Infeksion xestelikler zamani urek-damar sistemi terefinden bas veren deyisilikler



Yüklə 45,48 Kb.
tarix05.05.2018
ölçüsü45,48 Kb.
#41506

ÜRƏK-DAMAR SİSTEMİNİN ZƏDƏLƏNMƏSİ

İLƏ MÜŞAYƏT OLUNAN BƏZİ İNFEKSİON

XƏSTƏLİKLƏRİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ,

DİFFERENSİAL DİAQNOSTİKASI
İnfeksion xəstəliklər zamanı ürək-damar sisteminin zədələnməsi iki mövqədən bas verir. Bir tərəfdən infeksion xəstəliklər zamanı ürək əzələsi virus və bakteriyalar üçün hədəfə çevrilir və bu infeksion prosesin gedişi və nəticəsinə təsir edir. Digər tərəfdən infeksion proses ürek-damar patologiyası olan və ya buna meyilli şəxslərdə dekompensə edici faktora çevrilir. Miokardın zədələnməsinin patogenezində ilk növbədə simpatik və parasimpatik sinir sistemi vasitəsi ilə təsir edən infeksion agentlər və ya onların toksinləri rol oynayır. Son zamanlaradək infeksion xəstəliklər zamanı miokardın zədələnməsində esas mexanizm allergik proses düsünülürdü. Müasir təbabətdə isə intoksikasion, serebrokardial və trombohemorragik sindromlara daha üstünlük verilir. İnfeksion xəstəliklərin kəskin dövründə (xəstəliyin ilk 7-10 günü) miokardda bas verən patoloji dəyisiliklər infeksion agentlər və onların toksinləri ilə əlaqələndirilir. Erkən rekonvalessensiya dövründəki (xəstəliyin başlanğıcından 10-20 gün sonra) ürək-damar dəyişilikləri isə immun sistem səbəbindən baş verir.
İnfeksion xəstəliklər zamanı

ürək-damar sisteminin

zədələnməsinin diaqnostikası.
İnfeksion xəstəliklər zamanı ürək-damar sistemi

tərəfindən baş verən dəyişiliklərin diaqnostikasi üçün

ilk növbədə EKQ müayinəsinin aparılması məqsədəuyğundur. Bu müayinə vasitəsi ilə ürək əzələsində baş vermiş hipoksik və metabolik dəyişilikləri aşkar etmək olur. Metabolik pozğunluqlar EKQ-da mədəcik kompleksinin dəyişilikləri ile özünü göstərir. Yalnız qanda Na ve K-nın səviyyəsinin dəyisməsi xarakterik EKQ əlamətləri ile özünü biruzə verir.

Hemodinamiki dəyişiliklər infeksion xəstələrin demək olar ki, əksəriyyətində müəyyən dərəcədə müsahidə olunur. Çox hallarda bu yalnız müvəqqəti olub funksional xarakter daşıyır. Bəzi infeksion xəstəliklərdə (məsələn angina və difteriyada) ürək-damar sistemi tərəfindən aşkar edilən kiçik dəyişiliklər xəstəliyin əlamətlərindən biri sayılır. Metabolik (bioenergetik, neyrotrofiki) dəyişiliklər ürək əzələsinin fiziki-kimyəvi strukturunu pozur. Ürəkdə baş verən bioenergetik yanılmalar adətən geriyə dönəndir. Səbəbin aradan qaldırılmasından sonra hüceyrədaxili regenerasiya hesabına müəyyən müddətə miokard hüceyrələrinin ultrastrukturu bərpa olur. Lakin bəzi hallarda miokardda gedən distrofik proseslər hüceyrələrin məhvinə, eyni zamanda sonrakı fibroz və kardiosklerozun yaranmasına gətirib çıxarır.


Miokardiodistrofiya.
Miokardiodistrofiya ücün patoqnomik simptomlar

yoxdur. Xəstələr adətən səhərlər və yatmazdan əvvəl

müşahidə olunan ürək nahiyəsindəki sıxıcı və deşici

ağrılardan şikayət edir. Bəzi infeksion xəstəliklərin

erkən rekonvalessensiya dövründə uzunmuddətli

bradi/taxikardiya müşahidə edilir. Angina, difteriya və

ağır gedişli respirator xəstəliklər zamanı zirvədə və V nöqtədə sistolik küyün eşidilməsi mühüm əhəmiyyət kəsb edir. Bu küy ürək əzələsində baş verən distrofik və innervasiya sisteminin dəyişiliklərini göstərir. Miokardiodistrofiyanın da əsas diaqnostik üsülü EKQ müayinəsidir.

Xüsusiyyətlərinə görə infeksion xəstəliklərin əksəriyyətində ürək-damar sistemi tərəfindən bu və ya başqa şəkildə dəyişiliklər aşkar edilir. Bu dəyişiliklərin bir qismi funksional xarakter daşıyaraq əksərən qısa müddətli olur və yalnız xüsusi müayinələrin köməkliyi ilə dəqiqləşdirilir. Angina və difteriya kimi xəstəliklərdə ürək əzələsində aşkar edilən dəyişiliklər əsas xəstəliyin bir əlaməti kimi qiymətləndirilə bilər. Lakin digər infeksion xəstəliklərdə miokardiodistrofiya varlığı kliniki, morfoloji və laborator-instrumental müayinələrlə təsdiq edilməlidir. Miokardın distrofiyası zamanı aşağıdakı elektrokardioqrafik dəyişiliklər müşahidə edilir:



  • Mədəcikdaxili keçiriciliyin zəifləməsi (0,10 san və daha artıq),

  • S-T intervalının uzanması (0,12 san və daha artıq),

  • T dişciyinin kiçilməsi,

  • Makruz indeksinin artması,

  • RVI-TVI göstəricisinin artması (1,68 mm və daha artıq),

  • Döş aparmalarında T dişciyinin amplitudasının azalması,

  • TV1-TV6 göstəricisinin artması (2,42 mm və daha artıq).

Beləliklə, infeksion xəstələrin yalnız 15%-də kliniko-elektrokardioqrafik olaraq miokardiodistrofiya diaqnozu müəyyənləşdirilir. Miokardda distrofiya əlamətlərinin geri dönən olması miokardiodistrofiya üçün tipik sayılır. İnfeksion xəstəliyin erkən rekonvalensensiya dövründə davamlı bardikardiya və ya taxikardiyanın olması, aritmiya, ürək sərhədlərinin yerini dəyişməsi və V nöqtədə, zirvədə sistolik küyün eşidilməsi miokardiodistrofiyanın vacib kliniki diaqnostik simptomlarıdır. EKQ dəyisilikləri ilə birlikdə iki-üç klinik simptomun varlığı miokardiodistrofiyanın diaqnozunun təsdiqi üçün daha informativdir. Onu da qeyd etmək lazımdır ki, miokardiodistrofiya bəzən miokarditə keçə bilir.

Miokardiodistrofiyanın diaqnozunun dəqiqləşdirilməsində göstərilən əlamətlərin hamısının olması vacib deyil. Onlardan bir neçəsinin kliniki simptomlarla birgə müşahidə edilməsi diaqnozunun təsdiqi üçün yetərli sayıla bilər.


İnfeksion miokardit.
Ürək əzələsinin klassik iltihabı ilə gedən

bir qrup xəstəlik “miokardit” termini altında birləşdirilir.

Miokarditlər müxtəlif səbəblərdən əmələ gəlir. Bunlar

infeksion, infeksion - toksiki və infeksion - allergik

faktorlardır. Son illər miokarditlərin yaranmasında

bir çox infeksion xəstəliklər səbəbindən yaranan

infeksion-allergik faktora daha çox önəm verilir.

Bakterial xəstəliklərdən miokardit ilə fəsadlaşmalar ən çox angina, difteriya, skarlatina, stafilokokk və meninqokokk infeksiyaları kimi xəstəliklərdə müşahidə olunur. Miokarda birbaşa təsiri ilə əaqədar məlumatlar az olsa da viruslar miokarditlərin etiologiyasında özünəməxsus yer tutur. Əsas kardiotrop viruslar qripp və Koksaki (3 ve 4 tiplər) viruslarıdır.

Kəskin infeksion miokardit zamanı xəstələr esasən kəskin umumi halsızlıq və yorğunluq, təngənəfəslik, ürəkdöyünmə, başağrılarından sikayət edir. Xəstəliyin kliniki əlamətlərinə bədən hərarətinin yüksəlməsi, taxikardiya, ürək tonlarının karlaşması, ürəyin hüdudlarının böyüməsi, zirvə nahiyəsində sistolik küyün eşidilməsidir. Kliniki əlamətlərin azlığı miokardit diaqnozunun qoyulmasında çox diqqətli olmağı tələb edir, çünki bu əlamətlər xəstəliyin özünün əlamətləri ilə çox oxşar olduğundan differensasiya olunmalıdır.

Elektrokardioqrafiya ve exokardioqrafiya miokardit xəstəliyinin vacib diaqnostik instrumental müayinələridir. Infeksion miokarditlərin xarakterik EKQ-əlamətləri aşağıdakılardır:



  • T dişciyi amplitudasının azalması (ikifazalı və mənfi T),

  • S-T seqmentində dəyişiliklər (seqmentin 0,5-1,0 mm depressiyası),

  • Ritm pozğunluğu (sinus taxikardiyası, sinus bradikardiyası, sinus aritmiyası, ekstrasistoliya, paroksizmal taxikardiya və blokada tipli).


Miokardın diffuz dəyişilikliyi sindromu.
Bu sindrom miokardın distrofiyası, miokarditlər və miokardioskleroz zamanı qeydə alınır. Sindrom müşahidə olunan xəstələrdə dəyişiliklər miokardın bütün sahələrində müşahidə edildiyi üçün EKQ dəyişiliklər də praktik olaraq bütün aparmalarda qeydə alınır. EKQ əlamətlər aşağıdakılardır:

- P dişinin voltajının azalması,

- S-T seqmentinin depressiyası,

- T dişciyinin dəyisilməsi (ikiləşmə,

genişlənmə, QRS kompleksinə nisbətən

diskordantlıq),

- mədəcikdaxili keçiriciliyin pozulması,

- QRS kompleksinin alternasiyası.


Mədəciklərin erkən repolyarizasiyası sindromu (MERS).
MERS müxtəlif nozoloji formalı yoluxucu xəstəliklərin təxminən 10-15%-də rast gəlinir. Bu EKQ-fenomeninin əsasında miokardın subepikardial sahələrinin vaxtından əvvəl repolyarizasiyası durur. Erkən repolyarizasiya sindromu – aritmiya yaranması və mərkəzi mənsəli hemodinamikanın pozulması yüksək riski daşıyan patoloji vəziyyətdir. EKQ müayinəsində S-T seqmenti izoxəttdən yuxarı (0,5-6 mm) qalxır. Göstərilən dəyişiliklik əsasən döş aparmalarında (V2-V4) və demək olar ki, 50% hallarda ÜEO-nun sağa meylli vəziyyətində müşahidə olunur.
Sinus düyününün zəifləməsi sindromu (SDZS).
Bu sindrom sinus düyününün avtomatizminin zəifləməsi ilə əlaqədar olub sinus düyününün işemiyası, miokarditlər, kardiomiopatiya və degenerativ prosesler nəticəsində yaranır. Əksər infeksion xəstəliklər zamanı müşahidə oluna bilər. SDZS-nun EKQ əlamətləri aşağıdakılardır:

  • davamlı sinus bradikardiyası,

  • ektopik ritmlərin paroksizmləri (supraventrikulyar taxikardiya, mədəciklərin səyrimə və fibrilyasiyası),

  • sinoairukulyar blkada,

  • bradikardiya-taxikardiya sindromu (sinus bradikardiyası fonunda supraventrikulyar taxikardiya tutmalarının müşahidə edilməsi).


Miokarditik kardioskleroz.
İnfeksion xəstəliklər zamanı 5-20% hallarda ən ağır fəsadlardan biri olan miokarditlərə rast gəlinir. Çox təəssüf ki, bunlardan bir çoxu aşkar edilərək müalicə olunmadığı üçün sonrakı miokarditik kardiosklerozun əmələ gəlməsinə yol açır. Bu patologiya ən çox yaşlılarda müşahidə edilir. Taxikardiya, ekstrasistoliya və Hiss dəstəsinin ayaqcıqlarının blokadası postinfeksion miokarditlərin əsas klinik əlamətləridir.
Difteriya zamanı ürək-damar

sistemin zədələnməsi.
Difteriya – kəskin infeksion xəstəlik olub yerli

fibrinoz ərpin yaranması, eləcə də ürək-damar və

sinir sisteminin üstünlüyü ilə orqanizmin toksiki

zədələnməsi ilə xarakterizə olunur. Difteriyanın

ekzotoksini yerli zülalların sintezlərini pozaraq

kardiomiositlərin fermentativ sistemini zədələyir.

Bununla əzələ və perivaskulyar stromanin sklerozu nətixcəsində ürək əzələsinin hipertrofiyası yaranır.

Xəstəliyin 1-2-ci günlərində müşahidə olunan dəyişiliklər əsasən kapillyarların divarının zədələnməsi və hemodinamiki pozğunluqlar səbəbindən baş verən ekstrakardial təsirlərlə əlaqədardır. Toksiki difteriya səbəbindən erkən ölüm hallarında (xəstəliyin 4-5-ci günlərində) miokard stromasının kəskin ödemi, kapillyar şəbəkənin qanla tam dolması, bəzən isə qansızma ocaqları aşkar edilir. Ağır formalı difteriyalarda artıq xəstəliyin 3-4-cü günlürində ürəyin keçirici sisteminin zədələnməsi ilə müşayət olunan miokardit inkişaf edə bilir. Toksiki formalı difteriyalarda xəstəlik nə qədər ağır seyr edirsə ürəyin keçiricilik sistemi de bir o qədər tez zədələnir. Bu zaman EKQ müayinəsində əsasən aşağıdakı dəyişiliklər müşahidə olunur:



  • QRS kompleksinin voltajinin azalması,

  • Repolyarizasiyanın pozulması,

  • P-Q intervalının uzanması,

  • T dişciyinin amplitudasının azalması,

  • Politop ekstrasistoliya və s.

Yüngül formali difteriyalarda ürək fəaliyyəti sinus aritmiyası, bradikardiya və ekstrasistoliya (əsasən qulaqcıq mənşəli) tipli pozulur. Tək-tək hallarda düyün ritminə keçid və sinoairukulyar blokadalar mümkündür.

Ürəyin gecikmiş fəsadı (2-3-cü həftələrdə) 25-30% hallarda müşahidə olunan difteritik miokarditdir. Kliniki olaraq bu xəstələrdə ürək zirvəsində I ton zəifləyir, ürəyin və qara ciyərin hüdudları genişlənir. Miokarditin ağırlığı artdıqca kliniki əlamətlər də artır (zirvə vurğusunun zəifləməsi, ürəyin hüdudlarının bir qədər də böyüməsi, QRS kompleksinin voltajinin azalması, ritm pozğunluğu, subendokardial işemiya və s.). Miokardit elametleri ağırlığından asılı olaraq 5-9 ay ərzindənormallaşa bilər.


Angina zamanı ürək-damar

sisteminin zədələnməsi
Anginalar zamanı ürək-damar sisteminin zədələnməsi inkar olunmaz faktdır. Maraqlıdır ki, anginalarda EKQ tərəfindən aşkar edilən dəyişiliklər qan dövranında fizikal metodlarla aşkar edilən subyektiv simptomlardan qat-qat çoxdur. Buna görə də anginalı xəstələr həm xəstəliyin gedişində və rekonvalensensiya dövründə müəyyən edilmiş qaydada EKQ müayinələrinə cəlb olunmalıdırlar. EKQ müayinsəində tez-tez rast gəlinən dəyişiliklər R və T dişciklərinin voltajının əhəmiyyətli dərəcədə azalması, atrioventrikulyar və mədəcikdaxili keçiriciliyinin ləngiməsi və S-T intervalının dəyişməsidir. Atrioventrikulyar və mədəcik ekstrasistoliyaları şəklində ritm pozulmaları, II dərəcəli qulaqcıq-mədəcik blokadası isə daha az rast gəlinir. Anginaların kəskin və rekonvalensensiya dövründə müşahidə olunan ən təhlükəli fəsadı isə miokarditdir. Ən son məlumatlara görə ayrı-ayrı tədqiqatlarda miokarditlə fəsadlaşma halları 12%-ə qədər müşahidə edilmişdir. Anginalar zamanı müşahidə olunan miokarditlər həm ocaqlı, həm də (əksər hallarda) diffuz xarakterdə olur.
Skarlatina zamanı ürək-damar

sisteminin zədələnməsi.
Skarlatina – kəskin infeksion xəstəlik olub qızdırma,

intoksikasiya, kəskin tonzillit və səpgilərlə xaraterizə

olunur. Skarlatina zamanı ürək - damar sistemində baş

verən dəyişiliklərin patogenezində streptokokkların

tropizmi səbəbindən miokardda metabolizmə gətirib

çıxaran vegetativ-endokrin pozğunluqlar durur.

Qulaqcıq - mədəcik keçiriciliyinin zəifləməsi, sinus

aritmiyası, taxi- və bradikardiya kimi elektrokardioqrafik

dəyişiliklər əsasən xəstəlik zamanı müşahidə olunub müvəqqəti xarakter daşıyır. Skarlatina zamanı ürək-damar sistemində baş verən dəyişiliklər çox az hallarda 1 ayadək saxlanilir və heç bir spesifik müalicə tələb etmir.
Qızılca zamanı ürək-damar

sisteminin zədələnməsi.


Qızılca – qızdırma, ümumi intoksikasiya, enantema,

makulopapulyoz səpgilər, konyuktivit və yuxarı tənəffüs

yollarının zədələnməsi ilə xarakterizələnən virus mənşəli

kəskin yoluxucu xəstəlikdir. Virus toksinlərinin təsirindən

EKQ - da P - Q, Q - T intervalının uzanması, sistolik

göstəricilərin artması, P dişinin amplitudasının kiçilməsi,

R dişinin amplitudasinin kiçilməsi və ya böyüməsi, S-T

intervalının dəyişməsi kimi dəyişiliklər qeydə alınır. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq sinus ritmi taxi- və bradikardiyası şəklində dəyişə bilir.
Qarın yatalağı zamanı ürək-damar

sisteminin zədələnməsi.
Qarın yatalağı zamanı ürək-damar sistemi tərəfindən baş verən dəyişiliklər xəstəliyin dövründən və ağırlıq dərəcəsindən asılıdır. Xəstəlik zamanı ilk müşahidə olunan dəyişilik nisbi bradikardiyasıdır. İkinci dəyişiliklik isə nəbzin dikrotiyasıdır. Dikrotiyanın səbəbi kimi damar tonusunun aşağı döşməsi və damarlarda qanın hərəkətinin təmini üçün ikinci dalğanın yaranmasına ehtiyacın olması göstərilir. Sonrakı dövrdə kliniki simptomlarla yanaşı aşağıdakı EKQ dəyişilikləri rast gəlinir:


  • sinus aritmiyası,

  • atrioventrikulyar blokadası,

  • Hiss dəstəsinin sağ ayaqcığının natamam blokadası,

  • P-pulmonar,

  • T dişciyinin amplitudasının azalması və ikiləşməsi.


Qripp zamanı ürək-damar

sisteminin zədələnməsi.
Qripp – kəskin respirator virus xəstəliyi olub ümumi intoksikasiya və respirator traktın zədələnməsi ilə seyr edir. Qripp zamanı miokardda baş verən dəyişiliklər əsasən metabolik və toksiki xarakter daşıyır. Xəstəliyin ağır miokarditlə fəsadlaşması əsasən ikincili xarakter daşıyır. Qripp infeksiyasının EKQ dəyişilikləri aşağıdakılardır:

  • P-Q və QRS intervallarının uzanması,

  • S-T intervalının dəyişilməsi,

  • Sistolik göstəricilərin artması,

  • T dişciyinin ikiləşməsi,

  • Repolyarizasiyanın pozulması.

Premorbid fonu olan şəxslərdə sinus düyününün zəifliyi sindromunun formalaşması mümkündür.
Göy öskürək zamanı ürək-damar

sisteminin zədələnməsi.
Göy öskürək bakterial mənşəli kəskin infeksion

xəstəlikdir və tənəffüs yollarının katarı və spazmatik

öskürək tutmaları ilə xarakterizə olunur. Ürək-damar

sisteminin zədələnməsi bu xəstəlik zamanı əsasən



damar komponenti hesabına baş verir. Kliniko-elektrokardioqrafik dəyişiliklər arterial və venoz təzyiqin dəyişilmələri və sağ mədəciyin yüklənməsi şəklində özünü biruzə verir.
Yüklə 45,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə