İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
  1   2   3   4   5   6   7   8   9   ...   84


 
 
İNKİŞAF –  
MƏQSƏDİMİZDİR 
 
 
ÜÇÜNCÜ KİTAB 
————— 
 FEVRAL 2004 - APREL 2004 
 
 
 
 
AZƏRNƏŞR  
BAKI - 2009 
 



 
 
 
 
ÇIXIŞLAR * NİTQLƏR 
 
BƏYANATLAR * MÜSAHİBƏLƏR 
 
MƏKTUBLAR * MƏRUZƏLƏR 
 
MÜRACİƏTLƏR * FƏRMANLAR 
 
 
 
 
 
 
 
 
AZƏRNƏŞR  
BAKI - 2009 



 
 
BBK 32 
Ə 56                  
 
 
Buraxılışına məsul 
akademik 
 
        RAMİZ MEHDİYEV 
 
 
 
  ƏLİYEV İLHAM 
Ə 56  İnkişaf – məqsədimizdir. B., Azərnəşr, 2009, 416 səh. 
 
Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu  Əliyevin bu cildində müstəqil 
Azərbaycan dövlətinin möhkəmləndirilib inkişaf etdirilməsinə, respublikamızın sürətli iqtisadi tərəq-
qisi və yüksəlişi, xalqımızın rifahının yaxşılaşdırılması üçün aparılan islahatlara həsr olunmuş 
materiallar toplanmışdır. 
Kitabda prezident İlham  Əliyevin Rusiya Federasiyasına, Qazaxıstan Respublikasına, Türkiyə 
Cümhuriyyətinə rəsmi səfərləri zamanı, həmçinin ölkəmizə gələn xarici dövlət və hökumət rəhbərləri
siyasi xadimlər, nümayəndə heyətləri ilə görüşləri, dərin məzmunlu söhbətləri, nitq və  çıxışları, 
nüfuzlu mətbuat orqanlarına verdiyi bəyanat və müsahibələri, müraciət və  məktubları geniş yer 
tutmuşdur. 
Bütün bu görüşlərdə  və danışıqlarda dünyanın aparıcı dövlətləri ilə ikitərəfli münasibətlərin 
vəziyyəti və perspektivləri müzakirə olunmuş, Azərbaycanın ən ağrılı  problemi olan Dağlıq Qarabağ 
məsələsinin həllində, münaqişənin nizamlanmasında prezident İlham  Əliyevin prinsipial mövqeyi öz 
əksini tapmışdır.  
 
 
 
İSBN  978-9952-8100-7-3 
 
     BBK-32
 
 
  © Azərnəşr, 2009 
 
 


12 
 
 
RUSİYA FEDERAL MƏCLİSİ FEDERASİYA 
ŞURASININ SƏDRİ SERGEY MİRONOV  
İLƏ GÖRÜŞ 
 
6 fevral 2004-cü il 
 
Azərbaycan Respublikasının prezidenti İlham  Əliyev fevralın 6-da Rusiya Federasiyası Federal Məcli-
sinin Federasiya Şurasının sədri Sergey Mironov ilə görüşmüşdür. 
Respublikamızın rəhbəri söhbət zamanı vurğuladı ki, Rusiya ilə Azərbaycan arasında dostcasına və meh-
riban münasibətlər mütləq davam etdirilməlidir. Azərbaycan və Rusiya strateji tərəfdaşlardır və ölkələrimizin 
parlamentləri ikitərəfli münasibətlərin inkişafında böyük rol oynamışlar. Sergey Mironovu Azərbaycana səfərə 
dəvət edən prezident İlham  Əliyev ümidvar olduğunu bildirdi ki, müntəzəm təmaslar, səfərlər xalqlarımız 
arasında qarşılıqlı anlaşmanın yaxşılaşmasına daha çox kömək edəcəkdir.  
Sergey Mironov görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatı ilə əlaqədar prezident İlham Əliyevə bir daha 
başsağlığı verdi və bildirdi ki, Azərbaycanın ümummilli liderinin ölkələrimiz arasında  əlaqələrin inkişafında 
son dərəcə böyük xidmətləri olmuşdur və bu  heç vaxt unudulmayacaqdır.  
Federasiya Şurasının sədri Rusiya və Azərbaycanın qanunvericilik orqanları arasında əməkdaşlığın səviyyə-
sindən çox razı olduğunu və bunun gələcəkdə inkişaf etdirilməsi üçün əlindən gələni edəcəyini söylədi.  
Azərbaycan prezidenti İlham Əliyev Moskva metrosunda törədilmiş terror aktı nəticəsində insanların həlak 
olması ilə  əlaqədar Federasiya Şurasının sədri Sergey Mironova başsağlığı verdi və  zərərçəkənlərin tezliklə 
şəfa tapmasını arzuladı.  
Söhbət zamanı "Qafqaz dördlüyü" çərçivəsində parlament sədrlərinin iştirakı ilə keçirilən görüşlərin  əhə-
miyyətindən danışıldı və bu görüşlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyi vurğulandı.  
Prezident İlham Əliyev Federasiya Şurasının üzvləri ilə tanış oldu, onlarla səmimi söhbət etdi.  
Səmimilik  şəraitində keçən görüşdə müvafiq beynəlxalq təşkilatlar çərçivəsində  əməkdaşlıq, Ermənistan–
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması prosesi, ölkələrimizi ma-
raqlandıran beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparıldı.  
 
 
 
 


13 
 
 
RUSİYA HÖKUMƏTİNİN SƏDRİ  
MİXAİL KASYANOV  
İLƏ GÖRÜŞ 
 
6 fevral 2004-cü il 
 
Azərbaycan Respublikasının prezidenti İlham  Əliyev  Rusiya Federasiyası hökumətinin sədri Mixail 
Kasyanov ilə görüşmüşdür.  
Söhbət zamanı xatırladıldı ki, son illər Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr daim inkişaf edir və 
hazırda bir sıra layihələr həyata keçirilir. Ölkələrimiz arasında əməkdaşlıq üçün baza yaradılmışdır. İndiyədək 
100-dən artıq sənəd imzalanmışdır ki, bunların da 70-dən çoxu dövlətlərarası  və hökumətlərarası sazişdir. 
Azərbaycan Rusiyanın bir sıra subyektləri ilə də iqtisadi əlaqələr saxlayır.  
Məmnunluqla vurğulandı ki, ötən il Azərbaycanla Rusiya arasında  əmtəə dövriyyəsi 489,3 milyon dollara 
çatmışdır və gələcəkdə bunu daha da artırmaq üçün real imkanlar var. Azərbaycanın ümumi əmtəə dövriyyəsin-
də Rusiyanın payı 40 faizdir. İndi Azərbaycanda Rusiya kapitalının iştirakı ilə 350-dən çox müəssisə və təşkilat 
yaradılmışdır ki, onların da 151-i müştərək, 83-ü 100 faiz Rusiya kapitalı olan qurumlardır. Bundan əlavə, 116 
nümayəndəlik və filial fəaliyyət göstərir.   
Prezident  İlham  Əliyev hökumətlərarası iqtisadi komissiyanın fəaliyyətindən razı olduğunu bildirdi və 
gələcəkdə onun işini daha da gücləndirməyin zəruriliyini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, bu ilin 
birinci rübündə Bakıda iri müəssisələrin rəhbərlərinin iştirakı ilə "Rusiya–Azərbaycan iqtisadi münasibətləri: 
yekunlar, vəziyyət və perspektivlər" mövzusunda iqtisadi forum təşkil ediləcəkdir. Ölkələrimiz arasında yana-
caq-energetika kompleksində müxtəlif layihələr uğurla həyata keçirilir. Ötən il Bakı–Novorossiysk boru kəməri 
ilə 2,6 milyon ton Azərbaycan nefti nəql edilmişdir, Rusiyadan alınan təbii qazın həcmini isə 6 milyard kub-
metrə çatdırmaq nəzərdə tutulur. 
Mixail Kasyanov Azərbaycanla iqtisadi-ticarət  əlaqələrinin genişlənməsinə Rusiyanın böyük maraq gös-
tərdiyini bildirərək qeyd etdi ki, bu sahədə  əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial var. Bundan 
istifadə edilməsi hər iki tərəf üçün faydalı ola bilər. Hökumətin sədri Rusiya Federasiyasının ayrı-ayrı subyektləri 
ilə Azərbaycan arasında birbaşa əlaqələrin olmasını müsbət hal kimi qiymətləndirdi. 
Rusiya hökumətinin sədri Azərbaycanın dövlət başçısının Moskvaya ilk rəsmi səfərinin ölkələrimiz arasında 
münasibətlərin daha da möhkəmlənməsi və dərinləşməsi baxımından böyük əhəmiyyəti olacağını vurğuladı.  
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, xüsusilə, iqtisadi əlaqələrin perspektivləri ba-
rədə geniş fikir mübadiləsi aparıldı. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə