İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə1/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
  1   2   3   4   5   6   7   8   9   ...   28



 

 

 

 

İMRAN AXUNDOV 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN 

MUĞAMLARI 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı – Mütərcim – 2015 


 



 



 

 

Redaktor: 



H.M.Nəbili 

əməkdar mədəniyyət işçisi 

 

 

 

 

 

 

  

 

 

İmran Axundov. Azərbaycan muğamları. Monoqrafiya. 

 – Bakı: Mütərcim, 2015. – 96 səh. 

 

 



 

Kitabda  Azərbaycan  professional  musiqisinin  özülünü  təşkil  edən 

muğamlar haqqında məlumat verilir. Əsas, kiçik həcmli və zərbi muğam-

lar təhlil olunur.  



 

 

 

 

 



 

 

 



A

026


4702060000

 77-15 

 

 



 

© İ.Axundov, 2015 

 



 

 



Şərqin  dahi  bəstəkarı  Üzeyir  bəyin 

anadan olmasının 130 illiyinə ithaf edirəm 

 

Müəllif 

 

 



GİRİŞ 

 

Muğam Yaxın və Orta Şərqin ən qədim musiqisi olduğu üçün 

insanların  daim  diqqətini  cəlb  etmişdir.  Muğam,  musiqinin  əsas 

janrlarından biri kimi  tədqiqata orta  əsrlərdən başlamış və bu  günə 

kimi də davam etməkdədir. 

Orta  əsrlərin  Şərq  və  Avropa  alimləri,  eləcədə  bizim  müasir 

dövrün  tədqiqatçıları  müxtəlif  zamanlarda  muğamlarımızı  araşdı-

raraq sanballı elmi əsərlər yazmışdılar. Muğam Yaxın və Orta Şərq 

xalqlarının  həyatında  aparıcı  qüvvə  olduğu  üçün  onların  forma-

laşmasında əsas rol oynamışdır. 

«Muğam ruhi-mənəvi mövcudiyyat haqqında dahiyanə musi-

qili hekayətdir. Əbədi, əzəli mənamız olan muğam həyatımızın, bə-

dii-estetik aləmimizin psixoloji, fəlsəfi dəyəridir. Musiqi insan mə-

nəviyyatının bir hissəsidir... 

Bu ülvi həyatda insan muğamı dinləməklə ... zənginləşir, ilahi-

ləşir, ilahiliyə qovuşur. Muğam-həyatda, onun əzablarına, məşəqqət-

lərinə qovuşan, ideala can atan və ona çatan şəxsiyyəti təsdiqləyir. 

Belə ki, muğam insanı həyat pillələri vasitəsilə ideala yüksəl-

dir. O pillələr insan həyatının bir mərhələsidir. İnsan muğam ülviy-

yətində  daim  saflaşmaya,  mahiyyətə  doğru  hərəkət  edir,  son  nəti-

cədə həqiqəti mütləqə qovuşur. 

Təbiətdə, həyatda, mənəvi aləmimizdə, gözəllikdə, məhəbbət-

də,  ruhun  ülvi  xilqətində,  ismətdə,  dünəndə  bu  günün  təmasında 

muğamlarımız təcəlla edən nur çələngidir... 

İnsanda ülvi hisslər oyadan, əxlaqdan gələn, möcüzəli səs se-

lindən, səs həmləsindən, fəlsəfi dəyəri ali olan söz çələngindən hö-




 

rülmüş  muğamlar  ayrı-ayrılıqda  mahiyyətcə  dolğun,  bitkin,  zəngin 



bir  əsər  olmaqla  yanaşı,  hissi-emosional  baxımdam  müəyyən  bir 

hadisəni  tərənnüm  edir,  həm  də,  müəyyən  bir  fikri  bildirir.  Vətənə 

məhəbbətdən, sevgidən, vüsal arzularından, qəhrəmanlıqdan, həsrət, 

hiss, həyacan və ehtiraslardan yaranan sənət inciləri olan muğamla-

rın hissi-emosional, bədii təsvirini mənimsəmək lazımdır. 

Muğamları  dinləyərkən  zənginləşib,  kamilləşib,  ülvi  hisslər 

aləmində bəsit fikirlərdən uzaqlaşıb  vüsətli, dolğun, mənalı duyğu-

lar aləmini seyr edirsən, ucalıb, büllurlaşıb, paklaşırsan. 

Muğamları dinləyərkən maraq yaradan, riqqətə gətirən, insan-

ları xeyirxahlığa səsləyən, pərdə-pərdə ətrafa yayılan, insanı hal-hal 

dəyişən  səs  qatarı  sanki  dil  açaraq  keçmişimizdən,  eləcə  də  qəhrə-

manlıq salnaməmizdən bizə hekayət söyləyir. 

Zəngin,  saf  təranələrin  möcüzəli,  emosional  axını  olan  mu-

ğamlarımız  quruluş  baxımından  müxtəlif,  ahəngdarlıq  baxımından 

təsirli,  əsrarəngizlik baxımından isə  əlçatmaz zirvədir. Muğamların 

ahəngləri  qeyri-adi  olduğundan  dinləyici  mahiyyətcə  dərin  fəlsəfi 

xəyal aləmində geniş həyat hadisələrinin, düşüncə, əxlaqi keyfiyyət-

lərin və ehtirasların əks olunmasının şahidinə çevrilir... 

Muğamların  əxlaqdan süzülüb  gələn ədəb-ərkanlı ifası  bədii-

estetik baxımından güclü, mənəvi tərbiyə məktəbidir ki, bu da çox 

əhəmiyyətli və zəruridir» (6). 

Peşəkar musiqi olan muğamlar müxtəlif hadisələr nəticəsində 

yaranmış  və  yaddaşdan-yaddaşa  bu  gündə  köcürülməkdədir.  Hadi-

sələrin müxtəlifliyi nəticəsində muğamların təsir gücü və çalar müx-

təlifliyi  fərqlidir,  rəngarəngdir.  Muğam  insanların  düşüncəsindən, 

ruhundan yarandığı üçün geniş xalq kütləsi arasında bu qədər nüfu-

za malikdir. 

«Muğamların İranda dəstgah, Azərbaycanda muğam, dəstgah, 

Ərəbistanda, Türkiyədə makam, şimali Afrikada, Əlcəzairdə, Tunis-

də, Mərakeşdə istixbar, nuba, Hindistanda raqa, Pakistanda xəyyal, 

Özbəkistanda,  Tacikstanda  makom,  Qazaxıstanda  kyüi,  Türkmə-

nistanda, qərbi Çində (Uyğurlar) mukam adlandırılmasına baxmaya-

raq janr etibarı ilə hamısı eyni tipli musiqidir. Onların yalnız forma-



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə