharətlisən. Ona görə ki, yaxşı 
sənətkarsan. 
 
SSRİ xalq artisti  Sidqi Ruhulla 
 
 
Sənətkar! Bu söz hər aktyor üçün deyilmir. Cünki bu ada sa-
hib  olmaq  üçün  gecə-gündüz  çalışmaq  və  yaratmaq  lazımdır.  Elə 
çalışmaq  ki,  öz  sənətində  açılmayan  səhifələr  açasan,  tamaşaçını 
düşündürməyə çalışasan və yaratdığın obrazları tamaşaçı yaddaşına 
həkk edəsən. 
Qədim tarixə malik olan Akademik Milli Dram Teatrı (keçmiş 
M.  Əzizbəyov  adına  Azərbaycan  Dövlət  Dram  Teatrı-  İ.A.)  belə 
sənətkarlarla zəngin idi. Onlar bütün əzab-əziyyətlərə dözərək sənət 
aləmində yeni cığırlar açıb öz bənzərsiz ifaları ilə tamaşaçıların zöv-
qünü oxşayıblar. C. Zeynalov, H. Ərəblinski, M. A. Əliyev, S. Ru-
hulla,  A.  M.  Şərifzadə,  H.  Abbasov,  İ.  Hidayətazdə,  Ü.  Rəcəb,       
M.  Mərdanov,  R.  Təhmasib,  R.  Əfqanlı,  A.  Gəraybəyli,    Ə.  Məm-
mədova,  M.  Davubava,  M.  Sənani,    Ə.  Ələkbərov,  S.  Hacıyeva,     
Ə.  Sultanov,  F.  Qədri,  A.  İsgəndərov,  H.  Qurbanova,  M.  Məm-
mədov,  A.  D.  Qurbanov  və  b.  Bu  misilsiz  sənətkarların  içərisində 
teatr  sənətində  ən  əlçatmaz  zirvəni  fəth  etmiş,  xalq  artisti  Barat 
xanım Şəkinskayanın adı hörmət və ehtiramla çəkilir. 
 
 
 
 
 
 


 

 
I FƏSİL 
 
AKTRİSANIN HƏYATI  
VƏ İLK SƏHNƏ FƏALİYYƏTİ 
 
 
 
 
Barat  Həbib  qızı  Şəkinskaya  1914-cü  il  iyun  ayının  28-də 
Azərbaycanın ən səfalı yerlərindən birində Şuşada anadan olmuşdur. 
 
Bir  haşiyə:  -Barat  xanım  Şəkinskaya  İbrahim  xanın  nəslin-
dəndir.  İbrahim  xanın  xanımlarından  biri  Cavad  xanın  qızı  olub. 
Ondan yaranan Natəvan nəslidir. 
İbrahim  xanın  ilk  xanımlarından  biri  isə  acar  kinyazı  Aba-
şidzenin bacısıdır. İbrahim xan Zəngəzuru, onun ən səfalı yeri olan 
Şəki kəndini xanımı Abaşidzeyə hədiyyə edib. Şəkinskaya soyadı hə-
min kəndin adı ilə bağlıdır. Abaşidze soyadını ona görə Şəkinskaya 
eləyib ki, bu soyad knyaz soyadına çox yaraşır. 
İbrahim xanın Abaşidzedən olan övladlarının hamısı Şəkinski-
dir. Hamıya çox yaxşı tanış olan Şuşanın mərkəzindəki Gövhər ağa 
(çox qəribədir ki, bu qadına niyə “ağa” deyirdilər. Əbdürrəhim bəy 
Haqverdiyevin  əmisi  qızı  olan  bu  hünərli  qadın  Qarabağın  abad 
olunmasında  əlindən  gələni  əsirgəməyib.  Bu  yerlərdə  nə  qədər 
məscid  varsa  hamısını  Gövhər  ağa  tikdirib.)  məscidi  buna  bir  sü-
butdur. Qarabağlılar bilirlər ki,  Gövhər ağanın  soyadı  Şəkinskaya 
olub.  Onun  yeganə  qardaşı  İsgəndər  ağa  Şəkinski  Barat  xanımın 
atası Həbib xan Şəkinskinin babasıdır. 
 
Barat  Şəkinskaya  –  teatr  tarixində  adı  qızıl  həriflərlə  yazılan 
bu  bənzərsiz  sənətkar  on  yaşında  səhnəyə  atılmış,  onun  dərdi  ilə 
alışıb yanmışdır. 


 

Kim idi Barat xanım? Gəlin onun səhnəyə gəldiyi günə qədər 
ki, həyatı ilə tanış olaq. 
B.  Şəkinskaya  həyatının  ən  ağır  günlərini  o  dövrlər  adlandı-
rırdı. Ailənin vəziyyəti çox ağır idi. Üç uşaq 25 yaşlı cavan, savad-
sız  ananın  ümidinə  qalmışdır.  Bütün  valideyinlər  kimi  bu  qayğılı 
ana  da  istəyirdi  ki,  uşaqları  yaxşı  təhsil  alsın,  heç  nədən  çətinlik 
çəkməsinlər. 
B. Şəkinskaya o vaxt kiçik olsada tələsirdi ki, tez oxuyub qur-
tarsın, işləsin, anasına kömək etsin. Yay aylarında tətilə çıxan kimi 
10-12  yaşlarında  balaca  Barat  “Ovçular  ittifaqı”nda,  sonra  “selek-
sion  stansiya”da  barama  qurdları  üçün  tut  yarpağı  yığırdı.  Kiçik 
yaşlı Barat bir dərəcəli məktəbi beş il əvəzinə dörd ilə buturib, əla 
qiymətlərlə pedaqoji texnikuma daxil olur və oranı bitirir. 
Anası istəyirdi ki, qızı tar çalmağı öyrənsin.  Bu istəklə  Baratı 
Pionerlər evinə aparır. O vaxt orada manqa rəhbəri Adil İsgəndərov 
və Süleyman Tağızadə idi. Anası qızını tar dərnəyinə yazdırdı. Am-
ma uşağın tar çalmağa həvəsi yox idi. Qız idmana yazıldı... 
B.  Şəkinskaya  özü  yazır  ki;  “Anam  gecələr  pedaqoji  texni-
kumun qızları üçün paltar tikir, gündüzlər “İslah evində” işləyirdi. 
O,  fərdi  sifarişlərlə  paltar  tikməyi  heysiyyatına  sığışdırmırdı. 
Yalnız  texnikumun  qızları  üçün  müqavilə  ilə  qışda  yay,  yayda  isə 
qış paltarı tikirdi. Bu iş anama il boyu bəs edirdi, dolanışığımızı da 
yola verirdi”. 
Əlbəttə  hər  bir  insanın  həyatında  ən  ağır  günü  olur.  Barat 
xanımında ağır günləri uşaqlıq çağlarıdır. 
Bütün o dövrləri yadda salanda Barat Şəkinskayanın xatirində 
səhnə  sənəti  ilə  bağlı  olan  xatirələr  yaşayırdı.  Peşəkar  səhnədə 
misilsiz obrazlar qalereyası yaratmaq hər kəsə nəsib olmur. O sənət-
kar  buna  müvəffəq  olur  ki,  sevib-seçdiyi  peşəsinin  aludəsi  olsun, 
qəlbində onun həsrəti ilə alışıb yansın. 
Nadir istedad sahibi olan Barat xanım Şəkinskaya ilk rolların-
dan  biri  1924-cü  ildə  “Gəncə  qadınlar  kulubu”  nun  nəzdindəki  hə-
vəskarlar  dərnəyinin  hazırladığı  “Lenin  artıq  yoxdur”  əsərində  ki, 
balaca qız obrazı idi. Bu balaca qızın atası rolunu dərnəyin rejissoru 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə