İndividual Məsləhətçi tapşırığı: İdarəetmə və Maliyyə modullarının işlənib hazırlanmasında texniki dəstək



Yüklə 52 Kb.
tarix08.09.2018
ölçüsü52 Kb.
#67099


Azərbaycan Respublikası

Azərbaycan Səhiyyə Sektorunda İslahatlar Layihəsi (HSRP)

Kredit No. 4210-AZ


Təkliflərin verilməsinə dair Dəvətnamə

Layihənin İcra Qrupunun Azərbaycanın səhiyyə sistemində mövcud olan

mühüm normativ sənədlərin təkmilləşdirilməsi üçün məsləhətçilər
Azərbaycan Respublikası Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (HSRP) icrası üçün Beynəlxalq İnkişaf Assosiasiyasından (İDA) Kredit almışdır.

Layihənin inkişaf məqsədi səhiyyə sisteminin idarə olunması və maliyyələşdirilməsi mexanizmini ümumən təkmilləşdirmək və seçilmiş rayonlarda əsas tibbi xidmətlərin texniki və duyulan keyfiyyətini maliyyə cəhətindən məsuliyyətli və davamlı surətdə yaxşılaşdırmaq və əlçatan etməkdir. Layihənin əsas komponentlərinə aşağıdakılar daxildir: (i) rəhbər etmə potensialının gücləndirilməsi; (ii) səhiyyə xidmətlərinin göstərilməsi keyfiyyətinin artırılması; (iii) səhiyyənin davamlı maliyyələşdirilməsi və vəsaitlərin bölüşdürülməsi; və (iv) kadrların inkişaf etdirilməsi yolu ilə səhiyyə sektorunun uzun-müddətli kadr ehtiyaclarının təmin edilməsi.

Səhiyyə Nazirliyinin nəzdində yaradılmış Layihənin İcra Qrupu (LİQ) Səhiyyə Sektorunda İslahatlar Layihəsinin hazırlanması, icrası və idarə edilməsi prosesinə görə, habelə Səhiyyə Nazirliyi adından bütün islahat proseslərinə nəzarətə görə cavabdehdir.

Layihənin İcra Qrupu (LİQ) hazırda məsləhətçiləri LİQ-nun Layihənin İcra Qrupunun Azərbaycanın səhiyyə sistemində mövcud olan mühüm normativ sənədlərin təkmilləşdirilməsi üçün məsləhətçilər vəzifəsində çalışmaqda maraqlı olduğunu bildirməyə dəvət edir. Məsləhətçi “Dünya Bankından Borcalanlar tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə götürülməsi” Dünya Bankının Təlimatına (May, 2004-cü il) əsasən seçiləcək.

Maraqlı olan Məsləhətçilər Layihənin İcra Qrupunun Azərbaycanın səhiyyə sistemində mövcud olan

mühüm normativ sənədlərin təkmilləşdirilməsi üçün məsləhətçilər vəzifəsində çalışmaq üçün tələb olunan təcrübə, bilik və bacarıqlara malik olduğunu, habelə aşağıdakı keyfiyyət kriterilərinə cavab verdiklərini əks etdirən məlumatı (Təhsil və iç təcrübəsinə dair məlumat, oxşar tapşırıqların təsviri, müvafiq bacarıqların mövcudluğu və s.) təqdim etməlidirlər.
Məsləhətçi 2011-ci ilin aprel ayından başlayaraq 6 ay müddətinə sözügedən xidmətlərin təmin edilməsi üçün cəlb olunacaq. Bu müddət təxminidir; Məsləhətçi bütün müvafiq məqsəd və mərhələləri əks etdirən təfsilatlı iş proqramını hazırlayaraq İlkin tərəqqi hesabatı ilə bərabər təqdim etməlidir.
Məsləhətçilər aşağıdakıları həyata keçirəcək:


  1. Milli səhiyyə sistemində mövcud olan normativ sənədlərin nəzərdən keçirilərək yenidən işlənib hazırlanması;

  2. Səhiyyədə normative sənədlərə dair beynəlxalq təcrübənin tədqiq edilməsi, tələb olunan məlumatın müvafiq surətdə toplanaraq tətbiq edilməsi;

  3. Müvafiq qanunvericiliyə və beynəlxalq səviyyədə qəbul olunmuş qaydalara əsasən normativ sənədlərin işlənib hazırlanması;

  4. Gözlənilən normativ sənədlərin hazırlanması prosesində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə yaxından əməkdaşlıq etmək.

Bu tapşırıq üçün Məsləhətçilər aşağıdakı keyfiyyətlərə malik olmalıdır:




  1. Səhiyyə mütəxəssisləri (2 nəfər):

  • Səhiyyə siyasəti üzrə mütəxəssis olmalı, səhiyyə sektorunda islahatlar və təsisat inkişafı sahəsində ən azı 5 illik təcrübəyə malik olmalıdır;

  • Müvafiq Təhsil Dərəcəsinə (aspirant, elmlər namizədi) malik olmalıdır (Tibb Universiteti);

  • Çox-tərəfli təşəbbüslərdə və fəaliyyətdə (seminarlar, görüşlər və s.) effektiv surətdə əməkdaşlıq etmək qabiliyyəti;

  • Güclü şifahi və yazılı fərdi ünsiyyət bacarığı;

  • Azərbaycan və Rus dillərində sərbəst anlaşma (İngilis dili biliyi üstünlük sayılır);

  • Əla kompüter bilikləri.

  1. Hüquqi məsləhətçi (1 nəfər):

  • Hüquq mütəxəssisi, səhiyyə sektorunda islahatlar və təsisat inkişafı sahəsində ən azı 5 illik təcrübəyə malik olmalıdır;

  • Milli və beynəlxalq qayda və qanunvericiliyə, xüsusilə də səhiyyə standartlarına dair biliklər;

  • Mülki Hüquq üzrə Universitet Diplomu;

  • Güclü şifahi və yazılı fərdi ünsiyyət bacarığı;

  • Azərbaycan və Rus dillərində sərbəst anlaşma və yazma qabiliyyəti (İngilis dili biliyi üstünlük sayılır);

  • Əla kompüter bilikləri.

Marağı İfadə edən Sənədin (CV) təqdim olunması üçün qeyd olunmuş son tarixə qədər maraqlı olan məsləhətçilər iş günləri saat 10-dan 18-ə qədər aşağıdakı ünvanda əlavə məlumat əldə edə bilərlər.

Marağı İfadə edən Sənəd 2011-ci il 20 aprel tarixinə (saat 15:00-a) qədər aşağıdakı ünvana çatdırılmalıdır.

Ünvan:

Səhiyyə Nazirliyi nəzdində Səhiyyə Sektorunda İslahatlar Layihəsi

H. Zərdabi küç. 96, Bakı, AZ1122, AZƏRBAYCAN

Tel: +994-12-431-1968



Faks: +994-12-431-1937

Elektron ünvan: office@hsrp.az
Yüklə 52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə