Information neurosis Shahin Boyukaga oglu Alibeyli Информационный невроз



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
tarix15.10.2018
ölçüsü0,5 Mb.
#74385


 

İnformasiya nevrozu  



Şahin Böyükağa oğlu Əlibəyli 

 

Information neurosis  

Shahin Boyukaga oglu Alibeyli 

 

Информационный невроз  



Шахин Боюкага оглы Алибейли 

 

 



«Hətta doğru, gerçək olan informasiyanın özü belə potensial 

dezinformasiyadır».  

Amerikan siyasi yazıçısı, esseist, şair, ontologist və tarixçi Piter Lamborn Uilson 

(Peter Lamborn Wilson), yaxud Hakim Bey (Hakim Bey) 

 

* * * 

 

«İnformasiya, nə materiya, nə də enerji deyil, informasiya elə informasiyadır». 

Amerikan alimi, görkəmli riyaziyyatçı və filosof, kibernetikanın və süni intellekt 

nəzəriyyəsinin banisi Norbert Viner (1894–1964)  

 

«İnformasiya» anlayışı 

 

Təqdim edilmə formasından asılı olaraq kommunikasiya prosesində maddi aləm 



faktlarının inikası kimi insan və yaxud xüsusi qurğular tərəfindən qəbul edilən (qavranılan) 

bilik, məlumat və xəbərlərə informasiya (informatio) deyilir.  

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  müxbir  üzvü,  filologiya  elmləri 

doktoru,  professor  Əliheydər  Abbas  oğlu  Orucovun  rəhbərliyi  və  ümumi  redaktəsi  ilə 

hazırlanmış  «Azərbaycan  dilinin  izahlı  lüğəti»ndə  oxuyuruq:  «İnformasiya  –  1) 

məlumatlar məcmusu; 2) informasiya anlayışlarından biri » [1, səh. 550, sağ sütun]. 

«İnformasiya» 

sözünün 


latın 

mənşəli 


olduğu 

birmənalı 

olaraq 

dəqiqləşdirilmişdir.  Lakin  terminin  həm  «informatio»,  həm  də  «informare»  sözündən 



götürülə  bilməsi  mümkündür.  Latınca  informatio  –  aydınlaşdırılma,  başa  salınma,  izah 

edilmə,  izahetmə,  şərhetmə,  nəyinsə  barəsində  anlayışın  olması,  təsəvvürə  gətirilmə 

deməkdir,  «informare»  sözünə  gəldikdə  onun  «bildirmək»,  «xəbər  vermək»,  «xəbərdar 

etmək», «məlumat vermək», «məlumatlandırmaq» anlamını özündə ehtiva etdiyi göstərilir 

[9, səh. 141].  

«İnformasiya» anlayışı hələ antik filosoflar tərəfindən nəzərdən keçirilmişdir. 

Qəsdən, bilə-bilə genişləndirilən yalan informasiya, yaxud informasiya vasitəsilə 

manipulyasiya prosesinin özü dezinformasiya (dezinformatio) adlanır. 

Müxtəlif kriterilər üzrə informasiyaları növlərə ayırmaq olar. 

İnformasion qarşılıqlı təsirin obyektinə görə onun aşağıdakı növləri ayırd edilir: 

1) insan – insan; 2) insan – avtomat; 3) avtomat – avtomat; 4) bitki və heyvan aləmindəki 



 

siqnallarla  mübadilə;  5)  əlamətlərin  hüceyrədən  hüceyrəyə  ötürülməsi;  6)  əlamətlərin 



orqanizmdən orqanizmə ötürülməsi. 

İnformasiya bir canlıdan digər canlıya (bir bitkidən digər bitkiyə, bir heyvandan 

digər heyvana, bir fərddən digər fərdə, bir hüceyrədən digər hüceyrəyə) istənilən vasitə (dil, 

texnika, genetik kod) vasitəsilə ötürülən məlumatdır. 

Qavranılma  üsuluna  görə  informasiyaların  beş  növü  vardır:  1)  vizual  (görmə 

orqanı tərəfindən qəbul edilən); 2) auditiv (eşitmə orqanı tərəfindən qəbul edilən); 3) taktil 

(toxunma reseptorları tərəfindən qəbul edilən); 4) olfaktor (qoxu orqanı tərəfindən qəbul 

edilən); 5) qustativ (dad orqanı tərəfindən qəbul edilən). 

Təyinatına görə şəxsi və kütləvi, ümumi və xüsusi, gizli və aşkar, əhəmiyyətinə 

(aldığı qiymətə) görə aktual və adi, mötəbər və qeyri-mötəbər, aydın və qaranlıq, tam və 

natamam, faydalı və zərərli, doğruluğuna görə həqiqi və yalançı informasiyalar olur. 

Bundan  başqa,  tədqiq  edildiyi  elm  sahəsinə  uyğun  olaraq  informasiyalar  bir-

birindən fərqlənir. Məsələn, daxili və beynəlxalq həyatın aktual yenilikləri haqqında olan 

informasiyalarla  genetik  informasiya  bir-birindən  fərqli  olub,  kifayət  qədər  aralı  bilik 

sahələrində işlənir. 

 

İnformasiya nəzəriyyəsi 

 

Kibernetikanın  bir  bölməsi  informasiya  nəzəriyyəsi  adlanır.  İnformasiya 



nəzəriyyəsi  informasiyanın  saxlanması,  dəyişdirilməsi  və  ötürülməsini  öyrənən 

nəzəriyyədir.  Həmin  nəzəriyyə  informasiyanın  miqdari  xarakteristikalarını,  onun 

kodlaşdırılmasını,  ötürülmə  kanallarını  və  həmin  kanalların  buraxıcılıq  qabiliyyətini 

nəzərdən keçirən və müəyyən edən nəzəriyyədir.  

«İnformasiya  nəzəriyyəsi»  termini  «informasiyanın  ötürülməsi  nəzəriyyəsi» 

istilahının sinonimi kimi işlədilir [2, səh. 479, sağ sütun]. 

İnformasiya  nəzəriyyəsi  riyaziyyat,  fizika  və  kibernetikanın  nailiyyətlərini 

özündə  birləşdirir,  ehtimal  nəzəriyyəsi,  riyazi  statistika,  qraf  nəzəriyyəsi  və  başqa  riyazi 

sahələrin  üsullarından  istifadə  edir.  Həmin  nəzəriyyənin  əsas,  başlıca  anlayışı 

informasiyadır. İnformasiya ötürülməli, emal edilməli və saxlanmalı olan məlumatlar kimi 

nəzərdən keçirilir.  

İnformasiya  nəzəriyyəsi  informasiya  miqdarını  onun  məzmunundan  asılı 

olmayaraq müəyyən edə bilir. Çünki informasiya  miqdarı hadisələrin sayından asılı olsa 

da,  ötürülən  faktdakı  naməlumluğun,  yaxud  qeyri-müəyyənliyin  ləğvi  ilə  ölçülür. 

İnformasiya  nəzəriyyəsində  «qeyri-müəyyənlik»  məlumatın  konkret  təbiətini  deyil,  baş 

verməsi ehtimalını ifadə etdiyindən onu kəmiyyətcə ölçmək olur.  

İnformasiyanın  elmi  cəhətdən  başa  düşülməsi  bir  çox  hallarda  məlumatların 

miqdari  aspektini  götürərək  onların  məzmunlu  (mənalı)  tərəfindən  fərqlənir. 

İnformasiyanın  miqdarı  xəbərdə  barəsində  danışılan  hadisənin  ehtimal  dərəcəsinə  tərs 

mütənasib olan bir kəmiyyət kimi təyin edilir. İnformasiya miqdarı bir təsadüfi obyektə, 

məsələn, hadisəyə, kəmiyyətə və sairəyə nəzərən digər obyektdəki informasiya miqdarının 

nəzəri ölçüsüdür.  




 

İnformasiyanın elmi cəhətdən başa düşülməsi dünyanın maddi vəhdətinin yeni 



bir aspektini aşkara çıxarır ki, nəticədə əvvəllər tamamilə müxtəlif proseslər olmuş çoxlu 

sayda  hadisəyə,  xüsusən  texniki  rabitə  kanalları  boyunca  xəbərlərin  ötürülməsinə,  sinir 

sisteminin  fəaliyyətinə  (üzərinə  düşən  funksiyalarını  yerinə  yetirməsinə),  hesablama 

maşınlarının  işinə,  bir-birindən  fərqli  idarəetmə  proseslərinə  və  sairəyə  vahid  nöqteyi-

nəzərdən yanaşmağa imkan verir.  

«İnformasiya»  anlayışında  iki  aspekt  fərqləndirmək  lazım  gəlir.  Birincisi, 

informasiya sistemin təşkili üçün bir ölçü (əndazə), yaxud hədd (hüdud, dərəcə) kimi çıxış 

edur.  İnformasiya  üçün  riyazi  ifadə  əks  işarə  ilə  götürülmüş  entropiya  üçün  ifadənin 

eynidir. Sistemin entropiyası onun nizamsızlıq (qaydasızlıq) dərəcəsini ifadə etdiyi kimi, 

informasiya da onun təşkilinə bir ölçü (hədd) verir. Anlaşılmış (dərk edilmiş) informasiya 

sistemin  daxili  malik  olduqlarını,  öz-özlüyündə  olan  prosesləri  təşkil  edir  və  «struktur 

informasiyası»  adlandırıla bilər. İkincisi, həmişə iki prosesin  münasibətilə  əlaqədar olan 

informasiyanı struktur informasiyasından fərqləndirmək lazımdır.  

İnformasiya  nəzəriyyəsi  məhz  nisbi  informasiya  üzərində  işini  qurur.  Nisbi 

informasiya  inikasla  sıx  əlaqədə  olur.  Əgər  bir  predmetdə  digər  predmetin  təsirini  əks 

etdirən  dəyişikliklər  baş  verirsə,  onda  birinci  predmetə  ikinci  predmet  haqqında 

informasiyanın  daşıyıcısı  kimi  baxılır.  Kibernetik  sistemlərdə  bir  predmetdə  digər 

predmetin  təsirindən  törəyən  dəyişikliklər  sadəcə  birincinin  bəzi  xarakteristikalarından 

olmayıb, eyni zamanda ikinci predmet haqqında informasiyanın daşıyıcısı kimi kibernetik 

sistemin  funksiyasını  yerinə  yetirməsinin  amillərinə  çevrilir.  Prekibernetik  sistemlərdə 

(cansız təbiətin idarəetmə ilə əlaqədar olmayan sistemlərində) olan informasiya potensial 

informasiya  adlanır.  Kibernetik  sistemlərdə  nisbi  informasiya  potensial  informasiyadan 

aktual  informasiyaya  çevrilir.  Bunu  belə  ifadə  etmək  olar  ki,  prekibernetik  sistemlərdə 

passiv  inikas  kibernetik  sistemlərdə  aktiv  inikas  olur.  Bu  nöqteyi-nəzərdən  insan  beyini 

xarici  aləmdən  daxil  olan  nisbi  aktual  informasiyanı  özündə  saxlayan  və  sonra  yenidən 

emala  məruz  qoyan  (üzərində  incədən-incəyə  işləyən)  müstəsna  dərəcədə  mürəkkəb 

kibernetik sistemdən ibarətdir. Beyinin xarici aləmi başa düşmək və əks etdirmək xassəsi 

informasiyaların  ötürülməsi  və  yenidən  emal  edilməsi  (işlənməsi)  ilə  əlaqədar  olan 

proseslərin inkişafında bir həlqə kimi dayanır (göz qabağına gəlir).  

İnformasiya nəzəriyyəsinin üsulları biologiya, xüsusən neyrofiziologiya, təbabət, 

fizika,  kimya,  psixologiya,  pedaqogika,  məntiq,  estetika,  iqtisadiyyat,  dilçilik  və  digər 

sahələrdə geniş tətbiq edilir. İnformasiya nəzəriyyəsi istənilən mürəkkəb sistemin inkişafını 

və  fəaliyyətini  izah  edən  universal  nəzəriyyə  olub,  «informasiya  psixologiyası»  və 

«informasiya didaktikası» kimi yeni elm sahələrinin nailiyyətlərindən yararlanan, onlardan 

çox istifadə edən pedaqogikada geniş tətbiq edilir. İnformasiya nəzəriyyəsi təkcə pedaqoji 

prosesin öyrənilməsi və təkmilləşdirilməsi aləti olmayıb, eyni zamanda tədqiqat obyektidir. 

İnformasiya  nəzəriyyəsi  bir  tədqiqat  obyekti  kimi  «hesablama  texnikasının  və 

informatikanın  əsasları»  adlı tədris  fənni tərəfindən təqdim  edilir.  Burada  «informatika» 

termini dar (utilitar) mənada istifadə edilir və ikincili elmi-texniki informasiyanın təşkilini, 

həmçinin  elektron-hesablama  maşınlarının  köməyilə  onun  emalının  avtomatlaşdırılması 

üsullarını öyrənən əməli elmi fənni bildirir. 

 



 

«İnformasiya patologiyaları» və «informasiya təbabəti» 

 

Müasir dünya və bəşər sivilizasiyasının inkişafı üçün təkcə komfort səviyyəsinin 



yüksəlməsi və tibb sahəsi daxil olmaqla texnologiyanın misilsiz təkmilləşməsi deyil, eyni 

zamanda  əvvəllər  insana  məlum  olmayan  yeni  problemlərin  üzə  çıxması  xarakterikdir. 

Həyat şəraiti və onun ritmi çox sürətlə dəyişir. Hətta XX əsrin axırlarında yaşamış insanla 

indiki insan arasında kardinal fərq nəzərə çarpır. Belə olan təqdirdə çox uzaq zamanlarda 

həyat sürmüş insanla XX əsr insanının arasındakı fərqin böyüklüyü haqqında danışmağa 

dəyməz, onların artıq müqayisəyəgəlməzliyini təsəvvür etmək heç bir çətinlik törətmir. 

Cəmiyyətin  inkişaf  tarixi  nöqteyi-nəzərindən  bir  yüzillik  çox  cüzi  bir  zaman 

kəsiyi sayılır. Ancaq reallıqda son bir əsr ərzində insan cəmiyyətində köklü dəyişikliklər 

baş vermişdir. Həyat ritmində çox sürətli dəyişikliklərin getməsi vacib nüansın meydana 

gəlməsinə səbəb olmuşdur. Elmi-texniki tərəqqi müasir insanın stolunun üstünə kompüter 

gətirməklə, qadınları paltar və qab-qacaq yumaqdan, xalçanın tozunu çırpmaqdan və başqa 

işlərdən  azad  etməklə  bərabər,  bəşəriyyətin  sağlamlığını  ciddi  təhlükə  qarşısında 

qoymuşdur.  Yüksək  sürətlə  idarə  edilməyə  və  kifayət  qədər  komfort  şəraitə  malik  olan 

gözəl görünüşlü avtomobil uzaq məsafəni qısa zaman ərzinə qət etməyə imkan verməklə 

yanaşı, insanı piyada gəzməkdən məhrum etmişdir. İstənilən yerdə mobil telefon vasitəsilə 

lap  ucqar  kənddə  yaşayanla  əlaqə  yaratmaq  mümkün  olduqdan  sonra  qohum-əqrəba 

arasında gediş-gəliş əhəmiyyətli dərəcədə azalmışdır. Bir vaxtlar gəlinlərin ər evinə cehiz 

kimi  apardıqları  nehrə,  güyüm,  sandıq  və  digər  lazımi  əşyaların  yerini  indi  noutbuk, 

şirəçəkən  maşın,  xeyli  aralıdan  idarə  olunan  digər  məişət  ləvazimatları  tutmuş,  ancaq 

hipodinamiya, kommunikabelliyin zəifləməsi kimi arzuolunmaz halları da bəxş etmişdir. 

Yeni  problemlərlə  üzbəüz  qalan,  çətinliklərlə  toqquşan  müasir  insanın  sağlamlığı 

əhəmiyyətli  dərəcədə  pozulmuşdur,  çünki  orqanizm  belə  sürətli  dəyişikliklərə  sadəcə 

olaraq  hazır  deyildi.  Əvvəllər  soyuqdəymə  və  digər  naxoşluqlar  zoğal  çayı  içib  özünü 

yaxşıca  tərlətməklə  qısa  zaman  ərzində  keçib  gedirdisə,  hazırda  immuniteti  zəifləmiş 

insanın bir neçə dəfə öskürməsindən sonra son dərəcə güclü antibiotiklərin, iltihab əleyhinə 

vasitələrin  və  digər  dərman  preparatlarının  işlədilməsi  lazım  gəlir.  Şübhəsiz  ki,  müasir 

insan  beyninin  qəbul  etdiyi  və  arzuladığı  informasiyaya  münasibətdə  də  sıçrayışlı 

dəyişiklik  getmiş,  nəticədə  əsəb  sistemi  «laxlamışdır».  Təsadüfi  deyildir  ki,  müasir  dövr 

üçün xarakterik pozğunluqların bir qrupu məhz «informasiya patologiyaları» adı altında 

birləşdirilir. Yeni formalaşmış istilah başqa sözlə «informasiya xəstəlikləri» adını daşıyır. 

Tibb  mütəxəssislərini,  xüsusən  psixiatr  və  nevroloqları  baş  beyinə  daxil  olan 

informasiyalar daha çox maraqlandırır. 

Son illərdə orqanizm və informasiya arasındakı bağlılıq çox dərindən araşdırılır. 

Hətta «informasiya təbabəti» deyilən ayrıca bir sahə yaranmışdır.  

 

Tibb və fiziologiyada informasiya nəzəriyyəsinin müxtəlif variantları 

 

Tibb və fiziologiyada informasiya nəzəriyyəsinin aşağıdakı üç variantına tez-tez 

müraciət  edilir:  1)  Xananaşvilinin  informasiya  nəzəriyyəsi;  2)  Simonovun  emosiyaların 



 

informasiya-tələbat nəzəriyyəsi; 3) Svyadoşun psixoterapiyanın və nevrozların informasiya 



nəzəriyyəsi. 

 

Xananaşvilinin informasiya nəzəriyyəsi 

 

Nevrozogenezin  öyrənilməsinin psixoloji platformasında informasiyanın qəbul 



edilməsi və başa düşülməsi prosesini və nevrotik pozuntuların meydana çıxmasında onun 

rolunu bir-birindən fərqli şəkildə qiymətləndirən iki istiqaməti qeyd etmək olar. Onlardan 

birincisini  informasiyanın  miqdari  (kəmiyyət),  ikincisi  isə  qeyri-miqdari  (keyfiyyət) 

göstəricilərini nəzərə çarpdıran istiqamət kimi ifadə etmək mümkündür. Birinci istiqamətə 

nevrozun  əsasında  dayanan  «informasiya  triadası»  haqqında  M.  M.  Xananaşvilinin  irəli 

sürdüyü təklif və müddəanı aid etmək olar.  

 

 

Şəkil 1. Mixail Mixayloviç Xananaşvili (1928) 



 

İnformasion nevroz elə nevrotik haldır ki, onun inkişafının əsas şərtləri bir triada 

halında cəmləşir. Odur ki, buna informasiya triadası deyilir. 

«İnformasiya  triadası»  nevrozun  əsasında  dayanır  və  aşağıdakıları  özündə 

birləşdirir:  1)  yüksək  qiymətə  (dəyərə)  malik  olan,  qərar  qəbul  edilməsilə  başa  çatan, 

individin  intellektual  imkanları  üçün  həddindən  artıq  hesab  edilən  böyük  həcmdə 

informasiyanın emal edilməsi (işlənilməsi) və mənimsənilməsi (qavranılması) zərurəti; 2) 

beyinin  belə  bir  konkret  iş  (informasiyanın  emal  edilməsi)  üçün  ayrılmış  zamanın 

əhəmiyyətli  dərəcədə  və  daim  (xronik)  çatışmazlığının  hiss  olunması;  3)  motivasiyanın 

yüksək səviyyədə olması (əqli işin motivasiyasının artıq olduğu səviyyəyə yetişməsi), yəni 

individ  tərəfindən  bu  və  yaxud  digər  informasiyanın  əhəmiyyətinin  qədərindən  artıq 

qiymətləndirilməsi. 

Beləliklə,  informasion  nevroz  ali  sinir  fəaliyyəti  patologiyasının  bir  forması 

olub, böyük həcmdə informasiyanın emal edilməsi və mənimsənilməsi zərurəti, bu iş üçün 

ayrılmış  vaxtın  daim  çatışmazlığının  hiss  olunması  və  motivasiyanın  yüksək  səviyyəyə 

yetişməsi  kimi  faktorların  arzu  edilməyən  şəkildə  bir  yerdə  təsir  etdiyi,  onların  qeyri-




 

əlverişli qovuşduğu, yəni informasiyanın mühüm mənasının olduğu, ona böyük əhəmiyyət 



verildiyi bir şəraitdə beyinin uzunmüddətli işləməsi nəticəsində meydana gəlir. 

«İnformasiya  triadası»  ilk  dəfə  gürcü  psixofizioloqu,  tibb  elmləri  doktoru, 

professor 1984-cü ildə M. M. Xananaşvili və K. Hext tərəfindən işlənib hazırlanmışdır. 

Mixail  Mixayloviç  Xananaşvilinin  nöqteyi-nəzərincə,  «informasiya  triadası» 

olduqda  qanunauyğun  surətdə  nevroz  və  müxtəlif  psixosomatik  pozğunluqlar  meydana 

gəlir.  


Xəstəliyin  inkişafına  ali  sinir  fəaliyyətinin  individual  (fərdi)  xüsusiyyətləri, 

genetik  təmayüllülük  (meyllilik),  orqanizmin  astenizasiyası,  interkurrent  somatik 

xəstəliklərin olması kimi  ikincili faktorların təsir etməsinə  mühüm  əhəmiyyət  verilir. M. 

M.  Xananaşvili  tərəfindən  informasion  nevrozların  hər  hansı  ölçüdə  spesifik  klinik 

mənzərəsi  ayırd  edilməmiş,  onun  ayrıca  bir  pozuntu  olaraq  səciyyəvi  təzahürləri 

göstərilməmişdir. Ehtimal edilir ki, onun klinik təzahürləri nevrasteniya zamanı müşahidə 

olunan  əlamətlərə  çox  oxşayır.  Buna  görə  informasion  nevrozlar  konsepsiyasına 

nevrozların patogenezinin halqalarından biri kimi baxılması daha doğru və qanunauyğun 

olardı. Həqiqətən informasion nevrozlar konsepsiyasının ali sinir fəaliyyəti haqqında təlim 

və informasiya nəzəriyyəsi mövqeyindən nevroz probleminin nəzərdən keçirilməsi zamanı 

ayırd edilmiş bir halqa kimi dəyərləndirilməsi fikri olduqca maraqlı yanaşmadır.  

 

Simonovun emosiyaların informasiya-tələbat nəzəriyyəsi 

 

Koqnivistik sıraya məşhur rus psixofizioloqu, biofizik və psixoloqu, akademik, 



tibb  elmləri  doktoru,  professor  Pavel  Vasilyeviç  Simonovun  1964-cü  ildə  irəli  sürdüyü 

emosiyaların informasiya-tələbat nəzəriyyəsi da aid edilə bilər [1, səh. 275]. 

Simonovun  emosiyaların  informasiya-tələbat  nəzəriyyəsi  elmi  ədəbiyyatda 

aşağıdakı adlarla təqdim olunur: 

– emosiyaların informasiya nəzəriyyəsi; 

– emosiyaların informasiya-tələbat nəzəriyyəsi;  

– Simonovun emosiyaların informasiya konsepsiyası; 

– Simonovun emosiyaların informasiya nəzəriyyəsi; 

– Simonovun informasiya nəzəriyyəsi. 

Emosiyaların  meydana  gəlməsi  orqanizmin  informasiya  ehtiyatının  real 

situasiyaya  adekvatlığı  ilə  əlaqədar  olaraq  nəzərdən  keçirilir  (baxılır).  Emosiyaların 

meydana gəlməsi informasiyanın çatışmazlığının kompensasiya edilməsinin bir üsuludur. 

Məsələn, heyvan və yaxud insan əvvəlki təcrübəsi üzrə ona naməlum olan və həyatı üçün 

təhlükə doğura bilən (təhdid edən) xarici mühit qıcıqlandırıcılarına qarşı preventiv reaksiya 

verən zaman müdafiə dominantı emosiyaları meydana gəlir. Emosiyaların mənfi xarakterli 

olması  praqmatik  informasiyanın  çatışmazlığının  nəticəsidir.  İnformasiyanın  artıb 

çoxalması müsbət boyanmış emosiyaların əmələ gəlməsinə gətirib çıxarır. Emosiyaların 

meydana  gəlməsi  xarici  mühitdən  daxil  olan  afferent  siqnallar  və  proqnozlaşdırılan 

situasiya  arasında  uyğunluğun  (uzlaşmanın)  nəticəsi  kimi  nəzərdən  keçirilir.  Əgər 

situasiyanın  tələb  etdiyi  informasiyaların  həcmi  hazırda  olan,  real  informasiyaların 




 

həcminə  uyğun  gəlirsə,  aydın  ifadəli  bir  emosiya  meydana  gəlmir,  davranış  öyrənilmiş 



(«əzbərlənmiş»), avtomatlaşdırılmış xarakter daşıyır [1, səh. 275]. 

P. V. Simonovun fikrincə, nevroz «bilməmə xəstəliyi», «xəbərsizlik xəstəliyi» 

hesab olunur. M. M. Xananaşvilinin təsəvvürlərinin ziddinə olaraq nevroz informasiyanın 

yoxluğunun və yaxud onun az, yarıtmaz miqdarda olmasının patogenetik əhəmiyyət kəsb 

etməsinə  dair  mövqeyi  əks  etdirir.  Konfliktli  situasiyada  insanın  başına  nələr  gələ 

biləcəyindən, ondan ətrafdakıların gözləntilərindən və başqa şeylərdən bixəbər olması öz 

ifadəsini tapır.  

 

 



 

Şəkil 2. Pavel Vasilyeviç Simonov (1926–2002) 

 

P.  V.  Simonov  emosiyaların  meydana  çıxması  və  xarakterinə  təsir  edən 



faktorların məcmusunu qısa simvolik formada təqdim etməyə cəhd göstərmiş, bunun üçün 

bir düstur təklif etmişdir. Simonova görə emosiyaların meydana çıxması alqoritmini belə 

təsəvvür etmək olar: 

 

E = f [P(İt – İs)] 



 

Burada E – emosiya, onun qüvvə və keyfiyyəti, dərəcə və işarəsi, f – funksiya, P 

– tələbatın gücü (aktual tələbatın ölçüsü və spesifikası); İt – proqnostik cəhətdən verilən 

(mövcud) aktual tələbatın təmin edilməsi üzrə fəaliyyətin təşkili üçün zəruri olan vasitələr 

haqqında informasiya; İn – individdə mövcud olan vasitələr haqqında informasiya, İs – 

göstərilən zaman anında individdə real mövcud olan, onun sərəncamında hazır dayanan və 

məqsədyönlü davranışın təşkili üçün istifadə edilə bilən vasitələr haqqında informasiya, (İt 

– İs) – anadangəlmə xüsusiyyətləri hesabına individin sağ ikən həyatı ərzində qazandığı 

təcrübə  əsasında  verilən  tələbatı  təmin  etməsi  ehtimalının  (mümkünlüyünün) 

qiymətləndirilməsidir. 




 

P. V. Simonov tərəfindən təklif edilmiş düsturu çox vaxt aşağıdakı kimi yazırlar: 



 

E = P (İt – İs) 

 

Simonovun  emosiya  nəzəriyyəsinə  görə,  əgər  aktual  tələbatın  təmin  edilməsi 



üçün  zəruri  olan  infoirmasiya  cari  anda  insanın  sərəncamında  olan  vasitələr  haqqında 

mövcud olan informasiyadan çox, yəni İt ˃ İs (İs ˂ İt) olarsa, onda mənfi emosiya özünü 

büruzə  verir.  Bunu  başqa  sözlə  belə  ifadə  etmək  olar  ki,  praqmatik  informasiyanın 

çatışmazlığına əsaslanan (İt göstəricisi İs-yə nisbətən böyük olan) zaman mənfi xarakterli 

emosiyalar, məsələn, nifrət, qorxu, qəzəb və sairə törəyir. Alınan informasiya artıq mövcud 

olan proqnozla müqayisədə tələbatın təmin edilməsi ehtimalını artıran zaman, yəni İs ˃ İt 

(İt ˂ İs) olarkən, onda sevinc və maraq kimi müsbət emosiyalar yaranır. 

 

Svyadoşun psixoterapiyanın və nevrozların informasiya nəzəriyyəsi 

 

Sadəcə Brum kimi tanınmış yəhudi mənşəli sovet və rus psixiatrı, psixoterapevt 



və  seksoloqu,  tibb  elmləri  doktoru,  professor  Abram  Moiseyeviç  Svyadoş  1982-ci  ildə 

yazmışdır  ki,  nevrozların  psixogen  etiologiyası  qıcıqlandırıcının  siqnal  rolunun, 

informasion əhəmiyyətinin təsirindən ibarətdir.  

 

    



 

Şəkil 3. Abram Moiseyeviç Svyadoş (1914–1997) 

 

Svyadoşun  psixoterapiyanın  və  nevrozların  informasiya  nəzəriyyəsi  – 



psixoterapiyanın effektivliyində və nevrozların əmələ gəlməsində informasiyaların mühüm 

rol  oynadığını  iddia  edən  nəzəriyyədir.  Psixoterapiyanın  və  nevrozların  informasiya 

nəzəriyyəsi  ilk  dəfə  A.  M.  Svyadoş  tərəfindən  1960-cı  ildə  işlənib  hazırlanmış,  1964-cü 

ildə  yenidən  baxılmış,  1967-ci  ildə  bir  daha  əlavələr  edilmiş,  nəhayət,  1969-cu  ildə 

təkmilləşdirilərək bitkin hala salınmışdır. A. M. Svyadoşun 1967-ci ildə «Psixoterapiya və 



 

informasiya»  [5],  «Psixoterapiya  və  kauzal  psixoterapiiya»  [6],  1969-cu  ildə 



«Psixogeniyaların  etiologiyasına  dair  informasion  yanaşma»  [7],  «Psixoterapiyanın 

informasion  aspektləri  haqqında»  [8]  adlı  məqalələri  tədqiqatçılar  tərəfindən  rəğbətlə 

qarşılanmışdır.  

Psixoterapiyanın  və  nevrozların  informasiya  nəzəriyyəsində  psixogeniyalar 

qıcıqlandırıcılar kimi nəzərdən keçirilir. Belə qıcıqlandırıcıların təsiri fiziki parametrlərlə 

deyil, informasiya rolu, siqnal əhəmiyyəti ilə müəyyən olunur. Nəzəriyyəyə görə, nevroz 

informasiyadan  törəyən  xəstəlikdir.  Belə  bir  yanaşma  nevrozların  mahiyyətinin  başa 

düşülməsinin  etioloji  prinsipinə  əsaslanmışdır.  Psixoterapiya  tək  bir  pasiyentə  və  yaxud 

eyni  vaxtda  xəstələr  qrupuna  ünvanlana  bilən  informasiyalarla  müalicə  kimi  nəzərdən 

keçirilir.  İnformasiyanın  təsiri  bilavasitə  (dərhal  özünü  göstərən)  və  yaxud  bilvasitə 

(zamana görə hələlik kənara qoyulan) ola bilər. İnformasiya təkcə nitq yolu ilə deyil, eyni 

zamanda  psixoterapevtin  nitqini  müşayiət  edən  intonasiya,  mimika,  jest  və  digər 

keyfiyyətləri  vasitəsilə  ötürülə  bilər.  Həkimin  xəstəyə  emosional  təsiri  məhz 

informasiyalarla müəyyən olunur. İnformasiyanın işə salınması xarakterinə, yenidən emal 

edilməsinə və yaxud təsir imkanlarına müvafiq olaraq psixoterapiyanın bir-birindən fərqli 

olan növləri ayırd edilir. 

 

«İnformasiya nevrozu» termininin definitiv-sinonimik səciyyəsi  

 

Elmi-texniki  tərəqqi  neçə  illər  arzuladığımız  bir  inkişafdır.  Normal  düşüncəli 



heç  bir  insan  belə  tərəqqinin  əleyhinə  çıxmaq  istəməz.  Ancaq  texniki  tərəqqinin 

imkanlarından sui-istifadə edilməsi, xüsusən radioelektrotexnika sahəsində misli-bərabəri 

olmayan  nailiyyətlər  qazanılmasından  sonra  bir  çox  vacib  hərəkətlərin  təxirə  salınması 

artıq hər kəsdə narahatlıq yaradır. Hər yerdə kompüterizasiyanın sürətlə yayıldığı, geniş 

vüsət tapdığı müasir zəmanədə insan sanki özünü izolyasiya vəziyyətinə salır, təcrid edilir. 

Burada  urbanizasiyanın  nəhəng  rol  oynadığı  göz  qabağındadır.  Həyət  ünsiyyəti  sistemi 

yoxa çıxır, çoxumuz qonşuluqda kimlərin yaşadığını və onların adlarını bilmirik. İnsanlar 

müəyyən səbəblərlə əlaqədar olaraq öz qohumlarına gec-gec baş çəkirlər. Dost və tanışlar 

bir-birlərinin  evlərinə  nadir  hallarda  gəlirlər.  İndiki  insanların  çoxu  sanki  işi  düşəndən-

düşənə qohumunu, dost və tanışını yadına salır. Toya dəvət ediləcək adamların siyahısı 

tərtib edilərkən, təcili pul lazım olarkən qohumun, dost və tanışın yada düşdüyünü heç kəs 

dana bilməz. Əlbəttə, söhbət toya qohum, dost və tanışların dəvət edilməsinin, yaxud dara 

düşəndə məhz onlara üz tutmağın, pənah aparmağın qəbahət kimi qələmə verilməsindən 

getmir,  bunları söyləməkdə güdülən  başlıca  məqsəd  insanlar arasında ünsiyyətin  kəskin 

şəkildə  azalmasından,  əlaqələrin  zəifləməsindən,  münasibətlərin  soyumasından  doğan 

narahatlığı qabartmaqdır. 

Həqiqətən  bəşər  övladı  XXI  əsrdəki  qədər  az  kommunikabel  olmayıb.  İnsan 

cəmiyyətində sanki  «robotlaşma»  prosesi gedir. İndi virtual aləm  insanları real həyatdan 

çox uzaqlaşdırır. İnsanlar arasındakı ünsiyyətin azalması yaxşı olmayan bir haldır. 

İnsanların müəyyən kateqoriyası havada daha az olur, hərəkət etməkdən qalır, 

təbiətin  qoynuna  çıxa  bilmir.  Belə  hal  gündən-günə  genişlənməkdə  davam  edir.  Lakin 

insan  başqa  şəxslərlə  ünsiyyətdə  olmadan  keçinə,  rahatlıq  tapa  bilmir.  İnsan  özündə 




10 

 

topladığı informasiyanı haradasa kimləsə bölüşməli, başqalarına ötürməli, onlardan yeni 



xəbər  almalı,  öz  aralarında  məlumatlarını  mübadilə  etməli  və  yeniləməlidir.  Emosional 

təzyiq gec-tez azaldılmasını tələb edir, boşalmasını istəyir. Hər kəsə aydın olan «kiməsə 

ürəyini  boşaltmaq»,  «kimləsə  bölüşmək»,  «dərdləşmək»  getdikcə  daha  çox  zərurətə 

çevrilir. İnsan yaşa dolduqca bunları daha çox istəyir. 

İnformasiya xəstəlikləri arasında «informasiya nevrozu» özünəməxsus yer tutur. 

İnformasiyaların  həddən  ziyadə  olması,  yaxud  yetərincə  olmaması  nəticəsində  yaranan 

nevroza  informasiya  nevrozu  (neurosis  informationis)  deyilir.  Belə  hal  başqa  sözlə 

«informasion nevroz» da adlanır. 

«İnformasion  nevroz»  termini  ilk  dəfə  gürcü  psixofizioloqu,  tibb  elmləri 

doktoru, professor Mixail Mixayloviç Xananaşvili tərəfindən 1974-cü ildə təklif edilmişdir. 

Onun şərəfinə olaraq «Xananaşvilinin informasion nevrozu» adlı bir eponimik termin də 

işlənir [3, səh. 307].  

 

İnformasiya nevrozunun növləri 

 

İnformasiya nevrozu iki növ olur: produktiv və defisitar.  



İndividin  müalicə  olunmaq  baxımından  tədbir  görüb-görməməsindən  asılı 

olaraq  informasiya  nevrozu  iki  formada  olur:  1)  vaxtında  müalicəsinə  başlanılmış 

informasiya nevrozu; 2) vaxtında müalicə edilməmiş, başlı-başına buraxılmış informasiya 

nevrozu. 

İnformasiya nevrozunun üç mərhələsi ayırd edilir: yüngül; orta ağırlıqda və ağır. 

 

Produktiv informasiya nevrozu 

 

Həqiqətən informasiyaların həcmi çox artmış, hədsiz böyümüşdür. Şübhəsiz ki, 



baş beyinə yüklənən informasiyanın həcminin böyüməsi, məişətdəki dəyişikliklərin sürətlə 

getməsi müasir insanın həyatını çətinləşdirmişdir. 

Tez  reaksiya  verilməsini,  məsuliyyətli  qərar  qəbul  olunmasını  tələb  edən 

informasiyaların artıqlığının təsiri altında meydana gələn nevroza produktiv informasiya 

nevrozu deyilir. Latınca produco – əmələ gətirirəm, istehsal edirəm, yaradıram deməkdir. 

Produktiv  informasiya  nevrozunu  başqa  sözlə  «hyperinformasiya  nevrozu»  da 

adlandırmaq  olar.  Yunanca  hyper  –  nəyinsə  yüksək  həddə  qalxmasını,  normadan  çox 

olmasını bildirən mürəkkəb sözlərin tərkib hissəsidir, hərfi mənada «artıq», «çox», «üst», 

«yüksək» deməkdir. 

Hyperinformasiya  nevrozu  bir  çox  peşə  adamları  üçün  xarakterik  haldır. 

«Aviadispetçerlərin nevrozu», «iri sənaye müəssisələri rəhbərlərinin nevrozu» və başqaları 

bu qəbildəndir. 

Ancaq son illərin tədqiqatları «aviadispetçerlərin nevrozu» ətrafındakı baxışların 

dəyişməsinə gətirib çıxarmışdır. Uzun illər ərzində nevroz intellektual yüklənmə və həyat 

tempinin  (sürətinin)  böyük  olması  ilə  bağlı  olan  informasiya  xəstəliyi  hesab  edilmişdir. 

Bununla  əlaqədar  olaraq  kənd  yerlərində  yaşayan  insanlarda  (kəndlilərdə)  nevrozla 

xəstələnmənin daha aşağı tezlikdə rast gəlinməsi onların həyat tərzinin nisbətən xeyli sakit 



11 

 

keçməsilə  izah  edilmişdir.  Lakin  aviadispetçerlər  arasında  aparılmış  tədqiqatlar  belə  bir 



fərziyyəni  rədd  etmiş,  onun doğru  olmadığını  sübuta  yetirmişdir.  Araşdırmalardan  sonra 

məlum olmuşdur ki, aviadispetçerlərin daim diqqətli olmağı, tez analiz etməyi və reaksiya 

verməyi  tələb  edən  gərgin  iş  görmələrinə  baxmayaraq  onlar  digər  ixtisaslar  üzrə  çalışan 

adamlardan  heç  də  nevrozla  çox  xəstələnmirlər.  Aviadispetçerlərin  nevrozla 

xəstələnməsinin səbəbləri arasında iş prosesində həddən ziyadə yorulma deyil, əsasən ailə 

nizamsızlığı (qarışıqlığı) və rəhbərliklə konflikt göstərilir. 

İnformasiya  nevrozu  XXI  əsrin  xəstəliyidir,  təzahürünə  görə  «incə»  olan  bir 

patologiyadır, insanın immun çatışmazlığı virusu infeksiyası və digər təhdidedici yoluxucu 

xəstəliklərlə bir sırada dayanmasa da, ancaq müasir cəmiyyətin nümayəndələri üçün heç də 

onlardan az təhlükəli deyildir. 

İnformasiya nevrozu müasir insanın həyat ritminin dəyişikliklərilə əlaqədar olan 

psixoloji pozğunluqlara aiddir.  

Uşaq  və  yaxud  yeniyetmənin  gücü  çatmayan  tapşırıqlarla  yüklənməsi 

dövrümüzdə  tez-tez  rast  gəlinən  bir  anomaliyadır.  Belə  bir  anomaliyanın  çox  vaxt 

valideynlərin hər ikisinin ali təhsilli olduğu ailələrdə qeydə alınması ancaq təəssüf doğura 

bilər.  


 

    


 

Şəkil 4. Ağabəy Həşimbəy oğlu Sultanov



 

(1936–2007) 

 

Hazırda ailələrin çoxunda bir, yaxud iki uşaq olur. Ailədə cəmi bir uşaq olduqda 



vəziyyət xüsusən qəlizləşir. Çünki bir tərəfdən hiperqayğı özünü büruzə verməyə başlayır, 

digər  tərəfdən  uşağa  yüngül  olmayan  yük  hazırlanır.  Cəmi  bir  uşağı  olan  valideynlərin 

böyük  əksəriyyəti  canfəşanlıq  göstərirlər.  Mərhum  psixiatrımız  professor  Ağabəy 

Həşimbəy oğlu Sultanov



 

1992-ci ildə «Psixiatriya üzrə mühazirələr» kitabında qeyd edir 

ki, belə valideynlərin fikrincə, ailədə tək böyüdülən uşaq xüsusən sevilib-seçilən olmalıdır. 

Uşaq təzə yeriməyə başlayar-başlamaz artıq onu aramsız idmanla məşğul olmağa vadar 

edirlər. Bunun davamı kimi uşaq balet məktəbinə göndərilir. Balaca doğma dilimizdə hələ 

indi-indi iki kəlmə danışan kimi onu əcnəbi dili öyrənməyə məcbur edirlər. Qonşuluqdakı 

uşağın  musiqi  məktəbində  oxumasından  xəbər  tutulanda  ondan  geri  qalmamaq  üçün 



12 

 

yubanmadan  tədbir  görülür.  Çox  keçmədən  uşaq  musiqi  məktəbinə  yollanır.  Bütün 



bunlarla  bərabər,  uşaq  təhsil  aldığı  orta  məktəbin  ağır  proqramını  mənimsəməli,  test 

tapşırıqlarını  yerinə  yetirməli,  əlavə  məşğələlərə  getməlidir.  Uşaq  müəyyən  təmayüllü 

məktəbdə oxuduqda, onun yükü daha da çoxalır. Beləcə uşaq deyək ki, fizika-riyaziyyat 

təmayüllü məktəbdə oxuya-ozuya üzgüçülüyə (hovuzda üzür), rəssamlıq məktəbinə (şəkil 

çəkir), əcnəbi dil kursuna (xarici dili öyrənir) gedir. Uşaq 12–13 yaşına çatanda vunderkind 

olmaq  əvəzinə  valideynlərilə  birlikdə  həkim-psixiatrın  qapısını  döyür,  onun  qəbuluna 

yazılır.  Deməli,  uşaq  gücü  çatmayan  yükü  daşıya  bilməmiş,  sinirləri  dözməyərək 

«sınmışdır» [10, səh. 7–8].   

Uşağın informasiya ilə həddən ziyadə yüklənməsi öz sözünü deyir. Həqiqətən 

uşaqlar  arasında  nevrozların  çoxalmasında  informasiyalarla  yüklənmənin  mühüm  rolu 

vardır. 

Hazırda baba və nənələr 3–4 yaşlı nəvələri ilə söhbət edəndə azqala bayılırlar. 

Çünki  az  yaşı  olmasına  baxmayaraq  uşaq  artıq  çox  şey  bilir,  dünyada  baş  verənlərdən 

xəbərdar olur, abris (çevrə, kontur) və Ay üstündə hərəkət etmək üçün nəzərdə tutulmuş 

özüyeriyən platforma haqqında danışa bilir [10, səh. 8].   

Hətta  intim  mövzuda  uşaqların  əldə  etdiyi  informasiyanın  həcmi  misli 

görünməmiş dərəcədə artmışdır. Belə bir lətifə çox danışılır. Ana hələ balaca olan uşağınin 

düzgün cinsi tərbiyə almasına və intim gigiyena qaydalarını vaxtında mənimsəməsinə nail 

olmaq  məqsədilə  seks  haqqında  ehtiyatla  danışmaq  istəyir.  Ancaq  bir  qədər  keçdikdən 

sonra ana bir çox yeni şeyləri uşağından öyrəndiyini və bunları sınaqdan keçirmək üçün 

səbirsizliklə alışıb-yandığını bildirir. 

İnformasiya  ilə  yüklənməkdən  qaçma  hazırda  çox  olur.  İnformasiya  nevroz 

zamanı müşahidə edilən dromomaniyaya yüklənmə dromomaniyası deyilir. 

 

    



 

Şəkil 5. Vladimir Kukk 

 

Məşhur Estoniya həkim-psixiatrı, praktik psixoloqu və ictimai xadimi Vladimir 



Kukk tərəfindən təqdim edilmiş bir nümunəyə nəzər yetirək: Özü layiqli mövqe tutmağı 

bacarmamış bir artist ana doqquz yaşlı qızı Maşanı məşhur aktrisa görmək istəyir. Atası isə 

yatır  və  yuxuda  qızının  gimnastika  üzrə  Olimpiya  çempionu  olduğunu  görür.  Beləcə 



13 

 

qızcığazın gün rejiminin qabaqcadan cızılmış cədvəlində onun bir dəqiqə belə boş vaxtı 



qalmır. Məktəbdə yalnız «beş üstəgəl» (sovet dönəmindəki «qırmızı beş»in analoqu) ilə 

oxunması tələbi qoyulur. «Bizi biabır eləmə, ata-ananın ali təhsili var» deyilməklə uşağın 

yalnız əla qiymət alması gözlənilir. Valideynlərinin hər ikisi ali təhsilli olan uşağın «beş 

üstəgəl»dən  savayı  bir  qiymət  almağa  sadəcə  «haqqı  yox  idi».  Qız  hər  gün  məktəbdən 

sonra bədii gimnastika üzrə üçsaatlıq məşqə gedir. Teatr dərnəyi musiqi və rəqs dərslərilə 

növbələnir  (gələcəyin  aktrisasında  ritm  duyğusu  və  plastika  olmalıdır).  Bundan  başqa, 

fransız dilinin çox dərindən, mükəmməl öyrənilməsi tələbi qoyulur. Evə qonaq gələndə 

valideynləri  qızcığazın  nailiyyətlərindən  ağızdolusu  danışır,  onu  tərifləyirlər.  Gələcək 

ulduzun  doyunca  yatmağa  vaxtı  qalmırdı.  Maşanın  yaşadığı  binada  və  yaxud  onun 

həyətində  rəfiqəsi  ilə  əylənməkdən  söhbət  gedə  bilməzdi  –  qızda  belə  bir  anlayış 

ümumiyyətlə,  formalaşmamışdı.  Rəfiqəsi  olmayan  uşaq  bunu  heç  duya  da  bilməzdi. 

Ancaq  hər  şeyin  həddi  olmalıdır.  İfrata  varma  həyatın  heç  bir  sahəsində  uğur  gətirmir. 

Günlərin birində qızcığaz musiqi məktəbinin yerinə vağzalı seçir. Yalnız iki gündən sonra 

bələdiyyə polisinin əməkdaşları uşağı tapıb ailəsinə təhvil verirlər [4]. 

Belə  bir  şeyin  mümkünlüyü  istisna  edilmir  ki,  xəstəlik  təkcə  informasiyanın 

miqdarı  ilə  deyil,  eyni  zamanda  onun  keyfiyyəti  və  nə  dərəcədə  küylə  dolması  ilə 

əlaqədardır. Belə küyə informasion küy, yaxud informasiya küyü deyilir. Bir çox hallarda 

informasiya küyü produktiv (məhsuldar) əqli işə çox qüvvətli çətinlik, əngəl törədir. Son 

illərdə  alınan  informasiyanın  davranış  pozğunluqları,  xüsusən  aqressiya  ilə  əlaqəsi 

haqqında dəlillər üzə çıxmışdır.  

Produktiv  informasiya  nevrozunda  informasiya  sahəsinin  gözlənildiyindən 

dəfələrlə  artıq  doyması  ucbatından  psixikanın  həddən  ziyadə  yorulması  yer  tutur.  Beyin 

yüklənmənin  öhdəsindən  gələ  bilmir,  «cavabını  tapmamış  suallar,  həll  edilməmiş 

məsələlər» insanın əhvali-ruhiyyəsində labüd olaraq əksini tapır. 

Müxtəlif informasiya xəstəlikləri mövcuddur, lakin informasiya nevrozu aydın 

büruzə olunan simptomları ilə onlardan dərhal seçilir. İnformasiya nevrozunun bir pozuntu 

olaraq başlıca simptomları aşağıdakılardan ibarətdir: 1) dissomniya (yuxunun pozulması), 

xüsusən insana əzab verən asomniya (yuxusuzluq), həmçinin qeyri-müəyyən, anlaşılmaz, 

həyəcanlı süjetsiz qorxulu yuxular görülməsi (gecə yuxusu insanın itirdiyi güc-qüvvəsini 

bərpa  etməyə  imkan  vermir,  buna  görə  səhər  yuxudan  oyanan  insan  özünü  son  dərəcə 

yorğun və əzgin hiss edir); 2) yaddaşın qeyri-müntəzəmliyi və fasiləli olması; 3) sefalgiya 

(baş ağrısı). 

Söz yox ki, sefalgiya bütün hallarda nəzərə çarpmaya bilər, amma onun tez-tez 

müşahidə olunması artıq xəbərdarlıqedici siqnallardan biridir. 

İlk  baxışda  adama  elə  gəlir  ki,  informasiya  ilə  həddən  ziyadə  yüklənmə  belə 

nəticələrə  səbəb olmaq  üçün  ciddi  problem  deyildir  (fasiləsiz işləyən insanın həm  fiziki, 

həm  də  zehni  cəhətdən  yorulması  tamamilə  təbii  bir  qanunauyğunluqdur).  Lakin  əldən 

salan,  üzücü  təsir  bağışlayan  həyat  tərzi  həqiqətən  sağlamlığı  zədələyə,  onu  «içəridən 

yeyə» bilər. İnformasiya nevrozu kimi xəstəliklərə etinasız yanaşmaq, onlara barmaqarası 

baxmaq, yüngülbeyinlik göstərmək mövcud vəziyyəti qəlizləşdirir. 

Qeyd  edilən  pozuntuların  nəticəsi  kimi  meydana  çıxan  simptomlar  orqanların 

çox  müxtəlif  sistemlərinin  işini  əhəmiyyətli  dərəcədə  poza  bilər.  İlk  növbədə  endokrin 




14 

 

sisteminin  işində  kənarlanma  yaranması,  metabolizmin  pozulması  nəzərə  çarpır.  Sinir 



hüceyrələri əziyyət çəkir. Yuxu problemləri labüd surətdə əmək qabiliyyətinə mənfi təsir 

edir, onu pisləşdirir. 

İnformasiya  nevrozu  proqressivləşməyə  qabil  olan  bir  xəstəlikdir.  Əlbəttə, 

həkimin (psixiatr, nevroloq) konsultasiyası və təyin etdiyi müalicə kursu situasiyanı təshih 

etməyə imkan verə bilir, lakin insanın öz orqanizmini bu vəziyyətə gətirib çıxarmaması, 

bunun üçün ağılla hərəkət etməsi daha yaxşı olardı.  

Yuxu  problemləri  xüsusən  təhlükəli  hesab  edilir,  çünki  bu  proses  zamanı 

orqanizm  yükdən  azad  olmaq  əvəzinə  sanki  yenidən  yüklənir.  Yaxşı  yatmayan  insanın 

sinir  sistemi  yeni  produktiv  dövrü  qarşılamağa  köklənən  bir  vəziyyət  alır,  bütün  orqan 

sistemləri isə digər iş tempinə keçir. Əgər yuxu ritmi pozularsa, müəyyən qapalı dövranın 

formalaşmasına  gətirib  çıxarır  ki,  bu  zaman  psixi  pozğunluq  simptomu  olan  asomniya 

(yuxusuzluq)  səbəbindən  orqanizm  özünün  sağlamlıq  halında  təzahür  edən  problemin 

öhdəsindən  gəlmək  üçün  müstəqil  hərəkət  etmək  iqtidarını  itirir.  Belə  bir  imkanın 

olmaması öz növbəsində xəstənin vəziyyətini yalnız pisləşdirə, kənarlanmanı dərinləşdirə 

bilər. 

Təəssüf ki, çox yorulma ucbatından təzahür edən psixoloji pozğunluqlar müasir 



insan tərəfindən hələ də hədsiz yüngül fikirlərlə, düşüncəsizliklə qarşılanır. İndinin özünə 

qədər  tibb  nəsə  bir  monumental-elmi  sahə  ilə  assosiasiya  olunur,  düzgün  həyat  rejimi 

seçilməklə  və  psixoterapiya  tətbiq  edilməklə  müalicə  olunan  xəstəliklər  ciddi  surətdə 

qarşılanmır,  belə  şeylər  gerçəkdən  sayılmır.  Halbuki  informasiya  nevrozuna  laqeyd 

münasibət bəslənilməsi çox böyük səhvdir. Nevrozun həmin forması insanın bütün sinir 

sinir  sisteminə  məhvedici  təsir  edir,  əmək  qabiliyyətini  zəiflədir,  normal  həyat  ritmini 

əhəmiyyətli dərəcədə pozur. Bununla belə, həkim-psixoterapevtin qəbuluna yazılmaq və 

öz həyat ritmini heç olmasa hissəvi şəkildə dəyişdirmək artıq ciddi bir proqress (irəliləyiş) 

sayılır. 

Produktiv  informasiya  nevrozunun  üç  mərhələsi  ayırd  edilir:  yüngül;  orta 

ağırlıqda və ağır. 

Yüngül  mərhələdə  pozğunluq  individin  öz  vaxtının  reorqanizasiyası  (yenidən 

təşkili)  yolu  ilə  müalicə  olunur.  Şəxsin  özünü  informasiya  axınından  təcrid  etməsi,  bir 

müddət  televizor,  radio,  telefon,  mətbuat,  kitab  və  əlbəttə,  ümumdünya  şəbəkəsindən 

(kompüterdən),  həmçinin  başqa  şeylərdən  aralı  durması,  heç  olmasa  bir  həftəlik 

məzuniyyət  götürməsi,  bütün  yükünün  istiqamətini  zehni  sahədən  fiziki  cəbhəyə  doğru 

dəyişdirməsi, piyada gəzintilərini intensivləşdirməklə və idman zallarına tez-tez getməklə 

bunları  etməsi  lazım  gəlir.  Bir  çoxlarına  yoqa  və  meditativ  Şərq  praktikası  çox  yaxşı 

kömək edir [11]. 

İnformasiya nevrozunun müalicəsiz buraxılmış forması zamanı şəxsin öz həyat 

tərzini  dəyişdirməsi  üçün  daha  uzun  zaman  –  təxminən  bir  ay  və  bəzən  bir  qədər  artıq 

müddət  tələb  edilir.  Belə  hallarda  individin  özünü  yalnız  informasiya  axınından  sadəcə 

təcrid etməsi qənaətbəxş nəticə almağa imkan vermir, onun daha ucqar guşəyə çəkilməsi, 

təbiətə yaxın olan bir yerə getməsi lazım gəlir. Adətən həmin müddət ərzində sağlam yuxu 

bərpa olunur, ümumi əhvali-ruhiyyə düzəlir, şəxs özünü yaxşı hiss edir, baş ağrısı tamam 

dayanır, sinir sistemi normal vəziyyətə qayıdır. 




15 

 

Gələcəkdə  xoşagəlməz  psixi  (ruhi)  dəyişikliklərdən  və  sinir  (əsəb) 



pozğunluqlarından özünü qorumaqdan ötrü təkcə həyat tərzinin korreksiya edilməsi deyil, 

eyni zamanda onunla birlikdə düzgün qidalanma rejiminin seçilməsi lazım gəlir. B qrupu 

və C vitaminlərilə zəngin olan qida məhsullarının qəbulu sinir sitemini möhkəmləndirməyə 

və  immuniteti  gücləndirməyə  kömək  edir.  Normal  həyat  ritminin  saxlanılmasının  və 

vaxtında tamdəyərli istirahətin təşkilinin çox vacib olduğu heç bir vəchlə unudulmamalıdır 

[11]. 


 

Defisitar informasiya nevrozu 

 

İnformasiyaya olan tələbatın təmin olunmamasının nəticəsi kimi meydana çıxan 



və bəzi şəxslərdə, xüsusən izolyasiya şəraitində olanlarda daha çox təzahür edən nevroza 

defisitar informasiya  nevrozu  deyilir.  Latınca  deficit  –  bəs  etmir,  çatışmır,  kifayət  etmir, 

yetmir,  deməkdir.  Defisitar  informasiya  nevrozunu  başqa  sözlə  «hypoinformasiya 

nevrozu» da adlandırmaq olar. Yunanca hypo – nəyinsə aşağı həddə düşməsini, normadan 

az  olmasını  bildirən  mürəkkəb  sözlərin  tərkib  hissəsidir,  hərfi  mənada  «alçaq»,  «alt», 

«aşağı», «az», deməkdir. 

Hypoinformasiya nevrozu bir sıra insanlar üçün səciyyəvi haldır. «Dustaqların 

nevrozu» (həbsxanaya salınmış şəxslərdə müşahidə olunan nevroz), «tənhaların nevrozu» 

və başqaları bu qəbildəndir. 

Tənhalıq  xüsusən nəzəri  cəlb  edir.  Tənhalıq  bir  çox  mənbələrdə hətta  «Kruzo 

fenomeni»  adı  altında  məlumdur.  Məşhur  ingilis  yazıçısı  və  publisisti  Daniel  Defonun 

(Daniel Defoe) 1719-cu ildə qələmə aldığı «Robinzon Kruzo» («Robinson Crusoe») adlı 

əsərində  kimsənin  yaşamadığı  bir  adada  uzun  müddət  tənha  ömür  sürmüş  Robinzon 

Kruzonun şərəfinə olaraq belə adlandırılmışdır. Təsadüfi deyildir ki, tənhalıq romanın baş 

qəhrəmanı Robinzon Kruzonun halının təsvirilə müqayisə edilir.  

 

Biblioqrafiya 

 

I. Azərbaycan dilində 

 

1.  Azərbaycan  dilinin  izahlı  lüğəti  [Mətn]  /  Azərbaycan  Milli  Elmlər 



Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Əliheydər Abbas oğlu 

Orucovun  rəhbərliyi  və  ümumi  redaktəsi  ilə.  Tərtibçilər:  Əliheydər  Abbas  oğlu  Orucov, 

Bəhruz  Teymur  oğlu  Abdullayev,  Nərgiz  Rəsul  qızı  Rəhimzadə.  Nəşrə  hazırlayanı, 

təkmilləşdirəni  və  redaktoru:  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  müxbir  üzvü, 

filologiya elmləri doktoru, professor Ağamusa Ağası oğlu Axundov. Dörd cilddə, II cild, 

Bakı, «Şərq–Qərb» nəşriyyatı, 2006, 792 səh.  

2.  Azərbaycan  Sovet  Ensiklopediyası  [Mətn].  On  cilddə,  Bakı,  Azərbaycan 

Sovet Ensiklopediyasının baş redaksiyası, IV cild, 1980 

 

II. Rus dilində 

 



16 

 

3.  Блейхер  Вадим  Моисеевич.  Эпонимические  термины  в  психиатрии, 



психотерапии  и  медицинской  психологии.  Словарь  [Текст].  Киев,  издательство 

«Вища школа», 1984, 448 стр. 

4.  Кукк  Владимир.  Дромомания  –  страсть  к  бродяжничеству 

[Электронный ресурс] http://www.medpulse.ru (4 декабря 2012 года) 

5.  Свядощ  Абрам  Моисеевич.  Психотерапия  и  информация  [Текст]  // 

Вопросы  психиатрии,  психотерапии,  сексологии  (Тезисы  докладов  конференции 

психоневрологов Карагандинской области), Караганда, 1967, стр. 103–104 

6.  Свядощ  Абрам  Моисеевич.  Психотерапия  и  каузальная  психотерапия 

[Текст]  //  Вопросы  психиатрии,  психотерапии,  сексологии  (Тезисы  докладов 

конференции  психоневрологов  Карагандинской  области),  Караганда,  1967,  стр. 

104–106 

7.  Свядощ  Абрам  Моисеевич.  Информационный  подход  к  этиологии 

психогений  [Текст]  //  «Неврозы  и  их  лечение»  (материалы  конференции 

посвящѐнной 

50-летнего 

юбилея 


клинического 

психоневрологического 

объединения имени Ивана Петровича Павлова), Ленинград, 1969, стр. 206–209 

8.  Свядощ  Абрам  Моисеевич.  Об  информационных  аспектах 

психотерапии  [Текст]  //  Материалы  5-го  Всесоюзного  съезда  невропатологов  и 

психиатров, Москва, 1969, стр. 314–317 

9.  Смирнов  Виктор  Михайлович,  Судаков  Константин  Викторович. 

Словарь-справочник по физиологии [Текст]. Научное издание. Москва, общество с 

ограниченной ответственностью «Медицинское информационное агентство», 2010, 

504 стр.  

10. Султанов Агабек Ашумбек оглы. Лекции по психиатрии [Текст]. Баку, 

Азербайджанское  государственное  издательско-полиграфическое  объединение 

«Азернешр», 1992, 120 стр.  

11.  Что  такое  информационный  невроз  [Электронный  ресурс] 

http://www.medbooking.com  

 

 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə