İngilis dilində adı: Crop Farm Manager



Yüklə 159,01 Kb.
Pdf görüntüsü
tarix27.03.2018
ölçüsü159,01 Kb.
#34983


www.dios.az

İngilis dilində adı: Crop Farm Manager

Bitkiçilik təsərrüfatı 

meneceri

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi 

“Sosial Müdafiənin İnkişafı” layihəsinin “ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim 

standartlarının hazırlanması” tapşırığı çərçivəsində “GOPA Consultants” və “SEFT Consulting” tərəfindən hazırlanmışdır.



Nümunəvi peşə standartı

Peşə standartı üzrə qiymətləndirmə nümunəsi

Müəssisələr üçün nümunəvi təlim standartı

N: 6111-3-00002-01


2

İstı̇fadə olunan anlayışlar

Termin

Açıqlaması

Bacarıq

Verilmiş iş üzrə vəzifə və fəaliyyətləri yerinə yetirmək qabiliyyətidir.



Bacarıq səviyyəsi

Həyata keçirilən fəaliyyətlərin əhatəliliyi və mürəkkəbliyi ilə müəyyən olunur, 

burada fəaliyyətlərin mürəkkəbliyi əhatə üzərində üstünlüyə malikdir. ISCO 

da, eləcə də Məşğulluq Təsnifatında aşağıdakı dörd geniş bacarıq səviyyəsi 

müəyyən edilir:

Birinci bacarıq səviyyəsi

Birinci bacarıq səviyyəsi üzrə peşələr sadə və dövri fiziki fəaliyyətlərin yerinə 

yetirilməsini zəruri edir. Bundan əlavə, birinci bacarıq səviyyəsində bir çox 

peşələr fiziki güc və dözümlülük tələb etdiyi halda, əksəriyyətində sadə yazıb-

oxuma  və  rəqəmlərlə  işləmə  bacarığı  tələb  olunur.  Bu  bacarıqlara  ehtiyac 

duyulduğu halda belə, onlar işin əsas hissəsini təşkil etmir. 

Birinci bacarıq səviyyəsinə daxil olan bəzi peşələrdə səriştəli fəaliyyət üçün 

ibtidai təhsili və ya əsas təhsilin birinci mərhələsini başa vurmaq (ISCED üzrə 

1-ci səviyyə) tələb oluna bilər. Bəzi işlər üçün isə iş yerlərində qısamüddətli 

təlimlər tələb oluna bilər.

Birinci bacarıq səviyyəsi üzrə təsnifatlaşdırılan peşələr ixtisası olmayan işçi 

qüvvəsini əhatə edir. 



İkinci bacarıq səviyyəsi

İkinci  bacarıq  səviyyəsi  üzrə  bütün  peşələrdə  səriştəli  fəaliyyət  üçün  tələb 

olunan  bilik  və  bacarıqlar,  adətən,  ümumi  orta  təhsilin  birinci  mərhələsini 

başa vurmaqla (ISCED üzrə 2-ci səviyyə) əldə olunur. Bəzi peşələrdə ümumi 

orta təhsilin ikinci mərhələsini bitirmək zəruri hesab olunur (ISCED üzrə 3-cü 

səviyyə)  ki,  bura  ixtisaslaşmış  peşə  təhsili  və  iş  yerlərində  həyata  keçirilən 

təlim  də  daxil  ola  bilər.  Müəyyən  peşələr  ümumi  orta  təhsili  bitirdikdən 

sonra ilk peşə-ixtisas təhsili almağı (ISCED üzrə 4-cü səviyyə) tələb edir. Bəzi 

hallarda isə iş təcrübəsi və iş yerlərində həyata keçirilən təlim formal təhsili 

əvəz edə bilər.

İkinci bacarıq səviyyəsi üzrə təsnifatlaşdırılan peşələrə ixtisaslı işçilər daxildir. 

Üçüncü bacarıq səviyyəsi

Üçüncü bacarıq səviyyəsindəki peşələr, adətən, ixtisaslaşmış sahə üzrə geniş 

praktiki, texniki və metodoloji biliklər tələb edən mürəkkəb texniki və praktiki 

fəaliyyətlərin yerinə yetirilməsini əhatə edir. Bu bacarıq səviyyəsi üzrə peşələr, 

ümumiyyətlə, yüksək səviyyədə yazıb-oxuma və rəqəmlərlə işləmə bacarığı, 

eləcə də inkişaf etmiş ünsiyyət bacarığı tələb edir.

Üçüncü bacarıq səviyyəsi üzrə tələb olunan bilik və bacarıqlar, adətən, ümumi 

orta təhsil bazasına əsaslanan təhsil müsəssisələrində 1-3 illik təhsil vasitəsi 

ilə əldə olunur (ISCED üzrə 5b səviyyəsi). Bəzi hallarda müvafiq sahə üzrə 

geniş iş təcrübəsi və iş yerlərində həyata keçirilən uzunmüddətli təlim formal 

təhsili əvəz edə bilər.

Üçüncü bacarıq səviyyəsi üzrə təsnifatlaşdırılan peşələr əsasən texniki işçiləri 

əhatə edir.



3

Bilik

Dördüncü bacarıq səviyyəsi

Dördüncü bacarıq səviyyəsinə, adətən, ixtisaslaşmış sahə üzrə geniş nəzəri 

və praktiki biliklər əsasında mürəkkəb problemlərin həlli və qərarların qəbul 

edilməsini  tələb  edən  fəaliyyətlərin  yerinə  yetirilməsi  daxildir.  Bu  bacarıq 

səviyyəsi  üzrə  peşələr,  ümumiyyətlə,  yüksək  səviyyədə  yazıb-oxuma  və 

rəqəmlərlə işləmə bacarığı, eləcə də təkmilləşmiş ünsiyyət bacarığı tələb edir.

Dördüncü bacarıq səviyyəsi üzrə tələb olunan bilik və bacarıqlar, adətən, ali 

təhsil müəssisələrində birinci və ya daha yüksək elmi dərəcənin verilməsi ilə 

yekunlaşan 3-6 illik təhsil vasitəsi ilə əldə olunur (ISCED üzrə 5a səviyyəsi və 

ya daha yüksək səviyyə).

Dördüncü  bacarıq  səviyyəsi  üzrə  təsnifatlaşdırılan  peşələrə  menecerlər, 

mühəndislər, müəllimlər, həkimlər və s. daxildir ki, bunlar çox faxt peşəkarlar 

adlandırılır.

Təhsil  və  ya  təcrübə  vasitəsilə  əldə  edilən  məlumat  və  faktlar  toplusunu 

əhatə edir.

Müvafiq əmək fəaliyyətini həyata keçirə bilmək üçün tələb olunan səriştələrə 

əlavə olaraq, arzuolunan faydalı səriştələri əhatə edir. Buraya əmək fəaliyyətini 

təkmilləşdirə  bilən,  bir  çox  peşələr  üçün  ümumi  olan  və  gələcəkdə  tələb 

olunacaq səriştələr daxildir. Bunlar işçilərin fəaliyyətinin qiymətləndirilməsi 

üçün əsas kimi çıxış etmir.

Harada və necə təhsil almasından asılı olmayaraq, qeydə alınmış ixtisaslar və 

vahid standartlar baxımından insanların əvvəlki təliminin tanınması prosesidir. 

İnsanlar təhsil müəssisəsində formal təlim keçmələrindən və ya qeyri-formal, 

yaxud informal təlim əldə etmələrindən asılı olmayaraq, öyrənmə prosesini 

heç vaxt dayandırmırlar.

Əvvəlki təlimin qiymətləndirilməsi və tanınması prosesi aşağıdakı kimidir:

•  Şəxsin nə bildiyi və nə bacardığının müəyyənləşdirilməsi;

•  Şəxsin bilik və bacarıqlarının xüsusi standartlar, səriştələrin 

qiymətləndirilməsi üzrə əlaqəli meyarlar ilə müqayisə edilməsi;

•  Bu standartlara münasibətdə təlimin qiymətləndirilməsi;

•  Şəxsin formal, qeyri-formal və informal təlimlər vasitəsilə keçmişdə 

topladığı bacarıq, bilik və təcrübənin tanınması.

Fərdin vəzifələrinin bir hissəsi olan iş və ya məsuliyyəti əks etdirir. Buna görə 

də vəzifə bir sıra fəaliyyətlərə bölünür.

Azərbaycan Respublikasında akreditə olunmuş təhsil və təlim müəssisələrində 

həyata  keçirilir,  dövlət  təhsil  sənədinin  verilməsi  ilə  nəticələnir.  Təhsil 

müəssisələrində  formal  təlimlər  dövlət  təhsil  standartlarına  uyğun  olaraq 

aparılır. Əldə edilən səriştələr testlər vasitəsilə yoxlanır və dövlət təhsil sənədi 

verilir.

Əlavə / ümumi 

səriştələr

Əvvəlki təlimin 

tanınması

Fəaliyyət

Formal təlim



İnformal təlim

Özünütəlim yolu ilə bilik və bacarıqlara yiyələnmənin formasıdır. Təhsil və 

təlim  müəssisələrindən  kənarda  həyata  keçirilir  və  təbii  olaraq  gündəlik 

həyatımızda müşahidə olunur. Formal və qeyri-formal təlimdən fərqli olaraq, 

informal  təlim  çox  vaxt  qeyri-ixtiyari  baş  verir  və  beləliklə,  hətta  fərdlərin 

özləri də səriştələrinin artırılmasında onun rolunu hiss etməyə bilər (məsələn, 

kütləvi  informasiya  vasitələrindən,  ictimaiyyət  arasında  gündəlik  qarşılıqlı 

əlaqələrdən və ümumi münasibətlərdən məlumatın əldə edilməsi). O, təlimin 

həyata  keçirilməsi  sahəsində  (xüsusilə)  ixtisaslaşmamış  hər  hansı  bir  şəxs 

(yəni ailə üzvləri, digər əlaqəli şəxslər və s.) tərəfindən istiqamətləndirildiyi 

halda, məqsədli xarakter daşıya bilər. İnformal təlim ölkə səviyyəsində qəbul 

edilən diplom və sertifikatların verilməsi ilə nəticələnmir.

Fərdin işəgötürən üçün və ya sərbəst məşğulluq şəraitində həyata keçirdiyi 

vəzifə və ya fəaliyyətlərin toplusudur (ISCO-08 -ə uyğun olaraq).

Müəyyən ideya, obyekt, şəxs və ya vəziyyətə müsbət və ya mənfi münasibəti 

əks etdirir.

Yanaşma  fərdin  fəaliyyət  seçimini,  çətinlik,  həvəsləndirmə  və  mükafatlara 

(hamısı birlikdə stimul adlanır) cavab reaksiyasını müəyyən edir. Bu baxımdan 

yanaşma iş üçün xeyli vacibdir. 

Yanaşmanın 4 əsas komponenti var: (1) Emosional: hiss və həyəcan; (2) İdrak: 

məntiqlə  həyata  keçirilən  inam  və  fikirlər;  (3)  İradi:  fəaliyyət  meylləri;  (4) 

Qiymət: stimullara mənfi və ya müsbət münasibət.

Təhsil sistemi ilə paralel şəkildə aparılır və dövlət təhsil sənədinin verilməsi 

ilə müşayiət Olunmur. Qeyri-formal təlimlər iş yerlərində və ya formal təlim 

sistemlərinə yardım üçün yaradılmış təşkilat və ya müəssisələrdə, dərnəklərdə, 

fərdi  məşğələlərdə,  vətəndaş  cəmiyyəti  təşkilatları  və  qruplarında  həyata 

keçirilə bilər.

Səriştəni ölçmək üçün üsul və ya alətdir.

Fəaliyyət  meyarı  da  daxil  olmaqla  fərdin  səriştələrinin  qiymətləndirilməli 

olduğu müxtəlif qiymətləndirmə metodlarıdır.

Qiymətləndirmə  standartlarının  vəzifələrini  və  onların  yerinə  yetirilmə 

istiqamətlərini müəyyən edir.

Peşə  standartları  üzrə  qiymətləndirmənin  məqsədi  fərdin  müvafiq  peşə 

standartını fəaliyyətlər, vəzifələr və ya tapşırıqlar üzrə həyata keçirə bilməsini 

müəyyən  etməkdir.  Sözügedən  tapşırıqlar,  peşə  standartında  müəyyən 

edilən  texniki  bacarıqları,  planlaşdırma  və  problemləri  həlletmə  biliklərini, 

gözlənilməz vəziyyətlərdə hərəkət etmək bacarığını, digər şəxslər ilə işləmək 

bacarığını və ünsiyyət bacarıqlarını əhatə etməlidir. 

Peşə  standartları  üzrə  qiymətləndirmənin  məqsədlərinə,  digər  məsələlərlə 

İş

Qeyri-formal təlim

Qiymətləndirmə 

metodu

Qiymətləndirmə 

sxemi

İşə yanaşma

Qiymətləndirmə 

paketi

4



5

yanaşı, aşağıdakılar daxildir:

•  İşəgötürmə;

•  Karyera yüksəlişi;

•  Bilik və bacarıqlarda olan boşluqların və təlim ehtiyaclarının müəyyən 

edilməsi;

•  İşçi heyətinin qiymətləndirilməsi.

Qiymətləndirməni  planlaşdıran  zaman  onun  xarakterik  cəhətlərinə  xüsusi 

diqqət yetirmək lazımdır: qiymətləndirmə hansı interval çərçivəsində həyata 

keçirilməlidir,  hansı  hədəflər  müəyyən  edilməlidir,  hansı  qiymətləndirmə 

metodları  daha  məqsədəuyğundur.  Qiymətləndirmə  sxemi  aşağıdakı 

qiymətləndirmə  metodlarından  2  və  ya  3-nü  əhatə  etməlidir:  i)  Əmək 

fəaliyyətinin  müşahidə  edilməsi;  ii)  İşin  nəticəsinin  qiymətləndirilməsi;  iii) 

Simulyasiya; iv) Suallar (şifahi və ya yazılı); v) Layihə işi; vi) Portfel əsasında 

qiymətləndirmə;  vii)  Dinləmə  qiymətləndirməsi;  viii)  Fərdi  araşdırmalar;  ix) 

Müştəri  qiymətləndirməsi  (məsələn,  müştəri  sorğu  formaları),  ekspert  və 

şəxsi qiymətləndirmə və s.

Peşə  standartı  və  peşə  standartı  üzrə  qiymətləndirmə  arasındakı  əlaqə 

aşağıdakı sxemdə göstərilmişdir.

  

Ölkədə əmək bazarının inkişafına, beynəlxalq təcrübədə qəbul edilmiş uçot 



və statistikaya uyğun olaraq ISCO-08 təsnifatından istifadə edilməklə, onun 

genişləndirilməsi  əsasında  2010-cu  ildə  hazırlanmışdır.  Onun  strukturu 

ISCO-08 təsnifatının strukturu ilə eynidir. MT Standartlaşdırma, Metrologiya 

və Patent üzrə Dövlət Komitəsinin 20 Dekabr 2010-cu il 180 saylı qərarı ilə  

təsdiq edilmiş və AZT041-2010 nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

Yüksək oxşarlıq dərəcəsinə malik əsas vəzifə və fəaliyyətlərdən ibarət olan 

işlərin  məcmusudur.  Şəxsin  hər  hansı  bir  peşə  ilə  bağlılığı  onun  hazırda 

tutduğu vəzifə, əlavə və ya əvvəlki işləri vasitəsi ilə müəyyən olunur. 

Konkret  peşə  sahələrində  işçilərin  yerinə  yetirdikləri  əmək  funksiyalarına 

Peşə

Məşğulluq təsnifatı 

(MT)

Peşə standartı üzrə 

qiymətləndirmənin hazırlanması 

metodologiyası/proseduraları

Vəzifələr / fəaliyyətlər

.



Qiymətləndirmə sxemləri

Fəaliyyət meyarı

.

.

Qiymətləndirmə proqramı 



(metodlar, şərtlər və s.)

 

 



 

Peşə standartı

Təlim standartı

Qiymətləndirmə



Peşə standartı


6

qoyulan  ümumi  tələbləri  sistemli  şəkildə  əks  etdirən  normativ  sənəddir. 

O, müvafiq səriştələr çərçivəsində işçinin bilik, bacarıq və vərdişləri nəzərə 

alınmaqla, onun yerinə yetirməsi gözlənilən konkret vəzifə öhdəliklərinin və 

fəaliyyətlərin siyahısını özündə ehtiva edir. Peşə standartı işdəki rolu təyin 

etməyə,  işçinin  fəaliyyətini  qiymətləndirməyə,  eləcə  də,  təkmilləşmə,  peşə 

yüksəlişi üçün yollar müəyyən etməyə və hazırlamağa kömək edə bilər. 

Peşə standartları ISCO-ya uyğun olaraq təsnifatlaşdırılır.

Qiymətləndirmə  hər  hansı  bir  sahədə  səriştənin  aşkar  edilməsi  məqsədilə 

fərdin fəaliyyətinin aydın şəkildə müəyyən edilmiş standartlar ilə müqayisədə 

ədalətli  və  dəqiq  şəkildə  ölçülməsinə  imkan  verən  prosesdir.  İş  yerinin 

qiymətləndirilməsi prosesi iş yeri ilə bağlı gündəlik fəaliyyətin tərkib hissəsini 

təşkil edir. Qiymətləndirmə zamanı əldə edilən nəticələr fərdlərə öz işlərini 

necə  yerinə  yetirdiyini  öyrənməyə  imkan  verir.  Bu,  biliklərin,  bacarıqların, 

yanaşma  və  davranışın  inkişaf  etdirilməsində,  beləliklə,  səriştənin  nümayiş 

etdirilməsində onlara yardım edir.

Peşə standartı üzrə qiymətləndirmə nümunəsi qiymətləndirmə sxemi, fəaliyyət 

meyarları,  qiymətləndirməni  həyata  keçirmək  üçün  zəruri  qiymətləndirmə 

metodları və resurslarını əhatə edir.

Beynəlxalq  Əmək  Təşkilatının  (BƏT)  məsul  olduğu  əsas  beynəlxalq 

təsnifatlardan  biri  olmaqla,  beynəlxalq  iqtisadi  və  sosial  təsnifat  qrupuna 

daxildir.

ISCO iş prosesində qarşıya qoyulan vəzifə və fəaliyyətlərə müvafiq şəkildə 

müəyyən  edilmiş  qruplara  uyğun  olaraq  işlərin  təşkilində  vasitə  rolunu 

oynayır. Onun əsas vəzifələri aşağıdakıları təmin etməkdən ibarətdir: 

•  Peşələrə dair statistik və inzibati məlumatların beynəlxalq hesabatını, 

müqayisəsini  və  mübadiləsini  həyata  keçirmək  üçün  baza  rolunu 

oynamaq;


•  Peşələrin milli və regional təsnifatlarının hazırlanması üçün model 

rolunu oynamaq;

•  Bilavasitə  özlərinin  milli  təsnifatını  hazırlamayan  ölkələrdə  tətbiq 

oluna biləcək sistem rolunu oynamaq.

O,  statistik  və  müştəri  yönümlü  proqramlar  üçün  nəzərdə  tutulmuşdur. 

Müştəri yönümlü proqramlara iş axtaranların iş yerlərinə yönəldilməsi, ölkələr 

arasında işçilərin qısa və uzunmüddətli miqrasiyasının idarə edilməsi, peşə 

təlimi proqramları və təlimatlarının hazırlanması daxildir.

ISCO-nun ilk versiyası 1957-ci ildə qəbul edilmiş, daha sonra isə ISCO-68, 

ISCO-88 və hazırkı ISCO-08 versiyaları hazırlanmışdır.

Müvafiq əmək fəaliyyətini həyata keçirə bilmək üçün lazımi səviyyədə bilik, 

bacarıq, yanaşma və davranışa malik olmaqdır.

İş  kontekstində  istifadə  olunan  “Səriştə”  anlayışı  iş  yerində  tətbiq  olunan 

Səriştə

Peşə standartı üzrə 

qiymətləndirmə 

nümunəsi

Peşələrin Beynəlxalq 

Standart Təsnifatı 

(ISCO)



7

bacarıqları  əks  etdirir.  Səriştə  şəxs  nəyi  bilir  (bilik),  nəyi  bacarır  (bacarıq), 

nəyi  etmək  istəyir  (yanaşma)  və  bunu  necə  edir  (davranış)  məhfumlarının 

birləşməsinin nəticəsidir. Beləliklə, səriştə işi yerinə yetirmək üçün lazım olan 

texniki peşə elementləri, ümumi şəxsi xüsusiyyətlər və istəklərin birləşməsidir.

Səriştələr həmçinin işçinin fəaliyyətinin qiymətləndirilməsi üçün baza rolunu 

oynayır.

1970-ci illərin əvvəllərində UNESCO tərəfindən həm ayrı-ayrı ölkələrdə, həm 

də beynəlxalq səviyyədə təhsilə dair statistik məlumatların əldə olunması, 

toplanması və təqdim olunmasına xidmət edən bir vasitə kimi hazırlanmışdır. 

ISCED 1975-ci ildə Cenevrədə keçirilən Təhsilə dair Beynəlxalq Konfransda 

qəbul  edilmiş  və  daha  sonra  1978-ci  ildə  Parisdə  keçirilən  UNESCO-nun 

Ümumi Konfransında qüvvəyə minmişdir.

İş yerində vəzifə və fəaliyyətlərin yerinə yetirilməsi üçün zəruri səriştələri 

(bilik, 

bacarıq və yanaşmaları) təsvir edir. Bu səbəbdən, onlar fəaliyyət meyarları 

hesab edilir və aşağıdakı hallarda istifadə olunur:

•  istehsaldan ayrılmadan peşə təlimlərinin hazırlanması;

•  istifadəyə  yararlı  səriştələrin  inkişaf  etdirilməsi  və  təmin  olunması 

üçün təlim institutları ilə müəssisələr arasında əlaqə;

•  peşə təlimləri üçün təhsil standartları və kurikulumların hazırlanması.

İşin icrası üçün zəruri olan fəaliyyətləri əhatə edir.



Vəzifə

Təhsilin Beynəlxalq 

Standart Təsnifatı 

(ISCED)

Təlim standartı


8

Mündəricat

A. NÜMUNƏVİ PEŞƏ STANDARTI..........................................................................................................   9

A.1. İşə dair xüsusi məlumat...............................................................................................................   9

A.1.1. Əmək şəraiti və standartları......................................................................................................................   

9

A.1.2. Məşğulluq göstəriciləri və tələbləri.......................................................................................................   



9

A.1.3. Tabeçilik.............................................................................................................................................................   

10

A.1.4. Peşə standartları üçün məsuliyyət və sərbətslik səviyyələri......................................................   



10

A.1.5. Karyera yüksəlişi və sərbəst məşğulluq imkanları..........................................................................   

11

A.2. Əsas vəzifələrin (V) və vəzifələr daxiLində fəaliyyətlərin (F) siyahısı........................ 11



A.3. Səriştələr haqqında ............................................................................................................. 12

A.4. Qiymətləndirmələr haqqında..................................................................................................  12

B. PEŞƏ STANDARTI ÜZRƏ QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ

B.1. Fəaliyyət meyarları ...........................................................................................................................  13

B.2. Qiymətləndirmə ilə bağlı resurslar ............................................................................................  14

B.3. Qiymətləndirmə metodları ...........................................................................................................  14

B.3.1. Fəaliyyətin qiymətləndirilməsi................................................................................................................  

14

B.3.2. Yazılı qiymətləndirmə.................................................................................................................................  



16

B.4.  Nəticələrin  qeydə  alınması.........................................................................................................    18

C. NÜMUNƏVİ TƏLİM STANDARTI ....................................................................................................  19

C.1. Səriştələrin qısa təsviri.................................................................................................................  19

C.2. Təlim ilə bağlı xüsusi məlumat.................................................................................................  22

C.2.1. Təlimin növləri..............................................................................................................................................  

22

C.2.2. Təlimin istiqaməti........................................................................................................................................  



22

C.2.3. Əvvəlki təlimin tanınması........................................................................................................................  

22

Peşə standartının hazırlanması prosesində iştirak etmiş müəssisə nümayəndələrinin 



siyahısı...............................................................................................................................................................  23

ISCO88/08-ə  uyğun  təkmilləşdirilmiş  peşə  standartlarının  və  əlaqədar  təlim 

standartlarının hazırlanması layihəsi tərəfindən prosesin əlaqələndirilməsində iştirak

etmiş  şəxslərin  siyahısı.............................................................................................................................    23

İstinadlar.........................................................................................................................................................    24



9

A. Nümunəvı̇ Peşə Standartı

Bitkiçilik təsərrüfatı meneceri



Peşənin qısa təsviri

Bitkiçilik təsərrüfatında işi planlaşdırmaq, idarə və nəzarət etmək, hesabat vermək. Menecer bitkiçilik 

təsərrüfatı ilə bağlı dərin texniki və texnoloji biliklərə, eləcə də idarəetmə bacarıqlarına malik olur.

Məşğulluq Təsnifatında (MT) peşənin kodu:  6111 (Baş menecer, kənd təsərrüfatı)

MT-də ixtisas (bacarıq) səviyyəsi:

3 (təklif olunur)



ISCO 08-də işin kodu: 

6111 (General manager, agriculture)



ISCO 08-də ixtisas (bacarıq) səviyyəsi:

2

Hazırlanma tarixi:

İyun, 2011-ci il

Təsdiq edən qurum:

……

Təsdiq tarixi:

……

Təklif olunan yenilənmə tarixi:

İyun, 2016-cı il

Oxşar peşəyə eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 

kollegiyasının 5-3 nömrəli 24 iyun 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş Kənd təsərrüfatı sahəsinə 

aid  olan  qulluqçu  vəzifələrinin  Vahid  Tarif-İxtisas  Sorğu  Kitabçasında  “Kənd  təsərrüfatının  bitkiçilik 

sahəsində müəssisə rəhbəri” adı altında (Hissə 79, peşə N: 1-1) rast gəlinir.



A.1. İŞƏ DAİR XÜSUSİ MƏLUMAT

 

A.1.1. ƏMƏK ŞƏRAİTİ

•  İş təsərrüfatın ərazisində həyata keçirilir;

•  İş fəsildən asılı olaraq həftədə 7 gün, dəyişkən iş saatlarında görülə bilər;

•  İş şəraiti çirkli və fiziki cəhətdən ağır ola bilər;

•  Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları Azərbaycan Respublikasının Konstitusiyası, 

Əmək Məcəlləsi, Texniki təhlükəsizlik haqqında Qanun və digər müvafiq qanunvericilik aktları 

ilə müəyyən olunur.

 

A.1.2. İŞƏ QƏBUL TƏLƏBLƏRİ

•  İşə qəbul olunarkən sağlamlığı haqqında tibbi arayış, sonradan vaxtaşırı icbari tibbi müayinədən 

keçməsi haqqında tibbi arayış təqdim olunur (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 

qərarı və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müvafiq əmrlərinə uyğun olaraq).

•  Əmək  münasibətləri  Azərbaycan  Respublikasının  Konstitusiyası,  Əmək  Məcəlləsi  və  digər 

hüquqi-normativ aktlarla tənzimlənir.



10

A.1.3. TABEÇİLİK

Kimə tabedir: Sahibkar və ya müəssisənin rəhbərliyi.

Kim ona tabedir: Daimi və mövsümi köməkçi işçilər.

 A.1.4. PEŞƏ STANDARTLARI ÜÇÜN MƏSULİYYƏT VƏ MÜSTƏQİLLİK SƏVİYYƏLƏRİ

Səviyyələr

Məsuliyyət, fəaliyyətlərin mürəkkəbliyi və müstəqillik

Uyğun gələn 

səviyyə

1

Planlaşdırılmış qaydada birbaşa nəzarət altında işləmək



İş  təkrarlanan  xarakterə  malikdir  və  mürəkkəb  olmayan  bir  neçə 

funksiyanı əhatə edir.

2

Nəzarət altında işləmək, kiçik səlahiyyətlərə malik olmaq



Təcrübə  tələb  edən  fəaliyyətlərin  yerinə  yetirilməsi  və 

əlaqələndirilməsi üçün məsuliyyət daşımaq

Öz fəaliyyətlərini planlaşdırmaq və nəticələri barədə hesabat vermək

Digər şəxslərlə əməkdaşlıq etmək və komandada işləmək

3

Əvvəlcədən məlum olan vəzifə və fəaliyyətlər çərçivəsində müstəqil 



idarəetmə və komandanın idarə edilməsini həyata keçirmək (eyni 

zamanda həm idarəetmə, həm də istehsal subyekti kimi çıxış etmək)

İşə  yanaşmasını  dəyişən  şəraitə  uyğunlaşdırmaq  və  dövri 

problemlərin həlli zamanı elementar nəzəriyyələrdən istifadə etmək

Digər  şəxslərin  gündəlik  işinə  nəzarət  etmək,  əmək  fəaliyyətinin 

qiymətləndirilməsi üçün məsuliyyət daşımaq və işin təkmilləşdirilməsi 

ilə bağlı təkliflər vermək

İşçilərə rəhbərlik etmək

Mürəkkəb fəaliyyətləri əlaqələndirmək və yerinə yetirmək. Ümumi 

təcrübədən istifadə etməklə xüsusi yeni fəaliyyətlər müəyyən etmək

4

Yeni və çox vaxt yaradıcı metodlar tələb edən məsələlərlə məşğul 



olmaq.  Mürəkkəb  məsələlərin  həllində  geniş  təcrübədən  istifadə 

etmək


Gözlənilməz dəyişiklik olduğu halda əmək fəaliyyətinə rəhbərlik və 

nəzarəti həyata keçirmək

Özü  və  başqaları  üçün  fəaliyyət  meyarları  hazırlamaq,  onları 

nəzərdən keçirmək və təkmilləşdirmək 

Gözlənilən  və  ya  gözlənilməz  iş  rejimi  şəraitində  qərarların  qəbul 

edilməsinə məsuliyyət daşımaq

Fərdlərin  və  qrupların  peşəkar  inkişafının  idarə  olunmasına 

məsuliyyət daşımaq

Fəaliyyətləri müşahidə etmək, qiymətləndirmək, müvafiq hesabatlar 

hazırlamaq və dəyişikliklər təklif etmək




11

A.1.5. KARYERA YÜKSƏLİŞİ VƏ SƏRBƏST MƏŞĞULLUQ İMKANLARI

•  Lazımi kapital mövcud olduğu və səriştələr biznes bacarıqları sahəsində təlim ilə tamamlandığı 

təqdirdə sərbəst məşğulluq imkanları vardır.

A.2. ƏSAS VƏZİFƏLƏRİN (V) VƏ VƏZİFƏLƏR DAXİLİNDƏ FƏALİYYƏTLƏRİN (F) 

SİYAHISI

V.1  Becərmə, istehsal və satışın planlaşdırılması və icrası:

F.1.1.  Bazar tələbi və becərmə imkanlarının qiymətləndirilməsi əsasında becərilməli olan bitkilərin

növü və miqdarının müəyyən edilməsi;

F.1.2.  İllik məhsul üçün biznes plan və büdcə tərtib etmək;

F.1.3.   Xammal və materialların alınması, istehsal olunmuş məhsulların satışı barədə təkliflər vermək, 

istehsal məhsullarının satışını planlaşdırmaq və icra etmək; 

F.1.4.  Toxum, şitil, gübrə, lazımi kənd təsərrüfatı maşın və avadanlıqlarının seçilməsi və satın

alınması;

F.1.5.  Maşın və avadanlıqların hazırlanması;

F.1.6.  Torpağın və bitkilərin gübrələnmə prosesinə hazırlanması, prosesə və irriqasiya sisteminə

nəzarət;

F.1.7.  Pestisidlərin növünü müəyyən etmək və onları hazırlamaq; 

F.1.8.  Heyəti və əlavə mövsümi işçi qüvvəsini hazırlamaq;

F.1.9.  İllik texniki xidmət planını hazırlamaq.

 

V.2. Becərmə və məhsul yığımı prosesi:

F.2.1.    Fəaliyyətləri istiqamətləndirmək, köməkçi və ya mövsümi işçiləri təlimatlandırmaq;

F.2.2.    Toxum səpininə və ya əkinə nəzarət etmək;

F.2.3.    Avadanlıq və tikililərin texniki xidmətini həyata keçirmək, onları materiallarla təmin etmək;

F.2.4.    Problemləri aşkar etmək və onları aradan qaldırmaq; 

F.2.5.    Alaq etmək və toxalamaq;

F.2.6.    Mövsümdən kənar yetişdirməni istiqamətləndirmək;

F.2.7.     Məhsulun artım keyfiyyətini qiymətləndirmək və yaxşılaşdırma işlərini həyata keçirmək;

F.2.8.    Məhsul yığımını yetişmə, hava şəraiti və bazara uyğun şəkildə planlaşdırmaq və həyata

keçirmək;

F.2.9.    Məhsulun saxlanmasına və bazara daşınmasına nəzarət etmək;

F.2.10.  Torpağı növbəti mövsümə hazırlamaq.



V.3. Əlavə fəaliyyət:

F.3.1.   Tikililərin, avadanlıq və materialların texniki xidmətini həyata keçirmək;

F.3.2.  Əlavə istehsal və ya alternativ xidmətləri planlaşdırmaq və həyata keçirmək.



12

V.4.  Ticarət, uçot və hesabat: 

F.4.1.  İstehsal nəticələrini sənədləşdirmək və statistik hesabatları hazırlamaq;

F.4.2.  Məhsulun istehsalı, alqı-satqısı və saxlanması proseslərində iştirak etmək və qeydiyyat aparmaq;

F.4.3.  Maliyyə nəticələrinin uçotunu aparmaq;

F.4.4.  Maliyyə uçotu aparmaq;

F.4.5.  Hesabatlar hazırlamaq və müvafiq orqanlara təqdim etmək.

 

A.3. SƏRİŞTƏLƏR HAQQINDA

Fərdin  bitkiçilik  təsərrüfatı  meneceri  peşə  standartı  üzrə  vəzifə  və  fəaliyyətləri  həyata  keçirməsi 

üçün zəruri olan əsas səriştələr bitkiçilik təsərrüfatı meneceri peşəsi üzrə müvafiq təlim standartında 

göstərilmişdir (formal, qeyri-formal və informal təlimlər vasitəsilə əldə olunan bilik, bacarıq və davranış).



A.4. QİYMƏTLƏNDİRMƏLƏR HAQQINDA

Bu  peşədə  fərdin  fəaliyyətinin  qiymətləndirilməsi  prosesi  bitkiçilik  təsərrüfatı  meneceri  peşəsi  üzrə 

müvafiq peşə standartının qiymətləndirilməsində öz əksini tapır. Fərdin sistemli qiymətləndirilmələr 

vasitəsilə qiymətləndirilməsi işəgötürənə müxtəlif məqsədlər (yəni işəgötürmə, karyerada irəli çəkmə, 

heyətin qiymətləndirilməsi, təlim ehtiyaclarının qiymətləndirilməsi) baxımından faydalı ola bilər.



13

B. Peşə standartı üzrə

qiymətləndirmə nümunəsi

     Bitkiçilik təsərrüfatı meneceri



Qiymətləndirməyə dair qısa məlumat

Bitkiçilik üzrə təsərrüfat menecerləri üçün qiymətləndirmə nümunəsi təsərrüfatda becərmə, istehsal 

və satışın planlaşdırması ilə əlaqədar tələb olunan bilik və bacarıqları müəyyən edir. Qiymətləndirmə 

nümunəsi  həmçinin  səriştələr  sahəsində  fərdin  güclü  və  zəif  tərəflərini  müəyyən  edir.  Menecerin 

məhsuldarlığı işlərin idarə olunması, insanlararası əlaqə, komandanın inkişafı və problemlərin həlli kimi 

dörd əsas amil üzrə səriştələrdən asılıdır.

Hazırkı  peşə  üçün  tövsiyə  edilən  qiymətləndirmə  metodları  aşağıdakılardır:  (i)  fəaliyyətin 

qiymətləndirilməsi və (ii) yazılı testlər. Sözügedən peşə üçün qiymətləndirmə proqramının nümunəsi 

aşağıda verilmişdir.

Məşğulluq Təsnifatında (MT) peşənin kodu:  6111 (Baş menecer, kənd təsərrüfatı)

MT-də ixtisas (bacarıq) səviyyəsi:

3 (təklif olunur)



ISCO 08-də işin kodu: 

6111 (General manager, agriculture)



ISCO 08-də ixtisas (bacarıq) səviyyəsi:

2

Test versiyası:

01

Hazırlanma tarixi:

İyun, 2011-ci il



Təsdiq edən qurum:

……

Təsdiq tarixi:

……

B.1. FƏALİYYƏT MEYARLARI

 

Bu meyarlar peşə standartındakı vəzifə və fəaliyyətlərlə birbaşa əlaqəlidir. Onlar ölçülə bilən formada 

yazılmalıdır  ki,  qiymətləndirmə  nümunələri  hazırlayanlar  üçün  qiymətləndirmə  maddələrinin 

formalaşdırılmasında  faydalı  olsun.  Birinci  (V.1)  və  sonuncu  (V.4)  vəzifələrə  uyğun  gələn  fəaliyyət 

meyarları ilə bağlı nümunə aşağıda göstərilmişdir.

Fəaliyyət meyarı nümunəsi:

V.1. Becərmə, istehsal və satışın planlaşdırılması və icrası:

F.1.1.  Bazar tələbi və becərmə imkanlarının qiymətləndirilməsi əsasında becərilməli olan bitkilərin

növü və miqdarının müəyyən edilməsi;

F.1.2.  İllik məhsul üçün biznes plan və büdcə tərtib etmək;

F.1.3.  Xammal və materialların alınması, istehsal olunmuş məhsulların satışı barədə təkliflər vermək, 

istehsal məhsullarının satışını planlaşdırmaq və icra etmək; 




14

F.1.4.  Toxum, şitil, gübrə, lazımi kənd təsərrüfatı maşın və avadanlıqlarının seçilməsi və satın

alınması;

F.1.5.  Maşın və avadanlıqların hazırlanması;

F.1.6.  Torpağın və bitkilərin gübrələnmə prosesinə hazırlanması, prosesə və irriqasiya sisteminə 

nəzarət;


F.1.7.  Pestisidlərin növünü müəyyən etmək və onları hazırlamaq; 

F.1.8.  Heyəti və əlavə mövsümi işçi qüvvəsini hazırlamaq;

F.1.9.  İllik texniki xidmət planını hazırlamaq.

 . . .


V.4.  Ticarət, uçot və hesabat: 

F.4.1.  İstehsal nəticələrini sənədləşdirmək və statistik hesabatları hazırlamaq;

F.4.2.  Məhsulun istehsalı, alqı-satqısı və saxlanması proseslərində iştirak etmək və qeydiyyat aparmaq;

F.4.3.  Maliyyə nəticələrinin uçotunu aparmaq;

F.4.4.  Maliyyə uçotu aparmaq;

F.4.5.  Hesabatlar hazırlamaq və müvafiq orqanlara təqdim etmək.



B.2. QİYMƏTLƏNDİRMƏ İLƏ BAĞLI RESURSLAR

a)  Material və komponentlər: qüsurlu ferma materialları.

b)  Alət və avadanlıqlar: nasazlığı olan ferma avadanlıqları.

c)  İstehlak malları: ehtiyac yoxdur.



B.3. QİYMƏTLƏNDİRMƏ METODLARI

Fərdin  səriştəsini  qiymətləndirmək  məqsədilə  aşağıdakı  iki  metoddan  istifadə  olunur:  (i)  fəaliyyətin 

qiymətləndirilməsi və (ii) yazılı test.

B.3.1. FƏALİYYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİ

İcra müddəti:  30 dəqiqə.

İşlərin sayı:  1.

İşlərin icrasını qiymətləndirmək üçün meyarlar işəgötürən tərəfindən müəyyən olunur.



Əhatə olunan sahələr

30%  Becərmə, istehsal və satışın planlaşdırılması və icrası:

•  Bazar tələbi və becərmə imkanlarının qiymətləndirilməsi əsasında becərilməli olan bitkilərin 

növü və miqdarının müəyyən edilməsi;

•  Xammal və materialların alınması, istehsal olunmuş məhsulların satışı barədə təkliflər vermək, 

istehsal məhsullarının satışını planlaşdırmaq və icra etmək; 

•  Toxum, şitil, gübrə, lazımi kənd təsərrüfatı maşın və avadanlıqlarının seçilməsi və satın alınması;




15

•  Maşın və avadanlıqların hazırlanması;

•  Torpağın  və  bitkilərin  gübrələnmə  prosesinə  hazırlanması,  prosesə  və  irriqasiya  sisteminə 

nəzarət; 

•  Pestisidlərin növünü müəyyən etmək və onları hazırlamaq; 

•  Heyəti və əlavə mövsümi işçi qüvvəsini hazırlamaq;

•  İllik texniki xidmət planını hazırlamaq.

30%  Becərmə və məhsul yığımı prosesi: 

•  Fəaliyyətləri istiqamətləndirmək, köməkçi və ya mövsümi işçiləri təlimatlandırmaq;

•  Toxum səpininə və ya əkinə nəzarət etmək;

•  Avadanlıq və tikililərin texniki xidmətini həyata keçirmək, onları materiallarla təmin etmək;

•  Problemləri aşkar etmək və onları aradan qaldırmaq; 

•  Alaq etmək və toxalamaq;

•  Mövsümdən kənar yetişdirməni istiqamətləndirmək;

•  Məhsulun artım keyfiyyətini qiymətləndirmək və yaxşılaşdırma işlərini həyata keçirmək;

•  Məhsul  yığımını  yetişmə,  hava  şəraiti  və  bazara  uyğun  şəkildə  planlaşdırmaq  və  həyata 

keçirmək;

•  Məhsulun saxlanmasına və bazara daşınmasına nəzarət etmək;

•  Torpağı növbəti mövsümə hazırlamaq.  



15%  Əlavə fəaliyyət:

•  Tikililərin, avadanlıq və materialların texniki xidmətini həyata keçirmək;

•  Əlavə istehsal və ya alternativ xidmətləri planlaşdırmaq və həyata keçirmək.

25%  Ticarət, uçot və hesabat:

•  İstehsal nəticələrini sənədləşdirmək və statistik hesabatları hazırlamaq;

•  Məhsulun  istehsalı,  alqı-satqısı  və  saxlanması  proseslərində  iştirak  etmək  və  qeydiyyat 

aparmaq;


•  Maliyyə nəticələrinin uçotunu aparmaq;

•  Maliyyə uçotu aparmaq;

•  Hesabatlar hazırlamaq və müvafiq orqanlara təqdim etmək.

İş nümunəsi 1: Avadanlıqların, strukturların və ya materialların təftiş edilməsi.

Maksimum müddət: 30 dəqiqə.

İştirakçının görəcəyi işlər: İştirakçı qüsurların, digər problem və ya nasazlıqların səbəbini müəyyən 

etmək məqsədilə avadanlıqları, strukturları və ya materialları təftiş etməlidir.




16

B.3.2. YAZILI QİYMƏTLƏNDİRMƏ

İcra müddəti: 20 dəqiqə. 

Sualların sayı: 15.

Yazılı  qiymətləndirməni  keçmək  üçün  tələb  olunan  düzgün  cavabların  sayı  işəgötürən  tərəfindən 

müəyyən olunur.

Tövsiyə olunan nisbət: 70%.



Əhatə olunan vəzifələr

30%  Bitkilərin becərilməsi və satışı proseslərinin planlaşdırılması və hazırlanmasıı 

20%  Becərilmə və məhsul yığımı prosesi;  

20%  Əlavə tədbirlər;

30%  Ticarət, mühasibat və hesabat.  

Sual nümunələri:

1. Müəssisənin ən münasib məqsədi hansıdır?

A. Səhmdarın sərvətinin maksimum səviyyədə artırılması 

B. Mənfəətin maksimum səviyyədə artırılması 

C. Səhmdarların sayının maksimum səviyyədə artırılması 

D. EPS-in maksimum səviyyədə artırılması 

2. Müəssisənin sərvətində payı olan bütün tərəflər necə adlanır?

A. Səhmdarlar 

B. Payçılar 

C. Kreditorlar

D. Müştərilər 

3. “Prioritetləşdirmə” termini _______ ilə münasibətdə istifadə edilir. 

A. vaxtın idarə edilməsi 

B. problemlərin həll edilməsi 

C. təşkilatı sxemin hazırlanması 

D. sualların siyahısının hazırlanması 

4. Heriyə qoyulmuş torpaq

A. suvarılır 

B. yüksək turşuluq səviyyəsinə malikdir 

C. zəngin subasardır 

D. şumlanmış, lakin əkilməmiş torpaqdır 



17

E. tərkibində xeyli miqdarda gil vardır 

5. Bunlardan hansı yem bitkisi deyildir?

A. qarğıdalı 

B. yonca 

C. kartof 

D. qarayonca 

E. qırtıc 

6. Tərkibində qum, gil və çürüntü peyin olan torpaq necə adlanır? 

A. münbit torpaq 

B. şora 

C. əlavə maddəli 

D. elüvium 

E. daşınan torpaq 

7. Aşağıdakılar biri istisna olmaqla torpağın yaxşı saxlanılmasının nümunəsidir 

A. kontur boyu şumlama 

B. torpağın becərilməsi 

C. bitki örtüyü 

D. məhsulun rotasiyası 

E. gübrələrin əlavə edilməsi 

8. Holstein nədir? 

A. donuz cinsidir 

B. inək cinsidir 

C. süd səhəngidir 

D. Nyu-York hüquq şirkətində tərəfdaşdır 

9. Nə üçün qoyunlar daranır? 

A. Onların su içmək üçün kifayət qədər yaşlı olmasına əmin olmaq 

B. Onların yununu düzləşdirmək üçün 

C. onların yunlarını kəsmək üçün 

D. Hər bir qoyunu sürüdən ayırmaq üçün 

10. Heriyə qoyulmuş sahə… 

A. şumlanmış, lakin əkilməmişdir 

B. əkilmişdir, lakin şumlanmamışdır 

C. nə şumlanmış, nə də əkilmişdir 

D. Nəqliyyat vasitələrinin hərəkət etməsi üçün kifayət qədər şumlanmışdır 



18

11. Elmi kənd təsərrüfatı necə adlanır? 

A. Farmakologiya 

B. Aqronomiya 

C. Elmşünaslıq 

D. Horra 

12. Aşağıdakı sözlərdən hansı biri təzə meyvə və tərəvəz anlamını verir?

A. Ferma sahəsi 

B. Yığım 

C. Məhsul 

D. Kisələr 

13. Aşağıdakı məhsullardan hansı biri fermadan deyildir?

A. Süd 

B. Yumurta 



C. Dəniz məhsulları 

D. Ət 


14. Sözləri onların baş vermə ardıcıllığına uyğun olaraq düzün. 

__________, ___________, __________, __________

A. Becərmək / sulamaq 

B. Məhsul yığmaq 

C. Yemək 

D. Əkmək 

15. Cümləni müvafiq söz ilə tamamlayın. Yağışsız dövr olduqda gözlənildiyindən daha ___məhsul

 istehsal oluna bilər.

A. az

B. çox


B.4. NƏTİCƏLƏRİN QEYDƏ ALINMASI

Hər  bir  iştirakçı  üçün  fərdi  hesabatlar  hazırlanmalı  və  fəaliyyətin  qiymətləndirilməsi,  eləcə  də  yazılı 

qiymətləndirmə üzrə toplanan balların hesabatı onlara təqdim edilməlidir. Qiymətləndirmə bir nəfər 

üçün bir dəfədən artıq istifadə edildiyi təqdirdə hesabatda qiymətləndirmədən əvvəlki və sonrakı ballar 

arasındakı faiz dəyişikliyi də əks olunmalıdır.

“Peşə standartları üzrə qiymətləndirmənin hazırlanması proseduraları” adlı sənəddə qiymətləndirmə 

üzrə geniş nəzəri və praktiki məlumatlar verilmişdir.



19

C. Müəssisələr üçün nümunəvi 

təlim standartı

     Bitkiçilik təsərrüfatı meneceri



Təlim standartına dair qısa məlumat

Hazırkı təlim standartı bitkiçilik təsərrüfatı ilə məşğul olan müəssisələr, təlim mərkəzləri və institutları, 

təlim iştirakçıları üçün hazırlanmışdır. İşlə bağlı səriştənin nümayiş etdirilməsi üçün tələb olunan bilik 

və bacarıqların əldə edilməsinə xidmət edən təlim proqramları, kurikulumlar və təlim materiallarının 

hazırlanmasında  bu  standartdan  təlimat  kimi  istifadə  etmək  olar.  Bu  standart  əsasında  hazırlanmış 

təlim bitkiçilik təsərrüfatı meneceri peşəsi üzrə əsas səriştələrə malik olan, mövcud bilik və bacarıqlarını 

inkişaf etdirmək, geniş profilə malik olmaq, yaxud işdə məhsuldarlığını artırmaq istəyən şəxslər üçün 

də uyğun ola bilər.



Məşğulluq Təsnifatında (MT) (bu təlimin 

müvafiq olduğu) peşənin kodu: 

6111 (Baş menecer, kənd təsərrüfatı)



MT-də ixtisas (bacarıq) səviyyəsi:

3 (təklif olunur)



ISCO 08-də işin kodu: 

6111 (General manager, agriculture)



ISCO 08-də ixtisas (bacarıq) səviyyəsi:

2

Milli İxtisas Çərçivəsi ilə əlaqə:



ISCED-də kodu:

62

Hazırlanma tarixi:

İyun, 2011-ci il

Təsdiq edən qurum:

……

Təsdiq tarixi:

……

Təklif olunan yenilənmə tarixi:

İyun, 2016-cı il



C.1. SƏRİŞTƏLƏRİN QISA TƏSVİRİ

Bilik:

•  Məhsul istehsalı və yerli kənd təsərrüfatının səciyyəvi xüsusiyyətləri;

•  Toxum, bitki və torpaqların növləri;

•  Əkin, becərmə və məhsul yığımı üzrə texnika və avadanlıqlar;

•  Məhsulun saxlanması və (toxum) emalı üsulları;

•  Fermer təsərrüfatının alternativ formaları;

•  Hesablama və büdcənin tərtibi;

•  Kənd təsərrüfatı sahələri ilə bağlı hüquqi norma və standartlar;

•  Xammal və enerji sərfiyyatına qənaət etmək üçün metodlar;

•  Kənd təsərrüfatı sahələri ilə bağlı ətraf mühitin mühafizəsi.




20

Bacarıq:

•  İstehsalın planlaşdırılması, xammal və ehtiyatların seçilməsi;

•  Təsərrüfat fəaliyyətlərinin səmərəli idarə olunması;

•  Məhsulların gübrələnməsi və qorunması;

•  Texniki nasazlıqların üzə çıxarılması və həll yollarının müəyyənləşdirilməsi;

•  Uyğun əl və mexaniki alətlərdən istifadə;

•  Danışıqların aparılması və alqı-satqı işlərinin tamamlanması.

Yanaşma:

•  İşə sahibkarlıq aspektindən yanaşmaq;

•  Fərdi intizam qaydalarına riayət etmək və təşəbbüskarlıq göstərmək;

•  Razılaşdırılmış plana əsasən işi dəqiqliklə icra etmək;

•  Keyfiyyətə diqqət yetirmək;

•  Heyəti və mövsümi işçiləri təlimatlandırmaq və idarə etmək.



Əlavə / ümumi səriştələr: 

•  Bitkiçilik təsərrüfatının inkişafında yeni üsullara yaradıcı yanaşmaq;

•  Araşdırma və təcrübələrin aparılmasında İT-dən istifadə;

•  İngilis və rus dillərində oxumaq bacarığı;

•  Botanika, biologiya və kimya  sahəsində biliklər;

•  Biznesin planlaşdırılması və riyaziyyat sahəsində biliklər;

•  Yaxşı ünsiyyət bacarığı;

•  Yaxın gələcəkdə İT, İnternet və əl alətlərinin istifadəçisi olmaq;

•  Bir neçə məhsul üzrə ixtisaslaşmaq üçün geniş səriştələr;

•  Avtomatlaşdırılmış istehsal potensialı sahəsində biliklər.

Peşə standartına uyğun olaraq, bu peşə üzrə təcrübi və nəzəri təlim keçən bitkiçilik təsərrüfatı meneceri 

yuxarıda göstərilən səriştələri qazanmaqla, aşağıdakı vəzifə və fəaliyyətləri yerinə yetirə bilər:



Əsas vəzifələrin (V) və vəzifələr daxilində fəaliyyətlərin (F) siyahısı 

1

 

V.1  Becərmə, istehsal və satışın planlaşdırılması və icrası:

F.1.1.  Bazar tələbi və becərmə imkanlarının qiymətləndirilməsi əsasında becərilməli olan bitkilərin

növü və miqdarının müəyyən edilməsi;

F.1.2.  İllik məhsul üçün biznes plan və büdcə tərtib etmək;

F.1.3.   Xammal və materialların alınması, istehsal olunmuş məhsulların satışı barədə təkliflər vermək, 

istehsal məhsullarının satışını planlaşdırmaq və icra etmək; 

F.1.4.  Toxum, şitil, gübrə, lazımi kənd təsərrüfatı maşın və avadanlıqlarının seçilməsi və satın

alınması;

1.   Müvafiq sahə üçün olan peşə standartındakı ilə eynidir.



21

F.1.5.  Maşın və avadanlıqların hazırlanması;

F.1.6.  Torpağın və bitkilərin gübrələnmə prosesinə hazırlanması, prosesə və irriqasiya sisteminə

nəzarət;


F.1.7.  Pestisidlərin növünü müəyyən etmək və onları hazırlamaq; 

F.1.8.  Heyəti və əlavə mövsümi işçi qüvvəsini hazırlamaq;

F.1.9.  İllik texniki xidmət planını hazırlamaq.

 

V.2. Becərmə və məhsul yığımı prosesi:

F.2.1.    Fəaliyyətləri istiqamətləndirmək, köməkçi və ya mövsümi işçiləri təlimatlandırmaq;

F.2.2.    Toxum səpininə və ya əkinə nəzarət etmək;

F.2.3.    Avadanlıq və tikililərin texniki xidmətini həyata keçirmək, onları materiallarla təmin etmək;

F.2.4.    Problemləri aşkar etmək və onları aradan qaldırmaq; 

F.2.5.    Alaq etmək və toxalamaq;

F.2.6.    Mövsümdən kənar yetişdirməni istiqamətləndirmək;

F.2.7.     Məhsulun artım keyfiyyətini qiymətləndirmək və yaxşılaşdırma işlərini həyata keçirmək;

F.2.8.    Məhsul yığımını yetişmə, hava şəraiti və bazara uyğun şəkildə planlaşdırmaq və həyata

keçirmək;

F.2.9.    Məhsulun saxlanmasına və bazara daşınmasına nəzarət etmək;

F.2.10.  Torpağı növbəti mövsümə hazırlamaq.

V.3. Əlavə fəaliyyət:

F.3.1.   Tikililərin, avadanlıq və materialların texniki xidmətini həyata keçirmək;

F.3.2.  Əlavə istehsal və ya alternativ xidmətləri planlaşdırmaq və həyata keçirmək.

V.4.  Ticarət, uçot və hesabat: 

F.4.1.  İstehsal nəticələrini sənədləşdirmək və statistik hesabatları hazırlamaq;

F.4.2.  Məhsulun istehsalı, alqı-satqısı və saxlanması proseslərində iştirak etmək və qeydiyyat aparmaq;

F.4.3.  Maliyyə nəticələrinin uçotunu aparmaq;

F.4.4.  Maliyyə uçotu aparmaq;

F.4.5.  Hesabatlar hazırlamaq və müvafiq orqanlara təqdim etmək.

 



22

C.2. TƏLİM İLƏ BAĞLI XÜSUSİ MƏLUMAT 

C.2.1. TƏLİMİN NÖVLƏRİ

Bu peşə üçün zəruri səriştələr aşağıda göstərilən təlim metodları vasitəsilə əldə edilə bilər: 



Formal təlim

Tövsiyə olunan formal təlim

Uyğun gələn 

təlim növü

Qeydlər

Tam orta təhsil

2

Texniki peşə təhsili və ya 



akkreditasiyadan keçmiş təlim 

müəssisəsində təlim

3

Orta ixtisas təhsili



İlkin  təhsil  akkreditə  olunmuş  peşə  təhsili  və  ya  orta 

ümumtəhsil məktəblərində həyata keçirilə bilər. Təlim yalnız 

kənd  təsərrüfatı  müəssisəsi  və  ya  bitkiçilik  təsərrüfatının 

təcrübəsinin öyrənilməsi ilə müşayiət olunmalıdır.

4

Ali təhsil



Digər:

Qeyri-formal və (və ya) informal təlim tələb olunan bilik, bacarıq və yanaşmanın genişləndirilməsinə 

şərait yarada bilər. Bəzən bitkiçilik təsərrüfatı meneceri zəruri səriştələri yalnız qeyri-formal və (və ya) 

informal təlim vasitəsi ilə əldə edə bilər.



Qeyri-formal təlim

İş  yerində,  təlim  mərkəzində  və  ya  bilavasitə  ixtisaslaşmış  təlimatçı  və  ya  usta  tərəfindən  keçirilən 

təlimdir. Qeyri-formal təlimin ən yaxşı yolu iş yerində usta yanında öyrənməkdir. 

Qeyri-formal təlim lazımi bilik və bacarıqları əldə etmək üçün təlim mərkəzləri tərəfindən təmin oluna 

bilər.

İnformal təlim

İnformal təlim ənənəvi ailə təsərrüfatında yer alır, tələb olu¬nan nəzəri və təcrübi bilikləri verir, lakin 

səriştələrin tanınması haqqında rəsmi sənədi təmin etmir.

C.2.2. TƏLİMİN İSTİQAMƏTİ

Normal  təlim istiqaməti ilkin peşə təhsili və ya orta təhsil almaqdır.

Peşə  istiqamətlərini  dəyişmək  istəyən  namizədlərə  praktiki  bacarıqlarını  yeni  sahədə  tətbiq  etmək 

imkanı o halda verilə bilər ki, təhsildəki oxşarlıqlar qəbul edilsin. Ümumi təhsil və ya alternativ peşə 

təhsilindən əldə edilən ümumi səriştələr yeni peşələrdə qəbul edilə və optimal halda ümumi təhsili 

tamamilə əvəz edə bilər.



C.2.3. ƏVVƏLKİ TƏLİMİN TANINMASI

Gələcəkdə  bitkiçilik  təsərrüfatı  sahəsində  ən  azı  2  il  təcrübəsi  olanlar  səriştələrin  yoxlanması  üçün 

imtahana müraciət edə və yalnız imtahanı keçdikdən sonra səriştələrin tanınması haqqında rəsmi sənəd 

əldə edə bilər.

2.  Orta təhsil ölkə vətəndaşları üçün icbari xarakter daşıdığından cədvəldə əks olunmayıb.

3.  Eyni zamanda təlimlər akkreditasiyadan keçmiş təlim mərkəzlərində həyata keçirilə bilər.

4.  Azərbaycanda səriştələrin tanınması üçün qiymətləndirmə sistemi hazırda mövcud deyildir.



23

Peşə standartının hazırlanması prosesində 

iştirak etmiş müəssisə nümayəndələrinin 

siyahısı



İştirakçının adı, soyadı:

Təşkilat və yeri:

1. Fizuli Mirzəyev

Elmi-tədqiqat Heyvandarlıq İnstitutu, Gəncə

2. Nəriman İsmayılov

Elmi-tədqiqat Heyvandarlıq İnstitutu, Gəncə

3. Gündüz Həsənov       

Səmədoğlu Atatürk şirkəti, Gəncə

4. Səadət Rüstəmova       

Səmədoğlu Atatürk şirkəti, Gəncə

5. İmmi Hüseynova     

Səmədoğlu Atatürk şirkəti, Gəncə

6. Arzu Quliyev         

Səmədoğlu Atatürk şirkəti, Gəncə

7. Əliabbas Cəfərov

Fərdi Sahibkar , Gəncə

ISCO88/08-ə uyğun təkmilləşdirilmiş 

peşə standartlarının və əlaqədar təlim 

standartlarının hazırlanması layihəsi 

tərəfindən prosesin əlaqələndirilməsində 

iştirak etmiş şəxslərin siyahısı:



Adı, soyadı:

Vəzifə:

1. Con Körli

Layihə rəhbəri

2. Elnur Vəzirov

Standartlar üzrə mütəxəssis

3. Nuranə Həsənova

Standartlar üzrə mütəxəssis

4. Firdovsi Mütəllimov

Ofis menecer



24

İstinadlar

5

   

1.  Beynəlxalq Əmək Təşkilatı (ILO), 2008-ci il. Peşələrin Beynəlxalq Standart Təsnifatı, 2008. 

http://www.ilo.org/public/english/bureau/stat/isco/isco08/index.htm

2.  Almaniyanın Peşə Təhsili və Təlimi üzrə Federal İnstitutu. 

http://www.bibb.de

3.  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 5-3 nömrəli 24 

iyun 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş Kənd təsərrüfatı sahəsinə aid olan qulluqçu vəzifələrinin 

Vahid Tarif-İxtisas Sorğu Kitabçasında “Kənd təsərrüfatının bitkiçilik sahəsində müəssisə rəhbəri” adı 

altında (Hissə 79, peşə N: 1-1) rast gəlinir

4.  Kanada Təchizat Şəbəkəsinin Sektor Şurası. 

http://www.supplychaincanada.org/en/NOS

5.  Amerika Birləşmiş Ştatları. İnformasiya Texnologiyaları üzrə Tərəfdaşlıq. Peşə Məlumat Şəbəkəsi. 

http://www.occupationalinfo.org/onet/

6.  Amerika Birləşmiş Ştatları. MyMajors bloqu. 

http://www.mymajors.com/

7.  Amerika Birləşmiş Ştatları. Karyera Test / Karyera Məsləhət şirkəti. 

http://dot-job-descriptions.careerplanner.com

8.  Böyük Britaniya. Milli Peşə Standartları üzrə məlumat bazası. 

http://www.ukstandards.co.uk/Pages/index.aspx

9.  Avstraliyada Peşə Təhsili və Təlimi üzrə məlumat bazası. 

http://training.gov.au/Search/Training

10.  Rusiya Sənayeçilər və Sahibkarlar Birliyi. İxtisasların İnkişaf etdirilməsi üzrə Milli Agentlik. 

http://nark-rspp.ru

11.  Yaponiya Daxili İşlər və Rabitə Nazirliyi: Statistika Bürosu. 

http://www.stat.go.jp

12.  Sinqapur Statistika Departamenti. 

http://singstat.gov.sg

13.  Türkiyə Peşə-İxtisas Qurumu. 

http://myk.gov.tr/

14.  Türkiyədə Peşə Təhsili və Təlimi Sisteminin Gücləndirilməsi. 

http://svet.meb.gov.tr

  5. Peşə standartı, peşə standartı üzrə qiymətləndirmə və təlim standarının hazırlanmasında istifadə edilmiş mənbələr.



25

Qeydlər 


Əlaqə vasitələri

Sosial Müdafiənin İnkişafı layihəsinin 

“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş 

peşə standartlarının və əlaqədar təlim 

standartlarının hazırlanması” tapşırığı

World Business Center, 4/2

Süleyman Rəhimov küçəsi 309

Bakı, AZ1009, Azərbaycan

Telefon: (+994 12) 597 3072



/

73

Faks:      (+994 12) 597 3074



E-poçt: 

  

office@dios.az 



Veb:       www.dios.az

Yüklə 159,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə