İnformasiya memorandumu bu sənəd informasiya memorandomunun giriş hissəsidir



Yüklə 58,87 Kb.
Pdf görüntüsü
tarix27.03.2018
ölçüsü58,87 Kb.
#34841


İNFORMASİYA MEMORANDUMU 

 

 



Bu sənəd informasiya memorandomunun giriş hissəsidir. 

Səhmlərə  investisiya  etmək  barədə  hər  hansı  bir  qərar  verməzdən  əvvəl  bu 

informasiya memorandumu oxuduqdan sonra həyata keçirilməlidir. 

İnformasiya  memorandomunda  olan  məlumatların  yanlış,  qeyri-dəqiq, 

ziddiyyətli  olduğu  və  ya  qiymətli  kağızlara  investisiya  edib-etməmək  barədə  qərar 

verən  investorlara  kömək  etmək  məqsədilə  əsas  informasiyanın  verilmədiyi  zaman 

informasiya memorandomunu hazırlamış şəxslər mülki məsuliyyəti daşıyırlar. 

 

 



 

Biz  aşağıda  imza  edənlər  investisiya  memarandumuna  daxil  edilmiş  bütün 

məlumatların düzgünlüyünü imzamızla təsdiq edirik: 

 

1.-İdarə heyətinin sədri: Əfqan Cəlilov ____________________ 



 

2. İdarə heyətinin üzvü: Elnur Musayev ___________________ 

 

3. İdarə heyətinin üzvü: Səkinə Xələfova ____________________ 



 

 

1. Emitent haqqında məlumat 



1.1.

 

Emitentin tam adı: “AGBank” Açıq Səhmdar Cəmiyyəti 

1.2.

 

Emitentin olduğu yer: Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə 102A 

1.3.

 

Emitentin təşkilati-hüquqi forması: Açıq Səhmdar Cəmiyyət 

1.4.

 

Emitentin qeydiyyatda olduğu ölkə: Azərbaycan Respublikası 

1.5.

 

Emitentin  rəqabət  apardığı  əsas  bazarların  təsviri  və  cari  il  üzrə  fəaliyyət 

kateqoriyası  və  coğrafi  amilləri  nəzərə  alaraq  ümumi  gəlirlərin  tədqiqi:  “AGBank”  

ASC bank fəaliyyəti ilə məşgul olur. Əsas maliyyə göstərciləri Əlavə olunur.  



1.6.

 

Emitentə  və  onun  əməliyyat  apardığı  sahələrə  təsir  edən  ən  vacib  son 

tendensiyaların təsviri: Bank qanunvericilyində son dəyişikliklər, Mərkəzi Bankın pul-

kredit və məzənnə siyasəti, bank tənsizmlənməsi sahəsində son dəyişikliklər 



1.7.

 

Emitentin digər hüquqi şəxslərdə mövqeyinin qısa təsviri: Digər hüquqi şəxslərin  

nizamnamə kapitalında emitentin payı aşağıdakı kimidir :



 

“AGLizinq” QSC :  

 -  Nizamnamə kapitalı – 1 000 000.00 manat; 

 -  “AGBank” ASC-nə məxsus 400 ədəd səhm; 

 -  nizamnamə kapitalının 40 (qırx) % təşkil edir

 -  qeydiyyat şəhadətnaməsinin N-si 1105-T10-3764 , tarix 14.04.2005-ci il 

 -  qeydiyyat ünvanı Bakı ş., İçəri şəhər Qüllə küç. 16  

 



“Caspian Financial ltd” MMC : 

 -  Nizamnamə kapitalı – 100 000.00 manat; 

 -  nizamnamə kapitalının 49 (qırx doqquz) % təşkil edir; 

 -  qeydiyyat şəhadətnaməsinin N-si 1301939371 , 15.04.2009 – cu il  

 -  qeydiyyat ünvanı Bakı ş., Yusif Səfərov küç., 23A  

1.8.

 

Emitentin  nizamnamə  kapitalında  mühüm  iştirak  payına  sahib  olan 

səhmdarların  adları,  vətəndaşlığı  və  onlara  məxsus  səhmlərin  sayı  və  nizamnamə 

kapitalında olan faiz nisbəti: 

 



Emitentin nizamnamə kapitalında 10%-dan artıq həcmdə səsli səhmlərə malik 

olan fiziki şəxslər: Əsədulla Çinqiz Rauf oğlu (Azərbaycan vətəndaşı) – 26,24 % 

(13 406 406 ədəd)  



 

 



Emitentin nizamnamə kapitalında 10%-dan artıq həcmdə səsli səhmlərə malik 

olan hüquqi şəxsin adı: yoxdur 

1.9.

 

Mühüm  iştirak  payına  sahib  olan  səhmdarların  malik  olduğu  səhmlər  üzrə  səs 

hüquqları haqqında  məlumat: Hər səhmdar ona məxsus  səhmlərin sayına  mütənasib 

səs hüququna malikdir. 



1.10.

 

Mühüm  iştirak  payına  sahib  olan  səhmdarlar  tərəfindən  emitentə  nəzarətin 

xüsusiyyəti:  Azərbaycan  Respublikasının  qanunvericiliyi  və  Emitentin  Nizamnaməsi 

ilə  müəyyən  olunan  məsələlər  istisna  olmaqla,  Səhmdarların  Ümumi  Yığıncağında 

digər məsələlər üzrə qəbul olunan qərarlar yığıncaqda  iştirak edən səhmdarların sadə 

səs çoxluğu ilə qəbul olunur. 



1.11.

 

Son  üç  maliyyə  ili  ərzində  hər  maliyyə  ili  üzrə  seçilmiş  maliyyə  məlumatı 

əsasında emitentin maliyyə durumunun əsas göstəriciləri : Əlavə olunur 

1.12.

 

Seçilmiş  proforma  maliyyə  məlumatı  Seçilmiş  proforma  maliyyə  məlumatının 

emitentin fərziyyəyə əsaslanan vəziyyətinin təsvir edilməsi və buna görə də şirkətin 

faktiki  maliyyə  göstəricilərini  özündə  əks  etdirməməsi  barədə  qeyd:  Emitentin 

proforma  maliyyə  məlumatı  1.11.-ci  bənddə  verilən  maliyyə  məlumatlarından 

fərqlənmir. 

1.13.

 

Audit edilmiş maliyyə məlumatlarına dair auditorun rəyinin qısa təsviri (əlavə 

olunur) 


1.14.

 

Dövriyyə  kapitalının  emitentin  cari  ehtiyacları  üçün  kifayət  etmədiyi  təqdirdə 

tələb  olunan  əlavə  vəsaitlər  mənbələri  barədə  məlumat:  Mərkəzi  Bankın 

yenidənmaliyyələşdirmə  kreditləri,  banklararası  kredit  bazarı,  cəlb  edilmiş  depozitlər 

və s. 

  

2. Qiymətli kağızlar haqqında məlumat 



2.1.

 

Səhmlərin növü və qeydiyyat nömrəsi: adi, sənədsiz, adlı; AZ1001000970 

2.2.

 

 Emitentin emissiya hesabında olan səhmlərinin sayı və nominal dəyəri: Emissiya 

hesabında səhm mövcud deyil. 

2.3.

 

Səhmlərlə təsbit olunan hüquqlar: Səhmlərə aşağıdakı hüquqlar təsbit edilmişdir:  



 

cəmiyyətin  idarə  edilməsində  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi, 



digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada 

iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək

 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada,  cəmiyyətin  fəaliyyətinə  dair 



məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış 

olmaq; 


 

cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; 



 

cəmiyyətin  səhmdarlarının  ümumi  yığıncağının  gündəliyində  dəyişikliklərin 



edilməsini və  gündəliyə  yeni  müzakirə  mövzularının  əlavə  olunmasını tələb 

etmək;  


 

cəmiyyətin  səhmdarlarının  ümumi  yığıncağında  səsvermə  hüququ  ilə  iştirak 



etmək  və onun protokolunun surətini tələb etmək;  

 



cəmiyyətin  fəaliyyətinin  təftiş  komissiyası  və  ya  auditor  tərəfindən 

yoxlanılmasını tələb etmək; 

 

cəmiyyətin xalis mənfəətindən dividend almaq



 

cəmiyyətin  fəaliyyətinə  xitam  verildikdə,  cəmiyyətin  kreditorlarının  tələbləri 



yerinə  yetirildikdən,  hesablanmış,  lakin  ödənilməmiş  dividendlər,  habelə 

imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan 

əmlakının müəyyən hissəsini almaq; 

 



cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; 

 



Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  və  səhmdar  cəmiyyətinin 

nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. 



2.4.

 

Səhmlərlə təsbit olunan məhdudiyyətlər: Yoxdur. 

2.5.

 

 Tənzimlənən  bazar  barədə  məlumat  və  ticarətə  buraxılmanın  şərtləri:  Emissiya 

ediləcək  səhmlərin  yerləşdirilməsi  kütləvi  təklif  üsulu  ilə  Bakı  Fond  Birjasında, 

səhmlərin dəyərinin yalnız pulla ödənilməsi və alqı-satqı əqdlərinin bağlanması yolu ilə 

“Qiymətli  kağızlar  bazarı  haqqında”  AR  Qanunun  8.11-ci  maddəsinə  əsasən  ilkin 

olaraq  emitentin  səhmdarlarına,  onların  emitentin  nizamnamə  kapitalında  malik 

olduqları  paya  mütənasib  şəkildə  almaqda  üstünlük  hüquqlarından  istifadə  etmək 

təklif olunmaqla həyata keçiriləcək. 



2.6.

 

Emitentin  dividend  siyasətinin  təsviri:  Dividendlərin  ödənilməsi  Səhmdarların 

Ümumi  Yığıncağının  qərarı  ilə  ilin  yekunlarına  görə,  mənfəətin  bir  hissəsinin  ildə  bir 

dəfə  ödənilməsi  nəzərdə  tutulmuşdur.  Hər  bir  səhm  səhmdarlara  müvafiq  dividend 

almaq  hüququ  verir.  Bank  maliyyə-təsərrüfat  fəaliyyətinin  nəticələrindən  asılı  olaraq 

dividendləri  hər  rüb  və  ya  ildə  bir  dəfə  ödəyə  bilər.  Dividendlərin  ödənilməsi  elan 

olunduqdan  sonra  bu  barədə  məlumat  kütləvi  informasiya  vasitələrinin  birində  dərc 

edilir. 

 

3. Risk faktorları 




3.1.

 

Risk  faktorları:  Səhm  emissiyası  zamanı  emitentin  və  ya  onun  fəaliyyət 

göstərdiyi sahəyə xas olan risk faktorları aşağıdakılardır:  

 

Qiymət  riski:  Yeni  səhm  emissiyası  bankın  maliyyə  sabitliyinin  güclənməsinə 



səbəb  olacaqdırki  bu  da  bankın  gəlirinin  artmasına  səbəb  olacaqdır.  Bu  isə  öz 

növbəsində bankın dividentlərinin artması ilə nəticələnəcəkdir. 

 

Dividendlərə  təsiri:  Bankın  səhm  emissiyasının  dividendərə  müsbət  təsir  etməsi 



gözlənilir. 

 

 



4. Emissiya olunan qiymətli kağızlar 

4.1.

 

 Emissiyanın həcmi:  

 

Səhmlərin məcmu nominal dəyəri – 7 000 000 (yeddi milyon) manat. 



 

Səhmlərin sayı – 3 500 000 (üç milyon beş yüz min) ədəd  



 

Bir səhmin nominal dəyəri – 2 (iki) manat. 



4.2.

 

Emissiya  barədə  qərar:    Səhmlərin  emissiyası  haqqında  qərar  Səhmdarların 

ümumi  yığıncağı  tərəfindən  116  saylı  4  mart  2016-cı  il  tarixli  və  Müşahidə  Şurasının 

1939 nömrəli 23 yanvar 2018-ci il tarixli protokola əsasən verilmişdir. 

4.3.

 

Emissiyanın  həyata  keçirilməsində  nəzərdə  tutulan  xərclər  və  cəlb  olunacaq 

vəsaitlərin  xalis  məbləği:  Emitent  tərəfindən  3  500  000  ədəd  7  000  000,00  manat 

məbləğində  səhmlərin  buraxılması  nəzərdə  tutulur.  Qiymətli  kağızların  kütləvi  təklifi 

və yerləşdirilməsi üzrə investisiya xidmətlərin göstərilməsi ilə bağlı Emitent tərəfindən 

anderayterlə bağlanmış investisiya xidmətlərinin göstərilməsi müqaviləsinin 5 nömrəli 

əlavəsində öhdəlik götürmədən anderrayter xidmətinin göstərilməsi üzrə xidmət haqqı 

ödəniləcəkdir.  Emissiya  edilən  səhmlərin  saxlanmasını  və  reyestrinin  aparılmasını 

təmin  etmək  məqsədi  ilə  Milli  Depozit  Mərkəzi    ilə  müqavilə  bağlanacaq  və  onların 

preyskurantına uyğun xidmət haqqı

1

 ödəniləcək. 



4.4.

 

Təklifin  şərtlərinin  təsviri:  Səhmlərın  yerləşdirilməsi  kütləvi  təklif  üsulu  ilə 

Abunə  yazılışı  formasında  investisiya  şirkəti  vasitəsi  ilə  Bakı  Fond  Birjasında  həyata 

keçiriləcək. Səhmlərın yerləşdirilməsi zamanı satış qiyməti  2.00 (iki) manat olmaq şərti 

ilə həyata keçiriləcək.  

Abunə yazılışı səhmlər qeydiyyata alındığı tarixdən etibarən sonrakı 10 gün ərzində 

başlanılacaq  3 ay ərzində həyata keçiriləcək. 

Abunə yazılışı başa çatdıqdan sonra 5 (beş) iş günü ərzində qiymətli kağızların BFB-

də  kütləvi  yerləşdirilməsinə  başlanılacaq  və  7  (yeddi)  iş  günü  ərzində  yerləşdirilməsi 

həyata keçiriləcək. 

Kütləvi  təklif  olunan  əlavə  səhmlərin  yerləşdirilməsi  aşağıdakı  ardıcıllıqla  həyata 

keçiriləcək:  

 



ilk  2  iş  günü  ərzində  üstünlük  hüququna  malik  olan  səhmdarlar  arasında 

səhmlərin yerləşdirilməsi;  

-

 

digər investorlar arasında səhmlərin yerləşdirilməsi. 



                                                           

1

 Qiymətli kağızların əlavə emissiyasının uçota alınması – emissiya edilmiş qiymətli kağızların ümumi həcminin 

0,1% (5AZN-dən aşağı, 1500 AZN-dən yuxarı olmamaq şərtilə) + ƏDV 


4.5.

 

Emissiyada  iştirak  edən  şəxslərin  maraqları,  o  cümlədən  maraqların 

toqquşması:  Nəzərdə  tutulan  emissiyada  iştirakçılar  bir  biri  ilə  əlaqəli  deyil  və 

maraqların toqquşmasına əsas yoxdur.  



4.6.

 

Yeni səhm təklifi nəticəsində mövcud səhm mülkiyyətçilərinin paylarında olan 

dəyişmə (miqdarı və faizi göstərməklə) 

 

QK Mülkiyyətçisi 

 Ümumi miqdarı, 

ədədlə  

 Faiz nisbəti  

 Ümumi 

miqdarı, 

manatla  

Rezident Şirkətlər 

              11 458   

0,02242% 

22 916   

Qeyri rezident Şirkətlər 

         3 506 933   

6,86288% 

7 013 866   

Fiziki şəxlər 

47 581 609 

93,11469% 

95 163 218   

CƏMİ 

              51 100 000   

100,000% 

102 200 000   

 

4.7.

 

Yeni  səhm  təklifi  nəticəsində  movcud  səhm  mülkiyyətçilərin  paylarında  olan 

dəyişmə ehtimalları (miqdar və faiz göstərməklə): Yeni səhmlər mövcüd səhmdarlar 

arasında proporsional qaydada yerləşdirilməsi nəzərdə tutulur. 



4.8.

 

Səhm  alıcısının  ödəməli  olduğu  vergi  və  xərclərin  məbləği:  Səhmlər  nominal 

dəyərində alınacaq və hec bir vergi öhdəliyinin yaranması gözlənilmir. 



4.9.

 

Qiymətli  kağızların  yerləşdirilməsində  iştirak  edəcək  anderrayter  barədə 

məlumat (adı, lisenziyasının nömrəsi, verilmə tarixi): “Unicapital İnvestisiya Şirkəti” 

Açıq Səhmdar Cəmiyyəti, Lisenziya nömrəsi: İSN/L-30 /2016, 087910 Verilmə tarixi: 08 

yanvar 2016-cı il 

Emitentin  səhmdarlarının  reyestrsaxlayıcısı:  Azərbaycan  Respublikasının  Milli 

Depozit Mərkəzi  çıxış edir.

 

4.10.

 

Qiymətli  kağızların  təklifinin  və  yerləşdirilməsinin  başlama  və  başa  çatma 

tarixləri:  

Abunə  yazılışına  səhmlərin  buraxılışının  dövlət  qeydiyyatına  alındığı  tarixdən 

sonrakı  10  (on)  iş  günündən  sonra  başlanılacaq    və  3  ay  müddətində  başa  çatdırılacaq. 

Abunə  yazılışı  başa  çatdıqdan  sonra  5  (beş)  iş  günü  ərzində  abunə  yazılışında 

yerləşdirilməyən  qiymətli  kağızların  BFB-də  kütləvi  yerləşdirilməsinə  başlanılacaq  və  7 

(yeddi)  iş  günü  ərzində  səhmlərin  digər  investorlar  arasında  yerləşdirilməsi  həyata 

keçiriləcək. 

Kütləvi  təklif  olunan  əlavə  səhmlərin  yerləşdirilməsi  aşağıdakı  ardıcıllıqla  həyata 

keçiriləcək:  

 



ilk  2  iş  günü  ərzində  üstünlük  hüququna  malik  olan  səhmdarlar  arasında 

səhmlərin yerləşdirilməsi;  

 

digər investorlar arasında səhmlərin yerləşdirilməsi. 



4.11.

 

Anderrayter  tərəfindən  təklifin  şərtləri  barədə  məlumatın  investorlara  təklif 

zamanı təqdim olunması barədə qeyd 

Bu  emissiyanın  anderrayteri  kimi  Emitentin  səhmlərinə  abunə  yazılışı  üçün 

sifarişlərin  toplanmasını,  emissiya  olunan  səhmlərin  toplanmış  sifarişlər  üzrə 

prospektdə  qeyd  olunmuş  qaydada  paylanmasını  və  BFB-nin  ticarət  sistemində 




yerləşdirilməsi  xidmətlərini  göstərir.  Anderrayter  qiymətli  kağızları  öhdəlik 

götürmədən  yerləşdirilməsini  həyata  keçirir.  Bundan  əlavə,  səhmlər  üzrə  aparılan 

əməliyyatlarla  bağlı  müştəri  sifarişlərinin  qəbul  və  icra  edilməsi,  səhmlər  üzrə 

investisiya  məsləhətlərinin  verilməsi  kimi  investisiya  fəaliyyətlərini  də  göstərə  bilər. 

İnvestorlara  təklifin  şərtləri  barədə  məlumat  yazılı  şəkildə  məktub  və  ya  e-mail 

vasitəsilə təqdim olunacaq. 



 

 

Yüklə 58,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə