İnformatika elmi, onun tərkib hissələri, predmeti. İnformasiya anlayışı. İnformasiyanın formaları və təsvir üsulları. İnformasiyanın alınması, saxlanması, ötürülməsi, çevrilməsi və emal olunması. İnformasiya miqdarının ölçü vahidləri



Yüklə 31,25 Kb.
tarix14.10.2017
ölçüsü31,25 Kb.
#4949

İnformatika elmi, onun tərkib hissələri, predmeti. İnformasiya anlayışı. İnformasiyanın formaları və təsvir üsulları. İnformasiyanın alınması, saxlanması, ötürülməsi, çevrilməsi və emal olunması. İnformasiya miqdarının ölçü vahidləri. İnformasiyanın kodlaşdırılması.

  1. “İnformatika” termininin mənası nədir?

– “İnformatika” termini ingiliscə Informatics sözündən götürülüb informasiyaavtomatika sözlərinin birləşməsindən yaranmışdır.

  1. “İnformatika” termini ilk nə vaxt və kim tərəfindən işlənilmişdir?

  • “İnformatika” terminini ilk dəfə 1960-cı ildə fransızlar avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq üçün istifadə etmişlər.

  1. Xaricdə “İnformatika” hansı terminlə uyğunlaşdırılır?

  • Xaricdə bu termin “Computer science” termini ilə uyğunlaşdırılır.

  1. “İnformasiya” sözünün mənası nədir?

– “İnformasiya” termini latınca informatio sözündən götürülüb öyrəmilən obyektlər və hadisələr haqqında əldə edilən bilikləri göstərir.

  1. “Verilən” dedikdə nə başa düşülür?

– “Verilən” sözü latınca datum sözündən yaranmış mənası fakt deməkdir.

  1. “Verilənlər” dedikdə nə başa düşülür?

– “Verilənlər” sözü ingiliscə data sözündən götürülüb texniki vasitələrlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan – kodlaşdırılan məlumatdır.

  1. Verilənin adı nəyi ifadə edir (misal)?

– Verilənin adı onun mənasını ifadə edir. Məs: çəki, ölçü, rəng.

  1. Verilənin qiyməti nəyi ifadə edir (misal)?

– Verilənin qiyməti verilənin özünü xarakterizə edir. Məs: temperatur +30 dərəcədir.

  1. Verilənin tip xarakteristikasından əsasən harada istifadə olunur?

– Veriləninlərin tip xarakteristikasından əsasən proqramlaşdırmada istifadə olunur.

  1. Tipinə görə verilənlər neçə qrupa bölünür?

– Veriləninlər tipinə görə 4 qrupa bölünür: hesabi, mətn, məntiqi və göstərici tip.

  1. Hesabi verilənlərdə qiymət nə ilə ifadə olunur (misal)?

– Hesabi verilənlərdə qiymət rəqəmlərlə ifadə olunur. Məs: boyu 174 sm.

  1. Mətn verilənlərində qiymət nə ilə ifadə olunur (misal)?

– Mətn verilənlərində qiymət sözlə – simvollarla ifadə olunur. Məs: qara rəngli.

  1. Məntiqi verilənlərdə qiymət nə ilə ifadə olunur (misal)?

– Məntiqi verilənlərdə qiymət məntiqi kəmiyyətlə – “yalan”, “doğru” və ya “true”, “false” kəmiyyətlərindən biri ilə ifadə olunur. Məs: 5-in tək ədəd olması yalandır.

  1. Göstərici tipli verilənlərdən nə məqsədlə istifadə olunur?

– Göstərici tipli verilənlərdən proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur.

  1. Proqramlaşdırmada verilənlər daha nəyə görə xarakterizə olunur?

– Proqramlaşdırmada verilənlər say sisteminə, təsvir formasına və uzunluğuna görə xarakterizə olunur.

  1. Minimal informasiya vahidi nədir?

– Minimal informasiya vahidi bit-dir.

  1. Bit nədir və onun ingiliscə açılışı necədir?

Bit elementar ölçü vahididir, ingiliscə açılışı Binary digiT-dir, ikili rəqəm deməkdir.

  1. Kompyuter texnikasında əsas informasiya vahidi kimi nədən istifadə olunur və nə üçün?

– Kompyuter texnikasında əsas informasiya vahidi kimi 8 bitdən ibarət olan bayt-dan istifadə olunur.

  1. 1Kb neçə baytdır?

– 1 Kb = 1024 bayt = 210 bayt

  1. 1Mb neçə baytdır?

– 1 Mb = 1024 Kbayt = 220 bayt

  1. 1Gb neçə baytdır?

– 1 Gb = 1024 Mbayt = 230 bayt

  1. 1Tb neçə baytdır?

– 1 Tb = 1024 Gbayt = 240 bayt

  1. 1Pb (petabayt) neçə baytdır?

– 1 Pb = 1024 Tbayt = 250 bayt

  1. 1Eb (eksabayt) neçə baytdır?

– 1 Eb = 1024 Pbayt = 260 bayt

  1. 1Zb (zetabayt) neçə baytdır?

– 1 Zb = 1024 Ebayt = 270 bayt

  1. Kompyuterin yaddaşının tutumunu ölçmək üçün nədən istifadə olunur?

– Kompyuterin yaddaşının tutumunu ölçmək üçün Kb, Mb, Gb, Tb kimi ölçü vahidlərindən istifadə olunur.

  1. İnformasiya proseslərinə nələr aiddir?

– İnformasiyanın toplanması, saxlanması, emalı və istifadəçiyə çatdırılması aiddir.

  1. İnfrormasiyanın toplanması nə məqsədlə aparılır?

– İnformasiyanın toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumat alınması məqsədi ilə aparılır.

  1. İnfrormasiyanın ötürülməsi dedikdə nə başa düşülür?

– Toplanan informasiyanın emal edilməsi üçün o, emal vasitələrinə ötürülməlidir.

  1. İnformasiyanın ötürülməsində (yaxın və uzaq məsafəli) hansı vasitələrdən istifadə olunur?

– Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə rabitə kanallarından – telefon, teleqraf, peyk rabitəsi və s.-dən istifadə olunur.

  1. Müasir kompyuterlərdə informasiyanın uzaq məsafədən qəbulu və ötürülməsi hansı qurğu vasitəsilə yerinə yetirilir?

– Müasir kompyuterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafədən qəbulu və ötürülməsi üçün modem adlanan xüsusi qurğudan istifadə olunur.

  1. Modem sözünün mənası nədir?

– “Modem” sözü modulyator – demodulyator sözlərinin birləşməsindən əmələ gəlib, çevirici qurğudur.

  1. Analoq informasiya nədir (misal)?

– Analoq informasiya necə deyilirsə, elə də yazılır.

  1. Rəqəmli informasiya nədir (misal)?

  • Rəqəmli informasiya kodlarla ifadə olunan informasiyadır.

  1. Kodlaşdırılmış informasiya nəyə deyilir?

  • Yalnız rəqəmlərlə ifadə olunan informasiyaya kodlaşdırılmış informasiya deyilir.

  1. Kod nədir?

  • Kodlaşdırmada istifadə olunan rəqəmlərə kod deyilir.

  1. Kodlaşdırılmada istifadə olunan rəqəmlər necə adlanır?

  • Kodlaşdırılmada istifadə olunan rəqəmlərə kod deyilir.

  1. İnformasiyanın hansı xassələri vardır?

– İnformasiyanın tamlıq, lazımlılıq, təzəlik və s. kimi xassələri vardır.

  1. İnformasiyanın saxlanması üçün nələrdən istifadə edilir?

– İnformasiyanın saxlanması üçün köhnə kompyuterlərdə perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompyuterlərdə isə maqnit və yığcam disklərdən, fləş yaddaşdan və s. istifadə olunur.

  1. “Texnologiya” sözünün mənası nədir?

– “Texnologiya” yunan sözü olub techne (bacarıq) və logos (öyrənmə) sözlərinin birləşməsindən götürülüb məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusunu və həmin proseslərin özlərini ifadə edir.

  1. İnformasiya texnologiyası nədir?

– İnformasiya texnologiyası – informasiya ehtiyatlarından istifadə olunması proseslərinin ağırlığını azaltmaq, onların etibarlığını və operativliyini çoxaltmaq məqsədi ilə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçiyə çatdırılmasını təmin edən və texnoloji zəncirdə birləşdirən metodlar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusudur.

  1. İnformasiya sistemi dedikdə nə başa düşülür?

  • İnformasiya sistemi kompyuterlərdən, kompyuter şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ kommunikasiya vasitələrindən və s. ibarət olan mühitdir.

  1. Mətn tipli informasiyanın baytlarla kodlaşdırılması hansı standarta əsaslanır?

  • Mətn tipli informasiyanın baytlarla kodlaşdırılması bir neçə müxtəlif standarta əsaslanır, lakin əsas standart ABŞ-da ANSI Milli insitutunda işlənilmiş ASCII (American Standard Code or Information Interchange) standartı olmuşdur.

  1. ASCII nədir?

  • ASCII - mətn tipli informasiyanın baytlarla kodlaşdırılması üçün istifadə olunan standartdır.

  1. “informatika” sözü kompyuterin yaddaşında nə qədər yer tutur?

  • 11 bayt və ya 88 bit.

  1. “bayt” sözünü prosessorda emal etmək üçün yaddaşda nə qədər sahə ayrılır?

  • 4 bayt və ya 32 bit.

  1. “bit” sözü kompyuterin yaddaşında nə qədər yer tutur?

  • 3 bayt və ya 24 bit.

  1. “iki bayt” kompyuterin yaddaşında nə qədər yer tutur?

  • 8 bayt və ya 64 bit.

  1. Yaddaşda 8 bayt yer tutan mətn neçə simvoldan ibarətdir?

  • 8 simvol.

  1. Yaddaşda 64 bit yer tutan mətn neçə simvoldan ibarətdir?

  • 8 simvol.

  1. “perconal*computer” ifadəsini prosessorda emal etmək üçün yaddaşda nə qədər sahə ayrılır?

  • 17 bayt və ya 136 bit.

  1. Kompyuter qrafikası ilə işləmək üçün hansı tip redaktorlardan istifadə olunur?

  • Kompyuter qrafikası ilə işləmək üçün əsasən iki tip proqramdan - rastr və vektor tipli redaktorlardan istifadə edilir.

  1. Rastr qrafikasında şəklin minimal ölçü vahidi nədir?

  • Rastr qrafikasında şəklin minimal ölçü vahidi pikseldir.

  1. Piksel nədir?

  • Piksel – rastr qrafikasında şəklin minimal ölçü vahididir.

  1. Hansı redaktorlarda xətlər və xətlərdən yaradılmış fiqurlardan istifadə edilir?

  • Vektor tipli redaktorlarda xətlər və xətlərdən yaradılmış fiqurlardan istifadə edilir?

  1. Vektor tipli redaktorlarda minimal ölçü vahidi nədir?

  • Vektor tipli redaktorlarda minimal ölçü vahidi xətdir.

  1. Hansı proqramlar rastr tipli redaktorlara aiddir?

  • Rastr tipli redaktorlara Paint, Photoshop, Photofinish və başqa proqramlar aiddir.

  1. Hansı redaktorlarda yaradılmış şəkillərin formatı bmp, tiff, pcx, gif, jpeg ola bilər?

  • Qrafik redaktorlarda yaradılmış şəkillərin formatı bmp, tiff, pcx, gif, jpeg ola bilər.

  1. Qrafik redaktorlarda yaradılmış şəkillərin formatları hansılardır?

  • Qrafik redaktorlarda yaradılmış şəkillərin formatı bmp, tiff, pcx, gif, jpeg ola bilər.

  1. Vektor tipli redaktorlara hansı proqramları misal göstərmək olar?

  • Vektor tipli redaktorlara misal olaraq CorelDraw, Adobe Illustrator, Macromedia Freehand və s. göstərmək olar.

  1. CorelDraw, Adobe Illustrator, Macromedia Freehand proqramları hansı tip qrafik redaktorlara aiddir?

  • CorelDraw, Adobe Illustrator, Macromedia Freehand proqramları vektor tipli redaktorlara aiddir.







Yüklə 31,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə