İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə1/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
  1   2   3   4   5   6   7   8   9   ...   106


 
 
 
 
İNKİŞAF –  
MƏQSƏDİMİZDİR 
 
ON BEŞİNCİ  KİTAB 
————— 
DEKABR 2005 - MART 2006 
 
 
 
AZƏRNƏŞR  
BAKI - 2014 


 
 

 
 
 
ÇIXIŞLAR * NİTQLƏR 
 
BƏYANATLAR * MÜSAHİBƏLƏR 
 
MƏKTUBLAR * MƏRUZƏLƏR 
 
MÜRACİƏTLƏR * FƏRMANLAR 
 
 
 
AZƏRNƏŞR  
BAKI - 2014 


 
 

BBK 32 
Ə 56
            
 
 
Buraxılışına məsul 
akademik 
 
        RAMİZ MEHDİYEV 
 
ƏLİYEV İLHAM 
Ə 56   İnkişaf – məqsədimizdir. B., Azərnəşr, 2014, 384 səh. 
 
Azərbaycan  Respublikasının Prezidenti  İlham Əliyevin oxuculara 
təqdim  olunan  çoxcildliyinin  bu  növbəti  cildində  Azərbaycanın  uğurla 
aparılan xarici siyasətinə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu qu-
ruculuğuna, regionların sosial  inkişaf  proqramının  həyata keçirilməsinə, 
cəmiyyətimizin  demokratikləşdirilməsi  istiqamətində  önəmli  nailiy-
yətlərə, eyni zamanda ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, 
çıxışları, tövsiyələri öz əksini tapmışdır. 
Kitabda  prezident  İlham  Əliyevin  Fransaya  işgüzar  səfəri  zamanı 
prezident Jak Şirak ilə, ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə 
Ermənistan  prezidenti  R.Köçəryanla  görüşdə  Ermənistan–Azərbaycan, 
Dağlıq  Qarabağ  münaqişəsinin  sülh  yolu  ilə  həllinə  dair  müzakirələrin 
materialları, Bakıya gəlmiş bir sıra xarici dövlət və hökumət, beynəlxalq 
təşkilatların  nümayəndələri  ilə  görüşləri,  KİV-lərə  verdiyi  bəyanat  və 
müsahibələri toplanmışdır. 
Bu  cilddə,  həmçinin  Azərbaycanda  «Rusiya  İli»nin  təntənəli  açılışı 
mərasimində  iştirak  etmək  üçün  prezident  Vladimir  Putinin  Bakıya 
səfəri,  İlham  Əliyevlə  bir  sıra  görüşlərindən,  ölkələr  arasında  ikitərəfli 
əlaqələrin,  səmərəli  beynəlxalq  əməkdaşlığın  daha  da  möhkəmlən-
məsindən  və  genişlənməsindən  bəhs  edən  materiallar  dərc  olunmuş, 
eyni  zamanda,  prezident  İlham  Əliyevin  Yaponiyaya  rəsmi  səfəri 
zamanı  dövlət  xadimləri,  şirkət  rəhbərləri,  nüfuzlu  dairələrin  nüma-
yəndələri ilə keçirdiyi görüşlərə, danışıqlara dair materiallar, Yaponiya 
televiziyasına verdiyi geniş məzmunlu müsahibə öz əksini tapmışdır. 
 
İSBN  978-9952-8100-7-3 
 
32
-
ББК
     
          
          
2014
651(07)
М
0801000000
Я
  


 
© Azərnəşr, 2014


 
 

 
 
 
DÜNYA AZƏRBAYCANLILARININ 
HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İL 
MÜNASİBƏTİLƏ AZƏRBAYCAN  
XALQINA TƏBRİK 
 
31 dekabr 2005-ci il 
 
Hörmətli xanımlar və cənablar!  
Mən sizi Yeni il münasibətilə ürəkdən təbrik edirəm.  
2005-ci  il arxada  qaldı.  Ölkəmiz  üçün  bu  il  uğurlu olub-
dur.  2005-ci  ildə  qarşımızda  duran  bütün  vəzifələr,  bütün 
planlar  həyatda  öz  əksini  tapıbdır.  Azərbaycan  daha  da  inkişaf 
etdi.  Azərbaycanda  iqtisadi  islahatlar,  siyasi  islahatlar  uğurla 
davam  etdirildi.  Beynəlxalq  əlaqələrimiz  gücləndi,  Azərbaycan 
dünyadakı  mövqelərini  daha  da  möhkəmləndirə  bilmişdir. 
İkitərəfli və çoxtərəfli müstəvidə bütün ölkələrlə, dost ölkələrlə 
çox  səmərəli  əlaqələr  qura  bilmişdir.  Bu  əlaqələr  bizə  imkan 
verir  ki,  Azərbaycan  dünyadaki  mövqelərini  daha  da 
möhkəmləndirə  bilsin  və  Dünya  Birliyində  öz  yerini  daha  da 
gücləndirə bilsin.  
Bizim  üçün  ən  ağrılı,  ən  çətin  problem  Ermənistan–Azərbay-
can,  Dağlıq  Qarabağ  münaqişəsi  və  bunun  həlli  yollarıdır.  Bu 
istiqamətdə  də  müsbətə  doğru  addımlar  atılmışdır.  2005-ci  ildə 
Birləşmiş Millətlər Təşkilatı bu məsələni öz gündəliyinə salmışdır. 
Eyni zamanda, Avropa Şurası 2005-ci ilin əvvəlində bu məsələyə 
dair çox dəyərli qətnamə qəbul etmişdir və bu qətnaməyə əsasən, 
Ermənistan  işğalçı  dövlət  kimi  tanındı.  ATƏT  öz  faktaraşdırıcı 
missiyasını işğal olunmuş ərazilərə göndərmişdir və missiya orada 
ermənilərin  qanunsuz  məskunlaşmasını  aşkar  etmişdir.  Eyni 
zamanda, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar bu məsələ 
ilə  bağlı  öz  işlərini  daha  da  fəallaşdırmışlar.  Bütün  bunlar 


 
 

deməyə  əsas  verir  ki,  ədalətli  sülh  razılaşmasına  biz  yalnız  və 
yalnız beynəlxalq hüquq normaları əsasında yaxınlaşa bilərik.  
Bildiyiniz  kimi,  indi  danışıqlar  Praqa  prosesi  çərçivəsində 
aparılır və Praqa prosesi mərhələli həll deməkdir. Azərbaycanın 
mövqeyi bütün zamanlarda ondan ibarət olmuşdur ki, bu məsələ 
yalnız və yalnız mərhələli həll çərçivəsində öz həllini tapa bilər 
və  Azərbaycanın  ərazi  bütövlüyü  danışıqlar  mövzusu  deyil  və 
heç  vaxt  olmayacaqdır.  Bu  bizim  prinsipial  mövqeyimizdir  və 
danışıqlar  yalnız  və  yalnız  bu  amillər  üzərində  qurulubdur. 
Bizim  işimiz  haqq  işidir.  Azərbaycan  bu  münaqişəyə  dair  öz 
mövqeyindən  dönməyəcəkdir.  Biz  bu  məsələnin  beynəlxalq 
hüquq normalarına əsasən həll edilməsinin tərəfdarıyıq və ümid 
edirəm ki, buna nail olacağıq.  
Eyni  zamanda,  Azərbaycan  öz  ordu  potensialını  da  güclən-
dirməlidir.  Bildiyiniz  kimi,  bu  mənim  siyasətimin  prioritet 
istiqamətlərindən  biri  olmuşdur  və  bu  gün  də  belədir.  Bizim 
ordumuzun  maddi-texniki  bazası  möhkəmlənir.  2005-ci  ildə 
ordunun xərcləri 2004-cü ilə nisbətən 70 faiz artmışdır. 2006-cı 
ildə  isə  2005-ci  ilə  nisbətən  100  faiz  artacaqdır.  Bizim  hərbi 
xərclərimiz  2006-cı  ildə  600  milyon  dollar  səviyyəsinə 
çatacaqdır və bu da son hədd deyildir. Bizim iqtisadi potensialı-
mız  gücləndikcə,  əlbəttə  ki,  orduya  ayrılan  xərclər  daha  da 
böyük  olacaqdır.  Biz  müharibə  şəraitində  yaşayırıq.  Bizim 
torpaqlarımız işğal altındadır və belə olan halda, orduya diqqət 
və qayğı hər bir vətəndaşın prioritet məsələsi olmalıdır. Ölkənin 
Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi, mən 
bu  vəzifəni  öz  üzərimə  götürmüşəm  və  gələcəkdə  ordumuzun 
hazırlığı, maddi-texniki bazasının möhkəmlənməsi sahəsində öz 
səylərimi əsirgəməyəcəyəm.  
Biz hamımız yaxşı bilirik ki, hər bir ölkənin hərtərəfli inki-
şafı  üçün,  milli  maraqlarının  maksimum  dərəcədə  qorunması 
üçün  onun iqtisadi potensialı  mühüm  rol  oynayır.  2005-ci  ildə 
biz  bu  sahəyə  də  böyük  diqqət  göstərmişik.  2003-cü  ildən 
başlanmış  Azərbaycanın  yeni  iqtisadi  strategiyası  həyata 
keçirilir. Bu strategiya bizə qısa müddət ərzində Azərbaycanda 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə