Инсан мянявиййат цчцн йашамалы¬дыр



Yüklə 170,98 Kb.
tarix17.09.2017
ölçüsü170,98 Kb.
#575





8-5. İctimailəşmə və

məhəbbətin transferi
Cəmiyyətimizdə saf mənəviyyatı

bərqərar etmək, inkişaf etdirmək,

bü­­­­­­­tün mənfi hallara qarşı mü­ba­ri­zə-

­ni gücləndirmək əsas vəzifəmizdir.

Heydər Əliyev
İnsanın ictimailəşməsi kişilərin simasında lap qə­dim­dən başlanır. Əslində cismani və mənəvi başlanğıcla (ruh və bədənlə) yanaşı sosial komponent də insanı fərqləndirən ilk zəruri şərtlərdən biridir. Ona görə də biz müasir dövrdə ümumiyyətlə insanın yox, məhz «qadının ictimailəşməsi» prosesindən danış­maq istərdik.

İnsanların ictimailəşməsi qədim tarixə ma­lik olsa da, müxtəlif dövrlərdə bu icti­mailəşmənin miqyası müxtəlif olmuşdur. Qadı­nların ictimailəşməsi neçə min illər ərzində ailə və qo­hum-qardaş miqyasından o tərəfə keçmə­di­yi­nə görə biz bunu tam ictimailəşmə hesab etmirik. Ailə bir tərəfdən cəmiyyətin özə­yi olsa da, digər tərəfdən cəmiyyət üçün xeyli dərəcədə qapalı bir sistemdir. Qərbdə qadınlar ailə «bar­yerini» çoxdan keçiblər. Bizdə isə bu proses yeni-yeni başlayır və onun yaratdığı sosial-psixik təbəddülatların öyrənilməsinə böyük ehtiyac vardır.

Bu hadisə, heç şübhəsiz, məhəbbətə də təsir göstərir və onun xarakterini xeyli dərəcədə dəyişir.

Neçə əsrlər ərzində Şərqdə qadın üçün ictimailəşmə dərəcəsi «ata evi», «qayınata evi» və bunlar arasındakı yol­dan ibarət olmuşdur. Qadının həyatında ən böyük dəyişiklik bir ailədən başqasına köçmək, gəlmək, «gəlin» olmaqdan ibarət idi. Bir ailədə oturub başqa ailə üçün hazırlanmaq – ciddi bir sosioloji və psixoloji problem, qadın üçün isə hətta mə­həb­bətlə müqayisə oluna biləcək dərəcədə əhə­miy­yətli bir hadisə idi. Biz indi buna «ailə qur­maq» deyirik. Lakin uzun muddət, bəzən elə indi də qız üçün söhbət əslində «ailəyə köç­məkdən» gedir.



«Məhəbbət» sferası bir adamla müna­si­bəti əhatə edir. «Köçmək» isə qarşıya tək sev­diyin oğlanla yox, onun ailəsi ilə münasibətlər qurmaq problemi qoyur. Gəlin-qayınana zid­diyyəti də ailələr arasındakı fərqdən, bir ailədə yetişmiş insanın başqa ailənin qaydalarına, ru­huna nə dərəcədə adap­tasiya oluna bilmə­sin­dən və ya hətta bu başqa ailəyə yeni qay­da­ları nə dərəcədə məharətlə tət­biq edə bilməsindən asılı olaraq ya­ra­nır.

Düzdür, Avropada qızlar «köçmür», on­lar oğlanla birlikdə yeni ailə qururlar. İndi bi­zim şə­hərlərdə də çox vaxt «köçmək» «qur­maq»la əvəzlənir. Hansı daha yaxşıdır?

Əlbəttə, adamın ağlına gələn birinci rəy üstünlüyü qurmağa verir. Jəmiyyətin yüksək dərəcədə inkişaf etdiyi gen-bol bir şəraitdə bu, ola bilsin ki, ən yaxşı variantdır. Hər halda, iki şəxs arasındakı məhəbbətin sınağı üçün daha lokal bir mühit yaranır.

Lakin burada da özünəməxsus problem­lər ortaya çıxır. Əvvəla, yenicə təhsilini başa vur­­muş gənclərin qısa müddətdə ailə üçün zə­ruri olan tam şərait yaratması qeyri-müm­kün­dür. Ona görə də, bu şəraitin yaradılması yenə də valideynlərin öhdəsinə düşür. Yenə də mü­hit genişlənir, zövqlər toqquşur, sevgililər Kim­lər­dənsə asılı vəziyyətdə qalır.

Lakin tutaq ki, bütün çətinliklərə bax­ma­­yaraq, müstəqil yaşamaq istəyən gənclər hər şeyi özləri həll edirlər. Bu zaman onların fəaliy­yət istiqamətləri sosial-iqtisadi problem­lərə və məişət qayğılarına yönəlmiş olur ki, bu da yenə romantik məhəbbətin yerə enməsi və bəzən ar­xa plana keçməsi ilə nəticələnir. Bu hal­da birgə quruculuq işi, ortaq çətinliklər yox­sulluqdan və ya vaxt çatışmazlığından irəli gə­lən narahat­lıq­lar məhəbbəti daha ağır bir sına­ğa çəkir. İstər-istəməz belə bir fikir yaranır ki, gəlinin qurulu evə köçməsi, məişət mə­sə­lə­lərində daha təcrü­bə­li və təmkinli olan yaşlı nəslin himayəsini qəbul etməsi sevgililərin mü­na­sibətində roman­tika­nın qorunub saxlanıl­ma­sı üçün daha əlve­rişli ola bilər.

Göründüyü kimi, «köçmək» və «qurma­ğın» – hə­rə­sinin öz üstünlükləri və çatışmaz­lıqları vardır. Bütün hallarda mə­həbbəti sərt reallığın ağır sınaqları gözləyir. Məhəbbətin ikinci, daha realistik mərhələsi bundan sonra başlanır. Mənafe birliyi, birgə qu­ruculuq işləri, ortaq çətinliklər, birgə mübarizə və bu mü­barizədə qazanılan uğurların ortaq sevinci – bütün bunlar göydən yerə enmiş məhəbbətin yeni şəraitdə möhkəmlənməsi üçün əlavə im­puls verir.

Lakin ictimailəşmə şəraitində məhəbbət üçün yeni təhlükələr və yeni sınaqlar ortaya çı­xır. Müstəqil yaşamaq və ailəni dolandırmaq üçün kişi işləməli və vaxtının çox hissəsini ev­dən kənarda keçirməli olur. Ərin ailə miq­yasından kənardakı həyatı gəlin qarşısında ailə daxilində həyata uyğunlaşmaq və ya əri kimi ailədən çıxaraq ictimai həyata qatılmaq alter­nativini qoyur. Bu ikinci seçim ancaq son dövr­lərdə aktuallaşmış və «qadınların icti­mai­ləş­mə­si» prosesi üçün əsas olmuşdur. Bu zaman məhəbbət üçün yeni sınaqlar ortaya çıxır. Ərin iş yerində çoxlu sayda başqa qadınlar, gəlinin iş yerində də çoxlu sayda başqa kişilər çalışır ki, onlarla münasibətlərin qurulması zərurəti yeni mədəniyyət və yeni əxlaq normalarının formalaşmasını tələb edir. Şərqdə bu sahədə ənənəvilik olmadığından, çox vaxt Qərb ste­reotipləri önə keçir.

Ər və arvadın ailə daxilində keçirə billə­cəyi romantik anlar azalır. Məişətdə və ailə qu­ruculuğunda ortaya çıxan qayğılar, prob­lem­lər – bir tərəfdən, qayınata və qayınana ilə mü­na­sibətlərin çətinlikləri – ikinci tərəfdən, əgər kA­sıb­çılıq varsa maddi problemlər – üçüncü tərəf­dən və s., və s. – hamısı yüksək estetik his­sin və romantik anların əleyhinə işləyir.

Amma iş yerində… İş yerində hamı səli­qə-sahmanlı, hamı sanki dərd-sərini evdə qo­yub gəlir və burada rahat nəfəs alır, dinclik ta­pır.

İşdə dincəlmək paradoksu! Əlbəttə, bü­tün iş yerləri rahat deyil, insan burada da əlavə stress ala bilər. Və bunları da evinə daşıyar ki, bu da yenə məhəbbətin əleyhinədir.

Amma çox vaxt əsəblər ailədəki kimi tarım çəkilmir, qayğılar az olur. Zahirən hamı mədənidir və bir-birinə xoş sözlər deyir. Evdə xoş sözə həsrət qalan qadınlar bəzi iş yerlərində gen-bol kompliment eşidirlər. Bax, belə bir şə­raitdə insanların romantik hiss üçün əhval ruhiyyəsi ailədəkindən daha əlverişli olur. Kim­lərsə bu xoş əhval impulsunu işdə biruzə ver­mə­yərək evə ərməğan gətirir. Kimlərsə «səadə­tini» elə işdə tapmağa çalışır.

İctimailəşmə faktoru subaylar və ailəlilər üçün xeyli fərqli üfüqlər açır. Daha doğrusu, hələ seçimini etməyənlər üçün geniş seçim mey­danı açıldığı halda, könlünü artıq kiminləsə bağlamış adamlar üçün nəfslə mübarizə mey­danı açılır; məhəbbət və mənəviyyat sınağa çəkilir.

Beləliklə, qızların və dul qadınların icti­mai həyata qa­tıl­ması ilə ailəli qadınların işlə­məsi eyni tərtibli hadisə de­yil və bu problemin geniş sosial-psixoloji tədqiqinə böyük ehtiyac vardır.

«Qadınların ictimailəşməsi» kişilərin iş yerlərini rən­garəng etməklə onları yeni həvəsə sala bilər. Xüsusən, ailə məhəbbəti həqiqi və güclü deyilsə, açılan yeni imkanlar müqabilin­də sınaqdan uğurla çıxmaq çətin ola bilər.

Qərbdə ictimai həyat ailə həyatına nəzə­rən daha önəm­lidir. Ailələr çox vaxt qısa ömür­­lü olur. Qadınlar çox­dan ictimailəşiblər. Kişilər də ictimai həyatın açdığı «mə­həbbət fonu»nu lazımınca dəyərləndirirlər.



Don Cuanlıq da təbii ki, Qərb təfəkkürü-nün məhsu­Lu­dur. Əgər məqsəd sadəcə qadında maraq oyatmaq, onu «yol­dan çıxarmaq», «ələ keçir­mək»dirsə və kimsə bu sahədə çox məha­rətlidirsə, bunun böyük sevgi ilə, eşqlə heç bir əla­qəsi yoxdur. Burada söhbət sadəcə olaraq hissiyatının föv­qünə qalxa bilməyən qadınların zəifliyindən və ya SA­də­lövhlüyündən sui-istifa­də­dən gedir. Bundan da pisi isə heç qəlbi ələ keçirməyə təşəbbüs də göstərmədən, hansı isə gö­zəlin sadəcə cisminə sahib olmaq, öz şəhvə­tini söndürmək üçün istifadə etmək və bu yol­da rəyasətdən, vəzifədən, var-dövlətdən yarar­lan­­maqdır.

Əlbəttə, burada da həm zahirən, həm də nəticə eti­ba­rilə bir-birinə bənzəyən iki situasiya əxlaqi baxımdan fərq­lən­dirilməlidir. Birinci hal­da, qarşı tərəf könüllü surətdə, heç bir inzibati və ya digər asılılığı ol­mayan, hətta heç tanımadığı ada­ma pul müqabilində təslim olur. Gecə klublarının çoxu bu məq­səd­lərə xidmət edir. Burada qadın artıq konkret bir sosial-əxlaqi statusda çıxış edir. Və belə ye­rə gedən kişi də məhəbbət axtarmaq üçün yox, ancaq şəh­va­ni hissini təmin etmək üçün gedir. Onun mənəvi təs­kinliyi də var ki, bu qadınları kluba o dəvət etməyib və onların əxlaqı üçün mə­suliyyət daşımır. Qərbdə buna normal baxılır. Bu­rada heç kimin öz kimliyini gizlət­məsinə ehtiyacı olmur. Qərbdə belə hesab edilir ki, insan öz həyat tərzindən utan­mamalıdır. Uta­nı­lası əməllər onsuz da hüquq müstə­vi­sinə ke­­çir. Hüquqla məhdudlaşdırılmayan bir sfera var ki, onun daxi­lində insan özünü tam azad hiss edə bilər. Yəni əməllər hüquq və ağılla tənzim olunur.

Şərqdə isə əxlaqi normadan azca da kə­na­ra çıxan əməllərin üstü açıldıqda hüquqda nə­zərdə tutulduğuna nis­bətən daha ağır cəza verildiyindən və ictimai tənbeh də hə­qa­rətli ol­du­ğun­dan, insanlar özlərinin hissi və iradi zəif­lik mə­qamındakı əməllərini giz­lətmək məc­bu­riyyətində qalırlar. Nə­ticədə pərdəarxası real­lıqlar­dan fərqli olaraq hamı za­hir­də başqa cür, – «abırlı» görünməyə çalışır; cəmiyyət riyakar­la­­şır, əxlaqi baxımdan kimin kim ol­duğunu müəy­yənləş­dir­mək xeyli çətin olur. Beləliklə, əxlaq məsələlərində Şərqdə in­sanları riyakar­lı­ğa sövq edən ictimai tənbehin və cə­zanın əmələ adekvat olmaması, tərbiyəedici yox, qəhredici olma­sıdır.



Lakin digər hal da var. Öz sosial-əxlaqi statusuna görə «küçə qadını» olmayan, ailədə və cəmiyyətdə müəyyən möv­qe tutan gənc qıza, hətta ana olan, ailəsi olan bir qadına qar­şı təh­rikçi münasibət və bu zaman vəzifə səlahiy­yət­lərindən sui-istifadə edilməsi, – bu, daha eza­miyyət sər­güzəşti, gecə klu­buna getmək və ya hansı isə ailəsiz qa­dınla könüllü mü­nasibət qurmaq deyil. Bu, sadəcə əxlaqi sə­batsızlıq da deyil; əxlaqi pozğunluğun ifrat halı, əsl cina­yətdir və Qərbdə belə mü­nasibətə, hətta «sa­dəcə» tə­şəb­büsə görə cid­di hüquqi cəza nəzərdə tutulur. Bəli, bizim bə­yən­mədiyimiz Qərb­də və­zifəli şəx­­sin tabeliyində olan işçiyə baş­­qa gözlə baxması, müəl­limin öz tələbəsinə müsbət qiy­mət mü­­qabilində təmənnalı müna­sibət bəs­lə­mə­si halları nəinki hüquqi məsuliyyətə cəlb olu­nur, hətta cəmiyyət özü belə adamları Daş­qalaq edir və ən başlıcası, belə şey normal in­sanların heç qəlbindən də keç­mir; yəni Qərb bu məsələdə hüquq və əxlaqın adek­vatlığına nail ola bilmişdir. Qadınlar da öz hüquqlarını gözəl bildi­yin­dən və qarşı tərəfin qeyri-əxlaqi rəfta­rına görə onun əvəzinə utanmaq məcbu­riyyə­tində olmadıqlarından, be­lə hal­larda müt­ləq məh­­kəməyə müraciət edirlər. Fəal hüquq, hü­qu­qi mədəniyyətin yüksəkliyi nəticə etibarilə əxlaqı da yön­lən­di­rir. Yəni kişi qarşı tərəfin utandığındanmı, ya nə­dən­sə sus­maya­cağına əmin olduğu üçün heç belə bir təşəb­büs də gös­tərmir. Çünki cəzanın, ictimai tənbehin qa­çıl­maz ol­duğunu bi­lir. (Tək bir Monika əh­valatı hamıya görk deyil­dimi?). Təd­ricən bu qorxu əxlaqi mövqeyi formalaş­dırır, da­ha doğ­rusu peşə əxlaqı qərarlaşır və öz işçisi ilə «sərbəst» rəftar, ona təmən­nalı və ya sırtıq münasibət vəzifəli şəxsin heç ağlına da gəlmir.

Bəs bizdə? Hüquq öz funksiyasını yerinə yetirə bil­mədiyindən və hüquqi mədəniyyət aşağı olduğundan sırtıq münasibətlə üzləşən qadın nə edəcəyini bilmir; ya ürək ağrısı ilə təhqirlərə dözməli, ya iş tapmağın belə çətin olduğu bir vaxtda «üzü sulu» işdən çıxmalı, ya da bunu ərinə, qar­da­şına, atasına deməklə qan tökülməsinə bais ol­malıdır. Qərb­də ən optimal sayılan məhkəməyə müraciət variantı isə heç ağıla da gəlmir. «Kişilər» də məhz qadının bu «əlacsız» və­ziy­yətindən, «özünü biabır etmək istəməməsindən» sui-isti­fadə edirlər.

Əlbəttə, məhəbbət haqqındakı əsərdə söhbət təhsil müəssisə­lə­rin­də, iş yerlərində gənc qız və oğlanlar, subay kişi və qadınlar ara­sın­da yaranan sağlam dostluq münasibət­lə­rin­­dən və ya məhəbbət­dən getsə, daha çox yerinə düşərdi. Lakin yuxarıda baxdığımız ne­qa­tiv hal­lar o dərəcədə ak­tuallaşıb ki, biz bu kon­tekstdə psevdo­məhəb­bət­dən və hətta antimə­həb­­bət­dən də danışmaq məcburiyyətin­də qallı­rıq.

Təəssüflər olsun ki, poetik idealda eşqi göy­lərə qaldı­ran, məhəbbəti saf, təmiz və hətta müqəddəs duyğu kimi vəsf edən Şərq kişiləri ictimai həyatın reallığına enəndə çox vaxt baş­qa hava çalırlar. Görünür, burada ictimai rəyin düzgün formalaşmaması və kişi ilə qadın ara­sında məsuliyyət dərə­cə­lərinin düzgün bö­lün­­məməsinin də rolu vardır. Belə ki, elə bil bütün məsuliyyət qadının üzərinə atıl­mışdır. Kişinin təh­rikçi münasibətindən daha çox, qadın zəif­liyi mə­zəm­mət olu­nur. Bizim fikrimizə görə isə güclü cinsin nümayəndəsi olmaqla kişi daha çox məsuliyyət daşımalıdır. Lakin güna­hın ço­xu kişilərdən də çox cəmiyyətdədir. Naqis cə­miyyətdə yüksək mənəviy­yatın qorunması çə­tin olur.

Səbəblərdən biri də eşq ideologiyasının reallıqdan çox uzaq olması, adi insanlar üçün əlçatmaz olmasıdır.

Qərbdə evlənənlərin istifadəsində real ic­timai mühit­dən, hakim mənəvi dəyərlər siste­mindən, üstün ictimai rəy­dən, ailə iqtisa­diyya­tın­dan, hətta psixoloji və fizioloji bilgi­lərdən çıxış edən, əməli həyatda ya­rarlı, mükəmməl bir ailə-məhəbbət təlimi vardır. Bizimkilər isə məc­nunluqla, yüksək eşq idealı ilə elə yük­sək­lərə qalxıblar ki, buradan nəinki ailə həyatı, heç ümumiyyətlə yer də görünmür. Real hə­yat­da, ailə münasibətlərində bu konsepsiya ka­ra gəlmir. Daha doğ­rusu, «aşiqlik istedadı», cəmiyyətin fövqünə qalxmaq əzmi se­çil­mişlərin qismətidir. Həm də bu seçilmişlər adi mənada xoş­bəxt ola bilməyərək, ancaq «cəfadan zövq almağa» məh­kumdurlar.

İnsanların böyük əksəriyyəti isə ictimai mühitin, möv­cud sosial reallığın bir hissəsidir. «Normal insanların» mə­həbbətləri də öz səviy­yələrinə uyğun olur. Şərqdə isə «normal mə­həbbət» konsepsiyası yaradılmayıb; görü­nür, bu əskiklik sayılıb. Ona görə də, ailə quran gənclərin zehnində və əməli istifadəsində onla­ra yardımçı ola biləcək heç bir ör­nək, təlimat yoxdur. Bu sahədə biz bəyənmədiyimiz qərb­li­lər­­dən geri qalırıq. Ailə isə ancaq qadınla­rı­mı­zın fədakarlığı sayəsində qo­runub saxlanır.

Təəssüflər olsun ki, bizdə qadına ikili mü­nasibət az qala normaya çevrilmişdir. Özü­münkü və başqası bölgüsü get­miş, əxlaqi eqoizm hakim kəsilmişdir; «hər kəs ancaq öz ailəsinə cavabdehdir».

Başqalarının haqq yolundan, əxlaq yo­lun­dan uzaq­laşmasına biganəlik göstərilir və bəzən hətta dəstək verilir. Bu «özgəyə» biga­nəlik hissi, antimilli mahiyyət kəsb edən fər­diyyətçilik və eqoizm özünü ancaq saf məhəb­bət, izzəti-nəfs və namus məsələ­lərində deyil, daha geniş dairədə gös­tərir. Məmməd Araz da «Məndən ötdü, qardaşıma dəydi…» şeirində diqqəti məhz bu cəhətə yönəldir:

Səndən, məndən ötən zərbə

Vətən, Vətən, sənə dəydi…1

Vətən isə təkcə torpaq deyil, ərazi deyil, həm də milli mənə­viy­yat, milli namus və qey­rətdir. Ətrafda milli-mənəvi ənənələr pozu­lur­sa, məhəbbət ucuzlaşırsa, maddi ehtiyac ül­vi hissləri ayaq altına atır­sa, Füzulinin, Aşıq Ələs­gərin vəsf etdiyi gözəllər mənən dəyər­siz­ləşirsə, – və bütün bunlar sənin Vətənində, ən yaxın ətrafında baş ve­rir­sə, özünün də, öv­ladlarının da gec-tez bu xəs­təliyə mübtəla ol­ma­yacağına əminlik ha­­­radandır? Axı, in­san mühitdə formalaşır. Və bu mühitdə «söy­mə nökər ata­ma, söyərlər bəy ata­na» tim­salı da vardır.

Şair biganəlikdən danışır. Lakin bu mü­hitin pozul­masında bila­vasitə iştirak edən, əx­la­qi dəyərlərə, bakirə kö­nüllərə qəsd edən «in­sanlar» da var. Onlar bizim ara­mızda ol­maqla yanaşı, həm də «hörmət sahibləridir». Belə olan halda, kimsə soruşa bilər ki, heç olmazsa özü düz olmağa çalışan bu binəva «biganə»nin təqsiri nədir?

Amma bütün məsələ də elə bundadır ki, əx­laqi nor­malardan kənara çıxan pozğun adamlar, naqislər, tüfeylilər hər yerdə ola bilər; lakin cəmiyyət onları məzəmmət edir, islah et­məyə çalışır, cəza­landırır. Faciə o zaman baş verir ki, cəmiyyət onları başa mindirir. Bu isə ancaq biganəlik, eti­nasızlıq xəstəliyinə tutul­muş cəmiyyətdə müm­kündür. Buna ancaq özü­nü, özünün də ancaq bugününü düşünən, «bur­nunun ucundan o tərəfi görə bilməyənlər» rəvac verə bilər.

Özünü qorumaq istəyən, ilk növbədə məhz ətrafını, yaşadığı mənəvi mühiti qorumalı deyilmi? Özünü mənən yüksək görə bilmək üçün yüksək mənəviyyatlı millətin nü­mayən­də­si olmaq şərt deyilmi? Alçal­dılmış və təhqir olun­muş millətin övladı baş ucalığı, qəlb ra­hatlığı tapa bilərmi? Qəlbində Vətən sevgisi, mil­lət sevgisi olmayan ada­mın şəxsi məhəb­bə­tinə, ailə sevgisinə inanmaq olarmı?

Bu sualların cavabını şair gözəl ver­mişdir:

Mən vətəni canım kimi sevərəm,

Ruhum, ətim, qanım kimi sevərəm.1

Yaxud:
Vətəni sevməyən insan olmaz,



Olsa da ol şəxsdə vicdan olmaz. 2

Lakin, əlbəttə, vicdansızlıq, biganəlik, mil­­li heysiy­yat­dan məh­rum­luq heç də hamıya aid deyil. Hələ də millətin hər bir nümayən­dəsinin şərəf və ləyaqətini özününkü hesab edən, hər bir Vətən qızına alçaldıcı müna­sibətin qeyrətini çəkən, Xocalı faciəsini də, Dubay ləkəsini də, əsir düşən və ya maddi ehtiyac üzündən könlünü satan, təhqir olunan hər bir qız-gəlinin izzəti-nəfsini də özününkü sayan və qəlbi qübar bağlayan, millətin bu bö­yük dərdini öz çiyinlərində daşı­yan və bu ağırlıqdan bir az xilas olmaq üçün «mənə bi­ganəlik öyrət, ürəyim», – deyən, amma bir an da biganə ola bilməyən Məmməd Arazlar nə yaxşı ki, hələ vardır… Vardır?!



Gözümüzün qabağında zəmanə eşqi ehtirasın ayağına verir. Yeni «aşiqlər» peyda olur və dinə, millətə, adət-ənənə­yə meydan oxu­yur. Həyat bayağılaşır. Böyük ideallar qərb­ləşmək pərdəsi altında qurban verilir. Am­ma Qərb heç biz sandığımız kimi deyil. Daha çox bayağılaşan əslində çağdaş Şərqdir.



 Şərqdə qadın günahsız olanda, «abrını iti­rən» kişidən daha çox qadın olur. Məhz bu sosial ədalətsizlik, ayrıseçkilik kişilərə bu üs­tün vəziy­yət­dən sui-istifadə üçün meydan açır.

Qərbdə (xüsusən ABŞ-da) qadınların bu hü­ququ bəzən absurd səviyyəsinə qaldırılır və nə­ticədə hətta şantaj üçün baza ya­ra­nır. Qadın istədiyi kimi açıq-saçıq geyinə bilər, amma vəzifəli kişi sa­dəcə ona diqqətlə («pis gözlə», yaxud hətta «yaxşı gözlə», – fərqi yoxdur) baxsa, bu, qadının məh­kə­mə­­yə müraciət edib cərimə kəsdirməsi üçün ye­tər­lidir. Həyat şəraitinin yüksək olduğu Qərb ölkə­lə­rində hakimlər qadınların öz «şef»lərini sə­bəbsiz ye­rə cərimə etdirməsi üçün əsas gör­mə­dik­lərindən, belə məsələlərdə bir qayda olaraq qadınların xey­rinə qərar çıxarırlar və bundan xeyli pul qazananlar da olur.

1Məmməd Araz. Seçilmiş əsərləri. B., «Çaşıoğlu», 2004, səh. 61.

1 Abbas Səhhət. Əsərləri iki cilddə. I cild. B., 1975, səh. 81.

2 Yenə orada, səh. 35.


Yüklə 170,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə