Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə1/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
  1   2   3   4   5   6   7   8   9   ...   112


“Avrasiya Press”
Bakı – 2011
Pyes
Teatr əhvalatları
Hekayələr
Rəvayətlər


Tərtib edəni: 
Gülnarə İnqilabqızı
Redaktoru: 
Umud Rəhimoğlu
İnqilab Kərimov. Pyes. Teatr əhvalatları. Hekayələr. Rəvayətlər.
Bakı, “Avrasiya Press”, 2011, 376 səh.
Azərbaycan EA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor, dra-
maturq, tərcüməçi, tənqidçi pedaqoq alim İnqilab Kərimovun bu kitabına onun
bir pyesi teatr həyatından bəhs edən əhvalatlar, hekayələri və topladığı rəva-
yətlər daxil edilmişdir. 
“Xəyanət müsibəti” 2 hissəli 9 səhnəli faciəsi dini mövzuda yazılmış əsər-
dir. Pyesin süjeti islam tarixinin faciəvi bir səhifəsindən – Kərbəla müsibətindən
bəhs edir. Müəllif buradakı hadisələri xeyir və şərin mübarizəsi fonunda təsvir
edərək, baş verən faciəni təkcə dinə qarşı deyil, bütövlükdə insanlığa qarşı xə-
yanət kimi dəyərləndirir.
Kitabdakı real həyatdan götürülmüş teatr əhvalatları və hekayələri həmçi-
nin folklorumuzdan toplanmış rəvayətlərin də oxucuların marağına səbəb ola-
cağına əminik.
ISBN
©Azərbaycan Respublikası 
Mədəniyyət və Turizm Nazirliyi, 2011
© “Avrasiya Press”, 2011


PYES



Bismillahir-Rəhmanir-Rəhim!
XƏYANƏT MÜSİBƏTİ
İgidlik, şücaət, dəyanət, ləyaqət mücəssəməsisən, ya Hüseyn!
2 hissə 9 səhnəli faciə
İŞTİRAK EDƏNLƏR
:
H ə z r ə t   H ə s ə n .
C ü d ə   – Həzrət Həsənin övrəti.
Q a s ı m – Həzrət Həsənin oğlu.
Ə b ü   B ə k r   – Həzrət Həsənin oğlu.
C ə d i   o ğ l u   Q e y s   – Həzrət Həsənin qoşunun sərkərdəsi.
H ə z r ə t   H ü s e y n .
Ümmi İsaq – Həzrət Hüseynin övrəti.
Ə l i   Ə k b ə r   – Həzrət Hüseynin oğlu.
F a t i m ə – Həzrət Hüseynin qızı.
A b b a s ,  A b d u l l a ,   O s m a n   – Məhəmməd Rəsulullahın nəticələri
Ə b u   S u f y a n   o ğ l u   M ü a v i y ə .
M ə r v a n – Müaviyənin yaxın adamı (cani).
A b d u l l a   – Müaviyə sarayında eşik ağası.
M ü a v i y ə   o ğ l u   Ye z i d .
Ə l i   M i r z ə   İ s l a m i – Yezid sarayında nüfuzlu məclis adamı.
S a a d   o ğ l u   Ö m ə r – Yezid qoşunundan olan sərkərdə.
R i y a h   o ğ l u   H ü r r   – Sərkərdə
D ö y ü ş ç ü l ə r ,   ə s k ə r l ə r   v ə   s .
5


Məhəmməd Rəsulullahın vəfatından sonra Həzrəti Əbu Bəkr İslamın
ibtidaisindən canı, malı ilə fədakarlıq nümunəsi göstərdi. Əbu Bəkr Quranı
bir yerə topladı. Yalançı peyğəmbərləri məğlub etdikdən sonra İraqı fəth
etdi. Suriya və Fələstinə qoşun göndərdi. Şam şəhəri mühasirə olunub
alındı. Lakin Əbu Bəkr bu xəbəri eşitdikdən iki il üç ay xəlifəlik etdikdən
sonra vəfat etdi.
Həzrəti Ömərin xəlifəliyi zamanında İraqda İranlılar, Suriyada rumlular
müharibə edirdilər. Yüz iyirmi min rumlulara qarşı otuz min İslam əskəri
dayanmışdı. Rumluların bu çox saylı əskərlərinə Qassan hakimi də öz əs-
kərləri ilə qoşulmuşda. İslam əskərləri üç dəfə məğlub olsalar da İslamın
məşhur sərkərdəsi Xalid İbn Validin biliyi, bacarığı və tədbiri sayəsində
qoşun dağılmadı. Hicrətin 15-ci ilindədördüncü davada rumlular darmada-
ğın edildilər. İranın hər bir yerində İslam hökmü yeriməyə başladı. İraqda
İslam hökumətinin mərkəzi olmaq üçün Kufə və Bəsrə şəhərləri bina edildi.
Gürcüstan, Azərbaycan fəth olundu. Həzrət Ömərin zamanında İslam məm-
ləkəti Nəcəddən Qafqaz dağlarına, Xəta hüdudundan Tunisə qədər böyüdü;
xilafət xəzinəsi qənimət malları ilə doldu. Həzrət Ömər ədalət və böyük xü-
rafatı ilə məşhur olduğuna görə “Əl Faruq” adını aldı. Hicrətin on üçüncü
ilindən iyirmi üçüncü ilinə kimi xəlifəlik edən Həzrəti Ömərin vəfatından
sonra Həzrəti Osman hicrətin iyirmi dördüncü ilindən xəlifəlik taxtına əy-
ləşdi. O, xəlifə seçilən kimi Qurani-Kərimi yazdırıb yaydırdı. İslam ordusu
Tunisə qədər getdi. Hicrətin iyirmi səkkizinci ilində dava gəmiləri hazırla-
nıb. Qubrus və Rodos cəzirələrini fəth etdi; Afrikanın şimal hissəsini tutdu.
İsfəhan, Tus, Xarəzm büsbütün zəbt edildi. İslam məmləkəti böyüdü. Lakin
yamsaq təbiət və qohumlar olan Osman Mərvan kimi Şərur adamları sür-
gündən gətirtdirib, vəzifə sahibi oldu. Hicrətin otuz səkkizinci ilində Ra-
mazan Şərifin on doqquzuncu gecəsi Həzrət Əli Əleyhissalam məscidə girib
namaz üçün yatanları oyatmağa başlanır. Mülkəm Murad oğlu Əbdürrəh-
man cani yoldaşları Şəbib və Bardanla yatanlar arasında gizlənibmişlər.
Həzrət Əli Əleyhissalam sübh namazının əvvəlinci səcdəsindən baş qaldı-
rarkən Allahın lənətinə gəlmiş Əbdürrəhman fürsət tapı bonu qılıncla vurur.
Üç gün sonra, yəni Ramazan-Şərifin 21-ci günü Həzrəti Əli Əleyhissalama
altmış üç yaşında vəfat etdi. vəziyyət beləydi ki, Məhəmməd Rəsulallahın
dövründə, Əbu Bəkrin, Ömərin, Osmanın xəlifəliyi zamanlarında təkhaki-
miyyətlik idi, ölkə birgə nəfəs alırdı. Əli xəlifə olan zaman ikihakimiyyətliyi
6


Şamda Müaviyə başladı, ona baxıb Misirdə də As belə hərəkət etdi. xalqı
təriqətə böldülər, ölkəni parçaladılar.
Əli Əleyhis-salamın vəfatından sonra onun böyük oğlu Həzrəti Həsən
xəlifə oldu. Bu vaxt Şamda hakim olan Müaviyə Bin Əli Süfyan xəlifəliyi
ələ keçirmək üçün Kufəyə Həzrəti Həsənin üstünə altmış minlik qoşun ye-
ridir. Nahaq qan tökülməsinə razı olmayan Həzrəti Həsən xilafəti Müavi-
yəyə verməyə razı olur. Beləliklə, Xilafətə sahib olan Müaviyənin hiyləsi
və təşviqi, həm də Mərvanın köməyi ilə lənətə gəlmiş Cuda, Müaviyənin
oğlu Yezidə ərə gedəcəyi xəyalı ilə Həzrəti Həsəni qırx səkkiz yaşında zə-
hərləyib öldürür.
Hicrətin 61-ci ilində, Müaviyənin vəfatından sonra oğlu Yezid xəlifəlik
taxtına oturdu. Müaviyəyə biət etməyən həzrəti Hüseyn Yezidə də biət et-
mədi. Yezidin fərmanını alan Mədinə valisi Yebə oğlu Vəlid Həzrəti Hü-
seyni çağırtdırıb nə qədər hiylə işlətdisə, til tökdükcə, qorxu gəldisə, onu
Yezidə biət etməyə razı sala bilmədi. Həzrəti Hüseyn ailəsi, qohum-əqrabası
və tərəfdarları ilə birlikdə Mədinədən Məkkəyə köçməyi qət etdi. Məkkədə
Həzrəti Hüseynin karvanını qarşılayan Abdulla oğlu Zübeyr xəbər verir ki,
Kufədən gələn məktubların ardı-arası kəsilmir. Onlar Həzrəti Hüseynə biət
etməyə hazırdırlar. Kufədə yolunu gözləyirlər. Bu xəbər Həzrəti Hüseyni
razı salır. Lakin Abbas oğlu Abdullah onu kufəyə getməkdən çəkindirmək
istəyi ilə deyir ki, “Ya Hüseyn, eşitdiyimə görə meylin Kufəyə getməkdir.
Axı Kufədə atanı itirdin, qardaşını itirdin. Bu şəhərdən uzaq ol. O nə şəhər-
dir ki, bir yandan qılıncını itiləyir, o biri yandan da daşa çalıb korşayır. Eti-
qadları da elə bu cürdür”.
Həzrəti Hüseyn çox fikirdən sonra Kufəlilərin etiqadlarına əmin olmaq
niyyəti ilə onlara məktub göndərir. Kufəlilərdən aldığı yüz iyirmidən çox
məktubda onu təkidlə Kufəyə çağırdıqlarının şahidi olur. Kufəlilər göstə-
rirdilər ki, “xalq Müaviyənin hiyləgərcəsinə, təcavüzlə qazandığı biətin
haqq-hesabını soruşmağa tələsir”.
Həzrəti Hüseyn Kufəyə getmək üçün yola çıxır. Bu işdən xəbər tutan
Yezid, cəmi 70-80 nəfər ailə üzvləri, qohum və tərəfdarları ilə Kufəyə gedən
Həzrəti Hüseynin üstünə on min nəfərdən ibarət qoşun göndərir. Hicrətin
61-ci ilində Məhərrəm ayının 10-da Kərbəla çölündə heç bir vaxt unudul-
mayacaq bir zillət ilə Həzrəti Hüseyni və yaxın adamlarını şəhid edirlər.
7


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə