Инсан мянявиййат цчцн йашамалы¬дыр



Yüklə 238,21 Kb.
tarix26.09.2017
ölçüsü238,21 Kb.
#1787




2-3. Hiss və intellekt



Fikir hələ fikir səviyəsinə

çatana qədər hiss halında olur.

K.Stanislavski
Ənənəvi olaraq Şərq düşüncə tərzində hissin, Qərb dü­şüncə tərzində isə intellektin aparıcı rol oyna­dı­ğı ön pla­na çəkilir. Əslində isə ağıl və hiss bir-birini tamam­lamasa, məq­sədə çatmaq mümkün deyil. Cübran Xəlil Cüb­ranın Pey­ğəm­­bərin dili ilə dediyi kimi, hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir1. Biri hərəkətə gətirir, o biri – istiqamətləndirir.

Adi danışıq dilində intellekt “ağıl” anlayışına uyğun gəlir. Bu anlayış elmi istilah kimi qəbul edilmə­di­yindən onun dəqiq əhatə dai­rəsi müəyyənləşdiril­məmiş­dir və yerindən ası­lı olaraq fərqli mənalarda iş­lədilir.

Fəlsəfi ədəbiyyatda “intellekt“ anlayışı müxtəlif dövr­lərdə müx­tə­lif mənalar daşımışdır. Qədim yunan fəlsə­fəsində (Platon və Aristo­tel) intellekt insanı bütün digər var­lıq­lardan fərqləndirən əsas xüsu­siy­yət, ilahi başlanğıcın əlaməti kimi qiymətləndirilir. Əgər duyğu, qav­rayış bir sıra digər canlı orqanizmlər üçün də sə­ciy­yə­vidirsə, in­tellekt yalnız in­sana məxsusdur. Həm də intel­lekt adi düşüncədən, ele­mentar abstraksiya qabi­liyyətindən yüksəkdə du­rur. Platona görə insan şey­lərin əsasında daya­nan anlayışları dərk et­məklə ideyalar alə­minə ya­xınlaşa bilər ki, bu da intellektual qa­­biliy­yət adlanır. Yəni in­tellekt şeylərin hissi qavrayışından asılı olmadan – fövqəlhissi surətdə dərk olunmasıdır.

Kant və Hegel isə intellekt anlayışını adi müha­kimə qabiliy­yə­ti, abstrakt-analitik düşüncə tərzi mənasında işlət­miş, onu zəka ilə mü­qa­yisədə təfəkkürün nisbətən aşağı pil­ləsi kimi başa düş­müşlər. Bura­ya əsasən formal məntiq prinsipləri, 2+2=4 qətiyyəti aid edilir.



Bu mənada intellekt hiss və duyğu ilə bilavasitə heç bir əla­qə­si ol­mayan, yalnız özlüyündə qəti şəkildə müəyyən olan məntiq qanun­larının formal tətbiqini əhatə edən və deməli, mahiyyəti üzə çıxarmağa imkan ver­məyən idrak tərzi kimi çıxış edir. Belə idraki qa­biliyyət in­sanı hey­van­dan fərq­ləndirmək üçün kifayət etsə də, onu “düşü­nən ma­­şın”lardan fərqlən­dirmir, onun fərdiy­yə­­tini, təkrar­lan­­maz­lığını, özü­­nə­məx­­sus­lu­ğunu ifadə et­­mir. Zira mən­tiqi forma­lar hamı üçün eyni­dir.

Fəhm və zəka anla­yışlarına gəldikdə isə, on­ların Azərbaycan dilin­də iş­lə­dilməsi və geniş yayılması (başqa dillərdə bu sözlərin qarşı­lı­ğı­nı tap­maq çox çə­tindir) xalqımızın qədim fəlsəfi fikir ənənələri ilə bağlıdır. Məsələn, ağıl və fəhmin müqayisə edilməsi, qarşılaşdı­rıl­ma­sı bizim el fəlsəfəsi üçün həmişə sə­ciyyəvi mövzu­lardan biri ol­muş­dur. Bu və ya digər nağılda, lətifədə gah ağıla, gah fəhmə üs­tünlük ve­rilmiş, on­­ların hər biri­nin özünəməxsus üs­tün­lük­ləri gös­tərilmişdir. Biz bu an­layış­la­rın elmi analoqlarını mü­qayisə et­dik­də də əmin ola bilərik ki, bütün fəl­səfə tarixi boyu rasional fi­kir­lə hiss arasında, intellektlə emo­siya ara­sında, məntiqi tə­fəkkürlə intuisiya arasın­dakı münasibət mə­sə­ləsi diq­qət mərkəzində olmuş, böyük diskussiyalar doğur­muşdur. Əməli fəaliyyətin, hissi təcrübənin rolunu əsas tutan cərəyan fəl­səfə ta­rixində sen­sualizm (başlıca nüma­yəndələri F.Bekon, Lokk, Berkli, Yum, Didro və s.), ağlın, ra­sional idrakın rolunu üstün tutan cərayən isə ra­sionalizm (Pla­ton, Aristo­tel, Dekart, Spinoza, Leybnis, Kant və s.) kimi məlum­dur. Hər iki cərayən məsələyə birtərəfli yanaşdığı üçün id­ra­kın həqiqi elmi mənzərəsini yarada bilməmişdir. Məsələ­nin düzgün həlli hissi olanla rasional olanın vəhdətdə götürülməsini tələb edir.

Elə məsələlər var ki, onu sövq-təbii surətdə, vərdiş və ya fəhm hesabına həll etmək mümkün deyil; burada məntiqi mühaki­mə intel­lekt tələb olunur; riyaziyyat məsələləri, abst­rakt el­mi kon­struk­siyalar və s. bu qa­bildəndir.

Elə məsələlər də var ki, on­ları ağılla, intelektlə dərk etmək ol­maz. Bunlar iki qrupa bölünür:

1. Emosional hadi­sə­lər (gö­zəllik, məhəbbət, hörmət, şöhrət və s.); onları yalnız duymaq müm­kündür. Bu sahədə hər cür əqli mü­ha­kimə isə mütləq təhrifə gətirib çıxarır. On­lar haqqında ümu­mi­ləşmiş fikir də ağıl yox, yalnız zəka vasitəsi ilə mümkündür.



  1. Mürəkkəb (işlədilən intellektual aparatdan daha mürək­kəb ha­disələr nəzərdə tutulur) hadisələr; məsələn kon­kret həyat ha­disələri. Onlar dəyişkən və təkrarlanmaz ol­duqlarından xüsusi təd­qiqata nə elmi tələbat, nə də imkan var. Belə məsələləri fəhmlə və ya hissin hök­mü ilə həll et­mək lazım gəlir. Ağıl nə qədər güclü ol­sa da burada aciz­dir. “Ağıllı düşünənə qədər dəli vurub payını gö­türür” müd­rikliyi də buradan yaranıb.

İnsanda fəhm qabiliyyəti əsasən irsiyyətlə bağlı olsa da, onun for­­­malaşmasında praktikanın, həyat təcrübə­sinin çox böyük rolu var.

Həm abstrakt-məntiqi, həm konkret-həyati, həm də emo­sio­nal-estetik xarakterli informasiyaların ümumiləşdi­rilməsi, gerçək­li­yin ən ümumi mənzərəsi­nin yaradılması üçün idrak pillələrindən bu və ya digəri ayrılıqda kifayət deyildir. Bunun üçün primitiv duy­ğu və intel­lekt pillələ­rin­dən başqa, fəhm, estetik qiymətlən­dir­mə və s. idrak mə­qamlarından da istifadə edilməsi zəruridir. Dia­lek­­tik id­rak metodu­nun əsa­sında məhz abstraktla konkretin vəh­də­ti şərti durur. Abstrakt konstruksiyalar intellekt vasitəsilə yara­dıl­­dığı kimi təkcə intellekt va­sitəsilə də dərk edilə bilir. Ab­strakt olan intellektsiz, konkret olan isə fəh­msiz, emo­siyasız dərk edilə bilməz.

Zəka – hiss və ağlın, fəhm və intellektin vəhdətidir. Hər hansı bir məsələnin öyrənilməsində abstrakt təfəkkür, formal məntiq qaydaları ilə yanaşı, müəyyən bir sövq-təbii hiss, fəhm (fəlsəfi dildə desək “qey­ri-şüuri” idrak ) də iştirak edir.

“Qeyri-şüuri” anlayışı heç də hərfi mənada başa düşül­mə­mə­li­dir. Bu anlayışın məzmunu ilə adı arasında bir paradoksallıq var­dır. Belə ki, “qeyri-şüuri” əslində insanın iç dünyasının ən ali təzahürü, ən yüksək pilləsidir.

“Qeyri-şüuri” idrak fəaliyyti olduqça böyük miqyaslı, mü­rək­kəb bir psixi-fizioloji prosesin nəticəsidir ki, onun ideal kon­struk­siyasını, modelini qurmaq, onun gedi­şini izləyə bilmək müa­sir im­kan­lar da­xilində deyil. Biz yalnız bu fəaliyyət sayəsində alı­nan in­for­masiya ilə, ye­ni məlumatla tanış oluruq, bütün naməlum idraki əməliyyat isə “qey­ri-şüuri”, “sövq-təbii” anlayışlar ilə ifadə olu­nur. Beynin sövq-tə­bii “intellektual” fəaliyyətinin nəti­cəsi artıq intellekt yox, yeni key­fiyyətli hadisə kimi tə­zahür edir ki, bunu da xa­rakterindən asılı olaraq emosiya, hiss, fəhm adlandırırlar.

Duyğunun, hissin ikinci, yüksək mənası adi danışıq di­lində və ədə­biyyatda da geniş yayılmışdır. Məsələn, S.Vur­ğun “dünən bir duyğusuz soruşdu məndən”, – deyərkən “duy­ğu” anlayışı bila­va­sitə inikas momenti kimi deyil, yüksək “intellektual” (əgər belə de­­mək mümkündürsə) duyğu mənasında işlədilir. Yaxud hissin ikiməna­lılığına uy­ğun olaraq həssaslıq sözü də iki mənada işlədilir. Həssaslıq – duyğu üzvlərinin yaxşı inkişafı; iti görmə, yaxşı eşitmə, iy­bilmə qabiliyyəti və s. kimi və həssaslıq – situa­siyanı qeyri-şüuri olaraq düz­gün qiymətləndirmək, sövq-tə­bii olaraq ən optimal çıxış yolu tapmaq və s. kimi.

“Qeyri-şüuri” anlayışı həm estetik, emosional hadisə­ləri, həm də elmi idrakın bir məqamı olan intuisiyanı əhatə edir. Azər­bay­can­ca adi danışıq dilində emosiya və intui­siya terminlərinə hiss (“intel­lektual hiss” mənasında) və fəhm sözləri uyğun gəlir. Bun­lar idrakın key­fiyyətcə fərqli sahələri olsa da təbiətləri etibarilə bizə bəlli olma­dıqlarından hər ikisi “qeyri-şüuri” adı altında ümu­mi­ləşdirilir.

“Qeyri-şüuri” fəaliyyət heç də həmişə mümkün olmur. Bu­nun üçün xüsusi şərait lazımdır, fikrin tam sərbəst bu­raxılması, be­yi­nin “öz-özünə”, tam müstəqil fəaliyyətinə imkan yaradılması la­zım­dır. Nəyi isə müşahidə edirsən, müxtəlif situasiyalarda olursan və birdən indiki məqamda üzərində fikirləşmədiyin, lakin nə vaxt­sa səni narahat et­miş bir məsələ yada düşür, axtarılan sualın ca­va­bı gözlə­nilmədən ta­pılmış olur... Bu baxımdan, məntiqlə həll oluna bilməyən çətin bir mə­sə­lənin həllini tapmaq üçün eyni məntiqi çər­çi­və daxilində uzun-uzadı düşünməkdənsə, həmin məsələni unut­maq, tamam başqa sahələrdə müşahidələr aparmaq daha faydalı ola bilər.

Belə bir fakt da maraqlıdır ki, ayıq vəziyyətdə (ağılın, intel­lek­tin istiqamətlənmiş fəaliyyəti) həll oluna bilməyən bir sıra prob­lem­lər yarıyuxulu vəziyyətdə asan­lıqla həll olunur; bu vəziyyətdə göz­lənilməz kəşflərin sayı daha çoxdur.

Tədqiqat göstərir ki, insan yatarkən beyinin fəaliyyəti nəinki da­yanmır, əksinə, onun ən intensiv fəaliyyət dövrü bu vaxta düşür. İn­san kənardan heç bir informasiya alma­dığı və məntiqi təfəkkü­rün fəa­liyyəti dayandığı bir vaxtda beyində müstəqil, sərbəst fəa­liy­yət üçün imkan yaranır; gün­düz alınmış informasiya bir növ qab­qarılır, yer­bəyer edilir. Bu zaman bütün passiv hafizə tutumu işə düşür (yuxu ha­disəsi də bununla izah olunur), yeni məlumatlar nə vaxtsa görmüş, eşit­miş və öyrənmiş olduğu, lakin sonralar unut­­duğu (tam unutma mümkün deyil – məlumat passiv hala keç­mək­lə beyində həmişə qalır) məlumatlar, biliklər küllüsü içərisində yerləşdirilir. “Birdən-birə yada düşmək”, “ağlına gəlmək” və s. məhz belə passiv yerləşdirmə prose­sin­də olur; nə vaxtsa axtarı­lar­kən hələ çatışmayan bir de­talın əlavə olunması sayəsində tam kon­struk­siya yaranır, o vaxt yarım­çıq qalmış model tamamlanır və s. Ya­xud da gördüyün yeni bir mənzərə, duy­du­ğun yeni ahəng, struk­tur və s. axtarı­lan məsələ ilə qeyri-şüuri su­rətdə analogiya ya­ra­dılmasına (as­sosiasiya) gətirir ki, bu da yeni “mən­­zərə”nin daha mü­kəmməl olan strukturunun başqa bir modeldə isti­fadə edil­mə­sinə imkan yaradır...



Bədii təfəkkür isə hamı üçün eyni olan məntiqi for­malardan kənara çıxır. Deməli, bədii yaradıcılıq ma­şın üçün əlçatmaz ol­ma­lı­dır. Bəs son vaxtlarda maşın­ların mahnı bəs­tələməsi, şeir qoşması faktları bu fik­rin əley­hinə deyilmi? Xeyir. Bu faktlar yalnız onu göstərir ki, sən demə musiqi, şeir və s. təkcə bədii tə­fəkkür yox, in­tel­­lekt vasitəsilə də yazıla bilərmiş. Əslində bu heç də süni in­tellek­tin açdığı yeni imkan olmayıb, təbii intellektin də imkanları daxi­lin­də olan bir hadi­sədir; incəsənət ta­ri­xində rasional idrak mər­hələsində (ra­sional üslubda) şeir yazılması, rəsm çəkilməsi, riyazi metodlarla musiqi bəstələnməsi və s. bu kimi faktlara həmişə rast gəlmək müm­kündür.

Etiraf etmək lazımdır ki, xüsusi şairlik istedadı, təbi olma­yan, lakin şairlik iddiasında olan adamlar (onlar yəqin ki, “şair­lə­rin” bö­yük əksəriyyətini təşkil edirlər) yalnız intellekt pil­ləsində şeir ya­zırlar. Yəni qabaqcadan məlum olan müəyyən fikir və ya məqsəd müəyyən şeir növünün forma tələblərinə (heca, vəzn, qafiyə və s.) uyğun şəkildə şərh edilir. Bunun üçün hətta fikri əvvəlcə nəsr­­lə yazıb, sonradan heca və qa­fiyə qəlibinə salmaq mümkün­dür. Belə şeirlərdə, əgər müəl­lif tapmaca üsulundan is­tifadə et­mir­sə, fikir ay­dın və anlaşıq­lıdır. Lakin belə şeir oxucuda nə hey­rət, nə ülvi hiss yarada bilər. On­ları yalnız başa düşmək mümkündür. Bu zaman in­formasiya emo­sional, estetik yolla deyil, məntiqi yolla ötürülmüş olur.

Bax, maşın da şeiri eyni prinsiplərlə yazır. Həm də bu sahədə maşının imkanları daha böyükdür. “Estetik təsir” yaratmaq üçün ma­­şın “intellektual şair”lə müqayi­sədə daha mürəkkəb və ahəng­dar qu­ruluş tapmaq imkanına ma­likdir. Çünki süni intellektin müəy­yən isti­qamətdəki fəa­liyyətini qeyri-məhdud olaraq geniş­lən­dirmək müm­kün­­dür ki, bu, təbii intellekt üçün mümkün deyil.

Deməli, maşının şeir yazması və musiqi bəstələməsi onun elə in­tellektual fəaliyyətinin nəticəsidir və bu qa­bi­liyyəti yeni mahiy­yətli bir hadisə (bədii təfəkkür) ilə qarışdırmaq olmaz.



Çağdaş fəlsəfədə intellekt bir termin kimi nadir hal­larda işlədilir, la­kin bu və ya digər münasibətlə intellekt an­layışından istifadə edi­lər­kən o, təfəkkürün sinonimi kimi başa düşülür. Müasir elmi ədə­biy­yatda in­tellekt an­layışına təzədən qayıdılması və onun məzmun və əhatə dai­rəsinin dəqiqləşdirilməsinə ehtiyac ya­ranması süni in­tellektin kəşfi ilə əlaqədardır. Bu halda intellekt sözü əsasən Kant və Hegel ter­mi­nolo­giyasına uyğun mənada iş­lə­­dilir. Belə ki, müasir imkanlar çər­çivə­sində ma­şın ən yaxşı halda yalnız abstrakt tə­fək­kür qabiliy­yətinə malik ola bilər. Ob­razlı dü­şüncə, bədii təfək­kür onun üçün yad­dır, əl­çatmazdır. Buna uyğun ola­raq ümumiyyətlə in­tellekt anlayışının əhatə dairə­sini məhdudlaşdırmaq, onu bütöv­lük­də təfəkkürlə deyil, yal­nız məntiqi tə­fəkkürlə mü­qayisə etmək lazım gəlir.

Hiss, emosiya qabiliyyətinə malik olmamaq maşının id­rak qa­biliyyətinin insan idrakı ilə müqayisədə başlıca məhdudiyyətidir. Zi­ra onun bütün idrak qabiliyyəti yalnız intellekt pilləsindən iba­rət­dir. Düzdür, müasir dövrdə ro­botların ən yeni nəsli – inteqral robotlar “duy­­ğu üzvləri” ilə də təchiz olunur, süni görmə, eşitmə və s. imkan­lara malik olur və bu baxımdan onların idrakı intellekt­lə ya­naşı pri­mitiv duyğu mərhələsini də əhatə edir. Lakin yüksək duy­ğu qabiliyyəti inteqral robotlar üçün də əlçatmaz­dır.

Süni intellektin ümumiyyətlə insan idrakından deyil, onun in­tellekt pilləsindən, yəni təbii intellektdən fər­qinə gəl­dikdə isə on­lar ara­sında oxşar cəhət­lər çoxdur. Fərq əsasən forma və kəmiyyət xa­rakteristi­kalarında tə­zahür edir.

Təbii intellektlə müqayisədə süni intellektin məh­dud cə­hətlə­rin­dən biri budur ki, onun vahid, universal tex­niki daşıyıcısını dü­zəlt­mək mümkün deyil. Yalnız ayrı-ayrı in­tellektual funksiyaları icra edən xü­süsi ma­şınlar düzəlt­mək mümkündür. Yəni hər bir ki­ber­netik ma­şın növü düzəl­dilərkən o, qabaqcadan düşünülmüş bir fəaliyyət istiqamə­tinə uyğunlaşdırılır və yalnız həmin “tədqiqat sa­hə­sində ça­lışa bilir”. Baş­qa “tədqiqat sahə­ləri” üçün isə başqa tip ma­­­şınlar düzəldilir və s. Düz­dür, maşınların müəyyən nisbi müs­tə­qil­liyi, seçki imkanı da olur. Məsələn, şərai­tin və və­zifənin dəyiş­mə­­si ilə əlaqə­dar bir proqram başqa proq­ramla əvəz edilə bilər. La­­kin maşının texniki kon­struksiya im­kanları həmişə müəyyən məh­­dudiyyət qoyur və ta­mam baş­qa xa­rakterli intellektual funk­si­ya­­ların icrası üçün is­tifadə edildikdə təkcə pro­qramı deyil, maşının qu­­ruluşunu da də­yişmək, yəni əs­lində başqa tip maşına müraciət et­mək lazım gəlir. Tə­bii intellekt isə universal­dır, yəni tamam müx­tə­­lif key­fiy­yətli intellektual əmə­liyyat­ların ic­rası eyni bir insan bey­ni üçün prinsipcə im­kan daxi­lin­də­dir. İn­sanların müxtəlif təd­qiqat sa­hələ­rində ixtisaslaş­ması isə prak­­tik səbəblərlə bağ­lıdır və heç də be­yinin prinsipial məh­du­diyyətindən, qeyri-univer­sallığından irəli gəlmir.

İkincisi, kibernetik maşın və insan beyninin intel­lektual fəa­liy­yətinin nəticələri eyni olsa da (birincidə nəticə informasiya di­lin­də, ikincidə təbii dillə verilir; lakin qarşılıqlı keçid, “tərcümə” hə­mi­şə mümkündür), bu nəticələrin alınma üsulları müxtəlifdir. Hər iki halda prosesin formal mexa­niz­mi belədir ki, müəyyən əmə­liy­yat­­lar vasitəsilə ilkin infor­ma­siya toplusundan yeni infor­masiya alı­nır. Lakin insanda bu proses psixi-fizio­loji, fiziki-texniki yolla ge­dir. Birinci sis­tem daha mürəkkəb hərəkət formasına uyğundur və bu­rada me­xaniki de­ter­minasiya im­kanı yoxdur. İkincidə isə ya bir­qiy­mətli de­terminasiya, ya da heç olmazsa məsələnin sonlu həlli prin­sipcə həmişə mümkündür.

Süni intellekt müəyyən cəhətlərinə görə təbii intel­lektlə mü­qa­yisədə bir sıra üstünlüklərə də malikdir. Bu, ilk növ­bədə ki­ber­ne­tik maşının müəyyən rasional əmə­liyyatları təbii intellektlə mü­qa­yisədə çox böyük sürətlə yerinə yetirmək im­kanında özünü gös­tə­rir. Sürətin böyüklüyü sayəsində süni intellekt keyfiyyətcə fərqli ye­­ni əla­mətlər əldə edir. Təbii intellekt üçün qeyri-mümkünlük də­rə­cəsində çətin olan bir sıra əqli əməliyyatlar maşın tə­rəfindən asan­lıqla yerinə ye­tirilir. Bu qabiliyyətinə görə kibernetik maşın həm elmdə, həm də bir sıra praktik fəa­liyyət sahələrində misilsiz əhə­miyyət kəsb etmişdir.

Maşın həm də bütün əməliyyatları yorulmaq bil­mə­dən, mün­tə­zəm və “səliqəli” şəkildə icra edir ki, bu ba­xım­dan ən soyuqqanlı və təmkinli insan da onunla müqayisə oluna bilməz.

Süni intellektin ən mü­hüm üstünlüklərindən biri də onun ver­diyi məlumutların şərh üçün yararlığıdır. Çünki bu­rada maşın di­li ilə onun rasional məlumatları ara­sında tam birqiy­mətli uyğun­luq vardır və hər cür məlumat tərəddüdsüz və qeyd-şərtsiz olaraq “ma­şın di­linə”, ora­dan da elmi dilə “tər­cü­mə” edilə bilər. İn­san isə bir çox mə­lu­mat­ları emosiyalarla, ob­­razlı şə­kildə və ya “qeyri-şüu­ri” yolla aldığından on­ları rasio­nal şəkildə şərh et­mək heç də həmi­şə müm­kün olmur. Hətta adi intellektual fəaliyyətin nəti­cə­lərini tə­bii dil vasitəsilə şərh etmək də çox vaxt çətin olur, çünki bu halda di­lin özü rasional­lıq tələblərinə cavab vermir. Təbii dillə şərh pro­sesi yalnız o halda normal gedir ki, ya müvafiq elmi dil qəti şəkildə for­­malaşmış ol­sun, ya da riyazi dildən istifadə etmək mümkün olsun.

Nəhayət, intellektual inkişafın perspektivləri ən çox süni in­tel­lekt sahəsindədir, daha doğrusu, ondan is­ti­fadə edilməsi sayə­sin­də müm­kündür. Belə ki, insan in­tel­lektinin tə­bii inkişafı çox ləng bir proses ol­duğu halda (məsələn, antik dövrün adamları ilə indiki adam­lar ara­sında intel­lek­tual fərq çox azdır; Lui de-Broy­lun fik­rincə isə, belə fərq ümumiyyətlə yoxdur), süni intellekt böyük addımlarla in­kişaf edir. O bir sıra sa­hələrdə təbii intellekti artıq keçmişdir, bəzi sahə­lərdə də keçmək əz­mindədir. Çünki ona mə­nəvi qida verən təbii mənbə insa­nın təkcə intellekti deyil (belə olsa, təbii intellekt hə­mişə üstün olmalı idi), həm də fəhmi, zəkasıdır.

Lakin bütün bu üstünlüklərinə baxmayaraq, süni intel­lekt müs­təqil şəkildə, təbii intellektlə əlaqəsi olmadan heç bir fayda verə bilməz. Ayrıca götürülmüş bir hadisə və ya hadisələr sinfi üçün maşın, robot intellektual sistem rolunu oynaya bilirsə də, bu cür müxtəlif intellektual sis­tem­ləri və onların nəticələ­rini öz arala­rın­da əlaqələn­dir­mədən gerçəkliyin az-çox dərəcədə tam mənzə­rə­sini ya­ratmaq müm­­kün deyil; belə bir əlaqələndirmə və ümumiləş­dirmə üçün yenə də təbii in­tellektə ehtiyac var. Yəni son nəticədə təbii (universal) in­tellektin köməyi olmadan süni (diferen­sial) intel­lekt ciddi fayda verə bilməz. Onun başlıca funk­siyası tə­bii intel­lek­ti bu və ya digər konkret istiqamətdə tamam­la­maq, həmin isti­qa­mət­də güclən­dirici vasitə kimi çıxış etməkdir.

Əgər tarixi ardıcıllıqla yanaşsaq insanın forma­laşması pro­se­sin­də ilk ciddi addım onun istehsal vasi­tə­lərindən isti­fadə etməklə öz fiziki imkanlarını ar­tır­ması olub. İkinci addım müxtəlif eks­pe­ri­men­tal-tex­niki vasitələrlə (mikro­skop, teleskop, lokator və s.) öz duy­ğu qa­biliyyətini ta­mamlaması, üçüncü addım isə ki­bernetik ma­­şın­lar sayəsində öz intellektual qabi­liyyə­tini müəyyən is­tiqamət­də artırmaq olmuşdur.

Bu üç “addım” bir növ insandan ayrılıb öz aralarında bir­ləş­məklə inteqral robotları təşkil edir. O, müəyyən məh­dud şərait­də müəy­yən funksiyaları müstəqil surətdə icra edə bilir. Bu, böyük nailiyyətdir. Lakin nis­bətdə götürdükdə robot dəmirdən olsa da zəif və miskin­dir. Həmin texniki vasitələrlə silahlanmış insan isə güclü və əzəmətlidir.

İdrakın ayrılmaz tərkib hissələrindən bu və ya digə­rinin ön pla­na çəkilməsi, onun rolunun həddən artıq qiy­mətləndirilməsi halla­rın­dan biri də intellektualizm cə­rə­yanında təzahür edir. Belə ki, müasir dövr­də elmin icti­mai həyatda rolunun artması, elmi-texniki inqilabın bü­tün fəaliyyət sahələrinə güclü təsir göstərməsi elmi idra­kın digər idrak növlərinə nəzərən üstün olması illüziyasını doğurur. Guya elmi-tex­niki inqilab müasir dövrü səciyyələn­dirən əsas hadisə olduğundan bü­tün fəaliyyət sahələrində müasirlik ru­hu elmlə, texnika ilə, onların müx­təlif nai­liyyətləri ilə bağ­lılıq dərəcə­sinə görə ölçül­məlidir. Bu ba­xımdan, incə­sənət də istisna təşkil etməməli, müasir elmi-texniki in­kişaf səviyyəsi ilə səsləşməlidir. Lakin bu səsləşmənin, bir qədər pri­mitiv başa düşülməsi aşağı­dakı iki istiqamətin, meylin inkişafına tə­kan vermiş­dir.



Birinci istiqamət özünü bədii yaradıcılıqda elmi id­rak metod­la­rından, xüsusən məntiqi təfəkkürdən – intel­lektdən istifadə et­mək tə­şəb­büsündə göstərir. Bu meylin spesifikası onun əsas nüma­yən­də­lərindən biri olan V.Bryusovun fik­rində çox gözəl ifadə olu­nur: “Belə əsərlə­rin müəllifləri daha çox dərəcədə təsəvvürlərdən deyil, an­layış­lardan istifadə edir, öz nə­ticələrinə xalis məntiqi yolla gə­lir, emo­siya­dan daha çox mühaki­mə­yə müraciət edir­lər”.2 Tə­səv­vür pil­­lə­sindən yük­­səkdə da­yanmaq, intel­lektin gücündən is­ti­fadə etmək yaxşıdır. La­kin təkcə intellekt va­sitəsilə yara­dı­lan “bə­dii əsər”, “sə­nət əsəri” son­suz zə­nginliyə malik “qeyri-şüuri” idrak fəaliyyətinin verdiyi imkan­lardan məh­rum olur və sonlu, məhdud bir mənəvi alə­min ifadəsi ol­maqla heç bir ülvi hiss yarada bilmir. Bu baxımdan, ro­botların yarat­dığı “sənət əsərləri” belə əsər­lərdən nəinki geri qal­mır, hətta, yuxarıda artıq izah etdiy­imiz kimi, prin­sip­cə daha böyük perspektivlərə ma­likdir.

Müasir dövrdə bədii yaradıcılıq bayrağı altında yara­dılan, əs­lin­də isə bədii xarakter daşımayan əsərlər iki böyük qrupa bölünə bilər:



  1. Primitiv duyğu – qavrayış və təsəvvür mərhələsində yara­dı­lan əsərlər. Belə əsərlər incəsənətin inkişafına mənfi təsir göstərir, onu cılızlaşdırır.

  2. İntellektual səpkidə yazılan əsərlər. Onlar bədii əsər sayıla bilməz, lakin kütlələrdə elmi idrak qabiliyyə­tinin ya­ranması və in­ki­şafına, onların məlumatlarının geniş­lən­mə­sinə xidmət etmək ba­xı­mın­dan təqdirəlayiq ha­disədir. Bu sahədə elmi idrakın nai­liy­yət­lə­rindən və süni intellektin kö­məkliyindən istifadə etmək mümkün olduğuna görə, onun böyük perspektivləri vardır.

Əsil bədii yaradıcılıq da öz növbəsində iki qismə ay­rıla bilər: İntellektəqədərki, lakin yüksək duyğuya əsasla­nan idrak pilləsində yaradılan əsərlər (buraya ən çox lirik əsər­lər və sentimental ruhlu epik əsərlər aiddir) və intel­lekti ehtiva edən, lakin ondan yüksəkdə daya­nan, intel­lekt­lə emosiyanın vəhdətini təşkil edən zəka pillə­sində ya­ra­dı­lan əsərlər (bu­raya ən çox fəlsəfi qayəli bədii əsərlər da­­xildir). Bir sözlə, bədii yaradı­cılıq iki müxtəlif idrak pil­ləsində mümkündür: xalis emosional pillə və zəka pil­ləsi. Xalis intellekt isə bədii yaradıcılıq üçün bir növ “qadağan olunmuş zona”dır.

İntellektualizmdə ikinci meylə görə incəsənətin möv­zusu, ini­kas obyekti dəyişilməli, burada ilk növbədə elm və texnikanın nai­liy­yətləri öz əksini tapmalıdır. Bu hadi­sələrin incəsənətdə inikası doğ­rudan da vacibdir, lakin məsələyə primitiv münasibət zamanı unu­dulur ki, bu ini­kas heç də traktorun və ya kosmik raketin lirik plan­da şər­hi, müəy­yən elmi nəzəriyyənin və ya elmi-texniki fəa­liy­­yə­tin “bədii” təs­viri formasında olmamalıdır. Zira elmi müd­­dəa­la­rın şərhi üçün ən əlverişli dil elə elmin öz di­lidir, onun bədii dilə “tər­cümə olunmağa” ehtiyacı yoxdur və bu təşəbbüs mü­vəf­fə­qiy­yət­sizliyə məhkumdur.



Müasir hadisələri qələmə almaq üçün onların zahiri gö­rünüş və ya mexanizmlərini şərh etmək deyil, onların ic­timai mahiyyət­lə­rini açmaq və buna müvafiq bədii for­ma­­lar tapmaq tələb olunur. S.Vur­ğunun “Muğan” poe­ma­­sında yeni texnikanın ictimai funksi­ya­sının poe­tik təs­vi­­ri, N.Hik­mətin “Kəllə” əsərində doktor Dalba­ne­zonun ta­leyi timsa­lın­da mövcud cəmiyyətin elmin inkişafına zidd mahiy­yətinin açılması və s. buna ən parlaq misallar­dır. Bu əsər­lərdə heç bir saxta intellektualizm meyli yox­dur; onlar öz bə­dii­liyində qalmaqla müasir ictimai pro­blemləri əks etdirirlər. Əsə­rin qəhrəman­ları isə ilk növ­bədə öz hiss və həyəcanları ilə, mənə­viy­yatı ilə ön plana çəkilən insanlardır. Zira intellektin rolu nə qə­dər ar­­tırsa artsın, insanın mahiy­yəti, onun bö­yüklük və əzə­mə­ti in­tel­lektdən sonrakı mərhələdə, yüksək hiss və zəka mərhə­ləsində tə­za­hür edir. Əsil insanlar dün­yasını ro­botlar və ro­botsayağı adam­lar dünyasından fərq­lən­di­rən də məhz his­sdir, emo­siyadır, zəkadır.

1 Дж.Х.Джебран. Мятежные души. М.: 2002, стр.52.

2 В.Брюсов. Избр. соч. в 2 томах, т. 2, М., 1955, стр. 367.


Yüklə 238,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə