İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə1/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
  1   2   3   4   5   6   7   8   9   ...   37


 
İMRAN AXUNDOV 
 
 
 
 
 
 
 
 
 
       HÖKÜMƏ  
            QURBANOVA 
 
 
Monoqrafiya 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – Mütərcim – 2015 
 


 

 
 
 
 
Redaktor:  
 
H. M. Nəbili 
əməkdar mədəniyyət işçisi 
 
 
 
 
 
 
 
İmran Axundov. Hökümə Qurbanova. Monoqrafiya. 
 Bakı: Mütərcim, 2015.  – 128  səh. 
 
 
 
 
Monoqrafiyada  Azərbaycan  səhnəsinin  ən  qüdrətli  nümayən-
dələrindən  biri  SSRİ  xalq  artisti  Hökümə  Qurbanovanın  böyük  sə-
nətkarlıqla ifa etdiyi zəngin xarakterə malik olan obrazlar qalereyası 
tədqiqata cəlb olunaraq təhlil olunur. 
 
 
 
 
 
A
026
4702060000
 47-15
 
 
 
© İ.Axundov, 2015 


 

GİRİŞ 
 
Hökümə Qurbanova Azərbaycan 
səhnəsinin ən nadir simalarından biridir. 
 
Fəlsəfə doktoru İmran Axundov 
 
 
Zaman  yaradıcı  insanın  üzərinə  böyük  məsuliyyət  qoyur.  Bu 
məsuliyyət  artdıqca  sənətə  olan  məhəbbət  də  artır  və  ilahi  sevgiyə 
çevrilir.  Sənəti  ilahi  sevgiyə  çatdıran  nəhəng  sənətkarlardan  biri, 
mən deyərdim ki, birincisi də SSRİ xalq artisti Hökümə xanım Qur-
banovadır. 
“Onun  səhnəmizə  nisbətən  gec  gəlməsi,  lakin  tez  parlaması, 
parlaq  inkişaf  yolu  keçməsi,  sənətin  zirvələrinə  sürətlə  yüksəlməsi 
aktrisanın zəngin,  orijinal istedad sahibi olduğunu,  əməksevərliyini 
göstərir. Onun həyatı və yaradıcılığı səmərəli axtarışlar, gözəl tapın-
tılar, bədii nailiyyətlər yoludur” (16). 
Hökümə Qurbanova güclü xarakterə malik olan bənzərsiz səh-
nə ustası idi. Aktrisa ifa etdiyi hər hansı bir obrazı istedadının süz-
gəcindən keçirərək, yüksək bədii səviyyəyə qaldırmağı bacarırdı. 
“H.  Qurbanova  bir  sıra  rollarında  belə  parlaq  ifaçılıq  nümu-
nəsi göstərmişdir. Məhz bu zaman o, ixtiraçı, novator bir aktrisa ki-
mi diqqəti cəlb etmiş, teatrın sənətkarlıq səviyyəsinin yüksəlməsin-
də  mühüm  rol  oynamışdır.  Reyhan,  Germiona,  Bənövşə  və  b.  on-
larca belə obraz buna misal  ola bilər. O, bir tərəfdən öz  yaradıcılıq 
təşəbbüskarlığı ilə, digər tərəfdən isə  yaratdığı poetik təbiətli, gözəl 
mənəviyyatlı qəhrəmanları ilə nümunə olur” (1). 
Onun Azərbaycan, Rus və Qərbi-Avropa dramaturqlarının əsər-
lərində ifa etdiyi müxtəlif zamanların mürəkkəb xarakterli qəhrəman-
ları  dünya  teatrında  yaradılan  nadir  obrazlardandır.  Zaman  keçdikcə 
bu obrazların şöləsi Azərbaycan mədəniyyətini işıqlandırmaqdadır. 
İstedad nadir bəxşişdir. O, hər adama verilmir. Ona daim qay-
ğı  göstərmək lazımdır ki,  xalqının  başını uca etsin. O qayğıda,  ge-
cəni gündüzə qatıb, çalışmaqdan ibarət olmalıdır. Hökümə Qurbano-
va bunu bacardı. İstedadı zəhmətlə birləşdirib, böyük sənət yaratdı. 
Və aktrisanın sənətinin alovu hələ də qəlbləri isidir. 


 

I FƏSİL 
HƏYATI VƏ AXTARIŞLAR DÖVRÜ  
(1913-1943) 
 
Azərbaycan tamaşaçılarının sevimlisi, 
öz parlaq istedadı ilə teatrımızın tarixinə 
yeni səhifələr yazmış Hökümə Qurbanova 
yaratdığı sənət nümunələri ilə hamını heyran edir. 
 
Cabir Səfərov 
 
 
SSRİ  xalq  artisti  Hökümə  Abbasəli  qızı  Qurbanova  1913-cü 
ildə  iyun  ayının  11-də  Bakıda  anadan  olmuşdur.  Hökümə  xanımın 
anası Malikat Maqomayeva çeçen qızıdır, bəstəkar Müslüm Maqo-
mayevin  bacısıdır.  Atası  Abbasəli  Qurbanov  isə  bakılıdır.  Abbasəli 
Qurbanov Şimali Qafqazda səfərdə olarkən Malikat xanımı bir məc-
lisdə  görüb,  bəyənmişdir. Onlar ailə  qurduqdan sonra uzun müddət 
Müslüm  Maqomayevin  evində  yaşamışlar.  Müslüm  bəy  təbiətən 
xoşxasiyyət,  qonaqsevər,  tez  ünsiyyət  quran  insan  idi.  Onun  evinə 
ən  çox  o  dövrün  incəsənət  və  mədəniyyət  xadimləri  toplanardılar. 
Hökümə xanıma teatr sənətinə həvəs elə buradan başladı. 
H.  Qurbanova  teatra  çox  sonralar  gəlib.  Əlbəttə  ki,  dolayı 
yolla.  Onun  teatra  gəlişinə  Müslüm  bəyin  evində  yaşaması  böyük 
təkan vermişdir. 
Hökümə xanımın ilk rolu Telli olub, o da baş tutmayıb. 
Aktrisa xatirələrində yazır; “Mən teatra ilk dəfə dayımla, Müs-
lümbəylə  getmişəm.  Opera  teatrına.  Gördüyüm,  dinlədiyim  ilk  ta-
maşa, əgər dolaşıq  salmıramsa “Leyli və  Məcnun” olub.  Çünki  xa-
tırlamağa başlayanda səhra, qayalıq, mağara mənim gözlərimdə can-
lanır...  Ordan  cır-cındır  paltarda  çıxıb  ətrafı  uzun-uzadı  süzən  pəj-
mürdə bir adamın yanıqlı səsi qulağımda səslənir. Ora ayaq açandan 
sonra o biri tamaşalara baxmışam: “Əsli və Kərəm”, “Şah İsmayıl”, 
“Aşıq Qərib”, “Arşın  mal alan”. Bəzilərinə təkrar-təkrar. “Leyli və 


 

Məcnun”u  elə  o  vaxt,  yalan  olmasın,  dörd-beş  dəfə  dinləmişəm. 
Hüseynqulu  Sarabskinin  özünü  Məcnun  rolunda  görmüşəm.  Onun 
mağaradan  çıxışını  və  səhrada  şahnaz  üstə  oxuduğu  qəzəli  xatırla-
yanda indi də gözlərim yaşarır... Aktyorlardan Zülalov qardaşlarını, 
Hüseynağa  Hacıbababəyov,  Hənəfuş  Terequlov,  Məmmədtağı 
Bağırov  yadımdadır.  Aktrisalardan  Sürəyya  Qacarı  Leyli  rolunda, 
Sona Hacıyevanı Əsli rolunda yaxşı xatırlayıram” (16). 
Hökümə  Qurbanovanın  dram  tamaşalarına  sonralar  gedib. 
Görkəmli  səhnə  ustası  Ələsgər  Ələkbərovla  görüşəndən  sonra.  O, 
gənc  və  istedadlı  aktyor  Ə.  Ələkbərovla  nişanlı  idi.  17  yaşından 
sənət  meydanına  gəlmiş  Ələkbərov  19-20  yaşlarında  indiki  Kukla 
teatrının  binasında  yerləşən  Bakı  Türk  İşçi  Teatrında  müxtəlif 
xarakterli  mürəkkəb  obrazlar  yaratmışdır.  Hökümə  xanım  ilk  dəfə 
dram tamaşalarına bu teatrda baxıb. 
Hökümə Qurbanova  yazır ki, “...dram aktyorlarından ilk gör-
düklərim kimdir. Kim mənə daha dərin təsir bağışlayıb. Mən ora bi-
rinci  günlər  ...  əlbəttə,  Ələsgərin  həvəsinə  gedirdim.  Getdim,  gör-
düm.  Sevindim.  Onu  bir  aktyor  kimi  də  xoşladım,  daha  artıq  sev-
dim.  Amma  mən  orda  ondan  başqa  aktyorlar,  gözəl  sənətkarlar  da 
gördüm:  Kazım  Ziya,  Cavadov,  Gəraybəyli,  Əzizə  xanım,  Fatma 
Qədri.  Xüsusilə  Fatma  xanım  mənə  öz  şirinliyi,  məlahətli  oyunu, 
təbii  davranışı  ilə  dərin  təsir  bağışladı.  “Hind  qızı”ndakı  Sürücü, 
“Qanlı səhra”dakı Fatimə indi də gözümün qarşısındadır. Sürücünün 
səhnəsinin önündə ay işığını andıran projektor altında, ağac dibində 
söylədiyi  monoloq,  ya  onun  Fatimə  rolunda  pərdə  açılan  kimi  göz 
yaşı  axıda-axıda  “Hicaz”  üstündə  zümzüməsi  indi  də  qulağımda 
səslənir... Gözəl aktyorlar, mənalı, məzmunlu tamaşalar görürdüm... 
Bunlarla, əlbəttə, sonrakı illərdə... Abbas Mirzə Şərifzadənin Elxan, 
Səyavuş, Maqbet obrazları, Mərziyə xanımın Sevil, Südabə, Solmaz 
rolları  yaxşı  yadımdadır.  Yeva  xanımı  Solmaz  rolunda  heç  unuda 
bilmirəm.  Amma  haqqında  danışdığımız  illərdə  mən  İşçi  teatrına 
çox  gedirdim.  Mən  tez  bir  zamanda  o  teatrın  daimi  tamaşaçısı 
oldum. Ələsgərlə bərabər onun işlədiyi İşçi teatrını da sevdim... 


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə