İnsan huquqlari



Yüklə 277,97 Kb.
Pdf görüntüsü
tarix05.09.2018
ölçüsü277,97 Kb.
#66846


İnsan huquqlari 

 

İnsan huquqlari İnsan haqları — 

Humanizm

 və 


Maarifçilik Dövründ

ə insanların təbii və 

dərrakədən irəli gələn subyektiv hüqüqlarını təsvir edir. Insan haqlarının əsas konsepti ondan 

ibarətdir ki, bütün insanlar 

insan

 olmalarına görə hamısı eyni hüquqa malik olmalıdırlar və bu 



hüquqlar izahata ehtiyac duyulmadan hamiya aid edilir. 

İnsan hüquqları institutu, məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq 

edir və qoruyur. Lakin, mülkiyyət hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat 

tərzi ətrafında birləşməyi təmin edən həmrəylik (solidarity) hüquqlarının mahiyyəti belə tam 

aydınlığa qovuşmayıb. Habelə insan hüquqları institutu, mənbə etibarilə, beynəlxalq sənədlərə 

söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır. Konkret hüququn məzmununun 

doldurulması da maraq kəsb edir. Belə ki, mülkiyyət hüququnun məzmununu dolduran Mülki 

hüquq olduğu halda, söz azadlığı kimi hüquqların məzmununu isə fəlsəfə və siyasət elmi 

doldurur. Konkret hüquqlar baxımından bunu niyə bilməliyik? Məsələn, ayrı-seçkiliyə məruz 

qalmama hüququnun necə formalaşdığını bilməsək, müxtəlif hadisələrdə onu düzgün tətbiq edə 

bilməyəcəyik. Yəni hüquq hansı prinsiplərin təmin edilməsinə yönəlir, mütləq bilinməlidir. 

Burada bir məsələni qeyd etməliyik. İnsan hüquqları institutu anarxiya rejiminə yönəlmir və 

insanın hər istədiyini edəbiləcəyi bir mühiti formalaşdırma məqsədini güdmür. Dövlətin insan 

hüquqlarına hörmətlə yanaşması, dövlətin bu sahədə tənzimləmə aparma səlahiyyətini aradan 

qaldırmır, ancaq bu tənzimləmənin məqsədini tənzimləyir və məhdudlaşdırır. Anarxiya nizamı, 

bütün hüquqları təhlükə altına aldığına görə, nizam-intizam qorunmalıdır və dövlətin hakimiyyət 

səlahiyyətlərinə də hörmətlə yanaşmaq lazımdır. Lakin hakimiyyət səlahiyyətləri, insanların 

legitim və ağlabatan maraqlarının məcmusundan ibarət olan, ictimai maraqların doyurulmasına 

yönəlməlidir. Burada insan hüquqları nəzəriyyəsi, demokratik rejimlərə bir məhdudiyyət gətirir 

və konkret insanın çoxluq tərəfindən belə pozulmaz hüquqlar "qalasını" göstərir. Avtoritar 

rejimlərdə isə, insan hüquqları institutu bir az daha fərqli məqsədə yönəlir və effektivliyi də daha 

zəif olur; o simvolik bir protestə və zülmə qarşı dirənən çoxluğun ideologiyasına dönüşür. 

İnsan haqları demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. Bu məsələnin 

universallaığından, çox vaxt bu və ya digər dövlətlərdə insan haqlarından sui istifadə halları əsas 

götürülərək onlara qarşı hərbi və iqtsadi təzyiq göstərmək üçün istifadə edilir. Konstitusiyalarda 

əsas hüqüqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkar olunmaz bir hüquq 

kimi qəbul edilmişdir. Beynəlxalq aləmdə insan haqları

BMT


-nin deklarasiyası ilə 

qanunləşdirilmişdir. 

İnsan haqları çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq 

aşağıdakı kimi ifadə olunur: 



"Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər 

baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı 

olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir!. 

 

İnsan hüquqlarının təsnifatı 



İnsan hüquqları müxtəlif təsnifat sistemlərinə tabedir. Əsas təsnifatlardan biri, bunları bir 

tərəfdən mülki və siyasi, digər tərəfdən isə iqtisadi, sosial və mədəni hüquqlara bölməkdir. 80-ci 

illərdə bunlara 3-cü nəsil adlanan hüquqlar da əlavə olunub, bunlara da həmrəylik hüquqları da 

deyilir. Lakin bu 3-cü nəsil hüquqlar haqqında fikir birliyi yoxdur, nələrin bu kateqoriyaya daxil 

olduğu və bunların hüquqi rejimi mübahisəlidir. İnsan hüquqlarının 3 nəslə bölünməsi, 1979-cu 

ildə Strasburqdakı Beynəlxalq İnsan Hüquqları İnstitutunun üzvü, milliyyətcə Çex olan Karel 

Vasak tərəfindən irəli sürülüb. Vasakın bu təsnifatı öz köklərini Avropa hüququndan aldığı kimi, 

Avropa dəyərlərini əks etdirirdi. 

Mülki və siyasi hüquqlar öz əksini Avropa İnsan Hüquqları Konvensiyasında, UDHR -in 3 – 21-

ci maddələri arasında, habelə 1966 tarixli BMT Mülki və Siyasi Hüquqlar haqqında Sazişdə 

(ICCPR) tapıb. İqtisadi, sosial və mədəni hüquqlar isə, UDHR-in 22 – 28-ci maddələri arasında, 



Avropa Sosial Şərtində, habelə yenə 1966 tarixində bu hüquqlar üçün xüsusi olaraq tənzimlənən 

iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktda (ICESCR ) göstərilib. 

BMT səviyyəsində iki ayrı Paktın hazırlandığını görürük. Bunun səbəbi nədir? UDHR-də hər iki 

nəsil hüquqlar birləşdirildiyi halda, niyə 1966 Paktlarında bunlar ayrı müqavilələrdə 

tənzimlənib? Səbəbi budur ki, bu hüquqlar fərqli hüquqi rejimə tabedir və dövlətlərə gətirdiyi 

öhdəliklər də fərqlidir. Sosial hüquqları təmin etmənin, həm ideoloji, həm də iqtisadi yönləri var, 

hər dövlətin də şəraiti buna uyğun olmaya bilər. Mülki və siyasi hüquqlar baxımından, 

vəziyyətin belə bir cəhəti də vardır ki, başda SSRİ olmaqla, bəzi dövlətlərin öz təbəələrinə bütün 

bu hüquqları tanımaq niyyətləri yox idi. Bu səbəblə, bu Paktlara həm qeyd-şərt imkanları 

gətirildi, həm də hüquqlar ayrı-ayrı sənədlərdə (Konvensiyalarda) tənzimləndi. Üçüncü nəsil 

hüquqlara gəldikdə, bunlarla bağlı hər hansı beynəlxalq sənəd mövcud deyil. Bunun səbəbi, daha 

əvvəl qeyd etdiyimiz kimi, ondan ibarətdir ki, həmrəylik hüquqları haqqında tam bir hüquqi və 

siyasi uzlaşma mövcud deyildir. 

Bu təsnifatda əsas meyarın nə olduğunu və bununla hansı məqsədlərin güdüldüyü sualı ağla gələ 

bilər. Habelə bu təsnifatın, müvafiq hüquqların hüquqi rejiminə necə təsir göstərdiyi də başqa bir 

məsələdir. Mülki və siyasi hüquqların digər adı, təbii hüquqlardır. Natural rights olaraq bunların 

adlanması, anqlo-sakson hüquqdan irəli gələn bir ənənədir. Təbii hüquqlar, mahiyyəti etibarilə 

universal hüquqlardır, insan əxlaqından ayrılmazdır və davranış ya da ki, inanclara bağlı deyildir. 

Təbii hüquqlar, qeyd olunduğu kimi, təbii hüquq məktəbinin bir məhsuludur. Bilindiyi kimi təbii 

hüquq məktəbi, liberalizm axımının öncüsü və ilhamçısı olmuşdur. Avropada təbii hüquq 

məktəbinin tərəfdarları, Saint Thomas başda olmaqla, hüququn mənbəyini Allahda görürlər. Bu 

məktəbin sekular (dünyəvi) tərəfdarları isə, təbii hüququn mənbəyini təbiətdə görürlər.  

Təbii hüquq (natural right) anlayışını, qanuni hüquq (legal right) anlayışı ilə müqayisə etmək 

mümkündür. Qanuni hüquq dövlət, ya da cəmiyyət tərəfindən vətəndaşların mənfəəti üçün 

yaradılır. Halbuki təbii hüquqlar, dövlətin tanıyıb-tanımamasından asılı olmayaraq özü-özünə var 

olan bir hüquqdur. Birinci nəsil hüquqların əhəmiyyəti ondan ibarətdir ki, bunlar insanın əsas, 

ayrılmaz və ən vacib hüquqlarını təşkil edir. Qanuni hüquqlara isə ikinci nəsil insan hüquqlarını, 

yəni iqtisadi və sosial hüquqları misal kimi göstərə bilərik. Fransız inqilabının məhsulu olan 

1789 tarixli İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində də təbii hüquqlar tənzimlənmişdi. 

Təbii hüquqlara misal kimi, ilk növbədə yaşamaq və azadlıq hüququnu göstərmək olar. 

Mülkiyyət hüququnu da J.Locke kimi alimlər təbii hüquqlar arasında görüb, T.Jefferson isə 

mülkiyyəti xoşbəxt olmanın ayrılmaz ünsürü sayıb. Rousseau mülkiyyəti təbii hüquq 

saymamaqla bərabər, Hobbes və Locke ilə bərabər "ictimai müqavilə" nəzəriyyəsinin 

müdafiəçiləri kimi, insanların öz təbiətlərinə və ehtiyaclarına görə davranmağı təbii hüquqlardan 

sayıb; filosofa görə bunlar dövlətdən əvvəl gəlir və dövlət tərəfindən bəxş edilməyib. Təbii 

hüquqlar anlayışının zamanla nəzərə alına bilməyən "meyvələri" ortaya çıxır. Təbii hüquqları 

pozan şəxslərin məsuliyyəti illər keçdikdən sonra irəli sürülür. Buna yaxşı misal versək, 2009-cu 

ilin Yanvar ayında İspaniya Ali Məhkəməsinin verdiyi qərarı yada sala bilərik: İsrail 

hökumətinin bəzi üzvlərini, Müdafiə Naziri Benjamin Ben-Eliezer kimi, 2002-ci ildə Gəzzada 15 

mülki şəxsin ölümü və 150 nəfərin yaralanması ilə nəticələnən raket zərbələrinə görə insanlığa 

qarşı cinayət törətdiklərinə görə məhkum olunmuşdu.

[4]


Birinci nəsil hüquqların bir digər adı da 

"klassik" hüquqlardır. Bu hüquqlar ona görə klassik adlandırılır ki, bunlar uğrunda mübarizə 18-

ci əsrin əvvəllərindən bəri daha da artmışdır. 

İkinci nəsil hüquqlar baxımından da bu məqamlara toxunmalıyıq. Təbii hüquqlardan başqa, elə 

amillər və hallar var ki, bunlar təmin edilmədən birinci nəsil hüquqların həyata keçirilməsi xeyli 

çətin olur. Məsələn, pulu olmayan və çox kasıb bir insan üçün hərəkət (səyahət) azadlığı böyük 

bir məna və əhəmiyyət kəsb eləmir. Digər tərəfdən, təhsil ala bilməyən insan üçün, söz və ifadə 

azadlığının böyük əhəmiyyəti yoxdur. Habelə əmək hüquqları təmin olunmayan bir insan üçün 

şəxsi və ailə həyatına hörmət edilmə məsələsi xəyali bir hədəfdir. Lakin ikinci nəsil hüquqların 

vacib xüsusiyyəti bundan ibarətdir ki, bunlar dövlət tərəfindən tanınır və mahiyyətcə ictimai olan 

hüquqlardır, yəni insanın cəmiyyət halında yaşamasından irəli gəlir. Bu meyarı nəzərə alaraq, 

bunları siyasi hüquqlarla qarışdırmaq olmaz, çünki siyasi hüquqlar hər nə qədər cəmiyyətə 




yönəlik olsalar da, bunların məqsədi və səbəbi azadlıq hüququnu təmin etməkdir. İqtisadi, sosial 

və mədəni hüquqlar insanın cəmiyyət daxilində özünü ləyaqətli şəkildə inkişaf etdirə bilməsinə 

yönəlir. Bu səbəblə, ikinci nəsil hüquqları, hardasa birinci nəsil hüquqların dolayı təminatçısı 

kimi görmək mümkündür. Həqiqətən də, sosial və iqtisadi hüquqların elə bir minimum həddi var 

ki, o həddin altında həyat tərzinə məruz qalmış insan birinci nəsil hüquqlarından da faydalana 

bilməz. 


Məhz buna görə, UDHR, 1948-ci ildə hazırlananda bu bəyannaməyə həm birinci, həm də ikinci 

nəsil hüquqlar daxil edilib. Hər iki nəsil hüquqların UDHR-də yer almasının səbəbi ondan irəli 

gəlirdi ki, bunların ancaq bir yerdə var olduğu bir sistemdə bu hüquqların təmin edilməsinin 

mümkün olacağına dair qənaət hakimdi. Həqiqətən də, mülki və siyasi hüquqlar olmadan ikinci 

nəsil hüquqları təmin etmək mümkün olmadığı kimi, bir insanın mənzili və iş yeri olmadan, aclıq 

və səfalət içində birinci nəsil hüquqlarını yaşaması çətin görsənir (buna full belly "dolu qarın" 

tezisi də deyilir). 

Burada yenə bir məqama diqqət yetirməliyik. İnsan hüquqları nəzəriyyəsi qərb mədəniyyətinin 

bir məhsuludur. Qərb ölkələri üstünlüyü daha çox birinci nəsil hüquqlara verirlər. ABŞ-da indiyə 

kimi, due proses of law deyilən məhkəmə təminatı ancaq həyat, azadlıq və mülkiyyət hüquqları 

ilə bağlı mübahisələrdə tətbiq olunur. Avropa qitəsində sosial hüquqlara daha çox diqqət yetirilir, 

amma birinci dərəcə hüquqlar orada yenə əsasdır. Bilirik ki, sosial hüquq dövləti anlayışı, hal-

hazırda Avropa qitəsində hakimdir. Lakin bunun səbəbləri arasında, eyni zamanda, II Dünya 

Müharibəsindən sonra Avropada nisbətən güclü olan sosialist hərəkətlər də yer alır. Köhnə 

sosialist dövlətlər və Asiya ölkələri iqtisadi və sosial hüquqlara daha böyük əhəmiyyət verdikləri 

halda, birinci nəsil hüquqları isə çox vaxt təmin etməkdən aciz olublar. Məsələn, SSRİ-də pulsuz 

müalicə, təhsil, istirahət hüquqları təmin edildiyi halda, söz azadlığı kimi əsas hüquqlar qətiyyən 

tanınmırdı. Bunun əksinə ABŞ-da isə, iqtisadi və sosial hüquqlar mütləq şəkildə təmin olunası 

hüquqlar sayılmır. 

İnsan hüquqları üçün nəzərdə tutulan bir digər təsnifat, bunları neqativ və pozitiv hüquqlar 

olaraq ikiyə bölməkdir. Neqativlik və pozitivlik yaxşı ya da pis olma mənasında ələ alınmır. 

Yaxşı ya da pis hüquq, əlbəttə ki, olmaz. Burada dövlətin konkret hüquqa qarşı hansı mövqedə 

duracağı nəzərdə tutulur – dövlət konkret hüququ təmin etmək üçün hərəkətsiz qalıb müdaxilə 

etməməlimi (qarışmamalı), yoxsa tam tərsinə, hüququ təmin etmək üçün nəsə etməlidir? Azadlıq 

hüququ ya da söz azadlığı baxımından dövlət müdaxilə etməməlidir, sizə qarışmamalıdır, onun 

məmuru gəlib sizin qapınızı döyməməlidir. Lakin təhsil hüququnun ya da mənzil hüququnun 

təmini üçün, dövlət məktəb açmalı ya da kooperativ mənzillərin tikintisinə kömək etməlidir. 

Əvvəllər hesab olunurdu ki, birinci nəsil hüquqlar neqativ hüquqlardır, halbuki, ikinci nəsil 

hüquqlar pozitiv hüquqlardır. Bu yanaşma tərzi bir zamanlar düzgün hesab oluna bilərdi. Lakin 

Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, neqativ hüquqlar baxımından da 

dövlətin pozitiv öhdəliklərini gətirməyə başladı. Məsələn, yaşamaq hüququna hörmət edən 

dövlət öz məmurları tərəfindən vətəndaşın həyatına qəsd etməməli və bu neqativ öhdəlikdir. 

Lakin əgər vətəndaş ehtimal olunan cinayətə qarşı dövlətdən qoruma tələb edirsə, dövlətin o 

vətəndaşı qoruma kimi bir öhdəliyi yaranır və bu da pozitiv öhdəlikdir. Ona görə, indi "neqativ-

pozitiv hüquq" təsnifatından daha çox, dövlətin "neqativ ya da pozitiv öhdəliklərindən" bəhs 

olunur. Bununla belə, din azadlığı, azadlıq hüququ, məlumat yayma azadlığı kimi hüquqlara, 

hələ də sırf neqativ hüquq kimi yanaşmaq mümkündür. 

İnsan hüquqları günü

 

İlk dəfə olaraq insan haqqına Fransada 



1789

-cu ildə qəbul edilmiş "İnsan və vətəndaş haqları 

bəyannaməsi"ndə rast gəlinir. Baxmayaraq ki, buna qədər insan haqlarının tanınması uzun 

inkişaf yolu keçmişdir. Onun inkişaf yolunda İngiltərə və Amerikada bu sahədə məlum olan 

xartiyalar var idi. 

XX əsrdə insan hüqüqları sahəsində əsas sənəd 

10 dekabr

 

1948



-ci ildə BMT tərəfindən qəbul 

olunmuş "İnsan hüqüqları haqqında ümumi bəyannamə" olmuşdur. 

1950

-ci ildən başlayaraq 



10 dekabr

 insan hüquqları günü kimi qeyd edilir. 




1966

-cı ildə BMT-nin başçılığı altında "Vətəndaşlıq və siyasi hüqüqlar haqqında beynəlxalq 

pakt" və "iqtisadi, sosial və mədəni hüquqlar haqqında pakt" qəbul edilmişdir. 

Avropada


 insan haqlarının və azadlığın qorunması üçün Avropa Konvensiyası mövcuddur. Bu 

konvensiyanın beynəlxalq müqavilələrdən fərqi ondadır ki, Avropada real işləmə mexanizminə 



malik insan haqlarını qoruyan Avropa məhkəməsi fəaliyyət göstərir. 

 

Yüklə 277,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə